Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Möhtəşəm Kaşani
Şəmsüş-şüəra Kəmaləddin Möhtəşəm Kaşani (1528-1588) — İran şairi. == Həyatı == Şəmsüş-şüəra Kəmaləddin Möhtəşəm Kaşani Kaşanda dünyaya gəlmiş, Möhtəşəm, I Şah Təhmasib Səfəvinin hakimiyyəti illərində yaşamışdır. Təvəllüd tarixi mə’lum deyildir. O, h.q. 996 (m. 1588) - ci ildə vəfat etmişdir. Məzari-şərifi Kaşandadır. Təzkirə müəlliflərinin yazdıqlarına görə atası Xacə Mir Əhməd bəzzaz olmuşdur. Yeniyetmə yaşlarında Kəmaləddin də atasının yanında bu sən’ətlə məşğul olmuşdur. Gənc yaşlarından bu işdən uzaqlaşmış və şeir yazmağa başlamışdır.
Əhməd Kasani
Əhməd Xacəgi ibn Cəlaləddin Kasani (fars. احمد خواجگی بن جلال‌الدین کاسانی‎; özb. Ahmad Xojagi b. Jaloliddin Kosoniy) vəya "Məxdumi-Əzəm" (fars. مخدوم اعظم‎; özb. Maxdumi Aʼzam; 1461 – 1542, Səmərqənd) — Nəqşibəndi təriqətinin görkəmli sufisi və Səmərqəndin ən məşhur İslam müqəddəslərindən biri. Onun məqbərəsi Özbəkistanın Səmərqənd vilayətindədir. == İstinadlar == AḤMAD KĀSĀNĪ // Encyclopedia Iranica. KÂSÂNÎ, Ahmed // TDV İslâm Ansiklopedisi.
Möhsün Feyz Kaşani
Molla Məhəmməd Möhsün Feyz Kaşani (?-1670)—İslam alimi. == Həyatı == Feyz Kaşani 14 səfər 1007-ci ilində Kaşan şəhərində elm və təqva dolu bir xanədanda dünyaya gəlib və miladi ilə 1670-cı ildə dünyadan köçüb. Atası Molla Fəthullah Kaşani və Ziyauddin Muhəmməd Razinin şagirdlərindən olan Rəziyuddin Şah Murtəza Kaşan Elmlər Hövzəsinin böyük fəqihlərindən olub. Anası alimə və şairə olan Zəhra Xatun Rey şəhərinin böyük alim və fəqihlərindən olan Ziyaul-Urəfa Razinin qızıdır. Feyz Kaşani Şah Murtəzanın dördüncü uşağıdır. İki yaşında atasını itirdikdən sonra dayısı və əmisi onun və qardaşlarının təhsilini boynuna götürürlər. Feyz Kaşani digər qardaşlarından daha ağıllı olduğu üçün yetkinlik çağına qədər Kaşanda dayısı və əmisinin yanında müqəddimə elmini tamamlayır. İyirmi yaşında böyük qardaşıyla birlikdə o dövrdə müxtəlif elm ustadlarının iqamət etdiyi elm mərkəzi İsfahana gedir. === Feyz Kaşaninın İsfahandakı məşhur ustadları === 1. Molla Muhəmməd Təqi Məclisi (r.ə) 2.
Seyid Əbülqasim Kaşani
Seyid Əbülqasim ibn Seyid Mustafa Kaşani (19 noyabr 1882, Tehran – 14 mart 1962, Tehran) — müctəhid, ayətullah əl-üzma, İran Milli Məclisinin sədri. == Həyatı == Seyid Əbülqasim Kaşani 1882-ci ildə Tehran şəhərində anadan olmuşdu. Əslən Kaşanlıydı. Bundan əlavə 1914–1920-ci illərdə İraqda ingilislərə qarşı hərəkatın liderləri arasında Seyid Mustafa əl-Kaşani, Ayətullah Seyid Əbülqasim Kaşani adlı böyük müctəhidlər var idi. Ayətullah Əbülqasim Kaşani 1921-ci ildə İrana sürgün edildi.
Kalante
Kalante (pol. Calanthe) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Sintra kraliçası. Pavettanın anası və Sirinin nənəsidir. == Bioqrafiya == Sintra kralı Ryöqnerin həyat yoldaşı və Pavettanın anası olan Kalante gözəl və ağıllı qadındır. O, “Sintranın dişi aslanı” kimi tanınır. Həyat yoldaşını erkən itirən Kalante, qızı Pavettanın on beş yaşı tamam olduqda, iradəsinə zidd olaraq onu, Erlenvaldlı Yoj adlı cəngavərə ərə verməli olur. Sonradan Yoj Nilfqaard imperiyasının taxt varisi olur. Nilfqaardın Sintraya hücumu zamanı, Kalante şəhərin müdafiəsini təşkil edir. Məğlubiyyətin qaçılmaz olduğunu başa düşdükdə isə intihar edir. == Seriallarda == Polşa istehsalı olan “Cadugər” teleserialında Kalante rolunu Yeva Vinyevska oynamışdır.
Kasanare
Kasanare (isp. Departamento de Casanare) — Kolumbiyanın şimali-şərq departamentlərindən biri, inzibati mərkəzi - Yopal şəhəridir. == Bələdiyyələr == == İqtisadiyyatı == Kasanaredə əhəmiyyətli neft ehtiyatları mövcuddur. Neft borularının uzunluğu 800 km-dən çoxdur.
Kaşanka
Kaşanka, Almaniyada Qryuçvusrt (pol. kaszanka, alm. Grützwurst) — müxtəlif növə malik ət kolbasalardan biridir. Almaniyada kaşanki kolbasasının perlo növü daha geniş yayılmışdır (Graupenwurst). == Tərkibi == donuz əti, donuz piyi, donuz qanı, duz, istiot, qarğadalı == Hazırlanması == Almaniya və Polşada kaşanka kolbasasının üç növü var - liver, krovya və sırovlya. Müxtəlif regionda müxtəlif inqredientlərdən istifadə edilir. Hazırlanmasında əsasən donuz ətindən istifadə olunur. Polşada qarğıdalıda əlavə edilir. Bütün kolbasaya aid olan məhsullar əlavə edilir 1 saat yarım bişirilir. Almaniyanın şimalında kaşankanın başqa növü yayılmışdır.
Kamani
Kamani (gürc. კამანი) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 160 m hündürlüktə, Suxumidən 14 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 4, თბ., 2018. — გვ. 504.
Sasani
Sasanilər İmperiyası (pəhl. Ērānšahr) — 226-cı ildən 651-ci ilə qədər zaman-zaman müasir İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Azərbaycan ərazilərini əhatə etmiş tarixi dövlət. Fars mənşəli Sasanilər sülaləsinin əsasını 226-cı ildə I Ərdəşir (Ərdəşir Babəkan) Parfiyanın sonuncu şahı olan V Artaban məğlub etdikdən sonra qoymuşdur. Bununla da Parfiyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoymuş Sasanilər dövləti yaranmışdı == Tarixi == 224-cü ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Papakan Parfiya hökmdarı V Artabanı məğlubiyyətə uğratdı. Bununla da Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 226-cı ildə I Ərdəşir (226–241) özünü Ktesifon şəhərində İran şahənşahı elan etdi. Hakimiyyət Sasanilər sülaləsinin əlinə keçdiyindən bu dövlət də Sasanilər dövləti adlandırılmağa başlandı. Ktesifon şəhəri Mədain adlandırıldı və yenə də paytaxt şəhər oldu. Sasanilər Roma imperiyasına qarşı münasibətlərdə keçmiş Parfiya dövlətinin siyasətini davam etdirirdilər. I Ərdəşir Ermənistan və Azərbaycan torpaqlarından başqa keçmiş Əhəməni torpaqlarını da birləşdirmişdi.
Kaoani
Kaoani (yaponca kao (顔, üz) və ani (アニ, animasiya) sözlərindən gəlir) — adətən üzürmüş kimi görünmək üçün yuxarı və aşağı sıçrayan kiçik animasiyalı emotikonlar. Kaoanilərin mənşəyi Yaponiyadan gəlir və eyni zamanda puflar, anime ləkələri, anikaolar və ya anime ifadələri kimi tanınır. Kaoani heyvanlar, oniqirilər kimi qida məhsulları, rəngli ləkələr, karikatura personajları və s. şəklində ola bilər. Bir çoxları rəqs etmək, gülmək və ya alqışlamaq kimi müəyyən bir fəaliyyəti yerinə yetirmək üçün canlandırılır. Kaoanilər üçün fayl formatı adətən GIF-dir, çünki bu format animasiyaları dəstəkləyir. Bununla belə, onları animasiya edilmiş PNG şəkli olan APNG formatında da hazırlamaq mümkündür. Kaoanilər əsasən internet forumlarında, "MySpace" profillərində, bloqlarda və ani mesajlaşma proqramında əhval-ruhiyyə simvolu və ya avatar kimi istifadə olunur.
Kasnı
Kasnı (lat. Cichorium) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Kasnının tərkibində kalsium, maqnesium, fosfor, dəmir, A1, B1, B2, C, E vitaminləri vardır. == Növləri == Cichorium alatum Hochst. & Steud. Cichorium bottae Deflers Cichorium callosum Pomel Cichorium calvum Sch.Bip. ex Asch. Cichorium dubium E.H.L.Krause Cichorium endivia L. Cichorium hybridum Halácsy Cichorium intybus L. Cichorium pumilum Jacq.
Kaşan
Kaşan — İranın İsfahan ostanının şəhərlərindən və Kaşan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 248,789 nəfər və 67,464 ailədən ibarət idi.
Kastane (Averon)
Kastane (fr. və oks. Castanet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12059. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 24 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 573 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 315 nəfər arasında (15–64 yaş arasında) 244 nəfər iqtisadi cəhətdən fəal, 71 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 77,5%, 1999-cu ildə 63,0%).
Kazanın alınması
Rus qoşunlarının Kazan xanlığına qarşı yürüşləri. Kazan xanlığını Osmanlı imperiyası, Krım xanlığı və Noqay ordası dəstəkləyirdi. Kazan qoşunları 1534-cü ildən 1545-ci ilə qədər, hər il Rus dövlətinin şərq və şimal-şərq qıraqlarına yürüşlər edirdi. XVI əsrdə Kazan xanlığında 100 min rus əsiri var idi. Onların çoxusunu Osmanlıya və Aralıq dənizi ölkələrinə satılırdı. Bundan başqa ruslar Volqa və Kama üzərində ticarətlərini genişləndirərək, qaçılmaz olaraq tatarlarla toqquşmalı idilər. Eyni zamanda rus feodallarını xanlığın geniş torpaqları cəlb edirdi, bu ərazilərdə ruslar böyük mülklər əldə etmək fikrində idilər. == Mübarizənin başlanması == 1487-ci ildə Moskva knyazı III İvan Kazanı Moskvadan 1521-ci ilə qədər vassal asılı vəziyyətə saldı. III Vasili, Volqanın sağ qollarında dayaq məntəqələri olan, Vasilsursk istehkamının əsasını qoydu(1523) və Temniklər şəhərciyini möhkəmləndirdi. Kazan yürüşləri VI İvanın vaxtında baş verdi.
Kaçanik icması
Kaçanik (serb. Качаник) — Kosovoda icma, Uroşevats dairəsinə daxildir. Əhatə etdiyi sahə 294 km². İcmanın inzibati mərkəzi Kaçanik şəhəridir. Obiliç icması 30 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 7,0 km²-dır.
Kastanye (Fransa)
Kastanye (fr. Castagniers) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turret-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Levens kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 7,52 km², əhalisi — 1478 nəfərdir (2006) artım tendensiyası ilə: 1540 nəfər (2012), əhalinin sıxlığı 204,8 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 1542 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1540 nəfər.
Edinson Kavani
Edinson Kavani (isp. Edinson Roberto Cavani Gómez) — Uruqvaylı futbolçu. İspaniyanın Valensiya klubunun və Uruqvay Milli futbol komandasının oyunçusu. == Həyatı == Edinson Roberto Kavani Qomez 2 fevral 1987-ci ildə Uruqvayın Salto şəhərində anadan olmuşdur. Qardaşları Kristian Kavani və Azərbaycan Premyer Liqasının bombardiri olmuş Valter Quqlemon da futbolçu olublar. Yaşca qardaşlarından kiçik olan Kavaninin karyerası daha uğurlu alınıb. Uşaqlıqdan həyatında çətinlik çəkən Kavani həmin günləri belə yada salır: "Ailəmin mənə "Cola" ala biləcək qədər pulu yox idi. Gündəlik xərclərə, qida və paltara olan tələbatımızı güclə ödəyirdik". Erkən yaşlarından futbola olan marağı və həvəsi atası tərəfindən diqqətsiz qalmır. Ailə başçısı şəxsi münasibətləri hesabına oğlunu "Danubio"nun uşaq futbol məktəbinə yazdırır.
Kaiane Aldorino
Kaiane Aldorino — 2009-cu ilin Dünya Gözəli
Kamanə (Urmiya)
Kamanə (fars. كمانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (21 ailə).
Kasale FK
Kasari çayı
Kasari çayı — Estoniyada çay. Mənsəbi Baltik dənizidir. == Ümumi məlumat == Kasari çayı Estoniyanın qərbindəki ən bolsulu çaylardan biridir. Çayın uzunluğu 112 kilometr, hövzəsinin sahəsi 3210 kv.kilometr, orta illik su sərfi 25-30 kub m/saniyədir. Zamanla çayda daşqınlar çox olduğu üçün ətraf sakinlərin gediş-gəlişinə və təsərrüfatına ciddi problemlər yaradırdı. Çay yatağının dərinləşdirilməsi problemi az da olsa, həll edə bilmişdi, amma yenə də daşqınlar vaxtı çayın digər sahilinə keçmək olmurdu. Buna görə də 1905-ci ildə çayın aşağı yatağında 307 metr uzunluğunda dəmir-betondan körpü tikildi. Sonradan nəqliyyat vasitələrinin keçməsi üçün yeni bir körpü tikildi.
Masani Naqata
Masaci Naqata (長田 政二, Naqata Masaci, 1887, İbaraki prefekturası – 8 sentyabr 1938, Los-Anceles dairəsi, Kaliforniya) – yapon əsilli ABŞ-lı həvəskar astronom. 1931-ci ildə fermerliklə məşğul olarkən yeni kometa kəşf etdikdən sonra tanınmışdır. Naqata kometa kəşf edən ilk həvəskar astronomlardan biri olmuş, Kaliforniya ştatında həvəskar astronomiya sahəsində əhəmiyyətli töhfələr vermişdir. Onun kəşf etdiyi Naqata kometası tarixdə yapon şəxsin şərəfinə adlandırılmış ilk kometadır. == Həyatı == === İlk illəri === Naqata 1886-cı ildə Yaponiyanın İbaraki prefekturasında doğulmuşdur. Onun atası da fermer və həvəskar astronom olmuşdur. Atası onun astronomiyaya maraq göstərməsində böyük rol oynamışdır. Naqata 1907-ci ildə ABŞ-yə miqrasiya etmişdir. 1909-cu ildə Kaliforniya ştatında yerləşən İmperial dərəsinə köçərək Brauli və Vestmorlend şəhərləri arasındakı ərazidə fermerliklə məşğul olmağa başlamışdır. 1913-cü ildə qəbul edilən qanun yapon miqrantlarının torpaq sahibi olmasının qabağını aldığı üçün o, tez-tez yer dəyişdirməli olmuşdur.
Sasani dövləti
Sasanilər İmperiyası (pəhl. Ērānšahr) — 226-cı ildən 651-ci ilə qədər zaman-zaman müasir İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Azərbaycan ərazilərini əhatə etmiş tarixi dövlət. Fars mənşəli Sasanilər sülaləsinin əsasını 226-cı ildə I Ərdəşir (Ərdəşir Babəkan) Parfiyanın sonuncu şahı olan V Artaban məğlub etdikdən sonra qoymuşdur. Bununla da Parfiyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoymuş Sasanilər dövləti yaranmışdı == Tarixi == 224-cü ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Papakan Parfiya hökmdarı V Artabanı məğlubiyyətə uğratdı. Bununla da Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 226-cı ildə I Ərdəşir (226–241) özünü Ktesifon şəhərində İran şahənşahı elan etdi. Hakimiyyət Sasanilər sülaləsinin əlinə keçdiyindən bu dövlət də Sasanilər dövləti adlandırılmağa başlandı. Ktesifon şəhəri Mədain adlandırıldı və yenə də paytaxt şəhər oldu. Sasanilər Roma imperiyasına qarşı münasibətlərdə keçmiş Parfiya dövlətinin siyasətini davam etdirirdilər. I Ərdəşir Ermənistan və Azərbaycan torpaqlarından başqa keçmiş Əhəməni torpaqlarını da birləşdirmişdi.
Sasani memarlığı
Sasani memarlığı — Eramızın 224-651-ci illəri arasında hökmranlıq edən Sasanilər imperiyası təkcə siyasi və hərbi qüdrəti ilə deyil, həm də memarlıq və incəsənətdəki nailiyyətləri ilə tarixə damğasını vurmuşdur. Qədim Yaxın Şərq, Roma və Bizans memarlığından təsirlənərək özünəməxsus üslub inkişaf etdirən Sasani memarlığı monumental strukturları, zərif bəzəkləri və yenilikçi texnikaları ilə diqqəti cəlb edirdi. Sasani memarlığının ən fərqli xüsusiyyətlərindən biri monumentallıqdır. Saraylar, məbədlər, karvansaraylar və körpülər Sasani memarlığının gücünü və əzəmətini əks etdirən ən mühüm nümunələrdir.Tak-ı Kesra kimi saray kompleksləri nəhəng ölçüləri və heyranedici günbəzləri ilə imperiyanın gücünü simvolizə edirdi. Ktesifon kimi paytaxt şəhərlərdə tikilmiş monumental tikililər Sasani şəhərlərinin siluetini müəyyən edirdi. Sasani memarlığında günbəzlərdən istifadə geniş yayılmışdır. Kərpicdən və ya kerpiçdən tikilmiş qübbələr böyük yerləri örtmək üçün ideal bir həll təklif etdi. İvan adlanan hündür və tağlı giriş qapıları da Sasani memarlığının nadir elementləridir. Bu elementlər təkcə estetik dəyər daşımır, həm də akustika və havalandırma kimi məsələlərdə funksionallıq təmin edirdi.Sasani memarlığında gips qabartma, mozaika və freska kimi müxtəlif bəzək üsullarından istifadə edilmişdir. Sasani sənətinin əsas elementlərini həndəsi motivlər, stilizə edilmiş heyvan fiqurları və şah fiqurları təşkil edirdi.
Sasani İmperatorluğu
Sasanilər İmperiyası (pəhl. Ērānšahr) — 226-cı ildən 651-ci ilə qədər zaman-zaman müasir İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Azərbaycan ərazilərini əhatə etmiş tarixi dövlət. Fars mənşəli Sasanilər sülaləsinin əsasını 226-cı ildə I Ərdəşir (Ərdəşir Babəkan) Parfiyanın sonuncu şahı olan V Artaban məğlub etdikdən sonra qoymuşdur. Bununla da Parfiyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoymuş Sasanilər dövləti yaranmışdı == Tarixi == 224-cü ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Papakan Parfiya hökmdarı V Artabanı məğlubiyyətə uğratdı. Bununla da Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 226-cı ildə I Ərdəşir (226–241) özünü Ktesifon şəhərində İran şahənşahı elan etdi. Hakimiyyət Sasanilər sülaləsinin əlinə keçdiyindən bu dövlət də Sasanilər dövləti adlandırılmağa başlandı. Ktesifon şəhəri Mədain adlandırıldı və yenə də paytaxt şəhər oldu. Sasanilər Roma imperiyasına qarşı münasibətlərdə keçmiş Parfiya dövlətinin siyasətini davam etdirirdilər. I Ərdəşir Ermənistan və Azərbaycan torpaqlarından başqa keçmiş Əhəməni torpaqlarını da birləşdirmişdi.