Dilma Vana Rousseff (port. Dilma Vana Rousseff, 14 dekabr 1947[2][3][…], Belu-Orizonti[4]) — braziliyalı siyasətçi, 1 yanvar 2011-ci ildən 2016-cı ilə kimi Braziliya Federativ Respublikasının prezidenti olmuşdur, sol İşçilər partiyasının üzvüdür.
Dilma Russeff | |
---|---|
port. Dilma Vana Rousseff | |
1 yanvar 2011 – 31 avqust 2016-cı il | |
Vitse-prezident | Mişel Temer |
Əvvəlki | Luiz Inácio Lula da Silva |
Sonrakı | Mişel Temer |
21 iyun 2005 – 31 mart 2010 | |
Əvvəlki | Joze Dirseu |
Sonrakı | Erenisi Gerra |
1 yanvar 2003 – 21 iyun 2005 | |
Əvvəlki | Fransisku Luis Sibut Qomidi |
Sonrakı | Silas Rondu |
Şəxsi məlumatlar | |
Doğum adı | Dilma Vana Rousseff |
Doğum tarixi | 14 dekabr 1947[2][3][…] (76 yaş) |
Doğum yeri | |
Partiya | İşçilər Partiyası |
Təhsili | Riu-Qrandi-du-Sul federal universiteti |
İxtisası | İqtisadçı |
Fəaliyyəti | iqtisadçı |
Atası | Pedro Rusef |
Anası | Dilma Jane Koimbra Silva |
Həyat yoldaşı | boşanıb[1] |
Uşağı | 1 qız[1] |
Dini | Roma-Katolik kilsəsi və katolisizm |
|
|
Təltifləri |
|
Presidência da República (por.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Dilma 14 dekabr 1947-ci ildə bolqar mühacir Petr Rusevin ailəsində anadan olub. Onun atası Bolqarıstan Kommunist Partiyasının fəal üzvü idi və 1929-cu ildə siyasi təqiblər üzündən Bolqarıstandan mühacirət etməyə məcbur olmuşdu. Bir müddət Fransada yaşamış, burada öz soyadını Rousseff yazmağa başlamışdı. Sonra Argentinaya köçmüş və bir neçə il də keçdikdən Braziliyada yaşamağa başladı. Burada o, Dilma Jane Koimbra Silva ilə evlənmiş və onların bu nikahdan üç uşağı dünyaya gəlmişdir: İqor, Dilma Vana və Jana Lusia.
Dilma, Juan Qulartın devrilməsinə gətirən, 1964-cü ilin hərbi çevrilişindən sonra siyasətlə yaxından maraqlanmağa başladı. O, öncə 1967-ci ildə Braziliya Sosialist Partiyasının gənclər təşkilatına, sonra isə onun radikal fraksiyası olan "Milli Azadlıq Komandasına" qoşuldu. Fraksiya, Braziliyada 1964–1985-ci illərdə hakimiyyətdə olan, hərbi diktatura əleyhinə partizan müharibəsi vasitəsi ilə silahlı mübarizə ideyasını dəstəkliyirdi. Bir neçə il Dilma gizli silahlı təşkilatların tərkibində olmuşdu, lakin döyüş əməliyyatlarında bilavasitə iştirak etmirdi.[5]
1970-ci ildə Dilma Rousseff həbs altına salınmışdır, həbsxanada onu döyürdülər və işgəncə verirdilər. Onun o vaxt ki rəfiqələrindən biri şair və rəssam Ladeyra Neuza bu dövrü belə ifadə etmişdir: "Həbsxanadan sonra böyük bir boşluq yarandı. Bizim xəyallımız yox oldu, praqmatizm yarandı. Hər kəs öz yolu ilə getməyə başladı".
Dilma Rousseff 1972-ci ilin sonunda arıqlamış və xəstə halında azadlığa buraxıldı. O, özünü bərpa etdikdən sonra Braziliyanın cənubunda Rio Grande do Sul ştatında təhsilini yenidən başlamışdı. Onun ikinci əri Karlos Araujo gizli inqilabi bir üzvü olaraq , bu ştatın həbsxanasında cəzasını çəkirdi. Karlos Araujo 1973-cü ildə azadlığına yenidən qovuşdu və 1976-cı ildə onların qızı anadan oldu. Daha bir il sonra Rousseff iqtisadiyyat ixtisası üzrə bakalavr diplomu ilə universiteti bitirdi. Dilma ilk işini partizan keçmişinə görə itirdi və təhsilini davam etdirmək qərarına gəldi. Sonralar öz xülasəsində o, iddia edirdi ki, magistr diplomunu alıb, amma Brazilyanın "Piaui" jurnalı bu yalanın üstünü 2009-cu ildə açdı. Dilma Roussef, detalları dəqiqləşdirməkdən.imtina edərək, sənəddə "səhv" olduğunu etiraf etmişdi. O, sol təşkilatlar ilə əlaqələri bərpa etdi, ancaq bu dəfə Demokrat Fəhlə Partiyasının müşaviri təyin olunaraq, leqal fəaliyyət göstərməyə başladı.
1972-ci ilin sonunda o, azadlığa çıxdı və öz yoldaşı ilə birlikdə öz həyatını bərpa etməyə başladı. Sonradan Rio Grande do Sul ştatında Federal universiteti bitirib, müxalif siyasi təşkilatlarda leqal fəaliyyəti ilə məşğul olmağa başladı, həmçinin Demokratik Fəhlə Partiyasının yaradılmasında iştirak etdi.
1980-ci illərin sonunda Porto Alegre şəhərinin meriyasında xəzinədar işləyirdi.
1990-cı illərdə qeyri-dövlət sektoru olan, iqtisadiyyatın və statistika Fonduna rəhbərlik edirdi və Rio Grande do Sul ştatının energetika nazirliyində işləyirdi.
Dilma Demokratik Fəhlə Partiyasının uzun müddət üzvü idi, 1990-cı illərin sonunda isə daha radikal olan İşçilər Partiyasına keçdi. Fernando Enrike Kardozonun prezidentlik müddətinin sonunda yaranan Braziliyanın cənubunda elektrik enerjisinin verilişində ki böhran, enerji məsələlərinin mövzusunun aktual olmasına səbəb oldu, və Luis İnasiu Lula Da Silva öz seçkiqabağı kampaniyasında Dilmanın təcrübəsindən istifadə etdi. 2003-cü ilin yanvar ayında Da Silva prezident seçiləndən sonra, Rousseff energetika naziri təyin edildi. 2005-ci il iyunun 21-də Braziliya prezidentinin Administrasiyasının başçısı vəzifəsinə gətirildi. 2010-cu ildə isə 3 oktyabr 2010 ildə keçirilən prezident seçkilərində öz namizədliyini irəli sürmüşdü. Luis İnasiu Lula Da Silva Dilmanın namizədliyini tam dəstəkləyirdi. Seçkiqabağı kampaniyada Dilma aqrar və siyasi islahatların keçirilməsi uğrunda çıxış edirdi, özünü irqi kvotasının[6], dini etiqad azadlığının[7], homoseksual mülki ittifaqlarının[8] tərəfdarı kimi göstərirdi, yüngül narkotiklərin leqallaşdırılmasına və ölüm cəzasına[9] qarşı çıxış edirdi.
2010-cu il oktyabrın 3-də keçirilən prezident seçkilərinin ilk turunda Dilma 47,5 milyondan çox səs (46,9%) topladı və ikinci tura (oktyabrın 31-də) çıxdı ki, burada mərkəz-sağ sosial-demokrat partiyasının namizədi Joze Serra ilə qarşılaşdı. Rusef kinci turda səslərin 56 faizini toplayaraq, Braziliyanın yeni prezidenti oldu və ölkədə bu postu alan ilk qadın kimi tarixə düşdü.[10]
Dilma 2014-cü il oktyabrın 5-də prezident seçkilərinin ilk turunda 41,6% səs topladı. 26 oktyabrda baş tutan ikinci turda onun rəqibi sosial-demokrat partiyasının namizədi Aesio Neves idi, səslərin 51,6% -ni toplayan xanım Rousseff qalib gəldi və ikinci müddətə prezident qaldı.[11]
2 dekabr 2015 ildə parlamentin aşağı palatasının başçısı Eduardu Kunya ölkə prezidentinə qarşı impiçment prosedurunun (prezidentə etibarsızlıq, inamsızlıq) başlanmasını bildirdi.[12] Braziliyanın Ali seçki məhkəməsi prezident Dilma Rousseff və vitse-prezident Mişel Temerə qarşı seçkiöncəsi kampaniyada "Petrobras" neft nəhənginin vəsaitlərini dələduzluqla əldə etdiyinə görə günahlandırırdı.[13] Bu ölkədə etiraz aksiyalarının baş verməsinə səbəb oldu[14], ancaq həmçinin prezidentə dəstək aksiyalarıda 40-dan çox şəhərdə keçirilmişdi.[15]
Dilma Rousseffin ABŞ-yə llk rəsmi səfər üçün hazırlaşdığı zamanı, Wikileaks prezidentin, keçmiş maliyyə nazirləri Nelson Barbosa, keçmiş xarici işlər naziri Luis Alberto Fiqeyredo kimi yüksək vəzifəli məmurların ABŞ-nin Milli Təhlükəsizlik Agentliyi tərəfindən dinlənilməsi barədə məxfi məlumatlar açıqlamışdı[16]
MTN Braziliya icra hakimiyyəti başçısının monitorinqi üçün ən azı 10 telefon nömrəsi seçib, hansılarki birbaşa Dilma ilə.əlaqəlidilər. Onlar əsasən otaqlara çəkilən stasionar telefonlar, "Dilmanın rabitəsi" nişanlı mobil telefonlar və Prezident Sarayında telefon xətti vasitəsi ilə dinləyirdilər.
2009-cu ildə Dilma limfa düyünlərin xərçənginə erkən çağlarında qalib gəldi. O, kimyəvi üsulla müalicə aldığı üçün bir neçə ay parik daşımalı olmuşdu.
İki dəfə ərdə olub, azırkı vəziyyətdə ailəli deyil. Onun ikinci nikahdan bir qızı olub və 2010-cu ilin sentyabr ayında bir nəvəsi dünyaya gəldi.
İngilis, fransız və ispan dillərində sərbəst danışır.