Zori Balayan (erm. Զորի Բալայան; 10 fevral 1935[1][2], Stepanakert, DQMV[1][2]) — Ermənistan yazıçısı.
Zori Balayan | |
---|---|
erm. Զորի Բալայան | |
Doğum tarixi | 10 fevral 1935[1][2] (89 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, publisist, həkim, jurnalist, səyyah |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
10 fevral 1935-ci ildə Azərbaycan SSR–in DQMV-nin Xankəndi şəhərində anadan olub. 1957-ci ildə ortra məktəbi bitirmiş, 1963-cü ildə isə Ryazan Tibb Universitetindən məzun olmuşdur. 1963–1973-cü illərdə Kamçatkada həkim işləmişdir.
1975-ci ildən "Literaturnaya qazeta"nın şəxsi müxbiri kimi çalışmış, 1989-cu ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir.
80-ci illərin əvvəllərində yazılan "Ocaq" əsəri Balayana məşhurluq gətirir. Bu əsər 1981-ci ildə kitab şəklində nəşr olunur. Bu kitabda Balayan tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edir. Həmçinin, kitabda Balayan "türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edir". Kitab Azərbaycanda etirazla qarşılanır, İsa Qəmbər, Sabir Rüstəmxanlı, Mirzə İbrahimov və digər azərbaycanlı ədiblər, respublika mətbuatında Balayanın yalanını ifşa edən məqalələrlə çıxış edirlər.[mənbə göstərin]
İngilis jurnalisti Tomas de Vaalın fikrincə Balayan bu kitabı məhz Azərbaycanda narazılıq və etiraz dalğası yaratmaq məqsədilə yazmışdı.[3] Bundan sonra Balayan Qarabağ separatçılarına qoşularaq "Miatsum" hərəkatının liderlərindən biri olur. 1988-ci ildə Balayan Silva Kaputikyanla birgə Moskvada Mixail Qorbaçovla görüşür və ondan "Qarabağ məsələsini" Ermənistan SSR–in xeyrinə həll etməsini xahiş edir.
3 iyul 1994-cü ildə Bakı metrosunda, Gənclik və 28 May metrostansiyaları arasında baş vermiş partlayış nəticəsində 12 nəfər həlak olur, 42 nəfər isə yaralanır. Terror aktını törətməkdə təqsirli bilinən, Sadval təşkilatının üzvü Azər Aslanov həbs olunur. Məhkəmə zamanı müttəhim Aslanov bildirmişdir ki, erməni əsirliyində olarkən, Zori Balayan onunla görüşmüş və ona Bakı metrosunda partlayış törətmək göstərişi vermişdir.
Bununla əlaqədar olaraq, Zori Balayana qarşı cinayət işinin açılmasına qərar verilir. 1999-cu ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol Balayanı xüsusilə təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa elan etsə də, 2001-ci ildə onu bu siyahıdan çıxarır. Bundan sonra, Azərbaycan Baş Prokurorluğu MDB ölkələrinin aidiyyatı orqanlarına analoji təqdimatla müraciət edir.
2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən, İtaliyanın Brindizi şəhərində beynəlxalq axtarışda olan cinayətkar kimi saxlanılır, polis məntəqəsində 4 saat saxlandıqdan sonra sərbəst buraxılır.[4].