Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kauka
Kauka (isp. Cauca) — Kolumbiyanın departamentlərindən biri.
Kuşva
Kuşva — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Lukka
Lukka (it. Lucca) — Toskananın yerləşən şəhərdir, eyni adlı vilayətin inzibati mərkəzidir.
Luka
Nuqa - Şəkər və bal, yumurta ağı, badam, qoz, fıstıq və fındıqdan edilən və müxtəlif dadlar, darçın, vanil kimi ədviyyatlar əlavə olunan bir konfet növüdür.Cənubi Avropada, nuqa böyük ölçüdə Milad mövsümü ilə əlaqəlidir.Təbrizin əhəmiyyətli şiniyatlarındandır.
Daruma (kukla)
Daruma (yap. だるま və ya 達磨) — yapon mifologiyasında xoşbəxtlik gətirən tanrı Bodhidharmanı təcəssüm etdirən yaponların ənənəvi hacıyatmaz kuklası. Bu kuklalar əlsiz və ayaqsız olur, ağac, papye-maşe, nadir hallarda kağızdan hazırlanır. Bu kuklaların belə hazırlanmasının səbəbi kimi əfsanəyə görə, tanrı Bodhidharmanın 9 il meditasiyadan sonra əl və ayaqlarının yox olması olmuşdur. Kuklalar adətən qırmızı rəngə boyanır. Nadir hallarda yaşıl, sarı və ağ rəngə boyanmışlara rast gəlinir. Bu kuklalar saqqallı və bığlı təsvir olunsa da, gözləri bəbəksiz olur. == Bodhidharma == Daruma (Bodaydaruma) dzen-buddist məktəbinin əsasını qoyan tanrı Bodhidharmanın adının yaponca tələffüzüdür. 510-cu ildə tanrı Bodhidharma Çinə yollanaraq Lyan sülaləsindən olan hökmdar U-dinin (502–556) hakimiyyəti dövründə Sunşan dağlarında Şaolin monastrının əsasını qoymuşdur. Deyilənə görə, bu monastrda o, ancaq divarı seyr etməklə 9 il meditasiyada olmuşdur.
Kauka çayı
Kauka (isp. Río Cauca) — Kolumbiya ərazisindən axan çay. Uzunluğu 1130 km təkil edir, hövzəsinin sahəsi 80 000 km²-dir. Maqdalena çayının sol qoludur. == Coğrafiya == Öz başlanğıcını And dağlarından götürür və şimala paralel olaraq Qərbi Kordilyer ilə Mərkəzi Kordilyer silsilələri arasında yerləşən dərədən axır. Orta axarlara qədər astana və şəlalələr müşahidə edilir. Orta axarda axın sürəti 2 000 m³/s təkil edir. Kalidən Kartaqoya və Antokiidən mənsəbə qədər naviqasiyaya yaralıdır.
Kukla Teatrı
Kukla teatrı, əksər hallarda insan və ya heyvan fiqurlarına bənzəyən, kukla adlandırılan cansız əşyaları və insan tərəfindən idarə edilən bir növ teatr və ya tamaşadır. Belə bir tamaşa kukla performansı kimi də tanınır. Kukla performansı ssenariyə əsasən kukla teatrı adlanır. Kuklaların bədəni, başı və bəzi hallarda kuklanın ağzını və gözlərini hərəkətə gətirmək və ya idarə etmək üçün çubuqlar və ya iplər kimi cihazlardan istifadə olunur. Kuklaçı bəzən kukla xarakterinin səsi ilə danışır və ya qeyd olunan səs musiqisi ilə çıxış edir. Kuklaların bir çox müxtəlif növü var və formasından və təyinatlı istifadəsindən asılı olaraq müxtəlif materiallardan hazırlanır. Quruluşlarında son dərəcə mürəkkəb və ya çox sadə ola bilər. Ən sadə kukla tək barmağa sığan kiçik kukla olan barmaq kuklaları və corabdan əmələ gələn və əlini çorabın içərisinə yerləşdirərək işlədilən corab kuklalarıdır. Panç və Judi kuklaları buna nümunə göstərilə bilən oxşar kaklalardır. Digər əl və ya əlcək kuklaları daha böyükdür və hər kukla üçün kuklaçı tələb olunur.
Kukla dövlət
Kukla dövlət — de-yure müstəqil olan, lakin de-fakto xarici bir dövlətdən asılı olan dövlət.
Lukka Yığıncağı
Lukka yığıncağı (Lukka şəhərində keçirildiyi üçün belə adlandırılıb) —e.ə. 56-cı ildə Qay Yuli Sezar ilə siyasi müttəfiqləri Qney Pompey və Mark Krass arasında baş tutmuş görüşdür. Həmi dövrdə Roma qarışıqlıq içində idi. Klodiusun populist kampaniyaları Krass və Pompey arasındakı münasibətləri pozmuşdu, habelə, həm Krass, həm də Pompey Sezarın Qalliya səfərində qazandığı şöhrətdən narahat idi. E.ə. 56-cı ilə qədər üç nəfər arasındakı bağlar pozulmuşdu. Sezar əvvəl Krassı, sonra isə Pompeyi Lukkaya görüşə çağırdı. Bu görüş, tərəflər arasında yaradılmış I Triumvirat ittifaqını yenilədi. Pompey və Krass növbəti il keçiriləcək konsulluq seçkiləri üçün namizədliyə razılaşdılar. Seçiləndən sonra, Sezarın Qalliyadakı komandanlığı 5 illiyinə uzadılacaqdı.
Pandora (kukla)
Pandora (kukla) — yunan mifologiyasında qəhrəman qadın olan Pandoranın (yunancadan-hamıya bəxş edilmiş deməkdir) şərəfinə adlanıb və geyim modellərinin nümayişi üçün yaradılmışdır. 1640-cı illərdə Fransada modanın geniş yayılması ilə əlaqədar mumdan hazırlanan gözəl bir kukla ixtira etdilər. Bu kukla insan boyu ölçüsündə idi və yunan mifilogiyasının qadın qəhrəmanı olan Pandoranın şərəfinə adlanmışdı. Bu moda jurnallarının olmadığı və modanın düşünülmüş şəkildə yayılması üçün ilk cəhdlərdən biri olmuşdur. Düzdür həmin dövrdə “Zərif Merkuri (mifologiya)” adlı bir moda jurnalı olsa da, amma o, çox az tirajda nəşr olunurdu. Moda jurnalları ancaq XVI Lüdoviqin hakimiyyət illərinin sonlarında, daha doğrusu Böyük Fransa inqilabı zamanı tez satılmağa başlamışdı. Kuklanın özünün bütöv bir qarderobu, parfumeriya və aksessuarlar olan sandıqcaları vardı. Pandoralar 1860-cı illərə qədər mövcud olmuş və bundan sonra onları müasir manekenlər əvəz etmiş, moda jurnalları isə adi vətəndaşlar üçün də ələ keçilən olmuşdur. Pandora gəmilərdə, arabalarda, qayıqlarda bütüb avropa ölkələrini gəzmişdir. Buna görə, iki cür Pandora kuklası var idi: Böyük Pandora rəsmi geyindirilmiş və həmin dövrdə modada hakimlik edən; Balaca Pandora isə səhərlər geyinilən ev geyimini nümayiş etdirirdi.
Trokaynı (Lukta)
Trokaynı— Polşanın şimalında, Varm-Masuriya Voyevodalığının Ostroda qraflığının tərkibində, Lukta qminasından kənd. O, Luktadan təxminən 8 kilometr şimalda, Ostrodadan 21 km şimal-şərqdə və regional paytaxt Olsztyndan 27 km qərbdə yerləşir.
Ken (kukla)
Kukla (teatr)
Kukla teatrı — teatr incəsənətinin növlərindən biridir. Qədim antik dövrdə Yunanıstanda və Romada yaranmışdır. Ən genış yayılan forması saplarla, əlcəklə, əl ağacı ilə hərəkət etdirilən kuklalarla nümayiş edilən tamaşalardır. == Kukla teatrının formaları == Kukla teatrın formaları - marionetka teatrı, taxta kuklalardan ibarət teatrdır.
Budapeşt kukla teatrı
Budapeşt kukla teatrı (mac. Budapest Bábszínház) — Budapeştdə yerləşən Kukla Teatrı, Mərkəzi Avropanın ən böyük kukla teatrı. 1949-cu ildə Dövlət Kukla Teatrı adı altında yaradılmış və uzun müddət Macarıstanda yeganə peşəkar kukla teatrı idi. Müasir adı 1992-ci ildə verildi Budapeşt Kukla Teatrı, memar Adolf Lanq layihəsi ilə 1875–1877-ci illərdə inşa edilmiş Andraşı prospekti 69-da keçmiş qədim incəsənət qalereyasının tarixi binasında Ferens List Musiqi Akademiyası yanında yerləşir. Kukla teatrından əvvəl kabaralar binada işləyirdi və Milli Teatr da burada kamera mərhələsində çıxış etdi. 9 mərtəbəli bir binada 403 yerlik zalı ilə müasir texnika ilə təchiz olunmuş əsas mərhələdən əlavə, Budapeşt Kukla Teatrı konfiqurasiyanın dəyişdirilməsi imkanı ilə beşinci mərtəbədə 99 yerlik kamera zalı ilə təchiz olunmuşdur. Budapeşt Kukla Teatrı yalnız Macarıstanda və xaricində şöhrət qazanmışdır, yalnız uşaqların çıxışları ilə deyil, böyüklər üçün çıxışları ilə. Budapeşt Kukla Teatrının repertuarında yalnız Macar müəllifləri tərəfindən deyil, "Midsummer Night's Dream" və "Fırtına" tamaşaları nümayiş etdirilir. Klassik musiqi Bela Bartok, Zoltan Kodaya, Çaykovski, Stravinski, Ravel və Prokofyevin əsərləri orkestri ilə böyük uğur qazanmışdır. Beləliklə, Budapeşt Kukla Teatrı kukla nümayişinin bərabərliyini sənətkarlığın digər sahələri ilə sübut edir.
Gəncə Kukla Teatrı
Gəncə Dövlət Kukla Teatrı — Gəncə şəhərində yerləşən teatr. Kukla teatrı 18 sentyabr 1986-cı il tarixində yaradılmışdır. == Tarixi == Gəncə Dövlət Kukla Teatrı Azərbaycan SSR Nazirlər Sovetinin 18 sentyabr 1986-cı il tarixli 299 saylı əmrinə əsasən yaradılmışdır. Bu müddət ərzində teatrda 100-ə yaxın tamaşa hazırlanmışdır. Teatrda ildə 250 tamaşa oynanılır. Hər il proqnoz üzrə 4 tamaşa hazırlanır. Repertuarda Azərbaycan yazıçıları ilə bərabər dünya xalqlarının əsərlərinə də üstünlük verilir. Gəncə Dövlət Kukla Teatrı bir çox Beynəlxalq festivallarda da iştirak edib. Teatrın kollektivi Şərq Xalqları Kukla Teatrları Festivalında (Almatı, 1994), Birinci Beynəlxalq Kukla Teatrları Festivalında (Kutaisi, 1996), Kukla və Kölgə Oyunları Festivalında (İzmir, 1999, 2001, 2003), "Ən Yaxşı Uşaq Tamaşaları" Festivalında (Bakı, 2000), Beynəlxalq Qaragöz Kukla və Kölgə Teatrları Festivalı (Bursa, 2001), "Sehrli pərdə" Uşaq Tamaşaları Festivalı (Torqoviş, 2005), "Milli Klassiklər Kukla Teatrlarının Səhnəsində" Festivalında (İvano-Frankovsk, 2005), Kukla Teatrları Həftəsi (Bakı, 2008) Azərbaycan Respublikasını təmsil etmişdir. === Teatr binası === Bina 1902-ci ildə Gəncə Kişi Gimnaziyasının rəhbərliyi tərəfindən rus pravoslav kilsəsi kimi inşa edilmişdir.
Ku-kluks-klan
Ku Kluks Klan — 1865-ci ildə quldarlığın ləğvinin elan edilməsindən sonra Cənub ştatların plantasiya sahibləri tərəfindən zəncilərin vətəndaşlıq hüququ uğrunda mübarizələrinə qarşı ABŞ-də yaradılmış irqçi terrorçu təşkilatdır. === Yaranması === 1865-ci ilin milad gecəsində altı cavan, şuluq zabit – Makkord, Lester, Kennedi, Krou, Couns, Rid ABŞ-nin Tennesi ştatındakı balaca Pülasko şəhərinin məhkəmə binasında yığışıb, bir az məzələnmək üçün özlərinə gizli bir təşkilat yaratmaq qərarına gəldilər. (Yeri gəlmişkən, Amerikada hələ Böyük İslahat dövrünə qədər də belə gizli təşkilatlar vardı. Həmin təşkilatlardan heç biri inkişaf edə bilmədiyi üçün gizli təşkilatlara maraq yeni bir şey deyildi). O vaxt bu altı zabitin heç bir konkret məqsədi yox idi. Onlar, sadəcə, Amerikada Vətəndaş Müharibəsində iştirak etdiklərinə görə, müharibədən sonra vətəndaş hüquqlarından məhrum olmuşdular. Eləcə, bikarlıq idi. Təşkilata nəsə sirli bir don geyindirmək və "köhnə gizli təşkilat ənənələri"nə sadiq qalmaq məqsədilə, zabitlər onu "Qızıl Çevrə Qardaşlığı" adlandırdılar. Amma o vaxtlar fəaliyyət göstərən "Qızıl Çevrə Cəngavərləri" təşkilatının adına oxşadığından, tezcə də vaz keçdilər. Adda nəsə bir "çevrə" sözünün olması istəyi güclü idi.
Ku Kluks Klan
Ku Kluks Klan — 1865-ci ildə quldarlığın ləğvinin elan edilməsindən sonra Cənub ştatların plantasiya sahibləri tərəfindən zəncilərin vətəndaşlıq hüququ uğrunda mübarizələrinə qarşı ABŞ-də yaradılmış irqçi terrorçu təşkilatdır. === Yaranması === 1865-ci ilin milad gecəsində altı cavan, şuluq zabit – Makkord, Lester, Kennedi, Krou, Couns, Rid ABŞ-nin Tennesi ştatındakı balaca Pülasko şəhərinin məhkəmə binasında yığışıb, bir az məzələnmək üçün özlərinə gizli bir təşkilat yaratmaq qərarına gəldilər. (Yeri gəlmişkən, Amerikada hələ Böyük İslahat dövrünə qədər də belə gizli təşkilatlar vardı. Həmin təşkilatlardan heç biri inkişaf edə bilmədiyi üçün gizli təşkilatlara maraq yeni bir şey deyildi). O vaxt bu altı zabitin heç bir konkret məqsədi yox idi. Onlar, sadəcə, Amerikada Vətəndaş Müharibəsində iştirak etdiklərinə görə, müharibədən sonra vətəndaş hüquqlarından məhrum olmuşdular. Eləcə, bikarlıq idi. Təşkilata nəsə sirli bir don geyindirmək və "köhnə gizli təşkilat ənənələri"nə sadiq qalmaq məqsədilə, zabitlər onu "Qızıl Çevrə Qardaşlığı" adlandırdılar. Amma o vaxtlar fəaliyyət göstərən "Qızıl Çevrə Cəngavərləri" təşkilatının adına oxşadığından, tezcə də vaz keçdilər. Adda nəsə bir "çevrə" sözünün olması istəyi güclü idi.
Valye Del Kauka
Valye Del Kauka (isp. Valle del Cauca) — ölkənin qərb hissəsində yerləşən Kolumbiya departamenti. İnzibati mətrkəzi Kali şəhəridir.
Kukla (film, 2016)
Kukla və ya Lənətlənmiş uşaq (orijinal adı: The Boy) Rejissor Uilyam Brent Bell tərəfindən 2016-cı ildə çəkilmiş filmdir. Amerika qorxu filmidir. Filmin ssenari müəllifi Steysi Menerdir. Filmdə baş rolları Loren Koen və Rupert Evans ifa edirlər. Film Çin və ABŞ arasında istehsal olunmuş beynəlxalq müştərək layihədir. Filmin çəkilişləri 10 mart 2015-ci ildə Britaniya Kolumbiyası ştatının Viktoriya şəhərində başlamışdır. STXfilms 22 yanvar 2016-cı ildə Kukla filmini ABŞ-da nümayiş etdirmişdir. Film 10 milyon dollarlıq büdcəsi ilə dünya miqyasında 64 milyon dollar gəlir əldə etmişdir. Filmin müstəqil davamı olan Kukla II, 21 fevral 2020-ci ildə nümayiş edilmişdir. == Rollarda == Loren Koen - Qreta Evans Rupert Evans - Malkolm Ceyms Norton – Cənab Helşayr Diana Hardcastle – Miss Helşayr Ben Robson - Koul Stefani Lemelin - Sendinin səsi Cett Kleyn - gənc Brahms Helşayr Ceyms Rassell - yetkin Brahms Helşir Lili Pater - Emili Kribbs == İstehsal == === İnkişaf === 14 iyul 2014-cü ildə Şeytan daxildədir filminin rejissoru olan Uilyam Brent Bellin prodüserlər Tom Rozenberq, Qeri Luçhesi, Roy Li, Mett Berenson, Cim Vedaa ilə bərabər Lakeshore Entertainment və Vertigo Entertainment şirkətləri ilə birlikdə istehsal edəcəkləri fövqəltəbii triller filmi olan The Inhabitant filminin rejissoru olacağı bildirilmişdir.
Kukla 2: Brams
Kukla 2: Brams (ing. Brahms: The Boy II ) — Rejissor Uilyam Brent Bell tərəfindən çəkilmiş Amerika qorxu filmi Kukla filminin davamı olan müstəqil filmdir.
Luka Bıç
Luka Lavrentyeviç Bıç (rus. Лука Лаврентьевич Быч, 30 noyabr 1870 – 12 yanvar 1944) — sağ menşevik. "Yedinstvo" təşkilatının üzvü. 1917–1918-ci illərdə Kuban Xalq Respublikasının ilk sədri. == Həyat və fəaliyyəti == Luka Bıç 1870-ci ildə Pavlovski stanitsasında anadan olmuşdur. Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Fevral inqilabı ərəfəsində — 1912–1917-ci illərdə Bakı şəhər rəisi olmuşdur. Fevral inqilabından (1917) sonra o, Bakı Şəhər Duması adından vurduğu teleqramda yeni hökuməti salamlayaraq bildirirdi ki, Bakıda bu münasibətlə bir günlük təbrik tətili keçirilmişdir. Bıç 1917-ci il martın 5-də Müvəqqəti hökumətin Bakıda yaratdığı İctimai Təşkilatların İcraiyyə Komitəsinin sədri olmuşdur. 1917-ci ilin payızında Kuban vilayətində bolşeviklərə qarşı mübarizədə fəal iştirak etmiş, noyabrda müstəqil Kuban Respublikasının yaradıcılarından biri olmuş, ilk Kuban hökumətinin başçısı seçilmişdir.
Luka Henni
Luka Henni (alm. Luca Hänni‎; 8 oktyabr 1994, Bern) — İsveçrə müğənnisi, bəstəkar və model. O, əsasən 2012-ci ildə Almaniyanın Deutschland sucht den Superstar yarışmasındakı qalibiyyətinə görə tanınır. Luka Henni "She Got Me" mahnısı ilə İsveçrəni İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 364 xalla dördüncü yeri qazanmışdır. == Həyatı == Luka Henni 8 oktyabr 1994-cü ildə İsveçrənin Bern şəhərində anadan olmuşdur. O, bağçada ikən baraban dərsləri almışdır. Doqquz yaşında gitara və pianoda ifa etməyi öyrənmşdir. Məzun olduqdan sonra bir müddət bənna kimi çalışmışdır. == Musiqi karyerası == === Deutschland sucht den Superstar 2012 === 2012-ci ildə Luka Henni Almaniyanın Deutschland sucht den Superstar 2012 məharət yarışmasının 9-cu mövsumunda iştirak etmişdir. Həmin ilin aprel ayında Henni yarışmanın finalına yüksəlmişdir.
Luka Jinko
Luka Jinko (23 mart 1983, Lyüblyana) — Qəbələ FK oyunçusu. == Həyatı == 23 mart 1983-cü ildə Sloveniyada anadan olub. Jinko peşəkar futbolçu karyerasına doğma ölkəsində 2003-cü ildə "Smartno" klubunda start verib. Karyerası boyunca "İstres" (Fransa), "Bela Krayina", "Domjale", "Rudar Valenye" (hamısı Sloveniya), "Kocaelispor" (Türkiyə), "Alki", "APOP Kinyras" kimi klublarda top qovub. Luka Jinko Sloveniya milli komandasının formasını da geyinib. "Qəbələ" FK futbolçu ilə 6 ay + 1 illik müqavilə imzalamışdır..
Luka Karboni
Luka Karboni (orig. Luca Carboni; 12 oktyabr 1962[…], Boloniya) — tanınmış İtalyan müğənnisi. O, həm də rəssam və dülgərdir. == Həyatı == Luka Karboni İtaliyanın Bolonya şəhərində doğulub. Musiqi karyerasını 1981-ci ildə bəstəkar və qitaraçı kimi başlayan musiqiçi, solo ifaçı kimi 1983-cü ildən fəaliyyətdədir. Karboni İtaliyanın ən məşhur musiqiçilərindən biridir.
Luka Modriç
Luka Modriç (9 sentyabr 1985[…], Zadar) — Xorvatiya milli futbol komandasının və Real Madridin yarımmüdafiəçi. == Həyatı == Luka Modriç 9 sentyabr 1985-ci ildə Xorvatiyada doğulub . Real Madridə 2012 -ci ildə Tottenhem Hotspurdan 35 miliyona 5 illik müqavilə bağlanıb . Bu il Real Madrid FK ilə müqaviləni uzatmasa gələn ildən yenidən Tottenhem Hotspur Fitbol kulubunda oynayacaq . Modriç 1 metr 74 santimetr boya malikdir . Real Madriddə 19 nömrə altında çıxış edir . == Kariyerası == === Dinamo Zaqreb === Kulub Karyerasına Xorvatiyanın Dinamo Zaqreb Futbol Kulubunda 2007-ci ildə ildə başlayıb . Və burada 94 oyuna çıxraq 23 ədəd qol vurmuşdur . === Totenhem Hausbur === 2008-ci ildə Tottenhem Hotspur kulubu ilə o , 2 illik müqavilə imzalyır .Burada 127 oyuna çıxaraq 13 qol vurur. === Real Madrid === 2012-ci il 27 Avqust tarixində İsbaniyanın Real Madrid kulubu onu Tottenhem Hotspurdan 35 miliyona transver edir müqavilə 5 illik idi .