Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kazarka
Vəhşi qaz (lat. Branta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Ümumi xüsusiyyəyləri == Vəhşi qazlar ölçüsünə görə qazlardan kiçikdirlər. Onların boyunları və dimdikləri nisbətən qısa olur. Vəhçi qazların uzunluğu 60sm-ə, kütləsi isə 8 kq-a qədər olur. Vəhşi qazların hazırda 6 növü var. == Yayılması == Havay qazından başqa digər növləri Avrasiya və Şimali Amerikada yüvalayır..
Kazanka (Arxangel)
Kazanka (başq. Казанка, rus. Казанка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd İnzer kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 13 km, kənd sovetliyindən (Mışatkan): 5 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 5 km. Kənd ərazisindən İnzer çayı axır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (74%) üstünlük təşkil edir.
Kazanka (Baltas)
Açay (rus. Асавка, başq. Аҫау) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 11 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 38 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 104 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (94%) üstünlük təşkil edir.
Kazanka (Baymak)
Kazanka (başq. Казанка, rus. Казанка) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Mukas kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 30 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 6 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar, ruslar, mordvalılar üstünlük təşkil edir.
Kazarka cinsi
Qırmızıdöş kazarka
Qırmızıdöş qaz (lat. Branta ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin vəhşi qaz cinsinə aid heyvan növü. Status. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür. Yayılması. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır. Yaşayış yeri. Dəniz sahilləri, göllər, çayların mənsəbi.
Kavaşra
Kavaşra (ərəb. الكواشرة‎, həmçinin Kaveyşra və ya Kouvşra kimi də yazılır), Livanın Əkkar bölgəsinə daxil olan eyni adlı mühafəzədə yerləşən kənd. Livan türkmənlərinin Livanda ən kompakt yaşadığı yer olan Kavaşra ölkə paytaxtı Beyrut şəhərindən 131 km şimalda, Tərabülüs əş-Şam şəhərindən isə 38 km məsafədə yerləşir. == Yerləşməsi == Kavaşra, Əkkar mühafəzəsində, Əl Qoubaiyat yaxınlığında, Tərabülüs əş-Şam şəhərindən təxminən bir saatlıq avtomobil məsafəsində yerləşir. Kənd dəniz səviyyəsindən 700–800 metr (2,300–2,600 fut) hündürlükdə, düzənlik ərazidə yerləşir. Kənddə kiçik süni göl var. Kənd Suriya-Livan dövlət sərhəddində yerləşir. == Əhali == Kavaşra əhalisi Livan türkmənlərindən ibarətdir və kənddə 2.800 nəfər yaşamaqdadır. Əhalinin əsas məşğuliyyəti əkinçilikdir. Kənd sakinləri əsas etibarı ilə Gələcək Hərəkat adlı siyasi partiyanı dəstəkləməkdədirlər.
Kazarma
Kazarma və ya Qışla, hərbçilər, hərbi heyət, hərbi təşkilat və hərbi hissə üçün inşa edilmiş bir bina və ya bina qrupudur. Söz ayrı-ayrı bloklara və ya bütün komplekslərə tətbiq oluna bilər. Cəm forması ümumiyyətlə tək bir quruluşa aiddir və konstruksiyada tək ola bilər. Kazarmanın əsas məqsədi əsgərləri mülki əhalidən ayırmaq və nizam-intizamı və təhsili gücləndirməkdir. Onlara “əsgərlər üçün intizam zavodları” deyilirdi. Sənaye fabrikləri kimi bəziləri, məsələn Dublindəki Collins kazarması və Paris, Berlin, Madrid, Vyana və ya Londondakı kimi möhtəşəm memarlığı ilə tanınmasına baxmayaraq, bəzilərinin kölgəli və ya donuq binalar olduğu düşünülür. Türkiyədə ilk kazarma olan Səlimiyə kazarması İstanbulun Üsküdar regionunda III Səlim tərəfindən 1828-ci ildə Nizâm-ı Cedîd əsgərləri üçün tikilmişdir. == Tarixi == Qədim Roma İmperiyasının pretorianları kimi erkən kazarmalar, elit qüvvələri qorumaq üçün inşa edilmişdi. Vercovicium və Vindolanda kimi sərhəd qalalarında Roma ordusu kazarmasının bir neçə qalığı vardır. Bu və müasir Roma mənbələrindən əldə edilmiş məlumatlardan aydın olur ki, bir hərbi düşərgədəki həyatın təməlləri min illərdir sabit qalmışdır.
Kazatsa
Kazatsa (it. Casazza) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 3481 nəfər, əhalinin sıxlığı 497 nəfər/km²-dir. Sahəsi 7 km² ərazini tutur. Poçt kodu - 24060. Telefon kodu - 035. Müqədəs şəhid Lourens kommunanın himayədarı hesab olunur və 10 avqustda onun üçun bayram qeyd edilir.
Kaşanka
Kaşanka, Almaniyada Qryuçvusrt (pol. kaszanka, alm. Grützwurst) — müxtəlif növə malik ət kolbasalardan biridir. Almaniyada kaşanki kolbasasının perlo növü daha geniş yayılmışdır (Graupenwurst). == Tərkibi == donuz əti, donuz piyi, donuz qanı, duz, istiot, qarğadalı == Hazırlanması == Almaniya və Polşada kaşanka kolbasasının üç növü var - liver, krovya və sırovlya. Müxtəlif regionda müxtəlif inqredientlərdən istifadə edilir. Hazırlanmasında əsasən donuz ətindən istifadə olunur. Polşada qarğıdalıda əlavə edilir. Bütün kolbasaya aid olan məhsullar əlavə edilir 1 saat yarım bişirilir. Almaniyanın şimalında kaşankanın başqa növü yayılmışdır.
Kamaka
Kamaka adası (fr. Kamaka) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Adanın sahəsi 0,5 km²-dir. Maksimal hündürlüyü 166 metrdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatına əsasən adada 4 nəfər yaşayır.
Qazaka
Qazaka — Azərbaycanın ən qədim şəhərlərindən biri, Atropatena hökmdarlarının yay iqamətgahı, Atropatena dövlətinin paytaxtı, Azərbaycanda, eləcə də bütün Şərq zərdüştiliyin əsas ibadətgahlarından, böyük mədəniyyət mərkəzlərindən biri, zəngin şəhər olmuşdur. == Etimologiyası == Şəhərin adı qədim yunan dilli mənbələrdə Qazaka kimi qeyd edilir. Qazaka ərəb işğalları dövründən etibarən mənbələrdə Cənzə və ya Şiz adlandrılır. "Şiz" və ya "şiçikan" sözünə pəhləvi dilli mənbələrdə tez-tez rast gəlmək olur. Pəhləvi dilində bu söz xəzinə və yaxud ləl-cəvahirat saxlanan yer anlamında işlədilirdi. Erməni dilli mənbələrdə "Qandzak" və ya "Kandzak" formasında verilmiş bu ad ərəblərdə "Cənzə", farslarda isə Gəncə formasında işlədilmişdir. Məhz buna dayanan İran alimləri şəhərin adını fars dilləri vasitəsiylə izah etməyə çalışırlar. Qiyasəddin Qeybullayevin saklar haqqındakı araşdırmaları zamanı bəlli olmuşdur ki, həm Qazaka (Gəncək), həm də Şimali Azərbaycandakı Gəncə şəhəri sakların məskunlaşdığı ərazidə yaranıb formalaşmış, hətta Şimali Azərbaycandakı Gəncə şəhəri uzun müddət Sak çarlığının siyasi mərkəzi – paytaxtı olmuşdur. Həmçinin Orta Asiyada da sakların məskunlaşdığı yerdə Gəncə sözü ilə bağlı bir neçə toponim, oronim və etnonim olmuş, onlardan bəziləri günümüzə qədər çatmışdır. Q.Qeybullayev Şimali Azərbaycandakı Gəncə və Cənubi Azərbaycandakı Gəncək şəhərlərinin adının sakların ən böyük tayfalarından biri olan gəncəklərinadı ilə bağlı olduğunu isbat etmişdir.
Karaka
Firmiana (lat. Firmiana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Erythropsis Lindl. Karaka Raf.
Kaska
Dəbilqə və ya kaska — başı yaranmış təhlükələrdən, əsasən yaralanma və zədələnmələrdən qoruyan baş geyimi. Dəbilqə, əsasən, zərbəyə davamlı materiallardan hazırlanır. Ondan müxtəlif sahələrdə (idmanda, işdə və s.) istifadə edirlər.
Kazak
Kazaklar (müxtəlif dillərdə: Kozak, Kosak, Cossack, Kossak, Kazak, Rus Kazakları) — Don və Dnepr çayları yaxınlığında XV əsrdən etibarən formalaşmağa başlamış xalq. Bir çox hallarda kazaklar Qazaxıstanda yaşayan yerli qazax xalqı ilə müqayisə olunur. Ancaq hər iki xalq arasında hec bir əlaqə mövcud deyildir. Kazak sözü qədim türk dilində azad insan mənasını verir.
Gennadi Kazanski
Gennadi Sergeyeviç Kazanski (rus. Геннадий Сергеевич Казанский ; d. 1 dekabr 1910 — ö. 14 sentyabr 1983) sovet rejissoru. RSFSR əməkdar incəsənət xadimi (1974). 1964-cü ildən Sov.İKP üzvü.
I Kanişka
I Kanişka — 78-144-ci illərdə Kuşan imperiyasının xaqanı. == Həyatı == Kuşan dövləti, ən parlaq zamanını Kanişka dönəmində (78-144) yaşadı. Pişəvər şəhərinin səs-sorağı hər yana yayıldı. == I Kanişka və Hindistan mədəniyyəti == Maurilərin ardınca Kuşanlar sülaləsi (b.e-nın I-III əsrləri) qədim Hindistanın tərəqqisini yüksəklərə qaldırdı. Xüsusilə, Kanişkinin hakimiyyəti dövrü (b.e. 78-144) buraya aid edilir. B.e-nın I-III əsrlərində handhar incəsənət məktəbi mühüm yer tutdu. Bu məktəbdə Şimali Hindistan, Orta Asiya, Yunan-Roma məktəbinin ənənələri üstünlük təşkil edirdi. Bu məktəbin özüməxsusluğu Buddanın ideallaşdırılmış gözəl insan obrazında antropomorf təsvirdə verilməsi ilə izah edilir.
Vyara Vataşka
Vyara Vataşka (20 fevral 1980) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Vyara Vataşka Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Kazakh TV
Kazakh TV — Qazaxıstan Respublikasının ilk milli peyk telekanalıdır. Ölkənin ən böyük media holdinqlərdən biri olan "Xabar" ASC-nin strukturuna daxildir. Telekanal HotBird 13B, Galaxy 19, Eutelsat 36B və AsiaSat 5 vasitəsilə 118 ölkədən və dörd qitədən olan tamaşaçılara təqdim olunur. Kanalın məzmunu 100% yerli istehsaldır. Kazakh TV hazırda 300 milyondan çox tamaşaçıya malikdir. Televiziya proqramları bir neçə tematik sahələri (mədəniyyət, ənənələr, tarix, turizm və investisiya imkanları) əhatə edir. == Tarixi == Telekanal 25 oktyabr 2002-ci ildə Caspionet adı ilə yayıma başladı. 1 sentyabr 2012-ci ildə telekanal adını dəyişərək Kazakh TV oldu. Caspionet Qazaxıstanda ilk milli peyk kanalı oldu. Yerli media bazarında üç dildə (Qazax, Rus, İngilis) yayımlanan ilk 24 saatlıq telekanal, Qazaxıstanın dünyadakı əlamətinə çevrildi.
Yahiro Kazama
Yahiro Kazama (d. 16 oktyabr 1961) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib.
Kalaşa-ala
Vayqali (Kalaṣa-alâ), Nuristani Kalaşa adı ilə də tanınır, Əfqanıstanın Nuristan əyalətindəki Vayqal vadisində təxminən 10 000 nuristanlının danışdığı dildir . Öz adı " Kalaṣa-ala " qısaca: 'Kalaşa dili'dir. "Vayali" adı ise Vayqal Vadisinin yuxarı hissəsinin Vay xalqının ləhcəsinə aiddir, mərkəzi Vayqal şəhərindədir və bu ləhcə də öz növbəsində aşağı vadidə yaşayan Çima-Nişeyi xalqının ləhcəsindən fərqlidir. 'Kalaşa' sözü isə cənub Nuristan dillərində danışanların hamısının özünə doğma hesab etdiyimiz bir etnonimidir. Kalaṣa-alâ Hind-Avropa dil ailəsinə aiddir və Hind-İran qolunun cənub Nuristan qrupuna daxildir. O, öz növbəsində Zemiyaki və Treqami ilə sıx bağlıdır, sonuncu ilə leksik oxşarlıq təxminən 76% — 80% təşkil edir. O, adını Pakistanın cənubundakı Çitral rayonunda danışan Kalaşa-mun dili ilə bölüşür, lakin bu iki dil Hind-İran dillərinin müxtəlif qollarına aiddir. Vayali dilində danışanlara bəzən "Qırmızı Kalaşa", Pakistanda isə bu dildə danışanlara isə "Qara Kalaşa" deyilir. Dilçi alim Riçard Stranda görə Çitrallı Kalaşalar görünür ki, tarixi naməlum bir vaxtda cənub Çitral bölgəsinə qədər öz təsirini genişləndirmiş Nuristani Kalaşaların adını qəbul ediblər.
Kazak Hetmanlığı
Kazak Hetmanlığı (ukr. Гетьманщина; Het’manshchyna, Військо Запорозьке; Viys’ko Zaporoz’ke) - Ukraynanın mərkəzində və şimal-qərbində 1649 - 1764-cü illərdə mövcud olmuş kazak dövləti. Hetmanlığ Ukrayna ərazisində yaşayan kazaklar və Zaparoje Seçində yaşayan yerli xalqın birləməsi nəticəsində yaranmışdır. Kazak Hetmanlığının ilk hetmanı 1648 - 1657-ci illərdə hakimiyyətə olmuş Boqdan Xmelnitskidir. 1648-ci ildə Polşadan alınan müstəqillikdən sonra hetmanlıq, 1654-cü ildə Pereyaslav müqaviləsinə əsasən Rus çarlığının tabeliyinə keçmişdir. 1667-ci ildə imzalanmış Andrusova müqaviləsinə görə Kazak Hetmanlığı Rus çarlığı və Polşa arasında bölünmüşdür. Andrusova müqaviləsinin imzalanmasından sonra Ukraynada yaşayan kazaklar arasında narazılıqlar yaşanmışdır. Qısa müddətdə baş verən narazılıqlar vətəndaş müharibəsinə çevrilmişdir. Vətəndaş müharibəsi XVII əsrin sonlarına qədər davam etmişdir. 1678-ci ildə Osmanlı imperiyası hetmanlığın mərkəzinə Çigirin şəhərinə səfər təşkil etmişdir.
Kaşka (Askın)
Kaşka (başq. Ҡашҡа, rus. Кашкино) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kaşka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 40 km, ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 147 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (98 %) üstünlük təşkil edir.
İrçi Kazak
İrçi Qazaq (qum. Йирчы Къазакъ; 1830 - 1879) — qumuq şairi. == Həyatı == Qazaq Tatarxan oğlu Yırçı (1830, Tarkovsk qəzasının Müslüm (indiki Atlan) kəndi-1879). Doğum və ölüm ili dəqiq bəlli olmayan Qazaq gözəl yırlar-şeirlər söylədiyinə görə xalq arasında Yırçı Kazak kimi tanınmışdır (Azərbaycanda bu şairin adı İrçi Kazak, rus qaynaqlarında Kazak kimi yazılır. Doğulduğu bölgədə xarakterik olan bir “işdə” - qız qaçır­ma­da (gəncliyində dostuna sevdiyi qızı qaçırmasına kömək edib­miş) iştirak etdiyinə görə həbs edilib Sibirə sürgünə göndərilir. Sibirdə olarkən vətən həsrətli, nisgilli və zəmanəsindən, mə­mur­ların özbaşınalığından, haqsızlıqdan, ədalətsizlikdən bəhs edən şeirlər yazmışdır. Vətənə döndükdən sonra da yazı üslu­buna sadiq qalmışdır. Onun şeirləri arasında aşiqanə, lirik nəğ­mələr olsa da, yaradıcılığının əsasını zəmanədən şikayət, düş­mənlərinin ona etdikləri pisliklər, məmurların isə haqsızlıqlara göz yummalarının tənqidi təşkil edir. Gözəl şeirləri ilə xalqının qəlbini ovsunlayan şairi düşmənləri, təxminən, 1879-cu ildə öl­dürtdürürlər. Yırçı Kazakın ağrılı-acılı ömür yolu və zəmanədən narazılıq dolu şeirləri Sovet ideoloqlarının işinə yarayır.
Kalaşa-mun dili
Kalaşa (klskls, locally: Kal'as'amondr) Hind-ari dilləri qrupuna aid Kalaşlar tərəfindən danışılan dildir. Onlar daha çox Pakistanın Çitral rayonu of Hayber-Paxtunxva bölgəsində məskunlaşıblar. Kalaşa dilində danışan sayı təxminən 4100 nəfərdir. Bu dil nəsli kəsilməkdə olan bir dildir və Xovar dilinə doğru davam edən dil dəyişikliyi(asimiliyasiya) prosesi mövcuddur. Kalaşa(Kalaşa-mun) dilini yaxınlıqdakı Nuristan dillərinə aid Vaigali (Kalaşa-ala) dili ilə qarışdırmaq olmaz. Kalaş tədqiqatçı Badşah Munir Buxarinin dediyinə görə "Kalaşa" Əfqanıstanın Nuristan vilayəti Vayqal və orta Peç vadilərində Kalaşa vadilərinin cənub-qərbindəki bir bölgənin Nuristanlı sakinlərinin etnik adıdır. "Kalaşa" adı bir neçə əsr bundan əvvəl Çitralın cənubuna qədər genişlənən Vayqal Nuristanililərindən olan Çitralın Kalaşa danışanları tərəfindən vahid Kalaş xalqı qəbul edilmişdir. Buna baxmayaraq, hind-ari dili qrupuna məxsus Kalaşa-mun (Kalaşa) ilə Hind-İran dillərinin müxtəlif qoluna yəni İran dilləri qrupuna aid olan Nuristan dillərindən olan Kalaşa-ala (Vayqali) arasında sıx əlaqələr və ya xüsusi bir bağ yoxdur.