Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zil
Zil (səs) — səs tembiri. Zil (dağ) — dağ. Zil (Tabasaran) — Tabasaranda kənd. ZİL — Yük maşını.
Zoi
Zoi — ad. Zoi Ştraub — Avstriya müğənnisi, söz yazarı və aktrisası. Zoi Saqq — britaniyalı vloqçu. Zoi Kontoqianni — Yunanıstanı təmsil edən bədii gimnast.
Boil burnu
Boil burnu (bolq. нос Боил, ‘Nos Boil’ \'nos bo-'il\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənubda yerləşən burundur. Burun Retije buxtasından qərbdə yerləşmişdir. Burun şimal-şərqi Bolqarıstanda yerləşən Boil şəhərinin adını daşıyır. == Yerləşməsi == Vyu burnundan 6.45 km şimal-qərbdə, Teodolit təpəsindən 7.45 km cənub-şərqdə, Kamel nunataklarından 8.45 km cənubda, Qarvan burnundan 5.82 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == Trinity Peninsula. Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine Scale 1:250000 topographic map No. 5697. Institut für Angewandte Geodäsie and British Antarctic Survey, 1996.
Məsud Özil
Məsud Özil (15 oktyabr 1988, Helzenkirxen, Almaniya Federativ Respublikası) — keçmiş türk əsilli alman yarımmüdafiəçisi. Məsud Özil 15 oktyabr 1988-ci ildə Almaniyanın Helzenkirxen şəhərində doğulmuşdur. 2010 Dünya çempionatında uğurlu çıxışından sonra "Verder"dən "Real Madrid"ə 15 milyon avro qarşılığında transfer olunmuşdur. Həmçinin bu turnirdəki uğurlu futbolu ilə Qızıl Top və Avropada İlin Futbolçusu mükafatlarına namizəd göstərilmişdir. Zonquldaklı bir ailənin uşağı olaraq dünyaya gələn Məsud Özil Türkiyə milli futbol komandasında çıxış etməyə dəvət alarkən "Özümü bir alman kimi hiss edirəm" deyərək bu təklifi rədd etmiş, Almaniya milli futbol komandasının heyətində iştiraka üstünlük vermişdir.Lakin 2018 FİFA Dünya Kubokundan sonra ona edilən irqçi təzyiqlər səbəbindən millidəki karyerasını başa vurmuşdur. Məsud Özil "Real Madrid" klubunun heyətində çıxış etmiş ilk türk əsilli futbolçu olmuşdur. 22 mart 2023-cü il tarixində Məsud Özil, futbolçu karyerasını başa vurduğunu açıqlamışdır.[1] 2019-cu ilin yanvar ayında Məsut Özil aktrisa və model sevgilisi Amine Gülşe ilə nişanlanıb.
Məsut Özil
Məsud Özil (15 oktyabr 1988, Helzenkirxen, Almaniya Federativ Respublikası) — keçmiş türk əsilli alman yarımmüdafiəçisi. Məsud Özil 15 oktyabr 1988-ci ildə Almaniyanın Helzenkirxen şəhərində doğulmuşdur. 2010 Dünya çempionatında uğurlu çıxışından sonra "Verder"dən "Real Madrid"ə 15 milyon avro qarşılığında transfer olunmuşdur. Həmçinin bu turnirdəki uğurlu futbolu ilə Qızıl Top və Avropada İlin Futbolçusu mükafatlarına namizəd göstərilmişdir. Zonquldaklı bir ailənin uşağı olaraq dünyaya gələn Məsud Özil Türkiyə milli futbol komandasında çıxış etməyə dəvət alarkən "Özümü bir alman kimi hiss edirəm" deyərək bu təklifi rədd etmiş, Almaniya milli futbol komandasının heyətində iştiraka üstünlük vermişdir.Lakin 2018 FİFA Dünya Kubokundan sonra ona edilən irqçi təzyiqlər səbəbindən millidəki karyerasını başa vurmuşdur. Məsud Özil "Real Madrid" klubunun heyətində çıxış etmiş ilk türk əsilli futbolçu olmuşdur. 22 mart 2023-cü il tarixində Məsud Özil, futbolçu karyerasını başa vurduğunu açıqlamışdır.[1] 2019-cu ilin yanvar ayında Məsut Özil aktrisa və model sevgilisi Amine Gülşe ilə nişanlanıb.
Zail yovşanı
Zoli Adok
Zoli Adok (Macarca:Zoltán Ádok; 22 mart 1976, Seqed) — Macarıstan müğənnisi. Zoli Adok 1976-cı il martın 22-də Macarıstanın Szeged şəhərində anadan olmuşdur. Macarıstanı 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. “Dance with Me” (Azərbaycanca:"Mənimlə rəqs elə") adlı mahnı ilə Avroviziyada iştirak edən müğənni yarımfinalda cəmi 16 xal toplayaraq finalda iştirak etmək imkanını itirmişdir. 2008-ci ildə “Tanclepes” adlı albomu buraxan müğənni öz ölkəsində həmçinin aktyor kimi də tanınır.
Eucalyptus oil
Zil (Tabasaran)
Zil – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Zil kəndi «„Yersi kənd sovetliyinə“» daxildir. Milli tərkibi: Azərbaycanlılar. Mono etnik kənddir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. XIX əsrə qədər kənd tabasaran feodal qurumunun mərkəzi olmuşdur. 1960-cı illərə kənd Dəvraq kənd sovetliyinə daxil idi. Təkcə 1982-ci ildə kənddə 750 nəfər yaşayırdı. Orta məktəb Kənddən 500 metr şimal-şərqdə arxeoloji abidə yerləşir — Zil orta əsr yaşayış məntəqəsi.
Zoi Konstantopolou
Zoe Konstantopolou (yun. Ζωή Κωνσταντοπούλου; d. dekabr 1976, Afina, Yunanıstan) — Yunanıstan parlamentinin sədri (2015-ci ilin fevralından) Zoe Konstantopolou radikal solçu SİRİZA partiyasının nümayəndəsidir. O, 2015-ci ilin fevral ayında Yunanıstan parlamentinin yeni tərkibinin keçirdiyi səsvermədə 300 səsdən 235-ini toplayaraq sədr vəzifəsinə seçilmişdir. Bu nəticə ilə 38 yaşlı Zoe Konstantopolou ölkənin 200 illik tarixində ən gənc və ikinci qadın parlament sədri olmuşdur.
Zoi Kontoqianni
Zoi Kontoqianni (19 sentyabr 1997) — Yunanıstanı təmsil edən bədii gimnast. Zoi Kontoqianni, 2016-cı ildə Yunanıstanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Zoi Kontoqianni 2016-cı ildə Yunanıstan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yoanna Anaqnostopoulou, Yeleni Doika, Mixaela Metallidou və Stavroula Samara ilə birgə təsnifat mərhələsində 30.416 xal topladı və 13-cü yeri tutaraq mübarizəni dayandırdı.
Zoi Saqq
Zoi Elizabet Saqq (ing. Zoe Elizabeth Sugg; İngiltərə, Lakok) — britaniyalı vloqçu. ThatcherJoe kimi bilinən, Co Saqq adlı YouTube vloqçusunun böyük bacısıdır.
Zoi Ştraub
Zoi Ştraub (alm. Zoë Straub‎; 1 dekabr 1996, Vyana, Avstriya) və ya sadəcə Zoi (alm. Zoë‎) — Avstriya müğənnisi, söz yazarı və aktrisası. O, Avstriyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Zoi Ştraub 1 dekabr 1996-cı ildə Avstriyanın paytaxtı Vyanada musiqiçi ailəsində anadan olmuşdur. Zoinin valideynləri Kristof və Rumina Ştraub Papermoon musiqi qrupunun üzvləridir. Zoi altı yaşında ikən valideynlərinin birlikdə yaratdığı Papermoon qrupunun mahnılarından birini ("Doop Doop (Baby Remix)") ifa etmişdir. 2007-ci ildə o, Avstriyanın uşaqlar üçün nəzərdə tutulmuş Kiddy Contest yarışmasında iştirak etmişdir. Zoi Vyanada yerləşən Lycée Français de Vienne məktəbində təhsil almışdır. Zoi 2015-ci ildə Avstriyanın Vorstadtweiber teleserialında rol almışdır.
Zol-Göyəç
Zol-Göyəç - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Bolnisi Bələdiyyəsindən 13 kilometr uzaqlıqda yerləşir. Kəndin salınma tarixi təqribən XVIII əsrin sonu XIX əsrin ortalarına təsadüf edir. Kəndin ilkin adı "Beş Öylü" ("Beş Evli") olub. Kəndin belə adlandırılmağına səbəb o kəndin ilk sakinlərinin cəmi beş türkdilli ailədən ibarət olması olub. Əhalisi 2576 nəfərdir. Əhalinin etnik tərkibi 100% Azərbaycanlılardan ibarətdir. Əhali Maldarlıq Və əkinçilik ilə məşğul olur. Məmmədov Elşən Vaqif oğlu (3 iyul 1992 – 25 sentyabr 2015) — Azərbaycanın Tərtər rayonunda cəbhə bölgəsində atışma zamanı şəhid olmuşdur. Və kənddə Şəhid Elşən Məmmədov Xatirəsinə Zol Göyəç Məscidi önündə bulaq tikilmişdir!
ZİL-41047
ZİL-41047 (ruЗИЛ-41047) — banı limuzin tipli avtomobil. İlk dəfə 1985-ci ildə Lixaçev Adına Zavodda istehsal olunaraq istifadəyə verilib.
ZİL-4105
Standard Oil
Standard Oil Company, Inc. —1870-1911-ci illərdə fəaliyyət göstərmiş ABŞ mərkəzli neft hasilatı, nəqli, emalı və marketinqi şirkəti. Standard Oil fəaliyyətinin zirvəsində dünyanın ən böyük neft şirkəti idi və onun uğuru onun həmtəsisçisi və sədri Con Rokfelleri "bütün zamanların ən varlı amerikalıları" və "tarixin ən varlı insanları" sırasına daxil etmişdir. Dünyanın ilk və ən böyük transmilli korporasiyalarından biri olan şirkətin tarixi 1911-ci ildə ABŞ Ali Məhkəməsinin onun qeyri-qanuni inhisar olduğuna qərar verməsi ilə başa çatmışdır. Şirkət 1863-cü ildə Rokfeller və Henri Flaqler tərəfindən təsis edilib və 1870-ci ildə korporasiyaya çevrilib. Standard Oil neft məhsulları bazarında əvvəlcə emal sektorunda üfüqi inteqrasiya yolu ilə, daha sonra sonrakı illərdə şaquli inteqrasiya yolu ilə üstünlük təşkil etdi. Standard Oil tresti hasilat və logistikanı asanlaşdırdı, xərcləri aşağı saldı və rəqibləri üstələdi. Tənqidçilər şirkəti rəqibləri məhv etmək və digər biznesləri təhdid edən inhisar yaratmaq üçün "aqressiv" qiymətlərdən istifadə etməkdə günahlandırdılar. Rokfeller 1897-ci ildə təqaüdə çıxana qədər şirkətin sədri kimi rəhbərlik etdi. O, əsas səhmdar olaraq qaldı və 1911-ci ildə trestin 43 kiçik şirkətə dağılması ilə Rokfeller müasir tarixin ən varlı insanı oldu, çünki bu fərdi müəssisələrin ilkin gəlirləri tək bir iri şirkətin gəlirindən qat-qat böyük idi.
Zoi (film)
"Zoi" (ing. Zoe) — 2018-ci ildə çıxarılmış və Dreyk Doremusun rejissorluğu ilə çəkilmiş ABŞ romantik elmi-fantastika filmidir. Filmdə Yuen MakQreqor, Lea Seydu, Teo Zeyms, Kristina Agilera, Rəşidə Cons və başqa aktyorlar rol almışlar. Filmin premyerası 21 aprel 2018-ci ildə Tribeka Film Festivalında baş tutmuşdur. 20 iyul 2018-ci ildə film, Amazon Studios tərəfindən izləyicilərə təqdim edilmişdir. Gələcəkdə alim olan Zoi (Lea Seydu) və Koul (Yuen MakQreqor) inqlabi tədqiqatlar laboratoriyasında bir yerdə çalışan alimlərdilər. Zoi cütlüklərin münasibətinin nə qədər uğurlu və davamlı olacağını əvvəlcədən müəyyənləşdirən sistem üzərində işləyir. Koul isə sintetiklər (adama bənzər robotlar) yaradan departamentin aparıcı dizayneridir. Onun işləri sayəsində xarici görünüş baxımından insandan tamamilə fərqlənməyən robotlar yaradılır. Kolun son kəşfləri isə yaratdığı robotlardan biri olan Eşə (Teo Ceyms) həm də insan kimi hiss etmək və sevmək bacarığı verir.
ZIL-114
ZİL-114 — "limuzin" kuzovlu ən yüksək sinif sovet kiçik miqyaslı minik avtomobilidir. O, 1967-ci ildən 1978-ci ilə qədər Lixaçev zavodunun istehsal etdiyi əvvəlki nəsil ZİL-111 modelini əvəz etdi. De-fakto, bu sinfin son yerli avtomobili idi. Rusiyada bu avtomobil sinfinin inkişafında uzun bir fasilə kəsildi. Cəmi 113 nümunə toplanmışdır. Bütün qapıların pəncərələrində elektrik ötürücüləri, qapı qıfıllarında isə mərkəzi kilid var idi. Avtomobil kondisionerlə də təchiz olunub.
Zil-130
Zil-130 — MAZ-500 ailəsinə aid edilir. 1962–2010-cu ilə kimi istehsal olunub.
Zoi Doyç
Zoi Doyç (10 noyabr 1994-cü il təvəllüdlü) — amerikalı aktrisa və prodüser. Niyə O?
ZIL-164
ZİL-164 — Lixaçev zavodu tərəfindən istehsal olunan Sovet orta yük maşınıdır. Model ZIS-150-nin modernləşdirilməsidir. Onun fərdi komponentləri və birləşmələri 1957-ci ilin oktyabrından 1964-cü ilin dekabrına qədər istehsal edilmişdir.
Marathon Oil Tower
Marathon Oil Tower — Texas ştatının Hyuston şəhərində yerləşən göydələndir. Tikintinin hündürlüyü 171 metrdir, 41 mərtəbəsi var və 1981-ci ildə tikintisi başa çatmışdı.
Nobel Oil Group
Nobel Energy (hüquqi adı Nobel Energy Management MMC, bundan əvvəl Nobel Oil Services Ltd), fəaliyyətini enerji sənayesi üzərində quran, kompleks mühəndislik, tikinti, satınalma və təchizat zəncirinin idarə edilməsi və qazma xidmətlərini göstərən çoxşaxəli şirkətlər qrupudur. Nobel Energy, müxtəlif sənayelər və çoğrafiyalarda fəaliyyət göstərən NEQSOL Holdingin bir hissəsidir. NEQSOL Holding-in fəaliyyət sahələri Böyük Britaniya, ABŞ, Cənubi Amerika, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və BƏƏ-dəki enerji, telekommunikasiya, yüksək texnologiya və tikinti sənayelərini əhatə edir. Nobel Energy Azərbaycan əsilli iş adamı Nəsib Həsənov tərəfindən Xəzər regionunda neft-qaz sənayesinə xidmətlər təklif edən texniki xidmət təchizatçısı qismində 2005-ci ildə yaradılmışdır. Buraya quyuların əsaslı təmiri, qazma, tikinti-quraşdırma, mühəndislik-layihələndirmə və texniki xidmət, təmir və əməliyyat xidmətləri daxil idi. 2007-ci ildə Kompleks qazma və quyu idarəetmə xidmətlərini göstərmək məqsədi ilə Nobel Energy şirkətinin törəmə müəssisəsi olan Abşeron Qazma (AQŞ), SOCAR şirkəti ilə birgə “SOCAR-AQŞ” müştərək müəssisəsini yaratdı. 2012-ci ildə Nobel Energy şirkəti, Global Energy Solutions (Glensol) və Prokon şirkətlərini yaratdı. Glensol şirkətinin əsas fəaliyyət sahələri Azərbaycanda və regionda mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsini əhatə edir. Prokon şirkəti isə layihənin adaptasiya mərhələsindən tutmuş satınalma və tikintiyə qədər kompleks infrastruktur, sənaye zavod və qurğularının tikinti proseslərinin idarə edilməsi üzrə ixtisaslaşmışdır. 2014-cü ildə Nobel Energy şirkəti Azərbaycanda yerləşən şirkətlərini baş qərargahı Böyük Britaniyada yerləşən ana şirkət altında yerləşdirmək və özünün biznes proseslərini nizama salmaq və beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi ilə öz korporativ strukturunu yenidən təşkil etdi.
Zoi (film, 2018)
"Zoi" (ing. Zoe) — 2018-ci ildə çıxarılmış və Dreyk Doremusun rejissorluğu ilə çəkilmiş ABŞ romantik elmi-fantastika filmidir. Filmdə Yuen MakQreqor, Lea Seydu, Teo Zeyms, Kristina Agilera, Rəşidə Cons və başqa aktyorlar rol almışlar. Filmin premyerası 21 aprel 2018-ci ildə Tribeka Film Festivalında baş tutmuşdur. 20 iyul 2018-ci ildə film, Amazon Studios tərəfindən izləyicilərə təqdim edilmişdir. Gələcəkdə alim olan Zoi (Lea Seydu) və Koul (Yuen MakQreqor) inqlabi tədqiqatlar laboratoriyasında bir yerdə çalışan alimlərdilər. Zoi cütlüklərin münasibətinin nə qədər uğurlu və davamlı olacağını əvvəlcədən müəyyənləşdirən sistem üzərində işləyir. Koul isə sintetiklər (adama bənzər robotlar) yaradan departamentin aparıcı dizayneridir. Onun işləri sayəsində xarici görünüş baxımından insandan tamamilə fərqlənməyən robotlar yaradılır. Kolun son kəşfləri isə yaratdığı robotlardan biri olan Eşə (Teo Ceyms) həm də insan kimi hiss etmək və sevmək bacarığı verir.
Emil
Emil — Azərbaycanlı kişi adı. Çalışqan mənasındadır. Bu adı olan tanınmışlar Emil Əliyarlı — operator. Emil Məlikov — şəhid. Emil Çoran — XX əsr rumıniya filosofu. Emil Axundov — Rusiya alimi; Texnika elmləri namizədi. Emil Əhmədov — Rusiya alimi; Fizika‑riyaziyyat elmləri doktoru.
Feil
Feil — ümumqrammatik mənasına görə iş, hal və hərəkəti bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir. Feillər müxtəlif forma və zamanlarda işlədilərək "nə etmək?", "nə etdi?", "nə etmişdir?" "nə edir?", "nə edəcək?", "nə edər?" və s. suallarına cavab olur şəxsə və kəmiyyətə görə dəyişir təsdiq və inkar, təsirli və təsirsiz olur. == Feilin mənaca növləri == İş feilləri: yağla(maq), tik(mək), rənglə(mək), kəs(mək), yaz(maq) bişir(mək), qur(maq) və s… Nitq feilləri: danış(maq), dinlə(mək), qulaq as(maq), sus(maq), pıçılda(maq) və s. Hərəkət feilləri: get(mək), düş(mək), en(mək), qalx(maq) gəl(mək) qaç(maq) və s… Təfəkkür feilləri: duy(maq), xatırla(maq), zənn et(mək), duyğulan(maq), sevin(mək), dərk et(mək) və s… Hal-vəziyyət feilləri: ağar(maq), gözəlləş(mək), nərildə(mək), gül(mək), fərəhlən(mək) və s… == Feilin quruluşca növləri == Sadə feillər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan feillərə sadə feillər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s. Düzəltmə feillər: Kökə və sözdüzəldici (leksik) şəkilçiyə malik olan feillər düzəltmə feillər adlanır. Məsələn: baş-la(maq), ağ-ar(ır), iş-lə(mək), gör-üş(mək) və s. Mürəkkəb və tərkibi feillər: İki sözün birləşməsindən əmələ gələn feillər mürəkkəb feillər adlanır. Məsələn: deyir-gülür, ölçdü-biçdi, bəzənib-düzənir, atılıb-düşür və s.
Fosil
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. == Bitki qalıqları == Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. == Heyvan qalıqları == Dişlər, sümüklər və qabıqlar, dəri, ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. == Qabıqlı dəniz canlıları == Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.