Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leonard Nimoy
Leonard Nimoy (ing. Leonard Simon Nimoy; 26 mart 1931[…] – 27 fevral 2015[…], Bel-Eyr (Los-Anceles), Los-Anceles, ABŞ) — ABŞ aktyoru. "Star Trek" teleserialında Spok personajının ifası ilə məşhurlaşmışdı. == Həyatı == Leonard Simon Nimoy 26 mart 1931-ci ildə Massaçusetsin Boston şəhərində Ukraynanın İziaslav şəhərindən olan yəhudi mühacirlərin ailəsində anadan olub.
Kimon
Kimon (yun. Κίμων; Kímon; e.ə. 510, Qədim Afina – e.ə. 450, Larnaka və ya Salamin, Famaqusta rayonu[d]) — Yunan-İran müharibələri dövrünün afinalı sərkərdəsi. Miltiadın və Frakiya padşahı Olorun qızı Hehespilanın oğlu, Filaid zadəgan nəslinə aiddir. Sıravi döyüşçü və sərkərdə kimi bir sıra döyüşlərdə (o cümlədən, Salamin və Evrimedont döyüşlərində) iştirak etmişdir. Femistoklun qovulmasından sonra Afiananın ən mühüm siyasi fiquruna çevrilmişdir. Hakimiyyət başında olarkən, bir sıra mühüm tikinti proseslərini həyata keçirmişdir. Onun dövründə ucaldılmış tikililər vasitəsilə adı, dolayı da olsa da antik fəlsəfə tarixinə dolayı da olsa daxil olmuşdur. onun tərəfindən yaradılmış zeytunluq "Akademiya" ilk öncə Platonun məşhur məktəbinin üzvlərinin toplandığı yer, sonra isə elmi təşkilatlar –aka demiyaların eponiminə çevrilmişdir.
Limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Timon
Timon — Əsl kərtənkələlər fəsiləsinə aid cins. Əvvəllər bu cins Lacertaya daxil edilirdi. İri kərtənkələlərdir. Gözlü kərtənkələlərin uzunluğu 90 sm çatır.
Timor
Timor (ind. Pulau Timor, tetum Timor) — Malay arxipelaqının cənubunda, iki müstəqil ölkə arasında bölünən ada. Adanın şərq hissəsində Şərqi Timor, qərbində isə İndoneziyanın ərazisi yerləşir. == Coğrafiya == Adanın sahəsi 30,8 min. km² təşkil edir. Adı Malay dilində "Şərq" mənasını verir. Buda fakdır ki, ada Malay arxipelaqının şərqində yerləşir. == İnzibati bölgü == Ada iki ölkə arasında bölünmüşdür: İndoneziya və Şərqi Timor. Şərqi Timor — 15 007 km², 1 066 409 nəf. (2010) İndoneziya — 14 660 км², 1 662 056 nəf.
Zimmi
Zimmi — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. == Tarixi == Məngük kəndinin yaxınlığında, Zimmi dərəsində, Yağan dağının ətəyində yerləşirdi. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Zimmi Vedisi formasında qeyd edilmişdir. Kənddə 1873-cü ildə 184 nəfər, 1886-cı ildə 231 nəfər, 1897-ci ildə 322 nəfər, 1904-cü ildə 259 nəfər, 1914-cü ildə 285 nəfər, 1916-cı ildə 216 nəfər azərbaycanlı yaşamışdır 1918–19-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanı kəndlərinə dönə bilmişlər. 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır 1948–49-cu illərdə kəndin sakinləri SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından deportasiya olunaraq Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir. == Toponimi == Toponim VII əsrdə Arran əhalisinin islam dinini qəbul etməyən hissəsinə xristianlara ərəblərin verdiyi Zimmi sözü əsasında formalaşmışdır. İslamı qəbul edən yerli əhalini ərəblər movla, islamı qəbul etməyənləri Zimmi adlandırmışlar. Quruluşca sadə toponimdir.
Ziqot
Ziqot - dişi və erkək cinsiyyət hüceyrələrindən (qametlərdən) mayalanmış yumurta hüceyrəyə deyilir. Ziqotda öyrənilən hər alleli iki hərflə yazırlar. == Mənbə == M.Axundov. İnsan genetikasına səyahət. Bakı: Azərnəşr, 1975, səh. 44.
Əzimov
Əzimov — Azərbaycanda daha çox işlədilən soyad. Araz Əzimov — Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini. Cəbrayıl Əzimov — Azərbaycan kino və geyim rəssamı. Nadir Əzimov — Azərbaycan bəstəkar, kino bəstəkarı, dirijor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Rafiq Əzimov — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının Xalq Artisti. Hacıbaba Əzimov — Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri. Əfrasiyab Əzimov — xalq qəhrəmanı Novruz Əzimov — Azərbaycanlı futbol mütəxəssisi. Böyükağa Əzimov — kibernetika və hesablama texnikası sahəsində sovet alimi. Ayzek Əzimov — Amerika yazıçısı. Aleksandr Əzimov — Sovet futbolçusu. Ənvər Əzimov — Rusiya diplomatı Roza Əzimov — Sovet İttifaqı Qəhrəmanı.
Simon
Simon — ad. Simon Minyole — Belçikalı qapıçı. Simon Stevin — Holland riyaziyyatçısı və mühəndisidir; Simon Hoytvill — Norman əsilli Siciliya qrafı. Simon Bolivar – Simon Simonyan — yazıçı, publisist, müəllim. Simon Qerada — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Simon Canaşia — gürcü tarixçisi və ictimai xadimi. Simon Virsaladze — Sovet, gürcü və rus teatr sənətçisi. Simon Açıqgözyan — Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməni əsilli terrorçu. Simon Riekhoff — İsveçrəli suya tullanan. Simon Baxmann — Seyşel adalarını təmsil edən üzgüçü.
Ziko
Ziko adıyla tanınan Artur Antunes Koimbra (3 mart 1953, Rio-de-Janeyro) — Braziliyalı keçmiş futbolçu. Peledən sonra Braziliyanın yetişdirdiyi ən yaxşı oyunçu sayılır. Futbol tarixinin ən gözəl yarımmüdafiəçilərindən biri olan Ziko, 80-cı illərin ən yaxşı oyunçusu hesab olunur. 1978, 1982 və 1986-cı illərdə keçirilən futbol üzrə dünya çempionatlarının final oyunlarında Braziliya yığma komandasının heyətində çıxış edib. 88 dəfə Braziliya forması geyən Ziko 66 qola imza atıb, 1983-cü ildə "İlin futbolçusu" seçilib. 1982-ci ildə keçirilən futbol üzrə dünya çempionatında Braziliya komandasının heyətində bombardir olub. Məşqçilik karyerasına əvvəllər oynadığı Kashima Antlers komandasında texniki menecer və koordinator (1995, 1996-2002) olaraq başlayan Ziko 1998-ci ildə keçirilən futbol üzrə dünya çempionatında Braziliya yığma komandasına məşqçilik edib. 2006-cı ildə Braziliya yığmasının təşkilat komitəsinin rəhbəri (2000), 2002–2006-cı illərdə isə Yaponiya yığmasının məşqçisi olub. Futbol oynadığı dövrdə "Ağ Pele" ləqəbi alan Ziko, 2006-cı il iyul ayının 4-də Türkiyə klubu Fənərbaxçanın məşqçisi postuna gətirilib.
Zima
Zima (rus. Зима) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Abbas Əzimov
Abbas Əzim oğlu Əzimov (19 dekabr 1936, Bakı – 31 avqust 2018, Bakı) — idman jurnalisti, AFFA-da futbol muzeyinin direktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008). == Həyatı == Abbas Əzimov 19 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. Səkkizinci sinfi bitirəndən sonra Neft texnikumunu, sonra isə Bakı axşam məktəbini bitirib. Bakı neft texnikumunda oxuduğu illərdə 1956–1959-ci illərdə "Dinamo" cəmiyyətində əməkdar məşqçi Əfqan Səfərovun rəhbərliyi altında yüngül atletika ilə məşğul olmağa başlayıb. Həmin illərdə orta ixtisas məktəbləri arasında keçirilən spartakiadalarda iştirak edərək 5000 və 10000 metr məsafələrə qaçanlar arasında mükafata layiq yerləri tutub. Əmək fəaliyyətinə 1962-ci ildə Texnikumu bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almağa başlayıb və eyni zamanda Azərbaycan televiziyasında işləməyə başlayıb. O, ali məktəb tələbələri arasında keçirilən yarışlarda da uğurla çıxış edib, fəxri fərmanlarla təltif edilib. Uzun sürən xəstəlikdən sonra A.Əzimov 31 avqust 2018-ci il tarixdə vəfat edib. == Fəaliyyəti == Universitetdə olduğu illərdə hakimliyə başlayıb. 1962-ci ildə respublika, 1969-cu ildə isə Ümumittifaq dərəcəli hakim adını qazanmışdır.
Andras Simor
Andras Simor (17 may 1954, Budapeşt) — Macarıstan Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.
Araz Əzimov
Araz Böyükağa oğlu Əzimov (13 iyun 1962, Bakı) — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat. == Həyatı == Araz Əzimov 1962-ci il iyunun 13-də Bakı şəhərində anadan olmuşdur. Sovet ordusunun tərkibində Əfqanıstanda xidmət etmişdir. 1984-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1984–1989-cu illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində işləmişdir. 1989–1990-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin informasiya şöbəsində 2-ci katib, 1990–1991-ci illərdə 1-ci katib, 1991–1992-ci illərdə müdir müavini, 1992–1994-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsinin rəisi olmuşdur. 1994-cü ildən indiyə kimi Azərbaycan Xarici İşlər Nazirinin müavinidir. 2019-cu ilin iyul ayında Araz Əzimov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi vardır. İngilis, fars, rus və türk dillərini bilir.
Aydın Əzimov
Aydın Əzim Kərimoğlu (18 fevral 1946, Bakı) — Azərbaycan bəstəkarı. == Həyatı == Aydın Kərim oğlu Əzimov (Aydın Əzim Kərimoğlu) 1946-cı il may ayının 1-də Bakının Əmircan kəndində anadan olmuşdur.1964-cü ildə A.Zeynallı adına Musiqi Texnikumunun (indiki A.Zeynallı adına Musiqi Kolleci) nəzəriyyə fakültəsini bitirmiş, elə həmin il Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə, bəstəkar Qara Qarayevin sinfinə daxil olmuş, 1972-ci ildə konservatoriyanı bitirmişdir. 1976-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1968-1996-cı illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində çalışmış, radionun Musiqi verilişləri baş redaksiyasında kiçik redaktor, böyük redaktor, şöbə müdiri, radionun səsyazma evində səs rejissoru, baş rejissor, Azərbaycan Dövlət Teleradio Komitəsi bədii kollektivlərinin və səsyazma evinin mü- diri, “Azərbaycantelefilm” yaradıcılıq birliyinin baş məsləhətçisi vəzifələrini icra etmişdir.1996-cı ilin sonundan Türkiyə Respublikası Mersin Universiteti Dövlət Konservatoriyasına işləməyə dəvət olunmuş, 2005-ci ilə qədər orada çalış- mış, orada Bəstəkarlıq şöbəsini təşkil etmişdir.2005-ci ildən Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının professoru, eyni zamanda BMA-nın elmi laboratoriyasının fəal əməkdaşıdır. Azərbaycan bəstəkarlarının skripka əsərlərindən ibarət skripka və fortepiano üçün “Sonata-poema” əsərini yazmış və bu 11 illik musiqi və incəsənət məktəblərinin tədris proqramlarına salınmışdır. Müstəqilliyimizin ilk dövrlərində Müdafiə Nazirliyinin orkestrinin təşkil olunmasında bəstəkarın da əvəzsiz xidmətləri olmuşdur. Onun təklifi ilə həmin orkestrə milli alətimiz olan on zurnaçı daxil edilmişdir. Həmçinin Üzeyir Hacıbəylinin Azərbaycan Respublikasının Dövlət Himnini bərpa etmiş və işləmişdir. Aydın Kərim oğlu Əzimov “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq götülmüşdür. == Əsərləri == Vokal əsərlər Üzeyir Hacıbəyovun "Azərbaycan himni"nin bərpası - klavir və partiturası (1991) Nazim Hikmətin və Vaqif Səmədoğlunun sözlərinə vokal silsilələr (1997) Simfonik, instrumental əsərlər Piano üçün 6 prelüdiya "Həyatın dibində" simfonik lövhələri (1991) Simfonik orkestr üçün "Böyük Romul" süitası (1992) Qoboy və vibrafon üçün 2 pyes (1992) "Ağılar" simfonik quramalar (1994) "Qətl günü" simfonik röyalar (1994) simfonik orkestr üçün 10 əsgər marşı (1996-1998) piano üçün variasiyalar (2001) Müzikllər, operettalar "Əmanət" musiqili komediyası (1993) "Yay gecəsinin yuxusu" müzikli (1995) "Karmen" müzikli (1995) Teatr tamaşalarına musiqilər "Həyatın dibində" (1991) "Böyük Romul" (1992) "Lənkəran xanının vəziri" (1992) "Yayda qartopu oyunu" (1993) "Qətl günü" (1994) == Filmoqrafiya == Daş saat (film, 1975) Üzeyir ömrü (film, 1981) Uşaq və külək (film, 1982) Topal Teymur (film, 1983) Qətl günü (film, 1990) Divar (film, 1991) Anamın kitabı (film, 1994) Şüalə (film, 1994) Ümid (film, 1995) Qobustan (film) Naməlum səs (film, 1997) Bəsdir, ağlama!
Ayzek Azimov
Ayzek Azimov (ing. Isaac Asimov; ilk adı İsaak Yudoviç Ozimov, rus. Исаак Юдович Озимов; 2 yanvar 1920, Petroviçi, Klimoviç qəzası, Qomel quberniyası, RSFSR — 6 aprel 1992, Nyu-York, ABŞ) — amerikalı yazıçı-fantast. 500-ə yaxın bədii və elmi-populyar əsərin müəllifi. Elmin kütləviləşməsi üçün çalışmış, ixtisasca biokimyaçı olmuşdur. "Kimyanın qısa tarixi" əsərinin müəllifidir. Fantastik əsər müəlliflərinə verilən Hyuqo və Nebyula mükafatlarının laureatıdır. Onun əsərlərindəki bəzi yeni söz və ifadələr bir çox dillərə daxil olmuşdur. Məsələn, robotics (robotexnika, robotika), positronic (pozitron), psychohistory (psixotarix) və s. İngilisdilli ədəbiyyatda Artur Klark və Robert Haynlaynla birlikdə yazıçı-fantastların "Böyük üçlüyünə" daxil edilir.
Ayzek Əzimov
Ayzek Azimov (ing. Isaac Asimov; ilk adı İsaak Yudoviç Ozimov, rus. Исаак Юдович Озимов; 2 yanvar 1920, Petroviçi, Klimoviç qəzası, Qomel quberniyası, RSFSR — 6 aprel 1992, Nyu-York, ABŞ) — amerikalı yazıçı-fantast. 500-ə yaxın bədii və elmi-populyar əsərin müəllifi. Elmin kütləviləşməsi üçün çalışmış, ixtisasca biokimyaçı olmuşdur. "Kimyanın qısa tarixi" əsərinin müəllifidir. Fantastik əsər müəlliflərinə verilən Hyuqo və Nebyula mükafatlarının laureatıdır. Onun əsərlərindəki bəzi yeni söz və ifadələr bir çox dillərə daxil olmuşdur. Məsələn, robotics (robotexnika, robotika), positronic (pozitron), psychohistory (psixotarix) və s. İngilisdilli ədəbiyyatda Artur Klark və Robert Haynlaynla birlikdə yazıçı-fantastların "Böyük üçlüyünə" daxil edilir.
Azimov qanunları
Robototexnikanın üç qanunu və ya Azimov qanunları – elmi fantastika yazıçısı Ayzek Azimov tərəfindən irəli sürülmüş qanunlar toplusu. Bu qanunlar robotların icbari davranışlarını müəyyənləşdirmək üçün nəzərdə tutulmuşdur. == Üç qanun == Robotexnikanın üç qanunu ilk dəfə Ayzek Azimovun 1942-ci ildə yazdığı "Dövrə" əsərində öz əksini tapmışdır. Bu qanunlar aşağıdakılardır: Bir robot bir insanı incidə bilməz və ya bir insanın incinməsinə qarşı laqeyd qala bilməz. Birinci qanunla ziddiyət təşkil etmədiyi hallarda, bir robot bir insanın verdiyi bütün əmrləri yerinə yetirməlidir. Birinci və ikinci qanunla ziddiyət təşkil etmədiyi hallarda, bir robot öz mövcudluğunu qorumalıdır. Robototexnikanın üç qanunu Azimovun robototexnika hekayələrinin əsas prinsipi olmuş, əsərlərində bir çox formada tətbiq olunmuşdur. Buna baxmayaraq, bu qanunlar başqa elmi fantastik müəlliflər tərəfindən də modifikasiya olunaraq istifadə olunmuş, elmi fantastikanın mövzularından birinə çevrilmişdir. == Sıfırıncı qanun == Azimovun Üç qanunda etdiyi ən böyük modifikasiya sıfırıncı qanunu əlavə etməsi olmuşdur. Bu qanun digər üç qanunu qabaqlayır: 0.
Böyükağa Əzimov
Böyükağa Əliqulu oğlu (16 yanvar 1924, Bakı- 31 avqust 1986, Bakı)— kibernetika və hesablama texnikası sahəsində sovet alimi. == Həyatı == Böyükağa Əliqulu oğlu Əzimov 1924-cü il yanvarın 16-da Bakı şəhərində anadan olmuşdur. Böyükağa Əzimov kibernetika və hesablama texnikası sahəsində sovet alimi, texnika elmlər doktoru (1963), professor (1964), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1967) olmuşdur. 1946-cı ildən Sov.İKP üzvü, 1951-ci ildən respublikada hesablayan elektron maşınların (HEM) neftçıxarmada tətbiqi laboratoriyasına rəhbərlik etmişdir. Azərbaycan SSR Nazirlər Soveti Elm və Texnika Komitəsi sədrinin müavini (1957–60), Azərbaycan SSR Nazirlər Soveti Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsi sədrinin birinci müavini və sədri (1961–1965), Azərbaycan SSR Nazirlər Soveti elm və texnika şöbəsinin müdiri (1966–1972) olmuşdur. 1966-cı ildən Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunda HEM laboratoriyası əsasında yaradılmış hesablama texnikası şöbəsinin müdiri olmuşdur. 1961-ci ildə "Texniki tərəqqi uğrunda" elmi-texniki jurnalın baş redaktoru olmuşdur. Tədqiqatları əsasən kibernetika üsullarına, avtomatlaşdırılmış idarə etmə sistemlərinə, neft mədənlərinin elektrik enerjisi ilə təchizinə və s. aiddir. Elmi kadrların hazırlanmasında xidmətləri olmuşdur.
Bəxtiyar Əzimov
Cavanşir Əzimov
Cavanşir Calal oğlu Əzimov (23 may 1997, Birinci Şahsevən, Beyləqan rayonu – 4 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavanşir Əzimov 1997-ci il mayın 23-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Cavanşir Əzimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavanşir Əzimov oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əzimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əzimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Citrus limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Cəbrayıl Əzimov
Cəbrayıl Əlimuxtar oğlu Əzimov (7 may 1926 – 10 iyul 1969) — Azərbaycanın kino rəssamı, Azərbaycan SSR Əməkdar rəssamı (1964). == Həyatı == Cəbrayıl Əzimov 7 may 1926-cı ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini (1946), ÜDKİ-nun Rəssamlıq fakültəsini (1953) bitirib. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam işləyib. Qızmar günəş altında filminin çəkilişləri zamanı tanış olduğu Töhfə Əzimova ilə 1958-ci ildə ailə həyatı qurub. 10 iyul 1969-cu ildə vəfat edib. Aktyor, Xalq artisti Rafiq Əzimovun əmisi olub. == Mükafatları == Azərbaycan SSR Əməkdar rəssamı fəxri adı — 29 iyun 1964 == Filmoqrafiya == == İstinadlar == == Mənbə == “"Uzaq sahillərdə" ekranda” [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust. Ağamirov, A. “Uzaq sahillərdə” //Kommunist.- 1958.- 19 avqust. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Hacıbaba Əzimov
Hacıbaba Sadıq oğlu Əzimov (1 avqust 1938, Lənkəran) — Azərbaycan tarixşünası, ictimai-siyasi xadimi, tarix elmləri doktoru (1981), professor (1982), Azərbaycan Respublikasının xalq deputatı (1990); Azərbaycan Respublikası Ali Sovetinin üzvü, Vahid Azərbaycan Milli Birlik Partiyasının ilk və son sədri (1992-2023). Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının əsas müəllifi. == Həyatı == 1938-ci il avqustun 1-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbini bitirmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (BDU) tarix fakültəsini, 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitunun aspiranturasını bitirmişdir. == Əmək və ictimai-siyasi fəaliyyəti == 1960–1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxivlər İdarəsinin baş elmi işçisi — baş inspektoru vəzifəsində işləmişdir. 1961–1963-cü illərdə Azərbaycan EA Tarix İnstitunun elmi işçisi və 1963–1966-cı illərdə aspirantı olmuşdur. 1966-cı ildə tarix elmləri namizədi elmi adını almışdır. 1966–1970-ci illərdə Azərbaycan EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1970–1984-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunun (APİ) baş müəllimi, baş elmi işçisi-doktorantı (1974–1976), dosenti (1976–1981) olmuşdur.
I Kimon
I Kimon və ya Kimon Koalem (q.yun. Κίμων Κοάλεμος; e. ə. VI əsr, Afina – güm. e. ə. VI əsr, Afina) — Filaidlər ailəsindən olan Afina aristokratı, üç qat Olimpiya mükafatçısı, Pisistratidlərin əmri ilə öldürülmüşdür. Kiçik Miltiadın atası. == Mənşəyi == Kimon Attikanın ən qədim, varlı və güclü ailələrindən olan aristokratik Filaidlər ailəsindən idi. Filaidlərin əcdadı Zevsin oğlu Eak və oğlu Filey tərəfindən Troya müharibəsi iştirakçısı Ayaks Telamonid sayılırdı.