Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Badali
Badali — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. == Tarixi == 1920-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Yexnazut adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan xanlığının Göycə nahiyəsində Bədəli və Bədəlli adlı iki kəndin adı qeyd olunmuşdur. == Toponim == Yerli tələffüz şəkli Bədili. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Xasavyurt dairəsində Bada-Yurt (kənd adı), həmin əyalətin Kızılyar dairəsində Bata-Yort (kənd adı) Azərbaycanda Yelizavetpol quberniyasında Badakənd, Badaçay, Badasu, Cavad qəzasında Badibad, Naxçıvanda Batabat, Talış-Lənkəran bölgəsində Badalan toponimləri ilə mənaca eynidir. XIX əsrdə Qazax qəzasında Bayta (qışlaq adı), Borçalı qəzasında Baytalı (qışlaq adı) toponimləri də bu sıraya aid edilə bilər. Musa Kalankatlının 'Alban tarixində V əsrə aid hadisə ilə əlaqədar olaraq Albaniyada Saz-Baday (saz qamışlıq deməkdir) kənd adı çəkilmişdir. (Alban tarixi, I kitab, 33-cü fəsil). == İstinadlar == == Həmçinin bax == İrəvan quberniyası Eçmiədzin qəzası Şimali Qafqaz == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan.
Fizali
Ziyalı
Ziyalı və yaxud intelligensiya (lat. intelligentia - dərketmə, anlama, bilik) — cəmiyyətin əqli əməklə məşğul olan sosial təbəqəsinə deyilir. Ziyalı ilk dəfə olaraq 1844-cü ildə polşalı K.Libert tərəfindən, 1846-cı ildə V.Bielinski, Almaniyada Karl Kautski, Karl Marks, Huqo Ball və Adolf Hitler tərəfindən bütün savadlı təbəqənin vəhdəti kimi işlədilmişdir. Bu anlayış XIX əsrin ortalarından Rusiyada geniş işlədilmiş və sonralar SSRİ-də ciddi diqqətdə saxlanılmışdır. O Qərbdə işlədilən intellektual anlayışı ilə çox yaxındır. Rus publisisti Pyotr Boborıkin XIX əsrin 60-cı illərində bu anlayışdan mətbuatda tez-tez istifadə edir. Ziyalılar onun zənnicə cəmiyyətin "ağıllı, düşüncəli, bilikli və profosional səviyyədə kreativ çalışan və mədəniyyətin inkişafı və yayılması üçün səy göstərən" şəxslərin daxili olduğu sosial təbəqəyə deyilirdi. Nikolay Berdyayev sonralar bu anlayışı genişləndirərərk, ictimai həyatda aktiv iştirak edən, cəmiyyətin təhsili olmayan təbəqəsini də buraya daxil edir. Ziyalı - ziyalılar təbəqəsinin nümayəndəsidir. Ziyalı məfhumu bütün dövrlərdə həm əqli əməklə çalışanlara, həm də ali təhsilli şəxslərə aid edilir.
İdahlı
İdahlı (Çaroymaq)
İmralı
İmralı — (türk. İmralı Adası; yun. Βέσβικος; Καλώνυμος; Καλόλιμνος) və ya Kalonilos — Mərmərə dənizində yerləşən ada. Adanın şimaldan cənuba uzunluğu 8 km, eni isə 3 km təşkil edir. Sahəsi 9,98 km² təşkil edir. Ada dənizin cənub sahilindən 13 kilometrlik, qərb sahilindən isə 20 kilometrlik boğaz ayırır (Boz boğaz). İstanbulla arasında məsafə 65 km-dir. Makdimal hündürlüyü 217 metrdir (Türk-təpəsi). Adadan şərqdə Qəmlik körfəzi yerləşir. == Tarixi == Antik dönəmlərdə adada yuban əhalisi yaşamış və onlar üzümçülük və Balıqçılıq ilə məşğul olurdular.
İydəli
İydəli (Sərdarabad) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. İydəli (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
İzrail
İsrail (ivr. ‏יִשְׂרָאֵל‏‎; ərəb. إِسْرَائِيل‎) və ya rəsmi adı ilə İsrail Dövləti (ivr. ‏מְדִינַת יִשְׂרָאֵל‏‎, Medinat Yisra'el) — Yaxın Şərqdə yerləşən dövlət. 31 dekabr 2019-cu il tarixində aparılan siyahıyaalmaya əsasən əhalisi 9.136.000 nəfərdir. Ərazisi 22,072 km² əhatə edir. Əhalisinə görə dünyada 96-cı, ərazisinə görə isə 148-ci yeri tutur. Yaxın Şərqdə, Aralıq dənizinin şərq sahillərində yerləşir. Şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən Misir və Qəzzə zolağı ilə həmsərhəddir. Dövlət dili ivritcə olsa da, ərəb dili xüsusi statusa malikdir.
İsalı
İsalı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. İsalı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İsalı-i Heydərli (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İsalı-i Zəmi (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
"Layell" medalı
Layell medalı (Lyell Medal) — London Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal müasir geologiya elminin banisi, "XIX əsrin ən görkəmli alimlərindən biri olan" İngiltərə geoloqu Çarlz Layellin (1797–1875) şərəfinə adlandırılmışdır..
"Müharibə" medalı
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. == Dizaynı == Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. == Taxılması == Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
"Sənətkar" medalı
"Sənətkar" medalı — Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən mükafat. Azərbaycan Milli Peşəkar Teatrı günüdə dramaturqlara, yazıçılara səhnəmizdə xidmətləri olan sənət adamlarına təqdim olunur.
"Tərəqqi" medalı
"Tərəqqi" medalı — Azərbaycanın dövlət təltifi. "Tərəqqi" medalı, Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 10 noyabr tarixli 370 nömrəli Qanunu ilə təsis edilib. Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə isə, medalın əsasnaməsi və təsviri təsdiq edilib. == Əsasnaməsi == "Tərəqqi" medalının əsasnaməsi, Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə təsdiq edildi. 1. "Tərəqqi" medalı Azərbaycan vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: 1.1. Kənd təsərrüfatı və sənaye sahəsində qazandıqları uğurlara görə; 1.2. Böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə görə; 1.3. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, hüquq, təhsil və səhiyyə sahələrində xidmətlərinə görə; 1.4. Xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə görə; 1.5.
Adi fizali
Analıq medalı
Analıq medalı - SSRİ Ali Sovetinin 8 iyul 1944-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. == Qalereya == == Xarici keçidlər == Медаль Материнства.
Aprel işğalı
Bakı əməliyyatı, Aprel inqilabı (azərb. آ ﭘﺭﻳﻞ ﺍﻧﻘﻼﺑﯽ ‎), Aprel çevrilişi və ya Azərbaycanda sovet hakimiyyəti qurulması — Azərbaycan hökumətini devirmək və ölkədə Sovet hakimiyyətinin qurulması məqsədilə, XI Qırmızı Ordu və Volqa-Xəzər hərbi donanmasının Azərbaycan bolşevikləri ilə yaxın koordinasiyalanmış və həyata keçirilən hücum hərbi əməliyyatıdır. Bakı əməliyyatının planı Azərbaycan Kommunist (bolşeviklər) Partiyası (AK(b)P) liderləri olan Qafqaz cəbhəsinin komandiri Mixail Tuxaçevski və Hərbi İnqilab Şuranın üzvü Serqo Orconikidze tərəfindən hazırlanmışdı. 1919–1920-ci illərdə dərin siyasi və sosial-iqtisadi böhran yaşayan Azərbaycanda daxili siyasi vəziyyət gərgin idi: ölkənin qəzalarında müxtəlif siyasi və sosial qruplar arasındakı silahlı münaqişələr baş verirdi. Eyni zamanda, 1918-ci ildə Sovet hakimiyyətinin dağılması anından etibarən, yeraltı cəmiyyətlərdə müxtəlif siyasi partiyalar və sosialist oriyentasiyalı təşkilatlar fəaliyyət göstərirdi. Onlar siyasi məqsədlərinə nail olmaq üçün 1920-ci ilin fevralında AK(b)P ilə birləşdi. 1920-ci ilin aprelində XI Qırmızı Ordu Şimali Qafqazdakı Könüllü ordunu məğlub edərək, Azərbaycanla sərhədə yaxınlaşdı. Azərbaycan bolşevikləri aprelin 26-dan 27-sinə keçən gecəsində başlayan silahlı üsyanlara hazırlaşırdılar. Bakıda baş verən üsyanla paralel olaraq, bir sıra sovet zirehli qatarlar Azərbaycanla sərhədi keçdi və düşmən arxasında uğurlu dərin basqın etdi. Bolşeviklər paytaxtın ən əhəmiyyətli obyektlərinə nəzarəti qurduqdan sonra hakimiyyətin təslim edilməsi haqqında Azərbaycan hökumətinə və parlamentinə ultimatum təqdim etdi.
Araukaniyanın işğalı
Araukaniyanın işğalı ― hərbi hərəkat olub Çili hökuməti tərəfindən həyata keçirilmişdir. Bu hərəkat 1862–1886-cı illəri əhatə etmişdir. Nəticədə bölgə Çilinin ərazisinə cevrilmişdir. == Avropalıların ilk gəlişi == Yerli xalq olan Mapuce bölgəni Araukani adlandırır. Mapucelər uzun zaman İnk İmperiyasına qarşı mübarizə aparmışdır. Nəticədə isə bölgə öz istiqlaliyyətini qoruya bilmişdir. Bu ərazilərə ilk ayaq basan avropalılar İspanlar olmuşlar. Öz adətlərinə sadiq qalaraq ispanlarada boyun əyməmişdilər. Bu səbəbdən İspanlar Mapuce qəbilələrinə qarşı 300 il müharibə aparmışlar. Tarixə bu müharibə Araukaniya müharibəsi kimi düşür.
Araz İbadlı
Araz Babaəli oğlu İbadlı (25 oktyabr 1999; Lənkəran, Azərbaycan — 9 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Araz İbadlı 25 oktyabr 1999-cu ildə Lənkəran rayonu Gəgiran kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Araz İbadlı 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Araz İbadlı oktyabrın 9-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalı ilə təltif edilib.
Azadlı (Germi)
Azadlı (fars. ازادلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Azadlı kəndistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il siyahıya alınmaya görə kənddə 416 nəfər yaşayır (83 ailə).
Azərbaycan medalı
Azərbaycan medalı (fars. نشان آذرآبادگان‎) — İran şahı Məhəmməd Rza Pəhləvi tərəfindən 12 dekabr 1946-cı il tarixində təsis edilmiş medal. 1945-ci ilin dekabrında Azərbaycan Demokrat Firqəsi Seyid Cəfər Pişəvəri öndərliyindəki Azərbaycan Milli Hökumətini təsis etmişdir. Buna baxmayaraq, İran ordusu ABŞ və Böyük Britaniyanın dəstəyi ilə Təbriz şəhərinə yenidən daxil olur və Azərbaycan Milli Hökumətini işğal edir. Şah Azərbaycan böhranı zamanı vuruşmuş hərbi qulluqçuları bu medalla mükafatlandırmışdı.
Ağdamın işğalı
Ağdam uğrunda döyüş (12 iyun-23 iyul 1993) — Qarabağ müharibəsinin gedişində baş vermiş döyüş. Döyüş 23 iyul 1993-ci ildə Ağdam şəhərinin erməni qüvvələri tərəfindən işğalı ilə bitmişdir. == Şəhərin əhəmiyyəti == SSRİ dağıldıqdan sonra Ağdamda yerləşən nəhəng hərbi anbar Azərbaycan ordusuna dövr edilir. Qarabağ müharibəsi zamanı hərbi baza Azərbaycan Ordusu tərəfindən hərbi istinadgah kimi istifadə edilmişdir. Xankəndində Ağdamın əhəmiyyətini anlayır və onu "düşmən yuvası" adlandırırdılar. Münaqişənin ilk mərhələlərində və hərbi əməliyyatların qızışmasına qədər ermənilər Ağdamın sakinlərini "ermənilərin hər kəsdən yaxşı istifadə etdiyi silah" olan terrorizmdən istifadə etməklə ruhdan salmağa çalışırdılar. Bu strategiyanı reallaşdırmaq üçün Ağdam ətrafında erməni millətçiləri tərəfindən bir neçə terror aktı həyata keçirilmişdir. Məsələn, 1990-cı ilin avqustunda erməni terrorçuları Tbilisi-Ağdam marşrutu ilə gedən avtobusu partlatdılar və nəticədə 20 dinc vətəndaş həlak oldu. 1991-ci ilin sentyabrında Ağdam-Xocavənd və Ağdam-Qaradağlı marşrutlarında müvafiq olaraq 5 və 8 sərnişinin həlak olduğu avtobus hücumları həyata keçirdilər. Nəhayət, 28 yanvar 1992-ci ildə ermənilər Ağdamdan Şuşaya uçan mülki helikopteri vurdular, nəticədə 41 dinc sakin, həmçinin 3 ekipaj üzvü həlak oldu.
Copli Medalı
Kopli medalı (ingiliscə Copley medal) — elm adamları üçün İngiltərədə yaranmış Royal Society tərəfindən verilən elmi mükafatdır. Bu mükafat həm Royal Society tərəfindən, həm də dünyada ən qədim medal kimi tanınır. Kopli medalı ilk dəfə 1731-ci ildə verilməyə başlanıb və bu günə qədər hər il bu davam etdirilir. Medal öz adını varlı bir torpaq sahibi və özü də Royal Society təşkilatının üzvü olan Godfrey Koplidən alıb. Medalın səthi gümüşdən olub 5000 sterlinlik pul mükafatı ilə verilir. Bu medalı qazanan elm adamları arasında Çarlz Darvin, Albert Eynşteyn və Léon Foucault və 52 Nobel mükafatı (17-si fizika,14-ü kimya,21-i fiziologiya və tibb üzrə) qazanmış Con Dezaguilers də var. Bu medalı qazanan yeganə qadın elm adamı 1976-cı ildə Doroti Hodkin olmuşdur.
Daryuş İqbali
Daryuş İqbali - Müğənni == Həyatı == 1951-ci il fevralın 4-də İranın Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində mülkədar ailəsində anadan olub. Uşaqlıq illərini həmin şəhərdə keçirən Daryuş 9 yaşındaykən məktəbdə musiqi və tamaşa proqramlarında iştirak edib. Orta təhsilini Tehranda davam etdirən müğənni 1971-ci ildən musiqi ilə ciddi şəkildə məşğul olmağa başlayıb. Həmin il o, «Be mən nəqu ke duset darəm» («Demə ki, sevirəm səni») mahnısı ilə məşhurlaşıb. 1975-ci ildə o, mahnılarında şah rejimini hədəfə aldığı üçün 9 ay həbsdə olub. İran mətbuatı ölkənin keçmiş təhlükəsizlik idarəsinin (SAVAK) diktəsi ilə həbsi Daryuşun «narkoman olmasıyla» əlaqələndirib. Sonralar təhlükəsizlik qüvvələri müğənninin siyasi məzmun daşıyan «Cəngəl» («Meşə»), «Pəriya», «Rəhai» («Qurtuluş») mahnılarına görə tutulduğunu etiraf edib. İran İslam Respublikası bərqərar olmazdan (1979-cu il) az əvvəl ölkəni tərk edən müğənni əvvəlcə Böyük Britaniyada, bir müddət sonra isə ABŞ-də məskunlaşıb və musiqi fəaliyyətini davam etdirib. Xaricdə yaşadığı son 30 ildə müğənni dəfələrlə dünyanın müxtəlif ölkələrində, o cümlədən də ABŞ, İngiltərə, Almaniya, Yaponiya və Kanadada çoxlu konsertlər verib. Daryuş İran inqilabından əvvəl bir müddət narkotik maddələrə qurşandığına etiraf etsə də, sonralar narkomanlıqdan qurtardığını, bu bəlaya qarşı ictimai fəaliyyət aparıb.
Dərbəndin işğalı
Dərbəndin işğalı — 1722-ci ildə başlayan Rusiya-Səfəvi müharibəsi zamanı Rusiya çarlığının Dərbənd şəhərini işğal etməsi nəzərdə tutulur. == Arxa plan == 1722-ci ilin avqustunda rus ordusu sürətlə Dərbəndə doğru irəliləməyə başladı. Bu yürüş boyunca rus ordusu həmçinin yerli əhali ilə də başa çıxmalı idi. Dərbəndin ələ keçirilməsi rus ordusu üçü mühüm strateji əhəmiyyət daşımaqda idi. Bu şəhərin ələ keçirilməsindən sonra Xəzər dənizi boyunca sahil şəhərləri ələ keçirilə bilərdi. Dərbənddən sonra ələ keçirilmə növbəsi Bakı şəhərində idi, lakin hava şəraitinə görə bu yürüş həyata keçməsi və növbəti ilə qədər ertələndi. == İşğal == Həştərxandan yola çıxan I Pyotr süvarilərlə birlikdə quru yolu ilə, donanma isə dəniz yolu ilə Dərbəndə doğru irəlilədi. 25 iyul 1722-ci ildə I Pyotr Səfəvi şahına məktub yazdı və bu məktubda onun torpaqlarını işğal etməyə gəlmədiyini, sadəcə onlara problem yaradan, rus tacirlərinin canına və malına qəsd edən üsyançıları cəzalandırmağa gəldiyini bildirdi. 5 avqustda yola çıxan rus sordusu Dərbəndə qədər bəzi müqavimətlə qarşılaşdı. Bu müqaviməti təşkiledən əsas qüvvə Osmanlı imperiyasına bağlı yerli bəyliklər idi.
Eltac Azadlı
Eltac Sədrəddin oğlu Azadlı (22 mart 1992; Dünyamalılar, Beyləqan rayonu, Azərbaycan — 31 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eltac Azadlı 22 mart 1992-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuşdur. 1999-2010-cu illərdə Beyləqan rayon Əlibaba Şirinov adına Dünyamalılar kənd 1 saylı məktəbdə təhsil almışdır.Hələ uşaqlıqdan mehribanlığı, tərbiyəsi ilə sinif yoıdaşlarının və müəllimlərinin sevgisini qazanmışdır. == Hərbi xidməti == Eltac Azadlı 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə 4-cü özüyeriyən artilleriya divizionunun 10-cu batareyasının 1-ci özüyeriyen artilleriya tağımında xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Eltac Azadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Xocavəndin, Qubadlının və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə top komandiri kimi vuruşmuşdur. Eltac Azadlı 31 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac Azadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac Azadlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Filds medalı
Filds medalı Beynəlxalq Riyaziyyat Birliyi tərəfindən dörd ildə bir keçirilən Beynəlxalq Riyaziyyat Konqresində yaşı 40-dan çox olmayan iki, üç və ya dörd riyaziyyatçıya verilən mükafatdır. Bu mükafat onu təsis edən Kanada riyaziyyatçısı Con Çarlz Fildsin şərəfinə adlandırılmışdır. Filds medalı riyaziyyat sahəsində ən yüksək mükafatlardan biri hesab olunur və həm bu mükafata, həm də riyaziyyatçılara verilən digər bir mükafat olan Abel mükafatına bəzən "riyaziyyatçıların Nobel mükafatı" deyirlər. İlk dəfə 1936-cı ildə Finlandiya riyaziyyatçısı Lars Ahlfors və ABŞ riyaziyyatçısı Cessi Duqlasa təqdim edilmişdir. Bundan sonra, İkinci dünya müharibəsinə görə növbəti mükafat yalnız 1950-ci ildə verilmiş və bu zamandan başlayaraq mütəmadi olaraq hər dörd ildən bir təqdim olunur. == Laureatlar == 1936 Lars Ahlfors Cessi Duqlas 1950 Loran Şvarts Atle Selberq 1954 Kunihiko Kodayra Jan-Pyer Serr 1958 Klaus Rot Rene Tom 1962 Lars Hörmander Con Milnor 1966 Maykl Atiya Pol Kohen Aleksandr Qrotendik Stiven Smeyl 1970 Alan Beyker Heysuke Hironaka Sergey Novikov Con Tompson 1974 Enriko Bombieri Devid Mamford 1978 Pyer Delin Çarlz Fefferman Qriqori Marqulis Daniel Kvillen 1982 Alen Konn Uilyam Törston Şin-Tan Yau 1986 Saymon Donaldson Qerd Faltinqs Maykl Fridman 1990 Vladimir Drinfeld Von Cons Siqefumi Mori Edvard Vitten 1994 Yefim Zelmanov Pyer-Lui Lions Jan Burqen Jan-Kristof Yokkoz 1998 Riçard Borçerds Timoti Qauers Maksim Kontseviç Körtis MakMullen 2002 Loran Lafforq Vladimir Voyevodski 2006 Andrey Okunkov Qriqori Perelman - Terens Tao Vendelin Verner 2010 Elon Lindenştrauss - Nqo Bao Tyau Stanislav Smirnov Sedrik Villani 2014 - Artus Avila - Mancul Bharqava Martin Hayrer - Məryəm Mirzəxani == Bəzi faktlar == 1954-cü ildə 27 yaşında ikən Filds medalını qazanan ən gənc alim olan Jan-Pyer Serr hələ də bu titulu qoruyub saxlayır. 1966-cı ildə Aleksandr Qrotendik, 2006-cı ildə isə Qriqori Perelman bu medala layiq görülsələr də, onu almaqdan imtina etmişlər. 1970-ci ildə Sergey Novikov, 1978-ci ildə isə Qriqori Marqulis Sovet hökumətinin qoyduğu qadağalara görə mükafatlandırma mərasimlərində iştirak edə bilməmişlər. 1990-cı ildə Edvard Vitten bu mükafatı alan ilk və hələ ki yeganə fizik olmuşdur. 2014-cü ildə Artus Avila bu mükafatı alan ilk Braziliyalı və Latın Amerikalı olmuşdur.