Xınnakirən — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd.[2]
Xınnakirən | |
---|---|
40°47′40″ şm. e. 45°38′03″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Keçən əsrin əvvəllərində rayonun ərazisində Xınna Kirən (hazırkı Xınnakirən kəndi) və Quşçu Kirən (hazırda sadəcə Kirən adlanır) adlı iki kənd qeydə alınmışdır. Tədqiqatçıların bir qismi kirən sözünu türk dillərindəki kir/gir (yamac, yoxuş) və İran dillərindəki cəmlik bildirən -ən şəkilçisinin birləşməsi, digər qismi isə ərazidəki meşəliklə əlaqədar (tir, pərdi) sözü ilə əlaqələndirirlər. Oykonim "xunanlara məxsus Kirən kəndi" mənasındadır. Mənbələrin məlumatına görə, Ağstafaçayın hövzəsində qədim monastırın adı da Kirən olmuşdur. Xınnagirən variantında da qeydə alınmışdır.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Zəyəmçayın sahilində, dağətəyi ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 137 | 78 | 59 |
2009[5] | ↗316 | ↗152 | ↗164 |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.