Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antares
Əqrəb bürcünün α ulduzu. Yerdən uzaqlığı dəyişkəndir. Tipik "Qoşa Ulduzdur". Bu ulduz səmada 15-ci ən parlaq ulduzlardan biridir, qırmızı rəngi ilə seçilir. Bu ulduz çox nəhəng olub təxmini diametri 400 milyon km-dir. Yay günlərində Azərbaycandan görünür. Spektral sinfi M1, işıqlıq sinfi isə Iab qırmızı ifratnəhəng olan Antares bilinən ən böyük ulduzlardan biridir. Bu, ən yaxın OB dərnəyinin (Scorpius-CENTAURUS Association) ən işıqlı, ən böyük və ən inkişaf etmiş ulduz üzvüdür. Antares, Scorpius-CENTAURUS Association'ın üst Scorpius alt qrupunun bir üzvüdür və təxminən 145 ps (470 i.i.) məsafədəki 11 milyon illik ortalama minlərlə ulduz ehtiva etməkdədir. Kütləsi 15-18 Günəş kütləsi qədər, radiusu isə 883 Günəş radiusuna bərabər olması düşünülməkdədir.
Inertes
Dəvəquşukimilər (lat. Struthioniformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Dəvəquşukimilər dəstəsinə təkcə bir növ — müasir dəvəquş daxildir. O, Afrikada yarımsəhra və bozqızlarda yaşayır. El arasında ona Afrika dəvəquşu deyilir. Ukraynada, İranda, Monqolustanda və Çində qazıntı halında tapılır. Afrika dəvəquşu 100 kq olur. O, uça bilmir, lakin bərk qaçır.Qanad sümükləri qısalmış, körpücük sümükləri isə reduksiya etmişdir, döş sümüyündə til yoxdur. Arxa ətraflarında ancaq iki barmaq qalmışdır. Dərisinin hər yeri lələkdir (lələksiz hissəsi yoxdur).
Internet
İnternet (lat. internus — daxili və lat. inter — arasında; ing. Internet — şəbəkə) — TCP/IP protokolu istifadə edərək müxtəlif qurğuları birləşdirən qarşılıqlı bağlanmış kompüter şəbəkələrinin qlobal sistemi, şəbəkəsidir. Bu qlobal şəbəkəyə bir birilə optik, elektron, wifi və digər vasitələr ilə qlobal və ya lokal şəkildə bağlanmış şəxsi, biznes, hökumət, təhsil və s. şəbəkələr daxildir. "İnternet" sözü ilk dəfə olaraq 1990-cı ildə kəşf olunub. 1994-cü ildə ilk dəfə olaraq İnternetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb. Müasir dövrdə İnterneti aşağıdakı kimi xarakterizə etmək olar: hökumət təsisatları, universitetlər, şirkətlər və multimedia formasında (mətndən tutmuş videotəsvirə və səslərə kimi) elektron xidmətləri təklif edən digər təşkilatları – çoxsaylı şəbəkələri birləşdirən nəhəng ümumdünya elektron şəbəkəsi; kompüter rabitə kanalı; tutumlu ixtisaslaşmış informasiya serverlərinə çıxışı mümkün edən və elektron poçtu təmin edən qlobal kompüter şəbəkəsi; bütün dünyada milyonlarla kompüteri vahid informasiya sisiteminə birləşdirilən, elmi bilgilərin, işgüzar, əyləncəli və b. məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan qlobal kompüter şəbəkəsi.
Internews
Internews bütün dünyada açıq kütləvi informasiya vasitələrinin inkişafına yardım edən beynəlxalq humanitar təşkilatdır. Bu təşkilat demokratiyanın yenicə meydana gəldiyi ölkələrdə müstəqil kütləvi informasiya vasitələrinə dəstək məqsədilə yenilikçi radio və televiziya proqramları hazırlayır, mətbuata yardım göstərir, habelə ölkə daxilində və ölkələrarası münaqişələrin azaldılması üçün açıq internet sistemini xüsusi vasitiə kimi inkişaf etdirir. Təşkilat baş qərargahı Amerika Birləşmiş Ştatları Kaliforniya ştatının Arkata şəhərində yerləşməklə dünyanın 30 ölkəsində fəaliyyət göstərməkdədir.
Pinterest
Pinterest — hər növ şəkillərin paylaşıldığı və panoram sistemi vasitəsi ilə çalışan internet vebsaytıdır. Bu şəbəkə 2009-cu ilin dekabr ayında Ben Silbermann, Evan Sharp və Paul Sciarra tərəfindən yaradılmışdır.Bir il müddətində aparıcı sosial şəbəkələr siyahısında öz yerini alan vebsayt, qısa zaman ərzində daha böyük platformalarda təmsil olunmuşdur. Təqribən 70 milyona yaxın istifadəçiyə malikdir.Onların əksəriyyətini qadın istifadəçilər təşkil edir. Pinterest istifadəçilərinin 80%-i qadındır. == İstifadə qaydaları == Pinterest öz istifadəçilərinə müxtəlif kateqoriyalara aid fotolar və videolar paylaşmaq imkanı verir. Bunlara birlikdə pin adı verilir. Digər istifadəçilər paylaşılan pinləri bəyənə, bir başqa yoldaşı ilə paylaşa və təkrarən "iynələyə" (öz profilində reshare edə) bilər. Pinterest həm də qeydiyyatdan keçdikdə biznes hesabı da verir ki, onun vasitəsilə Pinterestlərin nə qədər adam tərəfindən izləndiyini və nə qədər populyar olduğunu izləyib görülən işləri analiz etmək olar.
İnterAz
International Azerbaijan Television və ya qısaca İnterAz — 2002-ci ildə Rusiyada yayıma başlayan, Rusiyanın ilk azərbaycandilli televiziya kanalıdır. == Tarixçə == İnterAz 2002-ci ildən yayımlanıb və Rusiya ərazisində Azərbaycan dilində yayımlanan ilk telekanaldır. Telekanal 2007–ci ildə Rusiya Federal Vergi Xidmətinin rayonlararası müfəttişliyində qeydiyyata alınıb, eləcə də kütləvi kommunikasiyalar və mədəni irsin mühafizəsi sahəsində qanunvericiliyə nəzarət Federal Xidmətindən teleproqramların hazırlanmasına dair ЭЛ № ФС 77–22625 şəhadətnaməsini alıb. Telekanal Azərbaycan və rus dillərində proqramlar yayımlayır. Rusiyanın aparıcı telekanalları ilə yaxın əlaqəyə malikdir. Telekanalın baş ofisi Moskvada yerləşir. Bakıda isə rəsmi nümayəndəliyi fəaliyyət göstərir. İnterAz kanalı 75-ci dərəcədə yerləşən LMİ-1 (ABS-1) peyki vasitəsilə həyata keçirdiyi açıq yayımla Rusiya və MDB ölkələri daxil olmaqla bütün Avrasiya və Şimali Afrikanı əhatə edir. Rusiyada yaşayan izləyicilər peyk antennalarından başqa, Raduqa operatoru və yerli kabel şəbəbkələri vasitasilə kanalı seyr edə bilərlər. 2001-ci ildən İnterAz televiziyasına rəhbərlik etmiş jurnalist Saleh Xudiyev 2016-cı ildə Bakıda vəfat edib.2001-2007-ci illərdə "İnterAz" televiziyasının vitse-prezidenti Vasif Babayev olub.2016 və 2017-ci ildə bir neçə dəfə İnteraz TV-nin fəaliyyətində problemlər yaranıb, televiziyanın Azerspace peykində yayımı dayandırılıb.2017-ci ilin oktyabrında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparılmış monitorinqlər zamanı "İnteraz" Televiziyasında ölkədəki dini duruma mənfi təsir göstərə biləcək məqamlar aşkar olunduğu və bu barədə həmin televiziyaya Dövlət Komitəsinin mövqeyinin bildirildiyini açıqlayıb.Kanalın 2013-cü ildən fəaliyyətə başlayan "interaztv.com" xəbər portalının domeni 2021-ci ilin iyununda ABŞ Hökuməti tərəfindən 18 U.S.C. §§ 981, 982 və 50 U.S.C. 1701-1705 Sənaye və Təhlükəsizlik Bürosu, İxracın Mühafizəsi İdarəsi və Federal Təhqiqat Bürosu tərəfindən hüquq-mühafizə tədbirləri çərçivəsində bloklanıb.2023-cü ilin yanvarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakıda “İnteraz” TV-nin ofisində xüsusi əməliyyat keçirib.
İnterfeys
İnterfeys (ing. interface) — iki elementin qarşılıqlı təsirini təmin edən qovuşma nöqtəsi. Hesablama texnikasında çeşidli interfeyslər ən müxtəlif səviyyələrdə gerçəkləşdirilib: proqramlarla səmərəli işləməyə imkan verən ən aşkar qrafik istifadəçi interfeyslərindən (GUI) tutmuş, qurğularla kompüterin komponentlərinin qarşılıqlı ələqəsini təmin edən, çox zaman görünməz olan, ancaq çox gərəkli aparat vasitələri interfeyslərinədək. İstifadəçi interfeysləri istifadəçinin kompüterlə səmərəli "ünsiyyətini" təmin edən qrafik təsvir sistemlərindən, komandalardan, sorğulardan və s. ibarət olur. == Növləri == İstifadəçi interfeysinin üç əsas növü vardır (onların bir-birini inkar etməsi vacib deyil): Komanda sətri interfeysi (COMMAND-LINE INTERFACE), məsələn, MS-DOS əməliyyat sistemində A:> və ya C:>) istifadəçini komandanı daxil etməyə "dəvət edir". Çağdaş tətbiqi proqramların əksəriyyətində istifadə olunan menyu sisteminə əsaslanan interfeys istifadəçiyə lazım olan komandanı siyahıdan ya müəyyən klavişləri basmaqla, ya da siçan vasitəsilə seçməyi təklif edir. Qrafik istifadəçi interfeysi (GRAPHICAL USER INTERFACE), "pəncərə" sistemləri adlandırılan (proqramları, sənədləri və digər elementləri pəncərə şəklində göstərən) sistemlərin vacib özəlliyidir; sistemin elementlərini simgələr (ICON) kimi göstərməklə bəzi ənənəvi üsullardan və məcazlardan (məsələn, iş masası və onun aksessuarlarından) istifadə edir.Proqram təminatının daha "dərin" səviyyələrində digər interfeys növləri də, məsələn, tətbiqi proqramın konkret əməliyyat sistemi ilə işləməsini təmin edən interfeys vardır; daha dərinlikdə isə əməliyyat sisteminin işini kompüterin aparaturası ilə korrelyasıya etməyə imkan verən interfeys mövcuddur. Kompüterin aparat vasitələrində interfeys dedikdə, lövhələr (kartlar), bağlayıcılar (CONNECTORS) və xarici qurğuları kompüterlə birləşdirən başqa qurğular nəzərdə tutulur. Məsələn, kompüterin printerlə, sərt disklərlə və digər qurğularla qarşılıqlı əlaqəsini təmin edən RS-232-C və SCSI kimi verilənlərin ötürülməsinin standart interfeysləri vardır.
İnterreks
İnterreks(lat. interrex — çararası) — Qədim Romada fövqəladə magistratura. Adından göründüyü kimi çar dövründən formalaşmış bir vəzifə olub, varis olmadıqda ən yaşlı on senattor arasından püşkatma yolu ilə 5 gün müddətinə seçilir. O, müddət bitənə qədər (5 gün) komisiya çağıraraq yeni çarın seçilməsini təmin etməli idi. Əgər o, buna 5 gün ərzində nail ola bilmirdisə dərhal səlahiyyətlərini təhvil verməli idi. Belə olan halda yeni interreks seçilirdi. Namizəd on yaşlı senatorlarla razılaşdırıldıqdan sonra senatda elan edilir və onun seçilməsi üçün komisiya çağrılırdı.
Alexa Internet
Alexa Internet — Amazon.com nəzdində şirkət, öz saytı ilə tanınır, hansı ki başqa saytların ziyarətçi statistikası toplanır. Alexa, Alexa Toolbarı yükləmiş internet istifadəçiləri vasitəsi ilə informasiya yığır və bunun əsasında saytların ziyarət edilməsi statistikasını, əlaqəli linklərin siyahısını formalaşdırır. Şirkətin mənzil-qərargahı ABŞ-nin Kaliforniya ştatındadır. == Tarixi == Şirkət 1996-cı ildə Brüster Keyl və Brüst Gilliat tərəfindən yaradılmışdır. Şirkət internet istifadıçilərinə tulbar (ing. toolbar) təklif edir, əvəzində isə onlara digər saytların ziyarətçi statıskasını göstərir. 1999-cu ildə Alexa, Amazon.com kompaniyası tərəfindən təxminən 250 milyon dollara satın alınmışdır.. Alexa 2002-ci ilin payızında Google, 2003-cü ilin yanvarında isə Open Directory Project şirkəti ilə əməkdaşlığa başlamışdır, amma ki 2006-cı ilin mayında Windows Live Search, Googleni axtarış nəticələri provayderi rolunda əvəz etdi. sentyabr 2006-cı il tarixində isə onlar öz Axtarış platformalarından istifadə etməyə başladılar. 2006-cı ilin dekadrında Alexa Image Search meydana çıxdı.
Azərbaycanda internet
Azərbaycanda internet — ölkənin Qafqaz regionu üçün informasiya və kommunikasiya texnologiyaları mərkəzinə çevrilməsinə dair milli strategiya ilə dəstəklənir. Azərbaycan hökuməti telekomunikasiya və İKT sektorunu inkişaf etdirməyə kömək etmək üçün xarici yardımı cəlb etməyə çalışır. 2013-cü ildə əhalinin 85%-nin internet istifadəçisi olduğu iddia edilərkən, xidmət təminatçısı Baktelekom, Bakının Dövlət Bayrağı Meydanı, Bulvar, İçərişəhər, Mərkəz, Sahil, Sabir, Səməd Vurğun parkları, Qış Parkı, həmçinin Port Baku Residence, Port Baku Mall və Heydər Əliyev Mərkəzinin ətrafındakı park kimi bir neçə nöqtəsində pulsuz Wi-Fi zonaları təmin etdi. == Azərbaycanda internetin inkişafı == Azərbaycanda İnternet 1993-cü ildən inkişaf etməyə başlamışdır. İlk sayt 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasında yaradılmış, ilk dövlət orqanının saytı isə Azərbaycan Respublikası Prezidentinin saytı olmuşdur və 1997-ci ildə yaradılmışdır. 1993-cü ildən yüksək səviyyəli milli AZ domeninin inzibatçılığı həyata keçirilir.İlk günündən İnternetin inkişafı əsasən özəl sektor tərəfindən aparılır. 2000-ci ilədək İnternet Xidmət Provayderlərin (İSP) fəaliyyəti xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilirdi, lakin 2000-ci ildə lisenziyalaşdırma ləğv edilmişdir. Bunun sayəsində hazırda ölkədə İSP kimi xidmət göstərmək istəyən hər bir fiziki və hüquqi şəxs sərbəst olaraq fəaliyyətə başlaya bilər. Hazırda ölkədə 40-dək İSP fəaliyyət göstərir və onlardan yalnız 3-ü (Aztelekomnet, Bakinternet və Azdatakom) dövlət qurumudur. İSP-lərin fəaliyyəti sağlam rəqabət və bazar münasibətləri şəraitində həyata keçirilir.
Internet Archive
İnternet arxivi (ing. Internet Archive) — 1996-cı ildə San-Fransiskoda Bryuster Keyl tərəfindən əsası qoyulmuş qeyri-kommersiya təşkilatı. Arxiv, veb-səhifələrin surətlərini, qrafik materialları, video və audioyazıları, proqram təminatını toplayır. Arxiv, toplanmış materialın uzunmüddətli arxivləşdirilməsini və geniş oxucu kütləsi üçün öz məlumat bazalarına pulsuz giriş hüququ təmin edir. Arxivin bəyan edilmiş məqsədləri — internet texnologiyaları dövründə bəşəriyyətin mədəni-tarixi dəyərlərini qorumaq, elektron kitabxananın yaradılması və dəstəklənməsidir. 2012-ci ilin oktyabrında Arxivdə toplanan materialların ölçüsü 10 petabayta çatdı. 2014-cü ilin oktyabrına olan məlumata görə, Arxivdə 430 milyard veb-səhifə toplanıb. Arxivin serveri San-Fransiskoda, güzgü serverləri Yeni İsgəndəriyyə kitabxanasında və Amsterdamda yerləşir. 2007-ci ildən Arxiv hüquqi olaraq kitabxana statusuna malikdir.
Internet Exploler
Windows Internet Explorer ya da köhnə adıyla Microsoft Internet Explorer — Microsoft tərəfindən inkişaf etdirilən bir veb brauzer. Microsoft Windows və Mac OS distributivləri vardır, digər tərəfdən Mac OS versiyası artıq inkişaf etdirilməkdədir. Microsoft Windows ilə birlikdə ön qurğulu olaraq gələn İnternet Explorerin Windowsa bütün gəlməsindən dolayı skaner bazarının böyük bir hissəsini (təxminən% 60) əlində tutduğu təxmin edilməkdədir. Windows Vista ilə birlikdə adı Windows İnternet Explorer olaraq dəyişdirildi. == Problemlər == İnternet Explorerin yaşadığı ən böyük problem internet dünyası tərəfindən qoyulan standartlara uyğun gəlməməsi və öz standartlarını saxlamasıdır. Internet Explorer 7-də də bu problem davam etməkdədir. Ancaq Internet Explorer 9 üçün işlər zamanı Microsoft W3C-ə uyğun etməkdədir və standartlara uyğunlaşma probleminin böyük ölçüdə aradan qaldırılması gözlənilir. İnternet Explorerə bu qədər çox texnologiyanın bu qədər sürətli əlavə olunması, təhlükəsizlik ilə əlaqədar problemlər yaratdı. Porno və hack saytları başda olmaqla bir çox sayt İnternet Explorerin köhnə versiyalarındakı açıqları istifadə edərək kompüterlərə öz-özünə proqramlar yükləyə bilirdi. Təhlükəsizlik problemləri hələ də tam olaraq həll edilə bilmədi.
Internet Explorer
Windows Internet Explorer ya da köhnə adıyla Microsoft Internet Explorer — Microsoft tərəfindən inkişaf etdirilən bir veb brauzer. Microsoft Windows və Mac OS distributivləri vardır, digər tərəfdən Mac OS versiyası artıq inkişaf etdirilməkdədir. Microsoft Windows ilə birlikdə ön qurğulu olaraq gələn İnternet Explorerin Windowsa bütün gəlməsindən dolayı skaner bazarının böyük bir hissəsini (təxminən% 60) əlində tutduğu təxmin edilməkdədir. Windows Vista ilə birlikdə adı Windows İnternet Explorer olaraq dəyişdirildi. == Problemlər == İnternet Explorerin yaşadığı ən böyük problem internet dünyası tərəfindən qoyulan standartlara uyğun gəlməməsi və öz standartlarını saxlamasıdır. Internet Explorer 7-də də bu problem davam etməkdədir. Ancaq Internet Explorer 9 üçün işlər zamanı Microsoft W3C-ə uyğun etməkdədir və standartlara uyğunlaşma probleminin böyük ölçüdə aradan qaldırılması gözlənilir. İnternet Explorerə bu qədər çox texnologiyanın bu qədər sürətli əlavə olunması, təhlükəsizlik ilə əlaqədar problemlər yaratdı. Porno və hack saytları başda olmaqla bir çox sayt İnternet Explorerin köhnə versiyalarındakı açıqları istifadə edərək kompüterlərə öz-özünə proqramlar yükləyə bilirdi. Təhlükəsizlik problemləri hələ də tam olaraq həll edilə bilmədi.
Internet TLD
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. == Domenlərin tipləri == Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər;Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. == Ölkə İnternet Domen Kodlarının siyahısı == .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: Türkiyə .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
Samsung Internet
Samsung Internet — Android əməliyyat sistemi üçün mobil veb brauzer. İlkin versiyaları Samsung mobil telefonları və tabletləri üçün nəzərdə tutulsa da hazırda bir çox Android qurğularını dəstəkləyir. Render aparatı açıq-kodlu Chromium əsasında hazırlanıb və Samsung şirkətinin Web Service Group-u tərəfindən bir çox təkmilləşdirmələr edilib. 2016-cı ildə 400 milyondan çox aktiv istifadəçisi olmuşdur. 2018-ci il May ayındakı hesablamalara görə dünya brauzer payında 4.98%-lik yer tutur. == İmkanları == Məzmun bloklama genişlənməsi Gear VR və DeX inteqrasiyası. KNOX İmkanı Open Tabs və Bookmark Sinxronizasiyası Oxucu rejimi Səhifələrin yadda saxlanması “Məxfi rejim” və biometrik autentikasiya.
Tor (internet)
Tor (ing. The Onion Router) internetdə senzuradan yayınma alətlərindən biridir. O, istifadəçilərə onlayn məxfiliklərini qorumaq üçün yaradılıb, bu alət vasitəsilə internet istifadəçilərinin məlumatlarının veb saytlar və onlayn cəsuslar tərəfindən ələ keçirilməsi çətinləşdirilir. Tor istifadəçilərə imkan yaradır ki, məxfiliklərini təmin etməklə bərabər internetə daxil olduqları ərazidə baxılmasına qadağa qoyulmuş məlumatlara çıxış əldə etsinlər. Tor istifadəçilərin internet bağlantısını və məlumatlarını bir sistem vasitəsilə yönəldir, bu sistem təsadüfi seçilmiş relelərdən ibarətdir. Bu, təmin edir ki, istifadəçilərin məlumatlarının istəmədikləri insanlar tərəfindən əldə edilməsi demək olar ki, qeyri-mümkün olsun. Bildirişlərə görə, Azərbaycanda TOR-un saytı rəsmi olaraq bloklanmışdır Tor, şəbəkə - (ing. grid, rus. сетка, решетка) - düzbucaq altında kəsişən iki xətlər qrupu. Məsələn, elektron cədvəl sətirlər və sütunlar şəklində olan tordan ibarətdir; displeyin ekranı şaquli və üfüqi nöqtələrin (piksellərin) torudur.
Türkmənistanda internet
Türkmənistanda internet — Türkmənistandakı istifadəçilər üçün nəzərdə tutulan internet şəbəkəsinin bir hissəsidir. Türkmənistanda internet azadlığının vəziyyəti dünyanın bir çox dövlətləri ilə müqayisədə göstəricisi aşağı səviyyədədir. == Tarixi == Saparmurat Niyazov (Türkmənbaşı) dövründə internet qeyri-rəsmi olaraq qadağan edildi. Aşqabaddakı ilk İnternet provayderi Türkmənistan şirkəti Türkməntelecom tərəfindən yaradılmışdır. Prezident Qurbanqulu Berdiməhəmmədovun seçilməsindən sonra internet sürətlə inkişaf etməyə başladı. Bu münasibətlə Berdiməhəmmədov televiziya çıxışında demişdir: 17 fevral 2007-ci ildə Aşqabadda iki internet kafe fəaliyyətə başladı. Bir saatlıq internet istifadəsi 4 avrodan bir qədər az oldu. Bütün ali təhsil müəssisələrinin və tədqiqat institutlarının tələbələri və əməkdaşları, Türkmənistan Mərkəzi Elmi Kitabxanasının oxucuları internetdən pulsuz istifadə edə bilirlər. 2013-cü ildə məhdudiyyətsiz internet tarifləri yaradıldı, Türkməntelecom-un xidmətlərinin ümumi dəyəri azaldı, mobil operator Altın Asır 4G LTE şəbəkəsini təqdim etdi. == Dövlət nəzarəti == YouTube, Facebook, Twitter, Live Journal, kremlin.ru, VKontakte kimi tanınmış saytlar, lenta.ru, russian.rt.com kimi xəbər saytları, habelə WhatsApp, WeChat, Viber kimi messencerlərindən istifadə olunur.
Çat (internet)
Onlayn çat (ing. online chat) — mətn mesajlarının göndəricidən alıcıya İnternet üzərindən real vaxt rejimində ötürən kommunikasiya. Digər iştirakçıların tez cavab verməsini təmin etmək üçün söhbət mesajları əsasən qısa olur. Bu sayədə danışığa bənzər bir hiss yaranır ki, bu da söhbəti İnternet forumları və e-poçt kimi digər mətn əsaslı onlayn kommunikasiyadan fərqləndirir. Onlayn çat nöqtədən nöqtəyə kommunikasiya üçün, birdən çox alıcıya məlumat göndərmək və səs və video çat üçün nəzərdə tutula bilər. Veb konfrans xidmətinin bir funksiyası da ola bilər. Daha sadə izahla, onlayn söhbət ilk növbədə hər hansı birbaşa mətn əsaslı və ya video əsaslı (Vebkamera), ani mesajlaşma, IRC, talker, çox istifadəçili zindan və ya onlayn oyunlardakı təkbətək və ya qrup söhbəti ola bilər. Onlayn söhbət ifadəsi "qeyri-rəsmi söhbət" mənasını verən chat sözündən gəlir. Onlayn söhbətə müvadiq veb əsaslı proqramlar daxildir. Veb konfrans daha spesifik onlayn xidmətdir və tez-tez xidmət kimi satılır və satıcı tərəfindən idarə olunan veb serverdə yerləşdirilir.
İlteriş xaqan
Qutluq İltəriş xaqan —İkinci Göytürk xaqanlığının ilk xaqanı. İllig xaqanın nəslindən gəlirdi. Əsl adı Qutluqdur. == Həyatı == 681-ci ildə Uyğurlara hücum edərək onların yerini tutmuş, 17 sərkərdə ilə birlikdə 5000 əsgər toplamış və Çinə qarşı müharibəyə başlamışdı. 679-cu ildə üsyana qalxmış olan Aşide Yuançjeni məğlub etmişdi. İlk işi Çinin tərəfini tutan türklərə hücum etmək olan İltəriş 7 oğuz tayfasını məğlub etmişdi. Daha sonra Aşide Yuançjen də onun tərəfinə keçmişdi. 683-cü ildə Çin valisi Van Demeunu edam edərək hakimiyyətini elan etmiş, knyaz Qui Yuan onları saxlaya bilsə də, İlterişin orduları döyüşlərdə Çinə ağır zərbələr vurmuşdu. Belə ki, türk torpaqlarının valisi Çjan Xinşi, Li Sikyan öldürülmüş, general Çuy Çjibyan isə əsir götürülmüşdü. 682-ci ildən sonra on il ərzində on yeddisi Çinə olmaqla qırx yeddi yürüş təşkil edən İltəriş Xaqan onlardan iyirmisinə şəxsən qoşulmuşdur.
İltəriş xaqan
Qutluq İltəriş xaqan —İkinci Göytürk xaqanlığının ilk xaqanı. İllig xaqanın nəslindən gəlirdi. Əsl adı Qutluqdur. == Həyatı == 681-ci ildə Uyğurlara hücum edərək onların yerini tutmuş, 17 sərkərdə ilə birlikdə 5000 əsgər toplamış və Çinə qarşı müharibəyə başlamışdı. 679-cu ildə üsyana qalxmış olan Aşide Yuançjeni məğlub etmişdi. İlk işi Çinin tərəfini tutan türklərə hücum etmək olan İltəriş 7 oğuz tayfasını məğlub etmişdi. Daha sonra Aşide Yuançjen də onun tərəfinə keçmişdi. 683-cü ildə Çin valisi Van Demeunu edam edərək hakimiyyətini elan etmiş, knyaz Qui Yuan onları saxlaya bilsə də, İlterişin orduları döyüşlərdə Çinə ağır zərbələr vurmuşdu. Belə ki, türk torpaqlarının valisi Çjan Xinşi, Li Sikyan öldürülmüş, general Çuy Çjibyan isə əsir götürülmüşdü. 682-ci ildən sonra on il ərzində on yeddisi Çinə olmaqla qırx yeddi yürüş təşkil edən İltəriş Xaqan onlardan iyirmisinə şəxsən qoşulmuşdur.
İnterAz TV
International Azerbaijan Television və ya qısaca İnterAz — 2002-ci ildə Rusiyada yayıma başlayan, Rusiyanın ilk azərbaycandilli televiziya kanalıdır. == Tarixçə == İnterAz 2002-ci ildən yayımlanıb və Rusiya ərazisində Azərbaycan dilində yayımlanan ilk telekanaldır. Telekanal 2007–ci ildə Rusiya Federal Vergi Xidmətinin rayonlararası müfəttişliyində qeydiyyata alınıb, eləcə də kütləvi kommunikasiyalar və mədəni irsin mühafizəsi sahəsində qanunvericiliyə nəzarət Federal Xidmətindən teleproqramların hazırlanmasına dair ЭЛ № ФС 77–22625 şəhadətnaməsini alıb. Telekanal Azərbaycan və rus dillərində proqramlar yayımlayır. Rusiyanın aparıcı telekanalları ilə yaxın əlaqəyə malikdir. Telekanalın baş ofisi Moskvada yerləşir. Bakıda isə rəsmi nümayəndəliyi fəaliyyət göstərir. İnterAz kanalı 75-ci dərəcədə yerləşən LMİ-1 (ABS-1) peyki vasitəsilə həyata keçirdiyi açıq yayımla Rusiya və MDB ölkələri daxil olmaqla bütün Avrasiya və Şimali Afrikanı əhatə edir. Rusiyada yaşayan izləyicilər peyk antennalarından başqa, Raduqa operatoru və yerli kabel şəbəbkələri vasitasilə kanalı seyr edə bilərlər. 2001-ci ildən İnterAz televiziyasına rəhbərlik etmiş jurnalist Saleh Xudiyev 2016-cı ildə Bakıda vəfat edib.2001-2007-ci illərdə "İnterAz" televiziyasının vitse-prezidenti Vasif Babayev olub.2016 və 2017-ci ildə bir neçə dəfə İnteraz TV-nin fəaliyyətində problemlər yaranıb, televiziyanın Azerspace peykində yayımı dayandırılıb.2017-ci ilin oktyabrında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparılmış monitorinqlər zamanı "İnteraz" Televiziyasında ölkədəki dini duruma mənfi təsir göstərə biləcək məqamlar aşkar olunduğu və bu barədə həmin televiziyaya Dövlət Komitəsinin mövqeyinin bildirildiyini açıqlayıb.Kanalın 2013-cü ildən fəaliyyətə başlayan "interaztv.com" xəbər portalının domeni 2021-ci ilin iyununda ABŞ Hökuməti tərəfindən 18 U.S.C. §§ 981, 982 və 50 U.S.C. 1701-1705 Sənaye və Təhlükəsizlik Bürosu, İxracın Mühafizəsi İdarəsi və Federal Təhqiqat Bürosu tərəfindən hüquq-mühafizə tədbirləri çərçivəsində bloklanıb.2023-cü ilin yanvarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakıda “İnteraz” TV-nin ofisində xüsusi əməliyyat keçirib.
İnternet-asılılıq
İnternet-asılılıq (en. Internet аddiction) – psixi nasazlıq, daima İnternetə bağlanmaq arzusu və vaxtında İnternetdən çıxmanın istifadəçi üçün çox çətin olmasıdır. İnternet-asılılıq müasir dövrdə çox geniş müzakirələrə səbəb olsa da, onun statusu hələlik qeyri-rəsmidir. Belə ki, İnternet-asılılıq bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına (DSM-IV) daxil edilməmişdir. İnternet-asılılıq anlayışı ilk dəfə 1994-cü ildə psixiator Kimberli Yanq tərəfindən söylənilmişdir. 1997-1998-ci illərdə bu problemlə əlaqədar tədqiqat və məsləhətçi-dioqnostik xidmətlər yaradılmışdır.
İnternet-banner
İnternet-banner yaxud Banner reklamı — veb-səhifədə pulsuz xidmətlər, yaxud əvəz-əvəz ödəniş (PAYMENT IN RETURN) təmin edən üçüncü tərəfin yerləşdirdiyi reklam. Daha çox istifadə olunan veb-saytlar (məsələn, www.weather.com kimi) banner reklamları vasitəsilə dəstəklənir. “Banner” veb-səhifədə məhz belə reklamlar üçün ayrılmış sahədir. 1994-cü ilin oktyabr ayının 27-də dünyanın ilk onlayn kommersiya jurnalı Hotwired öz səhifələrində ilk banner yerləşdirib. Bu gündən 15 il sonra tək ABŞ-da internet-reklamın həcmi 20 milyard dollar dəyərləndirilmişdir. İlk banner deyəndə "AT&T" telekommunikasiya şirkətinin "Did you ever clicked your mouse right here? You will!" çağırışlı banneri nəzərdə tutulur. Onun təsvir ölçüləri 468 x 60 piksel olub. Maraqlıdır ki, Şəbəkədə ilk reklam Mosaic Netscape 0.9 – ilk rəsmi brauzerin təqdim olunmasından 12 gün sonra yerləşdirilib. Artıq bu sürəti internet-reklam sahəsinin uğurunun başlanğıcı adlandırmaq olar.
İnternet-folklor
İnternet-folklor — internet folkloru (post-folklor, medialor, nyuslor, texlor, folknet, netlor, şəbəkə folkloru, internetdəki folklor, e-folklor, kiberfolklor, kiberflor, kompüter) — İnternet rabitəsindəki multimedia xalq sənəti. XX əsrin son rübündən başlayaraq müstəqil bir fenomen olaraq meydana gəlmiş və inkişaf etmişdir; nəzəri olaraq folklorun əsasını təşkil edən yaradıcı kütləvi ünsiyyətin şəbəkə platformalarına köçürülməsi (yeni folklor janrlarını canlandıran və ənənəvi janr sistemini yenidən quran) hesab olunur. == İnternet-folklor tarixinin öyrənilməsi == İnternet folkloru tarixən şəhər folklorunun ənənəvi janrlarının yayılmasının yeni (elektron) istiqamətlərinin meydana çıxması kontekstində nəzərdən keçirilmişdir (məsələn, çap dövrü üçün “fakslor” yaxud “kserokslor” imza ilə komik şəkillər) ; V.Foks "paperlore-computer art", "şifahi folklorun qeyri şifahi formaları" və imeyl - məsələn, təsadüfi ünvanlarda piramida şəklində poçtları təmsil edən "kompüter" anlayışından istifadə etmişdir. 1980-ci illərdən başlayaraq, Barbara Kirşenblat-Cimblerin əsərlərində ümumiləşdirilən erkən internet formaları ilə folklorun kompüterləşdirilmiş formaları intensiv şəkildə öyrənilmişdir .C. Dorst (1990), “vasitəçiliyə qarşı olan münasibət” konsepsiyasını kompüter vasitəçiliyi şəraitində mövcud olan müxtəlif folklor formalarına postulyasiya edərək folklor və kütləvi informasiya vasitələri arasında ziddiyyəti göstərmişdir. Deril Dans, internet folklorunun rəqəmsaldan əvvəlki dövrdə hər hansı bir sənət növü üzərində qələbəsinin qaçılmaz olduğunu qeyd edir (s. 647; Dans "texlor" ifadəsini istifadə edir); Robert Qlen Hovardın tədqiqatında da ədəbiyyatın icmalı verilmişdir. Bu tədqiqat işində müəllif qeyd edir ki, internet məkanında əraziyə görə deyil, “xəyali bir dövlət” olaraq lokallaşdırılmış bir qrupa aid olduğuna işarə edən kommunikativ sahənin yalnız o hissəsini düzgün şəkildə "xalq" adlandırmaq olar. Bu "xalq sənəti" həm rəsmiyyətə, həm də kütlə mədəniyyətinə qarşı çıxmalıdır. İnternetin ictimai və özəl həyatın bütün formalarına sürətlə nüfuz etməsi folklorşünaslar tərəfindən folklor formalarının yeni şəraitdə inkişafının şərti və eyni zamanda tədqiqatçıların - folklor mütəxəssislərinin birbaşa müşahidə yolu ilə sabit məlumat alması üçün bir fürsət kimi öyrənilmişdir. Müxtəlif hadisələrə kütləvi reaksiyalar (faciəli hadisələr də daxil olmaqla), diqqətlə təhlil edilmiş və "qara yumor"un digər formalardan üstün olduğu aşkar edilmişdir.
İnternet-kafe
İnternet kafe (ing. Internet cafe ~ ru. Интернет-кафе ~ tr.İnternet kafe) – İnternetdən istifadə imkanı verən ictimai müəssisə. Adətən, İnternet-kafedə qəlyanaltı etmək, kofe (yaxud başqa içkilər) içmək, söhbətləşmək olar. Bəzi müəssisələrdə İnternetdən istifadə pulsuzdur və giriş qiymətinə daxil edilir. Evdə İnternetə çıxışı olan fərdi kompüteri olmayanlar, yaxud özgə şəhərdə olan və evə məktub yazmaq istəyənlər üçün İnternet kafelər çox əlverişlidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.