Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəramət
Kəramət – xariqüladə hadisə olub, ruhi paklıq, batini saflıq və Allaha yaxınlıq sayəsində baş verir. Bəzən haqqın təntənəsi və ucalığı haqqında yaranan qeyri-adi hallara kəramət deyilir. Kəramət dedikdə fövqəladə şeylər nəzərdə tutulur. Bu fövqəladəlik bir peyğımbərdə olduğu halda möcüzə, vəlilərdə, seyidlərdə və s. olduğu halda isə kəramət adlanır. Peyğəmbərdə vəhylə həyata keçirildiyi üçün möcüzə, vəlilərdə ilhamla gerçəkləşdiyi üçün kəramətdir. Kəramət əsla peyğəmbərlik iddiasında olmayan şəxsə aiddir.
Kəramət Böyükçöl
Kəramət Böyükçöl (doğum adıyla: Kəramət Qəşəm oğlu Nəcəfov; 17 oktyabr 1987, Əliqullar, İmişli rayonu) — Azərbaycan yazıçısı, publisist. == Həyatı və fəaliyyəti == Kəramət Böyükçöl 17 oktyabr 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Səbail rayonu 51 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olmuşdur. 11 noyabr 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb.7 oktyabr 2021-ci ildə Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilib. 26 oktyabrda 2021-ci ildə buraxılıb. == Düşüncələri == Böyükçöl sazı "cahillik aləti" adlandırıb və meyxana kimi bir şey olduğunu bildirib. == Şəxsi həyatı == 1 oğlan və 1 qız övladı var.Azərbaycan şairi və publisist Qəşəm Nəcəfzadənin oğludur. == Əsərləri == "Çöl", Bakı, 2010. "Səkkizinci gün", Bakı, "Qanun", 240 səh.
Kəramət Hüseynov
Karamat Huseynov (30 avqust 1998, Bakı) — 60 kq çəki dərəcəsində çıxış edən azərbaycanlı cüdoçu. Cüdo üzrə Azərbaycan milli komandasının üzvü. 2021-ci ildə Portuqaliyanın Lissabon şəhərində keçirilən cüdo üzrə 2021 Avropa çempionatında kişilər arasında -60 kq çəki dərəcəsində bürünc medallardan birini qazanıb. == Həyatı == 2008-ci ildə Kəramət Hüseynov gənclər arasında Bakı çempionu olub və 16 yaşında Azərbaycan çempionatının qalibi olub. 2014-cü ildə Portuqaliyanın Koimbra şəhərində keçirilən Gənclər arasında Avropa Kubokunda qızıl medal, Polşanın Bielsko-Biala şəhərində keçirilən analoji turnirdə bürünc medal qazanıb. Kəramət Hüseynov 2015-ci ildə Tbilisidə keçirilən Avropa Gənclər Olimpiya Festivalında gümüş medal qazanıb. 2017-ci ildə Zaqrebdə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb. Həmin il Hüseynov 2017-ci ildə Mariborda yeniyetmələr arasında Avropa çempionu və Podqoritsada 23 yaşadək cüdoçular arasında Avropa çempionatında bürünc medal qazanıb. O, 2018-ci ildə Saarbrükendə bürünc medal qazanıb. 2018-ci ildə Orenburqda keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.
Kəramət (ad)
Kəramət Böyükçöl — Azərbaycan yazıçısı, publisist. Kəramət Hüseynov — Azərbaycanlı cüdoçu.
Kerama adaları
Kerama adaları (yap. 慶良間諸島) — 22 adadan ibarət olan arxipelaq Okinava adasından cənub-qərbdə yerləşir == Coğrafiya == Dörd adada daimi yaşayış vardır: Tokasikicima (yap. 渡嘉敷島, Camamicima (yap. 座間味島, Akacima (yap. 阿嘉島, Qerumacima (yap. 慶留間島)Adalar Simaciri dairəsinə daxildir. == Tarixi == 26 mart 1945 ildə İkinci dünya müharibəsinin tərkibi olan Okinava döyüşünün başlamasın bir necə gün qalmış ABŞ adalara 77-ci piyada diviziyasını yerləşdirmişdir. Adalarda döyüş 5 gün davam etmişdir. Adlar işğa edildikdən sonra Okinava adasına hücumlar məhz buradan başlamışdır. == Maraqlı fakt == Akacima və Camamicima adalarında bir-birinə bağlı olan Merilin və Siro itlərinin həyatı bir çox insanları maraqlandırır.
Karaman
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Keramzit
Keramzit (yun. keramos — gil) — məsaməli, yüngül və dənəvərləşdirilmiş tikinti materialı. Asanəriyən gilli süxurları köpüb həcmini artırana qədər bişirdikdə (1100–1200°S) alınır. Çınqıl (dənələri 5–40 mm) və qum (dənələri 5 mm-dən kiçik) şəklində buraxılır. Yüngül beton doldurucusu, bəzən isə bina konstruksiyalarında səs və istilik izolyasiya materialı kimi işlədilir.
Keratit
Kaeratit (rus. Керати́т) — gözün buynuz qişasının iltihabı. Travmatik və ya infeksion (qrip, vərəm) mənşəli ola bilər. Keratit bəzən görmənin itirilməsi ilə nəticələnə bilər. == Xüsusiyyətləri == Buynuz qişa gözün ən ön hissəsində yerləşən işığı fokuslamaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və əyri səthə malik olan toxumadır. Normada gözün buynuz qişası şəffaf və parlaq olur. Buynuz qişanın iltihabı "keratit" adlandırılır. Keratit həm 1, həm də hər 2 gözdə inkişaf edə bilər. Keratit təhlükəli xəstəlikdir. Vaxtında müalicə olunmadıqda keratit görmənin zəifləməsinə və hətta korluğa səbəb ola bilər.
Koramal
Koramal (lat. Anguis) — Koramallar fəsiləsinə aid cins. Ayaqsız ilana bənzər kərtənkələlərdir. == Növləri == Bu cinsə 6 növ daxildir: Anguis cephallonica Anguis colchica Anguis fragilis — Cılız koramal Anguis graeca Anguis incomptus Anguis veronensisCılız koramal Avropada, həmcinin Türkiyə, Əlcəzir və Tunis ərazilərində yayılmışdır. A. cephallonica növü cənubi Yunanıstanın emdemik növü sayılır. A. incomptus növü isə 2010-cu ildəOphisaurus cinsinə daxil edilmişdir. 1758-ci ildə Karlos Linneaus Koramal cinsinə bir cox kərtənkələ və ilan növü daxil etmişdi.
Koramaz
Koramaz — çiy südlə qatığın qarışığından ibarət ağartı, yaxud sərinləşdirici içki. Ənənəvi sərinlədici içkilərin az təsadüf edilən tipoloji növlərindən biri də südə qatıq qarışdırmaq yolu ilə hazırlanan koramaz (körəməz) olmuşdur. Turşməzə tama malik olan və bir növ məzəiçkisi sayılan koramaz (körəməz), əsasən isti yay aylarında düzəldilib içilirdi. Koramaz (körəməz) Azərbaycanın qərb bölgəsində daha geniş yayılmışdı.
Məqamat
Məqamat – Seyid Yəhya Bakuvinin əsəri. Bu əsərdə mənəvi səfərin yeddi mərtəbəsindən (məqamından) bəhs edilir. Məlum olduğu kimi təsəvvüf yoluna girən şəxsin Allaha yetişmək üçün əxlaqi baxımdan kamilləşməsi vacibdir. İnsanın mənfi sifətlərdən xalis olub, müsbət sifətlər qazanması üçün mənəvi səfər htiyacı vardır. Bu əsərdə həmin məqamlar sıra ilə verilərək izah olunmuşdur. Mütəfəkkirə görə, birinci məqam seyr iləllah, ikinci məqam seyr lillah, üçüncü məqam seyr əlallah, dördüncü məqam seyr məallah, beşinci məqam seyr fillah, altıncı məqam seyr-anillah, yeddinci məqam seyr billahdır. Bir çox məcmuələrdə bu əsər Mənazilül-aşiqin əsərinin içində verilmişdir.
Qaramat
Qaramat - türk, çuvaş və anadolu xalq mədəniyyətində kabus cini. Keremet və ya Qarımıt da deyilir. "Qarav" olaraq da bilinər. Kabuslara səbəb olan və bunun nəticəsində sayıqlama və psixoloji pozuqluqları ortaya çıxaran şər varlıq. İndiki vaxtda şizofreniya adı verilən ruhi xəstəliyə bənzər halların keçmişdə bu varlıqla əlaqəli olduğu düşünülmüşdür. Bundan başqa bu söz; çuvaş dilində pis ruh, ataların ruhlarının çağırılması, müqəddəs ərazi, müqəddəs obyekt; Udmurt dilində şeytan kimi mənalar ehtiva etməkdədir. Yəni xüsusilə məşhur bir inanc olaraq iştirak etdiyi Çuvaş dilində həm müsbət həm də mənfi bir dizi məna saxlayar. Əvvəllər pis ruh olaraq da bilinən mifik bir varlıqdır. "Çuvaş Etimologiya Lüğəti"ndə "Kiremet" şəklində iştirak edən bu sözün mənası "kinli ruh" olaraq keçməkdədir. Tatar dilində isə tərs bir mənala "xeyriyyəçi ata ruhu, qoruyucu ruh" mənasını verməkdədir.
Kerala
Kerala (malaya. കേരളം) — Hindistanın cənub-qərbində Malabar sahilində yerləşən, ərazisi 38,863 km² və əhalisi 33.387.677 nəfər (2011 siyahıyaalması) olan ştat. Əhalinin sıxlığı 859,11 nəfər / km² təşkil edir ki, bu da ölkədə ən yüksək əhali sıxlığı göstəricilərindən biridir. Paytaxt Trivandram (Thiruvananthapuram), ştatın ən sıx məskunlaşdığı şəhərdir. Ukinci ən çox məskunlaşan şəhər Koçi (Koçin) şəhəridir. Ştatda rəsmi dil Malayalam dilidir.
Kerman
Kirman şəhəri İranın cənub-şərqində yerləşən şəhər. Kirman ostanının mərkəzi. 515 114 nəfər əhalisi var.
Kermit
Kermit(protokol)-faylların ötürülməsi üçün asinxron rabitədə istifadə olunan protokol. 1981-ci ildə Kolumbiya Universitetində (ABŞ) Frank da Kruzo tərəfindən işlənib hazırlanıb. Başlıca olaraq informasiyanın mikrokompüterlər arasında ötürülməsi vasitəsi kimi nəzərdə tutulub. Kermit protokolundan telefon xətləri ilə rabitə üçün nəzərdə tutulmuş bir çox proqram paketlərində istifadə olunur. İnformasiya dəyişən uzunluqlu (adətən, 96 bayta kimi) bloklarla (paketlərlə) ötürülür və hər bir paket veriliş xətasına görə yoxlanılır. İdarəedici simvollar ASCII’nin standart çap simvollarına (32-dən 126-dək onluq kodlar) çevrilir və bu şəkildə adresat tərəfindən düzgün oxunacaq riski olmadan göndərilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,465s.
Kerma
Kerma — qədim Nubiyanın ən böyük arxeoloji yerlərindən biri. E.ə 2500-1450 -ci illərdə mövcud olmuşdur.Kerma indiki Sudanda Nil çayının Üçüncü Kataraktının üstündəki Dongola Reachında yerləşən qədim Kerma Krallığının keçmiş paytaxtıdır. Kerma Krallığı, böyük ehtimalla Yuxarı Nubiyanın cənub hissəsində, eramızdan əvvəl üçüncü minilliyin ortalarında meydana gələn yerli Nilotik bir mədəniyyət idi. Ən yüksək nöqtəsində, krallıq, Misir qonşularının ərazisi qədər geniş ərazini əhatə edən Nilin bir neçə kataraktını idarə edirdi. Misirin 18-ci sülaləsindən Firon I Tutmosun dövründə Misirlilər eramızdan əvvəl 1504-cü ildə Nubia'yı ilhaq etdilər və Kerma şəhərini dağıtdılar. Misirlilər keçmiş Kerma ərazilərində asayişi qorumaq üçün Kuşun bir canişini və ya 'Kuşun oğlu' qoyaraq bu gün Dokki Gel ("qırmızı kurqan" mənasını verir) olaraq bilinən Kermanın şimalında yeni bir yaşayış yeri qurdular. Qərbi Deffufası olan Kerma şəhəri, Nilin Üçüncü Kataraktanın 30 mil cənubunda, Yuxarı Nubiyada. Misir xaricindəki Afrikadakı ilk şəhərləşmiş kommunitlərdən biri olan Kerma, Yeni Krallıq Misirlilər tərəfindən istila edildikdə və məhv edildiyi zaman 2500 - 1450-ci illər arasında davamlı olaraq işğal edildi. == Arxeologiyası == 1920-ci illərdə Kerma ilk dəfə qazıldıqda, arxeoloqlar bunun əslində bir Misir valisinin qalası olduğunu ortaya çıxartdılar. Bununla birlikdə, arxeoloqlar indi Kermanın böyük ehtimalla Misirlə əlaqəli bir neçə karvan yolundakı strateji mövqeyi səbəbiylə ön plana çıxan ilk Afrika krallıqlarından (Orta Krallığın Kuş adı ilə Misir mətnlərində təsbit edilmiş) biri olduğuna inanırlar, Qırmızı dəniz, Afrika Buynuzu və Sahra altı Afrika.
Cılız koramal
Cılız koramal (lat. Anguis fragilis) — Pulcuqlular dəstəsinin koramallar fəsiləsinə aid növ. Bu, ayaqsız kərtənkələdir. Kərtənkələnin uzunluğu 50 sm-ə çatır ki, bunun da 30 sm-i bədəninin uzunluğudur. Erkəklərin quyruğu dişilərə nisbətən uzun olur. Erkəkləri qəhvəyi, boz və ya bürünc rəngində olur. Dişilərin rəngi erkəklərə nisbətən solğun olur. Dişilərdən fərqli olaraq, erkəklərin qarnında tünd ləkə və zolaqlar olur.
Karaman ili
Karaman ili — Türkiyədə il.
Koramal (dəqiqləşdirmə)
Koramal
Koramal (roman)
Koramal — Rövşən Abdullaoğlunun 2022-ci ildə nəşr olunan 4-cü romanı.Kitabın təqdimat mərasimi Gəncədə baş tutub. İşıq üzü gördükdən cəmi bir neçə gün sonra artıq birinci nəşri tükənib. == Məzmun == Bitməyən savaşlar, yuyulmuş beyinlər, insanlarla manipulyasiya edən imperialist qüvvələr, xəyanət, müəmmalı siyasi oyunlar, sirli qəhrəmanlar… – Bu xalq igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da. – Bəs, görəsən, xainlərin adı tarixə xain kimi düşməyəcək? Bu müharibədə yaşadığımız dəhşətlərdən gələcək nəsillərin xəbəri olmayacaq?.. Beşguşəli qızıl ulduzun parlaması uğrunda sevdiyi hər şeyi tərk etmək, silaha sarılıb yad diyarlara getmək asan deyildi, ancaq zaman iki cəbhə yoldaşına dönüşün daha çətin olduğunu göstərdi. Əfqanıstanda birgə vuruşduqları, uğrunda canlarını təhlükəyə atdıqları ermənilərlə öz vətənlərində, doğma Qarabağda alovlanan hərb meydanında üz-üzə gəldilər. Bu dəfə iki dost qarşısındakına duyduğu saxta nifrətdən deyil, arxada qoyduqlarına olan sonsuz sevgidən silaha sarıldı. Yaşatmaq və məhv etmək istəyi, heyvani instinktlər və ali dəyərlər, cəsarət və cinayət – qəhrəmanlar mürəkkəb mənəvi dilemmaların öhdəsindən necə gələcəklər? “Qırmızı imperiya”nın qanlı oraq-çəkici altına cəm olmuş sadə insanların kədərli aqibətinə, Əfqanıstan və Qarabağ müharibələrinin pərdəarxası məqamlarına işıq salan yeni roman: böyük bir tarixi dönəmi əhatə edən hadisələrdən bu dəfə quru, rəsmi faktlar deyil, çətin və şanlı illərdən ruhən qalib çıxmış, hər birimizə tanış və doğma olan insanlar danışır.
Koramar (Talış)
Koramar (az.-əbcəd کورامار‎, fars. كبودمهر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (13 ailə).
Malika Şeravat
Malika Şeravat (Hindcə:मल्लिका शेरावत) əsil adı:Reema Lambha; d. 24 oktyabr 1981, Rohtak, Haryana, Hindistan), Hind model və aktrisa. Ləqəbi "Bollivudun öpüşən kraliçası"dır.
Sarı koramal
Sarı koramal(lat. Pseudopus apodus) — Koramallar fəsiləsinə aid ayaqsız kərtənkələ növü. == Xariçi görünüş == Koramallar ayaqlara malik olmurlar, halbuki kərtənkələdirlər. Sarı koramal öz sinfinə daxil olan ilanlar arasında ən irisidir. Onlar bəzən 1,5 m təşkil edir. Uzun quyruğa malik olular və təhlükə zamanı onu atırlar. == Yayılması == Onların arealı Cənub-şərqi Avropa, Orta və cənub-qərbi Asiya, Qafqaz və Krım ərazilərini təşkil edir. == Qidalanması və çoxalması == Əsasən molyusklar və Cücülərlə qidalanır. Bəzən onurğalılarlada qidalanması müşahidə edilib. 8–10 olmaqla yumurta qoyur.
Sərt quramat
Hikmət Karaman
Hikmət Karaman (9 mart 1960) — türkiyəli məşqçi. 1994-1997-ci illər arasında Kocaelispor və Qalatasaray klublarında məşqçi kimi çalışıb. 1998-ci ildən müxtəlif futbol komandalarının baş məşqçisidir. O , 2002-03 mövsümündə "Çaykur Rizəspor"u, 2007-08 mövsümündə isə “Antalyaspor”u Superliqaya yüksəltməyə nail olub. 2001-02 mövsümündə Türkiyə Kubokunu öz muzeyinə aparan "Kocaelispor"un məşqçisi olub.