Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşdod
Aşdod — İsrailin Cənub bölgəsində, Aralıq dənizi sahilində yerləşən şəhər. == Haqqında == Şəhərin əhalisi 240.400 nəfərdir və İsrailin ən böyük 5-ci şəhəridir. Şəhərin adı e.ə. 17-ci ildə Kənan mənbələrində çəkilir. Aşdod həm də İsrailin ən böyük limanıdır və ölkə idxalının 60 %-i buradan həyata keçirilir. Həmçinin ölkənin əhəmiyyətli sənaye şəhəridir. Müasir Aşdod isə 1956-cı ildə qurulmuş və 1968-ci ildə şəhər statusu qazanmışdır. Şəhər əhalisinin əsasını Rusiya və İstambuldan köçüb gələn gürcü yəhudiləri təşkil edir.
Irshad
İrşad — Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkəsi. Şirkət 2000-ci ildə "I&R Telecom" adı altında Rəşad Qəribov tərəfindən yaradılıb. 2022-ci ildə Bakı, Sumqayıt daxil olmaqla 19 şəhər və rayonda mağazalar şəbəkəsi, ölkə üzrə 700-dən çox dileri mövcuddur. == Tarix == "İrşad" 2000-ci ildə "I&R Telecom" adı altında Bakı şəhərində fəaliyyətə başlayıb. 2003-cü ildən etibarən paytaxtda və regionlarda mağazalarının sayını artıraraq şəbəkəni genişləndirib. 2007-ci ilin sonunda "I&R Telecom" rebrendinq etdi və şirkətin adını dəyişərək "İrşad Telecom" adı altında fəaliyyətini davam etdirməyə başladı. 2018-ci ildən şirkət "İrşad Electronics" adı ilə fəaliyyətini davam etdirir və elektron məhsulların satışına başlayır. 2021-ci il mart ayının birindən etibarən isə "İrşad" adı ilə fəaliyyətini davam etdirir. == Mağaza Sayı == Hazırda "İrşad" şəbəkəsi Bakı və ətraf kəndlər, Xırdalan, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Göyçay, Lənkəran, İmişli, Quba, Qəbələ, Masallı, Şəmkir, Xaçmaz, Tovuz, Sabirabad, Ağcabədi, Cəlilabad, Yevlax bölgələrində 42-dən artıq mağazası ilə fəaliyyət göstərir.
Sinod
Ruhanilər məclisi və ya Sinod – xristianlıqda dini və ya inzibati mübahisələri həll etmək üçün çağırılan iclas. Qədim yunan dilində “yığıncaq”, “iclas”, “toplantı”, “komitə”, “komissiya”, “assambleya” mənalarını verən sinodos (σύνοδος) sözündən yaranmışdır. Latın dilinə keçmiş olan versiyası isə concilium terminidir.
İshal
Diareya və ya ishal — boş, sulu və tez-tez baş verən nəcis ifrazı. Başqa sözlə gün ərzində 250 qramdan çox nəcis ifrazı diareya hesab edilə bilər. Həftədə 3 dəfədən gündə 3 dəfəyə qədər nəcis ifrazı normal hesab edilə bilər. Həftədən az davam edən diareya kəskin diarreya adlanır. Əgər diareya 4 həftədən çox davam edirsə bu xroniki diareya adlanır. Dünyada bir və ya çox epizodlu diareyadan il ərzində bir milyarddan çox insan əziyyət çəkir. Amerika Birləşmiş Ştatlarında il ərzində diareyası olan hər 100 milyon insandan yarısı işində fasilə verməli olur, 10%-i həkimlə məsləhətləşir, 250000-i xəstəxanaya qəbul olunur, 3000-i (xüsusilə yaşlılar) dünyasını dəyişir. Yaşlı insanlarda diareya adətən mülayim gedişə malik və fəsadsız tez bir zamanda aradan qalxır. Amma uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda diareya tez bir zamanda dehidratasiyaya gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilməməsi üzündən baş verən infeksion diareya il ərzində xüsusilə də inkişaf etməkdə olan ölkələrdə 5–8 milyon uşağın həyatını alır.
İshaq
İshaq peyğəmbər (ən tezi e.ə. 2066 və ən geci e.ə. 1851 – ən tezi e.ə. 1970 və ən geci e.ə. 1544, Kənan) — İbrahim peyğəmbərin Qurani-Kərimdə qeyd olunmuş başqa bir oğludur. Rəvayətlərə əsasən İshaq İsmaildən 5 il sonra Şamda dünyaya gəlmişdir. Anası Sara İbrahimin rəsmi zövcəsi və xalası qızı olub. İshaqın təvəllüdünün müjdəsi mələklər vasitəsi ilə Sara və İbrahimə verilib. Bu əhvalat Quranın üç yerində bəyan olmuşdur. Biri Hud surəsində, digəri Hicr, üçüncüsü isə Zariyat surəsində.
İsnov
İsnov — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. İsnov oyk., sadə. Quba r-nunun Zərqava i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. İstinov adının təhrif formasıdır. Kəndin ərazisində müalicə əhəmiyyətli çoxlu min. bulaq var. Keçmişdə bu bulaqların yaxınlığında müalicə üçün hovuzu əvəz edən novlar düzəldilirdi. Bunun üçün çala qazılır, içərisi daşla hörülürdü. Bulaqların suyu arxla bu novlara doldurulur, kənarda qızdırılmış daşlar oraya tökülürdü.
İssop
BSOD
Göy ölüm ekranı və ya BSOD (ing. Blue Screen of Death, Blue Screen of Doom, BSoD) — Microsoft Windows əməliyyat sistemi yüklənən zaman ekrana gələn göy fonda ağ yazılardır. Yəni kritik – düzələ bilməyən əməliyyat sistemlərindəki səhv. BSOD-un əmələ gəlməsinə səbəb çoxdur. Qısaqapanma nəticəsində sərt diskin sistem sektorlarının sıradan çıxmasından BİOS-da parametrlərində səhvə yol veriləsinə qədər və s. BSOD-un 3 növü mövcuddur: Microsoft Windows 95/98/Me ailəsi üçün, Microsoft Windows NT/2000/XP/2003/Vista/7 ailəsi üçün və Microsoft Windows CE ailəsi üçün. BSOD ilk dəfə Windows версии 1.3 əməliyyat sistemində aşkar edilmişdir. == Növləri == BSOD məlumatlarının üç növü var: Microsoft Windows 95/98/Me ailəsi üçün Microsoft Windows NT/2000/XP/2003/Vista/7 ailəsi üçün Microsoft Windows CE ailəsi üçün. Göy ölüm ekranı Windows əməliyyat sisteminin elə ilk versiyasında meydana çıxıb. Windows 8 versiyasından onu Black Screen Of Death əvəzləyir.
İPod
iPod (azərb. ay-pod‎) — Apple şirkəti tərəfindən hazırlanmış portativ media oxuducularının ticarət nişanıdır. Verilənlərin saxlanılması üçün iPod-da sərt disk və ya fləş yaddaş istifadə edilir. Brendin debütü 21 oktyabr 2001-ci il tarixində baş verib. 5 sentyabr 2007-ci il tarixinə olan məlumata əsasən, bütün dünya üzrə 110 milyondan çox iPod pleyeri satılmışdır. İndiki zamanadək iPod bir neçə seriyadan olan məhsullar istehsal etmişdir:iPod classic,iPod touch və iPod nano. Həmçinin bura ekranı olmayan iPod shuffle modelini də əlavə etmək olar.
İsko
Fransisko Roman Alarkon Suares Rika İsko (doğumu. 21 Aprel 1992 , Malaqa ) İsbaniya millisinin Real Madridin və yarımmüdafiəçi. Bu Anda la liqada Real Madriddə Çıxış edir .Real madriddən əvvəl Malaqa ,və Valensiyada onun oynayıb . Artıq Real onun üçün doğmalaşıb .Bu mövsüm Real Madriddə 22 nömrə iləçıxıç edib.bu mövsüm bir dəfə du-bil də edib bunu Real Madrid-Qranada maççında edib . Maçda Real M 5-0 hesabı ilə qələbə qazandı . Çempionlar Liqasında da 1 qol vurub .
İsso
Isso (it. Isso) — İtaliyada Lombardiya bölgəsinin , Berqamo vilayətində kommuna. Əhalisi 665 nəfərdir (2008), əhalinin sıxlığı 136 nəfər / km²-dir. Sahəsi 5 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 0363. Kommunanın hamisi müqəddəs Həvari Andreydir .
İŞİD
İŞİD və ya tam adı ilə İraq Şam İslam Dövləti, həmçinin 2014-cü ildən etibarən İslam Dövləti (İD), — Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terrorçu qruplaşma, 3 yanvar 2014-cü il tarixində dövlət kimi müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmişdir. 2019-cu ildə isə süqutu elan edilmişdir. İŞİD indiyə qədər heç bir dövlət tərəfindən dövlət kimi tanınmamışdır. Aşağıdakı ölkələr və beynəlxalq təşkilatlar İraq Şam İslam Dövləti terror qruplaşması hesab edir İran ABŞ Rusiya Türkiyə Livan Səudiyyə Ərəbistanı İndoneziya İtaliya Almaniya Polşa Danimarka Yunanıstan Estoniya Bolqarıstan Fransa Birləşmiş Krallıq Niderland Xorvatiya Çexiya Sloveniya Albaniya Kanada Avstraliya BƏƏ Bəhreyn Qətər Filippin Malayziya Bosniya və Herseqovina İordaniya Gürcüstan Azərbaycan İraq müharibəsinin başlamasından qısa bir müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək "Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn" (daha çox "İraq Əl-Qaidəsi" adı ilə tanınır) adını götürdü. 2006-cı ilin yanvar ayında "Ceyş ət-Taifa Əl-Mənsur", "Ceyş Əhli-Sünnə vəl-Camaa", "Ceyş əl-fatihin", "Cund əs-Səhabə" kimi kiçik qruplarla birləşən qruplaşma "Mücahidun Şura Konseyi" adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövlət elan etdi. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı. 2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi. 15 oktyabr 2014-cü ildə terror təşkilatı İŞİD Bağdad yaxınlığındakı Kubaisanı ələ keçirmiş, əl-Anbar və Fəllucanı mühasirəyə almışdır.
İşad
İşad — ən ali vəzifəli Göytürk hərbi xadimlərini adlandırmaq üçün istifadə edilən qədim türk sözü. Bu sözdən bəzi ərəb mənbələrində Xəzərlərin Xaqan bəylərini təsvir etmək üçün istifadə olunub. Bruk, Kevin Alan. The Jews of Khazaria (2nd ed.). Rowman & Littlefield Publishers, Inc. 2006. Danlop, Duqlas M. The History of the Jewish Khazars. Prinston: Princeton University Press. 1954. Qolden, Piter B. Khazar Studies: An Historio-Philological Inquiry into the Origins of the Khazars.
Şiho
Şiho — ad. Şiho Kaneda — keçmiş Yaponiya qadın futbolçusu. Şiho Tomari — Yaponiya qadın futbolçusu. Şiho Oqava — Yaponiya qadın futbolçusu. Şiho Onodera — keçmiş Yaponiya qadın futbolçusu. Şiho Kohata — Yaponiya qadın futbolçusu.
II İshaq
II İshaq paşa - cəmi 1 il paşalıq etmiş, daha sonra vəzifədən kənarlaşdırılmışdır.
I İshaq
I İshaq II Yusifin oğlu idi. Daima öz əmisi oğlu II Aslan rəqabət edən İshaq 3 dəfə paşa olmuşdu. Osmanlı ordusu ilə dəfələrlə Kartli və Kaxetiyaya yürüşlər təşkil etmişdi. == Ailəsi == İshaq paşanın Əhməd paşa, Yusif paşa, Məzid paşa adlı oğlanları vardı.
Ibn Ishaq
Əbu Abdullah Məhəmməd ibn İshaq hicri-qəməri tarixi ilə 85-ci ildə Mədinə şəhərində dünyaya göz açmış,hicri-qəməri 150 və ya 153-cü ildə Bağdad şəhərində vəfat etmişdir. "Xizran" məzarlığında dəfn edilmişdir. Özünün "Əs-Sirətun-Nəbəviyyə" adlı kitabı ilə məşhurdur. Uşaqlıq illərini və gənclik dövrünün bir hissəsini Mədinədə keçirən Məhəmməd ibn İshaq hicri-qəməri 115-ci ildə İskəndəriyyə şəhərinə getmişdir.İskəndəriyyənin və Misirin hədis və tarix ustadlarından, o cümlədən, Ubeydullah ibn Muğeyrə, Yezid ibn Həbib, Ubeydullah ibn Əbu Cəfər, Qasim ibn Qəzman və başqa böyük ustadlardan dərs almış, sonra Kufə, Cəzirə, Rey, Hirə, Bağdada səfər etmişdir. Bağdada səfər edərkən dövrün xəlifəsi Mənsur Abbasinin görüşünə getmiş və bu görüş onun Bağdadda qalmasına, habelə bir qrup tarixçinin dediyinə görə onun məşhur kitabı olan "Əs-Sirətun-Nəbəviyyə" əsərinin yazılmasına səbəb olmuşdur.Tarixçilər yazırlar ki, bu görüşdə Mənsur Abbasi, Məhəmməd ibn İshaqın tarixi məlumatlarına heyran qalır və ona tarix kitabı yazmağı əmr edir. Məhəmməd ibn İshaq Mənsurun əmrini yerinə yetirib müfəssəl bir tarix kitabı yazır və onun sarayına gətirir.Lakin Mənsur kitabın çox geniş olduğun söyləyib müxtəsər hala salmasını tapşırır. İbn İshaq kitabı müxtəsər halda yazdıqdan sonra kitab Xəlifə Mənsur tərəfindən onun öz oğlu Mehdiyə verilir. Biblioqrafiya müəllifi İbn ən-Nədim öz əsərində Məhəmməd ibn İshaq’ın bu əsərini "Kitâbu’s-Sîrə və’l-mübtədəʾ və’l-məġāzî" adıyla qeyd etmişdir. "Əs-sirətun-Nəbəviyyə" kitabı qələmə alındığı vaxtdan indiyədək bir çox tarixçilər ve və hədis ravilərinin diqqətini özünə cəlb etmişdir.Onu tərifləyənlərlə birlikdə, tənqid edənlər də mövcud olmuşdur.Tənqidçilər müəllifi şəcərənaməni yanlış yazmaqda, etibarsız ravilərdən rəvayət nəql etməkdə, hadisələri saxtalaşdırmaqda və.s işlərdə ittiham etmişlər. Məhəmməd ibn İshaq tarixi hadisələri nəql edərkən məzhəb təəssübkeşliyindən uzaq duraraq bitərəf mövqe tutduğuna görə əhli-sünnənin "rical elmi" sahəsindəki bəzi alimləri onu şiəlikdə ittiham etmiş, onun şiə olduğunu söyləmişlər.
Mikael İshak
Mikael İshak (isv. Mikael Ishak) — İsveç futbolçusu, Futbol üzrə Polşa çempionatında çıxış edən "Lex Poznan" FK və İsveç milli futbol komandasının hücumçusu . O, 2015-ci ildən İsveç millisinin heyətində dörd oyun keçirmiş və bir qol vurmuşdur. Mikael İshakın valideynləri əslən Suriyadandır. O, İsveçin Södertelye şəhərində anadan olmuşdur. İshak peşəkar karyerasına "Assiriska" FK-da başlamış, 2010-cu ildə əsas komandada çıxış etməyə başlamışdır. İshak 2011-ci ilin dekabrında Almaniya Bundesliqasında çıxış edən "Köln" klubu ilə müqavilə imzalamışdır. O, 21 yanvar 2012-ci ildə komandada debüt etmiş, "Volfsburq"la səfərdə 0:1 hesablı məğlubiyyə yaşamışdır. Kölndəki ilk ayında daha çox əvəzedici kimi çıxış etmiş, 18 martda hücumçu Lukas Podolskinin cəzalandırılmasından sonra "Hannover 96" ilə keçirilən, 1:4 hesablı məğlubiyyətlə nəticələnən səfər oyununda ilk 11-likdə meydana çıxmışdır. İshak 5 avqust 2013-cü ildə dörd illik müqavilə əsasında İtaliya A Seriyasının "Parma" klubuna transfer olunmuşdur.
Rişod Sobirov
Rişod Sobirov (uzb. Rishod Rashidovich Sobirov; d. 11 sentyabr 1986; Buxara, Özbəkistan) — Özbək cüdoçu, iki qat Dünya Çempionu (2010, 2011), üç qat Olimpiya üçüncüsü (2008, 2012, 2016). Sobirov 2008 Pekin, 2012 London, 2016 Rioda ölkəsini təmsil etdi. Pekində 60 kq kişilər mübarizəsində, Hollandiyalı Raben Hauks ilə bərabər bürünc medala sahib oldu. Özbək idmançının peşəkarlığı çəkiyə görə London və Rioda dəyişmədi. Sobriov Londonda 60 kq, Rioda 66 kq qarşılaşmalarında bürünc medal qazandı. Письмо от Ирины Михайловны// Контимост, г. Урумчи, КНР, 2003 г.,№ 6, с.10. Дубинина Л. Ирина Дубовицкая: «Сталинабадская симфония» — исторический роман.// Вечерний Душанбе, 2014 г., 11 сентября.
İshak Abrabanel
Don İshak ben Yehuda Abrabanel (ivr. ‏דון יצחק בן יהודה אַבְּרַבַנְאֵל‏‎; 1437, Lissabon – 23 sentyabr 1508, Venesiya) — Portuqaliya yəhudilərindən olan alim, Tanax şərhçisi, dövlət xadimi. İshak Abrabanel sarayında mühüm vəzifə tutduğu Portuqaliya kralı V Afonso ilə yaxın idi. Afonsonun ölümü və II Juanın taxta çıxması ilə Abrabanel 1482-ci ildə Kastiliyaya qaçmışdır, burada 1484-cü ildə II Ferdinandın yanında Maliyyə Naziri olmuşdur. O, 1492-ci ildə yəhudilərin İspaniyadan qovulması haqqında fərmandan sonra bu vəzifəsini itirmişdir. Abrabanel öz dindaşlarını müdafiə edirdi, lakin onun səyləri baş inkvizitor Tomas Torkemada tərəfindən alovlanan katolik monarxların dini fanatizmi ilə nəticə verməmişdi. İspaniya hökmdarı Abrabanel üçün istisna etmək istəmiş, lakin Abrabanel dindaşlarının taleyini bölüşməyi seçmişdi. Abrabanel İspaniyadan Neapola getmişdir. 1495-ci ildə VIII Karlın rəhbərliyi altında fransızlar Neopolu tutmuşdur, bundan sonra Abrabanel kral II Alfonso ilə birlikdə Messinaya qaçmışdır. Elə həmin il Alfonsun ölümündən sonra Abrabanel Kerkira adasında, 1496-cı ildə isə Apuliya regionundakı kiçik Monopoli şəhərində məskunlaşmışdır.
İshak Razzakov
İshak Razzakov (qırğ. Исхак Раззаков; 25 oktyabr 1910, Fərqanə vilayəti – 19 mart 1979, Moskva) — Sovet dövlət xadimi və partiya lideri, Qırğızıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1950-61). Qırğızıstan Respublikasının Qəhrəmanı (2016). Maitonboza otlaqının yaxınlığındakı Koroson kəndində anadan olub, Kızıl ayak qəbiləsindəndir. 1931-ci ildə Daşkənddəki Təhsil İnstitutunu bitirdikdən sonra Razzakov müəllim işlədi, sonra 1936-cı ildə bitirdiyi SSRİ Dövlət Plan Komitəsi İnstitutunda oxumaq üçün Moskvaya göndərildi. 1936-cı ildən bəri hökumət və partiya işində idi: 1939-1940 — Özbəkistan SSR Xalq Komissarları Soveti yanında Dövlət Plan Komitəsinin sədri. 1940-1944 — Özbəkistan SSR Xalq Komissarları Sovetinin sədr müavini. 1941-1944 - Özbəkistan SSR Xalq Maarif Komissarı. 1944-1945 — Özbəkistan Kommunist Partiyası (Bolşeviklər) Mərkəzi Komitəsinin katibi. 1945-1950 - Qırğızıstan SSR Nazirlər Sovetinin sədri.
İshal murdarçası
İşlədici murdarça (lat. Rhamnus cathartica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. Dünyanın bir sıra ölkələrində rast gəlmək mümkündür. Hündürlüyü 3 m-ə çatan, şaxələnmiş budaqlara malik kol bitkisidir. Cavan zoğların qabığı gümüşü-boz rəngli olub, sonradan qonur-qara rəng alır. Budaqlarının ucları düz tikanlidir. Üzbəüz yarpaqları saplaqlı, yumurtavari və ya ellipsvari, bir az ucu biz, parlaq, üç cüt qövsvari yan damarcıqlıdır, kənarları isə dişlidir. Yarpaqların qoltuqlarında 10-15 ədəd dəstələrlə çətirlərə yığılmış dörd hissəli, yaşılımtıl-sarı çiçəkləri yerləşir. Maydan iyunadək çiçəkləyir. Çiçəklərdən noxud ölçüsündə, əvvəlcə yaşıl, sonra qaralan yumru meyvələr-senokarp çəyirdəklər inkişaf edir.
İşkol (Əbyəlil)
İşkol kəndi (başq. Ишҡол) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Ravil kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası İşkol kəndinin milli tərkibi: başqırdlar 99 %. Məsafələr: rayon mərkəzindən (Askorovo): 22 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqporsk stansiyası): 70 km. Совет муниципальных образований Республики Башкортостан.
İshaq Maroqulov
İshaq Faqradoviç Maroqulov (rus. Исаак Фаградович Марогулов, kürd. Îsahak Maragûlov; 1868, Dvin – 6 sentyabr 1933) — aysor əsilli SSRİ dilşünası. 1928-ci ildə Ərəb Şamilov ilə kürd dili üçün latın əlifbasını hazırlamışdır. İshaq Maroqulov 1868-ci ildə Rusiya imperiyasının Dvin şəhərində anadan olmuşdur. O, əslən aysor idi. Atası Faqrad XIX əsrdə İrandan Qafqaza köçmüşdür. Maroqulov 1888-ci ildə təhsilini başa vurduqdan sonra Naxçıvanın Şahtaxtı kəndində, sonra 1893-cü ildə Qəmərli kəndində müəllim işləmişdir. 1920-ci illərdə SSRİ xalqlarının əlifbalarının romanizasiya prosesi gedirdi. Bu prosesin bir hissəsi olaraq kürd dili üçün də latın qrafikalı əlifba hazırlanmışdır.
İshaq Zida
İshaq Yakuba Zida (fr. Isaac Yacouba Zida; 16 noyabr 1965, Yako[d]) — Burkina-Faso dövlət və hərbi lideri, prezident səlahiyyətlərini icra edən (1 noyabr – 17 noyabr 2014) və 1 noyabr 2014-cü ildən 7 yanvar 2016-cı ilə qədər Burkina-Faso Baş naziri. O, dövlət çevrilişinə cəhdlə bağlı 2015-ci il sentyabrın 16-dan 23-dək bir həftə müddətinə bu vəzifədən məhrum edilmişdir. 2020-ci ildə keçirilən prezident seçkilərində iştirak edərək 1,5% səs toplamışdır.