Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cimi
Cimi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Cimi oyk, sadə. Quba r-nunun Qonaqkənd qəsəbə i.ə.v.-də kənd. Cimi çayının (Vəlvələçayın qolu) sahilində, dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, kənd XVI əsrdə bir neçə dağ kəndindən köçmüş ailələrin bir yerə cəmləşməsi nəticəsində yaranmış və ərəb dilindəki cəm sözü ilə Cemi adlandırılmışdır. Əslində isə kənd öz adını ərazidəki min. bulaqların adından almışdır. == Coğrafiyası və iqlimi == Azərbaycan Respublikasının Quba rayonunun Qonaqkənd qəsəbəsinin inzibati ərazi vahidində yerləşən bu kənd Cimi çayının (Vəlvələçayın qolu) sahilində, dağətəyi ərazidədir. == Əhalisi == Qədim tarixə malik Cimi kəndinin əhalisini tatlar təşkil edir. Sayları təxminən 1000 nəfərə yaxındır.
Zili
Zili — xovsuz xalça növünün ən maraqlı nümunələrindən biri. Zili zərif toxunuşlu olur. == Ümumi məlumat == Yaşlı xalçaçıların söylədiklərinə görə, Bərdə, Cəbrayıl, Naxçıvan, Şirvan, Abşeron, Xızı, Təbriz, Qazax və digər rayonlarda istehsal olunan zililər XVIII əsr – XIX əsrin əvvələrində Avropa və Rusiyaya ixrac olunurdu. "Zili" xalçalarının ən xarakterik xüsusiyyəti - heyvan və bitki elementlərinin üslublaşdırılmış formasıdır. Qarabağ tipinin xovsuz xalça növünə aid olan “Zili”, əsas etibarilə, Ağcabədi, Bərdə, Ləmbəran, Cəbrayıl, Naxçıvan rayonlarının xalçaçılıq müəssisələrində istehsal olunmuş və “Qarabağ Zili” adı ilə məşhurlaşmışdır. “Qarabağ zili”si “Qazax zili”sindən daha zərifdir, lakin “Bakı zili”sindən daha kobuddur. Bununla bərabər,onlar həm milli, həm də xarici bazarlarda əhəmiyyətli mövqe qazanmışlar. Qədim zamanlarda zili köçəri əhalinin məişətində geniş istifadə olunurdu, hal – hazırda isə yaşayış yerlərinin bəzəyi hesab olunur. Qarabağ zililəri bədii nöqteyi – nəzərdən kompozisiyasına və rəng çalarlarına görə Bakı və Qazax zililərindən fərqlidir. Kompozisiya şahmat sxemini xatırladır, onun kvadrat, düzbucaqlı və çoxbucaqlı formalı əsas elementləri Qarabağ tipi üçün səciyyəvidir.
Zima
Zima (rus. Зима) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Zimmi
Zimmi — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. == Tarixi == Məngük kəndinin yaxınlığında, Zimmi dərəsində, Yağan dağının ətəyində yerləşirdi. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Zimmi Vedisi formasında qeyd edilmişdir. Kənddə 1873-cü ildə 184 nəfər, 1886-cı ildə 231 nəfər, 1897-ci ildə 322 nəfər, 1904-cü ildə 259 nəfər, 1914-cü ildə 285 nəfər, 1916-cı ildə 216 nəfər azərbaycanlı yaşamışdır 1918–19-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanı kəndlərinə dönə bilmişlər. 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır 1948–49-cu illərdə kəndin sakinləri SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından deportasiya olunaraq Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir. == Toponimi == Toponim VII əsrdə Arran əhalisinin islam dinini qəbul etməyən hissəsinə xristianlara ərəblərin verdiyi Zimmi sözü əsasında formalaşmışdır. İslamı qəbul edən yerli əhalini ərəblər movla, islamı qəbul etməyənləri Zimmi adlandırmışlar. Quruluşca sadə toponimdir.
Cimi (bulaq)
Cimi — Azərbaycan Respublikasının Quba rayonunun Cimi kəndinin ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Quba rayonunun Cimi kəndinin ərazisində, Cimi çayının (Vəlvələçayın qolu) mənsəb hissəsində yerləşir. İki isti və bir soyuq mineral bulaqdan ibarətdir. Suyu kükürdlüdür. Yerli əhali isti bulaqlardan müalicə məqsədilə istifadə edir. Cimi "narın, nazik su şırnağı" mənasında işlənmişdir. == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.124.
Cimi Hendriks
Cimi Hendriks (ing. Jimi Hendrix; tam adı Ceyms Marşall Hendriks ing. James Marshall Hendrix, doğum adı Conni Allen Hendriks, ing. Johnny Allen Hendrix; 27 noyabr 1942[…], Sietl, ABŞ – 18 sentyabr 1970[…], Kensinqton, Böyük London) — məşhur Amerika gitaraçısı və müğənnisi. Psixodelik rok, blüz rok, hard rok, eysid rok və heavy metal janrlarında ifa etmişdir.
Hindi Zəmi
Hindi Zəmi (fars. هندی‌زمین‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 192 nəfər yaşayır (66 ailə).
Kimi Raikkonen
Kimi Matias Raykönen (fin. Kimi-Matias Räikkönen; d. 17 oktyabr 1979) — Finlandiyalı Formula-1 pilotu. Hazırda karyerasını İtaliyanin Alfa Romeo komandasında davam etdirir. == Bioqrafiya == Kimi Rəykkönen 1979-cu il oktyabrın 17-də Finlandiyanın Espoo şəhərində anadan olub. Kimi hər zaman qısa, soyuq və bir qədər də gülməli cavabları ilə seçilib. Ona "İce Man" ləqəbi də həm buna, həm də yarışlardakı soyuqqanlılığına görə verilib. İlk evliliyi Skandinaviya gözəli Cenni Dalman ilə 2004-cü ildə olub. Onlar 2014-cü ildə boşanıblar. Kimi daha sonra modelyer Minttu Virtanen ilə nişanlanır.2015-ci il yanvarın 28-də Robin adlı oğulları dünyaya gəlir.
Kimi Raykkonen

Kimi Raykonen

Kimi Rəykkönen

Roland Vimi
Roland Vimi (21 iyun 1961) — Çexoslovakiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Roland Vimi Çexoslovakiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Timi Zayk
Timi Zayk (26 aprel 2000) — Sloveniyalı tramplindən xizəklə tullanan. == Karyerası == === Kontinental Kubok === 2017-ci ilin sentyabr ayında Zayk Trondheymdə ilk dəfə çıxış etdiyi turnirdə üçüncü yeri qazandı və ilk dəfə podiuma qalxdı. O, çıxış etdiyi ikinci turnirdə qalib gəlmişdir. === Dünya Kuboku debütü === O, Dünya Kubokunda debütünü 2017-18 mövsümünün açılışında Vislada reallaşdırmışdır. O, fərdi yarışlarda təsnifat mərhələsində iştirak etmişdir. == Dünya Kuboku nəticələri == === Turnir cədvəli === 4 fevral 2018-ci il məlumatlarına əsasən.
Umbra limi
Umbra limi (lat. Umbra limi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin umbralar fəsiləsinin umbra cinsinə aid heyvan növü.
Zimə (Üşnəviyyə)
Zimə (fars. ذمه‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (52 ailə).
Ziri (Sərab)
Ziri (fars. كلانترعليا‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 168 nəfər yaşayır (29 ailə).
Ziçi adaları
Ziçi adaları — Frans-İosif Torpağına daxil olan adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Qrupa daxil olan adalar buzlaqlar vastəsi ilə bir-birinə bir birləşir. Arxipelaqa daxil olan adaların siyahısı (Şimaldan cənuba): Karl Aleksandr adası Payer adası Cekson adası Rayner adası Qrili adası və onun ətrafında yerləşən adalar Siqler adası Solsberi adası Viner-Nyoyştadt adası Luici adası Çamp adası Arxipelaqın ən şimal nöqtəsi Kral-Aleksandr adasında yerləşən Bem burnudur.. Ən cənub nöqtəsi isə Çamp adasında yerləşən Fiume burnudur. Bu burunlar arasında məsafə 114 km-dir. Arxipelaqın qərb nöqtəsi olan Armitic burnu Luici adasında, şərq nöqtəsi isə Payer adasında yerləşir. Arxipelaqın ən hündür nöqtəsi 620 m olan zirvə Viner-Nyoyştad adasında yerləşir (Forbs buzlağı). Adalar macar qrafı Ziçinin şərəfinə adlandırılır. O, 1872-1874-cü illər Avstriya-Macarıstan Qütb ekspedisiyasını maliyyələşdirən şəxslərdən biri olmuşdur.
Uluqbəy zici
Zici-sultani (fars. زیجِ سلطانی‎) və ya Uluqbəy zici — Teymuri hökmdarı və alimi Uluqbəy tərəfindən 1438–1439-cu illərdə nəşr olunmuş zic astronomik cədvəli və ulduz kataloqu. Səmərqənddə yerləşən Uluqbəy rəsədxanasında Uluqbəyin himayəsi altında çalışan bir qrup müsəlman astronomunun birgə işinin məhsuludur. Bu astronomlar arasında Qiyasəddin Cəmşid və Əli Quşçu da var idi. Uluqbəy 1437-ci ildə ulduz ilini 365,2570370 gün (365 gün 6 saat 10 dəqiqə 8 saniyə) olaraq hesablamışdır. Bu hesablamada +58 saniyə xəta marjası var. Buna baxmayaraq, Uluqbəy daha sonra ulduz ilini 365 gün, 6 saat, 9 dəqiqə, 35 saniyə olaraq, cəmi 25 saniyəlik səhv fərqi ilə daha dəqiq ölçmüşdür. Bu, Kopernikin +30 saniyəlik səhvə yol verdiyi ölçmədən daha dəqiqdir.
Zici-sultani

Simi-Valli
Simi-Valli və ya Simi Valley — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Ventura qraflığında yerləşən bir şəhərdir. 2010-cu ilin əhalinin siyahıya alınmasının nəticələrinə əsasən şəhərin əhalisi 124,237 nəfər təşkil etmişdir.
Yuxu kimi
Yuxu kimi — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. == Məzmun == Ailə şərəfini hər şeydən üstün tutan Habil (Məhəmməd Verdizadə) qızı Yasəmənin (Aysel İbrahimova) öz qohumu Cövdətlə (Niyaz İlyasoğlu) ailə qurmasını istəyir. Yasəmən isə kimsəsiz Aqşini (İbrahim Çingiz) sevir. Bir müddət sonra Aqşin iş ardınca müvəqqəti Rusiyaya gedir. Ailələrin heç biri qızın istəyi ilə hesablaşmayaraq, onu Cövdətə nişanlayırlar. Aqşin mobil telefonunu itirdiyi üçün Yasəmən ona əvvəlcədən xəbər verə bilmir. O, baş verənlərdən yalnız Bakıya qayıdandan sonra xəbər tuta bilir. Tərəflər baş vermiş hadisələrə görə bir-birini günahlandırsalar da, sevgi hissi daha üstün gəlir. Toyuna az müddət qalmış Yasəmən Aqşinlə birlikdə evdən qaçmağa məcbur olur. Habil bu hadisədən xəbər tutanda intihara cəhd edir.
Buluqqin ibn Ziri
Əbülfütuh Yusif Buluqqin ibn Ziri bin Mənad əs-Sanhaci (v. may 984) — İfrikiyyədə hökm sürən Zirilər (Sanhacə) dövlətinin qurucusu və ilk hökmdarı. == Həyatı == Bərbəri əsilli Sanhacə qəbilənə mənsub olan Buluqqinin atası və babası də nüfuz və etibar sahibi şəxslərdi. Fatımi xəlifəsi Mənsur tərəfindən Məğrib valiliyinə təyin edilən Ziri, Səid ibn Yusifun Cəbəliavrasda üsyanı üzərinə oğlu Buluqqini böyük bir ordu ilə onun üzərinə göndərdi. Bəqayə yaxınlarında baş verən savaşda məğlub olan Səid ibn Yusif çox sayda adamıyla birlikdə öldürüldü. Bu zəfər Buluqqinin xəlifə nəzdindəki etibarını artırdı və 960-cı ildə yəni qurulan Cəzayir, Miliana və Mədşa şəhərlərinin idarəsi ona verildi. Buluqqin 968-ci ildə Xəlifə Muiz-Lidinillaha ita¬ətdən ayrılan Zənatəli Məhəmməd ibn Hüseynin üzərinə yürüyüb onu da məğlub etdi. Haüfə buna çox sevindi; çünki Mıisirə getdiyi təqdirdə ölkəsinin istila edil¬məsindən qorxurdu. Buluqqinin bu bacarığı onun əndişəsini aradan apardı. Atası Zirinin Məsilə və Zab şəhərlərinin asi valisi Cəfər ibn Əli bin Həmdun ilə apardığı savaşda öldürülməsinə görə dərhal hərəkətə keçən Buluqqin, Zənatəyə mənsub bir çox şəxsi öldürərək atasının intiqamını aldı (971).
Li Ziqi (vloger)
Li Ziqi ([lì tsɹ̩̀.tɕʰí]; Çin: 李子 柒; 6 iyul 1990) — təşəbbüskar və internet şöhrətli Çinli vlogerdir. Çinin cənub-qərbindəki Sıçuan əyalətinin şimal-mərkəzində Mianyangda Pingvu kəndində qida və sənətkarlıq hazırlığı videoları hazırlaması ilə məşhurdur. YouTube kanalında 2.3 milyarddan çox baxış və 15.2 milyon abunəçisi var. Kanal, 12 May 2021-ci ildə Rekorda sahib olmuşdur. Belə ki, "YouTube-da Çin dilində kanal üçün ən çox abunəçi" olaraq Guinness Dünya Rekordudur. == Erkən həyat == Li 6 iyul 1990-cı il tarixində Çinin Sıçuan şəhərində anadan olub, əvvəl adı "Li Jiajia" (Çin: 李佳佳; pinyin: Lǐ Jiājiā) idi. Çox gənc yaşlarında yetim qalmışdır. Goldthread-ə verdiyi müsahibədə Li, ögey anasının pis davranışından sonra nənə və baba evinə köçdüyünü bildirdi. == Karyera == Li 2015-ci ildə videolarını Meipaidə yayımlamağa başladı. Əvvəlcə Li videolarını təkbaşına çəkdi, lakin o vaxt yaradıcı video montaj bacarıqları ifadə etməyə bacarmırdı.
Olduğu kimi (konsert)
Olduğum kimi (konsert)