Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəski
Kəski - materialların torna dəzgahında kəsmə ilə emalında tətbiq olunan alətdir. Kəski normal halda üzərində möhkəm və ya hərkətli bərkidilmiş kəsici lövhələr olan tutqacdan ibarətdir. Tutqacın en kəsiyi dördbucaqlı və dairəvi olur. Kəski ən geniş yayılmış metalkəsən alətdir. O metal qatını əsas tilinin köməyi ilə kəsir. Əsas til düz və ya fasonlu ola bilərlər. Veriş həmişə kəsmə hərəkətinə perpendikulyar aparılır. Kəaskilər torna, yonma dəzgahlarında tətbiq olunurlar. ==== Kəsici materialı ==== Kəsici material kimi dəyişiləbilən lövhələrdən istifadə edilir. Bu lövhələr üzərinə örtük çəkilmiş bər xəlitədən, keramikadan, almazdan və ya polikristal bornitriddən hazırlanır.
Oleski qəsri
Oleski qəsri (ukr. Олеський замок, pol. Zamek w Olesku) — XIV-XVII əsrlərə aid Lvov vilayətinin (Ukrayna) Olesko Busskoqo rayonu yaxınlığında memarlıq abidəsi. Podqoretsi və Zoloçev qəsrləri ilə birlikdə, o, "Lvov bölgəsinin qızıl nalı"nı təşkil edir. Həmçinin burada Reç Pospolita kralı - Yan III Sobieski anadan olub. == Tarixi == Olesk qəsrinə yaxın ilk məskunlaşma yeri e.ə. 700-600-ci illərdə mövcud olmuşdur. X-XII əsrlərdə qədim rus qəsri qala altında qalmışdır. Oleski qəsri Qalisiyanın ən qədim binalarından biridir. O, Valaxiyadan Macarıstanıstana gedən Volın şəhəridə köhnə ticarət yollarının kəsişməsində tikilmişdir və bu ərazinin açarı kimi xidmət etmişdir.
Kələki
Kələki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Unus kəndi mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 45 km şimal-şərqdə, Ordubad – Unus avtomobil yolunun üstündədir. Əhalisi bağçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var. Eyni zamanda da bu kənd Azərbaycan Respublikasının keçmiş prezidenti Elçibəyin doğulduğu kənddir. == Tarixi == Kələki Ordubad rayonunun Dırnıs inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Uçurdağın ətəyindədir. Kənd öz adını yaxınlıqdakı məbəd xarabalığından almışdır. Oykonim ərəb dilindəki kələ (məbəd) və fars dilindəki kuh sözünun fonetik variantı olan ki (dağ) sözlərindən düzəlib, "məbəd dağı" mənasındadır..
Üləşik
Ulaşıq, Üləşik, Ulya Şeyx — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. == Tarixi == Maymax dağının ətəyində, Töykəli kəndi yaxınlığında yerləşirdi. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib. == Əhalisi == Azərbaycanlılar yaşamış kəndin Azərbaycanlı əhalisi 1831-ci ildə 66, 1905-ci ildə 425, 1914-cü ildə 733, 1931-ci ildə 302 nəfər olub. Əhalinin 2 dəfə azalması 1918-1920-ci illər soyqırımının təzahürüdür.
Kerki
Atamurad — Türkmənistan Respublikasının Lebap vilayətində etrap tabeli şəhər, Atamurad etrapının inzibati mərkəzi.
Keşik
Keşik (monq. хишигтэн; — «hökmdarın yaxın və sadiq qulları») — Çingiz xan tərəfindən yaradılmış Böyük Monqol imperiyasında xanın şəxsi qvardiyası. == Tarixi == Böyük Monqol imperiyasında ayrıca cangüdənlər dəstəsi- keşik yaradıldı. Keşik iki hissədən ibarət idi. Kebtaul- axşam qoruyucuları və turxaud-gündüz qoruyucuları. Keşik monqol qvardiyasını təşkil edirdi. Temuçinin yaratdığı bu idarəetmə aparatı köhnə qəbilə institutlarından fərqlənirdi. Bu aparat xanın iradəsi ilə yaradılmışdı, onun nökərləri, sadə xalqın- aratların üzərində ağalığını təmin edirdi. Bu dövlət qurumuna bənzəyən aparat xanın maraqlarını müdafiə edirdi. Qvardiyaçı-keşikçilər nizam-intizamın pozulmasına görə çox ağır cəzaya məhkum edilirdilər.
Keşkü
Köşkü — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Keşkü Göygöl r-nunun Aşıqlı i.ə.v.-də kənd. Sarıyal dağının ətəyindədir. Əslinin Köşkü olması ehtimal edilir. Yaşayış məntəqəsi keçmişdə yaylaq köçlərinin dayanacaq yerində salınmışdır. Oykonim köçkü sözündən olub, "köç yeri, müvəqqəti dayanacaq" mənasındadır == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 476 nəfər əhali yaşayır.
Kreşi
Kreşi (fr. Créchy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03091. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 473 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 303 nəfərin (15-64 yaş arasında) 231 nəfəri iqtisadi cəhətdən fəal, 72 nəfər hərəkətsiz (fəaliyyət göstərici 76,2%, 1999-cu ildə 67.9%) olmuşdur. Fəal 231 nəfərdən 213 nəfəri (117 kişi və 96 qadın), 18 nəfəri işsizdir (7 kişi və 11 qadın). Fəal olmayan 72 nəfər arasında şagird və ya tələbə, 25 nəfər təqaüdçü, 22 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kərki
Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biri. Kənd 19 yanvar 1990-cı ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. == Toponimikası == Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınmışdır. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur. == Tarixi == Kərki kəndi 1990-ci il yanvarın 19-da ermənilər tərəfindən işğal edilib.
Kəsik
Böyük Kəsik — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Kəsik (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Liski
Liski (rus. Лиски) — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Aleksi Mesxişvili
Aleksi Mesxişvili və ya Vladimir Sardionoviç, Lado Mesxişvili (gürc. ვლადიმერ [ლადო] სარდიონის ძე ალექსი-მესხიშვილი;16 (28) fevral 1857, Tiflis – 24 noyabr 1920, Tiflis) — Gürcü və rus teatr aktyoru və rejissoru, Gürcüstan SSR xalq artisti (1930, ölümündən sonra). == Həyatı == Aleksi Mesxişvili 1857-ci il 16 (28) fevralda Tiflisdə həkim ailəsində anadan olmuşdur. İlk təhsilini Tiflisdə aldıqdan sonra Moskva Universitetinin tibb fakültəsinə oxumağa yollanmışdır. Lakin xəstəlik üzündən təhsilini yarımçıq qoymaq məcburiyyətində qalaraq Tiflisə qayıtdı. Tiflisdə müəllimliklə məşğul idi, rus həvəskar tamaşalarında iştirak edirdi. Mesxişvili 1881-ci ildən Tiflis gürcü dram teatrına daxil olur. 1887-1890-cı və 1906-1910-cu illərdə Moskva İncəsənət Teatrı (1906-1907) daxil olmaqla Rusiya teatrlarında çalışmışdır. 1890-1896-cı və 1910-1914-cü illərdə Tiflis Dram Teatrının rəhbəri, 1897-1906, Kutaisi Dram Teatrının rəhbəri olub. 1890-cı ildən rejissorluq fəaliyyəti ilə məşğul olmağa başlamışdır.
Aleksi Pitu
Aleksi Paul Pitu(5 iyun 2002, Karlsrue, Baden-Vürtemberq) — Rumıniya Liqa I təmsilçilərindən olan Vitorul Konstanta klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Rumıniyalı futbolçudur. == Klub karyerası == === Vitorul Konstanta === Pitu George Haci Akademiyası akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 12 iyul 2018-ci ildə Milli Divizion təmsilçisi olan Rasinq Lüksemburq klubuna qarşı oyunda etmişdir. O, 86-cı dəqiqədə İanis Hacini əvəz etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələsi görüşündə Vitorul rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. Pitu Rumıniya Liqa I-də debütünü isə 22 iyul 2018-ci ildə Dunarea Kalaraşi klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Mihai Vodutu əvəz etmişdir. Liqa I görüşündə Vitorul rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Pitu Karlsrue şəhərində anadan olmuşdur. O, keçmiş futbolçu olan George Pitunun oğludur.
Arif Kəskin
Arif Kəskin - Azərbaycanlı sosioloq və Orta Şərq üzrə mütəxəsis. == Həyatı == Arif Kəskin Cənubi Azərbaycanın 1973-ci ildə Muğan bölgəsində anadan olmuşdur. == Təhsili == Orta məktəbi Muğanda tamamlamışdır. 1993-cü ildə Təbriz Universitetinin Sosial Elmlər fakültəsinin Sosiologiya ixtisasından məzun olmuşdur. 1999-cu ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsində magistr təhsili almışdır. Magistr təhsilini bitirdikdən sonra Ankara Universitetində Siyasi Elmlər fakültəsində doktarantura təhsili almışdır. == Fəaliyyəti == Arif Kəskin 1999-cu ildən ASAM (Avrasiya Strateji Araşdırmalar Mərkəzi), TÜRKSAM, XXI Əsr Türkiyə İnistitutu və ORSAM kimi düşüncə qurumlarında orta şərq üzrə mütəxəsis olaraq çalışmışdır. 1999-cu ildən günümüzə qədər Türkiyə mətbuatında (Stratejik Analiz, Avrasiya Dosyesi, Radikal, Aktual, Vətən, 2003, Qlobal Strategiya və s.) 100-dən çox məqaləsi yayımlanmışdır. Yazıları Türkiyə xaricində Azərbaycan türkcəsinə, farscaya və ingiliscəyə tərcümə edilərək nəşr edilmişdir. Türkiyədə yazdığı məqalələri İranda tərcümə edilərək kitab halında nəşr edilmişdir.
Avropa uleksi
Avropa uleksi (lat. Ulex europaeus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin uleks cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropanın Atlantik okeanı və Aralıq dənizi sahillərində rast gəlinir == Botaniki təsviri == Hündürlüyü 60-200 sm, bəzən 4 m-dək olan koldur. Düz dayanan budaqları seyrək tükcüklü və iynəlidir.Yarpaqları və yan zoğları xətvari, iti iynəli, toxumları cücərdikdə əmələ gələn 1-3 yarpağı təklələkvaridir. Çiçək saplaqları, kasacığı və çiçək altlıqları sıx, keçəli-tükcüklü, kiçik, qırmızımtıl-qonurdur. Çiçəkləri qızılı-sarı, tək, adi kəpənək tiplidir. Kasacığı iki hissəli, vəzicikli-tükcüklü, bünövrəsindən bölünmüşdür. Çiçək tacı uzunluğuna görə kasacıqdan böyükdür. Erkəkcikləri saplaqlarla bitişmişdir. Paxlaları tükcüklü və bəzən uzunluğu 15 mm-dək çatır.
Erol Keskin
Erol Keskin (2 Mart 1927 – 1 Oktyabr 2016) — Hücumçu kimi çıxış etmiş Türkiyə futbolçusudur. 1948 Yay Olimpiya Oyunları və 1954 FİFA Dünya Kubokunda iştirak etmişdir. Keskin Fənərbaxça PFK və Adiköybey FK klublarında çıxış etmişdir.
Keləsi (Urmiya)
Keləsi (fars. كلاسي‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 528 nəfər yaşayır (95 ailə).
Kresli Koul
Kresli Koul (ing. Kresley Cole) — Amerikalı yazıçı. Paranormal romans və gənc-fantastik janrlı kitabları bestseller olmuşdur. Üç Amerikanın Romantik Yazıçıları mükafatı almış və bu mükafatın Şöhrət Siyahısına daxil olmuşdur. == Bioqrafiya == Kresli Koul Zülmətdən Sonrakı Ölümsüzlər paranormal seriasının, gənc-fantaziya janrli Arsana Xronologiyası seriyasının, Oyun Ustaları erotik seriasının eləcədə 5 dəfə mükafat qazanmış tarixi janrlı romanların müəllifidir. Magistatura dərəcəli və atlet olan Koul, unudulmaz obrazlar və hekayələr yarada bilmək üçün çoxlu səyahət edərək bu təcrübələrdən istifadə etmişdir. Onun Zülmətdən Sonrakı Ölümsüzlər romanlar seriası dünya üzrə 20-dən artıq dilə tərcümə edilmiş, 3 RITA mükafatına layiq görülmüş vləcədə ABŞ-da bestseller olaraq ölkədə və ölkədən kənarda populyarlıq qazanmışdır. Koul ailəsi ilə birlikdə Floridada yaşayır. == Biblioqrafiya == === Zülmətdən Sonrakı Ölümsüzlər seriyası (Paranormal Romans) === Sərkərdə Əbədiyyət İstəyir. Pocket.
Kələki körpüsü
Kələki körpüsü — Ordubad rayonunun Kələki kəndi ərazisində, Vənəndçayın üzərində Dəstə-Dırnıs-Rumus avtomobil yolunun 21 kilometrliyində yerləşən körpü.
Kəskin bronxit
Kəskin bronxit - bronxların məhdud iltihabıdır. Öskürək və bəlğəm ən önəmli klinik əlamətləridir. Adətən yuxarı tənəffüs yollarının infeksiyası fonunda başlayır. Kəskin bronxitdə öskürəyin 5 gündən artıq davam etməsi ilə yuxarı tənəffüs yolu infeksiyasından fərqlənir. Kəskin bronxitin törədiciləri yuxarı tənəffüs yolu infeksiyasına səbəb olan viruslardır. İnfluenza A və B, parainfluenza, koronavirus (tip1-3), rinovirus, respirator sinsisityal virus ve insan metapnevmovirusu ən sıx rastlanan törədicilərdəndir. Xroniki başqa ağciyər xəstəlikləri olmayan normal insanlarda aparılan araşdırmaların çox azında törədicinin bakterial olduğu aydınlaşdırılmışdır. Törədicilər viruslar hesab olunur. Mycoplasma pneumoniae və Chlamydophila pneumoniae nadir hallarda - əsasən kollektivdə olan yoluxmalarda kəskin bronxitə səbəb olurlar. Belə hallarda öskürək daha az müddətli (≥3 gün) olur.
Kəskin pankreatit
Kəskin pankreatit — mədəaltı vəzin fermentativ autoliz prosesi nəticəsində ödemi və ya aseptik nekrozu ilə başlayıb ikincili irinli infeksiyanın qoşula bilməsi ilə xarakterizə olunan xəstəlikdir. KP pankreas toxumasının məhəlli və ya diffuz şəkildə destruksiyasına gətirib çıxara bilər ki, bu hal pankreonekroz adlanır. Bu zaman peritonarxası toxumanın da nekrozu müşahidə oluna bilər. Bəzən irinli infeksiyanın qoşulması nekroz sahəsinin absesləşməsinə səbəb olur. == Epidemiologiya == Amerika Birləşmiş Ştatlarında hər il 100 000 əhalidən 40 insanda kəskin pankreatit rast gəlinir. Digər ölkələrdə bu göstərici 5–80 arasında dəyişir. == Risk faktorları == KP-nin ən çox rast gəlinən səbəblərinə aşağıdakılar aid edilir: ► öd daşları ► xroniki alkoqol qəbulu ► bəzi dərman maddələrinin (məsələn, merkaptopurin, didanosin, pentamidin, ► sulfonamidlər, salisatlar, furosemid) qəbulu ► infeksiyalar ► genetik hiperlipidemiya ► abdominal travmalar ► qonşu orqanlarda və mədəaltı vəzidə aparılan cərrahi əməliyyatlar ► endoskopik retroqrad xolangioqrafiya ► xroniki hiperkalsiemiya ► pankreas və Fater məməciyinin şişləri ► Öddi sfinkterinin diskineziyası ► 12 barmaq bağırsaq xəstəlikləri == Klinik Təsnifat == KP klinik gedişinə görə iki yerə bölünür: mülayim gedişli və ağır gedişli destruktiv pankreatitlər. KP təsadüflərinin əksəriyyəti (80%) mülayim gedişli və məhdudlaşmış olur. Mülayim gedişli kəskin pankreatitlər zamanı cərrahi müalicə göstəriş deyil . Mülayim gedişli (yüngül — ödemli) pankreatit 3–5 gün ərzində aparılan bazis müalicəvi tədbirlər nəticəsində və ya öz-özünə sağala bilir.
Kəskin qarın
Kəskin qarın termini altında səbəbi bəlli olmayan kəskin şiddətli və ya kəskin təkrarlanan, qayıdan qarın ağrıları nəzərdə tutulur. Kəskin qarın zamanı təcili diaqnostikaya və çox vaxt cərrahi əməliyyata ehtiyac duyulur . == Səbəblər == Kəskin qarına aşağıdakılar səbəb ola bilər: Kəskin xolesistit Kəskin pankreatit Kəskin appendisit Bağırsaq keçməməzliyi - (lat. ileus) Kəskin peritonit Mədə və onikibarmaq bağırsaq xoralarının perforasiyaları (deşilməsi) Bağırsaq divertikulitlərinin perforasiyaları Öd kisəsi divarının perforasiyası Mezenterial infarkt (müsariqə arteriyalarının trombozları nəticəsində meydana çıxan bağırsaq nekrozu). Böyrək sancıları Qarın aortası anevrizması Partlamış ektopik hamiləlik metabolik xəstəlik (şəkərli diabet sonucunda laktasidoz) == Simptomlar == Kəskin qarının əsas kliniki bəlirtiləri aşağıdakılardır: şiddətli qəfləti və ya daimi yerli yaxud yayılan qarın ağrıları peritoneal əlamətlər (əzələ gərilməsi - qarın divarının hissəvi və ya tam gərginliyi taxta qarın — Şotkin-Blyumberq simptomu) bağırsaq peristaltikasının pozulması (köpmə, ürək bulanması, qusma) qan dövranının pozulması, şok (dəri örtüklərinin avazıması,rəngin solğunlaşması, yapışqan tər, gözlərin çuxura düşməsi,tezləşmiş zəif nəbz, arterial təzyiqin düşməsi) defekasiya(nəcisin ifrazı) aktının olmaması ümumi vəziyyətin pozulması. === Ağrılar və anatomik bağlılığı === Ağrılar xasiyyətcə 3 cür olur: Tutmaşəkilli visseral ağrılar küt, dərin, diffuz (yayqın), çox vaxt tutmaşəkilli (intensivliyinə görə artan-azalan) olur, xəstə dəqiq yerini söyləyə bilmir. Visseral ağrılar boşluqlu orqanın şişib gərilməsi, əzələ yığılmaları (spazmaları), bağırsağın ağrıverici hiperperistaltikası və yaxud orqan kapsulunun qəfləti gərilməsi sonucunda meydana gəlir, məsələn: sidik axarı sancısı, öd kisəsi sancısı, qara ciyər kapsulunun gərilməsi. qəfləti güclü ağrılar hansısa boşluq orqanının dəlinməsi və ya qarın aortası anevrizmasının əlaməti ola bilər. Sürəkli somatik ağrılar kəskin, yandırıcı olur, xəstə dəqiq yerini deyə bilir. İltihab (örnəyin appendisit), zədə və ya orqanın emboliyası (damar tıxanması) nəticəsində əmələ gəlir və peritondan, mezenterdən mezokolondan yaxud peritonarxası sahədən qaynaqlanır.
Lenski təcrübəsi
Lenski təcrübəsi — Riçard Lenski və qrupunun başlanğıcda eyni populyasiyaya aid Escherichia coli bakteriyalarından ələ alıb, bunları 12 qrupa ayırması ilə etdikləri təcrübi təkamül çalışmasıdır. Bununla bir-biri ilə başlanğıcda az qala eyni, 12 fərqli bakteriya populyasiyası əldə edilmişdir. Təcrübə 24 fevral 1988 tarixində başladılmışdır. == Təcrübi yanaşma == Təcrübədə E. coli bakteriyalarının istifadə edilmə məqsədi, bakteriyaların bölünmə sürətinin 20 dəqiqə olmasıdır. Bu bakteriyalar, hər 20 dəqiqədə 1 dəfə bölünürlər, beləliklə Təkamül müddətində 1 nəsli yalnız 20 dəqiqədə keçmək mümkündür. Insanların ömrünün 80 il olduğunu və bu müddətdə ortalama 30 yaşına çatdıqlarında çoxaldıqlarını, beləcə 1 nəslin keçilməsinin 30 il qədər sürdüyünü və bu səbəblə bir insanın ömüründə ən çox 2 və ya 3 insan nəsli görə biləcəyini, bütün növlər arasında bilinən növləşmə sürətlərinin ortalaması alındığında, bir növdən yeni iki növün meydana gələ bilməsi üçün keçməsi lazım olan nəsil sayının təxminən 1000 qədər olur. 1000 nəsil, insan üçün 300000 il, E. coli bakteriyası üçün təxminən 333 saat, yəni 14 gündür. == Metodlar == Lenski bu 12 fərqli bakteriya qrupunu götürərək davamlı çoxalmalarına şərait yaratdı. Hər bir qrupu, minimal böyümə mühitində (texniki bir termindir və bir canlının yaşaması üçün lazım olan minimum şərtləri ifadə edir) saxlamağa başladı. Hər yeni gündə, böyüyən populyasiyanın %1-lik qismini yeni bir qab içərisinə götürərək, "1 nəsil" olaraq işarələdi.
Riçard Lenski
Riçard Lenski (13 avqust 1956-cı il) — Amerikalı təkamülçü bioloq. == Həyatı == Oberlin Kolleci məzunudur və doktorluğunu Şimali Karolina Universitetində müdafiə etmişdir. Hal-hazırda Miçiqan Dövlət Universitetində dərs deyir. 1996-cı ildə prestijli elm mükafatı MacArthur Fellowshipi qazanmış, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatları Milli Elmlər Akademiyasının üzvü seçilmişdir. 17 fevral 2010 tarixində Milli Elmlər Akademiyası Təkamülü Müşahidə Araşdırmaları Elm və Texnologiya Mərkəzini qurmuşdur. Lenski son vaxtlarda təkamül və elm düşmənlərinin sıx müraciət etdiyi və Viki Vəqfinə aid "wiki Conservapedia"nın qurucusu və sahibi Andrew Schlaflyı ictimai platformada etdikləri məktublaşmada qəti bir zəfərlə susdurması və elmi bilməyənlərin elmlə başa çıxa bilməyəcəyini göstərməsiylə məşhurdur.
Sərxan Kəskin
Sərxan Kəskin (25 noyabr 1977, İzmit) — 1997-ci ildə İzmit şəhər teatrının nəznində açılan teatr kursunda aktyorluq həyatına başlamışdır.1999-2002 illəri arasında “Akademi İstanbul” teatr məktəbində aktyorluq təhsilini bitirdikdən sonra 2002-ci ildə yaradılan “Semaver Kumpanya” truppasına qatıldı və uzun illər burada həm aktyor, həm də rejisor kimi fəaliyyət göstərdi. == Fəaliyyəti == 2011-ci ildə rejissoru Onur Ünlü olan, TRT tərəfindən yayımlanan Leyla ilə Məcnun teleserialındakı “İsmail abi” obrazı ilə daha böyük kütlə tərəfindən tanındı. Sərxan Kəskin 2014-cü ildə senaristi və rejissoru Onur Ünlü olan “Etirazım var” filmində Büşra Pekin və Osman Sonant ilə baş rolları böülşmüşdür. 2013-cü ildə Sən Aydınlatarsan Gecəni filmində rol aldı. 2013-cü ilin martında Leyla və Məcnun serialının aktyorları ilə bərabər qurduğu “Leyla The Band” musiqi qrupunda bas gitarı ilə yer aldı 2015-ci ildə Limonata filmində baş rolda Səlim obrazını canlandırdı. 2015-ci ilin fevralında başlayan Beş Qardaş teleserialında Balıqçı Səid obrazı ilə baş rolda oynamışdır. 2014-cü ildə 51-ci Qızıl Portağal Film Festivalı tərəfindən ən yaxşı kişi aktyor adına layiq görülür.