Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
FLIR
FLIR və ya FLIR, (İng.Forward Looking InfraRed) yəni Qabağa baxan infraqırmızı şüalar elektromaqnit spektrində infraqırmızı diapazona müvafiq gələn radiasiyaya həssas sensorlardan ibarət olan və xüsusilə hərbi məqsədlər üçün istifadə edilən müasir elektro-optik müşahidə cihazıdır. FLIR-in əsas prinsipi olaraq, obyektlərdən yayılan istilik enerjisi həssas sensorlar tərəfindən ölçülür, kompüter tərəfindən süni şəkildə rənglənir və eyni vaxtda təsvirə çevrilir, beləliklə operator gecə və hətta pis hava şəraitində belə ətraf mühiti və - xüsusilə hərbi istifadələr zamanı- istilik yaradan təhlükələri olduqca aydın formada görə bilir. Gecəgörmə kameraları ilə FLIR (termal) kameralar arasındakı ən böyük fərq, gecəgörmə kameralarının görünən radiasiya zolağında işləməsi və operatora az miqdarda olan işığı yüksəldərək göstərməsi, FLIR əsaslı termal sistemlərin isə daha az dalğa uzunluğuna malik olan infraqırmızı (istilik) diapazonda və klassik mənada işıq mənbələrindən müstəqil formada işləyə bilməsidir. Gecə görmə kameralarının effektiv işləyə bilməsi üçün ətraf mühitdə bir az da olsa işığın olması lazımdır. FLIR sistemləri isə, görünən işığın olub-olmamasından asılı olmayaraq, aralarında temperatur fərqi olan bütün növ cisimləri bir-birlərindən asanlıqla ayırma xüsusiyyətinə malikdirlər. == Hərbi istifadəsi == FLIR sistemləri xüsusilə hərbi təyyarələrdə, helikopterlərdə və pilotsuz uçuş aparatlarında (PUA) naviqasiya, hədəf aşkarlama və ya özünümüdafiə üçün müntəzəm olaraq istifadə olunurlar. Dünyada olduğu kimi Türkiyədə də hərbi elektronika şirkəti olan Aselsan tərəfindən termal durbindən silah nişangahlarına, inteqrasiya edilmiş zona müşahidə sistemlərindən helikopter və təyyarə podlarına qədər müxtəlif FLIR tətbiqləri hazırlanmış və Türk Silahlı Qüvvələrinin istifadəsinə verilmişdir. . == Mülki istifadəsi == Sənayedə istilik kameraları, mühərriklər, kompressorlar, enerji ötürülməsi və istilik izolyasiya materialları kimi məhsullarda baş verə biləcək istilik sızması və enerji sızması nöqtələrinin aşkarlanması, endotermik və ekzotermik kimyəvi reaksiyalarda enerji çevrilməsi, müxtəlif materialların temperatura həssaslığı və genişlənmə dərəcələri kimi fiziki və ya metallurgiya məlumatlarının hesablanaraq lazımi mühəndislik hesablamalarının aparılması kimi bir çox məqsədlər üçün istifadə olunur.
Klin
Klin — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Klio
Kalio (yun. Κλειώ) Zevsin Mnemosinadən olan doqquz qızından biri, tarix və ya salnamə muzası. Klionun Makedoniya çarı olmuş Pierusdan bir oğlu: Hiaçint dünyaya gəlmişdir.
Bret Klar
Bret Klar (27 oktyabr 1972) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Bret Klar Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
IAI Kfir
IAI Kfir (İv כְּפִיר, “Aslan balası”) IAI tərəfindən buraxılmış İsrail istehsalı bir döyüş təyyarəsidir. Təyyarənin ilk prototipi 19 oktyabr 1970-ci ildə istehsal edilmiş, ilk uçuşunu 1973-cü ilin iyununda etmiş və 1976-cı ildə istismarına başlanılmışdır. Kfir, Fransa mənşəli Dassault Mirage V bazasında hazırlanmışdır və General Electric J79 mühərriki və İsrail istehsalı avionika və silahlarla təchiz edilmişdir.
Ilir Seytay
Ilir Seytay (alb. Ilir Seitaj; 1957, Moskva) — Albaniya şahmatçısı, beynəlxalq master (1991). Albaniya dördqat çempionu (1983, 1991, 1999, 2009 llərdə). Albaniya yığmasının tərkibində on iki şahmat olimpiadasında (1984, 1988, 1990, 1994, 1998, 2002, 2004, 2010, 2012, 2014, 2016, 2018 illərdə), 2001 və 2017-ci illərdə Milli Komandaların Avropa çempionatlarında və 1994-cü il Balkaniada turnirində iştirak etmişdir. 1985, 1995, 1998 və 2000-ci illərdə Albaniyanı Zona turnirlərinda təmsil etdmişdir. Onun karyerasında ən yüksək reytinqi 1 iyul 1992-ci ildə 2425 bal idi, bu onun alban şahmatçıları arasında ikinci yerdə (Fatos Muçodan sonra) olduğu vaxta təsadüf etmişdir 2017-ci ilin aprel ayına olan reytinqi 2374 bal idi. Vaxtaşırı şahmat oyunu üzrə seminar və kurslar keçirir, həmçinin nümunə çıxışları aparır.
Karen Klar
Karen Klar (9 aprel 1972) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Karen Klar Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Karen Klar Olimpiadanın gümüş medalına sahib olub.
Kler Deyns
Kler Deyns, (ing. Claire Danes; 12 aprel 1979, Nyu-York, ABŞ) — ABŞ aktrisa və müğənnisi.
Kler Forlani
Kler Antonia Forlani (ing. Claire Antonia Forlani; 17 dekabr 1971, London, Böyük Britaniya) — ingilis aktrisa. == Həyatı == Kler Forlani Tvikenhemdə anadan olub. 11 yaşında Ferraradan İtaliyaya, sonra isə Londona köçüb. Londonda İncəsənət Pedaqoji məktəbinə daxil olub və altı il burada təhsil alıb. == Karyerası == Forlaninin valideynləri 1993-cü ildə San Fransiskoya köçüblər. Sonralar Forlani J.F.K.-televiziya verilişinə çəkilib. "Ehtiyatsız gənclik" və "Polis Akademiyası: Moskva missiyası" filmində rol alıb. 1995-ci ildə Kevin Smitin Malltrats filmində Brendi Svenninqin köməkçisi, 1996-cı ildə "The Rock" filmində Ceyd Ancelo, 1998-ci ildə Tanış olun, Co Blek Syuzan Perriş rolunu oynayıb. 2003-cü ildə Ceki Çan ilə birgə "Medalyon" filmində baş rola çəkilib.
Kler Littlton
Kler Littlton (ing.Claire Littleton) — ABC productionun Sağ qalmaq serialının əsas qəhrəmanlarından biridir. Rolun ifaşısı Emili de Revindir. Ilk seriyada təyyarənin sağ qalmış sərnişi kimi ekranlarda hamilə olaraq görünür. Serialın 4-cü mövsümündə sirli şəkildə yox olmazdan əvvəl, əsas qəhrəmanlardan biri olmuşdur. 6-ci mövsümdə yenidən seriala qayıtmışdır. == Təyyarə qəzasından əvvəl == Kler Sidneydə böyüyüb. Anası onun atasının öldüyünü bildirmişdir. Bir gün o, anası ilə birgə avtomobil qəzasına düşürlər. Bundan sonra Klerin anası komaya düşür. Kristian Şepard həmin vaxt Sindeyə gəlir, müalicə xərclərini öz üzərinə götürür və Klerə onun atası olduğunu bildirir.
Klif Yanq
Klif Yanq (ing. Albert Ernest Clifford "Cliff" Young, 8 fevral, 1922 — 2 noyabr, 2003) — avstraliyalı fermer 1983-cü ildə avstraliyalı fermer Klif Yanq (Cliff Young) 61 yaşında önmündə ilk dəfə olaraq 875 km-lik ultra-marafona qatılır və qalib gəlir. O peşəkar idmançıları geridə qoyaraq, bu məsafəni 5 gün, 15 saat və 4 dəqiqəyə qaçıb, halbuki, çox asta tempdə qaçırdı, hətta ilk vaxtlarda digərlərindən çox geriləyirdi. Müvəffəqiyyətinin sirri o idi ki, Yanqın rəqibləri hər sutkanın 6 saatını yatarkən, o fasilə etməyərək qaçışına davam edirdi. Həmçinin fermer etiraf etdi ki, əvvəllər bir neçə gün dayanmadan işləməli olurdu, qoyun sürülərini geniş otlaqlarda qovub bir yerə yığırdı, bu da marafonda ona çox yardımçı oldu.
Klin adası
Klin — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 400 m cənub-şərqdə yerləşir. Klin adasının şimalından cənuba 1 km məsafədə uzanır. Səthi hamardır. Gözlə seçilən yüksəklik yoxdur.
Kliv Qrendjer
Kliv Qrendjer (ing. Sir Clive William John Granger; 4 sentyabr 1934 – 27 may 2009) — Uelsli iqtisadçı. 2003-cü ildə Robert İnqlla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Əsərlər == Granger, C. W. J. (1966). "The typical spectral shape of an economic variable". Econometrica 34: 150-161. Granger, C. W. J. (1969). "Investigating causal relations by econometric models and cross-spectral methods". Econometrica 37: 424—438. Granger, C. W. J. ve Bates, J. (1969).
Klık adası
Klık adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Arxipelaqın şimalında yerləşir. Cekson adasında yerləşən burundan 3,5 km qərbdə qərarlaşır. Öz növbəsində hündürlüyü 33 m olan bir qayadır.
Onisim Kler
Onisim Kler (25 fevral 1845 – 18 yanvar 1920, Yekaterinburq) — Ural Təbiət Elmləri Sevənlər Cəmiyyətinin qurucusu, 1920-ci ilə qədər ilham verən və daimi katibi. Geologiya və təbiətşünaslıq üzrə əsərlərin müəllifi, ilk Diyarşünaslıq muzeyinin təşkilatçısı, Yekaterinburq kişi gimnaziyasının müəllimi. == Bioqrafiyası == Nevşatel kantonu, Korsel kommunasında bir xidmətçi ailəsində anadan olmuşdur. 1862-ci ildə İsveçrədəki Nevşatel Sənaye Məktəbini bitirmişdir. Elə həmin il Rusiya İmperiyasına gəlmişdiri. Bunun səbəbi ailə şəraitindən irəli gələrək vətənindəki universitetə girməyə imkan verməməsi olur. Trubetskoy şahzadələrindən quberyor vəzifəsini alır. Təhsil müəssisələrində fransız dilini tədris etmək hüququ üçün Sankt-Peterburq İmperator Universitetində imtahan verir. Təxminən üç il Moskvada fransız dilindən dərs deyir, daha sonra təxminən iki il Yaroslavlda çalışır və burada yerli təbiət elmləri cəmiyyətinin işində iştirak edir. 1867-ci ildə Yekaterinburq şəhərinə köçür.
İlir Meta
İlir Rəcəb Meta (alb. Ilir Rexhep Meta; 24 mart 1969, Çorovoda[d], Berat vilayəti[d]) — 24 iyul 2017-ci ildən etibarən Albaniya Prezidenti vəzifəsində çalışan alban siyasətçi. Daha əvvəl 1999–2002-ci illərdə Baş nazir vəzifəsində çalışıb və 30 yaşında Albaniya tarixində I Zoqdan sonra ikinci gənc Baş nazir olub. Meta ayrıca 2002–2003 və 2009–2010-cu illər arasında yenidən Xarici İşlər Naziri vəzifəsində çalışıb. 2013–2017-ci illərdə Albaniya Respublikası Parlamentinin sədri olub. Bundan əvvəl Avropa İnteqrasiyası Parlament Komissiyasına rəhbərlik edib. Meta 2004-cü ildə Sosialist İnteqrasiya Hərəkatını qurub. 28 aprel 2017-ci il tarixdə 140 millət vəkilindən 87 səs alaraq Albaniya Prezidenti seçildi. Sosial mediada Seltik klubuna olan sevgisini tez-tez nümayiş etdirir. 2020-ci ilin iyul ayında Albaniyada ilk Seltik fan-klubunu qurmuşdur.
Kler Redfild
Kler Redfild (yap. クレア・レッドフィールド, Kurea Reddofīrudo, ing. Claire Redfield) — Capcom şirkətinin yaratmış olduğu "Resident Evil" videooyun seriyasında görünən personaj. O, 1998-ci ildə buraxılmış "Resident Evil 2" oyununda Leon S. Kennedi ilə birlikdə oynana bilən personaj kimi təqdim edilmişdir.
Video-klip
Videoklip və ya musiqi videosu — mahnını müşayiət edən video. Bu videolarda adətən mahnını oxuyan və ya ifa edən musiqiçilər göstərilir. Musiqi videoları mahnının və musiqiçilərin tanıdılmasında dəstək olmaq üçün hazırlanır. Tez-tez televizorda və internetdə göstərilir. Videolar musiqi şirkətlərinin iştirakı ilə hazırlanır.
Video klip
Videoklip və ya musiqi videosu — mahnını müşayiət edən video. Bu videolarda adətən mahnını oxuyan və ya ifa edən musiqiçilər göstərilir. Musiqi videoları mahnının və musiqiçilərin tanıdılmasında dəstək olmaq üçün hazırlanır. Tez-tez televizorda və internetdə göstərilir. Videolar musiqi şirkətlərinin iştirakı ilə hazırlanır.
Böyük Kir
Böyük Kir, II Kir (ing. Cyrus the Great; farsca: کوروش بزرگ, Kuruş-e Bozorg), Midiyalı Kir (təq. e.ə. 600, Anşan (Fars) – e.ə. 530, Sırdərya) – qədim İran padşahı və Əhəmənilər İmperiyasının banisi. II Kirin başçılığı altında Əhəməni İmperiyası cənub-qərbi Asyanın tamamını fəth edərək, ərazisinə görə o zamanlara qədər dünyada görünməyən genişlikdə bir dövlətə çevrilmişdir. Herodot göstərir ki, Midiya sarayında fars meylli qüvvələr gizli fəaliyyət göstərirdi. Bir qrup əyan ba‏şda Harpaq olmaqla II Kir ilə əlaqəyə girir və onun hakimiyyətə ələ keçirməsinə kömək edirdilər. Farslar uzun müddətli müharibələrdə madayların mövqeyinin zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə Midiya dövlətini parçalamışlar. Fars qüvvələrinin başında Astiaqın nəvəsi (qızı Mandananın oğlu) II Kir dururdu.
Cek Kli
Cek Klement (5 aprel 1931[…], Memfis, Tennessi – 8 avqust 2013[…], Neşvill) — Musiqiçi, Bəstəkar. == Həyatı == Memfisdə yetişən və təhsil alan Klement erkən yaşlarında gitara və Dobro çalırdı. Musiqi karyerasına başlamazdan əvvəl, Amerika Birləşmiş Ştatlarının dəniz piyadalarında xidmət etmişdir. 1953-cü ildə Boston, Massaçusets -də Sheraton Records üçün ilk mahnısını yazdı. 1956-cı ildə Klement Günəş qeydləri -də Sam Phillips üçün istehsalçı və mühəndis kimi işə götürüldükdə qaya-yuva tarixindəki seminal hadisələrdən birinə daxil oldu. Sonradan Klement Roy Orbison, Carl Perkins və Johnny Cash kimi ulduzlarla işləyib. == Karyerası == 1957-ci ildə Klement "Bir Yeniyetmə Kraliçasının Balladası" mahnısını yazdı. Clement 1963-cü ildə "Cırtdan atəşi" adlı Cash-in 1 nömrəli hitini də hazırlamışdı.1961-ci ildə, körfəz sahilində səsyazma studiyası və Hall-Clement nəşriyyat şirkətinin açılışında istehsalçı və naşir Bill Hall-a qoşularaq Texas ştatınınBeaumont şəhərinə köçdü. 1965-ci ildə daimi olaraq Nashvillə geri döndü, ölkə musiqi biznesində əhəmiyyətli bir fiqur oldu, nəşriyyat işini qurdu.
Ceyms Kir
Ceyms Kir (20 sentyabr 1735, Edinburq – 11 oktyabr 1820, Uest-Bromiç, Uest-Midlends[d]) – şotland kimyaçı, geoloq, sənayeçi, ixtiraçı və Birminhem Ay Cəmiyyətinin mötəbər üzvü. == Həyatı və işi == Con və Maqdalena Kirin 18-ci övladı olan Ceyms Kir 1735-ci il 20 sentyabrda Stirlinqşirdə (Şotlandiya) anadan olur. Əvvəlcə Edinburqda Kral Məktəbində təhsil alan Kir daha sonra Edinburq Universitetində tibb üzrə oxuyur və uzunmüddətli dostluq əlaqəsinin olacağı Erasmus Darvinlə də məhz burada tanış olur. 22 yaşı olarkən orduya qoşulur və 61-ci alaya hərbi qulluğa göndərilir (indiki Qloçesterşir alayı). 7 illik müharibə ərzində o, öz alayı ilə birgə xidmət göstərir. 1759-cu il 31 martda leytenant, 1766-cı il 16 mayda kapitan-leytenant, həmin ilin 23 iyununda isə kapitan olur. 1768-ci ilin yazında vəzifəsindən istefa edir. Orduda olarkən Markiz Qrenbiyə ünvanlanan pamflet yazır, müharibə mədəniyyəti haqda yazdığı traktat isə nəşriyyatda səhvən yandırılır. Kir həmin vaxtlar klassiklərin və hərbi yazıçıların əsərlərini oxumaq üçün səhər dörddə yuxudan durur və Polibidən çoxlu tərcümələr edir. 1770-ci ildə Suzanna Kir (1747–1802) ilə ailə həyatı qurur.
II Kir
Böyük Kir, II Kir (ing. Cyrus the Great; farsca: کوروش بزرگ, Kuruş-e Bozorg), Midiyalı Kir (təq. e.ə. 600, Anşan (Fars) – e.ə. 530, Sırdərya) – qədim İran padşahı və Əhəmənilər İmperiyasının banisi. II Kirin başçılığı altında Əhəməni İmperiyası cənub-qərbi Asyanın tamamını fəth edərək, ərazisinə görə o zamanlara qədər dünyada görünməyən genişlikdə bir dövlətə çevrilmişdir. Herodot göstərir ki, Midiya sarayında fars meylli qüvvələr gizli fəaliyyət göstərirdi. Bir qrup əyan ba‏şda Harpaq olmaqla II Kir ilə əlaqəyə girir və onun hakimiyyətə ələ keçirməsinə kömək edirdilər. Farslar uzun müddətli müharibələrdə madayların mövqeyinin zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə Midiya dövlətini parçalamışlar. Fars qüvvələrinin başında Astiaqın nəvəsi (qızı Mandananın oğlu) II Kir dururdu.
Əmir Kır
Əmir Kır (17 oktyabr 1968, Şarlerua, Eno) — Türk əsilli belçikalı siyasətçi, Brüsselin 19 bələdiyyəsindən biri olan Sen-Joss-ten-Nodenin bələdiyyə sədri. == Həyat və faliyyəti == 2000-ci ildə Brüsselin Sen-Joss-ten-Node bələdiyyəsinin sədr müavini vəzifəsinə seçilmişdir. Təhsil sahəsində əsasən əcnəbilərin dil öyrənməsinə əsaslanan işlər görmüşdür. 2003-cü ildə federal seçkilərə qatılmış, lakin, 220 səs fərqi ilə federal parlamentə seçilməmişdir. 13 iyul 2004-cü ildə keçirilən bölgə seçkilərinə qatılmış və Brüssel Bölgəsindən 7409 səs toplayaraq partiyasının ən çox səs toplayan ikinci namizədi kimi bölgə məclisinə seçilmişdir. 6 partiyalı koalisiyada frankofonların (Fransızca danışanların) qurduğu Sosialist Partiyanın tutacağı iki nazir mandatından biri Əmir Kıra verilmişdir. 2012-ci ilin oktyabrında keçirilən bələdiyyə seçkilərində Brüssel Hökuməti Dövlət Naziri və Sen-Joss-ten-Node bələdiyyə sədrliyinə namizəd olmuş və o dövrdə sədr olan Yan Demannezi keçmişdir. Əmir Kır 1916 səs toplarkən, Demannəz yalnız 1215 səs toplaya bilmişdir. Bu nəticə daha öncə bələdiyyə sədri ilə əldə edilən razılığa əsasən 2013-cü ildə Əmir Kırın bələdiyyə sədri kimi vəzifəsinin icrasına başlamağa şərait yaratmışdır.
Li Van Klif
Li Van Klif (ing. Lee Van Cleef; 9 yanvar 1925[…] – 16 dekabr 1989[…], Oksnard[d], Kaliforniya) — məşhur ABŞ aktyoru. Aktyor çəkildiyi vestern filmlərində yaratdığı mənfi rolları ilə tanınır. Elə Yaxşı, pis, hirsli filmində Sentenza (Pis) rolunu ela ifa etmiş,hətta bütün zamanların ən yaxşı mənfi aktyoru sayılır.Mənfi rollar kimi müsbət rolların da öhdəsindən məharətlə gəlmişdir. Belə filmlərdən ən məşhuru “For a Few Dollars More” (Bir Qədər Dollar Daha Çox) filmidir ki, aktyor bu filmdə Polkovnik Duqlas Mortimer obrazını canlandırmışdır. 37 illik aktyorluq karyerasında 90 filmdə rol almışdır. == Həyatı == Van Klif Somerville,Nyu Cersidə anadan olmuşdur. Hər iki valideyni holland mənşəlidir. İkinci dünya müharibəsində iştirak etmiş, müharibədən sonra peşəsi - mühasibliyi atmış və aktyor olmuşdur. İlk filmi klassik "High Noon" filmidir.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.