Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zerkalo (qəzet)
Zerkalo — Azərbaycanda müstəqil ictimai-siyasi və iqtisadi xəbər saytı, keçmiş qəzet. Azərbaycanda və dünyada idmanı, mədəniyyəti, tarixini işıqlandırır. Məzmunu yalnız rus dilindədir. "Zerkalo" qəzeti gündəlik çap olunurdu. 2014-cü ilin may ayının əvvəlində həftədə bir dəfə işıq üzü görməsi qərara alınmışdı, lakin nəşri bu yolla da saxlamaq mümkün olmamış, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanmışdır. 2014-cü il avqustun 27-də "Ayna" və "Zerkalo" qəzetlərinin kollektivlərinin ümumi toplantısı keçirilib. Toplantıda baş redaktor Elçin Şıxlı "Ayna" və "Zerkalo" qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan etmişdir..
Zerkalo Klara
Klara Yusifzadə və ya Zerkalo Klara (16 aprel 1934 – 26 fevral 2011, Bakı) — Azərbaycanın tanınmış qadın qanuni-oğru. 1934-cü ildə Şuşada Azerbaycanın tanınmış inqilabçısı Ağababa Yusifzadənin ailəsində dünyaya göz açıb. Atası ona Klara adını məşhur alman siyasətçisi Klara Setkinin şərəfinə verib. 3 yaşı olarkən atası represiya qurbanı olub. Vətən müharibəsi başlananda qardaşları cəbhəyə yollandıqdan sonra imkansızlıqdan cinayət aləminə düşüb. İddialara görə şəxsiyyət vəsiqəsində Klara Ağababa oğru Yusifzadə yazılmışdır. Zerkalo Klara 1950–1960-cı illərdə "Pəncəli Aslan" və "Paxan" ləqəbləriylə tanınan şəxslərin rəhbərlik etdiyi qruplaşmanın üzvü olub.Başçıları qadın olan bu qruplaşma dövrünün ən məşhur qruplaşmalarından olub. Hətta bu qruplaşma Cəmşid Əmirovun "Qara Volqa" əsərinin əsas mövzusu olmuşdur. İlk dəfə həbsə girərkən 15 yaşı olub. Ömrünün 32 ilini həbsxanada keçirmişdir.
Versayö
Versayö (fr. Versailleux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şalamon kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01434. 2010-ci ildə əhalinin sayı 332 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 203 nəfər arasında (15-64 yaş) 155 nəfər iqtisadi cəhətdən fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 76.4%, 1999-cu ildə 80.5%). 155 fəal sakindən 142 nəfər (78 kişi və 64 qadın) işləyir, 13 nəfər işsizdir (3 kişi və 10 qadın). Aktiv olmayan 18 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Versal
Versal (şəhər) —
Şərşal
Şərşal (ərəb. شرشال‎) — Əlcəzairdə, Tipaza vilayətinin ərazisində liman şəhəri. Paytaxt Əlcəzairdən 90 km aralıda yerləşir. Əvvəlcə şəhər İol adlanırdı. Mavritaniya çarı II Yuba onu imperatorun şərəfinə Qeysəriyyə adlandırmışdır. İmperator Klavdinin dövründə Mavritaniya Roma əyalətinə çevrilmiş, beləliklə şəhər Roma koloniyası olmuşdur. İkinci Dünya müharibəsi zamanı, 1942-ci il oktyabrın 21–22-də burada "Məşəl" əməliyyatının planlaşdırılması üzrə İngiltərə–Fransa konfransı keçirilmişdir. Кесария // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Tripanasoma Persale
Tripanasoma Persale (lat. Trypanosoma percae )-Mastigophora tipinə aid olan növ. Bədən iri, uzunsov, ilanvari, öndən yastı, arxa kör çıxıntılı ensiz titrək membranlıdır. Qamçının sərbəst ucu nisbətən kiçikdir. Ön tərəfdə yerləşən dairəvi nüvənin eni bədənin enindən azdır. Kinetoplast bədənin arxa hissəsinə yaxın yerləşib. Bədədnin uzunluğu 22.0- 61.4, eni – 2.0-8.0, titrək membranın eni 0.5-0.9, qamçının sərbəst hissəsinin uzunluğu 3.4-17.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 0.2- 2.0, kinetoplastdan nüvəyə - 6.8-18.5, nüvədən ön qutaracağadək – 7.0-15.0, nüvəni uzunluğu 2.4- 6.1, nüvənin eni – 2.0- 6.8 mkm-dir. Tripanasoma Persale Kür çayı, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır. Parazit həyat tərzi keçirir. Xanı balığının spesifik parazitidir.
Zərbalı Mirzə
Zərbalı Mirzə (tam adı: Allahverdiyev Zərbalı Mirzə oğlu; d. 1 yanvar 1960, Ucar rayonu, Yuxarı Şilyan kəndi, Azərbaycan SSR, SSRİ) — jurnalist, “İnşaatçı” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist (2015) 1 yanvar 1960-cı ildə Azərbaycan Respublikası Ucar rayonunun Yuxarı Şilyan kəndində qulluqçu ailəsində anadan olub. 1967-1977-ci illərdə Yuxarı Şilyan kənd məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1979-1981-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub. Nümunəvi xidmətinə görə ordu komandanlığının göndərişi ilə 1981-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin hazırlıq şöbəsinə daxil olmuş, 1982-1987-ci illərdə isə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani şöbəsində tam kursu bitirərək jurnalist ixtisasına yiyələnmişdir. Hələ jurnalistika fakültəsində təhsil aldığı illərdə respublikanın aparıcı mətbuat orqanlarında – “Kommunist”, Sovet kəndi”, “Bakı”, “Azərbaycan gəncləri” və bir sıra digər qəzetlərdə tələbə-jurnalist kimi maraqlı yazılarla çıxış etmişdir. Universiteti bitirdikdən sonra – 1987-ci ildə təyinatla “İnşaatçı” qəzeti redaksiyasında işə başlamış, qısa vaxt ərzində müxbir, xüsusi müxbir, şöbə müdiri və məsul katib vəzifələrində pillə-pillə yüksələrək 2001-ci ildən qəzetin redaktor müavini vəzifəsinə təyin olunmuşdur. 2006-cı ildən “İnşaatçı” qəzetinin baş redaktoru vəzifəsində çalışır. Tanınmış inşaatçıların həyatından bəhs edən 5 avtobioqrafik əsərin müəllifidir. Həmçinin “Azərbaycan Respublikasının inkişafında tikinti kompleksinin rolu” kitabının və “Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası” kitablarının nəşr olunuş 1, 2, 3, 4 və 5-ci cildlərinin müəlliflərindən biridir.
Versal (rayon)
Versal (fr. Versailles) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — İvelin. Suprefektura — Versal. Rayonun əhalisi 2006-cı ildə 356 980 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 2164 nəf / km² . Rayon ərazisi — 165 km².
Versal (şəhər)
Versal- Fransanın şəhərlərindən biridir.İvelin departamentinin inzibati və mühüm turizm mərkəzidir.Əhalisi 104 min nəfərdir(1978).Əsası 1624-cü ildə qoyulmuşdur.Fransız dilində "kotan şırımı","yamac döşü" mənasındadır.
Versal sarayı
Versal sarayı (fransızca: Le château de Versailles) - Fransanın paytaxtı Parisdə yerləşən tarixi saray. Versal sülh müqaviləsi burada imzalanmışdır. Sarayın ilk binasının tikintisinə 1661-ci ildə başlanmış və daha sonra müxtəlif illərdə genişlətdirilmişdir. Hazırda saray muzey kimi fəaliyyət göstərir. Roma İmperatorluğundan sonra ilk dəfə böyük ölçülər bu sarayda tətbiq edimişdir. Bunun səbəbi sabit və mərkəzi monarxiya idarəsi idi. İtaliya, Almaniya, İngiltərədə siyasi şərait fərqli olduğundan uzun müddət oralarda belə saray tikilə bilməmişdir. Sarayın maraqlı cəhəti tikilərkən tualet və ya vanna yerləşdirilməməsidir. Bunun səbəbi o dövrdə zadəgan anlayışına görə zadəganların istədiyi yerdə ehtiyaclarını qarşılamaları idi.Bu səbədən Avropada Versal sarayının qoxusunu "Avropadaki bütün saraylardan fərqli" (Memoirs: Duc de Saint-Simon ) adlandırırdılar. 1768-ci ilə qədər sarayda tualet olmamışdır.
Versal Ali Şurası
Versal Ali Şurası — Paris Sülh Konfransına (1919–1920) rəhbərlik etmiş ali orqan. Şuranın tərkibinə beş böyük dövlətin (ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya) nümayəndə heyətlərinin başçıları və xarici işlər nazirləri daxil idi. 1919-cu ilin mayından Ali şuranın iclaslarında "rus məsələsi" — Rusiyaya münasibət məsələsi daha fəal müzakirə edilməyə başladı. İyunun 12-də Antanta Ali şurası admiral Aleksandr Kolçakın başçılıq etdiyi Osmanlı hökumətinin tanınması və ona hərtərəfli yardım göstərilməsi barədə nota ilə çıxış etdi. Müttəfiqlərin Kolçak hökumətini Ümumrusiya hökuməti kimi tanımalarına qarşı yeni yaranmış respublikaların Parisdəki nümayəndələrindən birinci olaraq Azərbaycan nümayəndələri etiraz etdilər. Nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşov hələ mayın 31-də verdiyi bəyanatda Kolçak hökumətinin dağılmış Rusiya imperiyasının bütün ərazisində tanınmasının mümkünlüyünü Qafqaz Azərbaycanının həyati mənafeyinə qarşı zərərli hesab etmişdi. Azərbaycan nümayəndə heyəti iyunun 5-də bununla bağlı sülh konfransının sədrinə və Müttəfiq dövlətlərin baş nazirlərinin adına etiraz notası göndərdi. Azərbaycanın da daxil olduğu yeni yaranmış yeddi respublikanın nümayəndə heyətlərinin başçıları tərəfındən iyunun 17-də etiraz bəyannaməsi, habelə iyunun 23-də Azərbaycan, Gürcüstan və şimali Qafqaz respublikaları adından 7 maddədən ibarət etiraz notası imzalandı. Notada Kolçakla bərabər, Qafqaz respublikaları üçün ciddi təhlükəyə çevrilmiş Denikinə qarşı da etiraz edilirdi. Azərbaycan, Gürcüstan və Dağlı Respublikası nümayəndələri Versal Ali şurasının üzvlərini inandırmağa çalışırdılar ki, Denikin Könüllü ordusunun Cənubi Qafqaza yolunu bağlamaq lazımdır.
Versal Sülh Konfransı
Paris Sülh Konfransı (18 yanvar 1919–21 yanvar 1920)— Birinci dünya müharibəsindən sonrakı dünyanın taleyini həll etmək məqsədilə "Antanta" ölkələri və ABŞ-nin Parisdə çağırdıqları sülh konfransı. Konfrans 18 yanvar 1919-cu ildə öz işinə başlayır. Bu tarix simvolik bir tarix idi. Alman imperatoru l Vilhelm 1871-ci ilin 18 yanvarında Versalda "Güzgülü zalda" Fransa-Prussiya müharibəsindən qısa müddə sonra öz hakimiyyətini elan etmişdi. Həmdə 18 yanvar 1701-ci ildə Prussiya krallığının da yarandığı gün idi. Burada 27 ölkə təmsil olunurdu. Məğlub ölkələr və Sovet Rusiyası konfransa dəvət almamışdılar. Konfransda aparıcı rolu "Böyük dördlük" — ABŞ prezidenti Vudro Vilson, Böyük Britaniya baş naziri Lloyd Corc və Fransa baş naziri Jorj Klemanso və İtaliya baş naziri Vittorio Orlando oynayırdı. Konfransda məqsəd Almaniya və məğlub dövlətlərlə sülh müqavilələrini hazırlamaq idi. Müqavilənin əsasını V.Vilsonun konqresə təqdim etdiyi 14 maddə təşkil edirdi.
Versal müqaviləsi 1715
Versal müqaviləsi - Səfəvi dövləti ilə Fransa arasında 1715-ci ildə imzalanmış ticarət müqaviləsi 1708-ci il müqaviləsindən sonra Fransa yeni imtiyazlar əldə etmək üçün Səfəvilər dövlətinə yeni bir müqavilə təklifi irəli sürür. Bununla əlaqədar olaraq 1715-ci il avqustun 15-də Versalda müqavilə imzalandı. Müqavilənin I maddəsinə görə 1708-ci il müqaviləsi hazırkı müqavilənin müddəalarına zidd gəlmədiyi üçün qüvvədə qalırdı. II maddədə göstərilirdi ki, fransız tacirləri və ümumiyyətlə, fransız bayrağı altında İranda bütün ticarət edənlər hər hansı məhdudiyyət qoyulmadan və hər hansı gömrük və vergi ödəmədən istənilən malları azad surətdə İrana gətirə və oradan həm Hindistana, həm də Avropaya apara bilər. IV maddə ilə şah fransız tacirlərini, həmçinin konsulları İsfahanda, Fars körfəzi limanlarında, Türkiyə və Gürcüstanla sərhədlərdə pulsuz olaraq həm yaşayış, həm də onların kantor və faktoriyalarının münasib evlərlə təmin etməli idi, bu binalar üzərində fransız bayrağı qaldırıla bilərdi. V maddəyə görə İran sarayı yanında digər ölkələrin səfirlərilə müqayisədə fransız səfirinə müstəsna yer verilirdi. Bu digər dövlətlərin təbəələrilə müqayisədə fransız konsullarına, faktoriyaların rəislərinə və onların agentlərinə də şamil edilirdi. VI maddə ilə bütün fransızlar can vergisi verməkdən azad olunurdu. X maddədə bildirilirdi ki, fransızlar və digər dövlətlərin nümayəndələri arasında həm mülki, həm də cinayət-məhkəmə işlərini yerli hakimiyyət orqanları fransız konsulunun iştirakı ilə həll etməlidir. XI maddəyə görə 1708-ci il müqaviləsi və hazırkı müqavilə üzrə fransızlara verilmiş immunitet və imtiyazlara əlavə olaraq digər dövlətlərin nümayəndələrinin istifadə edəcəyi bütün imtiyazlar da onlara şamil edilirdi.
Versal sülh müqaviləsi
Versal sülh müqaviləsi – Birinci dünya müharibəsinin rəsmən başa çatmasını təsbit edən sülh müqavilələrindən biri. Versalda (Fransa) Antanta dövlətləri ilə Almaniya arasında 1919-cu il 28 iyunda imzalanmış, 1920-ci il 10 yanvarda qüvvəyə minmişdir. Almaniya məğlub dövlət olduğundan müqavilənin tərtib olunmasında iştiraka buraxılmamışdı. Müqavilə layihəsinin Paris Sülh Konfransında (1919–1920) Beşlər şurası (ABŞ, İngiltərə, İtaliya, Fransa, Yaponiya) tərəfindən tərtib olunmasına baxmayaraq, həlledici müqavilə imzalandıqdan sonra ABŞ senatı iki dəfə — 1919-cu ilin noyabrında və 1920-ci ilin martında müzakirələr keçirsə də, onu ratifikasiya etmədi. Buna səbəb isə V. Vilsonun təşəbbüsü ilə yaradılmış və ABŞ-nin dünyada aparıcı rolunu müəyyən etməli olan Millətlər Cəmiyyətində İngiltərə və Fransanın mövqeyinin üstünlüyü idi.Çin isə Şandunun Yaponiyaya verilməsinə etiraz edərək, müqaviləni imzalamadı. 1921-ci ilin avqustunda ABŞ Almaniya ilə ikitərəfli sülh müqaviləsi bağladı. Bu müqavilə Versal sülhü ilə eyni olsa da, burada Millətlər Cəmiyyəti barəsində maddələr yox idi. Versal sülh müqaviləsi 440 maddədən ibarət olub, 15 hissəyə bölünmüşdü. Millətlər Cəmiyyətinin Nizamnaməsi(1-ci hissə) və Beynəlxalq əmək bürosunun nizamnaməsi (13-cü hissə) də müqavilənin tərkibinə daxil idi. Versal sülhü qalib dövlətlərin maraqlarının təmin olunmasına xidmət edib, dünyanın müharibədən sonrakı inkişafını müəyyənləşdirilmiş məcraya yönəltməli idi.
Versal müqaviləsi (1715)
Versal müqaviləsi - Səfəvi dövləti ilə Fransa arasında 1715-ci ildə imzalanmış ticarət müqaviləsi 1708-ci il müqaviləsindən sonra Fransa yeni imtiyazlar əldə etmək üçün Səfəvilər dövlətinə yeni bir müqavilə təklifi irəli sürür. Bununla əlaqədar olaraq 1715-ci il avqustun 15-də Versalda müqavilə imzalandı. Müqavilənin I maddəsinə görə 1708-ci il müqaviləsi hazırkı müqavilənin müddəalarına zidd gəlmədiyi üçün qüvvədə qalırdı. II maddədə göstərilirdi ki, fransız tacirləri və ümumiyyətlə, fransız bayrağı altında İranda bütün ticarət edənlər hər hansı məhdudiyyət qoyulmadan və hər hansı gömrük və vergi ödəmədən istənilən malları azad surətdə İrana gətirə və oradan həm Hindistana, həm də Avropaya apara bilər. IV maddə ilə şah fransız tacirlərini, həmçinin konsulları İsfahanda, Fars körfəzi limanlarında, Türkiyə və Gürcüstanla sərhədlərdə pulsuz olaraq həm yaşayış, həm də onların kantor və faktoriyalarının münasib evlərlə təmin etməli idi, bu binalar üzərində fransız bayrağı qaldırıla bilərdi. V maddəyə görə İran sarayı yanında digər ölkələrin səfirlərilə müqayisədə fransız səfirinə müstəsna yer verilirdi. Bu digər dövlətlərin təbəələrilə müqayisədə fransız konsullarına, faktoriyaların rəislərinə və onların agentlərinə də şamil edilirdi. VI maddə ilə bütün fransızlar can vergisi verməkdən azad olunurdu. X maddədə bildirilirdi ki, fransızlar və digər dövlətlərin nümayəndələri arasında həm mülki, həm də cinayət-məhkəmə işlərini yerli hakimiyyət orqanları fransız konsulunun iştirakı ilə həll etməlidir. XI maddəyə görə 1708-ci il müqaviləsi və hazırkı müqavilə üzrə fransızlara verilmiş immunitet və imtiyazlara əlavə olaraq digər dövlətlərin nümayəndələrinin istifadə edəcəyi bütün imtiyazlar da onlara şamil edilirdi.