Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kakos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. == Tərkib və xüsusiyyətləri == Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Beynəlxalq Kanoe Federasiyası
Beynəlxalq Kanoe Federasiyası (ing. International Canoe Federation) 1946-cı ildə yaranmışdır. Baş ofisi Lozannadadır, və bütün dünyada bütün aspektləri idmanın qayığına idarə edir. Hal-hazırda o 150 çəkilmiş milli federsiyaya malikdir.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası — Azərbaycanda İdman Federasiyası. Federasiyanın prezidenti Vüqar Əhmədovdur. == Tarixi ənənələr == Azərbaycanda avarçəkmə növləri hələ 1936-cı ildən Bakı buxtası akvatoriyasında inkişaf etməyə başlayıb. Bundan üç il sonra üç yaxt-klub istifadəyə verilib. 1960-70-ci illərdə avarçəkmə ilə 11 idman təşkilatı məşğul olurdu. Azərbaycan avarçəkənləri 1980-ci ilin aprelində Mingəçevir şəhərində keçmiş Sovet İttifaqı miqyasında birləşmiş ərazi-inzibati eksperimental Olimpiya ehtiyatları mərkəzinin yaradılmasından sonra dünyada şöhrət qazanmağa başladılar. == Uğurlar və mükafatlar == 1980-ci ildən başlayaraq avarçəkənlərimiz nəinki Avropa və dünya çempionatları, hətta Olimpiya Oyunlarında medallar qazanmağa başladılar. Akademik avarçəkənimiz Vasili Yakuşa 1980-ci il Moskva Yay Olimpiya Oyunlarında gümüş, 1988-ci il Seul Olimpiadasında isə bürünc medal qazandı. Moskva Olimpiadasında baydarka və kanoeçilərimiz Gennadi Kryuçkin, Viktor Pereverzov və Aleksandr Lukyanov, Seul Olimpiadasında isə Aleksandr Lukyanov gümüş medala sahib çıxdı. 1982-ci ildə güləş, cüdo, boks üzrə cəmi 1 beynəlxalq dərəcəli idman ustamız var idisə, avarçəkmədə bu göstərici 7 nəfərə çatmışdı.
2015 Avropa Oyunlarında avarçəkmə və kanoe
2015 Avropa Oyunlarında avarçəkmə və kanoe yarışları iyun ayının 15 və 16-da Azərbaycan Respublikasının Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Təlim və İdman Mərkəzində keçirildi. Yarış çərçivəsində 15 dəst medal oynanıldı.
2015 Avropa Oyunlarında avarçəkmə və kanoe yarışları
2015 Avropa Oyunlarında avarçəkmə və kanoe yarışları iyun ayının 15 və 16-da Azərbaycan Respublikasının Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Təlim və İdman Mərkəzində keçirildi. Yarış çərçivəsində 15 dəst medal oynanıldı.
Kacol
Kacol Mukherci (ing. Kajol; 5 avqust 1974, Bombey) — Hindistan aktrisası. Boyu : 157 sm == Həyatı == Kacol – Hindistanın böyük kino sənayesinin ən parlaq ulduzlarından biridir. Kacol mediada tez-tez "Bollivudun kraliçasi" kimi tanınır. Onun anası Tanuca da vaxtilə aktrisa olmuşdur. Bacısı Tanişa – hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Atası Şomu isə prodüserdir. Nənəsi Şobhana Samarth isə qızı kimi Bollivudun tanınan aktrisalarından olmuşdur. Kacol kinoda debütünü 1992-ci ildə "Bekhudi" filmilə etmişdir. Ona ən böyük uğur isə Hindistan kinosunun kralı Şahrux Xanla birgə çəkildiyi "Cəsur ürək gəlini alar" filmindən sonra gəlir.
Kakao
Kakao ağacı (lat. Theobroma cacao) — əməköməcikimilər fəsiləsinin teobrom cinsinə aid bitki növü.
Kakau
Klavdemır Ceroynımo Alfredo Bereto (Kakau) (d. 27 may 1981, San Paulo, Braziliya) — Hücumçu Alman Futbolçu.
Kakuy
Kakuy-i Sülfa (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kakuy-i Ülya (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Kalpe
Kalpe (isp. Calp) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 23,51 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 29909 nəfərə çatmışdır.
Kamon
Kamon (yap. 家紋, "evin işarəsi"), həmçinin mon (yap. 紋 "işarə"), monsö(yap. 紋章 "nəsil təsviri"), mondokoro — Yaponiyada ailənin və yaxud şəxsin identifikasiyasını bildirmək üçün istifadə olunan emblemdir. Yaponiyada "mon" termini ilə ümumi olaraq emblemləri adlandırırlar. Lakin kamon və mondokoro termini ilə konkret olaraq ailənin identifikasiyasını bildirirlər. Belə ki yaponlarda ailə gerbi samurayların inkişaf etdiyi dövrdə hərbi evlərin və yaxud ümumi maraqlara görə yaradılan samuray birliklərinin fərqləndirici işarəsi idi. Kamon samurayların geyimində, silahlarında, zirehində, bayrağında, məişət əşyalarında (məsələn, qablar, qılınc altlıqlarında) və digər əşyalarda təsvir olunurdu. == Tarixi == Yaponiyada olan çoxlu nəsil gerbləri qədim mənşəyə malikdir. Hesab olunur ki, ilk "mon"lar Nara dövrü (710–794) və Heyan (794–1185) dövrlərində zadəganların saray kostyumunun bir hissəsi kimi yaradılmışdır.
Kamos
Kamov
Kamov — Nikolay İliç Kamov və dostu N. K. Skrzhinskii tərəfindən 1929-cu ildə yaradılmış rotorlu təyyarə şirkəti. Helikopterə oxşamasına baxmayaraq rotorlu təyyarələrin arxa pəri olmur. 1929-cu ildən etibarən Kamov dizayn bürosu köhnə SSRİ zamanından müasir dövrə kimi hərbi məqsədli helikopter və rotorlu təyyarə istehsal edir.
Kanop
Kanop (yun. Κάνωβος, lat. Canopus) — gəcdən hazırlanmış, qapağı insan ya da heyvan başı formasında olan ritual qab, Qədim Misirdə mumiyalanmaq üçün cəsəddən xaric edilmiş daxili orqanları saxlamaq üçün istifadə olunan küp. Daxili orqanlar çıxarılıb, yuyulub təmizləndikdən sonra Kanob balzamı (buna görə də küp kanop adlandırılmışdır) doldurulmuş qablara yığılaraq saxlanılırdı. Ən qədim kanop Hetenpheresin məzarından tapılmışdır. Hər bir mumiya üçün dörd kanop hazırlanırdı. Əsasən kanop qapaqları Horun dörd oğlunun şərəfinə onların baş fiqurları formasında hazırlanırdı: pavian başlı Hapi, insan başlı Amset, şahin başlı Kebexsenuf, çaqqal başlı Duamutef. Hər bir kanop müvafiq bir orqan üçün nəzərdə tutulmuşdur, beləki, Amset kanopunda qaraciyər, Duamutef kanopunda mədə, Kebexsenuf kanopunda bağırsaqlar və Hapi kanopunda isə ağciyərlər saxlanılırdı.
Kanqe
Kanqe (kor. 강계시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimalında yerləşən şəhər, Çaqando vilayətinin inzibati mərkəzi. Şəhər yerləşdiyi yerə görə tarixən strateji əhəmiyyətə malikdir. == Tarixi == Koreya müharibəsi zamanı, Pxenyan şəhərindən qovulduqdan sonra Kim İr Sen və hökuməti müvəqqəti olaraq Kanqe şəhərinə köçmüşdür. == Coğrafiyası == Şəhər, Çanca çayı daxil olmaqla dörd çayın birləşdiyi yerdə yerləşir. == İnzibati bölgüsü == Şəhər 34 məhəlləyə və 2 kəndə bölünmüşdür: == İqlim == Orta illik hava temperaturu — 7,3 °C Havanın nisbi rütubətliyi — 72,6% Orta külək sürəti — 0,5 m/s == Nəqliyyat == Kanqe şəhəri digər şəhərlərə quru yolu, dəmiryolu və hava yolu ilə bağlı olan bir nəqliyyat mərkəzidir. Şəhər Kanqe və Manpo dəmiryolu xəttlərinin qovşağında yerləşir. Bundan əlavə olaraq, avtomobil yolları şəhəri paytaxt Pxenyana və KXDR-ın digər şəhərlərinə birləşdirir. Şəhər, hərbi və mülki məqsədli hava limanının yaxınlığında yerləşir. == Mədəniyyət == Şəhərdə Kanqe Təhsil Universiteti, Kanqe Texnologiya Universiteti və Kanqe Tibb Universiteti yerləşir.
Fanni Kadeo
Fanni Kadeo (it. Fanny Cadeo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Hakob Hakobyan
Hakob Hakobyan (erm. Հակոբյան Հակոբ; 1951, Mosul – 28 aprel 1988, Afina) — erməni terrorçusu ASALA terror təşkilatının qurucusu. Həmçinin Miqran Miqranyan və Harutyun Takoşyan adları ilə də tanınır. == Həyatı == Hakob Hakobyan 1951-ci ildə İraqın şimalındakı Mosul şəhərində anadan olmuşdur. Gənc yaşlarında Livana köçmüş və burada "Fələstin azadlıq cəbhəsi"nin sıralarına qatılmışdır. Bəzi erməni fəallarının təhriki və "Fələstin azadlıq cəbhəsi"nin yaxından iştirakı ilə Hakobyan ASALA terror təşkilatını qurur və onun başçısı olur. Lakin Hakobyanın təşkilatın idarəsində tətbiq etdiyi sərt metodlar təşkilat üzvlərinin bir hissəsinin narazılığına səbəb olur və bu narazılıq 1983-cü ildə təşkilatın parçalanması ilə nəticələnir. Fransa polisi Hakobyanı Orli hava limanındakı partlayışda və ASALA-nın digər aksiyalarında günahkar bilərək beynəlxalq axtarışa verir. Lakin Hakobyanı ələ keçirə bilmir. ASALA-dan qopmuş terrorçular digər terrorçu Monte Melkonyanın ətrafında cəmləşir.
Kabot boğazı
Kabot boğazı - Kanadanın şərqində Müqəddəs Lavrentiya körfəzinin bir hissəsi olaraq Keyp-Breton adası ilə Nyufaundlend adası arasında yerləşir. Uzunluğu 110 km, eni 9,1–18 km, dərinliyi 3660 m təşkil edir. Boğazın adı italiyalı dənizçi Con Kabotun şərəfinə adlandırılmışdır. Hər iki sahilində iri şəhərlər vardır: Sanel-Port-o-Bask və Sidney.
Kadom tatarları
Kadom tatarları — Kadom şəhərində və ona bitişik ərazidə (hazırda Ryazanın şimal-şərqində və Nijni Novqorod vilayətlərinin cənub-qərbində) yaşayan tatar xalqının bir hissəsi kimi etnosinf qrupu. == Tarixi == Kadom tatarları Kadom şəhərində və ona bitişik ərazidə (hazırda Ryazanın şimal-şərqində və Nijni Novqorod vilayətlərinin cənub-qərbində) yaşayan tatarlardır. Etnik qrup genişlənən Rusiya dövlətinin tərkibinə daxil olan Orda əhalisinin ərazisi əsasında XV-XVIII əsrlərdə xidmət edən tatarlardan formalaşmışdır. Nə ərazi, nə də inzibati cəhətdən onların qonşu Qasım xanlığı (1452-1681) ilə əlaqəsi yoxdur. Lakin onlar hərbi xidməti çox vaxt Qasım tatarları ilə birlikdə keçirdilər. Sərhəd xidməti, bir qayda olaraq, isti mövsümdə növbə ilə iki qrup (“yarım”) tərəfindən həyata keçirilirdi. Hərbi yürüşlərdə hər iki "yarım" qrup eyni vaxtda çağırıla bilərdi. Ayrı-ayrı şəxslər tərcüməçi, katib, səfir kimi xidmət edən "inzibati xidmət"də çalışırdılar. Kadom tatarlarından ruslar Krım, Qazan və Həştərxan xanlıqları ilə danışıqlarda tərcüməçi kimi istifadə edirdilər. Üstəlik, bu fəaliyyət kadom tatarlarına o qədər doğma olub ki, irsi xarakter alıb.
Kadoş burnu
Kadoş burnu — Qara dəniz sahillərində, Tuapse yaxılığında yerləşən burun. Burun Aqoy kəndi ilə Tuuapse şəhəri arasında yerləşir. Kadoş burnu yaxınlığında Kiselyov qayası vardır. Milyon il əvvəl tektonik hərəkətlər sayəsində okean dibinin qalxması ilə meydana gəlmişdir. Burun ərazisində qədim insanın izlərinə və əmək aləıtlərinə rastlanılmışdır. Qədim insan məskəninin yaşı 335 min il olaraq qiymətləndirilir. Kadoş burnu birtki örtüyü ilə zəngindir. Burada müxtəlif növ quş, ilan və həşaratlara rastlamaq mümlkündür.
Kaede Nakamura
Kaede Nakamura (d. 3 avqust 1991) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kakao (içki)
Kakao — Azərbaycanda qida qəbulundan (əsasən səhər və nahar yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və başqa şadyanalıqda qəbul edilən içki. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: kakao tozu – 40–50 q, şəkər tozu – 120–150 q, su – 600–900 ml. == Hazırlanma qaydası == Kakao tozu və şəkər qazana tökülüb ciddi qarışdırılır, sonra üzərinə 100–150 ml qaynayan su əlavə edibilib bircininsli kütlə alınana qədər qarışdırılır. Qarışdırmanı dayandırmadan az- az qaynar süd əlavə edilir və qaynayana qədər qızdırlır.
Kakao ağacı
Kakao ağacı (lat. Theobroma cacao) — əməköməcikimilər fəsiləsinin teobrom cinsinə aid bitki növü.
Kakao tozu
Kakao – toxumundan şokolad yağı alınan tropik ağacın yerdə qalan jmıxının üyüdülməsindən alınan tozşəkilli un. Şоkоlаd və kаkао tоzu istеhsаl еtmək üçün əsаs хаmmаl kаkао pахlаsıdır. Kаkао pахlаsı kаkао аğаcının mеyvəsindən аlınır. Əsаsən Qərbi Аfrikаdа (bütün kаkао pахlаsının 60-65%), Аmеrikаdа və аz miqdаrdа Аsiyаdа bеcərilir. Şоkоlаd istеhsаlı üçün Аkkаrа, Bаyyа, Kаmеrun,Yаvа, Sеylоn, Trinidаt və s. kаkао sоrtlаrındаn istifаdə еdilir. Kаkао pахlаsı quruluşunа görə kаkаvеllаdаn (qаbıq), rüşеym və nüvədən ibаrətdir. Kаkао pахlаsının ən dəyərli hissəsi tərkibində 54% yаğ оlаn nüvədir. Kаkаоnun аcı dаdı оnun tərkibindəki tеоbrоminin və kоfеinin оlmаsındаn irəli gəlir. Tеоbrоmin 0,3-1,5%, nişаstа 5-9%, zülаl 10,3-12,5%, sеllülоzа rüşеymdə çох аz, nüvədə 2,5%, qаbıq hissədə isə 16,5%-dir.
Kakek Bantal
Malik İbrahim (tam adı: Mövlanə Malik İbrahim əs-Səmərqəndi; ö. 7 aprel 1419) və ya Sunam Qirsik və ya Kakek Bantal — Azərbaycan torpaqlarından olan qafqazlı din xadimi. O, Səmərqənddə dini təhsil aldıqdan sonra, İndoneziyaya gələrək burada İslam dinini yaymağa başlamışdır. Məhz onun İndoneziyaya gəlişi ilə İslam dini bu torpaqlarda formalaşmağa başlamışdır. Həmçinin, onun övladları da İslam dininin İndoneziyada yayılmasında yaxından iştirak etmiş və tanınmış din xadimi kimi fəaliyyət göstərmişdir. == Həyatı == Malik İbrahimin nəsəbi haqqında məlumat tam olaraq bilinməsə də ümumi nəzərə əsasən onun Yavanın xaricindən gəldiyi qəbul edilmişdir. Malik İbrahim XIV əsrin birinci yarısında dünyaya gəlmişdir. O, "Babad Tanah Yavi" və digər mətnlərdə bir çox adlarla tanınır. J. J. Meinsmanın müəllifi olduğu əsərdə onun adı Məxdum İbrahim əs-Səmərqəndi (Şeyx İbrahim Əs-Səmərqəndiyə lokallaşdırılmış) olaraq keçir. Bu indiki Özbəkistanda yerləşən Səmərqənd şəhəri ilə əlaqələndirilir.
Kaleo Kihlenq
Kamoeş İnstitutu
Kamoeş İnstitutu (port: Instituto Camões) - Portuqal dili və portuqal mədəniyyətini xarici ölkələrdə təbliği üçün Portuqaliya hökuməti və Xarici İşlər Nazirliyi tərəfindən yaradılmış qurum.
Kanko erası
Kanko (寛弘) – Yaponiyada era. Çoho erasından sonra, Çova erasından isə əvvəl gəlir. Era 1004-cü ilin iyulundan 1012-ci ilin dekabrına kimi davam etmişdir. Bu erada hökmdarlıq etmiş imperatorlar İçico-tenno və Sanco-tenno idi. Murasaki Şikibu öz gündəliyini bu erada yazmışdır. == Era dəyişikliyi == 1004-cü ildə eranın adı bir sıra hadisələri vurğulamaq üçün dəyişdirilmişdir. Əvvəlki eranın başa çatmasından sonra 1004-cü ilin 7-ci ayının 20-ci günündə Kanko erası başlamışdır. == Hadisələr == 17 mart 1008 - Keçmiş imperator Kazan 41 yaşında vəfat etdi. 16 iyul 1011 - İmperator İçico hökmdarlığının 5-ci ilində səltənətdən imtina etdi. Qısa müddət sonra İmperator Sanco taxta çıxdı.