Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kakalos
Kakalos — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Kokolos Astara rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Kokalos variantında da qeydə alınmışdır. Kəndi XIX əsrdə Lənkəran qəzasının Butasar kənd icmasına məxsus bir neçə ailə daimi yaşayış məntəqəsinə çevirmişdir. Oykonimin koko/koka (qədim türk dillərində "vəhşi", "qəzəbli, quduz") və los/lus (TalıŞərq "çölpiŞiyi") sözlərindən ibarət olub, "vəhşi çöl pişiyi" mənasını bildirdiyi güman edilir. Bəzi mənbələrdə isə bu ad evlər yığnı mənasını verir.Yəqin ki, kəndin ərazisində vaxtilə bu heyvanlar qorunduğu üçün ərazi belə adlandırılmışdır. Kənddə bir məktəb, bir mədəniyyət evi və bir məsçid vardır. == Tarixi == Bu kəndin adı rəsmi qeydiyyatda "Kakalos" kimi göstərilir. "Kakalos" sözünün mənası talış dilindən götürülmüş "kə"-ev,"los"-yığım, yəni evlər yığımı deməkdir.
Kataloq
Kataloq (yunanca: κατάλογος (katalogos) – siyahı) — tapılmasını asanlaşdırmaq məqsədilə müəyyən bir növbəyə salınmaqla tərtiblənmiş əşyaların (kitabların, əlyazmaların, şəkillərin, muzey eksponatlarının, malların və s.-nin) siyahısıdır; həmin siyahının nəşr olunduğu bəzən şəkilli olan məlumat kitabıdır. Kataloq sözü digər mənalarda da işlənə bilər: faylları saxlamaq üçün sərt diskdə ayrıca sahə: eyni tipli faylların bir kataloqda saxlanması onların sonradan tapılmasını asanlaşdırır; əməliyyat sistemində faylların yerləşmə yerini təyin etmək üçün istifadə olunan sistemli siyahı; bir qayda olaraq, oxucuların düzgün istiqamət seçməsi üçün girişin, başlıqların olduğu çoxrəngli, çoxsəhifəli nəşr; predmetlərin sistemləşdirilmiş siyahısını əks etdirən normativ istehsalat, soraq və ya reklam nəşri; kataloqda malların siyahısı, hətta malların fotoşəkilləri və xarakteristikaları ilə bərabər bəzi mal qrupları öz əksini tapır; kitabxanada mövcud olan sənədlərin biblioqrafik informasiyalarını əks etdirən, məzmununu açan və lazımi sənədlərin kitabsaxlayıcıdan axtarılıb tapılmasına imkan verən sadə informasiya axtarışı sistemi; maşın informasiya daşıyıcılarında göstəriciləri, istinadları və verilənlər ünvanları olan cədvəl; verilənlər yığımının yerləşməsini göstərən və əməliyyat sistemi tərəfindən idarə edilən kataloq. == E-kataloq == Hazırda qlobal səviyyədə İKT nin inkişafı əsasən veb texnologiyaların, o cümlədən internet servisinin dinamik inkişafı mövcud xidmətlərin elektron variantının hazırlanmasına səbəb olmuşdur. Elektron ticarət, elektron kommersiya, elektron təhsil və s. O cümlədən bildiyimiz fiziki kataloqları da indi elektron kataloqlar əvəzləməkdədir. Kitabxanalar, şirkətlər və s. qurumlar kütləvi şəkildə e-Kataloq servisindən istifadə etməkdədirlər. Dünya məkənında olduğu kimi Azərbaycan da elektron kataloq anlayışı inkişaf etməkdə və nəticə etibarı ilə müvafiq internet resurslar hazırlanmaqdadır. Növbəti linklər bu resursların bəziləri və ən populyarlarıdır. == Xarici keçidlər == Baku Info Arxivləşdirilib 2019-08-31 at the Wayback MachineKataloq.net Arxivləşdirilib 2009-01-06 at the Wayback MachineDirectory.Az Arxivləşdirilib 2016-12-12 at the Wayback MachineAzərbaycan Biznes Bələdçisi Arxivləşdirilib 2011-01-28 at the Wayback Machine == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Kaşalot
Kaşalot (lat. Physeter catodon; Physeter macrocephalus) — balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü. == Görünüşü == Yetkin erkəklərinin uzunluğu 20 m, kütləsi 50 t-a çatır. Dişilərin 11–13 m. Bədən forması damcıvaridir. Başı nəhəngdir, erkəklərdə bədənin 1/3, dişilərdə 1/4 çatır, öndən kütdür. S -formalı cütsüz nəfəs borusu başın ön hissəsində, orta xətdən solda yerləşir. Baş bədəndən az-sezilən boyunla ayrılır. Sinə üzgəcləri qısa, enli, yumruvaridirlər.Quyruq üzgəclərinin bıçaqları böyük, bir-birindən dərin oyma ilə ayrılırlar. Bel üzgəci alçaq və qozbelvaridir.
Karlos
Karlos — ad və soyad. Karlos Marin — ispaniyalı bariton və İl Divo qrupunun üzvü. Karlos Alazraki — ABŞ aktyoru. Karlos — İspaniya kralı II Filipin ən böyük oğlu və varisi. Karlos Alberto Parreyra — Braziliyalı futbol mütəxəssisi Karlos Qon — Braziliya-Fransa-Livanlı bir iş adamı Karlos Mensia — ABŞ aktyoru. Karlos Slim Xel — meksikalı biznesmen Karlos Xuan Finley — sarı sətəlcəm araşdırmalarını edən kubalı elm adamı.
Fərid Kazakov
Fərid Kazakov (tam adı: Fərid Kamil oğlu Kazakov; 24 dekabr 1997, Bakı) — Tatar əsilli Azərbaycan rəqqası, balet artisti, xoreoqraf, baletmeyster. Fərid Kazakov Bakı Xoreoqrafiya Akademiyasının məzunu, xoreoqrafiya üzrə dünya rəqs olimpiadası, beynəlxalq Moskva müsabiqə-festivalının ikiqat qalibi və digər nüfuzlu yarışların laureatıdır.Kazakov həmçinin bir sıra beynəlxalq və Ümumrusiya müsabiqələrinin qalibi, "Rusiyada İtaliya Gecələri" Beynəlxalq müsabiqə-festivalının baş mükafatının sahibi, Azərbaycan, Rusiya və Gürcüstanın çoxqat çempionu, "Zabradance" Bakı gimnastika və rəqs məktəbinin baş məşqçisi və Moskva "Olympus Grace" gimnastika və rəqs məktəbinin yaradıcısı və rəhbəridir. == Yaradıcılığı == Fərid Kazakovun hələ uşaq yaşlarında sirk tamaşasında gördüyü hava gimnastikasından gimnastika və rəqsə həvəsi yaranır. Sonra valideynləri Fərid üçün Bakı Gimnastika Məktəbinə müraciət edir. Orada komissiya dərslər üçün lazım olan təbii məlumatların olmaması səbəbindən onu qəbul etmir. Çox keçmədən yaxşı nəticələr göstərməyə başlayır və sonradan müxtəlif yarışlarda qalib gəlir. O, xoreoqrafiya dərslərində yaxşı nəticələr göstərir. Təlimçilərin məsləhəti ilə valideynləri Fəridi həmin vaxt Bakı Xoreoqrafiya Məktəbinə (indiki Bakı Xoreoqrafiya Akademiyası) göndərir. Qəbul imtahanlarında bədii rəhbər, Azərbaycanın balet artisti, Azərbaycan SSR xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu baletmeysteri Tamilla Şirəliyeva Fəridin istedadını xüsusi qeyd edir. T. Şirəliyeva Fəridlə maraqlandıqdan sonra onu öz sinfinə qəbul edir və daha sonra ona "Qu gölü" baletindən "Rus rəqsi"ni verir.
Katalon dili
Katalan dili — Hind-Avropa dillərinin roman dilləri qrupunun oksitan-roman yarımqrupuna aid olan dil.
Katalon kremi
Katalon kremi (kat. La Creme, isp. Crema catalana)-Müqəddəs Yusifin kremi hesab edilir.Katolik mətbəxinin milli desertidir. == Haqqında == Katalon kremini Fransızların kre-ybrule ilə bəzən oxşadırlar, belə ki, onu qaymaqda yox süddə hazırlayırlar. == Əsas komponentlər == Süd, yumartanın sarısı, şəkər tozu. Bəzən zövqə görə ədviyyatlarda qatılır. Soyuq halda hazırlanan kremin üzərinə şəkər tozu tökülür ki, yüksək temperaturda şəkər tozu xırcıldayan lay əmələ gətirsin. Bəzən nişasta və un da əlavə edilən reseptlər mövcuddur.
Nikolas Kanales
Nikolas Sebastian Kanales (isp. Nicolás Sebastián Canales Cala; d. 27 iyun 1985, Santyaqo, Çili) — Neftçi Bakı klubunun keçmiş və Çili milli futbol komandasının hücumçusu. == Karyerası == Nikolas Kanales 1985-ci ildə Çilinin Santyaqo şəhərində anadan olub. Uşaqlıqda Universidad de Chile klubunun futbol akademiyasında oynayıb, 2005-ci ildə isə bu klub ilə müqavilə imzalayıb. Gələn il Nikolas doğma komandasını tərk edir və Portuqaliyada Benfika B klubunda, daha sonradan Gondomar komandasında top qovur. 2007-ci ildə yaxşı formada olan Nikolas Kanales Rumıniyanın köklü klublarında olan ÇFR Kluj ilə 3 illik müqavilə imzalayır, lakin ÇFR-də əsas heyətə düşə bilmir və 2008-ci ili icarə əsasında Union Espanola, 2009-cu ili isə Cobresal klubunda keçirir. 2010-cu ildə Nikolas Kanales Çiliyə qayıdır və Palestino klubu ilə iki illik müqavilə imzalayır. Burada Nikolas əsas oyunçulardan birinə çevrilir, 73 oyuna 34 qol vurur və 2012-ci ilin mart ayında Çili milli futbol komandasına çağırılır. 2012-ci ildə Nikolas Kanales Neftçi Bakı klubuna transfer olunur və hal-hazırda Nikolas Azərbaycan Premyer Liqası 2012/2013-ün ən yaxşı bombardiridi.
Qazaros Avakyan
Qazaros Avetisoviç Avakyan (erm. Ղազարոս Ավետիսի Ավագյան, rus. Газа́рос Авети́сович Авакя́н; 15 mart 1918 və ya 12 sentyabr 1918, Çaykənd, Yelizavetpol qəzası – 22 yanvar 1945) — erməniəsilli SSRİ hərbçisi, leytenant. O, İkinci Dünya müharibəsində iştirak etmişdir. == Həyatı == Qazaros Avetisoviç Avakyan 12 sentyabr 1918-ci ildə Yelizavetpol qəzasının Çaykənd kəndində anadan olmuşdur. O, 1940-cı ildən Sovet Ordusunda xidmət edərək İkinci Dünya müharibəsində iştirak etmişdir. Avakyan müharibə illərində, 1943-cü ildə Smolenskdə, 1944-cü ildə isə Belorusiyada gedən döyüşlərdə vuruşmuşdur. O, 22 yanvar 1945-ci ildə Polşada, Ostrolenka şəhəri uğrunda gedən döyüşlərdə həlak olmuşdur. == Təltif və mükafatlar == Qazaros Avakyan "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. O həmçinin, ölümündən sonra, 24 mart 1945-ci il tarixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Qazaros Ağayan
Qazaros Stepanoviç Ağayan (erm. Ղազարոս Աղայան; 4 (16) aprel 1840, Xaçın, Gürcüstan quberniyası – 20 iyun (3 iyul) 1911, Tiflis) — erməni pedaqoqu və yazıçısı. == Həyatı == Qazaros Stepanoviç Ağayan 16 aprel 1840-cı ildə o vaxtlar Rusiya imperiyasına bağlı olan Gürcüstanın Xaçın kəndində anadan olmuşdur. Pedaqoji görüşlərində Konstantin Uşinskinin təliminə əsaslanmışdır. Ağayan məktəbi dinin təsirindən qurtarmağı, xalqa yaxınlaşdırmağı tələb edirdi. Ağayan erməni dili dərsliklərinin müəllifidir. "Həyatımızın əlamətdar hadisələri" (1893) və "Harutyun və Manvel" (1867) adlı xatirə əsərləri var. "İki bacı" (1872) romanında 1860–1870-ci illərdə erməni kəndindəki ictimai ziddiyyətlər əks olunmuşdur. Ağayan görkəmli uşaq yazıçıdır ("Gülnaz nənənin nağılları", 1904 və s.). Azərbaycan folkloruna yaxından bələd olmuş, haqqında qiymətli fikirlər söyləmişdir.
Rüstəm Kazakov
Rüstəm Kazakov Abdulla oğlu (krımtat. Rustem Abdulla oğlu Kazakov, Рустем Абдулла огълу Казаков, rus. Русте́м Абдулла́евич Казако́в; 2 yanvar 1947, Daşkənd) — klassik növ Sovet güləşçisi, olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1969), SSRİ-nin əməkdar məşqçisi, olimpiya çempionu olmuş ilk krım tatarı. == Həyatı == Rustem Kazakov 1947-ci ildə Daşkənddə Krım tatarları ailəsində anadan olmuşdur. 1959-cu ildə güləşə başladı, 1963-cü ildə Özbəkistan çempionatını, 1963-cü ildə və 1964-cü ildə gənclər arasında SSRİ çempionatını qazandı. 1965-ci ildə Bolqarıstanda karyerasında ilk beynəlxalq turniri qazandı, amma artıq böyüklər arasında. 1967-ci ildə Buxarestdə keçirilən Dünya Çempionatında yeddinci yeri tutdu. 1968-ci ildə Mexiko şəhərində keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmək üçün olimpiya komandasına daxil edildi, ancaq məşqdə aldığı zədə səbəbiylə yarışamadı.Münhendə keçirilən 1972 Yay Olimpiya Oyunlarında 57 kiloqram (yüngül çəki) çəki dərəcəsində mübarizə apardı. Aşağıdaki döyüşlərdə iştirak etmişdir: ilk turda hakimin qərarı ilə Alam Mir (Əfqanıstan) üzərində qələbə çaldı ikinci turda Xristo Traykova məğlub oldu üçüncü turun 9-cu dəqiqəsində tuşe ilə Yuzef Lipenə (Polşa) qalib gəldi dördüncü turun 5-ci dəqiqəsində tuşe ilə Oton Moskidisə (Yunanıstan) qalib gəldi beşinci turda hakimin qərarı ilə İkui Yamamotonu (Yaponiya) məğlubiyyətə uğratdı altıncı turda iştirak etmədi yeddinci turda hakimin qərarı ilə Yanoş Varqaya (Macarıstan) qalib gəldi final qarşılaşmasının üçüncü dəqiqəsində tuşe ilə Hans-Yürgen Veylə qalib gəldi və Olimpiya Oyunlarının çempionu oldu1963–1967-ci ildə "Dinamo" (Daşkənd) klubunda çıxış edirdi, 1968–1975-ci illərdə "Silahlı Qüvvələr" (Daşkənd) klubunun üzvü oldu, 1875-ci ildən isə "Silahlı Qüvvələr" (Moskva) klubuna keçdi. İki qat dünya çempionu (1969, 1971), dünya çempionatının gümüş mükafatçısı (1973), dünya çempionatının bürünc mükafatçısı (1970), Avropa çempionatının bürünc mükafatçısı (1967), 1971-ci il SSRİ çempionu.
Sistemli kataloq
Sistemli kataloq - biblioqrafik yazıların bilik sahələri üzrə sənədlərin müəyyən təsnifat sisteminə uyğun olaraq yerləşdiyi kitabxana kataloqudur. Sistemli kataloq üçün əlifba-predmet göstəricisi (ƏPG) sistemli kataloq yardımçı aparat–sistemli kataloqda əks edilmiş sənədlərin məzmununu açıqlayan predmet rubrikalarının əlifba siyahısı və müvafiq təsnifat indeksləridir. ƏPG-nin hər bir sözü ayrıca kartlara yazılır. Bu kartlar sistemli kataloqun məxsusi ayrılmış qutusunda əlifba sırası ilə düzülür. Sistemli kataloq üçün əlifba-predmet göstəricisi sistemli kataloq üçün bir növ “açar” rolunu oynayır. O, sizə lazım olan kitabı harada, hansı bölmədə və hansı indeks altında axtarmaq lazım olduğunu göstərir. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Tapdıq Kamalov
Tapdıq Cəlal oğlu Kamalov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1939-cu il aprelin 20-də Masallı rayonunun Hacıtəpə kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsini bitirmişdir. Rus dilini bilir. Subaydır. == Siyasi fəaliyyəti == 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.Bitərəfdir. 2000-ci il noyabrın 5-də 70 saylı Yardımlı-Masallı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası sədrinin müavini olmuşdur.
Vasili Kazakov
Vasili İvanoviç Kazakov (rus. Василий Иванович Казаков; d. 18 iyul 1898, Filipovo — ö. 25 may 1968) — SSRİ artilleriya marşalı, İkinci dünya müharibəsi iştirakçısı və Sovet İttifaqı Qəhrəmanı. == Bioqrafiya == === İlk illəri === 1898-ci ildə Nijni Novqorod quberniyasında Flipovoda kəndli ailəsində anadan olmuşdur. 1915-ci ildə İmperiya ordusuna qatılaraq Birinci dünya müharibəsində iştirak etmişdir. 1917-ci ilin əvvəllərində Riqa yaxınlığında yaralandığından Sankt Peterburqdakı ehtiyat birliyə köçürülmüşdür. Ordu dağılandan və Rusiya vətəndaş müharibəsi başladıqdan sonra ordudan tərxis edilmişdir. Tezliklə o, könüllü şəkildə yeni yaradılmış Qırmızı orduya qatılaraq artileriya komandanı olmuş, Rusiya vətəndaş müharibəsi və Polşa-Rusiya müharibəsində iştirak etmişdir. 1925-ci ildə Moskva Artileriya Akademiyasını bitirmiş, 1932-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuşdur.
Vladimir Kaçalov
Vladimir Yakovleviç Kaçalov (rus. Влади́мир Я́ковлевич Кача́лов) - Sovet Sosialist Respublikaları İttifaqının hərbi xadimi. Böyük Vətən Müharibəsinin ilk dövründə 28-ci Ordunun komandanı olmuş general-leytenant. 1941-ci ildə sovet-alman müharibəsi başlayan zaman Kaçalov Arxangelsk hərbi dairəsinin tərkibində yaradılmış 28-ci Ordunun komandanı olmuşdur. Sözügedən ordu 21 iyul tarixində onun rəhbərliyi altında Qərb cəbhəsinə göndərilmişdir. 28-ci Ordunun almanlarla apardığı döyüşlər zamanı Kaçalovunda içində olduğu birləşmə Smolensk yaxınlığında itkin düşmüşdür. Sovet xüsusi xidmət orqanları generalın əsir düşdüyünü İosif Stalinə məruzə edirlər. 16 avqust tarixində Ali Baş Komandalıq tərəfindən 270 saylı əmr imzalanmışdır. Əmrdə Kaçalovun və bir necə başqa genaralların adları çəkilərək, qorxaqlıq göstərərək əsir düşməkdə ittiham olunurdular. Vətənə xəyanətdə günahlandırılan generalın arvadı və qayınatası 8 il müddətinə həbs edilmişdir.
Fort-Kavasos
Fort Hud - dünyada ən iri ABŞ hərbi bazası 1942-ci ildə tikilmiş Fort Hud dünyada ən iri ABŞ hərbi bazasıdır. ABŞ-nin Texasda ştatının Fort Hood şəhərində yerləşir. Burada 40 min hərbçi var, ailə üzvləri və digər mülki şəxslərlə birlikdə bazanın sakinlərinin sayı 80 minə çatır. Bazada iki muzey, məktəblər, xəstəxana və göl var. 2009-cu ilin noyabr ayının 5-də burada mayor Malik Nadal Hasan silahsız əsgərləri atəşə tutması nəticəsində 13 nəfər ölüb, 31 nəfər yaralanıb.
II Karlos
II Karl (İspaniya kralı)
Karlos Alazraki
Carlos Jaime Alazraqui (ing. Carlos Alazraqui; 20 iyul 1962, Yonkers, New York) — ABŞ aktyoru.
Karlos Ezquerra
Carlos Sanchez Ezquerra (d. 12 noyabr 1947 – ö. 1 oktyabr 2018, İspan cizgi roman sənətçisidir. İngiltərədə çıxan cizgi roman layihələri üçün çalışmış və həyatını Andorra şəhərində davam etmişdir.Onun ən məşhur əsəri Judge Dredd-dir. İspan cizgi roman sənətçisi Karlos Ezquerra 2018-ci il oktyabrın 1-də ağ ciyər xərçəngindən 70 yaşında ölmüşdür.
Karlos Gosn
Karlos Qon (port. Carlos Ghosn; fr. Carlos Ghosn; əsl adı Karlus Qüsn; ərəb. كارلوس غصن‎, ALA-LC transkripsiyası: Kārlūs Ghuṣn; 9 mart 1954[…]) — Braziliya-Fransa-Livanlı bir iş adamıdır. O indi, Fransada olan Reno və eyni zamanda Yaponiyanın Nissan şirkətlərinin baş aparıcı müdiri (BAM ya CEO) və başqanıdır. Onun adı Nissan şirkətinə girəndan sonra dillərə düşdü. O Yaponiyanın ən böyük şirkətlərinin biri sayılan Nissanın aparıcılığın ələ alandan sonra nəhayət dərəcəli başarılara əl tapıb və o şirkəti yerə yıxılmaqdan qurtardı. Karlos, Forçun (Fortune) Asia versiyası olan dərgisi tərəfindən "2003-cü İlin Adamı" seçilib və indi başqa işlərinin yanında, Alkoa (Alcoa), Sony və IBM şirkətlərində bord üysidir. O Nissanın baş aparıcı müdirlüyünü əlində saxlayaraq 2005-ci ildə Renonun baş aparıcı müdirü oldu və Lüis Şuvatzer mükafatını qazandı.
Karlos Kastanyeda
Karlos Kastanyeda (25 dekabr 1925[…] – 27 aprel 1998[…], Los-Anceles, ABŞ) — yazıçı. == Həyatı == Karlos Kastanyeda adı ilə tanınan Sezar Salvador Aranyanın doğum tarixi və məkanı ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Bəzi mənbələr onun 1925-ci il 25 dekabrda Perunun Kaxamarka şəhərində, digərləri isə 1935-ci ildə Braziliyanın San Paulo şəhərində dünyaya gəldiyi qənaətindədir. Anadan olarkən anasının on beş, atasının on yeddi yaşı olmuşdur. Aranyanı xalalarından biri böyütmüşdür. Lakin onu altı yaşında olarkən itirmişdir. İyirmi beş yaşında isə doğma anası vəfat etmişdir. On beş yaşında ikən valideynləri Aranyanı ABŞ-yə göndərmişlər. Orta təhsil almaq üçün ona San-Fransiskoda ailə də tapmışlar. Məktəbi bitirdikdən (Hollywood High School) sonra Aranya Milana İncəsənət Akademiyasında təhsil almaq məqsədilə getsə də, istəyi baş tutmamış, Kaliforniyaya qayıtmalı olmuşdur.
Karlos Kastenada
Karlos Kastanyeda (25 dekabr 1925[…] – 27 aprel 1998[…], Los-Anceles, ABŞ) — yazıçı. == Həyatı == Karlos Kastanyeda adı ilə tanınan Sezar Salvador Aranyanın doğum tarixi və məkanı ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Bəzi mənbələr onun 1925-ci il 25 dekabrda Perunun Kaxamarka şəhərində, digərləri isə 1935-ci ildə Braziliyanın San Paulo şəhərində dünyaya gəldiyi qənaətindədir. Anadan olarkən anasının on beş, atasının on yeddi yaşı olmuşdur. Aranyanı xalalarından biri böyütmüşdür. Lakin onu altı yaşında olarkən itirmişdir. İyirmi beş yaşında isə doğma anası vəfat etmişdir. On beş yaşında ikən valideynləri Aranyanı ABŞ-yə göndərmişlər. Orta təhsil almaq üçün ona San-Fransiskoda ailə də tapmışlar. Məktəbi bitirdikdən (Hollywood High School) sonra Aranya Milana İncəsənət Akademiyasında təhsil almaq məqsədilə getsə də, istəyi baş tutmamış, Kaliforniyaya qayıtmalı olmuşdur.
Karlos Kavai
Karlos Kavai (30 iyul 1969) — Braziliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Karlos Kavaiy Braziliyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Karlos Kavaiy Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Karlos Klaveriye
Karlos Klaveriye (19 sentyabr 1996) — Venesuelanı təmsil edən üzgüçü. Karlos Klaveriye Venesuelanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karlos Klaveriye birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:01.13 saniyəlik nəticəsi ilə 30-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Karlos Lamas
Karlos Saavedra Lamas — Argentinanın sabiq xarici işlər naziri; Nobel Sülh Mükafatı laureatı (1936) 1936-cı ildə Boliviya ilə Paraqvay arasındakı müharibəni bitirmək üçün mübarizə apardığına görə ona Nobel Sülh Mükafatı verilmişdir. Lamas vəfat edəndən sonra mükafat bir neçə nəfərin əlinə keçir. 1990-cı illərin əvvəllərində isə onu bir amerikalı kolleksiyaçı Cənubi Amerika ölkələrinin birindəki zərgərlik dükanından almışdı. 2014-cü ilin martında isə ABŞ-nin Merilend ştatındakı "Stack's Bowers" auksion evi həmin mükafatını rekord qiymətə - 1,1 milyon dollara satmışdır.