Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fukuuçi Kiqay
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir. Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi.
Rısay (Uçalı)
Rısay (başq. Рысай, rus. Рысаево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçə kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 32 km, kənd sovetliyindən (İlçə): 15 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 25 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (96 %) üstünlük təşkil edir.
Takehiro Kasay
Visay adaları
Visay adaları (taqal Visayas, ing. Visayas) — Filippin arxipelaqı aid üç adalar qrupundan biridir. Qrupun şimalında Luzon adaları, cənubunda isə Mindanao adaları yerləşir. Arxipelaqın əsas adaları: Bohol Sebu Leyte Neqros Panay Samar Palavan adası isə Luzon adaları ilə Visay adaları arasında mübahisə predmetidir. Belə ki onun hansı arxipelaqa aid olması dəqiq deyil. Adalarda əsasən visay xalqı yaşayır. Onlar visay dilində danışır. 2010-ci il sıyahıya almasına görə adalarda 18 003 940 nəfər yaşayır. Visay adaları üç regiona, hər region isə bir necə vilayətə bölünür.
Emrə Kınay
Emre Kınay (5 mart 1970, İstanbul) — Türk aktyor. == Həyatı == Dostlar Teatrı, Bakırköy Bələdiyyə Teatrı kimi icmalarda çalışan sənətçi müxtəlif film və seriallarda da rol alır. Yaradıcısı olduğu Duru Teatr qrupunda hələ də tamaşalar və seriallarda oynayır. O, "Yılan hikayesi" serialında canlandırdığı "Erkan Ağa" və "Yeditepe İstanbul" serialında canlandırdığı "Yusuf" obrazları ilə tanınıb. Üç qız atasını canlandırdığı və baş rolu İclal Aydınla paylaşdığı “İki Aile” serialı ilə daha geniş dairələrdə tanınıb. O, "Güneşi Beklerken" serialında basketbol müəllimi "Cihan" obrazını canlandırıb, daha sonra "Lise" serialında məktəbə qayıdan hüquqşünas rolunu canlandırıb. O, 2015-2016 mövsümündə yayımlanan "Güneşin Kızları" serialında "Haluk" obrazını canlandırıb. 2019-cu ildə Türkiyə Yerli Seçkilərində İYİ Partiya tərəfindən İstanbul Kadıköy Bələdiyyə Başçılığına namizədliyi irəli sürülüb. Lakin o, 12,66 faiz səs toplayaraq seçkidə qalib gələ bilməyib. O, yarışı 3-cü yerdə başa vurub.
Kisa hədisi
Ali-Əba və ya Kisa hədisi (ərəb. حديث الكساء‎) — Məhəmməd peyğəmbərin üstündə əbası olduğu halda əbanın altına Fatiməni, Əlini, Həsəni və Hüseyni alması və Əhzab surəsinin 33-cü ayəsini oxuması barəsindədir. == Sünni mənbələrində == Müsəlman, Sünnilərin ən mötəbər hesab etdikləri Səhihi-Müslim kitabında Peyğəmbərin zövcəsi Ayişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi. Sonra Hüseyn gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Fatimə gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Əli gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Sonra peyğəmbər "Ey əhli-beyt!
Məlik İsay
Məlik İsay (1720-1781) — Dizaq Məlikliyinin bilinən 3-cü məliyi, Məlik Yeqanın ikinci oğlu. Qafqaz Albaniyası dövlətinin qurucuları olan qafqaz mənşəli alban. Məlik İsay 1745-ci ildə qardaşı Məlik Aramın ölümündən sonra məliklik vəzifəsinə keçmişdir. Məlikliyi dövründə Qarabağ xanı İbrahimxəlil xan ilə çəkişməyə girir və 1781-ci ildə öldürülür. Onu Dizaq Məlikliyinin son xristyan məliyi hesab etmək olar. Məlik İsaydan sonra Məlikyeqanovlar sülaləsinin böyük bir hissəsi islamlaşır, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında nəslin iki böyük nümayəndəsi Xudadat bəy Məlik-Aslanov və Cavad bəy Məlik-Yeqanov iştirak edirlər. Nəslin digər hissəsi ilə xristiyan dinində qalaraq sonradan erməniləşirlər.
İsay Abramaşvili
İsay Abramaşvili (rus. Исай Александрович Абрамашвили ; 13 sentyabr 1920, Bakı, Azərbaycan SSR, SSRİ — 1964) — sovet futbolçusu, yarımmüdafiəçi. Azərbaycan SSR əməkdar məşqçisi. İsay Abramaşvili 13 sentyabr 1920-ci ildə Bakı şəhərində anadan olub. 20 avqust 1941-ci ildə Qızıl Ordu sıralarına çağırılıb. 1941-ci ilin noyabr ayından, 1942-ci ilin iyul ayına kimi 8-ci dəniz piyada briqadasının tərkibində Sevastopolun müdafiəsində iştirak edib. 1942-ci il iyulun 4-dən 1945-ci il avqustun 9-dək əsirlikdə olub. "Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilib. 1949-cu ildən 1951-ci ilədək və 1954-cü ildən 1955-ci ilədək Bakının "Neftyanik", 1952-ci ildə Moskvanın "VVS", 1953-cü ildə isə Leninqradın "Dinamo" komandasında çıxış edib. Oyunçu karyerasını bitirdikdən sonra Sumqayıtın "Metallurq" və Kirovabadın "Dinamo" klublarında məşqçi kimi çalışıb.
İsay Mişne
İsay Mişne (1895— 20 sentyabr 1918)- dövlət xadimi, 26 Bakı komissarından biri. 1917-ci ildə yaranan Bakı kommunasında hərbi-inqilab komitəsinin işçisi. İsay Mişne 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Həmid Zübeyr Koşay
Həmid Zübeyir Koşay (1897[…] – 2 oktyabr 1984, Ankara) — Ufa quberniyası Telançe Tamaq köyendä anadan olmuş, başqurd kökənli türk etnoqraf, arxeoloq, yazıçı və folklor araşdırmaçısı. == Həyatı == Atasının adı Übeydullah Əfəndi, anasının adı Nurizadə xanımdır. Ailəsi tərəfindən 1910-cu ildə təhsil alması üçün Osmanlıya göndərilmişdir. Selanikdə Mərkəz Rüşdiyyəsini bitirmiş, liseyi İstanbulda oxumuşdur. 1916-cı ildə İstanbul Darülmuallimdən məzun olmuş, 1917-ci ildə Kadıköy liseyinə təyin olunaraq 1 il müəllimlik etmişdir. Bu zaman İstanbul Darülmuallimdə etnoqrafiya və macarca dərslərində iştirak etmişdir. Macarıstanda türkologiya və dilçilik sahələrindəki təhsilini davam etdirmiş və 1923-cü ildə doktorantura təhsilini başa vurmuşdur. 1925-ci ildə Berlin Universitetində professor Banq Kaupun dərslərində iştirak etmiş və dövlət kitabxanasında tədqiqatlar etdikdən sonra Türkiyəyə geri dönmüş və Maarif Naziliyində çalışmağa başlamışdır. Koşay Türkiyədə etnoqrafiya, folklor və arxeoloji tədqiqatlarının elmi əsaslarını qurmuş elm adamıdır. 1 oktyabr 1984-cü ildə Ankarada vəfat etmişdir.
Şatiyon-an-Mişay
Şatiyon-an-Mişay (fr. Châtillon-en-Michaille) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqrad-syur-Valzerin kantonuna daxildir. Kommunanın dairəsi — Nantyua. INSEE kodu — 01091. 2010-ci ildə əhalinin sayı 3120 nəfər təşkil edirdi.
Aksay
Aksay (rus. Аксай) — Rusiya Federasiyasının Rostov vilayətində şəhər. Aksay rayonunun inzibati mərkəzidir. Rostov-Dondan 18 kilometr aralıda yerləşir. Konserv, şüşə, plastik kütlə, kərpic və s. zavodları var. 1957-ci ilə qədər Aksayskaya stansiyası adlandırılmışdır.
Arşay
Arşay (fr. Archail, oks. Archalh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Javi kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04009. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 11 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 6 nəfər arasında (15-64 yaş) hamısı iqtisadi cəhətdən aktiv idi (fəaliyyət göstərici 100.0%, 1999-cu ildə 66.7%). Fəal olan 6 nəfərdən 4 nəfər (3 kişi və 1 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın).
Ağsay
Aksay (rus. Аксай) — Rusiya Federasiyasının Rostov vilayətində şəhər. Aksay rayonunun inzibati mərkəzidir. Rostov-Dondan 18 kilometr aralıda yerləşir. Konserv, şüşə, plastik kütlə, kərpic və s. zavodları var. 1957-ci ilə qədər Aksayskaya stansiyası adlandırılmışdır.
Bisau
Bisau (port. Bissau) — Qvineya-Bisaunun paytaxtı və əsas sənaye mərkəzi. Əhalisi 2007-ci ilin hesablamalarına görə 407 424 nəfərdir. Atlantik okeanı sahilində liman şəhəridir. Şəhərin əsası 1687-ci ildə portuqallar tərəfindən qul ticarəti mərkəzi kimi qoyulmuşdur. 1942-1973-cü illərdə Portuqal Qvineyasının paytaxtı olmuşdur.
Eysay
Eysay (栄西, 15 dekabr 1141, Kaya rayonu[d] – 1 avqust 1215, Kennin məbədi[d]) – yapon buddist keşişi. Zed buddizminin Rinzay sektasını Yaponiyaya gətirmişdir və onun sayəsində Zen buddizmin müstəqil məktəbi kimi tanınmışdır. Eysay Yaponiyada çayçılığı populyarlaşdıran şəxs kimi də tanınır. == Həyatı == === Zen buddizmi === Yaponiyada "kokuşi" (milli müəllim) titulu ilə tanınan Eysay Okayama bölgəsində yaşayan Şinto rahiblərinin ailəsində anadan olmuşdur. Dövrün bir çox rahibi kimi o da Hiei dağında yerləşən Tenday mərkəzində təhsil almışdır. 1168-ci ildə ilk dəfə Çinə səyahət edərək Zen mərkəzlərini ziyarət etmişdir. Gördüklərindən təsirlənən Eysay Zen sektasının Yaponiyada buddizm inancına canlanma gətirəcəyini düşünmüşdür. 1187-ci ildə qitəyə səyahət edərək buddizmin Hindistandakı köklərini araşdırmaq istəmiş, lakin ona Çin sərhədlərini keçməyə icazə verilməmişdir. 1191-ci ilə kimi Çində qalaraq orda buddizmin Rinzay sektasını öyrənmişdir. Yaponiyaya qayıtdıqdan sonra Kyuşu adasında ilk Rinzay məbədi olan Şofuku məbədini tikdirmişdir.
Giday
Giday (fars. گداي‎‎) və ya Əhmədabad - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Hisar
Hisar (Bükan)
Kamay
Kamay (Urmanay) —
Kaşan
Kaşan — İranın İsfahan ostanının şəhərlərindən və Kaşan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 248,789 nəfər və 67,464 ailədən ibarət idi.
Keşan
Keşan — Naxçıvan Muxtar Respublikası Ordubad rayonununda yerləşən arxeoloji abidə. == Haqqında == Ordubad rayonunun Düylün kəndinin şimalında, Düylünçayın sağ sahilində arxeoloji abidə. Yaşayış evləri dördkünc formalıdır. Divarların aşağısı qaya parçaları və çay daşlarından, yuxarısı isə möhrədən inşa olunmuşdur. Bəzi evlərin tikintisində kvadrat formalı çiy kərpiclərdən istifadə edilmişdir. Yaşayış yerinin şimal və cənub tərəfində su kanalı vardır. Onun ətrafında olan ərazilər indi də əkin sahəsi kimi istifadə olunur. Axtarışlar zamanı yaşayış yerinin ərazisindən Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. Aşkar olunan arxeoloji materiallara əsasən yaşayış yerini 9-18 əsrlərə aid etmək olar. Abidənin cənubunda onunla həmdövr olan qəbiristanlıq vardır.
Qisas
Qisas (ərəb. قِصَاص‎); Qədim cəmiyyətlərdə qisas prinsipi əsasən törədilmiş cinayətdə şəxsin və ya mənsub olduğu qəbiləsinin bərabər cəzalandırılmasını nəzərdə tuturdu. Yəni gözə göz, dişə diş, qulağa qulaq, cana can. Köhnə cəmiyyətlərdə cinayətdə fərdiyyət prinsipi olmadığı üçün cinayətkarın əvəzinə başqası, məsələn, ən yaxın qohumu cəzalandırılabilərdi, çox vaxt ölümün qəsdən olub-olmamasından asılı olmayaraq hər can üçün can və ya qan qiyməti alınırdı. Başqa bir tətbiq cinayətkarın və qurbanın sosial vəziyyəti ilə bağlıdır. Qəbilə anlayışında, bir adam başqa bir tayfadan bir qadını, köləni və ya şərəfli bir şəxsi öldürdükdə, "qatilin mənsub olduğu qəbilədən oxşar statusa malik" bir adam bunun müqabilində öldürüləcək. Ümumi bir adət olaraq, ağanın kölə, atanın uşağa, ərin arvadına öldürülməsi qisas cəzası ilə cəzalandırılmır və qadını öldürən kişiyə qarşı qisas tətbiq edilmir. İslamda tətbiq üçün əsas ayə Əl-Bəqərədir; 178 ayə; : Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (öldürülə bilər).
Çistay
Çistay və ya Çistopol (tatar. Чистай; rus. Чистополь) — Rusiya Federasiyasında yerləşən şəhər, Tatarıstan Respublikasına daxildir.
İkiqay
İkiqay (生き甲斐, azərb. "Həyatın mənası"‎) – həyatın məna və sevincini təsvir edən yaponca bir anlayış. Sərbəst tərcümə edildikdə ikiqay "yaşamağadəyər olan bir şey/səbəb"-i təsvir edir. Bu anlayış yaponca "iki" (azərb. "həyat/yaşam"‎) və "qai" (azərb. "məna/dəyər/səbəb"‎) sözlərindən təşkil olunub. Yaponca ikiqay müxtəlif kontekstlərdə də istifadə olunur; bu söz böyük məqsəd və uğurları təsvir etdiyi kimi, eləcə də gündəlik həyatdakı kiçik şeyləri təsvir etdir. Bu termin Yaponiyada o qədər geniş yayılmışdır ki, insanlar ondan əsas xüsusi mənasına diqqət etmədən hər gün təsadüfü istifadə edirlər. Ən əsası odur ki, ikiqay üçün iş həyatında müvəffəqiyyətli olmaq elə də vacib deyil. Bu mənada, o həyatın cürbəcür sahələrinə nüfuz etmiş demokratik bir ifadədir.
Eralda Hitay
Eralda Hitaj — Albaniya gözəli (2006), Kainat gözəli (2006). == Həyatı == Eralda Hitaj 1987-ci ildə Albaniyanın paytaxtı Tiranada dünyaya gəlib. 2006-cı ildə Albaniya gözəli seçilərək dünya gözəllik yarışmasına qatılmaq imkanı qazanan alban gözəlçə həmin Hindistanda kainat gözəli seçilərək, dünya tacına sahib çıxıb.