Kadom tatarları — Kadom şəhərində və ona bitişik ərazidə (hazırda Ryazanın şimal-şərqində və Nijni Novqorod vilayətlərinin cənub-qərbində) yaşayan tatar xalqının bir hissəsi kimi etnosinf qrupu.[1]
Yaşadığı ərazilər | |||
---|---|---|---|
| |||
Dili | |||
İrqi | |||
avropoid, turan irqi tipi | |||
Dini | |||
Daxildir | |||
Türk xalqları | |||
Mənşəyi | |||
tatarlar, başqırdlar, mordvalar, noğaylar, sibir tatarları | |||
Qohum xalqlar | |||
tatarlar, sibir tatarları, başqırdlar və digər türk xalqları |
Kadom tatarları Kadom şəhərində və ona bitişik ərazidə (hazırda Ryazanın şimal-şərqində və Nijni Novqorod vilayətlərinin cənub-qərbində) yaşayan tatarlardır. Etnik qrup genişlənən Rusiya dövlətinin tərkibinə daxil olan Orda əhalisinin ərazisi əsasında XV-XVIII əsrlərdə xidmət edən tatarlardan formalaşmışdır. Nə ərazi, nə də inzibati cəhətdən onların qonşu Qasım xanlığı (1452-1681) ilə əlaqəsi yoxdur. Lakin onlar hərbi xidməti çox vaxt Qasım tatarları ilə birlikdə keçirdilər. Sərhəd xidməti, bir qayda olaraq, isti mövsümdə növbə ilə iki qrup (“yarım”) tərəfindən həyata keçirilirdi. Hərbi yürüşlərdə hər iki "yarım" qrup eyni vaxtda çağırıla bilərdi. Ayrı-ayrı şəxslər tərcüməçi, katib, səfir kimi xidmət edən "inzibati xidmət"də çalışırdılar.[2]
Kadom tatarlarından ruslar Krım, Qazan və Həştərxan xanlıqları ilə danışıqlarda tərcüməçi kimi istifadə edirdilər. Üstəlik, bu fəaliyyət kadom tatarlarına o qədər doğma olub ki, irsi xarakter alıb.[2] Əgər bir tərcüməçi vəfat edirdisə, əsir düşsə və ya qocalığa görə xidmət edə bilməsə, onun yerinə Kadomdan biri təyin edilirdi. Belə ki, 1632-ci ildə Posolski Prikazın tərcüməçisi Aleksandr Semenov artıq vəzifələrini yerinə yetirə bilməyəndə, Kadom tatarı Kelmeş Alışevi onun boşalan yerinə təyinatını xahiş etmışdilər. Bir qədər sonra Kadom diyarından olan başqa bir yerli Kuçukay Sakayev səfir Prikazında tərcüməçi kimi fəaliyyət göstərmişdir.[3]
XVIII əsrin əvvəllərində I Pyotrun fərmanları ilə vəftiz olunmaqdan imtina edən digər xidmət tatarları ilə birlikdə onlar dövlət kəndlilərinə çevrildilər. XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Kadom tatarları Nijni Novqorod vilayətinin ərazisinə köçdülər və 34 tatar yaşayış məntəqəsində, həmçinin Penza vilayətində (Vadinski və Spasski rayonları), Tambov vilayətində və Mordoviyada (Torbeyevski rayonu) cəmləşdilər.
Şərqə köçlər nəticəsində digər xidmət tatarları ilə birlikdə mişərlərin alt etnosunu təşkil etdilər. Termin bölgənin müasir tatar əhalisinə şamil edilmir. Ryazanın tarixi Azeevo yaşayış məntəqəsində Kadom tatarlarının nəsillərinin böyük bir diasporu mövcuddur. Kadom tatarları Nijni Novqorod vilayətinin müxtəlif şəhərlərində, Moskvada, Sankt-Peterburqda, həmçinin Kanada, Estoniya və Finlandiyada yaşayırlar.[3]