Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kauka
Kauka (isp. Cauca) — Kolumbiyanın departamentlərindən biri.
Kaup
İohann Yakob Kaup (alm. Johann Jakob Kaup‎) — Almaniya zooloqu.
Qauk
Qauk (alm. Gauck; Hauk, Hauck‎) — alman soyadı.
Aleksandr Qauk
Aleksandr Vasilyeviç Qauk (27 avqust 1893, Odessa – 30 mart 1963, Moskva) — sovet dirijor və bəstəkarı. RSFSR Xalq artisti (1954).
Kask dili
Kask dili — kaskların danışdığı, Hind-Avropa dil ailəsinə aid olmayan ölü dil. Tunc dövründə Anadolunun Pont regionunda danışılırdı. Dildəki adlara və toponimlərə görə bəzən hatt dili ilə əlaqələndirilir. Kask dilinin abxaz-adıq dilləri ilə əlaqəsi də mümkün variantlar arasındadır. "Kask" adı çərkəzlərin köhnə adı ilə sinonim ola bilər. Kask konfederasiyasına daxil xalqlardan biri olan abesla abxaz və digər Şimali Qafqaz xalqları ilə qohum ola bilər. Buna görə də kaskların çərkəzlərin və digər Qafqaz xalqlarının əcdadları olduğu iddia edilir. Başqa bir nəzəriyyəyə görə, kask dilinin zan dillərindən biridir, laz və meqrel dilləri ilə əlaqəlidir.
Kauka çayı
Kauka (isp. Río Cauca) — Kolumbiya ərazisindən axan çay. Uzunluğu 1130 km təkil edir, hövzəsinin sahəsi 80 000 km²-dir. Maqdalena çayının sol qoludur. Öz başlanğıcını And dağlarından götürür və şimala paralel olaraq Qərbi Kordilyer ilə Mərkəzi Kordilyer silsilələri arasında yerləşən dərədən axır. Orta axarlara qədər astana və şəlalələr müşahidə edilir. Orta axarda axın sürəti 2 000 m³/s təkil edir. Kalidən Kartaqoya və Antokiidən mənsəbə qədər naviqasiyaya yaralıdır.
Kruk (Vayominq)
Kruk rayonu (ing. Crook County) -Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 5 887 nəfər olmuşdur. 2005-ci ildə əhalinin sayı 6 182 nəfərə çatmışdır. Rayonun paytaxtı Sandens şəhəridir.
Samer Tauk
Samer Tauk (3 sentyabr 1998) — Livanlı xizək yürüşçüsü. Samer Tauk Livanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Samer Tauk birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 15 km məsafəyə sərbəst üsul yarışlarında iştirak etdi. Tauk 47:03.4 saniyəlik nəticəsi ilə 119 atlet arasında 109-cu yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Yoahim Qauk
Yoahim Qauk (alm. Joachim Gauck‎; 24 yanvar 1940[…], Rostok, Üçüncü Reyx) — Almaniyanın prezidenti.
Aleksey Kaşuk
Aleksey Kaşuk (ukr. Олексій Миколайович Кащук, 29 iyun 2000, Novoqrad-Volınsk[d], Jitomir vilayəti) — Şaxtyor Donetskdə yarımmüdafiəçi kimi çıxış edən ukraynalı peşəkar futbolçu.
Ceymi Kuk
Ceymi Robert Kuk (8 iyul 1985, Şeffild, Yorkşir və Hamber[d]) – İngiltərəli gitaraçı və bəstəkar. O indi-rok qrupu Arctic Monkeys-in üzvü kimi tanınır.
Ceyms Kuk
Ceyms Kuk (27 oktyabr 1728 – 14 fevral 1779[…]) — ingilis dəniz səyyahı. Bütün materiklərə ayaq basmış ilk insan. Onun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün müasir şəklini ala bilmişdir. Kuk böyük elmi nəticələr verən üç dünya səyahəti etmişdir. Ceyms Kukun birinci ekspedisiyasının (1768–1771) qarşısına qoyulan əsas vəzifə Naməlum Cənub torpağını tapmaq idi. Bu ekspedisiya zamanı Cənub torpağının tapılması ilə ilk dəfə sübut edildi ki, Yeni Zelandiya cənub materikinin bir hissəsi olmayan və boğazla iki yerə ayrılan adalardan ibarətdir (sonralar bu boğaza C. Kukun adı verilir). O, Avstraliyanın şərq sahillərini öyrənib onu xəritəyə köçürdü. Yeni Qvineya adasının Avstraliyadan ayrı olduğu müəyyən edildi. İkinci ekspedisiya (1772–1775) zamanı Kuk Afrikanın cənub ucqarından cənuba doğru istiqamət götürərək dəniz səyahətləri tarixində ilk dəfə 17 yanvar 1773-cü ildə Cənub qütb dairəsini keçmişdir. Antarktida sahillərindəki buzlu sularda xeyli dolaşır və səhv olaraq burada qurunun Cənub torpaqlarının olmadığı qənaətinə gəlir.
Deyl Kuk
Deyl "Apollo" Kuk (ing. Dale "Apollo" Cook) — ABŞ aktyoru və idmançısıdır. Taekvondo üzrə 7-ci dərəcəli qara kəmərə sahibdir. Deyl Kuk 1958-ci ildə Talsa şəhərində doğulmuşdur. Əvvəllər Taekvondo, sonralar isə Karate idman növü ilə məşğul olmuşdur. Onun bu idman növlərinin hər birindən qara kəməri vardır. 1977-1996-cı illər boyu bir çox yarışmalar keçirmişdir. Yarışmaları tərk etdikdən sonra karate üzrə müəllim fəaliyyətinə başlamışdır. Həmçinin, Deyl Kukun qardaşı Con Kuk da idmanla məşğuldur.
Frederik Kuk
Frederik Albert Kuk (ing. Frederick Albert Cook; 10 iyun 1865[…], Hortonvill[d], Nyu-York ştatı – 5 avqust 1940[…], Nyu-Raşel[d], Nyu-York ştatı) - 1908-ci il 21 apreldə Şimal qütbünə ayaq basdığını iddia edən amerikalı tədqiqatçı, fizik və etnoqraf. Ondan, təxminən, bir il sonra - 1909-cu il aprelin 6-da Şimal qütbünə çatdığını iddia edən Robert Pirinin də Kukun da iddiaları illərlə müzakirə mövzusu olmuşdu. Kukun ekspedisiyası Şimali Amerika Arktikasında kəşf edilən yeganə ada olan Mien adasını ilk dəfə tədqiq etmişdi. Osczevski, Randall J. "Frederick Cook and the Forgotten Pole". Arctic. 56 (2). 2003: 207–217. doi:10.14430/arctic616. ISSN 0004-0843.
Kau səhrası
Kau səhrası (ing. Kaʻū Desert) — Havay adasının cənub-şərqində, Kilauza vulkanının ətrafında yerləçən səjhra. Eynio adlı rayonun ərazisinə daxildir. Vulkanik çöküntülərlə örtülən səhrada tez-tez turşu yağışı yağır. Kau tioik vulkanik səhradır. Tipik səhralardan (hansı ki, yağıntının miqdarı 200 mm keçmir və buxarlanma iillik yağıntını üstələyir) aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir: burad illik yağıntının miqdarı 1000 mm keçir. Kilauea vulkanından çıxan vulkanik qazlar turşu yağışı əmələ gətirir ki, buda bitki öretyüyünün əmələ gəlməsinə maneə olur. su tez şəkildə lavada buxarlanır. lava və vulkanik suxurların arasınadakı çatlar yağış suyunu asanlıqla keçirir Kau səhrasından Havay Vulkanik Milli parka yol gedir. Səhradan № 11 şose keçir.
Keyt Kuk
Kuk-Karauk
Kuk-Karauk şəlaləsi (başq. Күк-Ҡарауыҡ) — Başqırdıstanın Kuk-Karauk çayı üzərində yerləşən şəlalə. 1965-ci ildə təbiət abidəsi elan edilmişdir. İşembay yasaqlığı ərazisində yerləşir. Yerləşməsi: Makar kəndindən 7 km aralıda, RZ16 yolu üzərində, Makar meşə təsərrüfatı ərrazisində, 46-cı məhəllədə yerləşir. Şəlalə kaskad xüsusiyyətinə maliksir. Hündürlüyü 10–12 metrdir. Yay ayları suyun azalması ilə tamamən yoxa çıxır. Turizm ərazisidir. Kuk-Karaukdan bir qədər aralıda Kalik-uskan qayası və Salavat və Ziqanovka mağaraları yerləşir.
Kuk adaları
Kuk Adaları — Sakit okeanın cənubunda, Polineziyada yerləşən eyni adlı arxipelaq və özünüidarə üsulu olan dövlət qurumu. Yeni Zelandiya ilə müstəqil assosiasiya şəklindədir. Kuk Adaları iki qrup vulkan və mərcan mənşəli adalardan ibarətdir. Onlar Sakit okeanda 2,2 mln. km² əraziyə səpələnir. Adalar 1770-ci ildə Ceyms Kuk tərəfindən kəşf edilmişdir. Kuk adaları 6 mərcan mənşəli atolldan və 9 vulkan mənşəli adalardan təşkil olunur. Əhali ən böyük ada olan Rarotonqada yaşayır Şimalda Kiribati, şərqdə Fransa Polineziyası, Niuye, Amerikan Samoası, qərbdə Tokelau və cənubda neytral Sakit okean suları ilə sərhəddir. 1971-ci ilin siyahıya almaya görə Kuk adalarında 21 322 nəfər adam yaşayırdı. O zamandan başlayaraq, adaların əhalisi tədricən azalır.
Kuk boğazi
Kuk boğazı (ing. Cook Strait) — Yeni Zelandiyada ada. O, Şimal və Cənub adalarını ayırır. Sakit okean və Tasman dənizini isə birləşdirir. Uzunluğu 170 km, eni isə ən dar yerdə 22 km təşkil edir. Dərinliyi 87 m-dir. Kuk boğazında cənub yarımkürəsinin cənub qütbünə ən yaxın paytaxt şəhəri olan Vellinqton şəhəri yerləşir. Maori dilində Raukava və ya Raukava Moana kimi adlandırılır. Bu ərazilərə ayaq basan ilk avropalı Abel Tasman olmuşdur. Boğazı ilk dəfə üzüb keçən isə Ceyms Kukdur.
Kuk boğazı
Kuk boğazı (ing. Cook Strait) — Yeni Zelandiyada ada. O, Şimal və Cənub adalarını ayırır. Sakit okean və Tasman dənizini isə birləşdirir. Uzunluğu 170 km, eni isə ən dar yerdə 22 km təşkil edir. Dərinliyi 87 m-dir. Kuk boğazında cənub yarımkürəsinin cənub qütbünə ən yaxın paytaxt şəhəri olan Vellinqton şəhəri yerləşir. Maori dilində Raukava və ya Raukava Moana kimi adlandırılır. Bu ərazilərə ayaq basan ilk avropalı Abel Tasman olmuşdur. Boğazı ilk dəfə üzüb keçən isə Ceyms Kukdur.
Oliviya Kuk
Oliviya Keyt Kuk (ing. Olivia Kate Cooke; 27 dekabr 1993, Oldem[d]) — İngiltərə aktrisası. Əsasən "Bates Motel" (2013-17) dram-triller teleserialında Emma Desodi və "Vanity Fair" (2018) dram miniserialında Beki Şarp rolları ilə tanınır.
Tim Kuk
Timothy D. "Tim" Cook (1 noyabr 1960, Mobil, Alabama) — Stiv Jobsun 24 avqust 2011 tarixində Apple-ın CEO-luğundan ayrılmasından sonra təyin olunan CEO-su. Kuk Apple-da 1998-ci ildən işləyir.
Tomas Kuk
Tomas Kuk (22 noyabr 1808[…], Derbişir[d] – 18 iyul 1892, Lester) — turizmin yaradıcısı, öz adı ilə tanınan daşımaçılıq şirkətinin qurucusu. O, gələcəkdə turizmi və bununla bağlı digər anlayışları kəşf etmişdir. Bu kəşf təsadüfən baş vermişdir. Əslində T. Kukun belə bir niyyəti olmamışdı. O, keşiş idi. Yaşadığı dövrdə çox yayılan alkoqol və tütün aludəçiliyi ilə mübarizə aparmaq onun üçün çox əhəmiyyətli idi. Buna görə də bu tipli insanların diqqətini başqa bir yerə — səyahətə çəkmək qərarına gəlir. Tomas Kuk 1808-ci ildə İngiltərənin Melbrun şəhərində anadan olmuşdur. Onun atası Con Kuk ailəsini meyvə-tərəvəz satmaqla dolandırırdı. Conun qəfil ölümü ailəni çıxılmaz vəziyyətə sürükləyir.
Subhash Kak
Subhash Kak (26 mart 1947, Srinaqar[d]) — Hindistan yazıçısı, şair, kompüter alim və riyaziyyatçı.
Subhaş Kak
Subhash Kak (26 mart 1947, Srinaqar[d]) — Hindistan yazıçısı, şair, kompüter alim və riyaziyyatçı.
Bank of Baku
Bank of Baku Açıq Səhmdar Cəmiyyəti — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı. “Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 14.02.1994-cü il tarixində yaradılıb. Bank o illərdə “Tuqay” kommersiya bankı kimi yaradılmışdı. 10.02.1997 tarixindən sonra isə Bankın adı səhmdarlarının qərarı ilə dəyişdirildi və ”Bank of Baku” kimi adlandırılmışdır. "Bank of Baku" adı ilə fəaliyyətinə davam edən Bank, 14 may 1997-ci ildə Bakı Banklararası Valyuta Birjasının üzvü oldu və həmin il Birgə Səhmdar Kommersiya Bankı kimi təkrar qeydiyyatdan keçdi. 2004-cü il 22 oktyabr tarixində bankın hüquqi statusu Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti kimi təsbit olundu. Azərbaycan Respublikasının Mərkəzi Bankı 26 yanvar 2005-ci il tarixində "Bank of Baku" və "İlkbank" kommersiya banklarının birləşməsini rəsmən təsdiqlədikdən sonra, yeni «Bank of Baku» KB ASC-nin fəaliyyəti üçün lisenziya verdi. Bankın ilk filialı - Azneft filialı 1 iyun 2002-ci il tarixində istifadəyə verildi. 2013-cü ildə “Bank of Baku”-nun Müşahidə Şurası bankın yeni strateji inkişaf proqramını təsdiq etdi. Proqram çərçivəsində “Bank of Baku”-nun paytaxt və regionlarda yeni filialları açıldı.
Royal Bank of Baku
Royal bank – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli qərarı ilə "Royalbank" ASC-nin lisenziyası ləğv edilmişdir. Eyni zamanda, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 13 iyul 2012-ci il tarixdən "Royalbank" ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir. Həmçinin, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar bank barəsində iflas prosedurlarının başlanması üçün Mərkəzi Bank 16 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Mövcud qanunvericiliyə əsasən, həmin andan bankın öhdəliklərinin icrasına moratorium qüvvəyə minmişdir. 25 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin qərarı ilə banka ləğvedici təyin edilmişdir. Hal-hazırda bankda ləğvedici fəaliyyətə başlamışdır. Qeyd olunan qərar kütləvi informasiya vasitələrinə açıqlanmışdır. Bakının royal bankası – nın rəsmi adı "Royal Bank of Baku Açıq Səhmdar Cəmiyyəti" dir. Bank 1993-cü ilin avqust ayında "ÖZ BANK" adı altında səhmdar kommersiya bankı kimi yaradılmışdır. Bank öz fəaliyyətini 2 avqust 1993-cü il tarixindən Milli Bank tərəfindən verilmiş 158-saylı lisenziyaya əsasən fəaliyyət göstərir.