Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Noy Avaliani
Noy İvanoviç Avaliani (13 fevral 1922 – 21 fevral 2010, Moskva) — Sovet baleti, kino aktyoru, xoreoqraf, rejissor, RSFSR Xalq Artisti (1991). == Həyatı == Nuy Avaliani 13 fevral 1922-ci ildə dünyaya gəlib. 1957-ci ildə Moskva balet məktəbini bitirmişdir. 1940–1963-cü illərdə Böyük baletinin solisti idi. Daha sonra Moskva kinoteatrlarında xoreoqraf, xüsusilə də "Taqanka" teatrında işləmişdir. 21 fevral 2010-cu ildə Moskvada ömrünün 88-ci ilində vəfat etmişdir. == Filmoqrafiya == Duel (film, 1957) Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966) Fəsillər (film, 1968) Əzabdan gəzmək (film, 1974) Nəhəng olanda filmin ilk kreditlərində mənfi bir xarakter (film, 1978) Piltə (film, 1979) Mən bir nəhəng olanda (film, 1978) == Mükafatları == SSRİ dövlət mükafatı — 1976 "Leninqradın 250 illik xatirəsinə" medalı — 1960 "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1958 RSFSR-in xalq artisti — 1991 == İstinadlar == == Mənbə == Ной Авалиани: На Таганке у меня затанцевали все! // Линия : Приложение к журналу "Балет". — 2010. — № 1.
Noy Jordaniya
Noy Nikolayeviç Jordaniya gürc. ნოე ნიკოლოზის ძე ჟორდანია; 2 (14) yanvar 1868, Lançxuti, Ozurqeti qəzası[d], Kutaisi quberniyası, Rusiya imperiyası – 11 yanvar 1953, Paris, Dördüncü Fransa Respublikası) — Gürcüstanın dövlət xadimi, gürcü menşeviklərinin lideri, jurnalist. == Həyatı == 20 əsrin 90-cı illərindən sosial-demokrat hərəkatında iştirak etmiş, Cənubi Qafqazda ilk sosial-demokrat təşkilatı "Mesamedasi" qrupuna daxil olmuşdur. I Dövlət dumasınm deputatı, sosial-demokrat fraksiyasının sədri (1906) idi. 1912 ildə Bakıda "Naşe slovo" menşevik qəzetinin redaktorlanndan olmuşdur. Fevral inqilabından (1917) sonra Tiflis Fəhlə Deputatları Sovetinin, 1918–1921 illərdə isə Gürcüstan menşevik hökumətinin sədri olmuşdur. Gürcüstanda sovet hakimiyyəti elan edildikdən (1921, 25 fevral) sonra mühacirətdə yaşamış, Gürcüstan mühacir təşkilatının rəhbərlərindən biri kimi geniş fəaliyyət göstərmişdir.
Yuval Noy Harari
Yuval Noah Harari (ivr. ‏יובל נח הררי‏‎; 24 fevral 1976) – İsrail tarixçisi. Yerusəlim Yəhudi Universitetində tarix professoru kimi fəaliyyət göstərir. "Sapiens: Bəşəriyyətin qısa tarixi" (2014) və "Homo Deus: Sabahın qısa tarixi" (2015) əsərlərinə görə tanınır. Onun əsərləri iradə azadlığı, şüurlanma və intellekt kimi mövzulara toxunur. Yuvalın ilkin nəşrlərində adını qeyd etdiyi məqamlardan biri 70.000 il əvvəl baş vermiş "təfəkkür inqilabı"dır. Belə ki, bu inqilab sayəsində Homo sapiens rəqibləri neandertalları üstələmiş, idrak edilən dil formalaşdırmış, mürəkkəb cəmiyyətlər yaratmış, digər yırtıcı heyvanları keçmişdirlər. Alimin son kitabları daha çox öyrədici xarakter daşıyır. Harariyə görə Homo sapiens növü yaxın gələcəkdə yox olacaq və yerini daha inkişaf etmiş insan irqi alacaq. == Arxaplan == Yuval Noah Harari 26 fevral 1976-cı ildə İsrailin Kiryat-Ata şəhərində anadan olub.
Anhoy
Anhoy (палл. Аньхуэй, Аньхуй, çin. 安徽; пиньинь Ānhuī) — Çinin şərqində əyalət. == Tarixi == Anxoy əyalətində qədim qəsəbə tikililəri kompleksi. Xuanşan dağı ətəyində yerləşən Anxay əyalətinin İ qəzasındakı qədim məskən kompleksi ənənəvi Xoy memarlıq məktəbi üslubunda tikilmişdir. Min və Tsin dövründə tikilmiş çoxlu sayda qədim yaşayış evləri və qəbilə məbədləri bizim vaxtlara qədər yaxşı qalmışdır. Min sülaləsi dövründə 29, Tsin zamanında isə 3611 tikili yaradılmışdır. Xoy məktəbi memarlıq üslubu burada hər şeydə gözə dəyir: zərif qravürlər və kirəmit üzərində naxışlarda, ev və məbədlərin ağac sütunları və daş divarlarında, orijinal və təmtəraqlı interyerdə. Bu qəsəbə və tikililər təkcə turistləri deyil, tarix və mədəniyyəti öyrənən alimləri də cəlb edir. Onlar turistik baxımdan nadir diqqətəlayiq yerlərdir və böyük tarixi əhəmiyyətə malikdir.
Anod
[[İmage:Zinc anode.png|thumb|Sink anodu]] Anod (yunanca ἄνοδος — yuxarıya hərəkət) cərəyan mənbəyinin müsbət qütbü və ya qurğunun elektrodu olub, cərəyan şəbəkəsinin müsbət qütbünə birləşdirilir. İş zamanı anodun potensialı katoda nisbətən müsbət olur. Elektroliz prosesində də anod müsbət mənbə olur və onun üzərində oksigenləşmə baş verir. Bu anlayış fizika elminə Maykl Faradey tərəfindən daxil edilmişdir.
Aqoy
Aqoy — Krasnodar diyarının Tuapse rayonunda kənd. Nebuq kənd qəsəbəsi icması tərkibinə daxildir. == Coğrafiyası == Kənd Qara dəniz sahilində, eyni adlı Aqoy çayının mənsəbində yerləşir. Tuapsedən 5 km şimal-qərbdə və Krasnodardan 101 km cənubda yerləşir. Qəsəbədən Tuapse-Novorossiysk avtomobil yolu keçir. Kəndin ərazisində, çay vadisində dənizə birbaşa bitişik "Aqoy" hərbi aerodromu yerləşir. Şimal-qərbdən Nebuq, şərqdən Agui-Şapsuq və cənub-şərqdən Tuapse yaşayış məntəqələri ilə həmsərhəddir. Kənd Qara dəniz sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Relyefi əsasən dağlıq və təpəlikdir. Sahil hissəsində və Aqoy çayının mənsəbində hündürlüyün dəyişməsi cüzidir.
Azoy
Azoy yaxud Azon — İberiyanın əfsanəvi hökmdarıdır. O əfsanəyə görə Makedoniyalı İsgəndər tərəfindən taxta çıxarılmışdır. O I Parnavaz tərəfindən öldürülmüşdür.
Eloy
Eloy – Almaniya proqressiv/psixodelik/kraut rok qrupudur. Qrup 1969-cu ildə Frank Bornemann tərəfindən yaradılmışdır. Qrup illər boyu çox üzv dəyişsə də Frank dəyişməz üzv olaraq qalmışdır. Eloy illərlə fəaliyyət göstərsə də 1998-ci ildəki Ocean 2 albomundan sonra məşhurlaşmışdır. Musiqi tərzi Pink Floyd, King Crimson, Yes qruplarının tərzinə yaxındır. == Adı == Qrupun adı H.G.Wells adlı yazarın The Time Machine (Zaman Maşını) kitabından götürülüb. Kitabda 800.000 il sonrakı dünyada yaşayan insan irqi Eloy adlanır.
Eney
Eney (q.yun. Αἰνείας, lat. Aenēās) — qədim yunan mifologiyasında dardan hökmdar nəslindən olan Troya müharibəsi qəhrəmanı, Qədim Roma mifologiyasında isə Romanın banisi olan Rem və Romulun Troya müharibəsi zamanı sağ qalmış troyalıları məhv edilənlər içərisindən çıxarıb İtaliyaya gətirmiş əfsanəvi əcdadı.
Hanoy
Hanoy (vyet. Hà Nội, tı-nom 河内, çaylar arası şəhər) — Vyetnamın paytaxtı və ölkənin əhali sayına görə ikinci şəhəri. Vyetnamın əsas siyasi , təhsil və mədəni, ikinci sənaye mərkəzi ( Xoşimindəm sonra). 1902 - 1953-cü illərdə Fransa Hind-Çininin,с 1954 - 1976-ci illərdə — Şimal Vyetnamın paytaxtı. Xonqxa çayı sahilində yerləşir. Coğrafi koordinatları 21°02′ şm. e. 105°51′ ş. u.. Əhalisi — 6 448 837 nəfər (2009-ci il).
JONY
Cahid Əfrayıl oğlu Hüseynli (29 fevral 1996, Bakı) — Rusiyada fəaliyyət göstərən Azərbaycan əsilli ifaçı. == Həyatı == Əsl adı Cahid Hüseynli Əfrayıl oğlu olan Jony 1996-cı ildə bir Bakı şəhərində anadan olub. Tezliklə valideynləri özü və qardaşı ilə birlikdə Moskvadakı daimi yaşayış yerinə köçdülər. Cahidin təxəllüsü olan JONY adı anası sayəsində yaranmışdır."Johnny Bravo" cizgi filmini izləməyi çox sevən Cahidə anası Jony deyə səslənirdi. Paytaxtda Cahid orta məktəbi bitirib musiqi ilə maraqlanmağa başladı. Ancaq atası oğlunun musiqi karyerasına qarşı çıxdı, amma anası Cahidin tərəfində olsa da, o Dövlət İdarəetmə Universitetində "Beynəlxalq idarətmə" ixtisası üzrə təhsil almağa başladı. Təhsil aldığı müddətdə Cahid musiqini unutmadı və İnstaqramında populyar mahnıların müxtəlif versiyasılarını səsləndirdi. Bunun sayəsində Elman Zeynalov (El'man) Cahidə RAAVA Music-də işləməyi təklif etdi. Sonra öz mahnıları üzərində işləməyə başladı. == Karyerası == Jony beş musiqi — "Пустой стакан", "Френдзона","Звезда" , "Аллея" və HammAli & Navai ilə birlikdə oxuduğu "Без тебя я не я" musiqilərini çıxartdı.
Knos
Knos ― Minoy sivilizasiyasının paytaxtı olan qədim şəhərdir. Kritin şimalında, Heraklion şəhərinin yaxınlığında yerləşir. Knos sarayı qədim şəhərin ən vacib tikintisidir. Qədim qazıntı sahəsindən aşkarlanmış bir çox əşyalar Heraklion Arxeologiya Muzeyində sərgilənir. Bu obyektlərdən ən məşhuru, bütün Krit ilə eyniləşdirilən bir ilanlı ana ilahə fiqurudur. Knos sarayını meydana çıxaran arxeoloq Artur Evans, sarayın sənəti və memarlığı haqqında dəyərli məlumatların gün üzünə çıxarılmasında böyük rol oynamışdır. Sarayın təməllərində Neolit ​​dövrünə qədərki yaşayış məskənləri müəyyənləşdirilmişdir. Lakin Knosdakı sarayın ilk dəfə e.ə. 1900-cü ildə tikildiyi məlumdur. Knos sarayı bir çox həyət və otaqdan ibarət olduğu üçün labirintə bənzəyirdi.
Sony
Sony Corporation (yap. ソニー Sony) — transmilli şirkət. Mənzil qərargahı Yaponiya və ABŞ-dadır. 1946-cı ildə yapon mühəndisləri Akio Morita və Masaru İbuka tərəfindən Yaponiyada yaradılıb. "Sony" sözü latın dilindən sonus (“səs”) və ingilis sözlərindən “sunny boys” (“günəşli oğlanlar”) sözlərindən yaradılmışdır. Morita dünyanın heç bir dilində olmayan sözü tapmaq istəyirdi. Yapon dilində “Sonny” sözünün tələffüzü (“sonni”) uğursuz biznesi xatırladan söz mənasını verdiyindən, o, “n” hərflərindən birinin pozulmasına qərar verir. Hazırda Sony Corporation — Sony Group holdinqin tərkibinə daxildir. == Fəaliyyəti == Sony Group əsas əməliyyat seqmenti: Sony Corporation Sony Computer Entertainment (Sony Playstation, video oyunlar ) Sony Pictures Entertainment Sony Music Entertainment (musiqi alətləri). Sony Financial Holdings (maliyyə sferasında əməliyyatlar — sığorta, banklar) Sony (mobil telefonlar) Sony Vaio (noutbuklar) Sony Bravia (televizorlar)2005-ci il üçün əməkdaşlarının sayı 151400 nəfər olmuşdur.
Tenöy
Tenöy (fr. Theneuille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03282. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 396 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 243 yaşda olan (15-64 yaş arasında) 160 nəfər iqtisadi fəal, 83 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 65.8%, 1999-cu ildə 64.2%) idi. Fəal olan 160 nəfərdən 141 nəfər (79 kişi və 62 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi. 83 hərəkətsiz 20 nəfər arasında şagird və ya tələbə, 38 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şnox
Şınıx, Baysunqur, Şnox (erm. Շնող) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Şnox bələdiyyəsi"ni (erm. Շնող համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 2.561 nəfərdir. == Toponim == Toponim türk dilində «əyri sıldırım dağ yamacı, əlçatmaz», «dərin çuxur, xəndək» mənasında işlənən şın sözünə -ıx şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Şnox kimi rəsmiləşdirilmişdir.
Otöy
Otöy (fr. Auteuil Fransızca tələffüz: [otœj]) — Parisin 70 inzibati məhəlləsindən biri. 1860-cı ildə şəhərin 16-cı bələdiyyəsinin bir hissəsi olmuşdur. Otöy istixanalar bağı Bulon meşəsinin cənub kənarında yerləşən böyük bir istixana kompleksi içərisində yerləşən bir botanika bağıdır. Marsel Prust Otöydə dünyaya gəlir. "Azərbaycan Evi" Otöydə, Jeneral Delestren (Général Delestraint) küçəsində, № 31-də yerləşir.
Aloy diyarı
== Ərazisi == Aloy diyarının ərazisi 630,70 Km2-dır. Aloy diyarına 2 şəhər və 4 volost daxildir.
Andy Dick
Endryü Roan "ЭEndi" Dik (ing. Andrew Roane "Andy" Dick; d. 21 dekabr 1965-ci il, Çarlston, Cənubi Karolina, ABŞ) — amerika aktyoru, rejissor, prodyussor, ssenarist, bəstəkar.
Andy Whitfield
Endi Uitfild (ing. Andy Whitfield; 17 oktyabr 1971 – 11 sentyabr 2011[…], Sidney, Avstraliya) — 1971-ci ildə Uelsin şimal şəhəri olan Amlukxe-də anadan olub. Endi 1999-cu ildə inustutu bitirdikdən sonra, Avstraliyanın, Sidney şəhərinə köçərək aktyor və model olur. 2003-cü ildə Veşti Uitfild-lə evlənərək ailə həyatı qurdu. 2004-cü ildə aktyor olan Endi bu ildə Avstraliyada "All Saints" serialına çəkildikdən sonra, "The Strip" (2008), "Pached to the Rafters" (2008) və "McLeod’s Daughters" (2008) seriallarına çəkilir. Axırıncı oyndağı rol isə 2010-cu ildə rejisor Ceyms Rebbits-in çəkdiyi "Spartacus: Blood and Sand" olur. Spartacus rolunda oynayan Endi serialın ilk sezonu 13 bölümündə oynadıqdan sonra xərçəng xəstəliyinin qurbanı olaraq filmdən ayrıldı və mualicəyə başladı. Və xərçəng xəstəliyinin qurbanı olan Endi 11 sentyabr 2011-ci ildə Sidneydə vəfat etmişdir.
Andy Williams
Hovard Endrü "Endi" Vilyams (ing. Howard Andrew "Andy" Williams; 3 dekabr 1927[…], Voll-Leyk[d], Ayova – 25 sentyabr 2012[…], Brenson[d], Missuri) — əfsanəvi ABŞ pop müğənnisi və aktyoru. 18 Qızıl və 3 Platin albom yazdırmışdır. 1962–1971-ci illərdə öz televiziya şousunda aparıcı olmuşdur. Son illərində ABŞ-nin Missuri ştatının Brenson şəhərindəki "Moon River Theatre" adlı şəxsi teatrında çıxış edirdi. Karyerasına "Vilyams qardaşları" kvartetinin heyətində başlamışdır. Bu kvartet 1944-cü ildə Binq Krosbinin ən məşhur mahnılarından olan "Swinging on a Star" mahnısının yazılmasında iştirak etmişdir. 1952-ci ildən solo çıxış edir. 1956-cı ildə "Canadian Sunset" adlı mahnısı ilə ilk dəfə Billboard Hot 100-ün ilk onluğuna düşə bilmiş, növbəti il isə Elvis Preslinin stilinə bənzər tərzdə oxuduğu "Butterfly" mahnısı ilə birinci yerə qalxmışdır. == Erkən həyat == Williams, Iowa ştatının Wall Lake şəhərində , sığorta və poçtda işləyən Florensiya (doğma Finley) və Jay Emerson Williamsda anadan olmuşdur.
Anuy çayı
Anuy çayı — Altay Respublikası vı Altay diyarı ərazisindən axan çay. Çay Obun sol qolunu təşkil edir. Çayın mənbəyi Altay Respublikasının Ust-Kanski rayonu ərazisində yerləşir. Altay diyarı ərazusində çay Solomeşenski, Petropovlovski, Bıstroistokski və Smolenski rayonları ərazisindən axır. Çayın uzunluğu 327 km, hövzəsinin sahəsi isə 6930 km² təşkil edir. Yuxarı axarlarda cəmi 35 km Altay Respublikasının ırazisindən keçir. Əsas qolları: Sibirka (Sibiryaçixa — sol, uzunluğu 34 km), Slyudyanka (sol, 46 km), Solovixa (sağ, 32 km), Kudrixa (sol, 32 km), Kamışevka (sağ, 67 km), Karama çayı (277 km), Karakol çayı (294 km). == Əhəmiyyəti == Sahillərind Soloneşnoye vı Petropavlovsk kimi ayon mərkəzləri yerləşir. 1950 illərdən çaydan meşə məhsullarınln daşınmasında istifadə edilir. 2008-ci ildə "RusHidro" şirkəti Anuy çayı üzırində kaskad su elektrik stansiyalarının tikintisini sraşdırmışdır.
Aznay (İşembay)
Aznay (başq. Аҙнай, rus. Азнаево) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Etkol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 28 km, kənd sovetliyindən (Urqe Etkol): 5 km. ən yaxın dəmiryol stansiyasından (Salavat stansiyası): 45 km.
Bronven Knox
Bronven Knox (16 aprel 1986, Brisben) — Avstraliyanı təmsil edən su poloçusu. Bronven Knox, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına və 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb və 2 dəfə bürünc medal qazanıb. == Karyerası == Bronven Knox, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu. Bronven Knox, 2012-ci ildə Avstraliya yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 13:11 hesabı ilə məğlub edən Avstraliya yığması, XXX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Con Snou
Con Snou (ing. Jon Snow) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Con Snounun baxış bucağından verilir. The New York Times Con Snounu yazıçının "ən yaxşı tapıntılarından" və ən məşhur xarakterlərindən biri adlandırıb. Con "Taxtların oyunu" serialında baş personajdır və serialın 2015-ci ildə yayımlanan 5-ci sezon finalında Conun öldürülməsi izləyicilər arasında böyük reaksiyaya səbəb olub. Conun ata və anasının kimiliyi həm kitabların, həm serialın izləyiciləri arasında məşhur müzakirə mövzusudur. Con Snou "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının Şimal ərazisində yerləşən Vinterfel (ing. Winterfell) qalasının lordu Ned Starkın qeyri-qanunu oğlu olaraq təqdim edilir. Qeyri-qanunu oğul olması Con Snounun gələcək planlarını məhdudlaşdırır.
Eloy İmaniraquya
Eloy İmaniraquya (1 yanvar 1995) — Ruandalı üzgüçü. Eloy İmaniraquya Ruandanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Eloy İmaniraquya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 26.43 saniyəlik nəticəsi ilə 68-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.