Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dollar
Dollar (ing. Dollar) — bir sıra ölkələrin milli pul vahidinin adı. "Dollar" sözü Orta əsrlərdə bəzi Avropa ölkələrində metal pulları ifadə edən "taler" (alm. Taler‎) sözündən götürülmüşdür. Şifahi və yazılı danışıqda dollar deyərkən adətən ABŞ dolları nəzərdə tutulur. 1 dollar 100 sentə bərabərdir.
Kodlar
== Kodlar == Kodlar — Rəqəmsal elektronikada edilən işləri asanlaşdırmaq , səhv nisbətini azaltmaq və məlumat ötürülməsi təmin etmək məqsədiylə istifadə edilər. BCD Kodu Excess −3 Kodu BIQUANIRY (ikili — beşli) Kodu GRAY Kodu pi1arity Kodu Oktal Kodu Hexadesimal Kodu === BCD Kodu === Onluq say sistemindəki bir ədədin hər bir pilləsinin 4-bit ikili ədəd sistemi ilə ifadə edilməsindən yaradılan koddur. Desimal 0 1 2 3 4 5 6 7 8 9 BCD 0000 0001 0010 0011 0100 0101 0110 0111 1000 1001 NÜMUNƏ : (263) 10 sayını BCD kodu ilə ifadə edin ? ? (263) 10 ? ? 0010 0110 0011 ? ? (263) 10 = (001001100011) BCD ? ?
Kollec
Kollec (ing. college, lat. collegium) — orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi. İlk kolleclər Böyük Britaniyada XIII əsrdə, ABŞ-də XVII əsrdə yaranıb. Böyük Britaniya, ABŞ və bəzi ölkələrdə kollec dedikdə orta təhsildən sonrakı üç təhsil forması nəzərdə tutulur: ali məktəb; orta ixtisas təhsili; orta təhsilin yuxarı səviyyəsi. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Kollec ilə əlaqəli mediafayllar var.
Kollonj
Kollonj (fr. Collonges) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kollonj kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01109. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 95 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1897 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1258 nəfər arasında (15-64 yaş arasında) 1032 nəfər iqtisadi fəal, 226 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 82.0%, 1999-cu ildə 77.3%). 1032 fəal sakindən 958 nəfər (527 kişi və 431 qadın) işləyir, 74 nəfər işsizdir (33 kişi və 41 qadın).
Kolmar
Kolmar (fr. Colmar) – Fransanın şimal-şərqində yerləşən şəhər. Yuxarı Reyn departamentinin mərkəzidir.
Kolçak
Aleksandr Vasilyeviç Kolçak (rus. Алекса́ндр Васи́льевич Колча́к; 4 (16) noyabr 1874, Aleksandrovskoye[d], Sankt-Peterburq quberniyası[d] – 7 fevral 1920[…], İrkutsk) — admiral, Rusiyanın ali rəhbəri (1918 −1920), Rus ordusunun baş komandanı. == Əsli-nəcabəti == Ulu babası İlyas Kolçak paşa 1735–1739-cu illər rus-türk müharibəsi zamanı Moldova cəbhəsində vuruşan türk qoşunlarının komandanı, sonra isə Xotin (Xatın) qalasının komendantı olmuşdu. İlyas Kolçak paşa ruslara əsir düşür, müharibə başa çatdıqdan sonra Polşada məskunlaşır. 1794-cü ildə onun övladları Rusiyaya köçürlər. Onlar pravoslav təriqəti üzrə xristianlığı qəbul edərək Rusiyada yaşamağa başlayırlar. Atası Vasili İvanoviç Kolçak (1837–1913) rus ordusunda ilk zabit rütbəsini Krım müharibəsində (1853–1856) Sevastopolun müdafiəsi zamanı qazanmışdır: o, Malaxov Kurqanın daş bürcünün müdafiəçilərindən yeganə sağ qalmış şəxs idi, hansı ki fransızlar onu ölülərin arasından tapmışdılar. Bu müharibədən sonra Vasili İvanoviç Kolçak Sankt-Peterburqda dağ-mədən institutunda təhsil almağa başlayır. Anası Olqa İliniçna Kolçak tacir ailəsində anadan olmuşdu. Aleksandr Vasilyeviç Kolçak 4 noyabr 1874-cü ildə Peterburq ətrafındakı Aleksandrovsk kəndində anadan olmuşdur.
Kotlas
Kotlas (rus. Ко́тлас) — Rusiya Federasiyasının Arxangelsk vilayətində yerləşən şəhər. Kotlas rayonunun və Kotlas şəhər dairəsinin mərkəzidir. Əhalisi — 61 902 nəf. (2017). == Etimologiyası == Yerli tarixçi və tədqiqatçı A.V. Kuznetsovun sözlərinə görə, Arxangelsk vilayətində yerləşən Kotlas şəhərinin adı ilə yanaşı, Rusiyanın bir çox onlarla oxşar adı Rusiyanın Şimalına səpələnmişdir. Çox vaxt kiçik çaylara, dərələrə aiddirlər. Məsələn, Voloqda rayonunun Nyuksen bölgəsində Kotlas çayı axır. == İqtisadiyyatı == Kotlas iqtisadiyyatının əsasını dəmir yolu və əlaqəli müəssisələr təşkil edir. Bu sənaye bütün gəlirlərin 40-45% -ni Kotlas şəhərinin büdcəsinə gətirir.
Kovlar
Kovlar (əvvəlki adı: Qovlar) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Quruzma kənd inzibati ərazi dairəsi tərkibindəki Qovlar kəndi Kovlar kəndi adlandırılmışdır. == İqtisadiyyatı == 2015-ci ilin iyun ayının 24-də kəndə təbii qazın verilişi bərpa edilmişdir.
Lollar
Lollar (alm. Lollar‎) — Almaniyanın Hessen torpağının Giessen inzibati dairəsində şəhər. Sahəsi 21.9 km2, əhalisi 10110 nəfərdir (2006).
Yollar
Yollar – Göksel-in 1997-ci ildə çıxardığı 1-ci albomudur. Albomdakı "Sabır" mahnısına klip çəkilmişdir.
Şollar
Şollar — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Tağıyevin maliyyə dəstəyi ilə Vilyam Harleyn Lindleyin mühəndisliyi ilə Bakının içməli suyu Şollardan çəkilmişdir.
Kolxlar
Kolxidalılar (gürc. კოლხები) və ya kolxlar — yunan-Roma müəllifləri tərəfindən qədim Kolxida sakinləri üçün istifadə edilən termin. Qədim kolxidalılar müasir meqrel-lazlar kimi müəyyən edilir. Eradan əvvəl VI–I əsrlərdə mövcud olmuş Kolxida çarlığı ilk erkən gürcü dövləti hesab olunur. Kolxidalı termini Qara dənizin qərb sahillərində məskunlaşmış erkən kartveldilli tayfalar üçün ümumi termin kimi istifadə edilmişdir. Yunan salnamələrinə görə, qədim zamanlarda Kolxida və Qafqaz İberiyasında gürcü dili danışılırdı. Qafqazşünas alim Kirill Tumanovun fikrinə görə, "Kolxida yeni gələnlərin birləşməsinə nail olan ilk Qafqaz dövləti kimi müşahidə edilir. Kolxidanı haqlı olaraq protogürcü yox, Qərbi Gürcüstan (meqrel-lazlar) çarlığı hesab etmək olar. Gürcüstan ictimai tarixinin başlanğıcını ən erkən gürcü formalaşması olan Kolxidada axtarmaq təbii görünür".
Eollar
Eollar və ya eollular (q.yun. Αἰολεῖς) — dörd əsas qədim yunan tayfasından . Onlar öz adını qədim yunan mifologiyasına görə Ellinin övladlarından oğullarından biri olan və tayfanın əcdadı sayılan əfsanəvi qəhrəman Eolun adından almışdır. Onlar qədim yunan dilinin eol dialektlərində danışırdılar: Egey, Fessaliya və Beotiya dialektləri.
Koala
Koala (lat. Phascolarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin koalalar fəsiləsinə aid heyvan cinsi.
Kolaz
Kolaz — Azərbaycanda əsasən bir sahildən digərinə insan, yük, heyvan və s. keçirmək məqsədilə işlədilən qədim su nəqliyyatı vasitəsi. Azərbaycanda eni 70-80 sm, hündürlüyü 26-30 sm-ə çatan, yonma üsulu ilə hazırlanmış, ən böyüyünün uzunluğu 7–8 m, ən kiçiyininki isə 3-4 metr olan qayıqlardan daha çox istifadə olunurdu. Təknəvari quruluşa malik olan belə qayıqlar Azərbaycanda kolaz adlanırdı. Kolaz bir çox xalqların dillərində də qayıq mənasında işlədilmişdir. XIX əsrin altmışıncı illərindən başlayaraq kolazın daha da təkmilləşdirilmiş formasından istifadə edilmişdir. Əvvəlkindən fərqli olaraq yeni kolaz qurama üsulu ilə hazırlanırdı. Belə kolazın oturacağı düz olduğundan ona bəzən "düz dibli kolaz" da deyilirdi. Kolazı hazırlamaq üçün əvvəlcə ağacdan qabırğa adlanan hissələr düzəldilir, həmin qabırğalara oturacaq və yan taxtaları vurulurdu. Kolazın iriliyindən asılı olaraq qabırğaların sayı 6-dan 14-ə qədər olurdu.
Kolba
Kolba — şüşə qab kimi tanınan laboratoriya təchizatının kateqoriyasına daxildir. Kolba müxtəlif həcmdə olur. == Kolbalar == Bunzen kolbası - filtrasiya sistemində istifadə edilir. Erlenmeyer kolbası - analitik işlərdə istifadə edilir. Vürs kolbası - yanma reksiyalarında istifadə edilir. Klayzen kolbası - adi təzyiqdə vakuum yanma reksiyalarında istifadə edilir. == Ədəbiyyat == Словарь иностранных слов. М., «Сирин», 1996, с.234 С. И. Ожегов. Словарь русского языка.
Follas novas
"Follas Novas" (azərb. Yeni yarpaqlar‎) — qalisiyalı şair Rozalio de Kastro tərəfindən 1880-ci ildə yazılmış və nəşr olunmuş şeirlər toplusu. == Haqqında == Əsər Kastronun Qalisiya dilində ikinci və son belə əsəri olmuşdur. Əsas şeirlər şair Simakas şəhərində yaşayarkən 1869-1870-ci illərdə yazılmışdır, amma şeirlərin çoxu 1870-ci illərdə qələmə alınmış və qəzetdə çap olunmuşdur. Bu əsər Qalisiya intibah dövründə (XIX əsr) qalisiya ədəbiyyatında ən əhəmiyyətli əsərlərdən biridir. Şeirlər toplusu 5 kitabdan ibarətdir: "Vaguedás", "Do íntimo", "Varia", "Da terra" və "As viuvas dos vivos e as viuvas dos mortos". "Follas Novas" Kastronun həyatını əks etdirir. Bundan əvvəl Rozalio de Kastro 1863-cü ildə "Cantares gallegos" adlı ilk Qalisiya dilində şeirlər toplusunu və kastilya dilində "En las orillas del Sar" adlı romanını yazmışdır. "Follas Novas"da qadına verilən qiymət və qalisiyalıların iqtisadi problemlərə görə köç etməsi tərənnüm edilmişdir. Şeirlər toplusunun son hissəsi olan "As viuvas dos vivos e as viuvas dos mortos" (azərb.
Gürcüstanda yollar
Gürcüstanda beynəxalq, dövlət və yerli adlı 3 növ avtomagistral mövcuddur.
Kallao meydanı
Kallao meydanı — (İspanca: plaza del Callao) İspaniyanın paytaxtı Madrid şəhərinin mərkəzində yerləşir. Meydan Kalle del Karmen küçəsinin sonunda yerləşir. Digər küçə, Kaller Prekiados, bu meydanın kəsişməsindən sonra açılır. Meydanı əhatə edən üçüncü küçə isə Qran Viyadır. == Tarixi == 1861-ci ildə salınmış meydan, 1866-cı ildə rəsmi olaraq açıldı. Onun adı 1866-cı ilin mayında Casta Méndez Nunez və Peru ordusu altındakı İspan donanması arasında baş vermiş Kallao döyüşünü xatırladır. Meydan 21-ci əsrdə əsaslı və təcavüzkar bir şəkildə islah edildi. İslahat, metro stansiyasına giriş və böyük ağaclar istisna olmaqla, o dövrdə mövcud olan bütün elementləri sökdü, meydanı piyada və homojen bir məkana çevirdi, məhdud sayda şəhər mebeli əlavə etdi.
Kaya Kallas
Kaya Kallas (est. Kaja Kallas; 18 iyun 1977, Tallin, Estoniya Sovet Sosialist Respublikası) — Estoniyalı vəkil, siyasətçi və dövlət xadimi. Reform Partiyasının sədri. 26 yanvar 2021-ci ildən bəri Estoniyanın hazırkı baş naziri. Keçmişdə Avropa Liberallar və Demokratlar İttifaqında Avropa Parlamentinin (2014-2018) və Estoniya Parlamentinin (2011-2014, 2019-2021) üzvü. == Bioqrafiyası == 18 iyun 1977-ci ildə Tallində anadan olub. Kaya Kallas Reform Partiyasının keçmiş sədri və Avropa Komissiyasının keçmiş vitse-prezidenti Siim Kallasın qızıdır. 1995-ci ildə Kaya Kallas yetkinlik sertifikatı imtahanından keçir. 1999-cu ildə Tartu Universitetinin Hüquq Fakültəsini Hüquq ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib, bundan sonra Avropa və Estoniyanın rəqabət hüququ üzrə vəkil işləmişdir (vəkil kimi fəaliyyət hüququ 2011-ci ildə başa çatmışdır). Ayrıca 1996-cı ildən bəri peşəkar bir teatr rejissorunun köməkçisi olaraq çalışır.
Kellan Lats
Kellan Kristofer Lats (ing. Kellan Christopher Lutz) — ABŞ kino aktyoru. 2008-ci ildə "Alatoran" filmində canlandırdığı Emmet Kallen rolu ilə məşhurlaşmışdı. == Həyatı == Kellan Lats 15 mart 1985-ci ildə Dikkinson (Şimali Dakota) şəhərində anadan olmuşdu. O, ailənin dördüncü uşağıdır. Onun altı qardaşı və bir bacısı var. 14 yaşında ikən o, ailəsi ilə birgə Arizonaya köçür və orada aktiv idmanla məşğul olur. Kellan basketbol komandasında iştirak edir, həmçinin bilyard üzrə çempionatda qalib gəlir. Yeniyetməlik yaşında Kellan Dominikan Respublikasına gedərək, bu ölkənin mədəniyyətini və ispan dilini öyrənmək üçün bir semestr dərs almışdı. Məktəbi bitirdikdən sonra, Kellan bir çox aktyorun da qarşılaşdığı dilemma ilə üzləşərək tədris və ya aktyor karyerası seçimi qarşısında qalır.
Killan İsidore
Killan İsidore (17 oktyabr 1996) — Böyük Britaniyalı peşəkar kişi BMX velosipedçisi. Killan İsidore Böyük Britaniyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Killan İsidore 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.046 saniyəlik nəticəsi ilə 56-cı yeri tutdu.
Kolzat burnu
Kolzat burnu — Qrehem-Bell adasının ucqar şərq nöqtəsidir. Burun Frans-İosif Torpağı arxipelaqının şərqində yerləşir. Burunda quş koloniyasına rast gəlmək mümkündür. Burunun ən hündür nöqtəsi 108 metrdir. 1965-ci il məlumarına görə burada mayak vardır. burada həm də rəsədxana vardır. Burunun yerləşdiyi ərazinin sahil hissəsi il boyu buzla örtülü olur. == Mənbə == Zubov, N.N. (July 1933). The Circumnavigation of Franz Josef Land. Geographical Review.
Kolçak adası
Kolçak adası (1937–2005 illərdə Rastoquev adası) — Kara dənizinin Taymır körfəzində yerləşən ada. Ada Taymır yarımadasında yerləşən Təyyarəçilər yarımadası sahilində Zeeberq közfəzi yaxənlığında qərar tutur. Materikdən Rastorquev boğazı ilə ayrılır. Adanın uzunluğu 20 km, eni isə 6 km, maksimal hündürlüyü 50 m təşkil edir. == Tarixi == Ada ilk dəfə 1901-ci ildə İmperator Elmlər akademiyasının təşkil etdiyi Rusiya Qütb ekspedisiyası zamanı kəşf edilmişdir. Bu ekspedisiyaya Eduard Vasileviç Toll rəhbərlik etmişdir. Tollun fikri ilə adanın şimalı Kolçaq burnu olaraq qeydə alınmışdır. Aleksadr Vasiliviç Kolçak ekspedisiyanın hidroqrafı olmuşdur. Bir müddət sonra ada bütünlüklə Kolçak adlandırılır. Burun idə Rusiya Coğrafiya cəmiyyətinin üzvü olan şair Konstantin Konstatinoviç Sluçevskinin (1873–1905) şərəfinə adlandırılır.
Kolçak hökuməti
Kolçak hökuməti (18 noyabr 1918 – 5 yanvar 1920, paytaxtı Omsk) — 1918-ci ilin noyabrında, Rusiya vətəndaş müharibəsi gedişində, Omskda müttəfiqlərinin yardımı və admiral Kolçakın başçılığı ilə fəaliyyət göstərən hökumət. == Aparıcı dövlətlərin mövqeyi == İngiltərə və Fransa Kolçaka malliyə və hərbi yardım göstərirdilər. Amerikanın Sibirdəki konsulu Harris bundan dərhal sonra Dövlət Departamentinə teleqram vuraraq, Kolçaka onun bolşevikləri devirmək yolunda güclü ordu yaratmaq niyyətinə, yardımları gücləndirməyi xahiş edirdi. ABŞ hökuməti Kolçakın maliyyə təminatı və hərbi təchizatı üçün bütün lazımı ölçüləri götürdü. Lakin, öz növbəsində başqa ağ generallara arxalanan və nəhəng əraziləri işğal etmiş Yaponiya Kolçakın Uzaq Şərqdə və Sibirdə güclənməsində maraqlı deyildi. Bununla da qismən onun Kolçaka yardımlarının gecikdirlməsi izah olunur. Yaponlar Kolçaka ancaq onun tərəfindən üç tələbin yerinə yetirilməsi şərti ilə yardım etmək fikrində idilər: 1)Vladivostokun azad liman olmasını elan etməsi; 2) Amur və Sunqari çaylarında azad ticarət etmək və üzmək icazəsi; 3) yaponlara Sibir dəmir yolu üzərində nəzarətin və Çançun — Harbin hissəsinin verilməsi; 4) yaponlara bütün Uzaq Şərqdə balıq tutmaq icazəsinin verilməsi; 5) Yaponiyaya Şimali Saxalinin satılması. 1919-cu ilin yanvarının əvvəlində müttəfiqlər Kolçakla interventlərin və ağ-qavardiyaçıların ordularının hərəkətlərinin koordinasiyası haqqında anlaşdılar. Müttəfiqlər Omska öz nümayəndələrini göndərdilər. Fransız hökuməti Kolçakın yanına qeneral Janeni göndərdilər.