Nobel Energy (hüquqi adı Nobel Energy Management MMC, bundan əvvəl Nobel Oil Services Ltd), fəaliyyətini enerji sənayesi üzərində quran, kompleks mühəndislik, tikinti, satınalma və təchizat zəncirinin idarə edilməsi və qazma xidmətlərini göstərən çoxşaxəli şirkətlər qrupudur. Nobel Energy, müxtəlif sənayelər və çoğrafiyalarda fəaliyyət göstərən NEQSOL Holdingin bir hissəsidir.[1] NEQSOL Holding-in fəaliyyət sahələri Böyük Britaniya, ABŞ, Cənubi Amerika, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və BƏƏ-dəki enerji, telekommunikasiya, yüksək texnologiya və tikinti sənayelərini əhatə edir.[2][3]
Nobel Oil Group | |
---|---|
Fayl:Baku Bay Tower.jpg | |
Ümumi məlumatlar | |
Tipi | neft və qaz |
Sənaye | Neft və qaz, Bərpaolunan enerji |
Təsis tarixi | |
Baş qərargahın yeri | 3- Bakı, Azərbaycan; London, Böyük Britaniya; Hyuston, ABŞ |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | Açıqlanmayıb |
Xalis mənfəəti | Açıqlanmayıb |
Əməliyyat mənfəəti | Açıqlanmayıb |
Struktur | |
Ana şirkət | NEQSOL Holding |
Rəhbərlik | |
Təsisçi | Nəsib Həsənov |
nobelenergy.com |
Nobel Energy Azərbaycan əsilli iş adamı Nəsib Həsənov tərəfindən Xəzər regionunda neft-qaz sənayesinə xidmətlər təklif edən texniki xidmət təchizatçısı qismində 2005-ci[4] ildə yaradılmışdır.[5] Buraya quyuların əsaslı təmiri, qazma, tikinti-quraşdırma, mühəndislik-layihələndirmə və texniki xidmət, təmir və əməliyyat xidmətləri daxil idi.[6][7]
2007-ci ildə Kompleks qazma və quyu idarəetmə xidmətlərini göstərmək məqsədi ilə Nobel Energy şirkətinin törəmə müəssisəsi olan Abşeron Qazma (AQŞ), SOCAR şirkəti ilə birgə “SOCAR-AQŞ” müştərək müəssisəsini yaratdı.[8][9]
2012-ci ildə Nobel Energy şirkəti, Global Energy Solutions (Glensol) və Prokon şirkətlərini yaratdı. Glensol şirkətinin əsas fəaliyyət sahələri Azərbaycanda və regionda mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsini əhatə edir. Prokon şirkəti isə layihənin adaptasiya mərhələsindən tutmuş satınalma və tikintiyə qədər kompleks infrastruktur, sənaye zavod və qurğularının tikinti proseslərinin idarə edilməsi üzrə ixtisaslaşmışdır.[10]
2014-cü ildə Nobel Energy şirkəti Azərbaycanda yerləşən şirkətlərini baş qərargahı Böyük Britaniyada yerləşən ana şirkət altında yerləşdirmək və özünün biznes proseslərini nizama salmaq və beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi ilə öz korporativ strukturunu yenidən təşkil etdi.[3]
2014-cü ildə şirkət özünün kəşfiyyat və hasilat fəaliyyətlərini daha da genişləndirərək əsas fəaliyyətini satınalma və ticarət, loqistika və ekspedisiya xidmətləri, habelə anbarların və materialların idarə edilməsi üzərində cəmləşdirən Llamrei DMCC şirkətini təsis etdi.
2015-ci ildə Nobel Energy şirkəti Denholm Oilfield Services Limited şirkətinin Azərbaycandakı istehsal biznesinin 50%-ni satın aldı. Həmin ildə Glensol şirkəti klapanlara texniki xidmətlərin göstərilməsi məqsədilə Denholm Valvecare Limited şirkəti ilə müştərək müəssisə yaratdı.[11]
2017-ci ildə Nobel Energy və onun törəmə müəssisələri şəffaf maliyyə fəaliyyətinə görə Vergilər Nazirliyi tərəfindən Şəffaf Vergi Partnyoru statusunu aldı.[12]
2017-ci ildə Glensol şirkəti biznesini genişləndirərək Qazaxıstana fəaliyyətə başladı.[13]
2018-ci ildə SOCAR AQŞ neft-qaz sənayesi üçün quyuların qazılması və mühəndislik xidmətlərini göstərmək məqsədilə KCA Deutag şirkəti ilə Turan Drilling and Engineering müştərək müəssisəsini yaratdı.[14]
2018-ci ildə Nobel Energy şirkəti mühəndislik, satınalma və tikinti işlərinin idarə edilməsi xidmətlərini göstərmək məqsədilə Wood şirkəti ilə müştərək müəssisə yaratdı.[1]
2019-cu ildə Prokon və SOCAR AQŞ şirkətləri Türkiyə bazarına daxil oldu.[15]
2019-cu ildə Nobel Energy şirkəti, Lloyds-ın maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət və inspeksiya xidmətləri bölməsi olan LRQA tərəfindən ISO 37001:2016 sertifikatı (rüşvətxorluq və korrupsiya ilə mübarizə üzrə idarəetmə sistemi) əldə etmişdir. Nobel Energy şirkəti öz sertifikasiyasını 2022-ci ildə uğurla yenilədi.[16]
2021-ci ilin dekabr ayının 1-də şirkət mühüm rebrendinq tədbirini elan edərək şirkəti neft-qaz xidmətləri göstərən müəssisədən kompleks enerji istehsalı, inkişafı və xidmətlər şirkətinə çevirmək üçün yeni strategiyasını müəyyən etdi. Şirkətin adı Nobel Oil Services-dən dəyişdirilərək Nobel Energy adlandırılmışdır.[17]
Şirkət layihə və tikinti işlərinin idarə edilməsi; polad konstruksiyaların istehsalı və quraşdırılması; dəniz qurğularının, boru birləşmə sistemlərinin, o cümlədən yüksək təzyiqli axın xəttləri, çənlər və əlaqəli avadanlıqların təkmilləşdirilməsi; sahə əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi; kompleks qazma və quyu xidmətləri; layların neftverimliliyinin artırılması xidmətləri və kompleks təchizat zəncirinin idarə edilməsi sahəsində ixtisaslaşıb.[1]
Nobel Energy şirkətinin dörd törəmə müəssisəsi və bir əlaqəli şirkəti vardır: Audubon, Glensol, Prokon, Llamrei DMCC, Oil & Gas ProServ (OGP).
SOCAR, bp, Siemens, Tüpraş, BOTAŞ, Wood, Karachaganak Petroleum Operating (KPO), Worley Parsons, Samsung Electronics, Saipem, Technip, Biwater kimi şirkətlər Nobel Energy şirkətinin müştəriləri arasındadırlar.[28][29][30][31][32][33]