Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kirən
Kirən (tarixi adı: Quşçu Kirən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. Kəndin keçmiş adı Quşçu Kirən olmuşdur. Keçmişdə burada Kirən adlı iki kənd var idi. Bir-birindən fərqləndirmək məqsədilə biri Xınnakirən, digəri Quşçu Kirən adlandırılmışdı. Quşçu Kirən kəndi quşçu tayfasına mənsub ailələrin Kirən adlı yerdə məskunlaşması ilə əlaqədar yaranmışdı. Sonralar Quşçu Kirən kəndinin adındakı "Quşçu" hissəsi kəndin adından yığışdırılmış və kəndin adı sadəcə "Kirən" şəklinə qısaldılmışdır. Fıstıq, vələs meşəliyi olan bu yerdə keçmişdə kəran (tir, pərdi) kəsildiyi üçün Kirən (yerli əhali arasında Kəran) adlandırılmışdır. Oykonimi qədim kiran/kürən tayfa adı ilə də əlaqələndirir, "yamaclar" kimi də izah edirlər. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Əsrikçay və Zəyəmçayın suayrıcında, orta dağlıq qurşaqda yerləşir.
Kirən bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kirəç-Muğanlı
Kirəç Muğanlı — Marneuli rayonunda kənd adı. Anaxatır çayının sahilində, Marneuli düzənliyində yerləşir. Dəniz səviyyəsindən 280 m hündürlükdədir. Marneuli şəhərinə olan məsafə 40 kilometrdir. Kirəç Muğanlı- Marneuli rayonunda kənd adı.Gürcücə yazılışı Kiraç Muqonlo.Azərbaycanda Kirəcbulaq (Qax rayonu,Tasmalı kəndində), Kirəçbulaq (Zaqatala rayonunda Ələskər kəndində) adları ilə mənşəcə eynidir.Muğanlı elinin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.İrəvan əyalətində Kiraşlu (Kirəcli) ,Qars əyalətinin Oltin dairəsində Kiraşlı - Koltəpə (dağ adı),Kiraşli göl və Batum əyalətinin Artvin dairəsində Kiraç dağ toponimləri ilə eynidir.Azərbaycan dilində "kirəc"sözündəndir.Azərbaycanda Qazax qəzasında (indi Ermənistanın Noyemberyan rayonunda) Kirəşdərə qışlaq adı ilə eynidir. Əhalisi 2002-ci il siyahıalınmasına görə 1155 nəfərdir, 99% tərkibi azərbaycanlılardan ibarətdir. 2014-cü il göstəricilərinə görə əhalinin sayı azalaraq 1102 nəfər təşkil edib. Əhali əsasən kənd təsərrüfatı, qoyunçuluq və maldarlıqla məşğul olur. Kəndin drenaj sisteminin yararsız olması səbəbindən yağışlar nəticəsində tez-tez kəndi sel basır. 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Kirəс-Muğanlı kəndinə təbi qaz verilib.
Kirəç Muğanlı
Kirəç Muğanlı — Marneuli rayonunda kənd adı. Anaxatır çayının sahilində, Marneuli düzənliyində yerləşir. Dəniz səviyyəsindən 280 m hündürlükdədir. Marneuli şəhərinə olan məsafə 40 kilometrdir. Kirəç Muğanlı- Marneuli rayonunda kənd adı.Gürcücə yazılışı Kiraç Muqonlo.Azərbaycanda Kirəcbulaq (Qax rayonu,Tasmalı kəndində), Kirəçbulaq (Zaqatala rayonunda Ələskər kəndində) adları ilə mənşəcə eynidir.Muğanlı elinin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.İrəvan əyalətində Kiraşlu (Kirəcli) ,Qars əyalətinin Oltin dairəsində Kiraşlı - Koltəpə (dağ adı),Kiraşli göl və Batum əyalətinin Artvin dairəsində Kiraç dağ toponimləri ilə eynidir.Azərbaycan dilində "kirəc"sözündəndir.Azərbaycanda Qazax qəzasında (indi Ermənistanın Noyemberyan rayonunda) Kirəşdərə qışlaq adı ilə eynidir. Əhalisi 2002-ci il siyahıalınmasına görə 1155 nəfərdir, 99% tərkibi azərbaycanlılardan ibarətdir. 2014-cü il göstəricilərinə görə əhalinin sayı azalaraq 1102 nəfər təşkil edib. Əhali əsasən kənd təsərrüfatı, qoyunçuluq və maldarlıqla məşğul olur. Kəndin drenaj sisteminin yararsız olması səbəbindən yağışlar nəticəsində tez-tez kəndi sel basır. 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Kirəс-Muğanlı kəndinə təbi qaz verilib.
Quşçu Kirən
Kirən (tarixi adı: Quşçu Kirən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. Kəndin keçmiş adı Quşçu Kirən olmuşdur. Keçmişdə burada Kirən adlı iki kənd var idi. Bir-birindən fərqləndirmək məqsədilə biri Xınnakirən, digəri Quşçu Kirən adlandırılmışdı. Quşçu Kirən kəndi quşçu tayfasına mənsub ailələrin Kirən adlı yerdə məskunlaşması ilə əlaqədar yaranmışdı. Sonralar Quşçu Kirən kəndinin adındakı "Quşçu" hissəsi kəndin adından yığışdırılmış və kəndin adı sadəcə "Kirən" şəklinə qısaldılmışdır. Fıstıq, vələs meşəliyi olan bu yerdə keçmişdə kəran (tir, pərdi) kəsildiyi üçün Kirən (yerli əhali arasında Kəran) adlandırılmışdır. Oykonimi qədim kiran/kürən tayfa adı ilə də əlaqələndirir, "yamaclar" kimi də izah edirlər. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Əsrikçay və Zəyəmçayın suayrıcında, orta dağlıq qurşaqda yerləşir.
Xınna Kirən
Xınnakirən — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. Keçən əsrin əvvəllərində rayonun ərazisində Xınna Kirən (hazırkı Xınnakirən kəndi) və Quşçu Kirən (hazırda sadəcə Kirən adlanır) adlı iki kənd qeydə alınmışdır. Tədqiqatçıların bir qismi kirən sözünu türk dillərindəki kir/gir (yamac, yoxuş) və İran dillərindəki cəmlik bildirən -ən şəkilçisinin birləşməsi, digər qismi isə ərazidəki meşəliklə əlaqədar (tir, pərdi) sözü ilə əlaqələndirirlər. Oykonim "xunanlara məxsus Kirən kəndi" mənasındadır. Mənbələrin məlumatına görə, Ağstafaçayın hövzəsində qədim monastırın adı da Kirən olmuşdur. Xınnagirən variantında da qeydə alınmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Zəyəmçayın sahilində, dağətəyi ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kirov (Kirov)
Kirov — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Dirək
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Dirən
Dirən - türk və altay xalq inancında və mifologiyasında şeytan piri. Tiren (Tiyren, Teyren) də deyilir. Şeytanı İnsan. Quran-ı Kərimdəki "Şeytan Övliyası" təbiri ilə bənzərlik göstərir. İnsanların hər cür istəklərini yerinə yetirən şər ruhlara da bu ad verilər. Lakin bu ruhun qarşısındakı insan o qədər pisdir ki, onun tərəfindən aldadılar. Bu kəslərə "Diren" deyilər. Ərən anlayışının əleyhdarı olaraq qəbul edilər. Təyrən - türk mifologiyasında iblis. Tayran da deyilir.
Karen
Karen — soyad, ərəb kişi adı, hansı ki, Ermənistandə geniş yayılıb. Karen Şeperd — ABŞ döyüş ustası, film və televiziya aktrisası. Karen Gillan — Şotlandiyalı aktrisa və köhnə maneken. Karen Cromie Digər Karen, həmçinin Karin, Karin-Pəxləvidlər, Karen-Pəxləvi — qədim İran sülaləsi, İranın yeddi böyük evindən biri. Karen — bir sıra terpenlərin orqanik birləşməsi, skipidarın komponenti. Karen — Birmada ştat (milli dairə).
Kerem
Kərəm — kişi adı. Kərəm Mirzəyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Kərəm Həsənov — Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Əliyev — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Kərəm Kərimov (həkim) — tibb elmləri doktoru Kərəm Əsədov — biologiya elmləri doktoru Kərəm Tunçeri — Türk peşəkar basketbolçu. Kərəm Hacızadə — Aktyor Qaçaq Kərəm — tanınmış qaçaq. Kərəm Karabulut — Kərəm Əkbərov — Kerem Behnke — Kerem Bursin — Yaşayış məntəqələri Qaçaq Kərəm (Ağstafa) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Digər Kərəm bulağı — Gədəbəy rayonunun Pərizamanlı kəndində yerləşən bulaq Yanıq Kərəm — Azərbaycanın milli rəqsi.
Kibey
Kibey (帰米, hərfi tərcümədə "Amerikaya qayıtmaq") – təhsil üçün Yaponiyaya getmiş və ABŞ-yə qayıtmış yaponəsilli amerikalıları bildirmək üçün istifadə olunan termin. Kibeylər niseylərin altqrupudur, həm Yaponiya, həm ABŞ mədəniyyəti təcrübə etdikləri üçün səciyyəvi şəxsiyyətə malikdirlər. Kibeylər issey valideynləri tərəfindən Yaponiyaya babaları və ya digər qohumları tərəfindən böyüdülmələri üçün göndərilirdilər. Bunun səbəbi ABŞ yaponları arasındakı uşaq qayğısı problemi idi. Belə ki, ABŞ-də yaşayan yapon qadınların iş saatları uzun olduğu üçün uşaqlarına yapon mədəniyyətini aşılamaq, eləcə də, yapon dilində danışmağı öyrətməyə vaxtları qalmırdı. 1930-cu illərin əvvəllərində kibeylər niseylərin 13%-ini təşkil edirdilər və iki qrupa bölünürdülər: təhsilini ABŞ-də almış, lakin 4-5 il Yaponiyada yaşamış kibeylər və Yaponiyada ilkin təhsil almış kibeylər. Bunlardan əlavə, XX əsrin əvvəllərində Yaponiyaya gedən kibeylər ilə 1930-cu illərdə Yaponiyaya gedən kibeylər ayrı altqrupları formalaşdırırdılar. Kibeylər təhsil, dil və mədəniyyət baxımından yaşadıqları unikal təcrübə, eləcə də, həm ABŞ-də, həm də Yaponiyada diskriminasiya ilə üzləşdikləri üçün nisey icması içərisində səciyyəvi kimlik formalaşdırmışdılar. Kibeylər, xüsusilə, Çinlə müharibə zamanı Yaponiya məktəblərinin hərbi dərslər verdiyi 1930-cu illərdə özlərini yapon təhsili və mədəniyyətindən yadlaşmış hiss edirdilər. Onlar ABŞ-yə qayıtdıqdan sonra yenidən adaptasiya olmaqda çətinlik çəkirdilər.
Kiker
Kiker (alm.kicker – futbolçu) və ya Fusbol (alm.Fußball – futbol) futbola əsaslanan stolüstü oyun. Habelə kiker – həmin oyunu oynayan adam. İxtiralar Belə hesab edilir ki, stolüstü futbolu ilk dəfə Citroёn firmasının işçilərindən biri Lyusen Rozanqartan (Lucien Rosengarten) icad etmişdir. İlk patenti isə redaktor və şair Qalisialı Alexandro Finnisterre (Alejandro Finisterre) almışdır. Finisterre ispaniya vətəndaş müharibəsi zamanı Madriddə faşist bombardmanı vaxtı yaralanmışdır. Xəstəxanada o, azyaşlı uşaqların futbol oynaya bilmədiklərini görərək stolüstü tennis ideyası haqqında düşünmüşdür. Alexandro öz tanışı bask dülgəri Fransisko Xaver Altunudan xahiş edir ki, onun göstərdiyi formada futbol stolu düzəltsin. İxtira 1937-ci ildə patent alsa da Finisterre patent kağızını fazişmdən Fransaya qaçan zaman fırtınada itirmişdir. Amma bu stolüstü futbolun yaranmsı haqqındakı versiyalardan biridir. XX əsrin əvvəllərində bu işə çoxlu patentlər verilmişsə də, onlardan hansının birinci və bu gün stolüstü tennisə uyğun olduğunu müəyyənləşdirmək mümkün deyil.
Kiran
Kiran, Gilan və ya Giran — Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər. Şəhərin xarabalıqları elmi ədəbiyyatda Xarabagilan adı ilə tanınır. Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena və Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX–IV əsrlərə aid edilmişdir. Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır. XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. "Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri"ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir. Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır.
Kirena
Kirena (q.yun. Κυρήνη) — Liviyanın bugünkü Şaxxat qəsəbəsi yaxınlığında qədim Yunan və daha sonra Roma şəhəri. Bölgədəki beş Yunan şəhərinin ən qədimi və ən əhəmiyyətlisi idi. Bura Liviyanın şərqindəki Kirenaikaya müasir dövrlərə qədər saxladığı klassik adını vermişdir. Yaxınlığında Kirenanın qədim nekropolu yerləşir. Kirene Cəbəl-Axdar dağlarındakı rütubətli bir dərəyə qədər uzanır. Şəhər adını yunanlarım Apollon üçün təqdis etdiyi Kire bulağından almışdır. Şəhərdə Sokratın şagirdi Aristipp tərəfindən qurulan və eramızdan əvvəl IV əsrdə məşhur bir fəlsəfə məktəbi olan Kirena məktəbi yerləşirdi. Aesaniusun oğlu və Tira (Santorini) adasında padşah olan Qrinus Delfi oraklı Pifiyanı ziyarət edir. Pifiya ona Liviyada yeni şəhər tapmağı məsləhət görür.
Kiril
Kiril — ad. Kiril Pozdnyakov — Azərbaycanlı professional velosiped yarışçısı. Kiril Tenison Vayt — Avstraliya botaniki.
Kirov
Kirov (Kirov) — Rusiya Federasiyasında yerləşən şəhər, Kirov vilayətinə daxildir. Kirov (Vedibasar) — Vedibasar mahalında kənd.
Kirpi
Meşə kirpisi (lat. Erinaceus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinə aid heyvan cinsi. Bu cins kirpi növlərinə Avropa, Orta və Ön Asiya, Sibir, Çin və Koreyada ən çox rast gəlinir. Cinsə aid Adi kirpi nümayəndəsi Yeni Zelandiyada yaşamağa uyğunlaşdırılmışdır. Cinsin latınca Erinaceusadı, mənasi "tikanlı sədd" mənasını verən ericius sözündən götürülmüşdür. Amur kirpisi (Erinaceus amurensis) Şərqi Avropa kirpisi (Erinaceus concolor) Adi kirpi (Erinaceus europaeus) Erinaceus roumanicus Meşə kirpiləri hər şey yesələr də, ətyeyən heyvan sayılırlar: siçan, kərtənkələ, qurbağa, həşəratlar və onların süfrələri.
Kirvə
Kirvə sözünün bir neçə mənası ola bilər : Uşaq sünnət olunarkən onu tutan adam. Uşağın kirvəsi. Yaxın adama kişiyə müraciət məqamında işlədilir.
Kirşə
Kirşə — qar və buz kimi sürüşkən yerlərdə, bəzən də palçıq, çəmən ya da düz daş səthlərdə hərəkət etmək üçün, adətən, altı hamar iki paralel xizək üzərində düzəldilmiş minik və ya yük arabası. Qışda uşaqlar tərəfindən əyləncə məqsədilə işlənən kirşəyə "əl kirşəsi" deyilir.
Kisel
Kisel (est. kissell, fin kiisseli, latış. ķīselis‎, lit. kisielius, pol. kisiel, rus. кисель, kisél’, ukr. кисiль) – şirin, jele kimi desert xörəyi. Kisel hazırlamaq üçün təzə və qurudulmuş meyvə-giləmeyvə, şirə, şərbət, mürəbbə, cem, povidlo, çörək kvası, süd və başqa xammallardan istifadə edilir. Kisel şəkər əlavə etməklə kartof və ya qarğıdalı nişastasından hazırlanır. Meyvə-giləmeyvə nişastasını hazırlamaq üçün kartof nişastasından hazırlamaq lazımdır, çünki qarğıdalı nişastası ilə bulanıq kisel əldə edilir.
Kırac
Əli Tufan Kıraç (17 iyun 1972, Göksun[d], Qəhrəmanmərəş ili) — Musiqiçi. Əli Tufan Kıraç 1972-ci ildə Qəhrəmanmaraşda dünyaya gəlmişdir. Onun atası sadə bir müəllim idi. 1982-ci ildə atasının işinin İstanbula yönəlməsi səbəbiylə orada qalmalı oldular. Məhz elə buna görə də o orta məktəbini və litseyi burada Hasköydə bitirdi. Kiçik yaşlarında musiqiyə olan həvəsi Kıraçın bu sənətdə inkişafında atasına aid bağlama idi. Litseyə başladıqdan sonra onun bu yetənəyi və musiqi müəllimi olan Refik Köksalın ona öz ilk gitarasının hədiyyəsi Kıraçın həyatında bir dönmə nöqtəsi idi. Litseyi bitirdikdən sonra o, Marmara Universiteti Atatürk Eyitim Fakültəsi Musiqi Müəllimliyinə daxil oldu. Orada həm çox sevdiyi musiqi təhsilini, həm də ata məsləhini davam etdirəcəkdi. Artıq 1992-ci ildə Ortaköy Martı adlı barda səhnə həyatına başladı.
Kırna
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Kırım
Krım, Krım yarımadası (ukr. Крим, rus. Крым) və ya Qırım, Qırım yarımadası (krımtat. Qırım, türk. Kırım, osman. قريم, Qırım, azərb-əbcəd. قريم) — Ukraynanın tərkibində yarımada. Yarımadada Krım Respublikası yerləşir. Yarımada Or bərzəxi vasitəsilə materikə birləşir. 2014-cü ildən Rusiya Federasiyasının işğalı altındadır.
Kərəc
Kərəc (fars. كرج‎) — İran İslam Respublikasının Əlburz ostanında şəhər. Əlburz ostanının və Kərəc şəhristanının inzibati mərkəzi. Kərəc şəhəri Tehranın 20 km qərbində, Əlburz dağlarının ətəyində yerləşir. Ərazisi 2.452 km² olan şəhər ilbəil böyüyərək Tehrana daha da yaxınlaşır. Kərəc Elburs dağ silsiləsinin ətəyində yerləşir və ölkənin mühüm nəqliyyat qovşağıdır. Mənzərəli dağ təbiətinə malik Kərəc ölkənin sürətlə artan sənaye şəhəridir. Şəhərə yaxın bir neçə dağ kurortu yerləşir. Kərəcdə eyni zamanda klassik Şərq və, əsasən mərkəzdə, müasir Avropa memarlıq nümunələri ilə qarşılaşmaq olar. Burada bir neçə nüfuzlu tədris müəssisəsi də var.