Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zian Flemminq
Zian Flemminq (1 avqust 1998, Amsterdam) — Erediviziya təmsilçilərindən olan Zvolle klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderlandlı futbolçudur. == Həyatı == 1 avqust 1998-ci ildə Amsterdamda anadan olub. == Klub karyerası == === Yonq Ayaks === Flemminq Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. 1 iyun 2017-ci ildə Flemminq Ayaks klubu ilə iki illik müqavilə imzalamışdır. Flemminq öz peşəkar karyerasında debütünü 1 sentyabr 2017-ci ildə etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Flemminq 56-cı dəqiqədə Matteo Kassieranın ötürməsindən sonra qolla yadda qalmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks Yonq PSV-yə 3–0 hesabı ilə qalib gəlmişdir. Flemminq 1 dekabr 2017-ci ildə Maastrixt klubuna qarşı oyunda dublla yadda qalmış və komandası rəqibinə 4–0 hesabı ilə qalib gəlmişdir. === Zvolle === 2 may 2018-ci ildə Flemminq Erediviziya təmsilçilərindən olan Zvolle klubu ilə üç illik müqavilə imzalamışdır.
Dian
Dian - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Fikrimizcə, Dian toponimi Diau adlı sülalənin adı əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 32 nəfər, 1873 - cü ildə 216 nəfər, 1886-cı ildə 242 nəfər, 1897-ci ildə 304 nəfər, 1904 - cü ildə 272 nəfər, 1914 - cü ildə 290 nəfər, 1916-cı ildə 380 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kənd 1919 - cu ildə erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Kəndə Türkiyənin Taron və Muş vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Sian
Sian — Şensi əyalətinin inzibati mərkəzi və Çinin şimal-qərbində ən iri şəhəridir. Əhalisi 3 mln. nəfərdən çoxdur. Sian (şəhərin keçmiş adı — Çanandır) Çinin məşhur qədim paytaxtı və "İpək yolunun" başlanğıc məntəqəsi olmuşdur. E.ə. IX əsrdən o, 10-dan çox sülalənin dövründə paytaxt olmuşdur. Burada bir çox diqqətəlayiq yerlər və qədim abidələr qorunub saxlanmışdır, onların arasında Banpo xarabalıqları – bizi 6000 il ayıran matriarxal cəmiyyətin düşərgəsi, imperator Tsin Şixuanın səradbəsindən götürülmüş döyüşçü və atların terrakota fiqurları – bunların da yaşı 2200 ildir, Tan sülaləsinin "Vəhşi qazlar" Böyük və kiçik paqodaları və Sun sülaləsinin memorial daş plitələri vardır. Sian Çinin turist məqkəzi və müasir sənaye bazalarından biridir. Onun əsas sənaye sahələri maşınqayırma və toxuculuq sənayesidir. == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Xi'an haqqında səyahət məlumatları var.
Zwan
Zwan — ABŞ rok-qrupudur. Bu qrup The Smashing Pumpkins, "Slint", "Tortoise", "Chavez" və "A Perfect Circle" qrupunun heyəti tərəfindən hazırlanmışdır. Qrupu yaradan isə Billi Korqandır. Qrup heyəti yalnız "Mary Star of the Sea" adlı albom çıxarmağa nail olmuşlar. 2003-cü ildə isə "Zwan" musiqi qrupu dağılmışdır.
Zina
Zina — ümumi mənada, bir-biri ilə evli olmayan iki şəxsin razılaşdırılmış cinsi əlaqəsi. Razılıqla cinsi əlaqədə olan partnyorlardan biri və ya bir neçəsi başqa bir şəxslə evlənərsə, buna zina deyilir. Jan Kalvin zinaya cinsi əlaqə üçün ilahi modeldən kənar hər hansı seksual akt kimi baxırdı. Bir çox insanlar üçün bu termin əxlaqi və ya dini bəyənilməzlik çalarları daşıyır, lakin bu terminin tətbiq olunduğu seksual aktların əhəmiyyəti dinlər, cəmiyyətlər və mədəniyyətlər arasında dəyişir. Müasir istifadədə bu termin tez-tez nikahdan əvvəl seks, nikahdankənar seks və ya əyləncəli seks kimi daha çox mühakimə - neytral terminlərlə əvəz olunur. == Tarix, mədəniyyət və qanunlar arasında == American Sociological Review tərəfindən 2000-2008-ci illər arasında inkişaf etməkdə olan 31 ölkəni əhatə edən sorğu göstərib ki, “yəhudilərin 94 faizi... xristianların 79 faizi, buddistlərin 65 faizi, müsəlmanların 43 faizi və hinduistlərin 19 faizi nikahdan əvvəl cinsi əlaqədə olduqlarını bildiriblər." === Böyük Britaniya === 1170-ci illərdə "cütlüklərin evlənmədən əvvəl birgə yaşaması və əmiuşağıların bir-biri ilə evlənməsi adi bir təcrübə idi" və orta əsr İngiltərəsində hər hansı sosial səviyyədə zinakarlar ətrafında çox az stiqma var idi. Məsələn, Fateh Vilhelmin Normandiya taxtına keçmək hüququ onun zinakar olması və Harold Qodvinsonla İngiltərəni kimin idarə edəcəyi ilə bağlı münaqişəsində bu məsələ ona qarşı bir arqument olaraq qaldırılmamışdır. Ancaq bir neçə nəsil sonra zinakarlar artıq ingilis taxtına iddia edə bilməyəndə münasibət dəyişdi. Valdensilər zinakarlıqda günahlandırılan və bunu günah saymayan orta əsr təriqəti idi.
Cao Zihan
Cao Zihan (d. 4 sentyabr 1993) — Çini təmsil edən su poloçusu. == Karyerası == Cao Zihan, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Hovard Zinn
Hovard Zinn (24 avqust 1922[…], Bruklin, Nyu-York ştatı – 27 yanvar 2010[…], Santa-Monika, Kaliforniya, ABŞ) — amerikalı tarixçi, yazıçı, dramaturq və sosial aktivist. 1964–1988 illərdə Boston Universitetində siyasi elmlər üzrə professor işləməmişdən əvvəl və işlədiyi ərəfədə o, ən təsiredici və ABŞ-də bestseller olan "Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi"nin (A People’s History of the United States) də daxil olduğu iyirmidən çox kitab yazmışdır. Zinn davamlı olaraq Birləşmiş Ştatlardakı fəhlə hərəkatı tarixi, vətəndaş hüquqları və müharibə əleyhinə olan hərəkatlar tarixi barədə yazmışdır. Onun memuarı olan "Hərəkət Edən Qatarda Neytral Ola Bilmərsən" (You Can’t be Neutral on a Moving Train) 2004-cü ildə Zinnin həyat və fəaliyyətini özündə əks etdirən sənədli filmin başlığıdır. Hovard Zinnin "A Young People's History of the United States" kitabı azərbaycan dilinə "Başla Kitab" tərəfindən tərcümə edilmişdir. == Həyatı və karyerası == === Erkən həyatı === Zinn, 1922-ci il avqust ayının 24-də Bruklində dünyaya göz açmışdır. Atası Eddie Zinn Avstriya-Macarıstan imperiyasında doğulmuş və Birinci dünya müharibəsinin başlamasından əvvəl qardaşı Samuel ilə birgə Birləşmiş Ştatlara köçmüşdür. Hovardın anası Cenni (Rabinovitz) Zinn Şərqi Sibirdə yerləşən İrkutsk şəhərindən ABŞ-yə immiqrasiya etmişdir. Hər iki valideyn tanış olduqları və evləndikləri zaman çox aşağı təhsil səviyyəli fabrik işçiləri idi və uşaqlarını böyütdükləri mənzildə heç bir kitab və ya jurnal yox idi. Zinn’in valideynləri Çarlz Dikkensin 20 cilddə toplanmış əsərlərini almaq üçün New York Posta hər bir əsər üçün 10 sent və bir kupon göndərərək oğullarını ədəbiyyatla tanış etdi.
Kian Kianli
Kian Kianli (7 fevral 1965) — Avstriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kian Kianli Avstriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Lian Ross
Lian Ross (almanca: Josephine Hiebel, 8 dekabr 1962, Hamburq) — Alman İtalo Disko stilində ifa edən müğənnidir. Daha çox 1980-ci illərdə populyarlıq qazanmışdır. Ən məşhur mahnıları "Fantasy" və "Say You'll Never" mahnılarıdır. 2005-ci ildə "Ən yaxşı və daha çoxu" adlı hit sinqllarının və seçim mahnılarının bir tərtibatı çıxmışdır.
Lian Vud
Lian Vud (ing. Leanne Wood; 13 dekabr 1971) — Uelsin Pleyd Kamri partiyasının lideri.
Maher Zain
Mahir Zeyn (ing. Maher Zain; ərəb. ماهر زين‎ 16 iyul; 1981, Tərabülüs əş-Şam, Livan) — Livan əsilli İsveçli R&B musiqiçisi, bəstəkar və musiqi prodüseri. Facebook sevərləri və bir çox sənətçilər tərəfindən müasir İslam musiqisinin ulduzu olaraq qəbul edilir. Mahir Zeynin 2009-cu ildə Awakening Records prodakşn etiketi ilə çıxan ilk albomu Thank You Allah beynəlxalq bir uğur əldə etmişdir. Sənətçinin növbəti-ikinci albomu Forgive Me isə eyni prodakşn etiketi ilə 2 aprel 2012-ci ildə çıxmışdır. == Karyerası == === Əsas === Mahir Zeyn səkkiz yaşında ikən ailəsilə birlikdə İsveçə köçmüşdür. Orada Aviasiya və Kosmos Mühəndisliyi fakültəsini bitirmişdir. Universitetdən sonra musiqi sahəsində iştirak etmiş və 2005-ci ildə Mərakeş təvəllüdlü İsveç prodüseri Nadir Xayat (səhnə adı ilə RedOne) ilə ünsiyyətə keçmişdir. 2006-cı ildə Nadir Xayat Nyu-Yorka köçdüyü zaman, Mahir də musiqi karyerasını davam etdirmək üçün onun ardınca getmiş və Kat DeLuna kimi sənətkarlarla işləməyə başlamışdır.
Qiu Ziao
Qiu Ziao (30 avqust 1998) — Çinli üzgüçü. Qiu Ziao Çini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Qiu Ziao birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:06.71 saniyəlik nəticəsi ilə 20-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Sun Lian
Sun Lian (* 243; † 260) — Sun Çyuanın oğlu və U çarlığının ikinci çarı.
Van Qian
Van Qian (23 aprel 1993) — Çinli xizək yürüşçüsü. Van Qian Çini 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Van Qian birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 30 km məsafəyə skiatlon yarışlarında iştirak etdi. Qian 47:03.8 saniyəlik nəticəsi ilə 68 atlet arasında 64-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Yan Yian
Yan Yian (30 yanvar 1982) — Sinqapuru təmsil edən stolüstü tennisçi. == Karyerası == Yan Yian Sinqapuru 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 5-ci pillənin sahibi olub.
Yian Tianyi
Yian Tianyi (28 fevral 1988) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Yian Tianyi Honq Konqu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, Komanda turnirində isə 4-cü pillənin sahibi olub.
Zinəddin Zidan
Zinəddin Zidan (fr. Zinédine Zidane, ərəb. زين الدين يزيد زيدان‎ ; 23 iyun 1972[…]) — fransalı futbolçu, İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi, BMT-nin xoşməramlı səfiri. 2006-cı ildə futbolçu karyerasını başa vurmuşdur. Karyerası ərzində, 1988–1992-ci illərdə, Fransanın "Kann", 1992–1996-cı illərdə "Bordo", 1996–2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001–2006-cı illərdə İspaniyanın "Real Madrid" klublarında çıxış edib. Bu klublarla Zidan UEFA Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliyanın ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub. 1988–1995-ci illərdə Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. 1994–2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. Fransa yığmasının heyətində Zidan ayrı-ayrı vaxtlarda 6 beynəlxalq turnirdə çıxış edib. O, millinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub.
Zinədin Zidan
Zinəddin Zidan (fr. Zinédine Zidane, ərəb. زين الدين يزيد زيدان‎ ; 23 iyun 1972[…]) — fransalı futbolçu, İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi, BMT-nin xoşməramlı səfiri. 2006-cı ildə futbolçu karyerasını başa vurmuşdur. Karyerası ərzində, 1988–1992-ci illərdə, Fransanın "Kann", 1992–1996-cı illərdə "Bordo", 1996–2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001–2006-cı illərdə İspaniyanın "Real Madrid" klublarında çıxış edib. Bu klublarla Zidan UEFA Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliyanın ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub. 1988–1995-ci illərdə Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. 1994–2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. Fransa yığmasının heyətində Zidan ayrı-ayrı vaxtlarda 6 beynəlxalq turnirdə çıxış edib. O, millinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub.
Zion Williamson
Sion Uilyamson — (7 iyul 2000-ci il təvəllüdlü) Atlantic Coast Konfransı (ACC) Duke Blue Devils üçün Amerikan kollec basketbolçusudur. 6 ft 7 (2.01 m) və 285 pound (129 kq) siyahıda, kiçik irəli və güc irəli mövqelərini oynayır. 2019 NBA layihəsi üçün ən yaxşı perspektivlərdən biridir. Uilyamson, Spartanburg, Cənubi Karolina əyalətində Spartanburg Günü Məktəbində iştirak etdi və burada beşulduzlu bir işçi oldu və sinifdəki ən yaxşı oyunçular arasında yer aldı. Lisey karyerası əsnasında qrupuna 3 dövlət titulu qazandırdı. Uilyamson bir McDonald's All-Amerika və Cənubi Karolina idi. Basketbol, 2018-ci ildə Seniyor olaraq vəzifə yerinə yetirmişdir. O, slam dunking qalibiyyətindən sonra tanınmağa başladı. == Erkən həyat == Uilyamson 7 iyul 2000-ci ildə Şimali Amerikanın Salisbury şəhərində Lateef Uilyamson və Sharonda Sampson tərəfindən dünyaya gəlib. [1] O, Yerusəlimdəki Sion dağından adını almışdır.
Şi Cian
Şi Cian — Hu Çaonun altıncı imperatorudur. 103 gün hakimiyyətdə olmuşdur. Onu Ran Min adlı qardaşlığı öldürmüşdü. Yerinə digər qardaşı Şi Çi keçmişdir.
Le Zuan
Le Zuan (vyet. Lê Duẩn, 7 aprel 1907[…], Quanqçi[d] – 10 iyul 1986[…], Hanoy) — Vyetnam Sosialist Respublikasının dövlət və siyasi xadimi, beynəlxalq kommunist hərəkatının xadimi. O, 1980-ci ildə "Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə" Beynəlxalq Lenin mükafatı laureatı olmuşdur. == Mükafatları == "Lenin" ordeni (22 yanvar 1982, SSRİ). "Xose Marti" ordeni (1983, Kuba) . "Qızıl ulduz" ordeni (Vyetnam). "Klement Qotvald" ordeni (1982, Çexoslovakiya). Millətin qızıl medalı ( Laos ). "Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə" Beynəlxalq Lenin mükafatı (1980).
İslamda zina
Zina (ərəb. زِنَا‎) — islam hüququnda (fiqh) evli olmayan insanlar arasında qeyri-qanuni cinsi əlaqə. Dörd sünni və iki şiə məzhəbinin hamısında zina termini bir-biri ilə evli olmayan kişi və qadın arasında könüllü cinsi əlaqə deməkdir. Əksər Avropa dillərində evli şəxslərin digərləri ilə cinsi əlaqəsi və iki subay insan arasında cinsi əlaqə arasında fərq qoyulur. Buna baxmayaraq, islam şəriətində belə bir fərq yoxdur. İslam qanunları müsəlmanlar və qeyri-müsəlmanlar üçün Quran və Məhəmməd peyğəmbərin sünnəsinə əsasən cəzalar nəzərdə tutur. == Hekayə == Digər İbrahimi dinlərində olduğu kimi islamda da zina ən ağır günahlardandır. Zina Quranda üç yerdə qeyd edilmişdir. Məhəmməd peyğəmbərin sünnəsindən zina ilə bağlı bir neçə hal var. Birinci halda Məhəmməd peyğəmbər Tövrat qanununa istinad edərək zina edən yəhudi qadını daşqalaq etməyi əmr etmişdi.
Gökhan Zan
Gökhan Zan (7 sentyabr 1981[…], Antioxiya) — təqaüddə olan türk futbolçu. Gökhan Zanın ilk klubu "Hatayspor" olub. Sonradan "Çanaqqala Dardanelspor"a keçən futbolçu 2003–2004-cü il mövsümündə "Beşiktaş"a transfer olub. O, 2005–2006-cı il mövsümünü "Qaziantepspor"da keçirdikdən sonra "qartallar"ın heyətinə qaytarılıb. 2000-ci ildən Türkiyə milli komandasına çağırılan Gökhan indiyədək 45 dəfə "ay-ulduzlu" forma geyib. 2009-cu ildə "Qalatasaray"la 2 illik müqavilə imzalayıb.
Ian McShane
Ian David McShane, (29 sentyabr 1942, Blekbörn, Lankaşir), İngilis mənşəli komediya aktyoru və kino aktyoru. Bir çox filmlərdə və seriallarda rol almışdır. Keçmiş futbolçu Harry McShanenin oğludur. 2004-cü ildə Deadwood teleserialındakı roluna görə "Dram Serialının Ən Yaxşı Aktyoru" nominasiyasında Qızıl qlobus mükafatını qazanmışdır. 2007-ci il istehsalı olan Butterfly on a Wheel (azərb. Xəyanətin əvəzi‎ filmində Meredith rolunu canlandırmışdır.
Ian Somerhalder
Yan Cozef Somerhalder (ing. Ian Joseph Somerhalder; d. 8 dekabr, 1978) — ABŞ–lı aktyor, model və prodüser. Lost serialındakı Boone Carlyle və The Vampir Diaries serialındakı Damon Salvatore obrazları ilə tanınmışdır. == Həyatı == Somerhalder ailənin ikinci evladıdır. İki qardaşı var Robert və Robin. O 10 yaşından 13 yaşına qədər model kimi fəaliyyət göstərib. == Karyeradan əvvəl == Yan Somerhalder, 8 dekabr 1978-ci ildə masaj terapisti Edna Somerhalder və podratçı Robert Somerhalderın oğlu olaraq Kovinqton, Luizianada doğulub, böyüyüb. Bob adında keçmiş peşəkar velosipedçi, qardaşı və Robin adında bir radio və televiziya jurnalisti bacısı var. Atası Fransız və İngilis mənşəlidir.