Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Povest
Povest — danışıq, təhkiyə deməkdir. Povest rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən "povestvovanie" sözündəndir. Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur. Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları", Ə. Vəliyevin "Gülşən", M. Hüseynin "Kin", Mir Cəlalın "Dağlar dilə gəldi" və başqa əsərləri Azərbaycan ədəbiyyatında povest janrının gözəl nümunələri hesab olunur. Povestdə obrazların sayı hekayədə iştirak edənlərin sayından xeyli artıq, həyat hadisələrinin əhatə dairəsi geniş, surətlərin təsviri daha dolğun olur. Məsələn, Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsini "Danabaş kəndinin əhvalatları" əsəri ilə müqayisə etdikdə birincidə obrazların (Novruzəli, xan, poçt işçisi) sayının ikincidəki obrazlardan (Məhəmmədhəsən əmi, onun oğlu, Xudayar bəy, Zeynəb, onun oğlu Vəliqulu, qızları Fizzə və Ziba, Kərbəlayi Cəfər, Axund və s.) qat-qat az olduğu aydın görünür. Azərbaycan ədəbiyyatında ilk povest Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" əsəri sayılır. Hekаyə ilə roman arasında orta mövqe tutan, hekаyədən böyük, romandan kiçik epik əsərlər povest adlandırılır.
İnsest
İnsest (lat. incestus — «cinayətkar, təqsirli») — yaxın qan qohumları (valideynlər və uşaqlar, qardaşlar və bacılar) arasında cinsi əlaqə. Bu fərdlərin bir-biri ilə evlənməsi qanun və ya adət-ənənə ilə qadağan edilmişdir. İnsest cəmiyyətlərdə hüquqi problemdən çox emosional məsələ olduğuna görə bundan bəhs edərkən ümumi olaraq qadağa əvəzinə tabu termininə üstünlük verilir. İnsest antropologiyada universal olaraq qəbul edilir, baxmayaraq ki, bu, müxtəlif cəmiyyətlərdə fərqli şəkildə tətbiq edilir və onun pozulmasına dair məlumat cəmiyyətdən cəmiyyətə geniş şəkildə fərqlənən reaksiyalara səbəb olur. Ümumiyyətlə, iki insan arasında genetik əlaqə nə qədər yaxındırsa, onlar arasında cinsi əlaqəni qadağan edən və ya çəkindirən tabu bir o qədər güclü və daha yüksək yüklüdür. Belə ki, ata ilə qız, ana ilə oğul və ya qardaş ilə bacı arasında cinsi əlaqə demək olar ki, hər yerdə qadağandır. Əmi ilə qardaşı/bacısıqızı və ya xala ilə qardaşı/bacısıoğlu arasında cinsi əlaqə də ümumiyyətlə tabu hesab edilir. Bəzi cəmiyyətlərdə xalaoğlu, xalaqızı, əmioğlu, əmiqızı, dayıoğlu, dayıqızı, bibioğlu və bibiqızı arasında münasibətlər də qadağandır. Кровосмешение // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
İzoet
İzoet (lat. Isoetes) — bitkilər aləminin plaunofitlər şöbəsinin i̇zoetopsidlər sinfinin i̇zoetçiçəklilər dəstəsinin i̇zoetkimilər fəsiləsinə aid bitki cinsi.
İzzət
Hörmət və ya sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Cəmilə (povest)
Cəmilə — 1958-ci ildə yazıçı Çingiz Aytmatov tərəfindən yazılan povest. == Süjeti == Budur, mən yenə sadə bir haşiyəyə salınmış bu kiçik şəklin qabağındayam. Sabah səhər ailə getməliyəm, ancaq ona baxmaqdan hələ də doya bilmirəm. Elə bil şəkil mənə xeyir-dua verəcəkdir. Onu hələ heç bir sərgiyə verməmişəm. Bundan başqa, qohumlarim aildən yanima gəldikdə də onu gizlətməyə çalişiram. Şəkildə utanmalı bir şey yoxdur, ancaq, bununla belə, o, sənət əsəri olmaqdan çox uzaqdır. Şəkil onda təsvir olunmuş torpağın özü qədər sadədir. Şəklin dərinliyində boz payızın səmasının bir parçası təsvir olunmuşdur. Uzaq dağ silsilələrinin üzərində külək ala buludları sürətlə qovalayır.
Mehman (povest)
Mehman — Süleyman Rəhimovun yazdığı böyük əsər, povest. Əsər əsasında "Qanun naminə" adlı film çəkilmişdir. Burada Mehman adında bir oğlan rayonda prukror olur. Mehman qatı cinayətlər törədənlərə qarşı mübarizədə canını qurban verməli olur.
Mumu (povest)
Mumu — rus yazıçısı İvan Turgenyevin 1852-ci ildə yazdığı povest. Əsər ilk dəfə Sovremennik jurnalında çap olunub. Povestin baş qəhrəmanları Gerasim adlı lal-kar nökər və onun itidir. Film 1959-cu ildə Mumu adlanırdı. Amma 1998-ci ildə Mu–Mu adlandırıldı. Bu əsərdə Gerasim adlı rus kəndlinin taleyindən söz açılır. Gerasim lal və kar olsa da çox güclü adam olur. Rusiyanın kəndində yaşayır. Bir gün kəndə imkanlı bir qadın gəlir. Qadın kənddən gedəndə mindiyi arabanın təkəri palçığa batır.
Oxşar (povest)
Oxşar (rus. Двойник) — Fyodor Dostoyevskinin qələmə aldığı povest. Əsər ilk dəfə 30 yanvar 1846-cı ildə "Oteçestvennye zapiski" qəzetində işıq üzü görmüşdür. Daha sonra Dostoyevski əsər üzərində yenidən işləmiş və əsər 1866-cı ildə yenidən nəşr olunmuşdur. Əsərin qəhrəmanı 9-cu dərəcədən məmur olan Yakov Petroviç Qolyadkin xeyirxah, sadə, yumşaq xarakterli bir insandır. Bir dəfə Yakov Petroviç onunla eyni ad və soyadda olan bir nəfərlə — əkizi ilə qarşılaşır, lakin onun oxşarı ondan fərqli olaraq yalançı, yaltaq və əclaf adamdır. Əsərdə də Yakov Petroviçin öz oxşarı ilə mübarizəsindən bəhs olunur. Dostoyevskinin bu fikirləri onun sonrakı əsərlərində də öz yerini tapır. Bu Dostoyevskinin ikinci əsəridir, fəqət əsər həmin dövrdə o qədər də yaxşı qarşılanmamışdır. Dostoyevski "Bədbəxt insanlar" əsəri kimi bu əsərinin də tənqidçilər tərəfindən müsbət qarşılanacığını gözləsə də, bu belə olmur.
Qasırğa (povest)
Qasırğa (ing. Storm) - Teodor Drayzer tərəfindən yazılmış povestdir. Povestdə ailə, məhəbbət, qadın həyatı kimi məsələlərə toxunulmuşdur. “Qasırğa” Drayzerin birbaşa orijinaldan Azərbay­can dilinə tərcümə edilmiş ilk əsəridir. Əsərin baş qəhrəmanı-İda,mühafizəkar ailədə böyüyüb. Atası Uilyam Zobel onları əhatə edən Amerika dünyasının yüngüllüyü və başıpozuqluluğu ilə heç cür barışa bilmirdi. O, İdanın böyüməsi və tərbiyəsi üçün sərt qaydalar tətbiq etdi. İdanı öz qaydaları ilə şəhər məktəblərindən seçilən, hətta bir qədər də dini məktəb hesab edilən məktəbdə oxutdurdu. Bunlara baxmayaraq, İda həyatın sevinc və ləzzətlərini duyurdu. İda şən və gümrah gəncləri görüb, valideynlərinin ona olan münasibəti ona darıxdırıcı gəlirdi.
Vest
Vest (ing. West) — hal-hazırda Reemtsma və İmperial Brands şirkətlərinə məxsus və istehsal olunan Alman siqaret markası.
Evelin İlves
Evelin İlves — Estoniyanın birinci xanımı; Estoniyanın Fiqurlu Konkisürmə üzrə Federasiyanın prezidenti Evelin İlves 1968-ci ilin aprelin 20-də anadan olub. O, ali məktəbi Tartu Universitetini tibb ixtisası üzrə bitirib. İlves 2004-cü ildə Estoniya prezidenti Toomas Hendrik İlves ilə ailə həyatı qurub. Onların Kadri Keiu adlı bir qızları var.
Hörmət-izzət
Hörmət və ya sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Sent-İjest
Sent-İjest (fr. Saint-Igest, oks. Sanch Igèst) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilnyov kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12227. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 40 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 173 nəfər təşkil edirdi. 2007-ci ildə 96 yaşda (15-64 yaş arasında) 66 nəfər iqtisadi cəhətdən, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.8%, 1999-cu ildə 55.8%).
İzzət Balacayev
İzzət Zakir oğlu Balacayev (14 dekabr 1993) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycan Ordusunun baş leytenantı olan İzzət Balacayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Xocavəndin, Kəlbəcərin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayev "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edildi.
İzzət Bağırov
İzzət Bağırov (17 may 1976, Bakı, Azərbaycan SSR) — azərbaycanlı müğənni, aktyor. İzzət Bağırov 17 may 1976-cı ildə anadan olub, əslən Balaxanlıdı. Bakıxanov qəsəbəsindəki 4 nömrəli Musiqi Məktəbinin tar sinifini, sonra isə Bülbül adına orta ixtisas məktəbinin İncəsənətin Musiqi Komediya fakultəsini bitirib. "7-17" Dövlət müsabiqəsində iştirak etmiş və qalib olmuşdur. 1995-ci ildən daha da populyarlaşıb. Dəfələrlə Həcc ziyarətində, Məşhəddə olub. Oruc tutub, ehsanlar verir. Çox vaxt da Cümə məscidində namaz qılır. Kumiri İbrahim Tatlısəsdir.
İzzət Hümmətov
İzzət Həmidov
İzzət Nəbiyev
İzzət Əhməd oğlu Nəbiyev (1923, Nuxa – 1993) — texnika elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1981), SSRİ Dövlət mükafatı laureatı (1969). İzzət Nəbiyev 1923-cü ildə Nuxa (hazırkı Şəki) şəhərində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) Energetika fakültəsini bitirmişdir. 1951-ci ildə Azərbaycan SSR-in göndərişi ilə Moskva Energetika İnstitutunun aspiranturasına oxumağa getmiş, 1954-cü ildə namizədlik, 1972-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə neft profilli ali məktəblərdə ilk fakültənin — İstehsal proseslərinin aftomatlaşdırılması fakültəsinin əsasını qoymuş və onun ilk dekanı olmuşdur. 1957-ci ildən ömrünün axırına qədər (1993-cü il) eyni zamanda Sumqayıt "Neftkimya-avtomat" Elmi-Tədqiqat və Layihə İnstitutunda (indiki "Neftqazavtomat" Elmi-İstehsalat Birliyində) yerinə yetirilən ittifaq əhəmiyyətli elmi-tədqiqat və konstruktor-layihə işlərində bilavasitə iştirak etmişdir. Onun əldə etdiyi fundamental nəzəri nəticələr kütləvi istehsalda mənimsənilmiş, Azərbaycan SSR-in, eləcə də keçmiş ittifaqın neft və qaz sənayesinin avtomatlaşdırılması və telemexanikləşdirilməsi komplekslərinin yaradılmasında mühüm rol oynamışdır. 75 elmlər namizədinin elmi rəhbəri olmuşdur. Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, keçmiş SSRİ-nin Ali Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının üzvü Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Avtomatika və istehsal proseslərinin avtomatlaşdırılması" bölməsinin sədri/ Müxtəlif dövrlərdə ixtisaslaşdırılmış elmi şuraların üzvü kimi mühəndis kadrların hazırlanmasında xeyli əmək sərf etmişdir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 75 elmlər doktoru və namizədləri yetişmişdir.
İzzət Orucova
İzzət Mirzəağa qızı Oruczadə (Orucova) (16 sentyabr 1909, Bakı – 22 aprel 1983, Bakı) — Azərbaycan kimyaçı alimi, Azərbaycanın ilk milli kinoaktrisası, Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki (1972), texnika elmləri doktoru (1962), Azərbaycan Əməkdar Elm və Texnika Xadimi (1964). İzzət Oruczadə V. Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləmiş (1932–1959), həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri (1959–1967), Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967–1971), Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri (1971–1983) olmuşdur. II Dünya müharibəsi illərində İ. M. Orucova tankları sırada çıxarmaq üçün istifadə edilən yandırıcı butulkalara ampula hazırlayan kimyaçılar cərgəsində olmuşdur. Orucova 1947-ci ildə "Transformator və turbinlərdə işlənən yağların keyfiyyətinin yaxşılaşdırılması və neftdən sürtkü yağlarının alınması" mövzusunda namizədlik, 1962-ci ildə isə "Bakı neftindən aşağı temperaturda donan yağlar alınması texnologiyasının işlənib hazırlanması və onların keyfiyyətinin aşqarla yaxşılaşdırılması" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru dərəcəsini almışdır. həmin ildə də professor adına layiq görülmüşdür. İzzət xanımın əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir. Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında, AzNİİ-5, AzNİİ-7, AzNİİ-8u, SB-3, SK-3, BFK və s. markalı aşqarların hazırlanması və sənayedə tətbiqində yaxından iştirak etmişdir. Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti vardır. Akademik İ. M. Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi xarici ölkələrdə sürtkü yağları və aşqarlara dair keçirilmiş simpoziumlarda respublika kimyaçılarını təmsil etmişdir.
İzzət Oruczadə
İzzət Mirzəağa qızı Oruczadə (Orucova) (16 sentyabr 1909, Bakı – 22 aprel 1983, Bakı) — Azərbaycan kimyaçı alimi, Azərbaycanın ilk milli kinoaktrisası, Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki (1972), texnika elmləri doktoru (1962), Azərbaycan Əməkdar Elm və Texnika Xadimi (1964). İzzət Oruczadə V. Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləmiş (1932–1959), həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri (1959–1967), Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967–1971), Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri (1971–1983) olmuşdur. II Dünya müharibəsi illərində İ. M. Orucova tankları sırada çıxarmaq üçün istifadə edilən yandırıcı butulkalara ampula hazırlayan kimyaçılar cərgəsində olmuşdur. Orucova 1947-ci ildə "Transformator və turbinlərdə işlənən yağların keyfiyyətinin yaxşılaşdırılması və neftdən sürtkü yağlarının alınması" mövzusunda namizədlik, 1962-ci ildə isə "Bakı neftindən aşağı temperaturda donan yağlar alınması texnologiyasının işlənib hazırlanması və onların keyfiyyətinin aşqarla yaxşılaşdırılması" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru dərəcəsini almışdır. həmin ildə də professor adına layiq görülmüşdür. İzzət xanımın əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir. Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında, AzNİİ-5, AzNİİ-7, AzNİİ-8u, SB-3, SK-3, BFK və s. markalı aşqarların hazırlanması və sənayedə tətbiqində yaxından iştirak etmişdir. Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti vardır. Akademik İ. M. Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi xarici ölkələrdə sürtkü yağları və aşqarlara dair keçirilmiş simpoziumlarda respublika kimyaçılarını təmsil etmişdir.
İzzət Rüstəmov
İzzət Rüstəmov – Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru. İzzət Əşrəf oğlu Rüstəmov 1932-ci il fevral ayının 15-də Gədəbəy rayonunun Şınıx mahalının Düz-Rəsullu kəndində anadan olub. 1961-ci ildə "Həsən bəy Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri" mövzusunda namizədlik, 1972-ci ildə "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri (XIX və XX əsrin əvvəli)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1965-ci ildə dosent və 1977-ci ildə professor elmi adını alıb. 1984–1994-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyası Fəlsəfə kafedrasının müdiri, 1987–1988-ci illərdə Azərbaycan KP yanında Partiya tarixi institutu direktorunun elmi işlər üzrə müavini, 1994–1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, 1999–2004-cü illərdə Baki Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləyib. 2004-cü ildən indiyədək Bakı Dövlət Universitetinin "Sosiologiya" kafedrasının müdiri vəzifəsində çalışır. 100 məqalənin, 4 monoqrafiyanın, 7 kitabın müəllifidir. 1991-ci ildə Akademik S. İ. Vavilov adına medalla, 2007-ci ildə Azərbaycan Respublikasının "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə, 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 20 elmlər namizədi və 5 elmlər doktoru yetişdirmiş, hazırda 2 nəfərin doktorluq dissertasiyası üzrə elmi məsləhətçidir. Milli Qəhrəman Məzahir Rüstəmovun atasıdır.
İzzət Seyidova
İzzət Əli qızı Seyidova (20 noyabr 1910, Xarkov – 30 noyabr 1973, Bakı) — ilk azərbaycanlı qadın teatr rəssamlarından biri, əməkdar incəsənət xadimi (1943). İzzət Seyidova 20 noyabr 1910-cu ildə Xarkovda anadan olub. Atası Əli bəy Mir Seyfəddin oğlu anası isə Olqa Yakovlevna idi. Onların hər ikisinin peşəsi həkim olmuşdur. İbtidai təhsilini Xarkovda alan İzzət xanım daha sonra Aleksandr İvanoviç Kosiçkinin rəssamlıq atelyesinə qoşulur. 1927-ci ildə 7-ci sinifi tamamladıqdan sonra isə Bakıdakı Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxumaq qərarına gəlir. 1927–1931-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxuduğu 4 il ərzində Seyidova A.Kosiçkinin və M. Qerasimovun rəhbərliyi altında çalışmışdır. 1931-ci ildə o, Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olmuş, 1938-ci ilə qədər burada oxumuşdur. Burada İzzət xanım R.Frents, Y.Lansere, A.Osmyorkin və M.Babşev kimi görkəmli sənətkarlardan öyrənmək imkanı əldə etmişdi. 1938-ci ildə o, "Yevgeni Onegin" operasının dizayn işi ilə instutdan məzun oldu.
İzzət Xəzər
İzzət Xəzər - Türk jurnalist. İzzət Xəzər, Mətbuat Nəşr Yüksək Məktəbi məzunu olub, 1 noyabr 1988 tarixində "Səhər" qəzetində müxbir olaraq peşə həyatına başladı. Müxtəlif vəzifələr çalışdıqdan sonra eyni media birliyinə bağlı "Sabahınız xeyir" qəzetində çalışarkən, 1992-ci ildə Cizredə Novruz nümayişlərini izləməklə vəzifələndirildi. Hərəkəti küçəyə çıxma qadağanının olduğu bir zamanda, müxbir yoldaşı Faruk Balıqçı ilə birlikdə ağ bayraq daşıdığı halda, təhlükəsizlik gücləri ilə nümayişçilər arasındakı qarşıdurmalarda açılan atəş nəticəsi öldürüldü. İzzət Xəzəri öldürən güllənin kimin silahından çıxdığı müəyyən oluna bilmədi.
İzzət Əfəndiyev
İzzət Arif oğlu Əfəndiyev (4 sentyabr 1947, Zaqatala) — fəlsəfə doktoru, rus dilinin tədrisi sahəsində elm xadimi. İzzət Əfəndiyev 4 sentyabr 1947-ci ildə Azərbaycan Respublikasının Zaqatala şəhərində anadan olmuşdur. 1965-ci ildə Zaqatala şəhəri 1 saylı tam orta məktəbi əla nəticələr ilə bitirdikdən sonra, Rusiyanın Volqoqrad şəhərində neftqayırma zavodunda fəhlə işləmişdir. 1967-ci ildə M. F. Axundov adına Pedaqoji Rus dili və ədəbiyyatı institutuna daxil olmuşdur. 1972-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək, Kəlbəcər rayonunda, sonra isə Zaqatala rayonu Mosul və Qımır kənd məktəblərində rus dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışdır. 1976-cı ildə SSRİ Pedaqoji Elmlər Akademiyasının aspiranturasına qəbul olmuş, 1980-ci ildə M. F. Axundov adına Pedaqoji Rus dili və ədəbiyyatı institutuna (indiki Bakı Slavyan Universiteti) müəllim vəzifəsinə təyin edilmişdir. O, 1983-cü ildə "Azərbaycan məktəblərinin IV–VI sinif şagirdlərinə rus tələffüz vərdişlərinin öyrədilməsində audiovizual vasitələrdən istifadə metodları" adlı dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və Moskva alimlərinin müsbət rəylərini qazanmışdır. 1980–2016-cı illərdə BSU-da çalışan İzzət Əfəndiyev müəllim, baş müəllim, dosent, kafedra müdiri və dekan müavini vəzifələrində işləmişdir. Hazırda Azərbaycan Respublikasının orta məktəblərində çalışan rus dili və ədəbiyyatı müəllimlərinin əksər hissəsi İzzət müəllimin yetişdirmələridir. İ. Əfəndiyev 2014–2020-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində çalışıb.
İzzət Əfəndiyeva
İzzət Əfəndiyeva (10 sentyabr 1950, Kirovabad) — Fizika üzrə elmlər doktoru, 1977-ci ildən BDU-da çalışır. 1950-ci il sentyabrın 10-da Azərbaycan Respublikası, Gəncə şəhərində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinin əyani şöbəsinə (rus bölməsində) daxil olmuş və 1972-ci ildə həmin universitetin məzunu olmuşdur. 1997-ci ildən Bakı Dövlət Universitetində çalışır. 1972-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini fizik, fizika müəllimi ixtisası almaqla bitirib. 1991-ci ildə Gənclər İnstitutu (Bakı ş.) Menecment və Biznes şöbəsini "Xarici iqtisadi fəaliyyətin təşkili və texnikası" ixtisasını almaqla bitirib. 1987-ci ildə "Keçid elementləri əsasında olan mürəkkəb oksidlərin–polyar dielektriklərin optik xassələri və elektron quruluşu" (01.04.10-yarımkeçiricilər və dielektriklər fizikası) namizədlik, 2013-cü ildə "Al-TiW-PtSi/n-Si, Al-TiW-Pd 2Si/n-Si, Al-TiW/n-Si, AlNi/n-Si, Al- TiCu/n-Si elektron quruluşu və daşınma mexanizmləri" (2211–01-bərk cisim fizikası) doktorluq dissertasiyası müdafiə etmişdir. 2009-cu ildə "Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə dosent elmi adı alıb. 1972–1974-Gəncə şəhəri 17 saylı dəmir-yolu məktəbinin fizika müəllimi; 1974–1977-illərdə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutu Xüsusi Konstruktor Bürosunun mühəndisi; 1977–1989-Bakı Dövlət Universiteti Yarımkeçiricilər Fizikası Elmi-Tədqiqat Laboratoriyasında (indiki Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu) kiçik elmi işçi, vəzifəsində işləmişdir. 1989–1997-ci illərdə Bakı Dövlət Universiteti Elmi-Tədqiqat Hissəsinində nəşriyyat və sərgi işləri üzrə qrup rəhbəri, 1-ci prorektorun müavini; 1997–2018-ci illərdə böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi vəzifələrində işləmişdir.