Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kozani
Kozani (yun. Κοζάνη) — Kozani regionunun və Qərbi Makedoniyanının paytaxtı. Şəhər Yunanıstanın şərqində yerləşir.
Konni Andersson
Konni Andersson (suah. Conny Andersson; 28 dekabr 1939) — isveçli avtomobil yarışçısı, 1972-74-cü illərdə, İsveç Formula 3 çempionatında, 5 dəfə Formula 1 Qran pridə iştirak etmişdir. 1976-77-ci illərdə çıxış etdiyi yarışda bir dəfə də olsun finiş xəttini keçə bilməmişdir. == Bioqrafiya == Gənc yaşlarında motosiklet yarışlarına qoşulsa da, avtomobil yarışlarında çıxış edə bilmirdi. Səbəb vaxt azlığı və ailə biznesinə kömək etmək idi. Avtomobil yarış məktəbini ziyarət etdikdən sonra, bu sahə ilə maraqlanmağa başladı və tezliklə Formula Vee çempionatlarında iştirak etməyə başladı. Daha sonra Formula 3-də iştirak etmək üçün Brebem BT21 əldə etdi. 1970-76-cı illəri əhatə edən bu yarışda o, iki dəfə 1972 və 1974-cü illərdə qalibiyyət, 1973 və 1975-ci illərdə isə ikinci yeri əldə etmişdir. O, Formula 3-də tez tez iştirak etdiyindən, artıq yeni başlayanlara rəhbərlik etməyə başladı. İrəli getməkdə yalnız maddi çətinliklərlə üzləşirdi.
Konni Soyer
Konni Soyer (ing. Connie Sawyer, uşaqlıq adı Rozi Koen (ing. Rosie Cohen; 27 noyabr 1912, Pueblo[d], Kolorado – 21 yanvar 2018, Vudlend-Hillz[d], Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Konni Soyer 27 noyabr 1912-ci ildə Rumıniyadan olan yəhudi mühacirləri ailəsində anadan olub. Karyerasına komik kimi gecə klublarında başlayıb. Konni Soyer 1959-cu ildə əfsanəvi Frenk Sinatra ilə bir filmdə çəkilib. Aktrisa sonuncu dəfə 2013-cü ildə "Ray Donovan" televiziya filmində miss Sallivan rolunda çəkilib. Konni Soyer 21 yanvar 2018-ci ildə vəfat edib.
Yakov Kozin
Yakov Kozin (tam adı: Yakov Dmitriyeviç Kozin; d. 18.10.1896 - v. 18.02.1973) — Azərbaycan Universitetinin məzunu, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı tərkibində Tarix İnstitutunun direktoru, Qara dəniz-Xəzər regionu və Krımın tarixi geologiyasının və mineral resurslarının tədqiqatçısı, geoloq, geomorfoloq və rəssam, geologiya-mineralogiya elmləri doktoru (1946), Krım pedaqoji institutunun fiziki coğrafiya və ümumi torpaqşünaslıq kafedrasının, daha sonra Simferopol Dövlət Universitetinin professoru, Krım məktəblilərinin “Axtarışçı” kiçik elmlər akademiyasının prezidenti (1963-1973). Yakov Dmitriyeviç Kozin 1896-ci il 18 noyabr tarixində anadan olmuşdur. Valideynləri Don çayında bənddə matros kimi xidmət edirdilər. Alimin ailəsinin növbəti illəri də Volqa və Xəzər dənizi ilə bağlı olmuşdur. Bu da alimin gələcək elmi fəaliyyətinə öz təsirini göstərmişdir. Yakov Kozinin əmək təcrübəsi 60 ilə yaxındır. Əmək fəaliyyətinin ən məhsuldar dövrü olan ömrünün son 25 ili Krımla bağlıdır. 1914-cü ildə orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra orduya çağırılır.
Anatoli Koni
Koni Anatoli Fyodoroviç (1844–1927) — məşhur rus hüquqşünası, ictimai xadim və ədəbiyyatçı, həqiqi məxfi müşavir. == Həyatı == 1865-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Məhkəmə islahatları keçirilən zaman Sankt-Peterburq məhkəmə palatasına katib köməkçisi vəzifəsinə keçmişdir, 1867-ci ildə Moskva məhkəmə palatasının Rovin dairə məhkəməsinin prokurorun katibi olmuş, həmin ildə Sum dairə məhkəməsinin prokurorun yoldaşı (tovariş) sonra da Xarkov dairə məhkəməsində çalışmışdır. 1870-ci ildə Kazan dairə məhkəməsinin prokuroru olmuşdur. 1875-ci ildə Ədliyyə Nazirliyi departamentinin vise-direktoru, 1877-ci ildə Sankt-Peterburqun dairə məhkəməsinin sədri, 1891-ci ildə cinayət-kassasiya senat departamentinin senatoru. Koni görkəmli məhkəmə natiqi olmuşdur. Dövlət şurasının üzvü. Peterburq EA-nın fəxri üzvü. 1878-ci ildə Vera Zasuliç işində Koni (məhkəmə sədri) bəraət hökmü çıxartmışdır. Oçerk və xatrələr "Həyat yolunda".
Koni yarımadası
Koni yarımadası (rus. Кони) — Oxot dəniziinin ərazidində, Maqadan vilayəti ərazisində yerləşir. Yarımadada yerləşən burunlar:Skalnıy, Polski, Qorbatıy, Qorelıy, Sentyabreva, Pervıy, Avelina, Bliqan, Taran, Kiras və s. Yarımadadan çoxlu çay axır. İri çayları:Boqurçan, Oroxolindya, Berezovka, Burqauli. Yarımadanı materika birrləşdirən bərzəxdə Siqlan çayının mənsəbi yerləşir. Relyefi əsasən dağlıqdır. Maksimal hündürlük 1548 metrdir (Skalistaya dağı). Yarımada ərazisindı Maqadan qoruğu yerləşir.
Yozef Koni
Yozef Koni (ing. Joseph Kony; 1961) — Uqandada fəaliyyət göstərən ing. Lord Resistance Army (Tanrının Müqavimət Ordusu) adlı partizan dəstəsinin rəhbəri.
Yakov Dmitriyeviç Kozin
Yakov Kozin (tam adı: Yakov Dmitriyeviç Kozin; d. 18.10.1896 - v. 18.02.1973) — Azərbaycan Universitetinin məzunu, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı tərkibində Tarix İnstitutunun direktoru, Qara dəniz-Xəzər regionu və Krımın tarixi geologiyasının və mineral resurslarının tədqiqatçısı, geoloq, geomorfoloq və rəssam, geologiya-mineralogiya elmləri doktoru (1946), Krım pedaqoji institutunun fiziki coğrafiya və ümumi torpaqşünaslıq kafedrasının, daha sonra Simferopol Dövlət Universitetinin professoru, Krım məktəblilərinin “Axtarışçı” kiçik elmlər akademiyasının prezidenti (1963-1973). Yakov Dmitriyeviç Kozin 1896-ci il 18 noyabr tarixində anadan olmuşdur. Valideynləri Don çayında bənddə matros kimi xidmət edirdilər. Alimin ailəsinin növbəti illəri də Volqa və Xəzər dənizi ilə bağlı olmuşdur. Bu da alimin gələcək elmi fəaliyyətinə öz təsirini göstərmişdir. Yakov Kozinin əmək təcrübəsi 60 ilə yaxındır. Əmək fəaliyyətinin ən məhsuldar dövrü olan ömrünün son 25 ili Krımla bağlıdır. 1914-cü ildə orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra orduya çağırılır.
Kozı Körpeş və Bayan Sulu dastanı
Kozı Körpeş və Bayan Sulu dastanı — Türk epik ənənəsinin önəmli örnəklərindən sayılan "Kozı Körpeş və Bayan Sulu" dastanının Altay, başqırd, qazax, tatar (Krım-Dobruca, Kazan, Baraba-Sibir) və uyğur türklərinə aid bir çox variantları mövcuddur ki, onlar "Kuzıy Körpeş ilə Bayan Sulu", "Kuzıy Körpes minen Mayanhılıv", "Kuzı Körpe", "Kuzı Körpe bilen Bayansılu", "Kozın Erkeş", "Közüyke", "Boz Körpeş-Qara Göz Ayım" və s. kimi müxtəlif adlarla adlandırılmışdır. Bu mətnlər nəzm, nəzm-nəsr və ya nəsr şəklindədir. Dastanın ən qədim variantı hesab olunan Altay variantını V. V. Radlov XII–XIII əsrlərə aid edir. "Kozı Körpeş və Bayan Sulu" bir çox zəngin motivləri ehtiva edir. Məsələn, sonsuzluq, hamilə maral (qurd), beşik kərtməsi, ad qoyma, qərhəmanın silahlarını alması, yaxşı və pis heyvanlar, formul sayları, cilddəyişmə, müxtəlif mükafatlar və cəzalar, köməkçi insanlar, hiylə, at, silah və geyim almaq, müxtəlif heyvanlarla söyləşmək, sehrbaz, yuxu, ölüb-dirilmə və s. "Türk dünyasının Romeo və Cülyettası" adlandırılan "Kozı Körpeş və Bayan Sulu" böyük bir məhəbbət dastanıdır. Bu dastana görə uşaqları olmayan iki bəy (xan) övladları dünyaya gələndə onları beşikkərtməsi edirlər. Uşaqlara Kozı və Bayan adını verirlər. Bir müddət keçəndən sonra Kozının atası ölür, Bayanın atası da verdiyi sözdən dönüb başqa bir yerə köçür.
Dzoni
Dzoni (yapon. 雑煮 dzo ni) - yapon mətbəxinə daxildir. Supun əsas tərkibini düyü təşkil edir. Yaponiyada bu yemək yeni il yeməyi kimi tanıyır. == Tərkibi == Dzonini bişirmək üçün tərəvəz, balıq, toyuq, göyərti və s. istifadə olunur. Ancaq bu yeməyin bişirilməsi zamanı müxtəlif qaydalardan istifadə olunur. == Tarixi == Belə deyillər ki, bu yeməyi ilk dəfə samuraylar tərəfindən hazırlanmışdır. Onlar bu yeməyi bişirmək üçün düyü xəmirindən, tərəvəz və hərbiçilər üçün ərzaqlardan istifadə ediblər. Sonradan bu yemək artıq samurayların yeməyindən çıxıb bütün yapon xalqının yeməyi olur.
Kasnı
Kasnı (lat. Cichorium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Acanthophyton Less.
Kobani
Kobani (kürd. Kobanî/Kobanê, ərəb. كوباني‎, klass. süry. ܟܘܒܐܢܝ), rəsmi olaraq Eyn ül-Ərəb (ərəb. عين العرب‎) — Suriyanın Hələb mühafəzəsində şəhər, Eyn ül-Ərəb rayonunun inzibati mərkəzi. Şəhər Suriyanın Türkiyə ilə olan sərhədi üzərində yerləşir. Suriyada vətəndaş müharibəsinin bir nəticəsi olaraq, şəhər 2012-ci ildən bəri Xalq Qoruma Dəstələrinin (YPG) nəzarəti altına düşmüşdür. Şəhər 2014-cü ilin sentyabr ayından 2015-ci ilin yanvar ayında qədər İraq Şam İslam Dövlətinin blokadası altında idi. Şəhərin əksər hissəsi məhv edilmiş, şəhər əhalisinin əksəriyyəti Türkiyəyə qaçmışdır.
Kolanı
Kolanı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda kənd. Kolanı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Kolanı (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Kolanı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Kolanı (Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd.
Konik
Konik və ya Polşa koniki — Polşada yetişdirilən elə də iri olmayan atlar cinsinə daxildir. Belə hesab edilir ki, Polşa konikləri daha çox XIX əsrdə nəsli kəsilmiş Tarpanların təsirinə məruz qalmışdır. == Tarixi == Polşada 20-ci əsrin əvvəllərində təsərrüfat işlərində "Konik" adlı cinsdən istifadə edilirdi. Hansı ki, bu cinsin ərsəyə gəlməsinə qədər Tarpandan istifadə olunmuşdur. Bu cins struktur baxımından (Fenotip) Tarpana bənzər idi. Tarpanın yox olmasından sonra, Polşanın Belovejskaya Puşa adlı bölgəsində kəndli təsərrüfatlarından atlar yığılırdı (onların çoxu ya Tarpan idi və ya onun törəmələri olurdu). Süni şəkildə də olsa belə demək olarsa Tarpanoid at cinsi bərpa edilir. Birinci Dünya müharibəsi dövründə bu atlar rus və alman qoşunları üçün mühüm nəqliyyat heyvanları hesab edilirdi və Panje atları adlandırılırdı. Onlar xarici görünüş baxımından Tarxanlara bənzəyir və Avropanın meşə-çöl şəraitinə uyğunlaşdırılmışdılar. Nümunələrin bir hissəsi təbiətə buraxılmışdır.
Qroznı
Qroznı (çeç. Соьлжа-ГӀала, qum. Süyünç-Qala, qaraç.-balk. Süyünç-Qala) — Şimali Qafqazda şəhərdir, Rusiyanın cənubunda, Çeçenistan Respublikasının paytaxtı, Qroznu rayonunun mərkəzidir. Şimali Qafqazın ən böyük şəhərlərindən biridir, ərazisinə görə ikinci, əhalisinin sayına görə üçüncü böyük şəhərdir. Şəhər Sevinc çayının (qum. Süyünç, qaraç.-balk. Süyünç, çeç. Sölƶa) qırağında yarandığına görə yerli türklər ona Sevinc-Qala (qum. Süyünç-Qala, qaraç.-balk.
Qəzni
Qəzni vilayəti (fars. غزنی‎; puşt. غزني) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri, inzibati mərkəzi Qəzni şəhəridir. Vilayətin ərazisi 22.915 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 1111.3 min nəfərdir. Əhalisinin 49%-ni puştunlar, 45%-ni həzaralar (milliyyətindən asılı olmayaraq birinci dil kimi dari dilini istifadə edənlər: bura Azərbaycan əsilli türklər olan qızılbaşlar da daxildir), 4%-ni taciklər və 1%-ə yaxınını hindlilər/siqhlər və başqa azlıqlar təşkil edir. Rəşidan (2002-ci ildə əhalisi 29 min nəfər): 96%-i puştunlar, 4%-i həzaralar. Zanaxan (2002-ci ildə əhalisi 12 230 nəfər): 100% puştunlar. Navur (2002-ci ildə əhalisi 91 778 nəfər): 100% həzaralar. Qarabağ (2002-ci ildə əhalisi 218 min nəfər): 55%-i puştunlar, 45%-i həzaralar. Nava (2002-ci ildə əhalisi 29 054 nəfər): 100% puştunlar.
Ərzni
Ərzni, Arzni — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayondan şimal-qərbdə, Zəngi çayının sol sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin başqa adı Sərçəli olmuşdur. İlk dəfə XV əsrdən xatırlanır. Kənddə 1873 - cü ildə 96 nəfər, 1886-cı ildə 197 nəfər, 1897-ci ildə 121 nəfər, 1904 - cü ildə 439 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Burada indi ermənilər və aysorilər yaşayır.
Kaoani
Kaoani (yaponca kao (顔, üz) və ani (アニ, animasiya) sözlərindən gəlir) — adətən üzürmüş kimi görünmək üçün yuxarı və aşağı sıçrayan kiçik animasiyalı emotikonlar. Kaoanilərin mənşəyi Yaponiyadan gəlir və eyni zamanda puflar, anime ləkələri, anikaolar və ya anime ifadələri kimi tanınır. Kaoani heyvanlar, oniqirilər kimi qida məhsulları, rəngli ləkələr, karikatura personajları və s. şəklində ola bilər. Bir çoxları rəqs etmək, gülmək və ya alqışlamaq kimi müəyyən bir fəaliyyəti yerinə yetirmək üçün canlandırılır. Kaoanilər üçün fayl formatı adətən GIF-dir, çünki bu format animasiyaları dəstəkləyir. Bununla belə, onları animasiya edilmiş PNG şəkli olan APNG formatında da hazırlamaq mümkündür. Kaoanilər əsasən internet forumlarında, "MySpace" profillərində, bloqlarda və ani mesajlaşma proqramında əhval-ruhiyyə simvolu və ya avatar kimi istifadə olunur.
Kamni Çasovıe
Kamni Çasovıe adası — Rusiyanın Kamçatka diyarı ərazisində Olyutorski rayonu ərazisinə daxildir. Oxot dənizinə daxil olan Qlubokaya körfəzində yerləşir. 1885-ci ildə Fridolf Fabian Höök adaları xəritəyə salmışdır. O, adaları Dva Çasovıe olaraq adlandırır. Daha sonra onların üç olması müəyyən edildikdən sonra müasir adını alır.
Kenni Ci
Kennet Brüs Qorlik (ing. Kenneth Bruce Gorelick; doğ. 5 iyun 1956), daha çox səhnə adı Кенни Ci (ing. Kenny G), ləqəbi ilə amerikalı saksafonçu. Onun 1986-cı ildə yayımlanan Duotones albomu ona dünya şöhrəti gətirmişdir.
Kenni Makkormik
Kenni MakKormik (ing. Kenny McCormick ? McKormick), South Park cizgi serialının 4 əsas personajından biri. Dublaj — Mett Ston, Erik Stof, Maykl Cac. == Ailəsi == Kenni MakKormik — 4 baş personajlardan biri. Katolik. Kevin MakKormik — Kenninin qardaşı. Katolik. Stuart MakKormik — Kenninin atası. İşsiz alkaqolik.
Kenni Rocers
Kenneth Ray "Kenny" Rocers (21 avqust 1938[…], Hyuston, Texas, ABŞ – 20 mart 2020[…], Sendi-Sprinqs, Corciya, ABŞ) — ABŞ pop müğənnisi, musiqi yazıçısı və aktyor. == Həyatı == == Fəaliyyəti == 1958-ci ildən bəri musiqi işlərinə davam edir. 1977-ci ildən bəri başda "Qremmi" olmaq üzrə bir çox dəfə musiqi mükafatlarına layiq görülmüşdür. "Grammy" xaricində əldə etdiyi musiqi mükafatlarına nümunə olaraq "Academy of Country Music", "Country Music Association", "American Music" və "Cmt Music" mükafatları göstərilə bilər. Kenny Rogers günümüzə qədər cəmi 65 albom çıxartmışdır və albomları bu günə qədər 100 milyondan çox satmışdır, bütün zamanların albomları ən çox satan sənətçiləri sıralamasında səkkizinci sırada gəlir.
Kenni Sayef
Kenni Sayef (17 dekabr 1993) – Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin yarımmüdafiəçisi. == Karyerası == === Gent === Gentdə ilk matçına 29 avqust 2014-cü ildə keçirilən Gent-Kortrijk matçının 82-ci dəqiqəsində çıxıb. Matç Kortrijkin 0-1 hesablı qələbəsi ilə başa çatıb.Gentin heyətində ilk dəfə 14 sentyabr 2014-cü ildə keçirilən Gent-Excel Mouskron matçında fərqlənib. Matça 75-ci dəqiqədə çıxmasına baxmayaraq 82-ci dəqiqədə fərqlənməyi bacarıb. Eyni zamanda matçın 82-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Matç Gentin 1-0 hesablı qələbəsi ilə başa çatıb. 1 iyul 2018-ci ildə Gentdən ayrıldı. === Anderlext === Anderlextin heyətində ilk matçına 21 yanvar 2018-ci ildə keçirilən Genk-Anderlext matçında çıxıb. Matç Anderlextin 0-1 hesablı qələbəsi ilə başa çatıb. Anderlextdə ilk qolunu isə 24 yanvar 2018-ci ildə keçirilən Anderlext-Beveren matçının 83-cü dəqiqəsində vurub.Eyni zamanda matçın 90+3-cü dəqiqəsində də qol vurub.
Keyni Sayə
Keyni Sayə (fars. کینی‌سایه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 332 nəfər yaşayır (103 ailə).
Kolin Beyker
Kolin Beyker (ing. Colin Baker; 8 iyun 1943, London) — İngilis aktyoru. Ən çox 1984-ci və 1986-cı illər arasında «Doktor Kim» serialında altıncı Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Kopli yarımadası
Kopli — yarımada Tallin şəhərinin şimalında, eyni mikrarayonun ərazisində yerləşir. Kopli yarımadası Palyassaare və Kopli körfəzinin şimalında qərarlaşır. Sahəsi 4500 km². təşkil edir. Yarımadanın uzunluğu 3 km, eni 1,5 km təşkil edir. == Tarixi == Yarımada da ilk yaşayış məntəqələri 1365-ci ilə aiddir. 1774-cü ildə Baltika almanlarına aid qəbrstanlıq salınmışdır. Hazırda ərazisindən Tallin traleybusu № 9, Tallin tramvayı № 1 и 2, və Tallin avtobusu № 32 işləyir. SSRİ dağıldıqdan sonra qəbrstanlıq yerində park salınmışdır. Yarımada ərazisində Baltik Gəmitəmiri zavodu fəaliyyət göstərir.