ZİMMƏT
ZİMNƏN
OBASTAN VİKİ
Zimmi
Zimmi — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. == Tarixi == Məngük kəndinin yaxınlığında, Zimmi dərəsində, Yağan dağının ətəyində yerləşirdi. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Zimmi Vedisi formasında qeyd edilmişdir. Kənddə 1873-cü ildə 184 nəfər, 1886-cı ildə 231 nəfər, 1897-ci ildə 322 nəfər, 1904-cü ildə 259 nəfər, 1914-cü ildə 285 nəfər, 1916-cı ildə 216 nəfər azərbaycanlı yaşamışdır 1918–19-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanı kəndlərinə dönə bilmişlər. 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır 1948–49-cu illərdə kəndin sakinləri SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından deportasiya olunaraq Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir. == Toponimi == Toponim VII əsrdə Arran əhalisinin islam dinini qəbul etməyən hissəsinə xristianlara ərəblərin verdiyi Zimmi sözü əsasında formalaşmışdır. İslamı qəbul edən yerli əhalini ərəblər movla, islamı qəbul etməyənləri Zimmi adlandırmışlar. Quruluşca sadə toponimdir.
Zimmilər
Zimmilər (ərəb. ذمي‎, ümumi halda أهل الذمة‎, translit. əhl əl-zimma; mənası – danışıq insanları) — ərəb ordusunda könüllü xidmət edən xristianlar. == Ərəb ordusunda == Ərəblər Azərbaycanda və Arranda möhkəmlənəndən sonra, öz hərbi səfərlərində yerli əhalidən, istər məvalilərdən, istər zimmilərdən döyüşçü kimi yararlanmağa başladılar, ancaq məvaliləri piyada qoşuna götürürdülər.. Bu hərbi səfərlərdə zimmilərgörkəmli rol oynayaraq, əvvəllər yerli hərbi rəislərin komandanlığı altında əlahiddə döyüş vahidləri kimi əməliyatda iştirak edirdilər. Zimmi birləşmələri ərəblərlə birlikdə, müqavilə əsasında. vuruşurdular və dövlətin hesabına dolanmırdılar. Onlar yalnız qənimətin bölüşdürülməsində iştirak edirdilər. Ərəblər zimmi birləşmələrindən vuruşmaların ən ağır sahələrində istifadə edirdilər; şəraitdən asılı olaraq, ya ərəb qoşunlarını qoruyan, ya da düşmənin başlıca zərbəsini öz üzərinə götürürdülər. Zimmi qoşunlarından istifadə barədə məlumatı həm yerli, həm də ərəb müəlliflərinin əsərlərindən tapmaq olar..
воро́нкой пры́скаться раскула́ченный хлеборо́дный безбоя́зненность дегидри́роваться косола́пость культива́торный лопота́ть мирво́лить отто́ле отхва́тывать похмы́кивание ро́щица курай 'cept alchemic Boulder Dam campana devilish field-glass mir outsaw sensorial просеять