Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karies
Karies — dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsidir. Müxtəif səbəblər nəticəsində baş verir. Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. == Yaranma səbəbləri == Ən çox yayılmış səbəblər isə aşağıdakılardır: ağız boşluğunun mikroblarla yüksək dərəcədə çirklənməsi; ağız şirəsi suyunun azalması və tərkibinin dəyişməsi; dişin sümük toxumasının möhkəmliyinin azalması.Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. Kariesin səbəblərindən biri də ağız şirəsinin çatışmazlığıdır. Ağız şirəsi qida qalıqlarını yuyur və antiseptik təsir edir (ağız şirəsinin tərkibinə xüsusi antimikrob zülal vardır). Əgər hər hansı bir xəstəlik səbəbindən (immunitetin pozulması, bağırsaq xəstəlikləri) uşağın ağız şirəsinin miqdarı və keyfiyyəti aşağı düşərsə, ağız boşluğundakı kariesli dişlərin miqdarı az bir müddətdən sonra artmış olur. Saqqız çeynənməsi ağız şirəsinin artmasına səbəb olur. Məhz buna görə stomatoloqlar gün ərzində yeməkdən sonra 3-4 dəfə olmaqla 5-7 dəqiqə (bundan artıq məsləhət deyil!) ərzində saqqız çeynəməyi məsləhət görürlər. Emal və dentinin möhkəmliyi irsi faktorlardan asılıdır.
Kariyes
Karies — dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsidir. Müxtəif səbəblər nəticəsində baş verir. Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. == Yaranma səbəbləri == Ən çox yayılmış səbəblər isə aşağıdakılardır: ağız boşluğunun mikroblarla yüksək dərəcədə çirklənməsi; ağız şirəsi suyunun azalması və tərkibinin dəyişməsi; dişin sümük toxumasının möhkəmliyinin azalması.Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. Kariesin səbəblərindən biri də ağız şirəsinin çatışmazlığıdır. Ağız şirəsi qida qalıqlarını yuyur və antiseptik təsir edir (ağız şirəsinin tərkibinə xüsusi antimikrob zülal vardır). Əgər hər hansı bir xəstəlik səbəbindən (immunitetin pozulması, bağırsaq xəstəlikləri) uşağın ağız şirəsinin miqdarı və keyfiyyəti aşağı düşərsə, ağız boşluğundakı kariesli dişlərin miqdarı az bir müddətdən sonra artmış olur. Saqqız çeynənməsi ağız şirəsinin artmasına səbəb olur. Məhz buna görə stomatoloqlar gün ərzində yeməkdən sonra 3-4 dəfə olmaqla 5-7 dəqiqə (bundan artıq məsləhət deyil!) ərzində saqqız çeynəməyi məsləhət görürlər. Emal və dentinin möhkəmliyi irsi faktorlardan asılıdır.
Karles Alena
Karles Alena Kastilyo (isp. Carles Aleñá Castillo; 5 yanvar 1998, Mataro, İspaniya) — Sequnda Liqa təmsilçilərindən olan Barselona B klubunda mərkəz yarımmüdafiəçisi kimi çıxış edən peşəkar İspaniya futbolçusudur. == Klub karyerası == Alena Kataloniyanın Barselona əyalətinin Mataro şəhərində anadan olmuşdur. Alena səkkiz yaşı olarkən uğurlu sınaqlardan sonra Barselona FK klubunun gənclər akademiyası olan La Masiaya qəbul olundu. Daha sonralar Alena klubun reserv komandasına seçildi. Alena Barselona B klubu ilə debütünü 29 avqust 2015-ci ildə Pobla de Mafumet klubuna qarşı oyunda etmişdir. O, David Babunskini əvəz etmişdir. Sequnda B görüşündə Barselona rəqibi ilə 0-0 bərabərə qalmışdır.24 noyabr 2015-ci ildə Alena UEFA Gənclər Liqasında Roma klubuna qarşı oyunda baxımlı qolla yadda qalmışdır. UEFA Gənclərin Çempionlar Liqasının sonunda Alena 8 oyunda 6 qol və 1 assistlə yadda qaldı. Alena peşəkar karyerasında ilk qolunu 19 dekabr 2015-ci ildə Barça B klubu ilə Eldense klubuna qarşı oyunda etmişdir.
Karles Puyol
Karles Puyol Saforkada 1978-ci il aprelin 13-də dünyaya göz açmışdır. Karles Puyol öz dövrünün ən yaxşı müdafiəçilərindən biri kimi hesab edilir. == Klub karyerası == Karles Puyol futbol karyerasına doğulduğu bölgənin La Pobla de Sequr adlı klubunda qapıçı olaraq başlamışdır. Lakin, çiynindəki zədə ilə bağlı olaraq sonradan hücumçu kimi çıxış etməyə başladı. 1995-ci ildə o Barselona'nın gənclərdən ibarət komandasına qoşuldu və orada müdafiəyə meylli yarımmüdafiəçi mövqeyində çıxış edirdi. 1997-ci ildə Barselona B-də çıxış etməyə başladı və burada o sağ cinah müdafiəçisi mövqeyində oynayırdı. 1999-cu ildə Barselona'nın baş məşqçisi onu əsas komandaya gətirdi. Puyol əsas komandada debütünü 1999-cu il oktyabrın 2 Real Valyadolid'ə qarşı oyunda edib. Daha sonralar o müdafiənin mərkəzində də çıxış edirdi. 2002-ci ildə o UEFA tərəfindən "Avropanın ən yaxşı sağ cinah müdafiəçisi" mükafatına layiq görüldü.
Karles Puçdemon
Karles Puçdemon (kat. Carles Puigdemont i Casamajó; 29 dekabr 1962[…], Amer[d]) — Katalan siyasətçi və jurnalist. 2019-cu ildən bu yana Avropa Parlamentinin üzvü kimi fəaliyyət göstərir. Cironanın keçmiş bələdiyyə başçısı olan Puçdemon, Kataloniyanın müstəqillik bəyannaməsindən sonra İspaniya hökuməti tərəfindən vəzifəsindən uzaqlaşdırıldığı zaman 2016-dan 2017-ci ilədək Kataloniyanın 130-cu prezidenti vəzifəsində çalışıb. Respublika Üçün Milli Çağırış partiyasının həmtəsisçisi, Kataloniya üçün Birlikdə seçki ittifaqının lideri və Kataloniya üçün Birlik partiyasının qurucusudur. Amerika və Cironada təhsil aldıqdan sonra, 1982-ci ildə müxtəlif yerli nəşrlər üçün yazdı və "El Punt" qəzetində baş redaktor oldu. 1999–2002-ci illərdə Kataloniya Xəbər Agentliyinin direktoru və 2002–2004-cü illərdə Cirona Mədəniyyət Evinin direktoru vəzifəsində çalışıb. Puçdemonun ailəsi Kataloniya müstəqillik hərəkatının dəstəkçisi idilər. Puçdemon 1980-ci ildə Kataloniya Avropa Demokratik Partiyasının sələfi olan milliyyətçi Kataloniya Demokratik Konvergensiyasına qoşularaq siyasətə başladı. 2006-cı ildə Cirona seçki dairəsindən Kataloniya Parlamentinə üzv seçildikdə siyasətdə karyera qurmaq üçün jurnalistikadan getdi.
Alar Karis
Alar Karis (eston. Alar Karis; 26 mart 1958, Tartu, Estoniya Sovet Sosialist Respublikası) – Estoniya Respublikasının Dövlət Xadimi və Alim. 11 oktyabr 2021- ci ildən Estoniya Respublikasının 6-cı Prezidenti.
Aries Spirs
Aries Spirs (ing. Aries Spears; 1975) — ABŞ aktyoru, yazıçısıdır. 2016 -cı ildə American Dad və Turbo Fast animasiyalarını səsləndirmişdir.
Karles Vesley Mumbere
Karles Vesley Mumbere – Rvenzururu Krallığının növbəti kralı. == Həyatı == 25 il ərzində ABŞ-də bir həkimin yanında köməkçi kimi çalışaraq, yaşlılara və xəstələrə baxan 50 yaşlı Karles Vesley Mumbere 19 oktyabrda kral olacaq. Karles Vesley Mumbere həmin gün başına tac qoyacaq və Uqandanın Kasese bölgəsində mərkəzi hökumət tərəfindən də tanınan Rvenzururu Krallığının kralı olacaq. Onun atası 1960-cı ildə Uqandadakı 300 min nəfərlik bir etnik qrup tərəfindən kral elan edilib. Ancaq o zaman Uqanda mərkəzi hakimiyyəti buna qarşı çıxıb. Razılığa gələ bilməyən tərəflər illərlə silahlı və siyasi müstəvidə mübarizə aparıblar. 30 yaşında Mumbere təhsil almaq üçün ABŞ-yə gəlib. Ölkəsindəki siyasi qarışıqlıq səbəbindən bir müddət sonra ona vəsait göndərilməyib. O da təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb və bir həkim köməkçisi kimi işləməyə başlayıb. == Mənbə == Həkim köməkçisi əsl kral olacaq!
Karika
Karika (lat. Carica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Carica baccata = Vasconcellea microcarpa subsp. baccata Carica candamarcensis = Vasconcellea cundinamarcensis Carica candicans = Vasconcellea candicans (Mito) Carica caudata = Jarilla heterophylla Carica cauliflora = Vasconcellea cauliflora Carica cestriflora = Vasconcellea cundinamarcensis Carica chilensis = Vasconcellea chilensis Carica crassipetala = Vasconcellea crassipetala Carica cundinamarcensis = Vasconcellea cundinamarcensis Carica dodecaphylla = Jacaratia spinosa Carica glandulosa = Vasconcellea glandulosa Carica goudotiana = Vasconcellea goudotiana Carica heterophylla = Vasconcellea microcarpa subsp.
Karina
Karina — ad. Karina Kapur — Hindistan kino aktrisası. Karina Lixvar — İsraili təmsil edən bədii gimnast. Karina Lipiarska — Polşalı oxatan. Karina Qarsiya — Boliviyalı atıcı. Karina Qoriçeva — qazax ağır atleti Karina Aznavuryan — Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004) Karina Maruyama — keçmiş Yaponiya qadın futbolçusu.
Kariya
Kariya (yun. Καρία) —Kiçik Asiyada qədim əyalət. == Tarixi == Bizim eradan əvvəl II minillikdə Hettlər Kariyanı özlərinə məskən seçdilər. Yerli əhali ilə qaynayıb-qarışdılar. Troya müharibələri dövründə kariyalılar artıq mövcud idilər. Qranik döyüşündən sonra Kiçik Asiyanın yunan şəhərləri Milet və Halikarnas istisna olmaqla müqavimətsiz Makedoniyalı İsgəndərə tabe oldular. Qısa müddətdə Kariya, Likiya, Pamfiliya, Trakiya və s. şəhərlər İsgəndər tərəfindən zəbt edildi. E.ə 333-cü ilin baharında makedoniya ordusu Kappadokiyanı işğal edib Kilikiya və Tavra daxil olmuşdu.
Karlos
Karlos — ad və soyad. Karlos Marin — ispaniyalı bariton və İl Divo qrupunun üzvü. Karlos Alazraki — ABŞ aktyoru. Karlos — İspaniya kralı II Filipin ən böyük oğlu və varisi. Karlos Alberto Parreyra — Braziliyalı futbol mütəxəssisi Karlos Qon — Braziliya-Fransa-Livanlı bir iş adamı Karlos Mensia — ABŞ aktyoru. Karlos Slim Xel — meksikalı biznesmen Karlos Xuan Finley — sarı sətəlcəm araşdırmalarını edən kubalı elm adamı.
Karney
Karney (ing. Carney Island) — Cənub okeanı akvatoriyasında Meri Berd Torpağının sahilində yerləşir. == Tarixi == Ada ABŞ admiralı Robert Karninin şərəfinə adlandırılmışdır. O, 1957–1958 ci illərdə Ümudünya qeofizika ilinə dəstək üçün təşkil edilən dəniz əməliyyatına rəhbərlik etmişdir. Ada Antarktida haqqında konvensiya əsasən heç bir ölkəyə mənsub olmasada, adaya virtual dövlətlər olan Vestarktika və Flandensis knyazlığı ərazi iddiasındadırlar.
Kartel
Kartel — müəyyən bir sahənin bir sıra müəssisələrini birləşdirən kapitalist inhisar birliyi formasıdır. Kartel inhisarın elə bir formasıdır ki, onun iştirakçıları istehsal vasitələri üzərində xüsusi mülkiyyət hüququnu saxlayır, istehsal ve satışı müstəqil həyata keçirirlər. Lakin onlar müəyyen şərtlər üzrə razılığa gəlirlər. Kartel iştirakçılarının hər biri üçün istehsalın həcmi (kvotası), satış qiyməti və satış bazarı üzrə razılığa gəlir. Kvotanı pozan kartelin kassasına cərimə ödəyir. == Kartelin növləri == Qiymət kartelləri - ümumi və ya ortaq qiymətin müəyyənləşdirilməsi əsasında formalaşır;Satış kartelləri - ümumi satış kanallarının müəyyənləşdirilməsi əsasında formalaşır;Qiymət təyin etmə kartelləri - istehsal və satışı müəyyənləşdirən amillərə məhdudiyyətlər qoyur;Müştəri kartelləri - bazarın və müştərilərin müəyyənləşdirilməsi əsasında formalaşır;Dövlətdaxili kartellər - dövlət daxilindəki bazarları bölmək məqsədi ilə formalaşır ;Dövlətlərarası kartellər - dövlət müəssisələri arasında rəqabəti aradan qaldırmaq məqsədi ilə formalaşır.
Kərkəs
Kərkəs (lat. Gyps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Gyps fulvus Gyps bengalensis Gyps rueppelli Gyps indicus Gyps tenuirostris Gyps himalayensis Gyps africanus Gyps coprotheres == Cinslər və növləri == Gypohierax Palma kərkəsi, Xurma kərkəsi (G. angolensis) Gypaetus Toğlugötürən (G. barbatus). Neophron Leşyeyən (N. percnopterus). Necrosyrtes Keşiş kərkəsi (N. monachus) Gyps Ağ çiyinli kərkəs (G. africanus) Benqal kərkəsi (G. bengalensis) İncədimdikli kərkəs (G. indicus) Xallı kərkəs (G. rueppellii) Himalay kərkəsi (G. himalayensis) Ağbaş kərkəs (G. fulvus). Kap kərkəsi (G. coprotheres) Aegypius Qara kərkəs (A. monachus). Torgos Düşük yanaqlı kərkəs (T. tracheliotus) Trigonoceps Ağ başlı kərkəs (T. occipitalis) Sarcogyps Qızıl başlı kərkəs (S. calvus)Azərbaycanda 4 növü var:Qara kərkəs (A. monachus);Ağbaş kərkəs (G. fulvus);Leşyeyən (N. percnopterus);Toğlugötürən (G.barbatus).
MARİƏM
MARİƏM (CARICC) – Narkotik vasitələrin, psixotrop maddələrin və onların hazırlanması üçün xammalın qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi (Central Asian Regional Information and Coordination Centre for Combating Illicit Trafficking of Narcotic Drugs, Psychotropic Substances and their Precursors)Əfqanıstandan yayılan narkotiklərin qarşısını almaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMT NCİ – UNODC) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan ilə birlikdə MARİƏM-in yaradılması üzrə layihəni həyata keçirir. Qazaxıstanın Almatı şəhərində yerləşən Mərkəzin məqsədləri narkotiklər sahəsində qeyri-qanuni əməllər üzrə məlumat mübadiləsinin təmin edilməsi və bu əməllərin qarşısını almağa yönələn birgə əməliyyatların təşkili və həyata keçirilməsinə yardım göstərməkdən ibarətdir. Mərkəz üzv ölkələrdə narkotiklərlə mübarizə aparan və bu sahədə əməliyyat-axtarış fəaliyyətinin subyekti olan yəni, polis, milli təhlükəsizlik, gömrük, sərhəd xidməti orqanları ilə əməkdaşlıq edir. Mərkəzin şəxsi heyəti yuxarıda qeyd olunan orqanların əməkdaşları sırasından açıq müsabiqə yolu ilə beynəlxalq komisiya tərəfindən müəyyən edilir. Bundan başqa hər bir üzv ölkə, habelə müşahidəçi statusuna malik olan digər ölkə və yaxud səlahiyyətli beynəlxalq təşkilat Mərkəzə səlahiyyətli nümayəndə (əlaqələndərici zabit) ezam etməklə əməliyyat məlumatının mübadiləsi və birgə əməliyyatların təşkilində güclü mexanizm qurmuş olurlar. Bu mexanizmi daha da gücləndirmək məqsədi ilə İnterpol, Avropol, Ümumdünya Gömrük Təşkilatı və sair təşkilatlarla sıx əlaqələr qurulmaqdadır. MARİƏM-in hüquqi bazasını "MARİƏM-in yaradılması haqqında Razılaşma" təşkil edir. Həmin Razılaşma üzv ölkələrin prezidentləri tərəfindən imzalandıqdan və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın ali qanunvericilik orqanları tərəfindən ratifikasiya edildikdən sonra 22 mart 2009-cu il tarixdə qüvvəyə minmişdir.. Rusiya həmin razılaşmanı 9 mart 2011-ci il tarixində ratifikasiya etmişdir. MARİƏM-in xüsusiyyətləri ondan ibarətdir ki, o, heç bir siyasi, hərbi, iqtisadi və yaxud hər hansi qurumdan asılı deyil, bütün əlaqədar orqanlarla (polis, milli təhlükəsizlik orqanları, gömrük, sərhəd xidməti) əməkdaşliq edir və onlara xidmət göstərir, narkotik vasitələrlə mübarizə sahəsində marağı olan hər bir ölkə MARİƏM-ə üzv ola bilər.
Anna Karima
Anna Karima (bolq. Анна Карима; 1871 – 6 mart 1949, Sofiya) — Bolqar yazıçısı və tərcüməçisi. == Bioqrafiya == 1871-ci ildə Berdyanskda inqilabçı Todor Velkovun ailəsində anadan olub. O, orta məktəbi Sofiyada bitirib. 1888-ci ildə sonra boşandığı Yanko Sakazovla evlənİR. Bu evlilikdən onun üç övladı olub. Artıq gənclik illərində Karima ədəbi fəaliyyətlə maraqlanır. Hekayələr və romanlar yazır. Onun ilk hekayəsi, An Adi tarix, 1891-ci ildə The Day jurnalında nəşr olunur. 1892–1895-ci illərdə o, Holiday jurnalının redaktoru olur. Onun "Atla", "Məhv olmuş həyat" və "Divarın üstündə" pyesləri Milli Teatrda tamaşaya qoyulur.
Anna Karina
Anna Karina (fr. Anna Karina; əsl adı Hanna Karin Blarke Bayer; 22 sentyabr 1940, Solbcerq, Danimarka — 14 dekabr 2019, Paris, Fransa) — Danimarka və Fransanın teatr və kino aktrisası, kinorejissor. == Həyatı == Anna Karina Solbcerqdə kapitan ailəsində anadan olmuşdur. Valideynləri ayrılandan sonra nənəsinin, 8 yaşından isə anasının yanında qalmışdır. 14 yaşında o, kabare müğənnisi kimi fəaliyyətə başlamış, radio verilişlərində çıxışlar etmiş və qısametrajlı filmlərdə çəkilmişdir. Onun kinoda ilk əhəmiyyətli rolu "Başmaqlı qız" filmində olmuşdu. Bu film Kann kinofestivalında təqdim olunmuşdu. 1958-ci ildə o Parisə köçür. Orada Pyer Karden və Koko Şanelin məsləhəti ilə Anna Karina təxəllüsünü götürür. 1959-cu ildə rejissor Jan-Lük Qodar reklam rolikinin çəkilişlərində iştirak edən Karinanı görür və onu öz filminə dəvət edir.
Ağbaş kərkəs
Ağbaş kərkəs (lat. Gyps fulvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü. == Qısa təsviri == İri quşdur (10-12 kq). Bel tərəfi qonur, qarın tərəfi isə kürəndir. Çalma və sükan lələkləri qaradır. Quyruğu qısadır və ucu dəyirmi qurtarır. Beyni uzundur və dibində ağ qu lələklərdən ibarət “yaxalıq” var. Başı və boynu qısa ağ qu lələkləri ilə örtülüdür. == Yayılması və həyat tərzi == Avropa, Asiya və Şimali Afrikada yayılıb. Oturaq növdür.
Ceyms Karter
Ceyms Erl "Cimmi" Karter (ing. James Earl "Jimmy" Carter, Jr.; d. 1 oktyabr 1924, Pleyns, Corciya, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 39-cu prezidenti (1977–1981). "Dünyadakı münaqişələrin sülh yolu ilə həlli üzrə səylərinə və insan haqları uğrunda mübarizəyə görə" 2002-ci il Nobel Sülh mükafatı laureatı. Corciya ştatının Pleyns şəhərində böyüdülən Karter,1946-cı ildə bir bakalavr dərəcəsi ilə ABŞ-nin Hərbi Dəniz Akademiyasını bitirib və ABŞ Hərbi Donanmasına qatıldı və burada sualtı qayıqlarda xidmət etdi. 1953-cü ildə atasının ölümündən sonra Karter hərbi karyerasını tərk etdi və ailəsinə yer fındığı yetişdirmə işində kömək üçün Corciyaya qayıtdı. Karterə, atasının borcları və əmlakın uşaqlar arasında bölünməsi səbəbindən nisbətən az miras qaldı. Buna baxmayaraq, Karterlərin yer fındığı biznesini genişləndirmək və böyütmək istəyi yerinə yetirildi. Bu dövrdə Karter, irqi seqreqasiyanın siyasi iqliminə qarşı çıxmaq və artan vətəndaş hüquqları hərəkatını dəstəkləmək motivasiya edildi. Demokrat partiyası daxilində fəallıq göstərdi.
Cimmi Karter
Ceyms Erl "Cimmi" Karter (ing. James Earl "Jimmy" Carter, Jr.; d. 1 oktyabr 1924, Pleyns, Corciya, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 39-cu prezidenti (1977–1981). "Dünyadakı münaqişələrin sülh yolu ilə həlli üzrə səylərinə və insan haqları uğrunda mübarizəyə görə" 2002-ci il Nobel Sülh mükafatı laureatı. Corciya ştatının Pleyns şəhərində böyüdülən Karter,1946-cı ildə bir bakalavr dərəcəsi ilə ABŞ-nin Hərbi Dəniz Akademiyasını bitirib və ABŞ Hərbi Donanmasına qatıldı və burada sualtı qayıqlarda xidmət etdi. 1953-cü ildə atasının ölümündən sonra Karter hərbi karyerasını tərk etdi və ailəsinə yer fındığı yetişdirmə işində kömək üçün Corciyaya qayıtdı. Karterə, atasının borcları və əmlakın uşaqlar arasında bölünməsi səbəbindən nisbətən az miras qaldı. Buna baxmayaraq, Karterlərin yer fındığı biznesini genişləndirmək və böyütmək istəyi yerinə yetirildi. Bu dövrdə Karter, irqi seqreqasiyanın siyasi iqliminə qarşı çıxmaq və artan vətəndaş hüquqları hərəkatını dəstəkləmək motivasiya edildi. Demokrat partiyası daxilində fəallıq göstərdi.
Dariuş Pirniakan
Dariuş Pirniakan (fars. داریوش پیرنیاکان‎; 1955, Hadişəhr, Şərqi Azərbaycan ostanı) — Azərbaycan əsilli İran musiqiçisi, tarzəni, setar ifaçısı və musiqi tədqiqatçısı. == Həyatı == Dariuş Pirniakan 1955-ci ildə İranın Şərqi Azərbaycan ostanının Hadişəhr bölgəsində anadan olmuşdur. === Musiqi təhsili === Dariuş Pirniakan klassik İran musiqisi üzrə ixtisaslaşmış bəstəkar və musiqiçidir. O, tar və setar musiqi alətlərində ifa etməyi Məhəmməd Həsən Ozaridən, Əliəkbər Şahanzidən, Dr. Dariuş Səfvətdən, Yusif Forutandan, Səid Hürmüzidən və Mahmud Kərimidən öyrənmişdir. O, Əliəkbər Şahnazinin yanında tələbə olarkən Mirzə Hüseynquludan rədifdə ifa etməyi də öyrənmişdir. Tehran Universitetinin İncəsənət fakültəsini bitirmişdir. == Fəaliyyəti == Universiteti bitirdikdən sonra Dariuş Pirniakan İran Klassik Musiqisini Qoruma və Təbliği Mərkəzində çalışmağa başlamışdır. 1979-cu ildən etibarən uzun müddət Qremmi mükafatı namizədi, maestro Məhəmməd Rza Şəcərianla birlikdə çalışmışdır.
Dariuş Şayeqan
Dariuş Şayeqan (fars. داریوش شایگان‎; 24 yanvar 1935, Tehran – 22 mart 2018, Tehran) — müasir İran və Yaxın Şərq mütəfəkkiri. == Həyatı == Tehranda iranlı bir ata və bir gürcü anada anadan olub. Şayeqan Parisdəki Sorbonne Universitetində oxuyub. Tehran Universitetində Sanskrit və Hindistan dinlərinin professoru idi. Farsca əlavə, Şeyqan fransız və ingilis dillərində yazırdı və gürcü, rus və türk dillərində (həm Osmanlı, həm də Azərbaycan dilində) səlis danışırdı. İngiltərədəki bir internat məktəbində bir gənc ikən Şayegan təhsil aldığı müddətdə Cenevrədə yaşadı, burada Cenevrə Universitetində fransız ədəbiyyatı, fəlsəfəsi, Sanskrit və siyasi elmləri oxudu. Şayeqan, doktor Dr. Henry Corbenin rəhbərliyi ilə Sorbonnada doktorluq dərəcəsini (doktorluq dövrü) aldı, "İnsanlar və təsəvvüf arasındakı münasibətlər", "Məcma əl-Baqrain", Dara Şokux mövzularında dissertasiya müdafiə etdi. Şayeqan Şərq və Qərb mədəniyyətlərinin epistemoloji xüsusiyyətləri və aralarındakı dialoqun mümkünlüyünə dair bir çox qabaqcıl əsərlər yazmışdır.
Ernan Kortes
Fernando Kortes Monroy Pisarro Altamirano (isp. Fernando Cortés Monroy Pizarro Altamirano; 1485[…] – 2 dekabr 1547) — daha çox Fernan, Fernando, Ernando və ya Ernan Kortes kimi tanınan ispan konkistadoru. Meksikanı ələ keçirərək burada mövcud olan astek dövlətini məhv etməsi ilə məşhurluq qazanmışdır. Bu xidmətlərinə görə İspaniya kralı V Karl ona Oaxaka vadisinin markizi (Marqués del Valle de Oaxaca) titulunu vermişdir. Həyatı haqqında çox az məlumat qorunub saxlandığı üçün tarixçilər onun şəxsiyyətini dəyərləndirməkdə çətinlik çəkirlər.
Fernan Kortes
Fernando Kortes Monroy Pisarro Altamirano (isp. Fernando Cortés Monroy Pizarro Altamirano; 1485[…] – 2 dekabr 1547) — daha çox Fernan, Fernando, Ernando və ya Ernan Kortes kimi tanınan ispan konkistadoru. Meksikanı ələ keçirərək burada mövcud olan astek dövlətini məhv etməsi ilə məşhurluq qazanmışdır. Bu xidmətlərinə görə İspaniya kralı V Karl ona Oaxaka vadisinin markizi (Marqués del Valle de Oaxaca) titulunu vermişdir. Həyatı haqqında çox az məlumat qorunub saxlandığı üçün tarixçilər onun şəxsiyyətini dəyərləndirməkdə çətinlik çəkirlər.