Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnanna
İştar (ərəb. عشتار‎ İştar, fars. ایشتار‎ İstar, ivr. ‏עשתרת‏‎ Aştoret, q.yun. Ἀστάρτῃ Astarta; Anunit, Nana, İnana) Akkad mifalogisında bir tanrıça, ilahə. Şumer mifalogiyasındakı İnannadan törəmişdir.. İnanna Utu/Şamaşın əkiz bacısıdır, Nanna/Sinin qızıdır. Enlilin dünyasında ilk doğan qadındır. Ona verilen ilk adlar Şumercə ikən, ikincilər Akkadlar tərəfindən bu tanrılara verilən adlardır. Assur panteonunun üçüncü baş tanrısı İştar (şumerlərin İnannasıdır) ilahəsi olmuşdur.
Knafia
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Kanna
Kanna — İtaliyanın cənub-şərqində kənd. E.ə. 216-cı il avqustun 2-də həmin kəndin yaxınlığında Roma konsulları Terensi Varron və Emili Pavelin sərkərdəlik etdikləri Roma ordusu (80 min piyada və 6 minədək süvari) ilə Hannibalın sərkərdəlik etdiyi Karfagen ordusu (40 min piyada və 10 minədək süvari) arasında 2-ci Pun müharibəsinin ən iri döyüşü baş vermişdir.
Knaan
K'naan - repçi. == Həyatı == "Knaan" təxəllüsü ilə tanınan reper Keynan Abdi Varsame 2010-cu ilin iyununda Cənubi Afrika Respublikası nda keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi himnini bəstələyib. Himn "Wavin Flag" adlanır. Bu kompozisiya ilk dəfə 2009-cu ilin fevralında "Troubadour" qrupunun albomunda yer alıb və "Billboard" sinqllərinin hit-paradında 99-cu yeri tutub. Futbol kampaniyası müddətində "Wavin Flag: The Celebration Mix" mahnısına remiksdən də istifadə olunacaq. Knaan Somali də doğulsa da, 1991-ci ildə vətəndaş müharibəsi zamanı ailəsi ilə birgə ölkəni tərk edib. Hazırda o, Kanada da yaşayır.
Akshaye Khanna
Akşay Xanna (28 mart 1975, Bombey) — məşhur Bollivud aktyorudur. Bir neçə mükafatın, o cümlədən "Kişi rolunda ən yaxşı kinodebüt" nominasiyasında "Filmfare Awards", "Screen Awards" və IIFA Awards mükafatlarına layiq görülüb. “Sərhəd”, “Sirrimi bilirsən”, “Atam Qandi” və sair filmlərdə çəkilib. Akşay Xanna 28 mart 1975–ci ildə Hindistanın Mumbay şəhərində anadan olub. Onun atası Vinod Xanna məşhur hindistanlı aktyor və prodüserdir. Mumbay şəhərində Kişor Nemit Kapur adına İnstitutu bitirib. 1977-ci ildə “Sərhəd” adlı filmdəki rolu ona "Ən yaxşı ikinci dərəcəli kişi rolu" nominasiyasında "Filmfare Awards" mükafatı qazandırıb. Bir neçə ildən sonra Akşay kinodan gedərək təhsilini davam etdirmək qərarına gəlir. 2 illik fasilədən sonra, 2002-ci ildə “İnsanın alçaqlığı” və “Sirrimi bilirsən” filmlərində çəkilir. Hər iki film uğur qazanır.
Knafia purpurea
Purpur söyüd (lat. Salix purpurea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Cənubi Avropadan təsvir edilib. Skandinaviya, Atlantik və Orta Avropada, Aralıq dənizyani ölkələrində, Şimali Afrikada, Yaponiyada, Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2–3 m olan koldur. Budaqları nazik, zərif, elastik, çox vaxt qırmızıtəhərdir. Qabığı üst tərəfdən tünd qırmızıdır, bəzən üzərində göyümtül toz ləkəsi olur, qabığının iç tərəfi limonaoxşar sarıdır. Yarpaqları qısa saplaqlı, növbəli düzülüşlü, uzunluğu 3–6 sm, eni 1–1,5 sm, ensiz tərsinə yumurtavari və ya tərsinə neştərvari, yanları bütöv və ya qabaq tərəfdən narın sivri mişardişlidir. Cavan yarpaqları tüklüdür, sonralar çılpaqlaşır, üst tərəfdən göyümtül-yaşıl və ya bozumtul-yaşıldır. Yarpaqaltlıqları xətvari-neştərşəkilli olub, erkən töküləndir.
Kana
Kanna döyüşü
Kanna döyüşü — Kanna yaxınlığında e.ə. 216-cı il avqustun 2-də konsul Qay Terrensi Varronun komandanlığı altında Roma ordusu (63 min piyada, 6 min süvari) ilə Hannibalın Karfagen qoşunu (40 min piyada, 10 min süvari) arasında 2-ci Pun müharibəsinin ən böyük vuruşması baş vermişdir. Karfagen süvariləri əvvəlcə Romanın süvari, sonra piyada qoşununu darmadağın etdi. Vuruşmanın 12 saatı ərzində romalılardan 48 min nəfər öldürüldü, 10 min əsir alındı. Karfagenlilərdən 6 min nəfər öldürüldü. Kanna yaxınlığındakı vuruşma hərb sənəti tarixinə düşməni az qüvvə ilə mühasirəyə alaraq onu tamamilə məhv etmək nümunəsi kimi daxil olmuşdur.
Kiana Eide
Kiana Eide (25 sentyabr 1998) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Kiana Eide, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Eide həm də 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. == Karyerası == Kiana Eide 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Alisa Kano, Natalie McQiffert, Monika Roxman və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Naina İbrahimova
Naina Ağəli qızı İbrahimova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2010). Naina İbrahimova 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsində ali təhsil almışdır. 1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. 20 dekabr 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür. Teatrda işlədiyi müddətdə bir neçə rollar oynamışdır. Onların arasında: Nisə xanım (M.F.Axundov "Lənkəran xanlığın vəziri"), Züleyxa (Elçin "Poçt şöbəsində möcüzələr"), Katya Volkova (A.Qalin "Konkurs"), Marion Dübua (M.İbrahimbəyov "Neft bumu"), Şirin (S.Vurğun "Fərhad və Şirin") kimi rolları qeyd etmək olar. N.İbrahimova bir çox kliplərdə çəkilib, fotomodel kimi tanınır. Aktrisa Naina İbrahimova rəssamlar Ağəli İbrahimovun və Nadejda İbrahimovanın qızıdır. 2013-cü ilin oktyabr ayında Fərid adlı fotomodellə ailə qurub. Bu cütlüyün 2015-ci ilin fevralın 23-də oğul övladı olub.
Andre Onana
Andre Onana (2 aprel 1996[…], Mərkzəz regionu[d]) — İngiltərə Premyer Liqasında çıxış edən Mançester Yunaytedin kamerunlu qapıçısı. == Klub karyerası == === İnter === 1 iyul 2022-ci ildə İnter Onana ilə 5 illik müqavilə imzaladığını açıqladı. "İnter"də ilk matçına 7 sentyabr 2022-ci ildə keçirilən "İnter"–"Bayern Münhen" matçında çıxıb. Matça start heyətdə başlayan Onana 90 dəqiqə meydanda qalıb.Matç "Bayern Münhen"in 0–2 hesablı qələbəsi ilə başa çatıb.
Nobutoşi Kanna
Nobutoşi Hayaşi (林 延年, Hayaşi Nobutoşi, 10 iyun 1968, Şinaqava), daha çox səhnə adı olan Nobutoşi Kanna (神奈 延年, Kanna Nobutoşi) ilə tanınır — Yaponiya film və səs aktyoru, müğənnisi və hekayəçisi. O, "Aoni Production" ilə əlaqəlidir. Kanna aktyorluğa uşaq yaşlarında başlamışdır. Nakagami, Yoshikatsu. "The Official Art of AIR". (October 2007) Newtype USA. pp. 135–141. Endo, Akira et al. "Voice Actor Spotlight". (November 2006) Newtype USA. pp.
Belka-Snejna mağarası
Belka-Snejna mağarası (pol. Jaskinia Wielka Śnieżna) — Polşanın cənubunda, Qərbi Tatranın Malolonçnyak dağlarında karst məşhəlli mağara. Mağara Tatra Milli Park ətazisində yerləşir. Onun uzunluğu 23 753 m, qərinliyi isə 824 m təşkil edir. Bu göstərici ilə Polşanın ən uzun və dərin mağarasıdır. == Morfologiya == Belka-Snejna mağarası 5 girişi vardır. Əvvəllər bu girişlər fərqli mağaraların birişi olaraq hesab edilirdi: Qarlı mağara (pol. Jaskinia Śnieżna) — 1701 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. 1959-cu ildə kəşf edilmişdir. Böyük qarlı mağaradının əsas hissəsini təşkil edir.
Krasna Horka Qalası
Krasna Horka qalası (slovak. Hrad Krásna Hôrka, mac. Krasznahorka vára) — Slovakiyada Koşitse Bölgəsindəki Roznava yaxınlarındakı Krasnohorske Podradiye kəndinə baxan bir təpədə qurulmuş bir qala. Qalanın ilk yazılan sözü 1333-cü ildə idi. 1961-ci ildə Krasna Horka, Slovakiya Respublikasının Milli Mədəniyyət Abidəsi elan edildi. Ölkənin ən yaxşı qorunmuş qalalarından biri olduğu deyilirdi. 2012-ci ilin Mart ayının 10-da qalada yanğınla böyük zərər gördü. == Etimologiyası == Adı "gözəl bir dağ" deməkdir (Slovakca: krásná - gözəl, hôrka - kiçik bir dağ). Kras (Karst) məhəllədə olduğu üçün ola biləcək deyil, olabiləcək, Kras (karst) sözündən törədilmişdir. == Tarixi == Qala XIII əsrdə Akos qardaşları tərəfindən Transilvaniya'dan Koşitse'dən Spiş'ə və bugünkü Polşaya gedən bir ticarət yolunda inşa edilmişdir.
Chai Khana media
Ka (kana)
か (hiraqana) və ya カ (katakana) – yapon dilində kanalardan biri. Hər iki forma 加 kancisinin sol tərəfindən törəyib. Romaci versiyası "ka"dır. Kananın dakuten forması da mövcuddur: が və ya ガ. Dakuten formasının romaci versiyası "qa" şəklindədir. Handakuten (゜) versiyası normal yapon dilində yoxdur, lakin bəzən dilçilər "nga" səsini göstərmək üçün ondan istifadə edirlər. か yapon dilində sual yaradıcı hissəciklərdən biridir. が isə qrammatik hissəcik olub mübtədaya və ya tamamlığa vurğu etmək üçün istifadə olunur. == Yaranması == Həm か, həm カ formalar 加 kancisinin sol tərəfindən törəyiblər. == Yazılış == か hiraqanası 3 xətlə yazılır: Əvvəlcə horizantal xətt dönür və qarmaq şəklində bitir.
Kana Kitahara
Kana Kitahara (d. 17 dekabr 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Kana Osafune
Kana Osafune (d. 16 oktyabr 1989) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 2 qol vurub.
Mazama nana
Mazama nana (lat. Mazama nana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin mazama cinsinə aid heyvan növü.
Mikania nana
Mikania nana (lat. Mikania nana) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Monardella nana
Monardella nana (lat. Monardella nana) – dalamazkimilər fəsiləsinin monardella cinsinə aid bitki növü.
Nana (tablo)
Nana (fr. Nana) - Eduard Mane tərəfindən 1877-ci ildə çəkilmiş rəsm əsəri.
Nana Aleksandriya
Nana Aleksandriya (gürc. ნანა გიორგის ასული ალექსანდრია, Nana Giorgis asuli Aleksandria; 13 oktyabr 1949, Poti) — Sovet və Gürcüstan şahmatçı, qrosmeyster (1976). SSRİ-nin əməkdar idman ustası (1971). Nana Aleksandriya 1949-cu ildə Poti şəhərində anadan olmuşdur, jurnalistika ixtisasını bitirmişdir. 1963-cü ildə SSRİ çempionatında debüt etmişdir, 1964-cü ildə Gürcüstan SSR çempionu oldu. Üçqat SSRİ çempionu (1966, 1968, 1969) olmuşdur. Dəfələrlə SSRİ yığma komandasında dünya olimpiadalarının (1969-1980) qalibi olmuşdur. 1967-1990-cı illərdə dünya çempionatı yarışlarında iştirak etmişdir. Dünya çempionatının final görüşlərində iki dəfə iştirak etmişdir, ancaq 1975-ci ildə Nona Qaprindaşvili (+3 =1 -8), 1981-ci ildə isə Maya Çiburdanidzeyə (+4 = 8 -4, Çiburdanidze dünya çempionu titulunu qorudu) məğıub olmuşdur. 20-dən çox beynəlxalq turnirin qalibi.
Nana Corcadze
Nana Gigiyevna Corcadze (gürc. ნანა ჯორჯაძე;; 24 avqust 1948, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Gürcü aktrisası, kinorejissoru, ssenaristi, rəssamı, müəllimi, Kann Film Festivalının mükafatçısı, Oskar mükafatına namizəd. Nana Corcadze 1948-ci ildə Tbilisidə anadan olub. Öz sözləri ilə desək, o, təyyarədə doğulub, damda böyüyüb. O, yaxşı gürcü ailəsindən idi, gəncliyində hippi hərəkatını sevirdi, tez-tez evdən qaçır və qatarlarda avtostop və "dovşan" ilə Sovet İttifaqını gəzirdi. Nana Corcadze 1966-cı ildə musiqi texnikumunu, 1972-ci ildə Tbilisi Rəssamlıq Akademiyasının memarlıq fakültəsini şəhərsalma ixtisası üzrə bitirmişdir. Nana Corcadze 1968–1974-cü illərdə memar kimi çalışmışdır. 1974-cü ildə o, Tbilisi Dövlət Teatr İnstitutunun kino rejissorluğu fakültəsinə daxil olur. Fakültədə Nana təzə qurulan Tengiz Abuladze və İrakli Kvirikadzenin sənət emalatxanasının ilk tələbələrindən olur. O elə burda tanış olduu İrakli Kvirikadze ilə ailə qurur.
Nana İçise
Nana İçise (d. 4 avqust 1997) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 15 oyun keçirib.