Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kabuki
Kabuki (yap. 歌舞伎) — ənənəvi Yaponiya teatr sənəti. Mahnı ifa etməyin, musiqinin, rəqsin və dramın sintezini özündə əks etdirir. Kabuki sənət ustaları ağır qrimdən və yüksək rəmzli geyimlərdən istifadə edirlər. “Kabuki” sözü yapon dilində üç heroqlifdən ibarətdir — 歌舞伎. Burada 歌舞 (kabu) simvolları “mahnı və rəqs”, 伎 (ki) işarəsi isə “ustalıq” mənasını daşıyır. Kabuki janrı XVII əsrdə Edo dövründə xalq mahnıları və rəqslərinin əsasında yaranıb. Bu janrın yaranması Okuni adlı İdzumi Taysya məbədinin qulluqçusu ilə əlaqəlidir. Belə ki, Okuni 1603-cü ildə Kioto çayının qurumuş qolundə və şəhərin küçələrində ayini rəqslər ifa etməyə başlayır. Müasir Yaponiyada kabuki ən məşhur teatr sənəti kimi tanınır.
Kauçuk
Kauçuk (təbii) - bitkilərdən alınan təbii polimerdir. Ondan vulkanizasiya yolu ilə rezin əldə edilir. Kauçuk yüksək molekulalı, otaq temperaturunda yüksək qayıdış deformasiya xassələrinə malik elastomerlər qrupuna aiddir. Kauçuk təbii yolla Braziliyada heveya adlanan ağaclardan alınan lateksdən hazırlanır. Bu maddənin adı Braziliyia əhalisinin lateksdən hazırladıqları "kauçu" (kau-ağac, uçu-axmaq deməkdir) sözü ilə bağlıdır. Kauçuk, plastik kütlə, sintetik liflər və s.dedikdə polimer maddələr nəzərdə tutulur. Müasir sənayenin yüksək texniki səviyyəsini kauçuksuz təsəvvür etmək çətindir. Rezin müxtəlif sahələr üzrə istifadə edilməsini səviyyələndirmək üçün yada salmaq kifayətdir ki, TU-104 markalı sərnişin təyyarəsində 126 min müxtəlif rezin hissə var. Bir tankın istehsalına 800 kq, bir yük avtomobilinə 240 kq, təyyarəyə 600kq, böyük gəmiyə isə 68 ton kauçuk sərf olunur. Bir sıra müsbət xassələrinə - elastikliyinə, elektriki keçirməməsinə, havanı müxtəlif qazları, habelə suyu özündən buraxmamasına, sürtünməməyə qarşı davamlılığına, kimyəvi cəhətdən aqressiv sayılan maddələrdə xarab olmamasına və s.görə kauçuk,sənayenin müxtəlif sahələri üçün olduqca qiymətli və əvəz edilməz materialdır.
Kaşlık
Qaşlıq şəhəri-Sibir xanlığının paytaxtı olmuşdu. Digər adı İsker idi. Sibir şəhəri də adlanır. == Tarixi == Şihabuddin Mərcani hesab edir ki, bu şəhər Şeybani sülaləsinin mərkəzlərindən biri sayıla bilər. XIV-XVI əsrlərdə abad tatar məskənlərindən biri olmuşdur. İrtış çayının sağ sahilində, müasir Tobol şəhəri yaxınlığında yerləşirdi. Şəhərin adının "iski (əski) yer, köhnə, qədimi yer" mənası ilə bağlı olduğunu söyləyənlər də vardır. Bu şəhərdə Sibirin istila edilməsində mühüm rolu olan kazak atamanı Yermak və Sibirin hakimi Küçüm xan (Koçum, Qoçum) arasında qanlı vuruşma olmuşdur. Küçüm xan Sibir ölkəsini islamlaşdıran hakim olmuşdu. Kuçum xan dövründən türkcə yazılmış bir risalə qalmışdır ki, Rizaəddin Fəxrəddin tərəfindən nəşr edilmişdir.
Köklük
Köklük (və ya şişmanlıq, piylilik) — bədənin çəkisinin piy qatlarının hesabına artmasıdır. Piy qatları həm fizioloji yığılma yerlərində, həm də qarın nahiyəsində, baldır, dalaq kimi orqanlarda da yığıla bilər. Köklülük onun səbəblərindən asılı olaraq dərəcələrə bölünür. Kök olmaq heç də həmişə subyektiv səbəblərdən onunla bağlanan şəkər diabeti, hipertoniya və digər xəstəliklərin yaranmasına səbəb olmur. Bütün bu xəstəliklər piylənmə ilə bağlı olmayıb, onun yaranma səbəblərindən asılıdır. Məsələn: tez karbohidratların çatışmazlığından yaranan kökəlmə diabetə gətirib çıxarır, piysizlikdən və kompleks karbohidratların çatışmazlığından isə yaranma halları yoxdur. Ürək-damar sistemində problemlər əvəllər deyildiyi kimi piydən yox, bədəndə çatışmayan mayenin miqdarından yaranır. Köklük həm də, piy qatının genişlənməsinə təsir göstərir. Piy qatı yumşaqlığında, sərtliyində, maye tərkibində və həmçinin dəridə (tselülit) dəyişikliklər baş verir. Orta həddə olan piylənmə salamlığa o qədər də ziyan vurmur.
Kabul
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Kabus
Kabus — ənənəvi təmsillərdə özünü real həyatda görünən və ya başqa bir şəklində (həm görünməz və qeyri-maddi həmçinin də real müşahidələr nəticəsində özünü bildirən) təqdim edən ruh və ya vəfat etmiş şəxsin ruhu. Vəfat etmış insanın ruhu ilə əlqə yaratmaq cəhdlərinə spiritik seans, və ya daha dəqiq nekromantiya deyilir. Kabuslara inanc insanlar arasında geniş yayılmışdır, və bir çox xalqların mədəniyyətlərində öz yerini tutur. Həmçinin, bir çox dinlərdə ölü insanlaırn ruhlarının sakit olması üçün xüsusi mərasimlər və dəfn ənənələri keçirilir. Kabusları əsasən insanlara aid etsələr də, heyvanlar, gamilət, təyyarələr, və hətta ordu və şəhərlərin kabusları haqqında inanc və əfsanələr var. Müasir elm qeyri-təbii hadisələri tanımır, və ənənəvi kabusların mövcudluğunu inkar edir. Xüsusi hallarda spesifik hadisələri, bir və ya digər təbii səbəblərdən yaranmaq ilə izah edillər: hallüsinasiyalar, illüziyalar, mirajlar, fotoplyonka deffekti və buna bənzər qüsurlar, mistifikasiyalar və əfsanələrə inancla. Kabuslar mədəniyyətdə özünə məxsus yer tutu. Məsələn, Oskar Uayldın “Kentervil kabusu” hekayəsi var, “Kabus ovçuları” filmi və s.
Balbuk (Uçalı)
Balbık (başq. Балбыҡ, rus. Старобалбуково) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 56 km, ən yaxın dəmiryol stansiyasından (Kuramino stansiyası): 16 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98 %) üstünlük təşkil edir.
Karluş Belu
Karluş Filipe Ximenes Belu (3 fevral 1948[…], Baykay[d]) — Şərqi Timorlu Roma katolik yepiskopudur. Onun dini fəaliyyəti ölkəsinin İndoneziya tərəfindən işğalını hər zaman qınadı. 1996-cı ildə "Şərqi Timor münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə çalışdığına görə" Nobel sülh mükafatına Joze Ramuş-Orta ilə birlikdə layiq görüldü. == Erkən həyatı və din == Dominqos Vaz Filipe və Ermelinda Baptista Filipenin beşinci övladı Karluş Filipe Ximenes Belo, Portuqaliya Timorunun şimal sahilindəki Vemasse yaxınlığındakı Vaylakama kəndində anadan olmuşdur. Məktəb müəllimi olan atası Belu doğulandan iki il sonra vəfat edir. Uşaqlıq illəri, , 1968-ci ildə məzun olduğu Dilinin kənarındakı Dare kiçik seminariyasına getməzdən əvvəl, Baukau və Ossudakı katolik məktəblərində keçdi. 1969-cu ildən 1981-ci ilə qədər, Şərqi Timor və Makaoda praktiki təhsil müddətləri (1974–1976) xaricində, Belu Portuqaliya və Romada idi və 1980-ci ildə Salesian Cəmiyyətinin üzvü olaraq fəlsəfə və ilahiyyat təhsili aldı. 1981-ci ildə Şərqi Timora qayıdan Belu, Fatumakadakı Satış Kollecində 20 ay müəllim, daha sonra iki ay direktor oldu. == Pastoral liderlik == 1983-cü ildə Martinho da Kosta Lopesin istefası ilə Karluş Filipe Ximenes Belu, Dili yeparxiyasının Apostol Administratoru təyin edildi və Şərqi Timor kilsəsinin rəhbəri oldu və birbaşa Papaya cavabdeh oldu. 6 fevral 1989-cu ildə titullu Lorium yepiskopu təyin edildi.
Kuk-Karauk
Kuk-Karauk şəlaləsi (başq. Күк-Ҡарауыҡ) — Başqırdıstanın Kuk-Karauk çayı üzərində yerləşən şəlalə. 1965-ci ildə təbiət abidəsi elan edilmişdir. İşembay yasaqlığı ərazisində yerləşir. Yerləşməsi: Makar kəndindən 7 km aralıda, RZ16 yolu üzərində, Makar meşə təsərrüfatı ərrazisində, 46-cı məhəllədə yerləşir. Şəlalə kaskad xüsusiyyətinə maliksir. Hündürlüyü 10–12 metrdir. Yay ayları suyun azalması ilə tamamən yoxa çıxır. Turizm ərazisidir. Kuk-Karaukdan bir qədər aralıda Kalik-uskan qayası və Salavat və Ziqanovka mağaraları yerləşir.
Kuçluk xan
Kuçluk xan (?-1218) — Naymanların xanı. == Həyatı == O, nayman tayfasına mənsub idi. Nəsrani təriqətinə bağlıydı. Atası Tayan xan uzun illər uluslarına rəhbərlik etmişdi. 1203-cü il qələbəsindən sonra Temuçinin (Çingiz xanın) torpaqları genişlənərək nayman torpaqlarına çox yaxınlaşmışdı. Nayman xanı Kuçluk Temuçinin yeganə qatı düşməni olaraq qalırdı. Naymanların güclü qoşunu vardı. Buna baxmayaraq, Temuçinin qoşunları 1204-cü ilin payızında naymanları və onların müttəfiqlərini məğlubiyyətə uğratdı. Nayman xanı Kuçluk İrtış çayına tərəf qaçaraq canını bir təhər qurtara bildi. Naymanların müttəfiqi sayılan Merkit xanı Toxtabəy də onunla birlikdə aradan çıxdı.
Küllük (İğdır)
Küllük — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İqdır şəhərindən 15 km uzaqlıqdadır. İqlimi kontinentaldır. == Tarixi == Kənd əhalisi 1915-ci il hadisələrində erməni daşnaqlarının zülmündən qaçmaq məcburiyyətində qalır. Onlar Xoy, Van və Ağrı bölgələrinə köç etmişlər. Cümhuriyətin elanından sonraki dönemde geri dönüş başlamışdır. == Coğrafiya == İğdırdan 15 km uzaqlıqdadır. Kəndin şərqində Yaycı, Hakmehmet ve Quzugüdən, qərbində Çalpala, cənubunda isə Yuxarıçarıqçı, şimalında Bayraqtutan kəndləri yerləşir. == Əhalisi == Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. == Təsərrüfat == Kənd iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil edir.
Nablus (şəhər)
Nablus, Шхем (ərəb. نابلس‎; ivr. ‏שְׁכֶם‏‎ — Şxem, antik dövrdə Flaviya Neapolis, lat. Flavia Neapolis) — Nablus əyalətinin inzibati mərkəzi olan Samariyanın tarixi bölgəsində Fələstin Muxtariyyətinə daxil İordan çayının qərb sahilində şəhər. Əhalisi əsasən fələstinlilərdən ibarət təxminən 130.000 min nəfərdir. Şəhər əhalisinin çoxu müsəlmanlardır. Qarizim dağında ayrı bir ərazidə 350-yə yaxın samariyalı yaşayır. == İncildə məlumat == Nablus şəhəri İncil dövrünlərdən Xiva tayfasının əsas mərkəzi kimi tanınmışdır. == Tarixi == Bizim eradan əvvəl 400-cü ildə şəhər iri mədəniyyət mərkəzinə və samariyalıların müqəddəs yerinə çevrildi. Eramızın əvvəllərində romalılar tərəfindən tutularaq imperator Vespasianın şərəfinə Flavius Neapolis adlandırıldı.
Nablus sabunu
Nablus sabunu (ərəb. صابون نابلسي‎, ṣābūn Nābulsi) — Fələstinin qərb sahilində yerləşən Nablus şəhərində istehsal olunan zeytun yağından hazırlanan sabundur. Onun əsas inqredientləri zeytun yağı (regionun əsas kənd təsərrüfatı məhsullu), su və natrium qələvisidir.
Karlik boy
Karlik boy (ing. dwarfism) – anomal kiçik boy, ən çox xondrodistrofik mənşəli olur.
Kalu
Kalu (Bostanabad)
Haluk Bilginer
Nihat Haluk Bilginer (5 iyun 1954, İzmir), Türk aktyor ve teatr direktoru.
Haluk Levent
Haluk Levent, (26 dekabr 1968, Adana) — Türk rok ifaçısı. == Həyatı == Adananın Yüreğir mahalındakı yamaclı məhəlləsində doğulmuşdur. Doqquz qardaşın səkkizincisi olan Haluk Levent, ailəsinin Nusayri olduğunu söyləmişdir.
Haluk Ləvənt
Haluk Levent, (26 dekabr 1968, Adana) — Türk rok ifaçısı. == Həyatı == Adananın Yüreğir mahalındakı yamaclı məhəlləsində doğulmuşdur. Doqquz qardaşın səkkizincisi olan Haluk Levent, ailəsinin Nusayri olduğunu söyləmişdir.
Jan Kabut
Jan Kabu (fr. Jean Cabut) — fransız karikaturist və jurnalist. "Charlie Hebdo" jurnalının əməkdaşı. 2015-ci il 7 yanvar tarixində "Charlie Hebdo" dərgisinə edilən silahlı hücum zamanı öldürülüb.
Kabul dovşandodağı
Kabul dovşandodağı (lat. Lagochilus cabulicus) - dovşandodaq cinsinə aid bitki növü.
Kabus-ada
Kabus ada — əvvəllər coğrafi xəritələrdə göstərilən, indi isə mövcud olmayan adalara deyilir. Kabus adalar mifik adalardan fərqləndirici cəhət ondan ibarətdir ki, mifik adalar kabus adalar kimi müzakirə edilməyib. Kabus adalara aysberqləri göstərmək olar. Bu adalar tədricən yox olmuşlar. == Bəzi kabus adalar haqqında == == Həmçinin bax == İtmiş şəhərlər == Ədəbiyyat == Henry Stommel Lost Islands: The Story of Islands That Have Vanished from Nautical Charts. University of British Columbia Press, 1984.
Kabus ada
Kabus ada — əvvəllər coğrafi xəritələrdə göstərilən, indi isə mövcud olmayan adalara deyilir. Kabus adalar mifik adalardan fərqləndirici cəhət ondan ibarətdir ki, mifik adalar kabus adalar kimi müzakirə edilməyib. Kabus adalara aysberqləri göstərmək olar. Bu adalar tədricən yox olmuşlar. == Bəzi kabus adalar haqqında == == Həmçinin bax == İtmiş şəhərlər == Ədəbiyyat == Henry Stommel Lost Islands: The Story of Islands That Have Vanished from Nautical Charts. University of British Columbia Press, 1984.
Kabus ağacqurbağası
Kabus ağacqurbağası (lat. Triprion) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin ağacqurbağaları fəsiləsinə aid heyvan cinsi.
Kabus gəmilər
Kabus gəmilər — XV əsrdən etibarən, dəniz səyahətləri zamanı görüldüyü iddia edilən gəmilərə verilən ümumi ad. Orta əsr salnamələrində, kabus gəmi ilə rastlaşmaq bir gəmi kapitanı üçün ən böyük uğursuzluq hesab olunurdu. Müxtəlif vaxtlarda, kabus gəmilərin mövcudluğu haqqında fikirlər səsləndirilmişdir. Əfsanələrə görə ən məşhur kabus gəmi Uçan Hollandiyalı hesab olunur. Gəmi haqqında rəvayətlər, XV-XVI əsrlərdə meydana gəlmişdir və onun müxtəlif variantları var. Bir neçə rəvayətlərə görə, gəminin kapitanı söz vermişdir ki, o, məhşər kimi vaxt lazım olarsa Ümid burnunu dolanıb keçəcək. Başqa rəvayətdə isə kapitanın Van der Straatenin günahlarına görə gəminin lənətləndiyi söylənilir. Kabus gəmilər haqqında olan rəvayətlər və əfsanələr əsasən, fantastik məzmun daşıyırdı. Gəmilərin uça bilməsi və ya suyun altına girib, yenidən suyun üzünə görünməsi kimi söyləntilər, insanların bütün bunları yalnız əfsanə kimi qəbul etməsinə səbəb olmuşdur. Ancaq 1872-ci ilin 4 dekabr tarixində, saat 13:00-da Dei Gartia gəmisinin, sonralar kabus gəmi adlandırılaçaq Meri Kalest gəmisi ilə qarşılaşması, kabus gəmilərin həqiqətən mövcud olması ehtimalını uzun müddət gündəmdə saxlamışdır.
Kabus ordu
Kabus ordusu (ing. The Ghost Army və ya rəsmi adı ing. 23rd Headquarters Special Troops, qısaca ing. 23rd Special Troops) — İkinci dünya müharibəsi zamanı Alman Ordusunu aktiv olaraq yanıltmaq üçün istifadə olunmuş ABŞ Ordusunun gizli hərbi birliyidir. Kabus ordusu 1100 nəfərdən ibarət olub və 1944-1945-ci illərdə 20-yə yaxın çaşdırıcı qurma döyüşlər hazırlayıblar.Kabus ordusu ilə bağlı məlumatlar 1996-cı ilə qədər gizli saxlanılıb. Sonradan bununla bağlı bir neçə sənədli film çəkilib.