Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dicoma
Dicoma (lat. Dicoma) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Dilma Rousseff
Dilma Vana Rousseff (port. Dilma Vana Rousseff, 14 dekabr 1947[…], Belu-Orizonti) — braziliyalı siyasətçi, 1 yanvar 2011-ci ildən 2016-cı ilə kimi Braziliya Federativ Respublikasının prezidenti olmuşdur, sol İşçilər partiyasının üzvüdür. == Valdeyinləri == Dilma 14 dekabr 1947-ci ildə bolqar mühacir Petr Rusevin ailəsində anadan olub. Onun atası Bolqarıstan Kommunist Partiyasının fəal üzvü idi və 1929-cu ildə siyasi təqiblər üzündən Bolqarıstandan mühacirət etməyə məcbur olmuşdu. Bir müddət Fransada yaşamış, burada öz soyadını Rousseff yazmağa başlamışdı. Sonra Argentinaya köçmüş və bir neçə il də keçdikdən Braziliyada yaşamağa başladı. Burada o, Dilma Jane Koimbra Silva ilə evlənmiş və onların bu nikahdan üç uşağı dünyaya gəlmişdir: İqor, Dilma Vana və Jana Lusia. == İnqilabi fəaliyyəti == Dilma, Juan Qulartın devrilməsinə gətirən, 1964-cü ilin hərbi çevrilişindən sonra siyasətlə yaxından maraqlanmağa başladı. O, öncə 1967-ci ildə Braziliya Sosialist Partiyasının gənclər təşkilatına, sonra isə onun radikal fraksiyası olan "Milli Azadlıq Komandasına" qoşuldu. Fraksiya, Braziliyada 1964–1985-ci illərdə hakimiyyətdə olan, hərbi diktatura əleyhinə partizan müharibəsi vasitəsi ilə silahlı mübarizə ideyasını dəstəkliyirdi.
Dilma Rusef
Dilma Vana Rousseff (port. Dilma Vana Rousseff, 14 dekabr 1947[…], Belu-Orizonti) — braziliyalı siyasətçi, 1 yanvar 2011-ci ildən 2016-cı ilə kimi Braziliya Federativ Respublikasının prezidenti olmuşdur, sol İşçilər partiyasının üzvüdür. == Valdeyinləri == Dilma 14 dekabr 1947-ci ildə bolqar mühacir Petr Rusevin ailəsində anadan olub. Onun atası Bolqarıstan Kommunist Partiyasının fəal üzvü idi və 1929-cu ildə siyasi təqiblər üzündən Bolqarıstandan mühacirət etməyə məcbur olmuşdu. Bir müddət Fransada yaşamış, burada öz soyadını Rousseff yazmağa başlamışdı. Sonra Argentinaya köçmüş və bir neçə il də keçdikdən Braziliyada yaşamağa başladı. Burada o, Dilma Jane Koimbra Silva ilə evlənmiş və onların bu nikahdan üç uşağı dünyaya gəlmişdir: İqor, Dilma Vana və Jana Lusia. == İnqilabi fəaliyyəti == Dilma, Juan Qulartın devrilməsinə gətirən, 1964-cü ilin hərbi çevrilişindən sonra siyasətlə yaxından maraqlanmağa başladı. O, öncə 1967-ci ildə Braziliya Sosialist Partiyasının gənclər təşkilatına, sonra isə onun radikal fraksiyası olan "Milli Azadlıq Komandasına" qoşuldu. Fraksiya, Braziliyada 1964–1985-ci illərdə hakimiyyətdə olan, hərbi diktatura əleyhinə partizan müharibəsi vasitəsi ilə silahlı mübarizə ideyasını dəstəkliyirdi.
Diona (mifologiya)
Diona (yun. Διώνη; Miken sivilizasiyasına görə: di-u-ja, Diviya) — Qədim yunan mifologiyasında personaj, xüsusiyyətləri qeyri-müəyyən olan ilahə, orfizmə görə titan Uran və Geyanın qızı. Hesiod öz "Teoqoniya"sının girişində onun adını çəkmiş, amma titanidaların siyahısında onu qeyd etməmişdir. Homerin İliadasında Diona Zevsin sevgilisi və Afroditanın anası kimi təsvir edilmişdir. Fərziyyələrə görə o, yunan tanrılarına qədərki dövrə aid Yer ilahəsidir. Miken panteonunda Zevsin arvadı kimi qeyd olunur. Dodonada Dionanın Zevsin arvadı kimi kultu mövcud olmuşdur.
Diona (peyk)
Diona (q.yun. Διώνη, lat. Dione) — Saturn planetinin peyki. 21 mart 1684-cü ildə italyan astronomu Covanni Kassininin Paris rəsədxanasındakı tədqiqatları nəticəsində kəşf edilmişdir. == Adlandırılması == Diona Kassininin kəşf etdiyi Saturnun 4 peykindən biridir. Digər üçü Tetis, Reya və Yapetdir. Kassini kəşf etdiyi peykləri Fransa kralı XIV Lüdovikin şərəfinə "Lüdovik ulduzları" (lat. Sidera Lodoicea) adlandırmışdı. 1847-ci ilə qədər astronomlar Dionanı Saturnun dördüncü peyki (Saturn IV) adlandırırdılar. Yalnız həmin il Uilyam Herşelin oğlu Con Herşel Saturnun o dövrdə məlum olan 7 peykini Roma mifologiyasında Saturnun analoqu olan Kronosun bacı və qardaşlarının şərəfinə adlandırmağı təklif etdi.
Dyoma çayı
Dyoma (başq. Dim dinlə; həmcinin başq. Күгиҙел) —Başqırdıstan və Orenburq vilayəti ilə axaraq Ağidel çayına tökülən çay. == Etimalogiya == А. А. Kamalovun fərziyyəsinə görə Dyoma sözü başqısdcada Dim sözündən götürülmüş, «çayın dərin yeri» mənasını verir. Çayın digər adı Kuk-idel (başq. Күгиҙел) olaraq adı çəkilir. Mənası «göy çay» mənasını verir. Bu isə «rəng + çay» sistemi üzrə müşahidə edilən digər adlardan fərqlənir. Belə ki, Başqısdıstan ərazisində Ağ çay və Qara çay çay adı ilə çaylar olsada, səma rənginə uyğun digərinə rast gəlinmir. Bununla belə digər türk ölkələrinin ərazisində o cümlədən vətənimizdə bu adlı çay vardır == Axını == Çay başlanğıcını Obşiy Sırt yüksəkliyindən, Başqırdstanın Fyodorov rayonu Alyomşkin kəndinin 2 km şimal-şərqindən başlayır.
Tomohiko İkoma
Tomohiko İkoma (25 avqust 1932 - 27 aprel 2009) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
İdiot (roman)
İdiot (rus. Идиот) — XIX əsr rus yazıçılarından Dostoyevskinin 1868-ci ildə yazdığı bir romandır. == MƏZMUN == Fyodor Dostoyevski bu əsərində, sara xəstəsi bir gənc adamın mərkəzinə yerləşdirdiyi bir dünyada dürüst və açıq bir insan olaraq yaşamağın çətinliklərinə toxunmaqda və cəmiyyətin nə qədər də iki üzlü bir sistem üzərinə söykənərək ayaqda dayandığını göz önünə çıxarır. Belə bir dünyada dürüst olmaq "idiot" olmaqdır. Roman bir Dostoyevski klassikası olaraq son dərəcə axıcı və dərindir. Psixoloji maddələrin ağırlıqlı olduğu bir əsərdir. Dostoyevski burda ideal kişi tipini yaratmaq istəmişdir. XIX əsr ortalarında keçən romanın qəhrəmanı Knyaz Lev Mışkin, sara xəstəsidir. Müalicə gördüyü İsveçrədən qayıdanda əlindəki geyimdən başqa heç bir şeyi yoxdur. Peterburqda özüylə uzaqdan qohum olan Lizaveta Prokovyevnanı və General olan yoldaşını görmək üzrə Yepançinlgilə gedər.
İioka Okoavo
Iyeoka Okoawo ( /iːˈjoʊkə/ ) edir (1975-ci il 28 aprel təvəllüdlü) bir Nigeriyalı-Amerikalı şairə, musiqici, aktivist, pedaqoq və TEDGlobal-ın üzvüdür. Onun musiqisi soul, R&B, rok, hip hop və caz elementlərindən ibarətdir. == Erkən həyat == Birinci nəsil nigeriyalı-amerikalı Iyeoka Okoawo musiqi karyerasına başlamazdan əvvəl təcrübəli bir əczaçı idi. == Musiqi karyerası == Musiqi karyerasına şeirlərini caz, blues, funk və müjdə ilə birləşdirməsinə imkan verən musiqiçilərdən ibarət The Rock by Funk Tribe qrupunu qurmaqla başladı. 2004-cü ildə Phanai Records vasitəsi ilə Black and Blues adlı ilk tam uzunluqlu şeir mahnılarından ibarət albomunu buraxdı. Sonra qastrol səfərlərinə başladı və The Press Project -in Doğru albomu və Tempo Vadisinin Tempo xatirələri də daxil olmaqla digər sənətçilərin albomlarında göründü. [1] [2] Arxivləşdirilib 2021-04-16 at the Wayback Machine 2008 -ci ildə Iyeoka, ikinci şeir və musiqi qaynağı albomu Hum The Bass Line -ı yenidən Phanai Records -da buraxdı. Eye Iaoka, U2 -nin "The Name of Love: Africa U2 -ni qeyd edir" adlı U2 örtüklərinin tərtib edilməsi üçün hit olan "Desire" mahnısının üz qabığını hazırladı. Albom nümayiş Grammy mükafatlı o cümlədən / namizəd Afrika rəssamlar, Angelique Kidjo, Les Nubians, Sierra Leone's Refugee All Stars, Vieux Farka Touré, Vusi Mahlasela and the Soweto Gospel Choir, with proceeds benefiting the Global Fund. Iyeoka hazırda yeni albomu və şeirlərini dəstəkləmək üçün qastrol səfərindədir.
İsao İcima
İsao İcima (飯島魁, İicima İsao, 24 iyul 1861, Hamamatsu[d], Şizuoka prefekturası – 14 mart 1921) – Yaponiya zooloqu. O, "Yaponiyada parazitologiyanın atası" hesab olunur. == Həyatı == İsao İcima 24 iyul 1861-ci ildə müasir Şizuoka prefekturasının ərazisində yerləşən Hamamatsu şəhərində samuray ailəsində doğulmuşdur. Atasının təsiri ilə xarici dillərə və elmə maraq göstərmişdir. 1878-ci ildə Tokio Universitetinin Elm Kollecinə daxil olmuşdur. 1881-ci ildə məzun olmuş və dərhal kollecdə köməkçi vəzifəsinə təyin olunmuşdur.İcima 1882-ci ildə zoologiya təhsili almaq üçün Almaniyaya getmiş və Leypsiq Universitetinə daxil olmuşdur. O, üç il boyunca Rudolf Leykartın tələbəsi olmuş və onun təsiri altında parazitologiyaya böyük maraq göstərmişdir. 1884-cü ildə universiteti fəlsəfə doktoru dərəcəsi ilə bitirmişdir. 1885-ci ildə Yaponiyaya qayıdaraq Tokio Universitetinin zoologiya professoru olmuş və ölümünə qədər bu vəzifəni tutmuşdur. 1891-ci ildə elmlər doktoru dərəcəsi almış və Yaponiya Elmlər Akademiyasına qəbul edilmişdir.İcima şərab içməyi, ovçuluqla məşğul olmağı və tütün çəkməyi sevirdi.
Diona (Saturnun peyki)
Diona (q.yun. Διώνη, lat. Dione) — Saturn planetinin peyki. 21 mart 1684-cü ildə italyan astronomu Covanni Kassininin Paris rəsədxanasındakı tədqiqatları nəticəsində kəşf edilmişdir. == Adlandırılması == Diona Kassininin kəşf etdiyi Saturnun 4 peykindən biridir. Digər üçü Tetis, Reya və Yapetdir. Kassini kəşf etdiyi peykləri Fransa kralı XIV Lüdovikin şərəfinə "Lüdovik ulduzları" (lat. Sidera Lodoicea) adlandırmışdı. 1847-ci ilə qədər astronomlar Dionanı Saturnun dördüncü peyki (Saturn IV) adlandırırdılar. Yalnız həmin il Uilyam Herşelin oğlu Con Herşel Saturnun o dövrdə məlum olan 7 peykini Roma mifologiyasında Saturnun analoqu olan Kronosun bacı və qardaşlarının şərəfinə adlandırmağı təklif etdi.
Dyoma rayonu (Ufa)
Dyoma rayonu (rus. Дёмский район, başq. Дим районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Dyoma rayonu Ufa şəhərinin cənub-qərbində, Ağidel çayının sol sahilində, Dyoma çayının mənsəbində yerləşir. Rayonun adı, rayonda başlayan Dyoma çayından götürülüb. Rayonun ərazisində Rusiyanın ən iri dəmir yolu stansiyalarından biri olan, Dyoma stansiyası yerləşir. == Coğrafiya == Rayonun şimalında Lenin rayonu, qərbində Kirov rayonu, şərqində və cənubunda isə, Ufa şəhər dairəsinin sərhədləri yerləşir. Rayonun sahəsi 56,37 km²-dır. == Tarixi == 6 mart 1944 tarixində RSFSR Ali Soveti Rəyasət Heyətinin fərmanı İlə, Dyoma qəsəbəsinə rayon statusu verilmişdir. Qəsəbənin yaranması və inkişafı, rayonun ərazisindən keçən dəmiryolu nəqliyyatı ilə bağlıdır.
İdiot (film, 1992)
Axmaq — Fyodor Dostoyevskinin "İdiot" romanı əsasında çəkilmiş hind filmi. Rejissoru Mani Kaul olan filmin baş rollarında Şahrux Xan və Ayub Xan-Din yer almışdır. Film 8 oktyabr 1992-ci ildə Nyu-York film festivalında nümayiş etdirilmişdir. Hekayənin bu versiyasında Şahzadə Miskin (Xan-Din) muasir Mumbayda yaşayan, epilepsiya xəstəliyinə tutulmuş şəxs olaraq göstərilir.
Dima Bilan
Dima Bilan (rus. Дима Билан; 24 dekabr 1981, Cökətəy Ayağı, Stavropol diyarı) — Rusiyalı müğənni. == Həyatı == Dima Bilan 24 dekabr 1981-ci ildə Qaraçay-Çərkəzdə anadan olmuşdur. 2 yaşında olanda ailəsi ilə birlikdə Tatarıstana, 6 yaşında olanda isə Kabardi-Balkariyaya köçmüşdürlər. Məktəbə də orada getmişdir. Məktəbdə şeirlər yazmış və mahnılar oxumuşdur. Gnesins Musical College-den məzun olmuşdur. 2008-ci ildə hamının onu tanıdığı ismi, yəni Dima Bilanı gerçək adı olaraq dəyiştirdi. == Albomları == 2003-cü ildə Dima Bilan ilk albomunu çıxartdı. Albomun adı "Ya noçnoy xuliqan" ("Mən gecə avarasıyam") oldu.
Jan Doma
Jan Doma (fr. Jean Domat; 30 noyabr 1625[…], Klermon-Feran – 14 mart 1696[…], Paris) — fransız hüquqşünası.
Doma (memarlıq)
Doma (土間) – ənənəvi yapon evinin girişində yerləşən və torpaq döşəmədən ibarət olan yer. Çöllə evin içərisi arasında keçid rolunu oynayır. Domanı "içərini çöl kimi edən yer" adlandırırlar. == Rolu == Keçmişdə doma kamado adlı qızdırıcıları saxlamaq üçün nəzərdə tutulmuşdu. Lakin su çəkmək və yemək bişirmək kimi işlər evin çölündə görülməli olduğu üçün mətbəx rolunu da oynamışdır. Doma topraq döşəməyə malik olduğu üçün burada yemək bişirmək və ya qızdırıcı saxlamaq yanğın təhlükəsini minimuma endirirdi.Doma fermerlər, balıqçılar və dülgərlər tərəfindən emalatxana kimi istifadə olunurdu. Bu cür işləri evin içərisində görmək evi çirkləndirə bilərdi, amma çöldə də görmək çətin idi, çünki yağış yağa və ya işıq az ola bilərdi. Buna görə də doma bu cür işlər üçün çox uyğun yer idi. Bundan əlavə, doma çirklənəndə onu təmizləmək daha asan idi. == Müasir dövr == Müasir dövrdə Yaponiyadakı evlərin çoxu Qərb üslubundadır, ona görə də domaya çox nadir hallarda təsadüf olunur.
Dima Maslennikov
Dima Maslennikov(rus.
Mən necə idiot oldum (roman)
"Mən necə idiot oldum" — Martin Paj tərəfindən yazılmış fəlsəfi roman. Yazıçının ilk romanıdır. 2001-ci ildə "Le Dilettante" nəşriyyatı tərəfindən çap edilmişdir. Kitab Avroregional məktəblər arası ədəbiyyat mükafatını qazanıb. Bu mükafatın qalibini Belçika, Hollandiya və Almaniyadan tələbələr seçir. == Haqqında == Martin Paj bu kitabında az qala dünyada hamını axmaq yerinə qoyub: avtomobilçilərdən tutmuş universitet müəllimlərinə, video-oyun, dəbli paltar, etnik musiqi və televiziya həvəskarlarına qədər hər kəsi. Roman, demək olar ki, sözbəsöz sitatlara bölündü. İnternet saytlarında Pajın cümlələrini Stendalın, Nitsşenin və Nabokovun aforizmlərilə yanaşı görmək olar.
Believe (Dima Bilan mahnısı)
Believe — Rusiyani 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnıdır. 2008 Avroviziya Mahnı Müsabiqəsində ifa etdiyi "Believe" ("İnan") mahnısı ilə 26 yaşlı Dima Bilan Avroviziya Mahnı Müsabiqəsində 272 xal toplayaraq qalib gəldı.