Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Katsuşika
Katsuşika — Tokionun xüsusi rayonlarından biri.
Katyuşa
Katyuşa — məşhur sovet mahnısı
Ratuşa
Ratuşa və ya Bələdiyyə zalı (alm. Rathaus‎ — sözün hərfi mənasında "Şura evi", pol. ratusz) — şəhər və ya qəsəbə rəhbərliyinin özunu idarə etmə orqanı və orqanın binası. Bələdiyyə binası, şəhər şurası, idarə binası anlaşılır. Ratuşalar ilk dəfə Almaniyada ticarət şəhərlərində meydana gəlib, daha sonra digər ölkələrə yayılır. Artıq orta əsrlərdə Ratuşa şəhərin özünü idarəetmə və müstəqillik əlamətinə çevrilmişdi. Ölkəmizdə bu daha çox Bələdiyyə idarəsi kimi anlaşılır. Almaniya: Rathaus — sözün hərfi mənasında "Şura evi" İngiltərə: Taun Holl (ing. Town Hall) və ya Şəhər binası (ing. City Hall) — Hərfi tərcümədə "şəhər iclas salonu" Fransa: Otel de ville (fr.
Kaska
Dəbilqə və ya kaska — başı yaranmış təhlükələrdən, əsasən yaralanma və zədələnmələrdən qoruyan baş geyimi. Dəbilqə, əsasən, zərbəyə davamlı materiallardan hazırlanır. Ondan müxtəlif sahələrdə (idmanda, işdə və s.) istifadə edirlər.
Kauka
Kauka (isp. Cauca) — Kolumbiyanın departamentlərindən biri.
Aleksandr Katuşev
Aleksandr Katuşev (2 yanvar 1996) — Rusiyalı peşəkar kişi BMX velosipedçisi. Aleksandr Katuşev Rusiyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Aleksandr Katuşev 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.695 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu.
I Kanişka
I Kanişka — 78-144-ci illərdə Kuşan imperiyasının xaqanı. == Həyatı == Kuşan dövləti, ən parlaq zamanını Kanişka dönəmində (78-144) yaşadı. Pişəvər şəhərinin səs-sorağı hər yana yayıldı. == I Kanişka və Hindistan mədəniyyəti == Maurilərin ardınca Kuşanlar sülaləsi (b.e-nın I-III əsrləri) qədim Hindistanın tərəqqisini yüksəklərə qaldırdı. Xüsusilə, Kanişkinin hakimiyyəti dövrü (b.e. 78-144) buraya aid edilir. B.e-nın I-III əsrlərində handhar incəsənət məktəbi mühüm yer tutdu. Bu məktəbdə Şimali Hindistan, Orta Asiya, Yunan-Roma məktəbinin ənənələri üstünlük təşkil edirdi. Bu məktəbin özüməxsusluğu Buddanın ideallaşdırılmış gözəl insan obrazında antropomorf təsvirdə verilməsi ilə izah edilir.
Katinka Xossu
Katinka Xossu (mac. Katinka Hosszú; 3 may 1989, Peç) — Macarıstan üzgüçüsü. == Karyerası == 2004, 2008, 2012 və 2016-cı ilin Yay Olimpiya oyunlarında oynamışdır. Vasa SC klubunun tərkibində idman fəaliyyətini davam etdirir. “Dərmir qadın” ləqəbi ilə tanınır. 3 dəfə Olimpiya çempionu və 7 dəfə dünya çempionu olmuşdur. Vasas SC (2012–) və Bajai Spartacus SC (–2012) klublarının tərkibində fəaliyyət göstərmişdir. Kollec komandası Cənubi Kaliforniya Universiteti olmuşdur.
Katsuko Saruhaşi
Katsuko Saruhaşi (猿橋 勝子, Saruhashi Katsuko, 22 mart 1920 – 29 sentyabr 2007) – Yaponiya geokimyaçısı. Dəniz suyunda karbon dioksidin səviyyəsini ölçən ilk yaponiyalı geokimyaçıdır və ilk qadın kimyaçıdır. O, dəniz suyu və atmosferdə radioaktiv təhlükəsinin yayılmasını sübut etmişdir. == Fəaliyyəti == Saruhaşi 1920-ci il martın 22-də Tokio şəhərində anadan olub və 1943-cü ildə İmperator Qadın Elm Kollecini (Toho Universitetinin sələfi) bitirmişdir. Daha sonra Mərkəzi Meteoroloji Rəsədxanasına (daha sonra Yaponiya Meteorologiya Agentliyi) məxsus Meteoroloji Tədqiqatlar İnstitutuna daxil olmuş və orada Geokimyəvi Laboratoriyada çalışmışdır. 1950-ci ildə o, dəniz suyunda CO2 səviyyəsini öyrənməyə başladı. O dövrdə sözügedən məsələ əhəmiyyətli hesab edilmirdi və Saruhaşi CO2 səviyyəsini ölçmək üçün öz üsullarını inkişaf etdirməli idi. 1957-ci ildə o, Tokio Universitetində Kimya fakültəsində doktorluq qazanaraq bu sahədə ilk qadın olmuşdur. ABŞ 1954-cü ildə Bikini Atoll nüvə sınaqlarını həyata keçirdikdən sonra Yaponiya hökuməti dəniz suyunda və yağışda radioaktivliyi təhlil etmək və nəzarət etmək üçün Geokimyəvi Laboratoriyanı səlahiyyətləndirdi. Saruhaşi dəniz suyunda müşahidə olunan radioaktivliliyin Yaponiyaya çatmaq üçün bir il yarım vaxt lazım olacağını təsbit etdi.
Katsuşika Hokusay
Katsuşika Hokusay (葛飾 北斎, 31 oktyabr 1760 – 10 may 1849[…], Asakusa[d], Edo[d]) — yapon ukiyo-e rəssamı, illüstrator, oymaçı. Əsl adı Tokitarodur, ən məşhur təxəllüsü "Hokusay" yapon dilindən tərcümədə "şimal studiyası" deməkdir. Hokusay antologiyalar, erotik kitablar, rəsm albomları, əllə rənglənən kitablar və tarixi romanlar kimi bir çox fərqli növdə iş hazırlamışdır. Əsərlərinin böyük hissəsini 60 yaşından sonra çəkmişdir. O, Asiya tərzi iki ölçülü perspektiv anlayışını buraxıb, Qərb tərzində olan rəsmlərdə gördüyü yeni perspektiv texnikasını mənimsəmiş, rəmslərini bu texnika ilə hazırlamağa başlamışdır. Dünyanın qalan hissəsindən izolyasiya olmuş Yaponiyada ənənəvi rəsm texnikasından çox fərqlənən bu yeni rəsm texnikasını dövrün Yaponiyasında inqilabi dəyişiklik kimi görülmüş, Hokusayın Qərb dünyasında tanınmasında rol oynamışdır. Hokusayın əsərləri Vinsent Van Qoq kimi bir çox sənətkara ilham mənbəyi olmuş, onun 75 yaşında çəkdiyi 3 cildlik "Fuci dağının 100 görünüşü" kitabı Avropa incəsənətində təsir göstərmişdir. Həyatı boyunca 30 mindən çox əsər işləmişdir. == Həyatı == === İlk illəri === Katsuşika Hokusay 1760-cı ildə Edo şəhərində (indiki Tokio) Katsuşika bölgəsində anadan olmuşdur. Doğum adı Tokitarodur.
Katyuşa (mahnı)
Katyuşa — məşhur sovet mahnısı. == Tarixi == 1938-ci ildə yaranmış bu sovet mahnısının sözləri Mixail İsakovskiyə məxsusdur, bəstəkarı isə Matvey Blanterdir.
Katyuşa (silah)
Katyuşa — BM-8 (82mm), BM 13 (132 mm) və BM-31 (310 mm) reaktiv artilleriyalarından ibarət hərbi maşınlara verilmiş qeyri-rəsmi addır. Bu qurğular ikinci dünya müharibəsi ərəfəsində SSRİ qoşunları tərəfindən aktiv istifadə edilmişdir. Almanlar buna "Stalin orqanı" adını vermişlər. Çünki arxadan bu silah sistemi orqan musiqi alətinə oxşayırdı. Adi artilleriya qurğularına nisbətən Katyuşa qısa müddətdə bir neçə raket ata bilir. Bununla o düşmən tərəfini qorxuya salır və eyni zamanda onlara cavab verməyə imkan vermir. Sadə konstruksiyaya malik olması onun istənilən şəraitdə tətbiqinə imkan yaradır. Böyük atəş sahəsinə malikdir. Ancaq bu sistemin də öz çatışmazlıqları vardır. katyuşa raketləri artilleriya mərmilərinə nisbətən daha çox yanacaq istifadə edir və qeyri dəqiqdir.
Masako Katsura
Masako Katsura(yap. 桂 マサ子, ləqəbi "Ketsi", bəzən Bilyardın birinci xanımı)- yaponiyalı məşhur karambol bilyardçısı. O, o dövrlər kişilərin iştirak etdiyi yarışlarda yüksək nəticələr göstərərək bilyard tarixində qadınlar üçün iz buraxdı.
Tatuidris tatusia
Tatuidris tatusia — Agroecomyrmecinae yarımfəsiləsinin yeganə müasir təmsilçisi, relikt növ. Cənubi və Mərkəzi Amerikada yayılmışdır. Uzunluq təxminən 3 mm-dir. Torpaq qarışqaları sarımtıl-qəhvəyi rəngdə olur. İşçi və dişilərin bığcıqları 7 buğumludur (erkəklərdə bu rəqəm 12-dir. İynələri inkişaf etmişdir. Tropik meşələrin torpaqlarında və çırpılıqlarda yaşayırlar. Az görülən qarışqalardır. Tatuidris cinsi eosenin fosil Agroecomyrmex və Eulithomyrmex ilə birlikdə Agroecomyrmecinae yarımfəsiləsini təşkil edir. Bolton B. (1992).
Toşinobu Katsuya
Toşinobu Katsuya (d. 2 sentyabr 1961) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 27 oyun keçirib.
Vyara Vataşka
Vyara Vataşka (20 fevral 1980) — Bolqarıstanı təmsil edən bədii gimnast. Vyara Vataşka Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Yoşihiro Natsuka
Yoşihiro Natsuka (d. 7 oktyabr 1969) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 11 oyun keçirib, 1 qol vurub.
Katsura Taro
Kaçura Taro (1848-1913) — Yaponiyanın İmperator ordusunun generalı, siyasi xadim, Yaponiyanın 11-ci baş naziri. == Həyatı == Samuray sinfinə mənsub olan K.Taro 1848-ci il yanvarın 4-də dünyaya gəlib. 1868-ci il çevrilişi zamanı imperatorun tərəfində durdu və Kiotoda onun sarayını müdafiə etdi. Sonra isə Yaponiyanın şimalında syoqunluğun tərəfdarları ilə müharibədə iştirak etdi. 1870-1873-cü illərdə Berlində hərbi məktəbdə təhsil alıb. 1875-1878-ci illərdə Yaponiyanın Berlində hərbi attaşesi vəzifəsini icra edib. 1894-1895-ci illər Yapon-Çin müharibəsində fərqlənib və 1898-ci ildə müdafiə naziri təyin edilir. 1900-cü ildə qraf İto Xirobuminin hökuməti təşkil olunan zaman K.Taro vəzifəsindən gedir. 1901-ci ildə İtonun istefasından sonra isə yeni hökumət qurdu. K.Taro 1913-cü il oktyabrın 10-da dünyasını dəyişib.
Karl Kautski
Karl İohann Kautski (alm. Karl Kautsky‎; 16 oktyabr 1854[…], Praqa, Bohemiya tacı torpaqları[d][…] – 17 oktyabr 1938[…], Amsterdam) — alman iqtisadçı, tarixçi, publisist və sosial-demokrat siyasətçi. Marksist nəzəriyyəçi, K. Marksın "Kapital" əsərinin dördüncü cildinin redaktoru.
Hozumi Yatsuka
Hozumi Yatsuka (穂積 八束, 20 mart 1860, Uvacima[d], Ehime prefekturası – 5 oktyabr 1912, Kamakura[d]) – Yaponiya hüquqşünası, konstitusional hüquq araşdırmaçısı. Hüquqşünas Hozumi Nobuşiqenin kiçik qardaşıdır. == Həyatı == Hozumi Yatsuka 1860-cı ildə indiki Ehime prefekturasının ərazisində doğulmuşdur. Atası Uvacima klanına mənsub olmuşdur. 1883-cü ildə Tokio Universitetini bitirmiş, Ernest Fenollosanın tələbəsi olmuşdur. 1884–1888-ci illərdə Heydelberq, Berlin və Strasburq universitetlərində təhsil almış, Paul Labandın tələbəsi olmuşdur. Hozumi 1889–1912-ci illərdə Tokio Universitetinin professoru kimi konstitusional hüquq üzrə mühazirələr vermiş, 1897–1911-ci illərdə hüquq fakültəsinin sədri olmuşdur. Yaponiya Perlər Palatasının və İmperator Akademiyasının üzvü olmuşdur. == Nəzəriyyələri == Hozumunin konstitusiya haqqındakı nəzəriyyələri imperatorun suverenliyini dəstəkləmiş və gücləndirmişdir. Parlamentar hökumətə qarşı olmuş, siyasi partiyalara həm qanunvericilikdə, həm idarəçilikdə güc verməyi dəstəkləməmişdir.
Anuşka Şarma
Anuşka Şarma(hind. अनुष्का शर्मा; 1 may 1988, Ayodxya, Uttar Pradeş) — hind aktrisası və modeli. == Həyatı == 1 may 1988-ci ildə Banqalorda yüksək rütbəli ordu zabiti ailəsində anadan olmuşdur. İlk filmi 2008-ci ildə "Bu cütlüyü Tanrı yaradıb" olmuşdu. Meşhur hindistanlı kriket oyunçusu Virat Kohlinin sevgilisidir. Qardaşı Karneş Şarma ilə birlikdə Clean slate films şirkətini qurmuşdur.
Andrey Kotska
Andrey Andreyeviç Kotska (ukr. Андрій Андрійович Коцка; 23 may 1911, Ujqorod – 3 sentyabr 1987, Ujqorod) — Ukrayna-sovet rəssamı. Ukrayna SSR əməkdar incəsənət xadimi (1971), Ukrayna SSR xalq artisti (1982). == Həyatı == Andrey Andreyeviç Kotska 23 may 1911-ci ildə Avstriya-Macarıstan dövlətinin bir hissəsi olan Ujqorod şəhərində (indiki Ukrayna) anadan olmuşdur. O, 1931-ci ildə Ujqorodda ictimai rəsm məktəbini bitirmişdir. Kotska Adalbert Erdeli və İosif Bokşayın şagirdi olmuşdur. O, təhsilini Roma Rəssamlıq Akademiyasının monumental rəssamlıq şöbəsində davam etdirmiş, buranı 1942-ci ildə bitirmişdir. Kotska 1946-cı ildən Ukrayna Rəssamlar İttifaqının üzvü olmuşdur. O, 1977-ci ildən SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin üzvü və Ukrayna SSR Rəssamlar İttifaqı İdarə Heyətinin Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərmişdir. Kotska 1932-ci ildən rəsm sərgilərində iştirak etmişdir.
Kalusko d'Adda
Kalusko d'Adda (it. Calusco d'Adda) — İtaliyada kommuna. Lombardiya bölgəsinin Berqamo əyalətində yerləşir. Kommunanın adı Berqamo ləhcəsində Calösch [kaˈløsk], Brianza ləhcəsində isə Kaluş kimi səslənir. Əhalisi 8125 nəfər (2008), əhalinin sıxlığı 1007 nəfər/km². Sahəsi 8 km² ərazini tutur. Poçt kodu — 24033. Telefon kodu — 035.
Kauka çayı
Kauka (isp. Río Cauca) — Kolumbiya ərazisindən axan çay. Uzunluğu 1130 km təkil edir, hövzəsinin sahəsi 80 000 km²-dir. Maqdalena çayının sol qoludur. == Coğrafiya == Öz başlanğıcını And dağlarından götürür və şimala paralel olaraq Qərbi Kordilyer ilə Mərkəzi Kordilyer silsilələri arasında yerləşən dərədən axır. Orta axarlara qədər astana və şəlalələr müşahidə edilir. Orta axarda axın sürəti 2 000 m³/s təkil edir. Kalidən Kartaqoya və Antokiidən mənsəbə qədər naviqasiyaya yaralıdır.
Kaşka (Askın)
Kaşka (başq. Ҡашҡа, rus. Кашкино) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kaşka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 40 km, ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 147 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (98 %) üstünlük təşkil edir.