Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zoriy Balayan
Zori Balayan (erm. Զորի Բալայան; 10 fevral 1935, Stepanakert, DQMV) — Ermənistan yazıçısı. 10 fevral 1935-ci ildə Azərbaycan SSR–in DQMV-nin Xankəndi şəhərində anadan olub. 1957-ci ildə ortra məktəbi bitirmiş, 1963-cü ildə isə Ryazan Tibb Universitetindən məzun olmuşdur. 1963–1973-cü illərdə Kamçatkada həkim işləmişdir. 1975-ci ildən "Literaturnaya qazeta"nın şəxsi müxbiri kimi çalışmış, 1989-cu ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir. == Siyasi baxışları == 80-ci illərin əvvəllərində yazılan "Ocaq" əsəri Balayana məşhurluq gətirir. Bu əsər 1981-ci ildə kitab şəklində nəşr olunur. Bu kitabda Balayan tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edir. Həmçinin, kitabda Balayan "türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edir".
Zonkey
Zebroid (ya da zedonk, zorse, zebr qatırı, zonkey, və zebmule) — dişi zebr ilə erkək atın cütləşməsindən meydana gələn hibrid canlıya verilen addır. Qatırlar kimi zonkeylər də əksər hallarda qısırdır. == Fiziki xüsusiyyətləri == Zonkeylər daha çox zebr olmayan valideyninin xüsusiyyətlərini və zebrnın zolaqlarını daşıyır. Zolaqlar bütün bədəni əhatə etmir, boyun və ya ayaqlar kimi nayihələrlə sərhədlənə bilir. Zebr-eşşək hibridlərində zolaqlar qarın və bel nayihələri ilə məhdudlaşır.
Forki
Forki, Forkis, Fork (q.yun. Φόρκυς q.yun. Φόρκυς Φόρκυς) — qədim yunan mifologiyasında dəniz xthonik tanrısı, fırtınalı dəniz tanrısı, möcüzələr tanrısı. Pontla və Geyanın oğlu və ya Uran və Geyanın oğlu və ya Pontla Tefidanın oğlu . Dəniz tanrısının qardaşı və əri, uçurumun qəddar tanrısı Keto . Birlikdə bütün dəniz fırtınalarına əmr verir, dəniz bədheybətləri ilə dənizçilərdə qorxu yaradırdılar. əmr verdilər, dəniz canavarlarını meydana gətirdilər. Qorgon və Qrayalar ; Hesperidlər (versiyaya görə); hesperidlərin qızıl alma qəyyumu yüz başlı əjdaha Ladon, ; sirenalar (versiyaya görə) və Yexidna onların övladlarıdır. (versiyaya görə). Həm də Forki həm də şəhərin sərhədlərini qoruyan tanrıya Troya çarının minnətdarlıq etmədiyinə görə Poseydonun sakinlər üzərində nəzarət üçün qoyduğu Troya dəniz əjdahasının atası olmuşdur.
Qorki
Qorki — Rusiyada şəhər. Qorki (Belarus) — Belarusda şəhər. Qorki Avtomobil Zavodu — Avtomobil Zavodu.
Torki
Torki (ing. Torquay — Böyük Britaniyada, İngiltərədə (İngiltərə Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Dmitri Korkin
Dmitri Korkin (saxa Коркин Дмитрий Петрович 5 sentyabr 1928, Kıtanax[d], Yakutiya MSSR – 22 fevral 1984, Saxa) — Yakut əsilli Sovet sərbəst güləş üzrə məşqçisi, Yakutiya Muxtar Sovet Sosialist Respublikasının əməkdar müəllimi, Yakutiya Muxtar Sovet Sosialist Respublikası, Rusiya Sovet Federativ Sosialist Respublikası və SSRİ-nın əməkdar məşqçisi, Şərəf nişanı və Oktyabr inqilabı ordeni sahibi, Yakutiyanın 20-ci əsrinin insanı. 1970-ci illərin birinci yarısının ən yaxşı dünya güləşçilərinin məşqçisi — Olimpiya çempionları — Roman Dmitriev (1972) və Pavel Pinigin (1976). == Bioqrafiyası == 5 sentyabr 1928-ci ildə Kıtanaxda kolxozçu Pyotr Kirilloviç və Maria Andreevna Korkinsin ailəsində anadan olmuşdur. 1934-cü ildə Dmitri, bacısı və kiçik qardaşı yetim qalır. 1939-cu ildə Belolyubski (Arılax) ibtidai məktəbinin birinci sinfinə daxil olur. 1940–41 tədris ilində Kıtanax yeddi illik məktəbində ikinci sinif şagirdi idi. Bulunski rayonunun Boroqonski qəsəbəsindəki yeddi illik məktəbi (1948), Yakutsk şəhərinin 2 nömrəli orta məktəbini (1951) bitirir. Yakutsk şəhərinin sanitar-meşə məktəbində müəllim və baş pioner lider kimi çalışmışdır (1951–52). Leninqrad Pedaqoji İnstitutunun tələbəsi kimi (1952–56) sambo güləşində idman ustası namizədi olur. Təhsilini birdikdən sonra rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnir.
Norkis Batista
Norkis Batista (ing. Norkys Batista ) — məşhur Venesuela aktrisası və modeli . Atası Luis Batista, anası Miqdalis Villaroel Batista. == Həyatı == Norkis Batista 30 avqust 1977-ci ildə Venesuelanın paytaxtı Karakas şəhərində anadan olmuşdur . == Karyerası == === Serialları === 2001: Juana la virgen 2002: Mi gorda bella 2004: Estrambotica Anastasia / Dəlisov Anastasiya 2005: Amor a Palos 2008: La trepadora 2009: Esto es lo que hay 2010: Que el cielo me explique 2011: Flor Salvaje === Filmləri === 2006: Miranda 2007: 13 segundos 2008: El Sr.
Zorakı cinayət
Zorakı cinayət və ya zorakılıq cinayətləri — cinayətkarın cinayətin qurbanına qarşı güc tətbiq etməsi və ya güc tətbiq etməklə hədələməsi ilə müşayiət olunan cinayət. Bu qrupa həm zorakılığın cinayəti başa çatdırmaq üçün bir vasitə kimi istifadə olunduğu, həm də zorakılığın cinayətin obyektiv cəhətini təşkil etdiyi cinayətlər, məsələn, qəsdən adamöldürmə və ya zorlama kimi cinayətlər daxildir. Zorakı cinayətlər silahla və ya silahsız törədilə bilər. Zorakı cinayətlərə, əsasən, hava gəmisini qaçırma, bank soyğunçuluğu, soyğunçuluq, ev oğurluğu, terrorizm, avtomobil oğurluğu, zorlama, adam oğurluğu, işgəncə, qəsdən adamöldürmə, banditizm, narkokartel və başqaları daxildir. == Ölkələr üzrə zorakı cinayətlər == Dövlətlər arasında zorakı cinayətlərin statistikasının müqayisəsi adətən problemli olur, çünki dövlətlər cinayətlərin fərqli təsnifatını aparırlar. Müqayisənin etibarlı olması üçün müxtəlif yurisdiksiyalardakı oxşar hüquq pozuntularının müqayisəsi aparılmalıdır. Lakin çox zaman bu, mümkün olmur. Yurisdiksiyadan asılı olaraq zorakı cinayətlərə aşağıdakılar aid ola bilər: adamöldürmə, qəsdən adamöldürmə, zorlama, adam oğurlama. Dövlətlər həmçinin cinayətlərin qeydə alınmasında da fərqli sistemlərdən istifadə edirlər. Avstraliyada cinayət qurbanları ilə bağlı ilk milli sorğu 2008-09-cu illərdə keçirilmişdir.
Çorniy burnu
Çorniy burnu (ukr. Чорний) — Krımın qərbində, Çornomorski rayonu ərazisində yerləşən burun. Qara dənizin Karkinit körfəzinin daxilinə uzanır. Mejbodnoe kəndindən qərbdə yerləşir. Sahillərində Yarılqaç buxtası vardır. Burunda 1939-cu ildə mayak və naviqasiya işarəsi quraşdırılmışdır.
Zori
Zori (草履) – ənənəvi düz və dabanlı yapon səndəlləri. Yaponlar bu cür səndəlləri Edo dövründən bəri geyinir. Zorinin setta adlı növünün dabanı isə daha hündürdür və qarda gəzmək üçün əlverişlidir. Bu cür səndəllər çox möhkəmdir və sağlamlığa xeyirli olduğu deyilir. Zorinin daban hissəsi sintetik materialdan və ya dəridən hazırlanır. Zori yukata, kimono və cinbeylə birlikdə geyinilsə də, müasir dövrdə şalvarla da geyinilir. Yukata geyinərkən alçaq dabanlı zorilərdən istifadə olunur. Hündür dabanlı zorilər isə kimono geyinərkən istifadə olunur. Zoridən istifadə edərkən tabidən də istifadə olunur.
Arşil Qorki
Arşil Qorki (ing. Arshile Gorky, erm. Արշիլ Գորկի; 15 aprel 1904[…] – 21 iyul 1948[…]) və ya Vostanik Manuk Adoyan (erm. Ոստանիկ Մանուկ Ատոյան ) - erməni əsilli amerikalı rəssam.
Leonid Zorin
Leonid Henrixoviç Zorin (əsl soyadı Zaltsman; 3 noyabr 1924, Bakı – 31 mart 2020, Moskva) — Rusiya dramaturqu. == Həyatı == Leonid Zorin 3 noyabr 1924-cü ildə Bakıda anadan olub, 1948-ci ildən Moskvada yaşayıb. BDU-nu, daha sonra isə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. L. Zorin 31 mart 2020-ci ildə 96 yaşında ürək tutmasından dünyasını dəyişib. == Yaradıcılığı == O, "Dostlar və illər" (1962), "Varşava melodiyası" (1967), "Pokrov darvazaları" (1974) və s. dram əsərləri də daxil olmaqla 50-yə yaxın pyesin müəllifidir. Dramaturqun əsərləri keçmiş SSRİ-nin bir neçə respublikasında və xaricdə dəfələrlə səhnələşdirilib. L. Zorin bir neçə filmin ssenarisinin hazırlanmasında da iştirak edib. == Təltif və mükafatları == Orden və medallarla təltif olunub.
Maksim Qorki
Maksim Qorki (rus. Максим Горький, əsl adı Aleksey Maksimoviç Peşkov (rus. Алексей Максимович Пешков; 16 (28) mart 1868[…], Nijni Novqorod, Nijeqorod quberniyası[d], Rusiya imperiyası[…] – 18 iyun 1936[…]) — rus və sovet yazıçısı. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Qorki nəqliyyatçı olan atasını 5 yaşında ikən itirir və anası yenidən ərə getdiyindən anadan olduğu Novqoroda qayıdır. 11 yaşında tamamilə yetim qalır, nənəsi və babası tərəfindən Həştərxanda böyüdülür. Nağılları ilə böyüdüyü nənəsinin onun formalaşmasında böyük təsiri vardır. Qorki yalnız bir neçə ay məktəbə gedə bilir. 8 yaşında işləməyə başlıyar, bunun sayəsində Rusiyanın fəhlə sinfinin həyatı ilə yaxından tanış olar. Bir gəmidə qabyuyan işləyərkən oxumağa kitab marağı yaranar.
Qorki (Belarus)
Qorki (belar. Горкі) — Belarusda şəhər. Mogilyov vilayətinə daxil olan Qorki rayonunun inzibati mərkəzi. 1 yanvar 2016-cı il tarixinə olan hesablamalara əsasən, şəhər əhalisinin sayı 33,830 nəfər hesablanmışdır.
Qorki parkı
Qorki parkı (rus. Парк Горького) — Moskvanın ən böyük və ən məşhur ictimai parklarından biri. Parkın ilk hissəsi 1923-cü ildə bu bölgədə Ümumrusiya Kənd Təsərrüfatı Sərgisi (ÜKTS) təşkil edildikdən sonra ortaya çıxdı, onun planlaşdırılması memar Konstantin Melnikov tərəfindən həyata keçirilmişdir. Park, 1928-ci il avqustun 12-də açılmış, 1932-ci ildə Maksim Qorkinin şərəfinə hal-hazırkı adını almışdır. Müxtəlif dövrlərdə El Littiszki və Aleksandr Vlasov, parkın dizaynı ilə məşğul olmuşdur. Əsas giriş 1955-ci ildə inşa edilmişdir. 2011-ci ildə bu günə qədər davam edən ictimai məkanın hərtərəfli bərpasına başlanıldı. Parkın ümumi sahəsi 219,7 hektardır. == Tarixçəsi == Mədəniyyət parkı metrostansiyasında yerləşən bu park 1928-ci ildə ictimai istifadəyə açıldı. Park, məşhur Sovet konstruktivist memar Konstantin Melnikovun planına əsasən tikilmişdir.
Qorki vilayəti
Nijni Novqorod vilayəti (rus. Нижегородская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Zokir Vazirov
Zokir Vazirov (6 may 1947, Sanqvor rayonu[d], Qarm vilayəti[d] – 3 sentyabr 2012, Bakı) — İslam sosial fəlsəfəsi və iqtisadiyyatı sahəsində mütəxəssis; Fəlsəfə elmləri doktoru, professor; Tacikistan Respublikası Baş nazirinin birinci müavini; Tacikistanın əmək və əhalinin sosial müdafiəsi naziri (2005–2007); Tacikistanın Azərbaycandakı səfiri (2008–2012) == Həyatı == Zokir Vazirov 5 may 1948-ci ildə Tacikistanın Tavildar rayonunda anadan olmuşdur. 3 sentyabr 2012-ci ildə Bakıdakı Mərkəzi Klinik Xəstəxanasında ürək çatışmazlığından vəfat etmişdir. == Elmi fəaliyyəti == Düşənbə Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini qırmızı diplomla bitirmişdir. Fəlsəfə elmləri doktoru, professor idi. İslam sosial fəlsəfəsi və iqtisadiyyatı sahəsində mütəxəssis olmuşdur. 200-dən artıq elmi əsərin müəllifidir. == Əmək fəaliyyəti == Tacikistan Respublikası Baş nazirinin birinci müavini və 2005–2007-ci illərdə Tacikistanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb. 2008-ci ildən ömrünün sonuna kimi Tacikistanın Azərbaycandakı səfiri olub.
Zorin İqnati
Zorin İqnati (erz. Зоринэнь Игнатий) — erziyan əsilli hekayəçi. Bu günə qədər Mokşa-Erzya ədəbiyyatı tarixində xüsusi diqqətlə anılır. Onun həyatı haqqında məlumat olduqca azdır. Onun həyatı haqqında bircə o məlumdur ki, Samara quberniyası, Buquruslan qəzası, Veçkanov (erz. Вечкан веле) kəndində anadan olmuşdur. == Yaradıçılığı == O, ilk dəfə məşhur fin dilçi, folklorşünas və etnoloq Heykki Paasononla 1898-ci ildə tanış olur. Professor ekspedisiyalar üçün pul aldıqda, informantlar arasında: İ. Sirikin, İ. Zorin, A. Şuvalov, İ. Şkolnikov, A. Leontev, S. Siqin, R. Usaçev, V. Savkinin (fin I. Sirikin, I. Zorin, A. Suvalov, I. Skolnikov, A. Leontjev, S. Cigin, R. Ucajev, V. Savkin) də adı çəkilir. Paasonen Veçkanova xalq hekayələrini toplamağa gəldikdə, Zorin İqnati tərəfindən nəql edilən 100-dən çox folklor əsərini qeydə alır. Onlardan 20-dən çoxu İqnatinin müəllifi hekayələri idi.
İqor Bokiy
İqor Aleksandroviç Bokiy (belar. Ігар Аляксандравіч Бокій; doğ. 28 iyun 1994-cü il, Bobruysk, Mogilyov vilayəti, Belarus) — Belarus paralimiyaçısı. İqor üzgüçülük idmanı üzrə, görmə qabiliyyəti olmayan idmaçılar kateqoriyasında yarışır. 11 qat Paralimpiya Oyunları çempionu. Dəfələrlə dünya və Avropa çempionu olmuşdur. Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustası (2011). == Bioqrafiyası == Altı yaşından bəri üzgüçülüklə məşğul olur. 2010-cu ildə "Bobruysk 4 nömrəli Uşaq və Gənclər İdman Məktəbi"ni (üzgüçülük şöbəsi), 2012-ci ildə Minsk Regional Olimpiya Ehtiyatları Məktəbini bitirib. 2012-ci ildə Belarus Dövlət Universitetinin tələbəsi olmuşdur.
Borskiy rayon bayrağı
Borskiy rayon bayrağı — Samara vilayətində yerləşən Borskiy rayonın bayrağı
Xədicə Sabiha Görkey
Xədicə Sabiha Görkey ― türk müəllim və siyasətçi, Türkiyə parlamentinin ilk 18 qadın deputatından biri. == Erkən həyatı == Xədicə Sabiha, 1888-ci ildə İstanbulun, sonra Osmanlı imperiyasının Üsküdar şəhərində Hacı İsmayıl və həyat yoldaşı Ayşənin ailəsində anadan olub. Sabiha 1903-cü ildə Üsküdar qız peşə liseyini, 1906-cı ildə isə İstanbul Dârülmuallimatını (İstanbul qız müəllimlər məktəbi) bitirmişdir. == Pedaqoloji fəaliyyəti == Sabiha 31 yanvar 1907-ci ildə Molla Gürani Orta Peşə Liseyində bədii tikmə müəllimi kimi işləməyə başlayıb. O 1904-1908-ci illərdə daha bir neçə məktəbdə müəllim kimi işləyib. O bundan sonra indiki İstanbul Universiteti olan Darülfünunda riyaziyyat üzrə təhsil almış və 1917-ci ildə oranı ən yüksək qiymətlə bitirmişdir. O həm də, universiteti bitirən ilk beş qız tələbədən biri idi. Sabiha 1917-ci ilin sentyabrında Bursadakı Müəllimlər Texnikumuna müdir köməkçisi və riyaziyyat müəllimi təyin edilib. O, vəzifəsindən ayrılaraq məzuniyyət üçün İstanbula getmiş və bundan sonra vəzifəsinə qayıtmamışdır. Sabiha 1919-cu ilin fevral ayında Ədirnədəki Qız müəllimlər texnikumuna müdir köməkçisi və riyaziyyat müəllimi təyin edilib və 1922-ci ilin sentyabrına qədər burada işləyib.
Maksim Qorki (Arxangel)
Maksim Qorki (başq. Максим Горький, rus. Максим Горький) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Arx-Latış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 15 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 21 km.
Maksim Qorki (dəqiqləşdirmə)
Maksim Qorki — Rusiya şairi. Maksim Qorki (Arxangel) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd.
Qorki Avtomobil Zavodu
Qorki Avtomobil Zavodu (rus. Горьковский автомобильный завод, qısaca rus. ГАЗ) — Rusiyanın ən böyük avtomobil istehsal edən şirkətlərindəndir. == Tarixi == 1920-ci ildə Ford Motor Şirkəti və SSRİ arasında bağlanmış müqavilə əsasən Nijni Novqorodda fabrikasi tikilmişdir. İlk istehsal 1 yanvar 1932-ci ildə "Ford Model A" (QAZ-A) və "Ford Model AA" (QAZ-AA) modelləri ilə başladı.
Qorki parkı (Taqanroq)
Qorki parkı ― Rusiyanın Taqanroq şəhərində bələdiyyəyə aid mədəniyyət və istirahət parkı. == Tarixi == 30 iyun 1806-cı ildə Taqanroq valisi baron Baltazar von Kampenqauzenmim əmri ilə Taqanroqun "Kimya bağı" və "botanika bağı" üçün ilk ağaclar əkildi. 1825-ci ildə Rusiya imperatoru I Aleksandr və imperatriça Elizabet Alesseyevna şəhərdə olduqları müddətdə tez-tez bağda gəzintiyə çıxdılar. Gənclik illərində və Taqanroq ziyarətlərində tez-tez bağa baş çəkən Anton Çexov bacısı Mariya Çexova yazdığı məktubların birində yazırdı: "Bağda idim. Musiqi səslənirdi. Bağ möhtəşəmdir". 1895-ci ildə Avropa standartlarına uyğun planlaşdırımış yeni bağın layihəsi təsdiq edildi. 1903-cü ildə parkın əsas girişinin qarşısında I Pyotrun abidəsi qoyuldu. 1924-cü ildə I Pyotr abidəsi sökülərək götürüldü. 1932-ci ildə bağ mədəniyyət və istirahət parkına çevrildi və 1934-cü ildə Maksim Qorkinin şərəfinə Qorki parkı adlandırıldı.