Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İsveç
İsveç, rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)) — Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir. 1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və ölkədə urbanizasiya artır. Ən böyük şəhəri Stokholmdur (şəhər əhalisi 1.3 milyon, metropoliya əhalisi 2 milyon nəfər).
TV10 (İsveç)
«TV10» — «Modern Times Group» şirkətinin sahibləndiyi İsveç özəl telekanalı. Telekanal idman və sənədli filmlər üzrə ixtisaslaşmışdır. Telekanal 7 sentyabr 2010-cu ildən yayımlanır.
İsveç-Norveç
İsveç-Norveç — indiki İsveç və Norveç torpaqlarında qurulmuş uniya. 1814-cü ildə qurulmuş, 1905-ci ilə qədər davam etmişdir. Bu tarixdən sonra Norveç,İsveçin bir parçası olmamış; Norveç parlamenti səsvermə ilə Danimarka şahzadəsi Kristian Frederik Karl Georg Valdemar Aksel'i VII Haakon adı ilə hakimiyyətə gətirərək İsveçdən ayrılmışdır. == Quruluşu == Napoleon müharibələri dövründə Danimarka'nın məğlubiyyəti 1814-cü ildə Norveçin İsveçə verilməsi ilə nəticələndi. İsveç kralı XIII Karl yeni birliyin kralı elan edildi. Bu vaxtı Norveçdə hələ də mübarizə aparan şahzadə Kristian Frederik işğala qarşı mübarizə aparmağa və heç olmasa Norveçin müstəqilliyini qorumağa çalışırdı. İyun ayının 30-u Rusiya, Avstriya, Prussiya və Böyük Britaniyadan gələn səfirlər onu sülhlə təslim olmağa çağırdılar. Kristian Frederik xalqın öz liderini seçməyini təklif edərkən bu yerdə Avstriya səfiri Avqust Ernst Şteigenteş bu məşhur şərhi: Müharibənin qaçınılmaz olduğunu görən İsveç, vəliəhd Karl İohannın komandanlığı altında Hvaler adalarına çıxaraq müharibəni başlatmış oldu. Langnes döyüşü kimi kiçik döyüşlərdə Norveçlilər qələbə qazansa da İsveç qalib gələrək şahzadə Kristian'ı Danimarkaya geri göndərdi. Noyabrın 4-ü XIII Karl Norveç kralı elan olundu.
İsveç Akademiyası
İsveç Akademiyası — 1786-cı ildə III Kral Qustav tərəfindən əsası qoyulmuşdur. İsveçin Kral akademiyalarından biridir. Alfred Nobelin xatirəsinə həsr olunmuş Ədəbiyyat üzrə Nobel mükafatı laureatı namizədlərini müəyyən edir. == Tarixi == İsveç Akademiyası 1786-cı ildə III Qustav tərəfindən təsis edilmişdir. Rəsmi fəaliyyətə başlayandan sonra 18 üzvü var. Akamiyanın devizi “İstedad və zövq”-dür. Akademiyanın əsas məqsədi isveç dilinin "təmizliyini, gücünü və əzəmətliliyini" daha da artırmaqdır. Bunun üçün Akademiya iki ədəd lüğət dərc etdirir.İsveç akamiyasının binası hal-hazırda Stokholm birjasının binası kimi tanınır və ilk olaraq burjuaziya üçün tikilmişdir. Alt mərtəbə ticarət mübadiləsi üçün istifadə olunurdu. Yuxarı mərtəbə isə ballar, Yeni il şənlikləri və s.
İsveç Briqadası
İsveç Briqadası (isv. Svenska brigaden; fin Ruotsalainen prikaati) - 1918-ci ildəki Finlandiya vətəndaş müharibəsində Ağ Qaravullara dəstək olmaq üçün 400 isveçli könüllüdən ibarət yarımhərbi birləşmə. Briqada 28 mart-6 aprel tarixində baş verən Tampere döyüşündə iştirak etmişdi. Nəticədə, İsveç Briqadasının 34 üzvü həlak olmuş, 50-ə qədər döyüşçü yaralanmışdı. Tampere döyüşündə ölənlər arasında briqadanın məşhur üzvlərindən arxeoloq Aksel Boyethius və tarixçi Olof Palme də var idi.
İsveç Krallığı
İsveç, rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)) — Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir. 1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və ölkədə urbanizasiya artır. Ən böyük şəhəri Stokholmdur (şəhər əhalisi 1.3 milyon, metropoliya əhalisi 2 milyon nəfər).
İsveç bayrağı
İsveç bayrağı — İsveçin Dövlət bayrağı
İsveç dili
İsveç dili (isveçcə svenska) — skandinaviya dil qrupunun şərqi skandinaviya dilləri yarımqrupu, İsveçdə, Finlandiyanın bir hissəsində və Aland adalarında danışılır. On milyon dil daşıyıcısı ilə Skandinaviyada ən çox yayılmış dildir.
İsveç finləri
İsveç finləri (fin ruotsinsuomalaiset; isv. sverigefinnar) tarixi olaraq İsveç ərazisində yaşamış və ya daha sonra İsveçə köç etmiş finlərdən ibarət, İsveç ərazisində yaşayan fin dilli azsaylı xalq. İsveç finləri Finlandiyada dil baxımından azlıqda olan isveç dilli Finlandiya isveçliləri ilə qarışdırılmamalıdır. Fin kökləri olan insanlar nisbətən İsveç əhalisinin böyük hissəsini təşkil edirlər. Tarixi olaraq İsveçdə yaşan İsveç finlərinin kiçik hissəsinə əlavə olaraq, İsveçdə Finlandiyada doğulmuş və ya valideynlərindən ən az biri Finlandiyada doğulmuş 426 000 (2012-ci ildə ümumi əhalinin %4.46 demək idi) insan yaşayırdı. İsveç dili kimi fin dili də orta əsrlərdən bəri Botniya körfəzinin hər iki tərəfində danışılır. 13-cü əsrdə İsveç tərəfindən Finlandiyada aparılan hərbi əməliyyatlardan sonra Finlandiya zamanla İsveç hakimiyyətini qəbul etdi və həm Finlandiya, həm də İsveçdəki finlər İsveçin təsiri altında düşdü. Artıq 1400-cü illərdə Stokholmun say baxımından olduca böyük hissəsi fin dilində danışırdı. 1700-ci illərdə bu statistika təxminən %4 idi. Finlandiya Finlandiya müharibəsindən sonra Finlandiyanı Rusiya İmperiyasının hakimiyyəti altına salan, ancaq Torne çayının İsveç sahilindəki fin əhalini orada qoyan 1809-cu il sülhünə qədər İsveçin bir hissəsi olaraq qalırdı.
İsveç gerbi
İsveç gerbi — İsveç krallığının dövlət rəmzlərindən biridir. 2 versiyası mövcuddur == Tənzimlənən istifadə == İsveç gerbinin istifadəsi İsveç Qanun Aktı 498: 1970 ilə tənzimlənir. Aktda belə qeyd olunub: " İsveç gerbi və bayrağı müvafiq icazələr olmadan hər hansı bir əmtəə nişanı və emblemdə istifadə oluna bilməz". == Variantları == İsveçin gerbinin istifadəsi ilk dəfə 1908-ci il qanunu ilə qüvvəyə minmişdir. Bu qanun gerbin "böyük" və "kiçik" versiyası arasındakı fərqləri də rəsmi olaraq kodlaşdırır. == Böyük variant == İsveç gerbinin "böyük" versiyası əsasən arxası qalxan(eng: escutcheon) ilə təsvir olunur. Gerbin görünütüsü illər boyunca hakim sülalənin dəyişməsi ilə fərqi formalara uyğunlaşdırılıb. Gerbin ilkin forması İsveç kralı Karl Knutson tərəfindən 1448-də yaradılıb == Kiçik versiya == Gerbin kiçik versiyası İsveç höküməti və ona tabe olan dövlət qurumları tərəfindən işlənir. Bu versiyaya ölkənin pasportunda, səfirlik sənədlərində və güc strukturlarının geyimlərində rast gəlmək mümkündür.
İsveç kralı
İsveç kralı (isv. Kung av Sverige) — İsveçin dövlət başçısı. Hazırda yalnız təmsilçi və diplomatik funksiyaları yerinə yetirir (1975-ci il Konstitusiyasına uyğun). Hazırda İsveç, 4 əsas qanundan ibarət olan Konstitusiyada təsbit edilən demokratiya və konstitusiyalı monarxiyadır. Kral və kral ailəsinin üzvləri İsveçdə və xaricdə müxtəlif rəsmi, qeyri-rəsmi və digər nümayəndəlik vəzifələrini icra edirlər. Hazırda İsveç kralı 15 sentyabr 1973-cü ildə babası Qustav VI Adolfun ölümündən sonra XVI Karl Qustavdır. == Konstutsion hüquq və səlahiyyətləri == 1 yanvar 1975-ci ildə qüvvəyə minmiş ölkənin yeni Konstitusiyasına görə bütün icra hakimiyyəti hökumətə və parlamentə verildi. Baş nazirin namizədliyi və vəzifədən azad edilməsinə görə məsuliyyət Riksdağın sədrinə verildi və Baş nazir istədiyi digər nazirləri təyin və vəzifədən azad etdi. Riksdaq tərəfindən qəbul edilmiş qanun sənədləri kral sanksiyası olmadan qanuna çevrilə bilər: baş nazir və ya başqa bir nazir bunları "hökumət adından" imzalayır. 1917-ci ildə yazılmamış presedent qurulduğuna baxmayaraq, V Qustav parlamentarizm ideyasını dəstəkləməkdən başqa bir şansının olmadığını söylədi və Baş nazir Nils Edenə gizli məsləhətçilərlə məsləhətləşmələri dayandıracağını və ölkənin siyasətinə qarışmayacağını vəd etdi; 1971-ci ildə dörd əsas partiya tərəfindən müəyyən edilmiş müddətdə bir kompromis əldə edildi və monarxiyanın rolu və onun konstitusiya hüquqları mövzusunda İsveçdəki siyasi müzakirələrdə əksəriyyətin konsensusuna təsir göstərməyə davam edir.
İsveç kronu
İsveç kronu (İsveçcə:svensk krona) - 1873-cü ildən bəri istifadə edilən İsveçin rəsmi pul vahidi. İsveç kronu İsveçlə yanaşı Aland adalarınında rəsmi pul vahidi hesab olunur. 2006-cı ilə olan infilyasiya 4.4% təşkil edir..
İsveç kürdləri
İsveç kürdləri (kürd. Kurdên Swêdê; isv. Kurder i Sverige) - İsveçdə yaşayan kürd icmasına verilən ümumi ad. İsveç kürdləri əsasən ölkə paytaxtı Stokholm və İsveçin əsas şəhərlərindən olan Uppsalada yaşamaqdadırlar. 1970-ci ildən etibarən kürdlərin İsveçdə müntəzəm olaraq məskunlaşması başlamışdır. Rəsmi məlumatlara görə ölkədə 83.600 nəfər kürd əsilli şəxs yaşayır və bu şəxslərin əksəriyyəti İsveçdə anadan olan yeni generasiyanən nümayəndələridir. 2004-cü ildə yaradılan və Börlenge şəhərini təmsil edən Dalkurd FK futbol klubu ölkədəki yerli kürd icmasının əsas simvollarından hesab olunur. Dalkurd FF 2017-ci il Superettan (əhəmiyyətinə görə ikinci futbol çempionatı) mövsümündə II yeri tutaraq, ölkənin əsas futbol çempionatı olan Allsvenskanda iştirak etmək hüququ əldə edib.
İsveç modeli
İsveç modeli və ya Skandinaviya modeli — İsveç, Norveç, Finlandiya, İslandiya və Danimarka kimi Şimali Avropa ölkələrində tətbiq olunan oxşar əmək qüvvəsi, təhsil və sosial siyasətlərlə xarakterizə olunan sosial-iqtisadi model. Bu model siyasi anlayış olaraq, bu ölkələrdəki sosial dövlətin əsasını təşkil edir. == Tarixi == İsveç cəmiyyət sistemi və siyasət irsi 1970-ci illərdə xüsusilə İsveç modeli termini ilə xarakterizə olunmuşdur. Buna baxmayaraq, İsveç modeli 1930-1970-ci illərdə inkişaf etmişdir. 1990-cı illərin əvvəllərində Skandinaviya ölkələrində ağır iqtisadi böhran səbəbindən əsaslı dəyişikliklər və islahatlar həyata keçirilmişdir. 1994-cü ildən təqribən 2000-ci ilə qədər sosial dövlətin əsasında həyata keçirilən islahatlar Danimarkanın o dövrdəki sosial demokrat Baş naziri Pol Nurup Rasmussen tərəfindən həyata keçirilmişdir. Rasmussen Danimarkanın əmək qüvvəsi və sosial siyasətini elastiklik və təhlükəsizlik adlanan yeni bir yönə doğru yönləndirdi. Beləliklə, işsizliyin və kasıblığın aradan qaldırılması təmin olundu. Yante qanunu (isv. Janteloven) olaraq adlandırılan bərabərlik tələbləri, İsveçi sərvətin bölüşdürülməsində Avropa dövlətləri içində ən çox fərqlənən dövlətə çevirmişdir.
İsveç tarixi
İsveç tarixi - müasir İsveç dövləti 1397-ci ildə yaradılmış Kalmar Birliyinin XVI əsrdə dağılmasından sonra yaranmışdır. XVII əsrdə İsveç İmperiyası Avropada superdövlət olaraq yüksəlməyə başladı. Lakin sonradan XVIII və XIXəsrlərdə İsveç öz ərazilərinin çox hissəsini itirdi, ölkənin şərq torpaqlarının demək olar hamısı Rusiya tərəfindən işğal olundu. İsveçin daxil olduğu sonuncu müharibə 1814-cü ildə baş verib, həmin tarixdən bəri İsveç bütün müharibələrdə neytral mövqe tutmuşdur. == İsveç qədim dövrdə == İsveç ilk dəfə Romalı tarixçi Tasitin "Germaniya" əsərində tarix səhnəsinə çıxmışdır. O bir neçə kralın olduğunu deyir. İsveçin qədim tarixi üç yerə bölünür6 əfsanəvi, yarıəfsanəvi və real. === Əfsanəvi İsveç tarixi === == Erkən tarixi == == Orta əsrlər == Orta əsrlərdə indiki İsveç ərazisində vikinqlərin güclü dövləti mövcud idi. Vikinqlər VIII əsrdən başlayaraq üç əsr müddətində İsveçdə hakim qüvvə olmuşlar. Onların hakimiyyəti XI əsrdə xristianlıqın yayılması ilə başa çatmışdır.
İsveç İmperiyası
İsveç İmperiyası (isv. Stormaktstiden, "Böyük gücün dövrü") 17 və erkən 18-ci əsrlər ərzində Baltik regionunun böyük hissəsinin ərazi olaraq idarə edən Avropanın tarixi böyük gücü. İmperiyanın başlanğıc tarixi Qustav II Adolfun taxta çıxıb hakimiyyəti ələ aldığı 1611-ci il, süqut tarixi isə Şimal müharibəsindən sonra böyük torpaq sahələrini itirdiyi 1721-ci il qəbul edilir.1632-ci ildə Qustav Adolfun ölümündən sonra imperiya uzun periodlar ərzində kiçik monarxların regentləri kimi davranan Oksenstierna ailəsi kimi zadəganlar tərəfinən idarə olunmağa başladı. Yüksək zadəganlığın maraqları vahidlik siyasəti ilə ziddiyyət təşkil etdi (yəni, padşahlar və kəndlilər tərəfindən bəyənilən İsveç qəbilələri statusunda ənənəvi bərabərliyi dəstəkləyirdilər). Faktiki ali idarəetmə dövründə əldə edilən ərazilərdə təhkimçilik hüququ ləğv edilmədi və İsveçdə şəxsi mülklərin qurulma tendensiyası da mövcud idi. 1680-ci ilin Böyük Azaltması zadəganların bu səylərinə son verdi və onlardan kraldan əldə etdikləri mülkləri yenidən onun ixtiyarına verməyi tələb etdi. Təhkimçilik hüququ Müqəddəs Roma İmperiyasında və İsveç Estoniyasında qazanılan hökmranlıqlarda qüvvədə qaldı və burada vahidlik siyasətinin sonradan tətbiq edilməsi əldə etdikləri müqavilələr tərəfindən əngəlləndi. Otuz illik müharibədəki qələbələrdən sonra İsveç İkinci Şimal Döyüşü əsnasında 1658-ci ildə Roskilde müqaviləsi ilə əsas düşməni Danimarkanın zərərsizləşdirilməsiylə böyük güc dövrünün zirvəsinə çatdı. Bu müharibənin gedişatında, sonrakı Skan müharibəsində olduğu kimi, İsveç də imperatorluğunu yalnız ən yaxın müttəfiqi olan Fransanın dəstəyi ilə qoruya bildi. İsveç kralı XI Çarlz imperiyanı möhkəmləndirdi.
İsveç şəhərləri
== İstinadlar ==
Azərbaycan–İsveç münasibətləri
Azərbaycan–İsveç münasibətləri — Azərbaycan Respublikası ilə İsveç Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == === AXC dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Persidskaya və Gubernskaya küçələrinin tinində İsveçin nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul R.K.Van-der-Pluq rəhbərlik etmişdir. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulmuşdur. İsveç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir. Hətta 1995-1996-cı illər ərzində ona əvvəlcə Rusiya ilə birlikdə İsveç həmsədrlik etmişdir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Sudeif İmanverdiyev olmuşdur. 4 mart 2016-cı il tarixindən Jalə Əliyeva işçi qrupunun rəhbəridir. == İqtisadi əlaqələr == === Nobel qardaşları === Nobel qardaşları şirkətinin yaradılmasının 115 illiyinə həsr olunmuş Azərbaycan poçt markaları (1994) == Ədəbi əlaqələr == İndiyə qədər üç Azərbaycan romanı İsveç dilində nəşr olunmuşur. Bunlar 1973-cü ildə çap olunan Qurban Səidin "Əli və Nino", 2000-ci ildə çap olunan Çingiz Abdullayevin "Qaranlıq simfoniyası" və 2018-ci ildə çap olunan Vahid Qazinin "Çöl Qala" romanıdır.
Kristina (İsveç kraliçası)
Kristina (7 dekabr 1626, Stokholm – 9 aprel 1689, Roma) 1632-ci ildən 1654-cü ildə taxtdan əl çəkənə qədər İsveç kraliçası idi. O, Kral II Qustav Adolf və onun həyat yoldaşı Brandenburq şahzadəsi Mari Eleonorun yeganə övladı idi. Onun doğulması gözlənildiyi kimi bir o qədər də yaxşı qarşılanmadı. Lützen döyüşündə atasının ölümündən sonra altı yaşında İsveç taxtına çıxdı. Otuz illik müharibədə protestantizm tərəfdarının qızı olan Kristina 1654-cü ildə taxt-tacdan imtina edərək katolikliyi qəbul edərək qalmaqala səbəb oldu. Qalan illərini Romada keçirərək yerli musiqi və teatr həyatının lideri oldu. Ölkəsiz bir kraliça kimi bir çox sənətçi və layihələri qoruyub. Romada onu çox yaxşı qarşıladılar və onu "Roma kraliçası" hesab edən insanların heyranlığından həzz aldılar. Kristina 1689-cu ildə vəfat edib və Vatikanda dəfn edilən azsaylı qadınlardan biridir. Kristina əhval-ruhiyyəli, ağıllı idi və kitablar və əlyazmalar, din, kimyagərlik və elmə maraq göstərirdi.
Ukraynanın İsveç səfirliyi
Ukraynanın İsveç səfirliyi (ukr. Посольство України в Королівстві Швеція) — Ukraynanın İsveçin Stoholm şəhərində yerləşən səfirliyi. == Vəzifələri == Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. == Tarixi == 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1991-ci il yanvarın 12-də Ukrayna və İsveç dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb. 1992-ci ildə isə Ukraynanın İsveç səfirliyi yaradıldı. Ukraynanın İsveçdə olan fövqəldə və səlahiyyətli səfiri Andrey Plaxotnyuxdur. O, 2020-ci ildən bu vəzifədədir.
İsveç-Norveç birliyi
İsveç-Norveç — indiki İsveç və Norveç torpaqlarında qurulmuş uniya. 1814-cü ildə qurulmuş, 1905-ci ilə qədər davam etmişdir. Bu tarixdən sonra Norveç,İsveçin bir parçası olmamış; Norveç parlamenti səsvermə ilə Danimarka şahzadəsi Kristian Frederik Karl Georg Valdemar Aksel'i VII Haakon adı ilə hakimiyyətə gətirərək İsveçdən ayrılmışdır. == Quruluşu == Napoleon müharibələri dövründə Danimarka'nın məğlubiyyəti 1814-cü ildə Norveçin İsveçə verilməsi ilə nəticələndi. İsveç kralı XIII Karl yeni birliyin kralı elan edildi. Bu vaxtı Norveçdə hələ də mübarizə aparan şahzadə Kristian Frederik işğala qarşı mübarizə aparmağa və heç olmasa Norveçin müstəqilliyini qorumağa çalışırdı. İyun ayının 30-u Rusiya, Avstriya, Prussiya və Böyük Britaniyadan gələn səfirlər onu sülhlə təslim olmağa çağırdılar. Kristian Frederik xalqın öz liderini seçməyini təklif edərkən bu yerdə Avstriya səfiri Avqust Ernst Şteigenteş bu məşhur şərhi: Müharibənin qaçınılmaz olduğunu görən İsveç, vəliəhd Karl İohannın komandanlığı altında Hvaler adalarına çıxaraq müharibəni başlatmış oldu. Langnes döyüşü kimi kiçik döyüşlərdə Norveçlilər qələbə qazansa da İsveç qalib gələrək şahzadə Kristian'ı Danimarkaya geri göndərdi. Noyabrın 4-ü XIII Karl Norveç kralı elan olundu.
İsveç baş nazirləri
== İsveç baş nazirlərinin siyahısı ==
İsveç şəhərlərinin siyahısı
== İstinadlar ==
İsveç əyalətlərinin siyahısı
İsveç əyalətləri - (isv. län) İsveçin ən böyük inzibati bölgüləridir. İsveç 21 əyalətə bölünür.
İsveç–Qazaxıstan münasibətləri
İsveç–Qazaxıstan münasibətləri (qaz. Швед-Қазақ қарым-қатынасы; isv. Sverige-Kazakiska relationer) — İsveç Krallığı ilə Qazaxıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında diplomatik münasibətlər 7 aprel 1992-ci ildə qurulmuşdur. == Səfirliklər == Qazaxıstanın İsveçdəki səfirliyi 2013-cü ildən fəaliyyət göstərir. Fövqəladə və Səlahiyyətli Səfir: Dastan Eleukenovdur. İsveçin Qazaxıstandakı səfirliyi 2010-cu ildən fəaliyyət göstərir. Fövqəladə və Səlahiyyətli Səfir: Kristian Kamilldir. == Ali səviyyədə görüşləri == 2004-cü ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İsveç Krallığına rəsmi səfər edir. 2006-cı ilin fevralında İsveç Baş nazirinin birinci müavini Bosse Rinqholm bir işçi nümayəndə heyətinin başında Qazaxıstana səfər edir.
Xarici İşlər Nazirliyi (İsveç)
İsveç Xarici İşlər Nazirliyi (isv. Utrikesdepartementet) — İsveç Krallığının digər dövlət və beynəlxalq təşkilatlarla əlaqələrdən məsul olan mərkəzi hökumət orqanı. == Tarixi == Xarici İşlər Nazirliyinin tarixinə görə 1791-ci ildə Kral III Qustav Beynəlxalq yazışma üçün kral kabineti yaradır. 1840-cı ildə təşkilat adını dəyişərək rəsmi olaraq Xarici İşlər Nazirliyi adını aldı.
İsveç Xarici İşlər Nazirliyi
İsveç Xarici İşlər Nazirliyi (isv. Utrikesdepartementet) — İsveç Krallığının digər dövlət və beynəlxalq təşkilatlarla əlaqələrdən məsul olan mərkəzi hökumət orqanı. == Tarixi == Xarici İşlər Nazirliyinin tarixinə görə 1791-ci ildə Kral III Qustav Beynəlxalq yazışma üçün kral kabineti yaradır. 1840-cı ildə təşkilat adını dəyişərək rəsmi olaraq Xarici İşlər Nazirliyi adını aldı.
IUPAC
IUPAC kimyəvi nomenklaturası və ya IUPAC adlandırma sistemi kimyəvi birləşmələrin adlandırılması üçün istifadə edilən bir sistem olub, ümumiyyətlə kimya elmini təsvir etmək üçün istifadə olunur. O, Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı (İngilis dili: International Union of Pure and Applied Chemistry və ya IUPAC ) tərəfindən yaradılmış və onun tərəfindən nəzarət altında saxlanılmışdır. Üzvi və qeyri-üzvi birləşmələrin adlandırılması qaydaları Mavi kitab (Blue book) və Qırmızı kitab (Red Book) kimi tanınan iki nəşrdə saxlanılır. Yaşıl kitab (Green Book) kimi tanınan üçüncü nəşrdə (IUPAP ilə əməkdaşlıq edilərək bu kitab hazırlanmışdır) fiziki kəmiyyətlər üçün istifadə ediləcək simvollar təsvir edilmişdir. Qızıl kitab (İngiliscə: Gold Book) adlı dördüncü bir kitabda isə kimyada istifadə olunan bir çox texniki terminlərin tərifləri və mahiyyəti qeyd edilmişdir. Bunlara oxşar olan xülasələr biokimya (IUBMB ilə əməkdaşlıq çərçivəsində yazılmışdır), analitik kimya və makromolekulyar kimya üçün də hazırlanmışdır. Xüsusi hallar üçün bu kitablar vaxtaşırı Pure and Applied Chemistry elmi jurnalında dərc edilmiş daha qısa tövsiyələrlə tamamlanır.
İapet
İapet ( yun. Ἰαπετός) — yunan mifologiyasında tanrı titan. Geya və Uranın oğlu, Klimenanın əri. Atlant, Prometey, Epimetey və Menetiyin atası. İapet titanomaxiyada Zevsə qarşı iştirak etdiyinə görə qardaşları kimi Tartara atılmışdır.
İspan
İspanlar — Avropada xalq. İspanlar Avropanın qərbində, Priney yarmadasında yaşayan İspaniyanın yerli əhalisinə verilən addır. Bundan başqa, ən böyük hissəsi Latın Amerikası olmaqla, dünyanın bir çox bölgələrində ispan mühacirlərinin kökündən olan milyonlarla İspan yaşayır.İspanlar roman əsilli xalqdır.İspan dili roman dillərinə daxildir.
İspik
Yaşayış məntəqələri Azərbaycandaİspik (Quba) — Quba rayonunda kənd.Rusiyadaİspik (Dağıstan) — Dağıstanda kənd.
İspəkə
İspəkə-İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Laşar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,995 nəfər və 622 ailədən ibarət idi.
İstək
İstək — yerinə yetirilməsi(başqası tərəfindən) arzu edilən şey. == İstək haqqında == İstəyim yalnız iştə bir şəfqət; Bir təbəssümo hüsni-dilbərdən. H.Cavid. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S.Rüstəm. Sanki cavanlaşdıyüz il bədənim; Gözümdə qalmadı istəyim mənim. Z.Xəlil.