1. Bir yerə getmək üçün nəqliyyat vasitələrinin birinə minmiş adam.
Ancaq tək-tük üstüörtülü faytonlar içində miniklər görünür.
İkinci zəng vurulduqda miniklər vaqonlara minməyə başladılar.
2. Nəqliyyat vasitələrindən hər hansı biri.
Bu halda yengələri miniyindən düşürüb gəlinin yanına aparardılar.
Qatardan düşən adamlar durub minik gözləyirdilər.
3. Sərnişin daşımağa məxsus, sərnişinlərə xidmət edən.
…Minik atından da artıq qoşqu atını mən xeyli dost tutaram.
Hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi.
Minik qatarı uzaqlaşdı.
4. Minmə işi, miniş. Saat 4-də minik başlandı. Minik qurtaran kimi avtobus yerindən tərpəndi.