Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnvaziv
İnvaziv (lat. invadere - "içəri, daxilə girirəm", "təcavüz") tibbi termin. Xəstəliyin müalicəsi və diaqnostikası məqsədi ilə tətbiq olunan "ağrılı", "qanlı", daxilə girmək üçün orqanizmin təbii örtüyünü - baryerini keçməklə aparılan müdaxilələrə, daha doğrusu onların xarakterinə təbabətdə verilmiş ümumi ad. Məsələn, qan təzyiqinin ölçülməsinin təbabətdə iki üsulu mövcuddur: invaziv - Korotkov üsulu - "qanlı" - "birbaşa" - bilavasitə arteriyaya yeridilmiş kanülə vasitəsilə ölçülmə və qeyri invaziv - "qansız" və ya Riva Roççi - bazuya bağlanmış manjet vasitəsilə ölçülmə. Döş qəfəsinin ultrasəs müayinəsi ağrısız və ya qansız olduğu üçün qeyri invaziv, plevra və ya perikardın punksiyası isə "ağrılı", "qanlı" üsul olduğu üçün invaziv metod adlanır. Minimal invaziv - təbabətdə həyat üçün təhlükəsi cüzvi olan müalicə və müayinə metodlarına verilmiş ümumi ad. Endoskopik cərrahi müdaxilələrə şərti olaraq minimal imvaziv əməliyyatlar deyilir. Məsələn, öd kisəsinin, uşaqlığın, soxulcanabənzər çıxıntının laparoskopik metodla xaric edilməsi.
Baccharis nivalis
Baccharis nivalis (lat. Baccharis nivalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Erigeron nivalis
Erigeron nivalis (lat. Erigeron nivalis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Galanthus nivalis
Ağ qargülü, qar xədicəgülü (lat. Galanthus nivalis) — xədicəgülü cinsinə aid bitki növü.
Passerina nivalis
Adi şimal sərçəsi (lat. Plectrophenax nivalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin calcariidae fəsiləsinin şimal sərçəsi cinsinə aid heyvan növü. == Yarımnövləri == Plectrophenax nivalis nivalis. Plectrophenax nivalis insulae. Plectrophenax nivalis vlasowae. Plectrophenax nivalis townsendi.
Plantago nivalis
Plantago nivalis (lat. Plantago nivalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü.
Plectrophenax nivalis
Adi şimal sərçəsi (lat. Plectrophenax nivalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin calcariidae fəsiləsinin şimal sərçəsi cinsinə aid heyvan növü. == Yarımnövləri == Plectrophenax nivalis nivalis. Plectrophenax nivalis insulae. Plectrophenax nivalis vlasowae. Plectrophenax nivalis townsendi.
Pyrus nivalis
Pyrus nivalis (lat. Pyrus nivalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Rubus nivalis
Rubus nivalis (lat. Rubus nivalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Rumex nivalis
Rumex nivalis (lat. Rumex nivalis) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü.
Salix nivalis
Salix nivalis (lat. Salix nivalis) — söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Senecio invalidus
Senecio invalidus (lat. Senecio invalidus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio nivalis
Senecio nivalis (lat. Senecio nivalis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
İnqalin AES
İnqalin Atom Elektrik Stansiyası (lit. Ignalinos atominė elektrinėIgnalinos atominė elektrinė) — 26 il (1983–2009) fəaliyyət göstərmiş Litvanın Şimal-şərqində yerləşən və artıq fəaliyyətini dayandırmış AES-dir. İstismar dövrü ərzində stansiyada 307.9 mlrd kVt saat elektrik enerjisi istehsal edilmişdir. Stansiya Drukşay gölünün yaxınlığında yerləşir. Bu ərazi İnqalin inzibati rayonuna daxil olduğundan stansiya da eyni adı daşıyır. == Texniki təsviri == İnqalin AES-də istilik neytronu ilə çalışan kanal tipli РБМК-1500 atom reaktorları quraşdırılmışdır. İnqalin AES-in bir blokunun islitik gücü 4800 MVt, elektrik gücü isə 1500 MVt-dır. Çernobıl qəzasından sonra stansiyanın istilik gücü 4200 MVt-a endirilmişdir. birinci blok 1984-2004-cü illərdə, ikinci blok isə 1987-2009-cu illərdə fəaliyyət göstərmişdir. 2009-cu il 31 dekabr tarixində stansiyanın fəaliyyəti dayandırılmışdır.
Jinvali su anbarı
Jinvali su anbarı (gürc. ჟინვალის წყალსაცავი) — Şərqi Gürcüstanda, Duşeti bələdiyyəsində, Tbilisidən 70 km məsafədə, Jinvali qəsəbəsinin şimalında yerləşən kompleks təyinatlı su anbarıdır. Aragvi çayının ortasında, Alevi, Gudamakari və Kartli silsilələri arasında yerləşir. Ümumi ərazisi 11,5 km². Suyun həcmi 520 mln. m³, faydalı həcmi 370 mln. m³. Maksimal dərinlik 75 m. 1985-ci ildə, Aragvi dərəsində Jinvali su elektrik stansiyasının tikintisi ilə əlaqədar yaradılmışdır. HES-in qazandıran elektrik enerjisi 130 min kilovatdır.
Beni-Valid
Beni-Valid-Liviyada şəhər == Liviya vətəndaş müharibəsi == 2011-ci il Liviya Vətəndaş Müharibəsində, Qəddafi əleyhinə qüvvələr Avqustda Tripoli və Sentyabrda Səbhanı ələ keçirdikdən sonra Bani Valid, Sirt ilə birlikdə, Müəmmar Qəddafinin devrilmiş hökumətinə sadiq qüvvələrin saxladığı iki son dayaqdan biri idi. Sentyabr və oktyabr ayının əvvəllərində şəhəri əhatə edən Qəddafi əleyhinə qüvvələr ilə onu müdafiə edən Qəddafi sadiq qüvvələri arasında qarşıdurmalar oldu; nəhayət 17 oktyabrda şəhər alındı.Fin şirkəti Perusyhtymä (bu gün YIT) 1980-ci illərdə şəhərdə tüfəng və bəlkə də digər silahların yığılması üçün istifadə olunan bir fabrik inşa etdi. NATO şəhərdəki iki "komanda mərkəzi" və bir döyüş sursatı zərbəsini vurduğunu bildirdi. Sonuncuların əvvəlcə Finlər tərəfindən inşa edildiyi mümkündür. Bani Vəlidə 200 Fin mühəndis və digər mütəxəssis çalışdı. Bəzilərinin ərazidə ailələri var idi. "Çirkli işlər" Filippindən təxminən 2000 ucuz işçi tərəfindən edildi.Finlandiyada KİV 1994 və 2011-ci illərdə silah fabrikinin inşasını tapdı. 1980-ci illərdə Liviya Sovet İttifaqından sonra Finlandiya inşaat sənayesi üçün ikinci ən böyük ixracat ölkəsi idi. 1980-ci illərin əvvəllərində Finlər Liviyada təxminən 20 böyük tikinti layihəsinə sahib oldular. Silah fabrikindən əlavə digər Finlandiya tikililərinə Tripolidəki küçələr və Ras Lanufun bütün neft şəhəri daxildir.
II Valid
II Valid və ya Valid ibn Yəzid (ərəb. الوليد بن يزيد‎ 706 — 17 aprel 744) — 743-744-cü illərdə hakimiyyətdə olmuş əməvi xəlifəsi. Hakimiyyəti əmisi Hişam ibn Əbd əl-Malikdən almışdır. II Valid 6 fevral 743-cü ildə Hişamın vəfatından sonra taxta çıxmışdır. Ət-Tabari Validin bir neçə şeirindən misal çəkir. Valid kənizdən olan iki oğlunu varisi elan etdikdən sonra ailə daxilində gərginlik yaranmış və sonda o qətlə yetirilmişdir. Validin xələfi əmisi oğlu III Yezid olmuşdur. == Ədəbiyyat siyahısı == Muhammad ibn Jarir al-Tabari. History, v. 26 "The Waning of the Umayyad Caliphate, " transl.
Valid Daqayev
Valid Şitayeviç Daqayev(çamor. Ва́лид Шита́евич Дага́ев; 30 iyun 1940, Qroznı – 22 sentyabr 2016, Qroznı)— Sovet, rus çeçen müğənnisi, musiqiçisi, bəstəkarı, xalq mahnılarının ifaçısı, Çeçen-İnquş MSSR Xalq artisti (1970), RSFSR-in əməkdar artisti (1972), RSFSR xalq artisti (1988), medal sahibi. Əhməd Kadırov ordeni (2009) laureatı.. == Həyatı == Valid Daqayev Yeni Aldı kəndində anadan olub. 23 fevral 1944-cü ildə çeçenlərin və inquşların deportasiyası başlandı. Köçürmə zamanı çəkdiyi çətinliklər onun görmə qabiliyyətini itirməyə başlamasına səbəb oldu. Uşaqlıqdan mahnı oxumağı çox sevirdi. O, musiqi alətinə sahib olmaq arzusunda idi, lakin ailənin onu almağa imkanı yox idi. Adi çubuqda oyunu təqlid edərək barmaqlarını taxtaya döyürdü. Xalası tezliklə ona balalayka hədiyyə verdi.
Valid Müəllim
Valid Müəllim (17 iyul 1941, Dəməşq – 16 noyabr 2020, Dəməşq) — Suriyanın xarici işlər naziri. == Həyatı == Valid Müəllim 13 yanvar 1941-ci ildə Suriyanın Dəməşq şəhərində anadan olub.1960-cı ildə Qahirə universitetinə qəbul olub. İqtisadiyyat fakültəsini tamamlayıb. 1990–1999-cu illərdə Suriyanın ABŞ-də səfiri vəzifəsində çalışıb. 2000-ci ilin əvvələrindən Suriyanın xarici işlər naziridir.
Valid Məmmədli
Məmmədov Valid Nizami oğlu (28 iyun 1960, Bakı – 22 iyun 2010, Bakı) — Heykəltəraş. == Həyatı == Məmmədov Valid Nizami oğlu, 1960-cı ilin iyun ayının 28-də Bakıda məşhur diktor Nizami Məmmədovun ailəsində anadan olmuşdur. 1980-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin heykəltaraşlıq fakultəsini bitirmişdir. 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun, heykəltaraşlıq fakultəsini bitirmişdir. 1989-1992-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının aspranturasında oxumuşdur, Moskva - Rusiya (SSRİ) 1989-1992-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının Rəssamlar Emalatxanasında heykəltaraş işləmişdir. 1992-2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəssamlıq emalatxanasında heykəltaraş işləmişdir. 2008-2010-cu illərdə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən Əlif Sənət İstehsalları Dizayn və Tətbiqi Sənət Şirkətində Kasımpaşada ucaldılan Fateh Sultan Mehmetin Heykəli layihəsinin hazırlanması və tətbiq olunması mövzusunda iş müqaviləsi (Prof. Dr. Ömər Eldarovla birlikdə) 1983-2010-cu illərdə Rusiya (Moskva, Sankt-Peterburq), Polşa, Almaniya, Ukraynada, Londonda keçirilən müxtəlif rəssamlıq və heykəltaraşlıq sərgilərində işlərini nümayiş etdirib == Fərdi işləri == 2009-cu il - Bakıda və Bərdədə Azərbaycanın Müstəqilliyi uğrunda həlak olmuş şəhidlərə abidə, Bakıda, Zaqatalada, Lənkəranda dekorativ heykəl kompleksləri. Şah İsmayıl Xətai, Masallı - Azərbaycan (2006); Zərdüşt, Yuxu, Azərbaycan, Zəvvar, Bremen məzhəkəçiləri Ankarda Masal adası uşaqlar üçün əyləncə kompleksində ucaldılan heykəllərin yaradılmasında bir qrup heykəltaraşla müştərək iştirak etmişdir.
Valid Sənani
Valid Sənani (tam adı: Valid Möhsün oğlu Sənani; d.12.5.1935 İçərişəhər - v. 23.1.2011, Bakı) — televiziya işçisi, ssenarist. == Həyatı == 1935-ci il mayın 12-də İçərişəhərdə, məşhur aktyor Möhsün Sənaninin ailəsində anadan olub. Atası Möhsün Sənani məşhur aktyor olub. 1952-ci ildə 7 nömrəli orta məktəbi qurtarıb və Bakı Dövlət Universitetinin geologiya fakültəsinə daxil olmuş, 1957-ci ildə BDU-nun geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1955-ci ildə Azərbaycan radiosunda diktor işləməyə başlayıb. 23 yanvar 2011-ci ildə vəfat edib. === Ailə həyatı === 1961-ci ildə Ofeliya Sənani ilə ailə qurub. 1 oğlu, 1 qızı, 3 nəvəsi, 1 nəticəsi var. Aktyor Möhsün Sənaninin oğludur.
Valid əl-Şəhri
Valid əl-Şəhri (ərəb. وليد الشهري‎; 20 dekabr 1978[…], Əsir bölgəsi[d][…] – 11 sentyabr 2001[…]) — 11 sentyabr terror aktları çərçivəsində Dünya Ticarət Mərkəzinin Şimal Qülləsinə dəyərək qəzaya uğrayan Amerika Hava Yolları reys 11 ilə uçan təyyarəni qaçıran beş nəfərdən biri. Səudiyyə Ərəbistanında anadan olan Şəhri, ruhi xəstə qardaşını Mədinəyə aparanadək bir tələbə idi. Daha sonra qardaşı Vail ilə birlikdə Çeçenistana döyüşməyə getdi, lakin Əfqanıstana yönləndirildi və hücumlara cəlb olundu. Şəhri ABŞ-yə 2001-ci ilin aprel ayında turizm vizası ilə gəldi. 11 sentyabr 2001-ci ildə Valid qardaşı Vail ilə birlikdə Amerika Hava Yolları reys 11 ilə uçan təyyarəyə mindi və Məhəmməd Attan onu Dünya Ticarət Mərkəzinin Şimal Qülləsinə çırpması üçün təyyarəni qaçırmağa kömək edən beş nəfərdən biri oldu. == Öncəki həyatı və təhsili == Qardaşı Vail kimi müəllim olmaq üçün təhsil alan Valid əş-Şəhri Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən və Yəmənlə həmsərhəd olan Əsir adlı kasıb vilayətdən idi. Şəhrin ailəsi İslamın vəhhabi məktəbinə bağlı olduğundan, o, çox mühafizəkar bir ailədə böyüdü. Evdə televizor və interneti yox idi və razılaşdırılmış evlilik yaşına çatana qədər ona musiqi dinləməsi və ya qızlarla əlaqə qurması qadağan edilmişdir.İlkin qəzet məqalələrində Validin pilot sertifikatını 1997-ci ildə Embri-Riddl Aviasiya Universitetində qazandığı deyilirdi. Lakin qısa araşdırmadan sonra terrorçuların Embri-Riddlın təşkil etdiyi uçuş təlimlərində iştirak etmədikləri aşkar edildi.