Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolanı
Kolanı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda kənd. Kolanı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Kolanı (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Kolanı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Kolanı (Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd.
Kolvari acıyonca
Hippocrepis emerus (lat. Hippocrepis emerus) — paxlakimilər fəsiləsinin hippocrepis cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizyanı ölkələrində, İspaniyadan Kiçik Asiyaya qədər olan ərazilərdə və Şərqi Avropada yayılmışdır. == Botaniki təsviri == 0,5-1,5 m hündürlüyündə, yarpağını tökən koldur. Budaqları yaşıl rəngli, tillidir. Yarpaqları təklələkvari, 5-9 ədəd tərs yumurtavari formalı yarpaqcıqdan ibarətdir. Onların uzunluğu 0,6-2,3 sm, eni 0,3-1 sm olub, qısa saplaqlı və ya oturaqdır. Yarpaq altlığı üçkünc, çiçəkləri qızılı-sarı rəngdə, 3-8 ədədi birlikdə qoltuqlarda çətirvari çiçək qrupu təşkil edir. Onlar yarpaqdan 2-3 dəfə iridir. Kasacığı zəngvari, 3-5 mm uzunluqda, ensiz, tərs-yumurtavari, qayıqcıq formalı, oraqvaridir.
Kolvari amorfa
== Təbii yayılması == Təbii halda Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan, şaxəli, çubuqvari koldur. Yanlardan çoxlu kök pöhrələri verir. Yarpaqları təklələkvari, tökülən, uzunluğu 8-20 sm-dir. Yarpaqcıqların sayı 11-25 ədəddir. Yarpaqcıqları uzunsov-ellipsvarı və ya ovalşəkilli, uzunluğu 2,5-4 sm-ə çatır, rəngi tünd yaşıldır. Xırda çiçəkləri əvvəlcə bənövşəyi, sonradan tutqun qırmızımtıl rəngdə olub, uzunluğu 15 sm-ə qədər, sıx, ensiz, dikduran, sünbülvari təpə salxımlarda yerləşir. Çiçəkaltlıqları xırdadır. Kasacığı zəngvarı, vəzili olub, 4 küt dişli və bir alt çıxıntılıdır. Tacı birləçəkli, qırmızımtıl-bənövşəyi, uzunluğu kasacığından 2-3 dəfə böyükdür.
Kolvari ağəsmə
Kolvari ağəsmə (lat. Clematis fruticosa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Çin və Şimali Monqoliyadır. == Botaniki təsviri == Kiçik, düz kollardır. Gövdələri 1m-dək, budaqları xırda 4 və ya 5 hissəli, parlaqdır. Yarpaqları sadə, saplağı 0,3-1,2 sm, yarpaq ayası lansetvari, uzunsov-lansetvari və ya ensiz, rombvari - yumurtavari, bölünməmiş, hər tərəfdən 1 hissəli, kənarları bir az dişli və ya bütövdür. Çiçək altlıqları yarpaqvari, çiçəklərin diametri 1,8-3,5 sm, çiçək saplağı 0,4-1,8 sm, erkəkcikləri 8–13 mm, çılpaq, tozluqları ensiz-uzunsov, 2,5–4 mm, ucu kütdür. Yumurtaları tükcüklüdür. Avqustun axırı çiçəkləyir. Dörd ləçəkli açıq çiçəkləri yuxarıya baxır.
Kolvari jasmin
Kolvari jasmin (lat. Jasminum fruticans) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropanın cənubunda, Türkiyə, Suriya, Livan, İsrail, İordaniya, İran, Kapet dağ, Krım, Azərbaycan, Gürcüstan, Dağıstanda və Qafqazda-Qara dəniz sahillərində rast gəlinir. == Botaniki təsviri == Qışda həmişəyaşıl, soyuq rayonlarda isə yarpağıtökülən koldur. Hündürlüyü 1 m-dək, zoğları künclü, yaşıldır. Yarpaqları üç hissəli, cüt olmayan, lələkvari; yarpaq yerləşməsi spiral, xırda yarpaqları ensiz-ellipsvari, ucu küt və kənarları tükcüklü; ayaları çılpaq, parlaq, üstü tünd yaşıl, alt tərəfi daha açıqdır. Çiçəkləri ikicinsli, parlaq, sarı, yan budaqların uclarında 2-5 ədəd yarımçətirlərə yığılmış, çiçək tacı ensiz, uzun borucuqlu, kasaşəkilli, borucuğu 2 dəfə qısa, zəngşəkilli kasacıqdan böyük; erkəkcikləri 2, yumurtalığı yuxarıdır. May-iyulda çiçəkləyir. Meyvələri-şarşəkilli, parlaq, qara giləmeyvədir; avqust-sentyabrda yetişir. == Ekologiyası == Mezotermdir, -20-25 c-dək şaxtalara dözür.
Kolvari kombretum
Kolvari kombretum (lat. Combretum fruticosum) - kombretum cinsinə aid bitki növü.
Kolvari söyüd
Keçi söyüdü və ya kolvari söyüd (lat. Salix caprea) — Söyüd fəsiləsindən bitki cinsi. == Botaniki təsviri == Bu növə Bədmüşk də deyilir. Boyu 18 m-ə və diametri 60 sm çatan ağac və ya koldur. Qabığı yaşılımtıl boz və hamardır. Yaşlı gövdələrinin qabığı qaramtıl və uzununa dərin çatlıdır. Zoğları yoğun, bozumtul yaşıl və tumurcuqları iridir. Yarpaqları qalın, iridir, 11-18 sm uzunluqdadır. Enli-yumurtavari, azacıq qarışıqlıdır, kənarı dalğavari dişlidir. Üstdən tünd-yaşıl, altdan sıx ağımtıl saçaqlı tükcüklüdür, yan damarları 6-9 cüt olub aydın seçilir.
Kolvari xostək
Kolvari xostək (lat. Caragana frutex) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Kolvari çoxçətirli
Kolvari çoxçətirli (lat. Polyscias fruticosa) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin çoxçətirli cinsinə aid bitki növü.
Kral kobrası
Kral kobrası (lat. Ophiophagus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin aspidlər fəsiləsinə aid heyvan cinsi.
Dayna dolabı
Dayna dolabı (latış. Dainu skapis‎) — dayna adlı Latviya xalq mahnılarının kartotekası olan dolab, onu Latviya folklorşünası Krişyanis Baron toplamışdır. Hündürlüyü 160 sm, eni - 66 sm, dərinliyi - 42 sm. 1880-ci ildə Moskvada Baronun çertyojlarına əsasən düzəldilmişdir. Dolabın hazırlanmasının səbəbi o idi ki, Baron artıq kolleksiyanı papiros kağızı qutusunda saxlaya bilmirdi.Dolab iki hissədən ibarətdir. Hər ikisində 35 qutu var, hansının ki hər birində 20 bölmə var, bölmələr isə hər biri 3 × 11 sm ölçüdə olmaqla 150-200 kağız vərəqdən ibarətdir. Dolabın alt hissəsində arxiv materialları (məktublar, adlar cədvəli) olan üç iri qutu var. Dolabda ümumilikdə 268 815 vərəq saxlanılır ki, onların üstündə 4-8 sətirli daynalar və həmçinin digər mətnlər (tapmacalar, atalar sözü) yazılıb.Krişyanis Baron vəfat etdikdən sonra dolab onun Riqadaki qohumlarının evində saxlanılırdı, 1941-ci ildə onu Latviya folklor əsərlərinin saxlanılan yerə köçürtdülər, 1946-cı ildə Latviya SSR Elmlər Akademiyasının Ədəbiyyat, Folklor və İncəsənət İnstitutuna apardılar, 1998-ci ildə Latviya Universitetinin Ədəbiyyat, Folklor və İncəsənət İnstitutuna köçürüldü, 2014-cü ildə Latviya Milli Kitabxanasının yeni binasında yerləşdirildi.Dayna dolabının iki nüsxəsi var: biri Riqadaki Krişyanis Baron muzeyində, digəri isə Rusyanın Belqorod vilayətinin Muxouderovka kəndində. İkincisi keçmiş mülkədar İvan Stankeviçin malikanəsindədir, Baron burada müəllim işləmişdir və Latviya xalq mahnılarını toplamağa başlamışdır.1997-ci ildə kartotekada olan dayna əsərlərinin rəqəmsallaşdırılmasına başlandı, 2002-ci ildən etibarən rəsmi saytında tam olaraq İnternetdə yerləşdirilib. 2001-ci ildə Dayna dolabı dünya əhəmiyyətli mədəniyyət sərvəti kimi tanındı və YUNESKO-nun "Dünyanın yaddaşı" proqramının siyahısına daxil edildi.
Hacıabad (Korani)
Hacıabad (fars. حاجي آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 61 nəfər yaşayır (20 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Kolalı (Nəmin)
Kolalı (fars. گللو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 610 nəfər yaşayır (127 ailə).
Kolanı (Hacıqabul)
Kolanı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Kür çayının sahilində, Şirvan düzündədir. Kənd vaxtilə Cavad qəzasında yaşamış kolani tayfasına mənsub 71 ailənin Toyuqplov adlı qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Kolanılar qədim türk tayfalarındandır. XVIII əsrin ortaları XIX əsrin birinci yarısında Qarabağ xanlığında yaşayan kolanıların ərazisi Kolanı mahalı adlanırdı. XIX əsr Azərb. tarixçisi Mirzə Adıgözəl bəy Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtər çayı hövzəsini kolanıların məskəni adlandırırdı. XIX əsrdə Cavad qəzasında 282 ailəli Kolanı eli yaşayırdı. Sonralar onlar müxtəlif yerlərdə məskunlaşmışlar. Mənbələrə görə, Ağa Məhəmməd Şah Qacarın Qarabağa hücumu zamanı Qarabağ elatlarının bir qismi, o cümlədən kolanılar köçüb Naxçıvanda, Şirvanda və b.
Kolanı (Salyan)
Kolanı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidinə daxil olan kənd. Düzənlikdədir. == Tarix == XIX əsrdə Dağ Kolanı adı ilə Quşçu-Şamaxı yolu üstündə yaşayan kolanılar suyun olmaması üzündən Pirsaat çayının sol sahilinə köçərək indiki kəndin əsasını qoymuşlar. Yerli əhali yaşayış məntəqəsini Qumlavar Kolanısı da adlandırır. Oykonim kolanı tayfasının adı ilə bağlıdır. == Əhalisi == Bu kənddə Kolanlı tayfası meskunlaşıb təqribi olaraq 1845-ci illərdən məskunlaşan Kolanlılar buradan: Biləsuvar, Əli-bayramlı, Şamaxı və Naxçıvanın cənub qərbində oğuz türk tayfasından olan bu Kolanlılar adət-ənənələrini davam etdirirlər. Kolanlı tayfası qədim türk tayfaları arasında ən böyük tayfalardandır. Salyan rayonunda yerləşən kolanlı tayfası özüdə 3 hissəyə bölünüb: Şahbazlılar, Mənsimovlar və Məmmədovlar nəsli, lakin Məmmədovlar sonradan Şamaxıya köç ediblər bununla da əlaqə tam olaraq kəsilib. Hal-hazırda Şahbazlılar və Mənsimovlar Biləsuvar rayonunda (keçmış Puşkin) r-nunda daha çox məskunlaşıblar.[mənbə göstərin] == Foto məlumatlar == Kolanı kəndi 2018 == Din == Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Kolanı (Siyəzən)
Kolanı — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 28 nəfərdir. == Toponimikası == Siyəzən rayonunun Yenikənd inzibati ərazi vahidində kənd. Dəniz sahilindədir. Keçmiş adı Kolanıqışlaq olmuşdur.
Kolanı (Yevlax)
Kolanı — Azərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi inzibati ərazi vahidində kənd. == Tarixi == Düzənlikdədir. Yaşayış məntəqəsini vaxtilə Ağdam rayonunun Kolanı kəndindən gəlmiş ailələr salmışlar. Kolanılar qədim türk tayfalarındandır. XVIII əsrin ortaları - XIX əsrin birinci yarısında Qarabağ xanlığında yaşayan kolanıların ərazisi Kolanı mahalı adlanırdı. XIX əsr Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtərçay hövzəsini kolanıların məskəni adlandırırdı. XIX əsrdə Cavad qəzasında 282 ailəli Kolanı eli yaşayırdı. Sonralar onlar müxtəlif yerlərdə məskunlaşmışlar. Mənbələrə görə, Ağa Məhəmməd Şah Qacarın Qarabağa hücumu zamanı Qarabağ elatlarının bir qismi, o cümlədən kolanılar köçüb Naxçıvanda, Şirvanda və b. yerlərdə məskunlaşmışlar.
Kolanı (Şahbuz)
Kolanı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.Kolanı - Şahbuz rayonunda kənd. Rayonun mərkəzindən 10 km-ş.-də, Yevlax-Laçın-Naxçıvan avtomobil yolunun kənarında. Naxçıvançayın (Arazın qolu) sahilindədir. Əh. 1607 nəfər (2000): bağçılıq və heyvandarlıqla məşğuldur. == Toponimikası == Naxçıvançayın sahilində, ortadağlıq qurşqdadır. Kolanılar qədim türk tayfalarındandır. XVIII əsrin ortaları - XIX əsrin birinci yarısında Qarabağ xanlığında yaşayan kolanıların ərazisi Kolanı mahalıadlanırdı. XIX əsr Azərb. tarixçisi Mirzə Adıgözəl bəy Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtər çayı hövzəsini kolanıların məskəni adlandırırdı.
Kolanı eli
Kolanı tayfası — Azərbaycanda yaşayan tayfa. Bəzilərinə görə türk tayfası, bəzilərinə görə isə tatar və türklərdən ibarətdir. Kolanıların yaşadığı Ağdam, Ağdərə, Kəlbəcər, Şirvan, Naxçıvan və İrəvan bölgələrinə aid 19-cu əsrə aid bütün siyahıyaalmalarda Kolanı kəndlərin əhalisi istisnasız olaraq milliyətcə tatar (azərbaycanlı), danışdığı dil tatar (Azərbaycan dili), din İslam-şiə olaraq qeydiyyata alınmışdır. == Etimologiyası == Tədqiqatçıların mülahizəsinə görə, Kol, Kül, Gül qədim türklərdə "böyük" mənasında işlənmiş (məsələn, Kül Təgin-Gül Tigin, Kol Erki), bu söz toplum anlamında isə "çoxluq, böyük, el" mənalarını ifadə edir. Güman edilir ki, "kul, kol" tayfa adı olaraq işlənmiş, "an" şəkilçisini isə "yaşayış yeri" mənasında izah etmək daha düzgündür. Köçdükləri yeni yerlərdə "Kol, Kul tayfasının yaşadığı yer" mənasında işlənən "Kolan, Kulan" toponiminə mənsubiyyət bildirən "lı" şəkilçisi də əlavə olunaraq bu yerə aid olan tayfanı xarakterizə etmişdir. Yəni, "Kolan, Kulan yaşayış yerindən olanlar". Mülahizələrə görə adın əsli Kolanlı olmuş, dildə "Kolannı" kimi də işlənmiş, sonradan yazıya köçürüldükdə bir "n" hərfi də düşərək Kolanı yazılmışdır. Azərbaycan ərazisində bu tayfanın adı ilə bağlı bir çox toponimlər mövcud olmuşdur. == Tarixi == Orta əsrlərə aid mənbələrdə Anadoluda, Kilis ərazisində oğuzların bəydili qoluna bağlı hesab edilən Kolanlu tayfasının yaşadığının əks olunması, Kolanı tayfasının oğuzların bir qolu olan qarapapaqlara aid edilməsi, Qazax-Borçalı bölgəsində yaşamış Qarapapaq tayfası barədə araşdırmada bu tayfanın qolları içərisində Kolanıların da adı qeyd olunması, Kolanlıların oğuz tayfalarının üstünlük təşkil etdiyi Qaraqoyunlu tayfa ittifaqının tərkibində olması, Türkiyənin Yozqat vilayətində yerləşən Kolanlı kəndi sakinlərinin türkmən-oğuz mənşəli hesab olunması, Anadolu ərazisində yaşamış oğuz tayfa ittifaqına daxil olmuş tayfalardan birinin Kolanşam türkmənləri adlandırılması, bu tayfanın adı ilə bağlı olduğunu güman edilən Golan yer adının Türkmənistanın şimalında, Daş Oğuz (Dış Oğuz) vilayətində yerləşməsi, XVI əsrdə Anadoluda, Sivasda oğuzlarla bağlı olduğu irəli sürülən Kayı-Kolan kənd adının olması əsasında bu fikrə gəlmək olur, lakin bəzi tədqiqatçılar bu tayfanı bulqar, peçeneq, kəngərli və digər türk tayfalarına da aid edirlər.
Kolanı mahalı
Kolanı mahalı — Qarabağ xanlığının 25 mahalından biridir. == Qısa bilgi == Sahəsi - Əhalisi - Kolanılar Yaranması — 1747-ci il Mərkəzi— Gərravənd obası Sərhədləri —Qərbdən Xaçın mahalı, şimaldan Qaraçorlu mahalı, şərqdən Çiləbörd mahalı, cənubdan Cavanşir mahalı. == Kolanı mahalının tarixi == Kolanı mahalı xanlıq dönəmində yaranıb.Tarixən Uşacıq kəndindən Tərtər çayı boyu, Göyçə sərhəddinə qədər uzanan ərazidə məskunlaşan kolanılar zaman-zaman gah Çuxur Səd, gah da Qarabağ bəylərbəyliyinə bağlı olmuşlar. Pənahəli xan Sarıcalı-Cavanşir bu camaatı birdəfəlik Qarabağa aid еtdi. Kolanı başçılarından İman bəy Allahvеys bəy oğlu Gərravənd ilk Qarabağ xanına xidmət еtmişdi. İbrahimxəlil xan Sarıcalı-Cavanşirin hakimiyyəti dönəmində tanınmış kolanı bəyləri: Əli bəy Sədir bəy oğlu Gərravənd, Qələndər bəy Sədir bəy oğlu Gərravənd, Lələ bəy Əmirxan bəy oğlu Gərravənd, Turab bəy Çıraq bəy oğlu Gərravənd, Tеymurxan bəy Allahvеys bəy oğlu Gərravənd, İsaxan bəy Allahvеys bəy oğlu Gərravənd, Tanrıqulu bəy Umud bəy oğlu Gərravənd, Novruz bəy Umud bəy oğlu Gərravənd, Mirzə Həsən bəy Ata bəy oğlu Şıxavənd, Qəhrəman bəy Şərif bəy oğlu Şıxavənd, Bayraməli bəy Sırxavənd, Kazım bəy Papravənd və başqaları. Mehdiqulu xan Sarıcalı-Cavanşir Kolanı camaatına inanır, arxalanırdı. 1822-ci ildə İrana qaçarkən özü ilə Kolanı camaatından xеyli adam götürmüşdü. Qaçqınlıqda olarkən məsləhətləşdiyi ruhanilərin arasında Molla Əskər Vəli oğlu Sırxavənd-Kolanı və Molla Mustafa Mustafa oğlu Şıxavənd-Kolanı da vardı.Cilovdarı İsmayıl bəy Qəhrəman bəy oğlu Kolanı idi. Məktublarını çox vədə qasid Əliməhəmməd Zaman oğlu ilə çatdırırdı.
Kolanı nekropolu
Kolanı nekropolu - Şahbuz rayonunun Kolanı kəndi yaxınlığında Naxçıvnçayın sol sahilində, dağ silsiləsinin çaya enən yamacında yerləşən abidə. == Haqqında == O, hər tərəfdən dərin dərə ilə əhatə olunmuş, yalnız şərqdə ensiz zolaq vasitəsilə dağ silsiləsi ilə əlaqələnir. Kolanı nekropolu 1986-cı ildə V.B.Baxşəliyev tərəfindən qeydə alınmışdır. Nekropolun yerləşdiyi ərazi alçaq kollarla örtülmüşdür. Qəbirlərin bir qrupu aşınma nəticəsində üzə çıxmış və dağııntıya məruz qalmışdır. Nekropol 1986-1988-ci illərdə aparılan tədqiqat işləri nəticəsində V.B.Baxşəliyev və V.H.Əliyev tərəfindən öyrənilmişdir. Nekropolda 16 qəbir abidəsi tədqiq edilmişdir. Qəbirlər daş qutulardan ibarət olub iri sal daşlardan qurulmuşdur. Bəzi qəbirlərin qurulmasında həm iri sal daşlardan, həm də hörgüdən istifadə edilmişdir. Qəbirlər əsasən düzbucaqlı və oval formalıdır.
Kolanı tayfası
Kolanı tayfası — Azərbaycanda yaşayan tayfa. Bəzilərinə görə türk tayfası, bəzilərinə görə isə tatar və türklərdən ibarətdir. Kolanıların yaşadığı Ağdam, Ağdərə, Kəlbəcər, Şirvan, Naxçıvan və İrəvan bölgələrinə aid 19-cu əsrə aid bütün siyahıyaalmalarda Kolanı kəndlərin əhalisi istisnasız olaraq milliyətcə tatar (azərbaycanlı), danışdığı dil tatar (Azərbaycan dili), din İslam-şiə olaraq qeydiyyata alınmışdır. == Etimologiyası == Tədqiqatçıların mülahizəsinə görə, Kol, Kül, Gül qədim türklərdə "böyük" mənasında işlənmiş (məsələn, Kül Təgin-Gül Tigin, Kol Erki), bu söz toplum anlamında isə "çoxluq, böyük, el" mənalarını ifadə edir. Güman edilir ki, "kul, kol" tayfa adı olaraq işlənmiş, "an" şəkilçisini isə "yaşayış yeri" mənasında izah etmək daha düzgündür. Köçdükləri yeni yerlərdə "Kol, Kul tayfasının yaşadığı yer" mənasında işlənən "Kolan, Kulan" toponiminə mənsubiyyət bildirən "lı" şəkilçisi də əlavə olunaraq bu yerə aid olan tayfanı xarakterizə etmişdir. Yəni, "Kolan, Kulan yaşayış yerindən olanlar". Mülahizələrə görə adın əsli Kolanlı olmuş, dildə "Kolannı" kimi də işlənmiş, sonradan yazıya köçürüldükdə bir "n" hərfi də düşərək Kolanı yazılmışdır. Azərbaycan ərazisində bu tayfanın adı ilə bağlı bir çox toponimlər mövcud olmuşdur. == Tarixi == Orta əsrlərə aid mənbələrdə Anadoluda, Kilis ərazisində oğuzların bəydili qoluna bağlı hesab edilən Kolanlu tayfasının yaşadığının əks olunması, Kolanı tayfasının oğuzların bir qolu olan qarapapaqlara aid edilməsi, Qazax-Borçalı bölgəsində yaşamış Qarapapaq tayfası barədə araşdırmada bu tayfanın qolları içərisində Kolanıların da adı qeyd olunması, Kolanlıların oğuz tayfalarının üstünlük təşkil etdiyi Qaraqoyunlu tayfa ittifaqının tərkibində olması, Türkiyənin Yozqat vilayətində yerləşən Kolanlı kəndi sakinlərinin türkmən-oğuz mənşəli hesab olunması, Anadolu ərazisində yaşamış oğuz tayfa ittifaqına daxil olmuş tayfalardan birinin Kolanşam türkmənləri adlandırılması, bu tayfanın adı ilə bağlı olduğunu güman edilən Golan yer adının Türkmənistanın şimalında, Daş Oğuz (Dış Oğuz) vilayətində yerləşməsi, XVI əsrdə Anadoluda, Sivasda oğuzlarla bağlı olduğu irəli sürülən Kayı-Kolan kənd adının olması əsasında bu fikrə gəlmək olur, lakin bəzi tədqiqatçılar bu tayfanı bulqar, peçeneq, kəngərli və digər türk tayfalarına da aid edirlər.
Korali Simmons
Korali Simmons (d. 1 mart 1977) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Korali Simmons, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu.
Adi kral kobrası
Adi kral kobrası (lat. Ophiophagus hannah) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin aspidlər fəsiləsinin kral kobrası cinsinə aid heyvan növü. Dünyanın ən uzun zəhərli ilan növüdür. Uzunluğu 6,7 m, kütləsi isə 9 kiloqrama qədər ola bilir. Bu növ Cənub-Şərqi Asiyadan Hindistana qədər çox geniş bir arealda yayılmışdır. Bu ilanların qidasını əsasən pitonlar və hətta öz növlərinin kiçikləri də daxil olan ilanlar təşkil edir. Kral kobralar mərcan ilanı (lat. Micrurus), tikanlı ilan (lat. Acanthophis) və qara mamba (lat. Dendroaspis polylepis) ilə birlikdə aspidlər fəsiləsinin ən çox öyrənilmiş dörd növündən biridir.
Bruno Körbi
Bruno Körbi (ing. Bruno Kirby; 28 aprel 1949) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.