Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hakaton
Hakaton (ing. Hackathon) — haker neologizmi, proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Sözün mənşəyi ingiliscə "hack" və "marathon" sözləri ilə bağlıdır və "haker marafonu" mənasını verir. Hakatonun əsas məqsədi keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaqdır. == Azərbaycanda == Hakaton hərəkatı Azərbaycanda əvvəli "Baku Google Technology User Group" ilə birgə həyata keçirilmiş, sonra sərbəst fəaliyyətə keçək "Hackathon Azerbaijan" adlı layihə ilə təmsil olunur. Layihənin əsas məqsədi yerli proqramçı və texnologiya həvəskarlarının öz biliklərini yoxlama, bir-birləri ilə yarışma, yeni və praktiki biliklər qazanmasını təmin etməkdir. Bu layihə çərçivəsində aşağıdakı istiqamətlərdə yarışma və olimpiadaların təşkili nəzərdə tutulur: İnformasiya təhlükəsizliyi; Android proqramlaşdırma; Windows Mobile proqramlaşdırma; Veb proqramlaşdırma; Veb təhlükəsizlik; Chrome üçün proqram əlavələrinin yazılması; Google API. IoT — Əşyaların İnterneti Game Jam — 3D oyun proqramlaşdırması Aquahack — Su mövzusunda keçirilən hakaton Təşkil olunan yarışma və olimpiadalarda qaliblərə qiymətli hədiyyələr verilir. Azərbaycanda Hakatonlar keçirildikdən sonra bir çox dəyişikliklər hiss edilməyə başlandı. Bunlara nümunəolaraq ilk Android Hakatonlardan sonra yaradılmış mobil tətbiqlər, 3D oyunlar, yaradıcı qruplar, şirkətlərin yaradılmasını göstərmək olar.
Kalavun
Əbül-Məali əl-Məlikül-Mənsur Seyfəddin Kalavun əl-Əlfi əs-Salihi (d.1222 — ö. 1290)—Məmlük sultanı (1279–1290). == Həyatı == Qıpçaq türklərindən olub, həyatının ilk dönəmləri haqqında bilgi yoxdur. Monqolların 1244-cü ildə Dəşt-i Qıpçaqı istilası sırasında əsir düşdü. Bir kölə tüccarı tarafından Misirə götürülərək Əyyubi sultanı əl-Məlikül-Adilin məmlüklərindən Əmir Əlaəddin Ağsunqur əs-Sakiyə satıldı. Daha sonra Əyyubi sultanı əl-Məliküs-Salih Əyyuba satılan Kalavun (1249), azad edilərək Ravza adasındaki Bəhriyyə məmlükləri adı verilən yeni əsgəri birliyə daxil edildi. Mənsubu olduğu Bəhriyyə məmlüklərinin liderlərindən Farisəddin Aktayın Məmlük dövlətinin ilk sultanı İzzəddin Aybək tərəfindən öldürülməsi üzərinə bir qisim əmirlər, Baybars və diğər arxadaşlarıyla birlikdə Suriyaya qaçdı (1254). Suriya Əyyubi hökmdarı əl-Məlikün-Nasır Yusifin xidmətində gəçirdiyi üç ilin ardından Kərək hakiminin xidmətində çalışmağa başladı. 1259-cu ildə Suriya Elxanlılar dövlətinin hücumlarına uğrayınca arxadaşlarıyla bərabər Misirə dönüb yeni sultan Qotazın xidmətinə girdi. Kalavun daha sonra, Məmlük Sultanı Qotazı ortadan qaldırıb, taxta keçən I Baybars əl-Bundukdarinin yanında yer aldı.
Çakaten
Çakaten — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Saskatun
Saskatun (ing. Saskatoon) — Kanadanın Saskaçevan əyalətinin ən böyük şəhəri. Şəhər 1882-ci ildə müasir Saskaçevanın mərkəzi hissəsində, dəniz səviyyəsindən təxminən 480 m hündürlükdə Con Gölü tərəfindən qurulmuş və əyalətdə geniş yayılmış irqa növü olan Saskatoon Berryinin şərəfinə adlandırılmışdır. Şəhərin əhalisi 222,2 min nəfərdir ( 2011 ), bu Saskaçevan əyalətinin bütün sakinlərinin beşdə birindən çoxdur. Kanada şəhərləri arasında Saskatun 23-cü, metropoliten ərazisi (260,6 min) 17-ci yerdədir. Şəhərdə böyük bir Ukrayna icması var.
Kakadu
Kakadular (lat. Cacatuidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinə aid heyvan fəsiləsi.
Kaktus
Kaktuskimilər (lat. Cactaceae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Təbii yayılması == Təbiətdə 3 mindən çox kaktus növü var. Əksəriyyəti 500 il yaşayır və iri ölçülərə malik olurlar( hündürlüyə 10 m və eni bir neçə metr) Hazırda təbiətdə olan kaktus növlərinin 2/3 hissəsinə Cənubi Amerikada rast gəlinir. Quraqlıq iqlimin əlverişsiz mühitinə dözmək üçün bunlarda min illər ərzində bir sıra uyğunlaşmalar əmələ gəlmişdir. Onların yarpaqları tikana çevrilmiş və üzəri mum maddəsi ilə örtülmüşdür. Kaktuslar quraqlığadavamlı, həm də işıqsevən bitkilərdir. Gün ərzində onlara 3-4 saat gün işığı düşməlidir. Lakin qızmar günəş kaktusun cavan zoğlarını yandırır, onlar üzərində sarı ləkələr əmələ gəlir. Daha da təhlükəli olan yaz günəşidir.
Kakau
Klavdemır Ceroynımo Alfredo Bereto (Kakau) (d. 27 may 1981, San Paulo, Braziliya) — Hücumçu Alman Futbolçu.
Karasun gölü
Karasun — Krasnodar şəhərində yerləşən göllər sistemi.Əvvələr Karasun çay olmuşdur. Sonradan bəndlər vasitəsi ilə gölə çevrilmişdir Karasun çayının və gölünün adı çərkəz (adıq) mənşəli olub "карапсын" (Кlуэрейпсын) — mənbə, bulaq, yerini dəyişən deməkdir. Yerini, yatağını dəyişən çayları belə adlandırırdılıar. == Ümumi məlumat == Müasir dövrdə Karasun göllər sisteminə 15 göl daxildir: İkisi Pokrovski gölləri ("Kuban" stadionu yaxınlığında), üçü Kalininski gölləri (Selezneva və Stavropol küçələri arasında yerləşir) və on Paşkovski gölləri. Bu ərazidə çay tamamilə bəndlərlə tutularaq göl hövzələrinə çevrilib. Göllərin sahili qamışlıqla örtülüb. Göl dibi qalın çöküntü qatına malikdir. 2000-ci illərdə Paşkovski göllərini genişləndirdilər. Bu məqsədlə 60 milyon rubl ayrılmışdır. Payız aylarında Novosibirsk vilayətindən Afrikaya gedən qağayılar göllər ərazisində dayanırlar.
Karatup yarımadası
Karatup yarımadası (qaz. Қаратүп) — Aral dənizinin şimal-şərqində, Qazaxıstanın Qızılorda vilayətinin Aral rayonu ərazisində yerləşən keçmiş yarımada. Aral dənizinin dayazlaşmasından əvvəl dəniz boyu uzunluğu (Böyük Sarışıqanak körfəzi tərəfdən) 42 km idi. Sahildəki relyef hündürlüyü 123 m-ə, mütləq maksimum hündürlüyü isə 190 m-ə çatırdı. Hazırda Aral dənizinin quruması səbəbindən yarımada və ona bitişik ərazilər səhradır.
Kökatan nargülü
Kökatan nargülü == Təbii yayılması == Şimali Amerika, Çin və Vyetnamda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə qədər olan, iri, qalın gövdəsi üzərində külli miqdarda hava kökləri əmələ gətirən sarmaşıqdır. Budaqda xırda yarpaqların sayı 9–11 ədəd olub, qarşılıqlı, lələkvari, ellipsvari, uzunluğu 3–6 sm-dir, üst hissəsi yaşıl, kənarları dişli, çılpaq, alt hissəsi isə açıq-yaşıl, kənarları bütöv, damarcıqları damarcıqları tüklüdür. Qıfabənzər iri çiçəkləri, 10 sm uzunluğunda, 5 sm enində, kənarları tünd-narıncı rəngli, çiçəkləri dəstədə 4–12 ədəd olmaqla süpürgə çiçək qrupunda toplanır. Çiçək tacının uzunluğu 5–7 sm, diametri 3–4 sm olub, uzunsov-boruşəkilli, üstdən narıncı, içəridən sarıdır. Çiçəkləməsi yay aylarına təsadüfən edir və uzun müddət çiçəkləyir. Meyvələrin uzunluğu 12 sm-ə qədər olan, uzunsov-silindrik qutucuqlardır. Toxumlarla, kök qələmləri və zoğlarla çoxaldılır. == Ekologiyası == Zəngin və orta miqdarda nəmişli torpaqlarda tez böyüyür. Quraqlığa davamlı, işıq və istisevəndir, ancaq qışda −20 °C temperaturda şaxta vurur.
Arayabənzər kakadu
Probosciger aterrimus (lat. Probosciger aterrimus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin kakadular fəsiləsinin probosciger cinsinə aid heyvan növü.
Dəbilqəli kakadu
Callocephalon fimbriatum (lat. Callocephalon fimbriatum) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin kakadular fəsiləsinin callocephalon cinsinə aid heyvan növü. Dəbilqəli kakadular Cənub-Şərqi Avstraliya və ona yaxın adalarda dəniz səviyyəsindən 2000 m-ə qədər yüksəklikdə olan dağlıq ərazilərdəki evkalipt meşələrində yaşayır. Bədəninin uzunluğu 32—37 sm; kütləsi 250—280 q-dır. Lələklərindəki əsas rəng çaları boz olub, hər lələk kül rəngi ilə haşiyələnib. Qarnının aşağı hissəsi və quyruğunun aşağı lələkləri çəhrayı-sarı rənglə haşiyələnib. Qanadları və quyruğu boz rəngdədir. Erkəklərin baş və kəkili açıq-çəhrayı, dişilərin başı və kəkilləri boz rəngdə olur.
Kakadu gavalısı
Ferdinand terminaliyası (lat. Terminalia ferdinandiana) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü.
Nakatu (İcrud)
Nakatu (fars. نكتو‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 652 nəfər yaşayır (146 ailə).
Qara kakadu
Probosciger aterrimus (lat. Probosciger aterrimus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin kakadular fəsiləsinin probosciger cinsinə aid heyvan növü.
Kakadu Milli Parkı
Kakadu Milli Parkı (ing. Kakadu National Park) — Avstraliyada yerləşən milli park. Park UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir. == Haqqında == Kakadu Milli Parkı dörd ədəd çay sistemi və çox müxtəlif coğrafi şəkilləri ilə dünyanın ən böyük milli parklarından biridir. Tükənmə təhlükəsi altında olan duzlu su timsahı və donuz burunlu quru tısbağasının balalama bölgəsi bu milli parkdır. Bitki örtüsü çox müxtəlifdir və 46 nadir bitki növünü saxlamaqdadır. Park eyni zamanda bir çox Aborigen mədəniyyətinə ev sahibliyi edir. Milli parkda minlərlə illik aborigen mədəniyyətini əks etdirən 5000-dən çox sənət əsəri var. Arxeoloji sahələrdəki qalıqlar buradakı Aborigen həyatının ən az 20000 illik və böyük ehtimalla 50000 ilə qədər uzandığını göstərməkdədir. Kakadu dünyada sayı çox az olan qarışıq dünya mirası sahələrindən biridir.
Nasir Məhəmməd bin Kalavun
Əbül-Məali əl-Məlikün-Nasır Nasırəddin Məhəmməd bin Kalavun (1284, Qahirə – 1341, Qahirə) — Məmlük sultanı (1293–1294, 1299–1309, 1310–1341). == Həyatı == mart 1285-ci ildə Qahirədə Kalatülcəbəldə doğuldu. Məmlük Sultanı əl-Məlikül-Mənsur Seyfəddin Kalavunun oğludur. Böyük qardaşı əl-Məlikül-Əşrəf Xəlil bin Kalavunun dekabr 1293-cü ildə öldürülməsinə görə Zeynəddin Kitbuğa əl-Mənsurinin liderliyindəki komandanların dəstəyiylə səkkiz yaşında taxta çıxarıldı və dövlət idarəsində yeni vəzifə dağılımı aparıldı. Zeynəddin Kitbuğa naib-i səltənət, Aləməddin Səncər əş-Şücai vəzir, Rüknəddin Baybars əl-Mənsuri əd-dəvadarül-kəbir təyin ədildi. Ancaq Aləməddin Səncərin Kitbuğanı bərtərəf edərək iqtidara tək başına sahib olmak istəməsi siyasi krizə yol açdı. Aləməddin, dəstəyini aldığı Bürciyyə və Sultaniyyə Məmlüklərini Kitbuğa əleyhinə qızışdırdı. Buna qarşılıq Aləməddinin əsgərlərindən bir qismi Kitbuğaya qatıldı. Vəzirlə naib-i səltənət arasındakı mücadilə vəzir Aləməddin Səncərin öldürülməsiylə sonuclandı. Sultan Məhəmməd bu olaydan sonra Kitbuğanın nüfuzu altına girdi.
Katun Dövlət Təbiət Qoruğu
Katun biosfer qoruğu — Rusiyanın dövlət təbiət qoruğu. 2000-ci ilin yanvarından biosfer statusunu almışdır. Qoruq 25 iyun 1991-ci ildə yaradılımış və Mərkəzi Altayın yüksək dağlıq ərazisində yerləşir. Sahəsi — 151 664 hektardır. Qoruğun idarə mərkəzi Ust-Koksa kəndindədir. Kutan və Alyat qoruqlarının ərazisi «Altayın Qızıl Dağları» adı altında UNESCO Ümumdünya irsinə daxil edilmişdir (1998). 2000-ci ildə qoruq UNESCO-un Ümumdünya biosfer ehtiyatları şəbəkəsinin «İnsan və biosfer» proqramına əlavə olunmuşdur. Altay-Sayan milli parkının və qoruqlar assosiasının tərkibə daxildir. == Fiziki-coğrafi xüsusiyyətləri == Katun qoruğu Mərkəzi Altay fiziki-coğrafi vilayətə aiddir. Qoruq özündə Katun silsiləsinin cənub, qismən şimal və Listvyaqa silsiləsini birləşdirir.