Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kabbala
Kabbala (İbricə: קַבָּלָה "alma", Standart İbricə Qabbala, Tiberian İbricə Qabbālāh; müxtəlif şəkillərdə yazılır; məsələn: Cabala, Cabalah, Cabbala, Cabbalah, Kabala, Kabalah, Kabbala, Qabala, Qabalah, Qabbalah, Kaballah) alma, qəbul etmə mənasını verən kabbala yəhudi mistikasıdır. == Mənası == Kabbala – Tanrının mahiyyətini dərk etməyə və dünyadakı məxluqların, o cümlədən insanın var olmasının səbəbini anlamağa çalışan yəhudiliyə məxsus mistik ənənə, təlimdir; ibranicə "qəbul etmə, təhvil vermə" deməkdir. Bu təlim İlahi mahiyyətin dərinliklərinə nüfuz etməyə çalışmışdır. Kabbala Tanrının və mələklərin adlarına böyük əhəmiyyət vermiş, varlığın və ilahi hökmlərin sirlərini açmağa çalışmışdır. Ona görə də bu təlim Tövratın söz və hərflərinə gizli məna daşıyan bir növ mistik kod və şifrə kimi yanaşmışdır. Fövqəltəbii qüvvələrdən istifadə edilməsi və nümayiş olunması məqsədini güdən fəlsəfi düşüncələr, meditasiya örnəkləri və mistik təcrübələr burada geniş yer almışdır. Kabbala müqəddəs adlar, ilahi rəqəmlər və coşqun duaların köməyi ilə Tanrını anlamaq üsullarını təklif etmişdir. Talmuda görə, Tövrat (Tora) mətnini "Pardes" adlanan xüsusi dörd yolla başa düşmək olar: Pşat yolu – sadə şəkildə və hərfi mənada; Remez yolu – kinayə və eyham; Draş yolu – təfsir və şərh; Sod yolu – sirr və gizli. İudaizmdə Kabbala dördüncü, ən dərin yol olan – sod yolu hesab edilir. Onu yalnız ilk üç yolu keçənlər tədqiq edə bilərlər.
Kabale (rayon)
Kabale — Uqandanın Qərb bölgəsində rayon. Mərkəzi Kabale şəhəridir. Yerli dildə "kabale" kiçik bir daş mənasının verdiyi üçün, Kabale bəzən "Kastoun" (ing. Kastone) da adlandırılır. == Yer == Kabale rayonu şimaldan Rukunqiri rayonu, şimal-şərqdən Rukiqa rayonu, şərq və cənubdan Ruanda, qərbdən isə Rubanda və Kanunqu rayonları ilə həmsərhəddir. Kabale, Uqandanın paytaxtı Kampaladan cənub-qərbdə, yol ilə təxminən 420 kilometr (260 mil) məsafədə yerləşir. == Əhali == 1991-ci il milli siyahıyaalması nəticəsində rayon əhalisi 417 200 nəfər olaraq qiymətləndirilmişdir. 2012-ci ildə əhalinin sayı 498 300 nəfər olmuşdur.
Kamala Harris
Kamala Harris (ing. Kamala Harris; 20 oktyabr 1964[…], Alamida qraflığı, Kaliforniya) — Amerikalı Demokrat partiyasından siyasətçi, Kaliforniya ştatının senatoru və Amerika Birləşmiş Ştatlarının ilk qadın və ilk asiya-amerikalı 49-cu vitse-prezidenti. == Həyatı == Kamala Harris 20 oktyabr 1964-cü ildə ABŞ-nin Oklend şəhərində mühacir ailəsində dünyaya gəlmişdir. Anası Hindistandan ABŞ-yə tələbə olaraq gələn bioloq, atası isə Yamaykadan ABŞ-yə təhsil almaq üçün gələn qaradərili iqtisad professorudur. === Siyasi karyerası === Kamala Harris siyasətə ilk addımını 2010-cu ildə atıb. O, Kaliforniya Baş Prokurorluğuna namizədliyini verərək əyalət tarixində seçilən ilk qaradərili və ilk qadın olub. 2014-cü ildə ikinci dövr əyalət prokurorluğuna yenidən seçilən Harris 2016-cı ildə keçirilən prezident seçkilərində Kaliforniyadan Konqresə girən ilk Cənubi Asiya mənşəli və ikinci qaradərili senator olmuşdur. 2024-cü ildə Co Bayden namizədlikdən geri çəkildikdən sonra Demokratlar Partiyasının vitse-prezident olan Kamala Harris ABŞ prezidentliyinə namizəd olaraq dəstəkləndi. === Şəxsi həyatı === 2014-cü ildə vəkil Duqlas Emhoffla ailə həyatı qurmuşdur.
Ladislav Kubala
Ladislav Kubala (slovak. Ladislav Kubala; 10 iyun 1927, Budapeşt – 17 may 2002, Barselona, İspaniya) ― Macarıstan, Çexoslovakiya və İspaniya futbolçusu və futbol məşqçisi. “Ferentsvaroş”, “Bratislava”, “Vaşaş”, “Barselona” (məhz burada böyük uğurlar və şöhrət qazanmışdır) və “Espanyol” kimi klublardakı çıxışları ilə məşhurdur. Futbol tarixinin ən yaxşı oyunçularından biri sayılır (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına görə 20-ci əsrdə dünyanın ən yaxşı futbolçuları siyahısında 32-ci yeri aldı və Avropada yüzilliyin ən yaxşı oyunçuları siyahısında 24-26 yerləri paylaşdı) . Kubala dəqiq ötürmə vermək, əla driblinq və cərimə zərbələrini məharətlə yerinə yetirmək kimi oyun keyfiyyətlərinə sahib idi. 1999-cu ildə “Barselona” klubunun 100 illiyi qeyd olunarkən azarkeşlər arasında keçirilmiş sorğuya əsasən, Kubala “mavi-tünd qırmızı”lıların şərəfini qorumuş ən yaxşı oyunçu seçildi. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başladı. İki dəfə "Barselona"nın məşqçisi təyin edildi, İspaniya milli komandasını çalışdırdı, 1992 oyunlarında İspaniya Olimpiya komandasının məşqçilər heyətinin bir hissəsi oldu.
Osman Kavala
Mehmet Osman Kavala (türk. Mehmet Osman Kavala; 2 oktyabr 1957, Paris) — Türkiyənin ictimai xadimi, hüquq müdafiəçisi, iş adamı və xeyriyyəçi. O, Türkiyədə bir sıra insan haqları layihələrini maliyyələşdirmiş və bu layihələrdə də fəal iştirak edib. Osman Kavala Türkiyədə insan haqları təşkilatlarının işinin inkişafına böyük töhfə verib. O, bu sahədə aktiv fəaliyyətinə 1990-cı illərdən başlayıb. 2002-ci ildə Kavala Türkiyənin müasir mədəniyyət və incəsənətinə həsr olunmuş Anadolu Kültür layihəsini təsis edib. Bu layihənin məqsədi türk sənətinin ölkə hüdudlarından kənarda təbliği, həmçinin türk sənət və mədəniyyət xadimlərinə dəstək olmaq olub. 2019-cu ildə Türkiyədə təhlükə altında olan mədəni irsin əhəmiyyətli nümunələrinin qorunması və qorunub saxlanmasında göstərdiyi səylərə görə Avropa Arxeoloqlar Assosiasiyasının Avropa Arxeoloji İrs Mükafatını və İnsan Hüquqları Dərnəyinin İstanbul filialı tərəfindən Ayşenur Zarakolu Fikir və İfadə Azadlığı Mükafatını alıb. Onun Türkiyədəki həbsi Avropa İnsan Hüquqları Məhkəməsinin və on Qərb ölkəsinin səfirlərinin onun azadlığa buraxılmasını tələb etməsinə səbəb olub. Bu tələblər Türkiyə məhkəmələri və prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən rədd edilib.
Kabal (Mortal Kombat)
Kabal (ing. Kabal) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. == Haqqında == "Kabal" - "Qara əjdaha" quldur dəstəsində işləyən cinayətkarlardan biridir. Şao Kannın onlara hücumu zamanı dəstənin üzvləri döyüşdə həlak olur. Kabal isə möcüzə nəticəsində sağ qalır. Sağ qaldıqdan sonra Kabal Yeri mühafizə edən adamlara qoşularaq cinayətkarlıq həyatına birdəfəlik olaraq son qoyur. Turnirlərin birində Mavado ilə döyüşdə Kabal məğlub olur. Onu ölümdən Xavik xilas edir. Sonra Kabal "Qara əjdaha" dəstəsini yenidən Xavikin məsləhəti ilə yaradır. Kabal Kano və Carek ilə dostluq edir.
Abadla
Abadla (ərəb. العبادلة‎) — Əlcəzairin qərbində, Beşar vilayətində şəhər. Eyniadlı dairənin inzibati paytaxtıdır. Şəhər Böyük Səhranın şimalında, Mərakeşlə sərhəddə, Gir çayının sağ sahilində, Beşar şəhərindən 90 kilometr (56 mil) cənub-qərbdə və Beni Abbesdən 150 kilometr (93 mil) şimal-qərbdə yerləşir. Əvvəllər burada Fransanın hərbi bazası yerləşirdi. Qərbdə Fransanın keçmiş Hammagir kosmodromu yerləşir. == Əhali == 2009-cu ildə əhalinin sayı 14,364 nəfər idi. Sahəsi 28,70 km2-dir. == İqlim == Şəhərdə çox isti yay və sərin qış və il ərzində çox az yağıntı ilə quraq səhra iqlimi var. == İqtisadiyyat == Əsas sənaye kənd təsərrüfatıdır.
Abalar
Abalar (şor. абалар) — Rusiyada yaşayan şorların eli. Sayan dağlarının şimalında, Alatau yamaclarında və Tom çayının sahillərində yaşayırlar. Onlar qədim zamanlardan dəmirçi kimi tanınmışlar. Onların dili türk dillərinin Sibir qolundandır.
Ağabala
Ağabala — Azərbaycanlı kişi adı.
Babalı
Babalı (Cəlilabad) — Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Babalı (Çaldıran) — Bəbəli — Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Camala
Susanna Alimovna Camaladinova (krımtat. Susana Alim qızı Camaladinova, ukr. Суса́на Алі́мівна Джамаладі́нова; 27 avqust 1983, Oş) və ya sadəcə Camala (krımtat. Camala, ukr. Джама́ла) — tatar və erməni mənşəli Ukrayna musiqiçisi. O, "1944" mahnısı ilə Ukraynanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və qələbə qazanmışdır. == Həyatı == Susanna Camaladinova 27 avqust 1983-cü ildə Qırğızıstan Sovet Sosialist Respublikasının Oş şəhərində dünyaya göz açmışdır. Onun atası milliyətcə Krım tatarı, anası isə ermənidir. Camala və onun atası müsəlman, anası isə xristiandır. İkinci dünya müharibəsi zamanı Camalanın Krımdan olan əcdadları İosif Stalinin göstərişi ilə məcburi şəkildə Mərkəzi Asiyaya deportasiya edilmişdirlər.
Canbala
Can Bala — Azərbaycanın ilk uşaq pop-qrupu. Can Balanın rəhbərləri və yaradıcıları bəstəkar-musiqişünaslar Məryəm Əlibəyli və Natiq Qəzənfəroğludur. Qrup üzvləri Kənan İsmayılov, Tural Hüseyn, Elmira Əliyeva, Ceyran Kərimovadır. Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qəmbər Hüseynli, Fikrət Əmirov, Vasif Adıgözəlov kimi korifeylərlə yanaşı, həm özünün, həm də Məryəm xanımın yazdığı mahnılar qrupa çox böyük uğurlar gətirib. Can Bala hazırda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərir. Filarmoniyanın direktoru Fərəh Şəkinskaya qrupun fəaliyyəti üçün imkan daxilində hər cür şərait yaradır. Qrupun orijinal geyimləri üzərində dizayner Gülnarə Xəlilova işləyir. Can Bala pop qrupu üçün müasir rəqslər də qoyulur. Bu rəqslər Xəyal İsrafilov tərəfindən hazırlanır. Mahnıların aranjemanları isə N.Qəzənfəroğluya məxsusdur.
Fabada
Fabada (isp. fabada, fabada asturiana) — İspaniya, daha dəqiq deyilsə, Asturiya mətbəxinə aid ənənəvi yemək. Ağ lobya və kolbasadan hazırlanır. Yeməyin adı Asturiya dilində fabes sözündən yaranıb mənası yeməyin əsas ərzaqlarından biri olan lobya deməkdir. Fabada ilə oxşar yeməklər alman ayntopfu və İspan kosidosu hesab olunur.
Fabula
Fabula — hərəkətin təqlid olunması, başqa sözlə desək, müəllifin qələmə aldığı hadisələrin əsərdəki ardıcıllığıdır. == Növləri == Fabulalar sadə və dolaşıq olmaqla, iki növə ayrılır. Belə növlərə bölünmə, əsasən, fabulaların təqlid etdiyi hərəkətlərlə bağlıdır. Aristotel sadə fabula dedikdə, elə fasiləsiz və tamamlanmamış hərəkəti nəzərdə tuturdu ki, onun ərzində taleyin dəyişməsi peripetiyalarsız və tanımalarsız olsun. Dolaşıq fabula dedikdə isə taleyin dəyişməsi tanıma və ya peripetiya ilə, yaxud hər ikisinin bahəm iştirakı ilə yaranan hərəkət başa düşülürdü. Bütün bunlar, öz növbəsində, fabulanın tərkibinə aiddir, yəni müəyyən bir hadisə zərurət və ehtimala əsasən əvvəl baş vermiş hadisənin nəyinsə nəticəsində baş verməsi ilə nədənsə sonra baş verməsi arasında böyük fərq vardır. Peripetiya, deyildiyi kimi, hadisələrin öz əksinə dönməsidir ki, bu da, ehtimal və zərurət qanunları üzrə olur. Məsələn, “Edip” əsərində Edipi sevindirmək və onu anası qarşısında xofdan azad etmək üçün gələn qasid ona kim olduğunu bildirməklə, hadisənin öz əksinə dönməsinə nail olur, həmçini “Linkey” əsərində də birini ölümə aparır, Danay isə onların dalınca gedir ki, onu öldürsün, lakin hadisənin gedişi nəticəsində özü ölməli olur, birincisi isə xilas olur. Tanıma isə, adından da göründüyü kimi, bilməzlikdən bilməyə keçid deməkdir ki, bu da taleyi xoşbəxtlik, yaxus bədbəxtlik olan şəxsləri ya dostluğa, ya da düşmənçiliyə aparır. Tanımanın şəkilləri arasında ən çox istifadə ediləni bədii cəhətdən ən zəifi və qabiliyyət çatışmazlığı səbəbindən ən çox istifadə olunanı - zahiri əlamətlər vasitəsilə tanımadır.
Kabablar
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. == Tarixi == Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Kabalaka
Kabalaka — Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir. Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir. Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır.
Kabarda
Kabarda (kab.-çərk. Къэбэрдей) — Şimali Qafqazın mərkəzi hissəsindəki tarixi bölgə. == Lokalizasiyası == Müxtəlif tarixi dövrlərdə "Kabarda" adlanan ərazi həmişə eyni ərazini əhatə edə bilməzdi və tarixi əsərlərin müəllifləri tez-tez Şimali Qafqaz xəritəsindəki yerini öz tərzlərində yazırdılar. Kabarda əhalisi və sərhədləri haqqında bir çox məlumat rus salnamələrində qorunub saxlanılmışdır. Böyük Rəsm Kitabına görə (XVI əsrin sonlarından etibarən Rusiya və qonşu dövlətlərin xəritəsinin təsviri) Kabarda, Terekin sol sahilində Ardan və Qızıl çayları arasında (müasir Ardon) yerləşirdi (müasir Arqudan?). == Tarixi == Tarixi Kabarda ərazisində tapılan ən qədim mədəniyyət abidələri e.ə.IV minillikdə mövcud olan Maykop mədəniyyətinə aiddir. Müasir tədqiqatçılar Adıgey-Abxaz xalqlarının bu mədəniyyətin daşıyıcılarının törəmələri olduğunu təsbit etmişlər. Müvafiq olaraq, bu mədəniyyətin daşıyıcıları Şimali Qafqaz mədəniyyətlərində sonradan yaranmış — Şimali Qafqaz, Kuban və Koban mədəniyyətlərində iz buraxdılar.. I minilliyin ortalarında Çərkəzlərin çoxu Hunlar tərəfindən kənara çəkildi. Qədim rus salnamələrində Kabardiyalılar öncə Kasoqlar, sonra isə Pyatiqorsk Çərkəzləri adlanırdı.
Kabare
Kabare hər cür aktual mövzuya istehzalı, iynəli, satirik münasibətlə yanaşan, sosial tənqidə üz tutan teatr növüdür. Xüsusilə siyasi və sosial mövzulara diqqət yetirən kabaredə melodiyalar, rəqslər, eskizlər, monoloqlar, dialoqlar və hətta açıq şoular və qısametrajlı filmlər də yer alır. Kabare yumoristik və əyləncəli olsa da, əsasən ciddi teatr janrlarından biri hesab olunur. Kabare sözü fransızca meyxana mənasını verən cabaret sözündən götürülmüşdür.
Kabarqa
Müşk maralı, Qabarğa və ya Sibir geyiki (lat. Moschus moschiferus) — qabarğalar (Moschidae) fəsiləsinə aid maralabənzər gövşəyən heyvan növü. == Etimologiya == Vasili Radlova görə rus dilindəki Кабарга sözü Teleüt, Şor və Sağay dillərindəki Tabırğa sözündən gəlib.. Bu türk mənşəli sözdür. == Təsnifatı == Qabarğa növünün 4-6 yarımnövü var. Bəzi təsnifatlarda bu yarımnövlər ayrıca növ kimi göstərilir. Qabarğanın bədəninin uzunluğu 1 m, quyruğunun uzunluğu 4—6 sm, süysününün hündürlüyü 70 sm-ə qədər, kütləsi isə 11—18 kq olur. Qabarğanın buynuzları olmur. == Coğrafiyası == Qabarğa Himalay və Tibet dağlarının şərqindən Şərqi Sibir, Koreya və Saxalinə kimi olan sıldırım qayalıqları və iynəyarpaqlı meşələr olan ərazılərdə yayılmışdır. Təqribən dəniz səviyyəsindən 600–900 m, nadir hallarda 1600 m yüksəklikdə yaşayır.
Kalama
Kalama (ispanca:Calama) — Çilidə şəhər. Əhalisi 138402 nəfərdir (2002). Ərazi — 15597 km², əhali sıxlığı — 8,87 nəfər/km²-dir.
Kalara
Kalara — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Kəndin qədim adı Kalalı //Kalaley olmuşdur. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Kelare kimi qeyd edilir . Toponim türk dilində «dayaz dərə» mənasında işlənən kol sözü ilə, «hüdud», «sərhəd» mənasında işlənən ara sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 1. XII. 1949 - cu il fərmanı ilə adı dəyişdirilib Qukasavan qoyulmuşdur. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 6 nəfər, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır .
Kalbalar
Kalbalar- eramızın VI əsrində indiki Azərbaycan respublikasının Mərkəzi Aran vilayətində yaşamışlar. Onlar əsasən İslam dininə sitayiş etmişdir. Onlar VII əsrin əvvəllərində İmişli rayonun özlərinə paytaxt seçmişdir. Hətta inzibati ərazi dairələri arasında 4-cü böyük dairə olan Məmmədli-Əliyetməzli dairəsinin şimal bölgəsində onlara aid kitablar orxeonik yazılar tapılmışdır. 1792-ci ildə Qarabağ xanlığı ilə böyük mübarizə etmiş lakin məğlub olaraq buralardan birdəfəlik köç etmişdir. Hal-hazırda ÇXDR-nın Urumçi şəhərində məskunlaşmışlar.
Kamaka
Kamaka adası (fr. Kamaka) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Adanın sahəsi 0,5 km²-dir. Maksimal hündürlüyü 166 metrdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatına əsasən adada 4 nəfər yaşayır.
Çapala
Qoçulu — Gürcüstan Respublikasının Borçalı mahalı bölgəsində kənd. İnzibati cəhətdən Bolnisi rayonunun tabeçiliyindədir. 90-cı illərin əvvəllərində rayonun digər 32 azərbaycanlı kəndində olduğu kimi adı dəyişdirilərək Çapala halına salınmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi. Qoçulu kəndi Maşavera çayının sağ sahilində dəniz səviyyəsindən 430–440 m. yüksəklikdə yerləşir. Ərazi baxımdan rayonun İmirhəsən, Daşlıqullar, Hasanxocalı, Cəfərli və Əsmələr kəndləri ilə qonşuluqdadır. Kənd rayon mərkəzindən 14 km şərqdə yerləşir. Coğrafi koordinatları 41° 26' 14" şimal enliyi, 44° 37' 51" şərq uzunluğudur.Kənddə məktəb yerləşir. Kənddə xüsusi körpü vardır ki, deyilənlərə görə yumurta qabığından inşa edilib.[mənbə göstərin] 2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən Qoçulu kəndində 1623 nəfər sakin (rayon əhalisinin 2,2%-i) yaşayır.
Aybala
Aybala (rus. Лунтик) — uşaqlara yönəlmiş rus cizgi serialı. Teleserial ilk dəfə 2006-cı il sentyabrın 1-dən televiziyada yayımlanıb və hələ də yeni bölümlər istehsal edir. Bu serial yumurtadan çıxdıqdan sonra Ayda doğulan və sonra yerə yıxılan Aybala adlı qeyri-səlis məxluqdan bəhs edir. Cizgi seriyası 500-dən çox epizoddan ibarətdir, onların süjetləri təkcə əyləncəli deyil, həm də mənəvi və hətta maarifləndirici mövzuları ehtiva edir (məsələn, "Hər biri üçün bir planet" seriyası Günəş sisteminin quruluşundan bəhs edir). Epizodların müddəti 5 dəqiqədən çox deyil. Bu, bir gölməçənin yaxınlığındakı meşədə baş verir. Personajların əksəriyyəti kiçik həşəratlar, balıqlar, qurbağalar, arılar və s. Onlar böyükləri və uşaqları təmsil edirlər. Baş qəhrəmanlar uşaqlardır (ilk növbədə Aybala), onlarla müxtəlif sərgüzəştlər baş verir, bu müddət ərzində dünyanı araşdırır və cəmiyyətdə münasibətləri öyrənirlər.
Kakava
Kakava — Türkiyədə qaraçıların bayram tədbiri. Mənşə ərazisi Türkiyənin Şərqi Frakiya regionudur. == Tədbirlər == Xilaskar Baba Finqonun gəlib onları xilas edəcəyi inancı Türkiyədə yaşayan qaraçıların folklorunda əhəmiyyətli rola malikdir. Bu fiqurun Qədim Misir ordusundan olan firon qoşunlarının komandiri olduğu güman edilir. Türkiyə qaraçılarına görə, Tunca çayının kənarına enərək mayın 5-dən 6-na keçən gecə "Xilasetmə hadisəsi" baş verir. Möcüzəli günün xatirəsi üçün çaya şam qoyulur, iştirakçıların əlləri, üzləri və ayaqları suda yuyulur. Əsas qeyd edilən mövzu Xilaskar Baba Finqonun ölməzliyidir. Türk dilində belə bir deyimdən istifadə edilir: Baba Finqo gələcək, bütün dərdlər bitəcək (türk. Baba Fingo Gelecek, Bütün Dertler Bitecek). Bu konsepsiya əsas götürülərək əyləncə tədbirləri həyata keçirilir.