Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kim Yin-Yi
Kim Yin-Yi (d. 20 iyun 1993) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Yin-Yi Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Nömrə-yi yek
Nömrə-yi yek (fars. نمره يك‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 37 ailədə 76 nəfəri kişilər və 96 nəfəri qadınlar olmaqla cəmi 172 nəfərdir.
Ümmül Safiyyə-yi yek
Ümmül Safiyyə-yi yek (fars. ام‌الصفایه یک‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 15 ailədə 39 nəfəri kişilər və 44 nəfəri qadınlar olmaqla cəmi 83 nəfərdir.
Əbu Təbarə-yi yek
Əbu Təbarə-yi yek (fars. ابوطباره یک‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 34 ailədə 65 nəfəri kişilər və 72 nəfəri qadınlar olmaqla cəmi 137 nəfərdir.
Nik
Ləqəb — İnsanlara öz adından sonra xitab edilən amil. Nik (ing. nickname /nık/neım — "ləqəb", orta əsr üngilis dilində an eke name — "digər ad", "a nick name"). Həmçinin internetdə istifadəçilərin bloq, veb-forumlarda, çatlarda və digər yerlərdə istifadə etdikləri şərti ad.
Pik
Pik - İtiuclu dağ zirvəsidir
Yak
Yak (lat. Bos grunniens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Yakların hündürlükləri 2 metrə, çəkiləri 1000 kiloqrama çatır. Bədənləri uzun tüklərlə örtülü olur. Ayaqlarında, yanlarında da uzun tüklər olur. Yaklar Tibetdə dəniz səviyyəsindən 4000-6000 metr yüksəklik ərazilərdə çox az ərazidə yaşamaqdadır.
Yük
Yük — daşınılan və nəql edilən əmtəə. Yüklər daşınma üsuluna görə ( dəniz, dəmir yolu, avtomobil, hava və s.), rejiminə görə (temperatur, rütubətlilik, və s. ), həmçinin qabaritlərə, gözlənilməz situasiya və s. görə fərqlənirlər. Həmçinin ballast da yük adlana bilər.
Sik
Kişi cinsiyyət üzvü və ya Penis (lat. penis; yun. phallos) — xarici cinsiyyət orqanı olub, vəzifəsi spermanı (toxumu) və sidiyi ifraz etməkdir. Bu mağaralı toxumadan təşkil olunmuş bir cüt penisin mağaralı cismindən — lat. corpora cavernosa penis və bir ədəd penisin süngəri cismindən — lat. corpus spongiosum penis (corpus cavernosum urethrae - BNA) ibarətdir. Penis qasıq nahiyəsində xayalığın önündə asılaraq üç hissəyə bölünür: 1) arxa hissə — penis kökü — lat. radix penis qasıq sümüklərinə bağlanmışdır; 2) orta hissə — penis cismi — lat. corpus penis; 3) ön hissəsi — penis başı — lat. glans penis (yun.
Kinik məktəbi
Kiniklər, siniklər (yun. κῠνικοί – it, lat. cynici) — ən tanınmış sokratçı məktəbinin ardıcılları olmuşdurlar. == Təlimləri == Kiniklərin fikrincə müdriklik nəzəri biliklər deyil, xeyrin nə olduğunun dərk edilməsidir. Həqiqi xeyir hər bir şəxsə ayrı-ayrılıqda aid edilə bilər. Ərdəmli (insanın müsbət keyfiyyətlərinin toplusu, xeyrə yönəlməsi və o xeyrin həyata keçirilməsidir) həyatın məqsədi bir məqamdır, yəni məmnunluq halıdır. Bu hala çatmağın şərti hər bir asılılıqdan (o cümlədən ailədən, əmlakdan) azad olmaqdır. Ona görə də kiniklər abidliyi, sadə həyat yaşamağı təbliğ etmişdirlər. Hətta onlardan bəziləri bir çox ehtiyac və tələbatlarını inkar edib onları rədd edirdilər. Onlar adətlərə və dini ayinlərə istehza ilə yanaşırdılar.
Konik
Konik və ya Polşa koniki — Polşada yetişdirilən elə də iri olmayan atlar cinsinə daxildir. Belə hesab edilir ki, Polşa konikləri daha çox XIX əsrdə nəsli kəsilmiş Tarpanların təsirinə məruz qalmışdır. == Tarixi == Polşada 20-ci əsrin əvvəllərində təsərrüfat işlərində "Konik" adlı cinsdən istifadə edilirdi. Hansı ki, bu cinsin ərsəyə gəlməsinə qədər Tarpandan istifadə olunmuşdur. Bu cins struktur baxımından (Fenotip) Tarpana bənzər idi. Tarpanın yox olmasından sonra, Polşanın Belovejskaya Puşa adlı bölgəsində kəndli təsərrüfatlarından atlar yığılırdı (onların çoxu ya Tarpan idi və ya onun törəmələri olurdu). Süni şəkildə də olsa belə demək olarsa Tarpanoid at cinsi bərpa edilir. Birinci Dünya müharibəsi dövründə bu atlar rus və alman qoşunları üçün mühüm nəqliyyat heyvanları hesab edilirdi və Panje atları adlandırılırdı. Onlar xarici görünüş baxımından Tarxanlara bənzəyir və Avropanın meşə-çöl şəraitinə uyğunlaşdırılmışdılar. Nümunələrin bir hissəsi təbiətə buraxılmışdır.
Dəşt-i Dena-yi yek
Dəşt-i Dena-yi yek (fars. دشت دنايك‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 37 ailədə 82 nəfəri kişilər və 91 nəfəri qadınlar olmaqla cəmi 173 nəfərdir. Kəndin əhalisi qaşqayların Lərki tayfasına mənsubdur, qaşqay türkcəsində danışırlar və şiə müsəlmandırlar.
AİK FK
AİK və ya AİK Solna — İsveçin peşəkar futbol klubu.
AİK Solna
AİK və ya AİK Solna — İsveçin peşəkar futbol klubu.
Broud-Pik
Broud-Pik (urdu بروڈ پیک ) — Pakistan ilə Çinin sərhəddində yerləşən, Himalayda dağ. Dəniz səviyyəsindən 8,047 metr (26,401 ft) hündürlüyü ilə dünyanın ən hündür 12-ci dağıdır. İlk dəfə 1957-ci ilin iyun ayında Fritz Vintersteller, Markus Schmak, Kurt Diemberqer və Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən fəth edilmişdir. == Coğrafiyası == Broud-Pik, Pakistan və Çin sərhədindəki Baltistan regionundakı Gaşerbrum massivinin bir hissəsidir. Dağ Karakoram dağ silsiləsində, Çoqoridən təxminən 8 kilometr (5.0 mil) yuxarıda yerləşir. 1.5 kilometr (0.93 mil) uzunluğunda bir zirvəyə sahib olduğu üçün ingilizcə "enli, geniş zirvə" mənasını verən "Broad Peak" ifadəsi ilə adlandırılmışdır. Dağın beş zirvəsi var: Broud-Pik (8051 m), Qayalı zirvə (8028 m), Mərkəzi Broud-Pik (8011 m), Şimali Broud-Pik (7490 m) və Xarut Kangri (6942 m). == Etimologiyası == "Geniş zirvə" ifadəsinin hərfi tərcüməsi olan Falchan Kangri Balti xalqı arasında istifadə edilmir. İngiliscə adı İngilis tədqiqatçı Martin Konvey tərəfindən 1892-ci ildə təqdim edilmişdir. == Tarixi == Boroud-Pikə ilk yüksəliş 8-9 iyun 1957-ci ildə Fritz Vintersteller, MarKus Schmak, Kurt Diemberqer və Markus Schmakın başçılıq etdiyi Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən edildi.
Con Hik
Con Hik (20 yanvar 1922, Skarboro, Nort-Yorkşir[d] – 9 fevral 2012[…], Birminhem, Qərbi Mildlend[d]) — din fəlsəfəçisi və teoloq. Fəlsəfi ilahiyyat sahəsində, xüsusən də teodis, esxatologiya, xristologiya, dini plüralizm və dini epistemologiya sahəsində çalışmışdır. == Bioqrafiyası == 20 oktyabr 1922-ci ildə Yorkşirdə anadan olmuşdur. Mançester Universitetində çalışan, Xristian əxlaqı dərsini tədris edən əmisi Edvard Hirstin təşviki ilə gənc yaşlarında din və fəlsəfə mövzuları ilə maraqlanmağa başlamışdır. Əvvəlcə Hull Universitetində hüquq təhsili aldıqdan, sonra xristian din xadimi olmaq üçün Presbiteriyan İngilis kilsəsinə üzv oldu, sonra Edinburq Universitetində fəlsəfə öyrənmişdir. Kembric Vestminister Teologiya məktəbində Əhdi-Ətiq, Əhdi-Cədid, Xristian doktrinası və kilsələr tarixini öyrəndmişdir. 1953-56 illəri arasında kilsə xidmətində çalışdı. Kornell Universitetinin Fəlsəfə kafedrasında və Kembric Universitetinin İlahiyyat fakültəsində dərs dedikdən sonra 1967-ci ildə Birminhem Universitetində fəlsəfə professoru olmuşdur. Müxtəlif universitetlərdə dərs demiş və 1994-cü ildə təqaüdə çıxmışdır. 25-dən çox kitabı mövcuddur.
Con Qik
Con Hik (20 yanvar 1922, Skarboro, Nort-Yorkşir[d] – 9 fevral 2012[…], Birminhem, Qərbi Mildlend[d]) — din fəlsəfəçisi və teoloq. Fəlsəfi ilahiyyat sahəsində, xüsusən də teodis, esxatologiya, xristologiya, dini plüralizm və dini epistemologiya sahəsində çalışmışdır. == Bioqrafiyası == 20 oktyabr 1922-ci ildə Yorkşirdə anadan olmuşdur. Mançester Universitetində çalışan, Xristian əxlaqı dərsini tədris edən əmisi Edvard Hirstin təşviki ilə gənc yaşlarında din və fəlsəfə mövzuları ilə maraqlanmağa başlamışdır. Əvvəlcə Hull Universitetində hüquq təhsili aldıqdan, sonra xristian din xadimi olmaq üçün Presbiteriyan İngilis kilsəsinə üzv oldu, sonra Edinburq Universitetində fəlsəfə öyrənmişdir. Kembric Vestminister Teologiya məktəbində Əhdi-Ətiq, Əhdi-Cədid, Xristian doktrinası və kilsələr tarixini öyrəndmişdir. 1953-56 illəri arasında kilsə xidmətində çalışdı. Kornell Universitetinin Fəlsəfə kafedrasında və Kembric Universitetinin İlahiyyat fakültəsində dərs dedikdən sonra 1967-ci ildə Birminhem Universitetində fəlsəfə professoru olmuşdur. Müxtəlif universitetlərdə dərs demiş və 1994-cü ildə təqaüdə çıxmışdır. 25-dən çox kitabı mövcuddur.
Dik Beddouz
Dik Beddouz (ing. Richard Herbert "Dick" Beddoes; d. 1926 – ö. 24 avqust 1991) — Kanadalı idman jurnalisti. O, "Vancouver Sun" və "The Globe and Mail" qəzetlərində, daha sonra isə televiziya və radioda işləmişdir. == Super seriya == 1972-ci ilin yazında SSRİ və Kanadanın ən güclü xokkeyçiləri arasında 8 oyundan ibarət yarışın keçirilməsi barədə razılıq əldə edildiyi zaman "The Globe and Mail" qəzetinin işçisi olan Dik Beddouz belə iddia edir ki, kanadalılar 8 görüşün hər birində qələbə qazanacaq. O, öz fikrində ciddi olduğunu sübut etmək üçün belə bir vəd də verir: "Əgər ruslar cəmi 1 oyunda belə qələbə qazana bilsə mən öz məqaləmi borş ilə birlikdə yeyəcəm. Redaktor qeydi: Hər ehtimala qarşı əlinizin altında xama saxlayın". Lakin elə ilk oyun SSRİ-nin 7:3 hesablı qələbəsi ilə başa çatır. Vəziyyət belə olduqda isə Dik Beddouz verdiyi vədi tutmalı olur.
Dik Deyl
Riçard Entoni Monsur (4 may 1937, Boston, Massaçusets – 16 mart 2019) və ya sənət adı ilə Dik Deyl – Amerikalı rok gitara ifaçısı. O, sörf musiqisinin pioneri hesab olunur. Deyl "Sörf Gitara Kralı" kimi tanınırdı, hansı ki, bu da onun ikinci studiya albomunun adı idi. Deyl bütün zamanların və xüsusilə 1960-cı illərin əvvəllərinin ən nüfuzlu gitara ifaçılarından biri idi. The Beach Boys, Jan and Dean və The Trashmen kimi sörf musiqisində aparıcı qrupların əksəriyyəti Dale musiqisindən təsirlənmiş və tez-tez Dale mahnılarının səs qeydlərini albomlarına daxil etmişlər. Onun üslubu və musiqisi Cimi Hendriks, Pit Taunşend, Eddi Van Halen və Brayan Mey kimi gitaraçılara təsir göstərmişdir. Günümüzdə bir çox musiqi janrlarında (ekstremal metal, folk və s.) geniş istifadə olunan tremolo seçmə texnikasını populyar hala gətirməsi ilə tanınır.
Dik adası
Dik adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın şimalında, Karl Aleksandr adasından şimalda, Bak boğazında yerləşir. Ada dairəvi formaya malikdir. Diametri 150 metrdir. Adada yüksəklik yoxdur.
Dik hana
Divar hanası (toxucu dəzgah) — Şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgah Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın iki növü mövcuddur; yer hanası və divar hanası. Divar hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Qollar (2 ədəd); Oxlar (2 ədəd); Yan ağacları (2 ədəd); Vərəngalan (1ədəd); Vərəngalanın uzunluğu oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır Çubuq (2 ədəd); Çubuqlar oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır. Küjü ağacı (1ədəd); Əvvəlcə üfiqi dəzgahlar olan yer hanasından istifadə olunurdu. Yer hanası təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür. Şaquli toxucu dəzgah olan divar hanası əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivədir. Toxucu dəzgzah olan hana ustalara təsvirin xətləri və rəngləri ilə çevik işləmək imkanı verir. Hər bir hana ensiz hamar çubuq ilə təchiz olunmuşdur. Arğac ipliyin keçirilməsi üçün əriş saplarda boşluğun yaradılması bu çubuq vasitəsilə həyata keçitrilir.
Dik Çeyni
Riçard Bryus "Dik" Çeyni (ing. Richard Bruce "Dick" Cheney; 30 yanvar 1941, Linkoln, Nebraska) — amerikalı siyasətçi, respublikaçı, Amerika Birləşmiş Ştatlarının 46-cı vitse-prezidenti (2001-2009) və 17-ci Müdafiə naziri (1989-1993). Bəzi politoloqlar Dik Çeynini Amerika siyasəti tarixində ən nüfuzlu vitse-prezident adlandırırlar. Dik Çeyni mühafizəkar düşərgəsində radikal qərarları dəstəkləyən qrupa aid edilir. O, Donald Ramsfeldlə bərabər İraq müharibəsinin əsas təşəbbüskarlarınan biri sayılır. Dik Çeyni Pentaqona ilk dəfə ata Buşun hakimiyyəti dövründə gəlib. 1991-ci ildə Küveytin azad edilməsi üçün həyata keçirilən Səhrada tufan əməliyyatı zamanı ABŞ-nin Müdafiə naziri məhz o idi. == Siyasi fəaliyyəti == 1974-cü ildə Çeyni prezident Ford administrasiyasında aparat rəhbəri təyin ediləndə o, bu vəzifəni tutan ən gənc şəxs olmuşdu. Dik Çeyni iş dünyasının və o cümlədən neft sənayesinin liderləri ilə yaxın əlaqələrdə təqsirləndirilir. O, öz nüfuzuna baxmayaraq vitse-prezidentlik dövründə cəmi bir neçə dəfə ictimai nitqlə çıxış edib.
Emi Yip
Emi İp (çincə: Amy Yip, 10 iyul 1966) — Çin aktrisası. 1980–1990-cı illərdə Honq Konq filmlərinin seks simvolu sayılırdı. Bir sıra erotik filmlərdə çəkilmiş və sinəsi ilə tamaşaçıların diqqətini cəlb etmişdir. İlk illərdə seriallarda, daha sonra filmlərdə çəkilmişdir. 2006-cı ildə Emi İp "East Weekly" verilişinə müsahibəsində söyləmişdir ki, 15 ildir Lim Kiam Hvi (Lim Kiam Hwee) ilə görüşməsinə baxmayaraq heç vaxt evlənməyi düşünməmiş və övladının olmasını istəməmişdir. Emi İp müsahibəsində sinəsi sayəsində tamaşaçıların diqqətini cəlb etmək niyyətdə olmadığını söyləmişdir."Həbsxana erotikası", Seks və Zen və sıra Erotik filmlərə çəkilmişdir.
Endi Dik
Endryü Roan "ЭEndi" Dik (ing. Andrew Roane "Andy" Dick; d. 21 dekabr 1965-ci il, Çarlston, Cənubi Karolina, ABŞ) — amerika aktyoru, rejissor, prodyussor, ssenarist, bəstəkar.
Filip Dik
Filip Kindred Dik (ing. Philip Kindred Dick; 16 dekabr 1928[…], Çikaqo, İllinoys – 2 mart 1982[…], Santa-Ana, Kaliforniya) — amerikalı məşhur yazıçı-fantast. Dikin əsərlərində sosioloji, siyasi və metafiziki mövzular araşdırılır, bu əsərlərdə inhisarçı şirkətlər, avtoritar hökumətlər və dəyişdirilmiş situasiyalar üstünlük təşkil edir.