ƏDƏM

[ər.] сущ. клас. 1. авачирвал, тахьунухь; 2. кьиникь.
ƏDƏDSİZ
ƏDƏSƏ
OBASTAN VİKİ
Ədəm ağacı
Ədəm ağacı (lat. Dracaena draco) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin drasena cinsinə aid bitki növü.
Türk Ədəmi-Mərkəziyyət Firqəsi
Türk Ədəmi-Mərkəziyyət Firqəsi – Qeyrət Partiyasının xələfi olaraq qurulmuş Rusiya imperiyası ərazisində yaşayan türk xalqları üçün federativ dövlət prinsipini dəstəkləmiş siyasi partiya. 1905-ci ilin yayında Gəncədə Türk Sosial-Federativ İnqilabi Komitəsinin əsasında "Qeyrət" adlı qrup yaradıldı. Partiya sıralarında Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Adil bəy Xasməmmədov, bəzi mənbələrə görə, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin başçısı Nəsib bəy Yusifbəyli də var idi.. Qeyrət Partiyası 1908-ci ilə qədər fəaliyyət göstərdi, lakin bəzi sənədlərə görə, 1912-ci ildə Balkan müharibələri başladığı dövrdə federalistlər fəallaşmaqda idilər. Qeyrət yenidən 1917-ci ilin Fevral inqilabından sonra yeni liderlər, yeni Türk Ədəmi-Mərkəziyyət Firqəsi adı və yeni proqramı ilə fəaliyyətə başladı. 1917-ci ilin mart ayının sonunda Nəsib bəy Yusifbəyli, Şəfi bəy Rüstəmbəyli, Həsən bəy Ağayev və digərləri ilə Gəncədə Milli Federalistlərin Türk Partiyasını yaratmışdır. Yeni yaradılan partiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkili idi. Partiyanın əsas dayağını kəndlilər və fəhlələr təşkil edirdilər. Öndərləri içərisində torpaq sahibləri də var idi. Partiyanın ideoloji təməli türkçülük idi.
Türk Ədəmi-Mərkəziyyət Partiyası

Türk Ədəmi-mərkəziyyət Firqəsi "Müsavat"
Müsavat Partiyası (qısaca Müsavat kimi də tanınır) – Azərbaycanda hal-hazırda fəaliyyət göstərən ən yaşlı siyasi partiya. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin təlimatı ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıyev tərəfindən Bakıda qoyulmuşdur. Müsavat ərəb sözüdür və Azərbaycan dilinə bərabərlik kimi tərcümə olunur. Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya imperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, Türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır. Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan Məhəmməd Əmin Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.
Türk Ədəmi-mərkəziyyət Firqəsi Müsavat

Значение слова в других словарях