Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zülüm
Zülm - Şəxs və ya qruba bir başqa şəxs və ya qrup tərəfindən israrlı bir şəkildə pis rəftarıdır. Ən çox təsadüf edilən formaları dini zülm, etnik zülm və siyasi zülmdür. Ən çox təsadüf edilən nümunə isə çoxluq qrupun azlıq qrupa qarşı etdiyi zülmdür.
Tulum
Tulum və ya tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti. Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır.
Gülüm-gülüm piri
Gülüm-gülüm piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda eyni adlı qədim yaşayış yerinin cənubunda ziyarətgah. Pir dağ daşlarından dördkünc formada tikilmişdir. Girişi cənubdandır. Ölçüsü 4,5 x 3,1 metrdir. Divarlarının qalınlığı 90 sm-dir. Pirin ətrafından aşkar olunan keramika məmulatı Orta əsrlərə aiddir. Gülüm-gülüm dağının əfsanəsinə görə indiki Nəsirvaz kəndi əvvəl bu dağın ətəklərindəymiş. Deyilənlərə görə kənddə bir gəlin hər gün dağın səsini eşidirmiş ki, gəlim-gülüm. Gəlin gül, deyincə bütün çöl-çəmən gülüzarlığa dönür, insanlara sanki xoşbəxtlik verilir. Bir gün gəlin kefsiz olur.
Zulu
Zulu dili — (zulu isiZulu) Bantu dillərindən biridir. Cənubi Afrika Respublikasında və Zimbabvedə yayılmışdır. 7 milyona qədər daşıyıcısı vardır. Nedebe, kvabe, lala dialektlərinindən ibarətdir. Zimbabvedə nedebe dialekti şona dialekti ilə bərabər etniklərarası ünsiyyət dili kimi fəaliyyət göstərir. Etnoloqa görə, Şona dilindən sonra ikinci ən geniş danışılan Bantu dilidir.
Zülm
Zülm - Şəxs və ya qruba bir başqa şəxs və ya qrup tərəfindən israrlı bir şəkildə pis rəftarıdır. Ən çox təsadüf edilən formaları dini zülm, etnik zülm və siyasi zülmdür. Ən çox təsadüf edilən nümunə isə çoxluq qrupun azlıq qrupa qarşı etdiyi zülmdür.
Gülüm-gülüm yaşayış yeri
Gülüm-gülüm yаşаyış yеri — Hаqqındа əfsаnələr dоlаşаn bu аbidə Оrdubаd rаyоnunun Nəsirvаz kəndindən cənub-qərbdə dаğın ətəyində yеrləşir. Аrаşdırmаlаr zаmаnı yаşаyış yеrində iri dаşlаrdаn hörülmüş müdаfiə divаrlаrının və yаşаyış binаlаrının qаlıqlаrı аşkаr оlunmuşdur. Müdаfiə divаrlаrı yаnlаrdа iri qаyа pаrçаlаrındаn hörülərək, оnlаrın аrаsı kiçik həcmli dаşlаrlа dоldurulmuşdur. Bəzi yеrlərdə müdаfiə divаrlаrının uzunluğu 35 m-ə çаtır. Divаrın еni müхtəlifdir. Оnun qаlınlığı 1,2-1,5 m аrаsındаdır. Yаşаyış yеrinin ərаzisində dördkünc fоrmаdа inşа оlunmuş yаşаyış binаlаrın qаlıqlаrı vаr. Оnlаrın böyük bir qismi dаğ uçqununun аltındа qаlаrаq dаğılmışdır. Аrаşdırmаlаr göstərir ki, yаşаyış yеrindən uzun müddət istifаdə оlunmuş, Оrtа əsrlərdə isə bаğ yеrinə çеvrilmişdir. Dеyilənə görə, burаdа аğаnın bаğı оlmuş və о bаğdа hər mеyvədən оlmuşdur.
Ersan Gülüm
Ersan Adem Gülüm (17 may 1987) — müdafiə mövqeyində çıxış edən türk futbolçudur.
Zulu dili
Zulu dili — (zulu isiZulu) Bantu dillərindən biridir. Cənubi Afrika Respublikasında və Zimbabvedə yayılmışdır. 7 milyona qədər daşıyıcısı vardır. Nedebe, kvabe, lala dialektlərinindən ibarətdir. Zimbabvedə nedebe dialekti şona dialekti ilə bərabər etniklərarası ünsiyyət dili kimi fəaliyyət göstərir. Etnoloqa görə, Şona dilindən sonra ikinci ən geniş danışılan Bantu dilidir.
Zulu (film, 2013)
Zulu rejissorluğunu Jerom Sallın etdiyi fransız detektiv filmidir. Film 2013 Kann kinofestivalında bağlanış filmi olaraq seçilib.
Bulud
Bulud – atmosferdə üzən su buxarı kondensasiyası məhsulunun toplantısı. Bulud diametri bir neçə mikron olan su damcılarından, buz kristalcıqlarından və ya bunların qatışığından əmələ gəlir. Bulud başlıca olaraq troposferdə toplanır. Buludu təşkil edən elementlər iriləşdikcə ağırlaşır və yağıntı əmələ gəlir. Planetimizin çox hissəsini dənizlər və okeanlar tutduğu üçün onların səthində daim buxarlanma prosesi baş verir. Buxarlanmış su damlaları buludları əmələ gətirir. Küləklərin qovduğu bu buludlar atmosferin soyuq layları ilə toqquşduqda buxarın kondensasiyası başlayır və yağış damlaları əmələ gəlir. == Buludluluq == Buludluluq göy üzünün buludlarla örtülmə dərəcəsidir və 10 ballıq şkala ilə ölçülür. Buludluluq sıfır bal olduqda göy üzü buludsuz, 10 bal olduqda isə tamamilə buludla örtülü olur. Ərazinin yerləşdiyi coğrafi mövqedən, iqlimdən asılı olaraq buludluluq dərəcəsi dəyişir.
Buğum
Buğum (node) - hər hansı növ qovuşuq, birləşmə. Lokal şəbəkələrdə: şəbəkənin tərkibinə daxil olan və şəbəkənin başqa qurğularına informasiya ötürə bilən qurğu. Ağacşəkilli verilənlər strukturlarında (bazalarının idarə olunmasında və obyekt-yönlü proqramlaşdırmada istifadə olunan): informasiyanın yerləşdirilməsi strukturunda özündən aşağıda yerləşən bir və ya bir bir neçə buğumla (qız) əlaqəsi olan element. Bəzi müəlliflər “bənd” və “element” anlayışlarını fərqləndirirlər; element, verilənlər tipidir, buğum isə bir və ya bir neçə elementdən və ya başqa yardımçı verilənlər strukturundan (məsələn, göstəricilərdən) ibarət olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Düyüm
Düyüm — maşınqayırmada iki və daha artıq, aşağı səviyyəli maşın hissəsindən ibarət olan, hər hansı bir funksiyanı yerinə yetirən mexanizmdir. Düyüm bir neçə kiçik düyümlərdən və hissələrdən ibarət olub, yığma prosesi nəticəsində hazırlana bilər. Yığma zamanı istifadə olunan hissələr müəyyən cədvəl şəklində verilir. Bu istər texnoloji, istərsə də alqı-satqı məqsədilə işlədilir. Maşınqayırmada düyüm bütöv qurğunun bir hissəsini təşkil edir. Buraya misal kimi ayrıca silindr və ya kompleks mexaniki və elektrik hissələri aid etmək olar. Hissələrin düyüm şəklində hazırlanması konstruksiya və planlama ərəfəsində işlərin qruplaşdırılmasına imkan yaradır. Təmir zamanı sıradan çıxmış hissə aid olduğu düyümlə birlikdə dəyişməklə maşının dayanma vaxtını azaltmaq olur. Bütöv qurğuya nisbətən kiçik düyümlərdə onların funksionallığını təmin etmək daha asandır.
Güyüm
Güyüm — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Güyüm kəndi Diyallı kəndinin yaxınlığında yerləşir. Təhlükəli sürüşmə zonasında yerləşir. Kənd 4 bir tərəfdən təbiətin gözəllikləri ilə əhatə olunub. == Əhalisi == Əhalisi 173 nəfərdir ki onunda 85 nəfəri kişi, 88 nəfəri qadındır.
Huluy
Yujiulü Hulü (IV əsr – 414) və yaxud Aykuqay xaqan (xoş xasiyyətli xaqan) — 410-cu ilin mayında hakimiyyətə gəlmişdi. Şimal Yan hökmdarı Fenq Banın qızı Lelanq ilə evlənmişdi. Hökmdarlığının dördüncü ilində qardaşı oğlu Buluçen ona üsyan etsə və öldürsə də, Şelunun oğlu Şeba ilə birlikdə öldürüldü. Hakimiyyətə Datan keçdi.
Hücum
Hücüm - irəliləmək məqsədilə qoşunların düşmənə qarşı apardığı hərbi əməliyyat və ya həmlə. == Digər mənaları == 1 - İttihamla, yaxud qərəzlə birinin üstünə düşmə, ağır sözlərlə üzərinə həmlə etmə; 2 - Şahmat, hokkey, futbol və s. oyunlarda xal qazanmaq üçün daha fəal hərəkətə keçmə, mübarizəni gərginləşdirmə, rəqibi sıxışdırma.
Külür
Külür— İranın Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,380 nəfər və 675 ailədən ibarət idi.
Külüs
Külüs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Toponimikası == Bəzi mənbələrə görə kəndin adı Sakların bir qolu Kol tayfası və Oğuzların(Uz) ərazidə məskulaşması ilə yaranmışdır. IV əsrdə Kəngərli tayfasının Səleykə qolu , sonralar isə Salahlı , Qaramanlı və başqa tayfalar məskunlaşmışdır. Bəzi tədqiqatçılar isə oykonimin kühül (mağara) sözündən düzəldiyini ehtimal edirlər. Altay dillərində, o cümlədən 419 monqol dilində kuluz "qamış" mənasında işlənir. Güman etmək olar ki, kəndin ərazisi qamışlıq olduğu üçün belə adlandırılmışdır, lakin Zəngəzur mahalında Qarakilsə rayonunda Uz kəndi, Şəki kəndi və s., Babək rayonunda Kültəpə, Qərbi Azərbaycan ostanında(İran) Kulus (Kolus) kəndlərinin olması Sak-Kol və Oğuz — Uz tayfa ittifaqlarının mövcudiyyətini və kənd adlarında qorunmasını sübut edir. == Tarix == Külüsün ərazisi qədim və tarixi yaşayış yerləri, abidələr, qəbirlər, nekrapollarla zəngindir. Kəndin tarixi orta tunc dövründən başlayır. Haqqıxlıq, Köhnə Külüs, Dev damı, Əyrək, Şansu ölən, Əşgab, Qaradağ, Sarıdağ, Külüs qalası (tamamilə dağılıb) kimi yerlərdə qədimdə yaşayışın olduğu sübut edilib. Haqqıxlıqda aparılan arxeoloji qazıntılarda eradan əvvəl III–II minilliyə aid tunc xəncər, ox ucu, qablar və haqqıqdan (əqiqdən) muncuqlar, bəzək əşyaları tapılıb.
Külüç
Külüç (az.-əski. کۆلۆچ‎, fars. کلوچ‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 386 nəfər yaşayır (120 ailə).
Kütüm
Kütüm və ya Ziyad balığı (lat. Rutilus frisii kutum) — Xəzər dənizində, duzsuz və az duzlu suda yaşayan balıqdır. Azərbaycanın və İranın Xəzər sahillərində tutulur. Balığın əti və kürüsü delikates hesab olunur. Azərbaycanda kütümdən Kütüm küküsü və Kütüm ləvəngisi hazırlanır. Sümüklü balıqdır. == Yayılması == Xəzərin cənubi-qərbində yaşayan əhalinin ən sevimli balığı olan kütüm yalnız Xəzər dənizində yayılmışdır. Ətindən təzə, hisə verilmiş və duzlanaraq qurudulmuş halda istifadə olunur. Kütümün Xəzər dənizi Xəzərdə arealı Terek çayından başlamış Qorqan körfəzinə qədər olan ərazini əhatə edir. İl ərzində Orta və Cənubi Xəzərin qərb sahili boyu 9–24 m dərinliklər kütümün ən çox yayıldığı zonalardır.
Mulux
Mulux — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 30 nəfərdir ki onunda 14 nəfəri kişi, 16 nəfəri qadındır.
Müluz
Müluz (fr. Mulhouse) – Fransanın şimal-şərqində yerləşən şəhər. Əhalinin sayına görə Yuxarı Reyn departamentinin ən böyük şəhəridir.
Çuluq
Çulım
Çulım (qətim türkcə. «qaçan qar») — Rusiya ərazisindən axan çay Obun sağ qolunu təşkil edir. Xakasiya ərazisindən başlayan çay Krasnoyarsk diyarı və Tomsk vilayəti ərszisindən axaraq mənsəbinə tökülür. Çayın uzunluğu 1799 km, hövzəsinin sahəsi 134 min km² təşkil edir. Çulım çayı. Ağ İyos və Qara İyos çayalının birləşməsindən yaranır. Başlanğıcını Xakasiya ərazisindən Kuzneski Alatau silsiləsindən Malıy Syotik qəsəbəsindən 40 km cənubdan başlayır. Mənbədən Açinsk şəhərinə qədər çay dağlıq ərazilərdən axır. Leqostayevo qəsəbəsi yaxınlığında (Krasnoyarsk diyarı, Novoselskaya rayonu) Lena çayı ilə Çulım arasında məsafə cəmi 7,5 km təşkil edir. Yuxarı axarlarda çayın eni az olsa da, aşağı axarlarda onun eni 10 km-i keçir.
Gülüş
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Qulam
Qulam (ərəb. غلام‎) — ərəbcə qulluqçu, köməkçi, oğlan və ya gənc mənalarını daşıyan söz. Cənnətdəki gənc qulluqçuları təsvir etmək üçün istifadə olunur. Sözün cəm forması olan "qılman" məqaləsində təsvir olunduğu kimi Abbasilər, Osmanlılar, Səfəvilər və daha az dərəcədə Moğol imperiyalarında qul əsgərlərinə istinad etmək üçün də istifadə olunur. Qulam Yəhya — General-mayor. Qulam Qədirov — Qarabağ müharibəsi döyüşçüsü, şəhid. Qulam İsgəndərov — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). Qulam Babai – xalça ustası, bərpaçı-rəssam.
Qurum
Təşkilat (yun. ὄργανον alət) — konkret şəxsin rəhbərliyi altında konkret vəzifəni həyata keçirən və birgə fəaliyyət göstərən insanlar qrupu. Bu resursların məqsədli birliyidir. Təşkilat daxilində insan özü aktiv resurs rolunu oynayır. Təşkilat daha böyük təşkilatın daxilində fəaliyyət göstərərsə təşkilatın özü resurs rolunu oynayır. Təşkilatın mütləq məqsədi və fəaliyyət planı olmalıdır.