Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşağılıq kompleksi
Natamamlıq kompleksi — insanın tez-tez başqalarından aşağı olduğunu düşünməsi ilə bağlı yaranan emosional və psixi halların məcmusu. Natamamlıq kompleksi müxtəlif səbəblərdən yarana bilər: ayrı-seçkilik, mənəvi travma, uğursuzluq, şəxsi səhvlər və s. Termini elmə ilk dəfə Alfred Adler daxil etmişdir.
Buşveld kompleksi
Buşveld kompleksi (Bushveld) –CAR-da dünyanın ən böyük filizli intruziv massivi. == Mənşəyi == Mpumalanqa, Şimal və Şimal-Qərb əyalətləri ərazisindədir. Massivdə platin, xrom və s. metalların iri yataqları var. 1919 ildən istismar olunur. Kəşf olunmuş platin qrupu metallarının ehtiyatı 49,9 min t (filizdəki orta miqdarı 5,7 q/t), xromitlər 1,78 mlrd. t (Cr2O3 37%), vanadium 3 mln. t (V2O5 1,4–1,9%), nikel 3,7 mln. t (Ni 0,15–0,34%), mis 2,7 mln. t (Cu 0,1–0,25%), qızıl 2–2,5 t (Au 0,3 q/t), qalay təqr.
Edip kompleksi
Edip kompleksi (ing. Oedipus complex) - Oğlanın anasına qarşı duyduğu şüursuz yaxınlığa görə atasını qısqanması və bununla əlaqədar ruhi pozuqluqlar kompleksinə verilən addır. Freydin qurucusu olduğu Psixanalitik nəzəriyyəyə görə qarşı cins olan valideynləri sahiblənmə və öz cinsindən valideynləri itələmə mövzusunda uşağın bəslədiyi duyğu, düşüncə, impuls və fantaziyaların cəmidir. == Ümumi anlayış == Edip kompleksi ,uşağın anasına qarşı cinsi marağı və atasına qarşı düşmənlik duyğularının olmasına deyilir. Ziqmund Freyd irəli sürdüyü və bütün nevroz nəzəriyyəsini üzərinə oturtduğu ən əhəmiyyətli nəzəriyyədir. "Antik yunan teatr yazıçılarından olan Sophokles atasını öldürərək anasıyla evlənən Edip adlı bir gənc qəhrəmananının hekayəsindən bəhs edir. Thebai kralı ,Kral Laios ,Pelopsun oğuluna təcavüz etdiyi üçün lənətlənmişdir. Doğulacaq oğulu kral Laiosu öldürəcək. Laios ,doğan uşağı öldürmək üzrə ayaqlarını iplərlə bağlayaraq meşəyə göndərir(oedipus: ayaqları qabarıq olan deməkdir). Qurda quşa yem olmasını istəyir.
Elektra kompleksi
Elektra kompleksi — psixoanalizə məxsus anlayışdır.Edip kompleksinin analoqu olmaqla, qızların öz valideynlərinə münasibətində yaranan kompleksdir. Psixoanaliz nəzəriyyəsinə əsasən, Elektra kompleksinin məzmunu qız övladının şüuraltı formada atasına olan meyilliyi, həmçinin anasına olan düşmən və rəqib münasibətidir. Elektra kompleksi inkişafın falistik mərhələsində yaranır. Kompleksın adı atasını öldürdüyünə görə anasından intiqam almış çar Miken Aqamemnonun qızı Elektranın adından götürülmüşdür. Bu termin ilk dəfə 1913-cü ildə Karl Qustav Yunqun "Psixoanaliz nəzəriyyənin şərh edilməsi təcrübəsi" əsərində təklif edilmişdir. Freyd "Elektra kompleksi" terminini "Edip kompleksi" ilə eyniləşdirirdi və təklif edirdi ki, Edip kompleksi hər iki cinsə şamil edilsin. Freyd "Elektra kompleksi" faydasız termin adlandırmışdır. Ehtimal edilir ki, bunun səbəbi Freyd və Yunq arasında möcvud olmuş şəxsi ədavətlə bağlıdır. Bir çox psixoanalitiklər bu termini köhnəlmiş hesab edirlər və "Edip kompleksi"nin qadın versiyasından istifadə etməyə üstünlük verirlər. == Qızlarda müşahidə edilən Edip kompleksi == Freydin qadının seksual inkişafı ilə bağlı fikirləri bir çox psixoanalitiklər tərəfindən etirazla qarşılanmışdır.
Holci kompleksi
Bu orqanoidi ilk dəfə İtalyan histoloqu Kamillo Qolci (1898) sinir hüceyrələrində görmüşdür. Sonra onun şərəfinə Qolci kompleksi (aparatı) adlandırılmışdır. Qolci kompleksi bütün bitki və heyvan hüceyrələrində olur. Onun ölçüsü və forması müxtəlifdir. O, sinir hüeyrələrində mürəkkəb tor şəklində olur, nüvənin ətrafında yerləşir. Qolci kompleksi bitki və ibtidai orqanizmlərin hüceyrələrində membranla örtülmüş ayrıca cisimcikdir. Bu da oraqvarı və ya çubuqvarı formalıdır. Bu heyvan hüceyrələrində formaca bir qədər fərqlənir. Lakin onların quruluşu bütün hüceyrələrdə eynidir. Qolci kompleksinin üç quruluş komponenti var: membranlarla hüdudlanan və qruplarla yerləşən boşluqlar boşluqlardan çıxan mürəkkəb borucuqlar borucuqların ucunda yerləşən iri və xırda qovuqcuqlarLakin bunların hər üçü vahid orqanoidi təşkil edir.
Napoleon kompleksi
Napoleon kompleksi (fr. Complexe de Napoléon) - bəstəboy insanlarda (xüsusən kişilərdə) teorik vəziyyəti izah etmək üçün istifadə olunan termin. Napoleon kompleksi olan insanlar əsasən aqressiv davranışlar göstərirlər. Belə davranışların əsas səbəbi kimi isə boylarının qısa olması və bununla bağlı yaranmış narahatlıq hissinin dəf edilməsi ilə bağlıdır. Napoleon kompleksi digər adlarlada məşhurdur. Bunlardan Napoelon sindiromu və Qısa adam sindiromu daxildir. Napoleon Bonapart bəstəboy olduğundan və bu vəziyyətlə bağlı sıxıntı yaşadığından kompleksə zamanla onun adına adlandırılmışdır.
Qolci kompleksi
Bu orqanoidi ilk dəfə İtalyan histoloqu Kamillo Qolci (1898) sinir hüceyrələrində görmüşdür. Sonra onun şərəfinə Qolci kompleksi (aparatı) adlandırılmışdır. Qolci kompleksi bütün bitki və heyvan hüceyrələrində olur. Onun ölçüsü və forması müxtəlifdir. O, sinir hüeyrələrində mürəkkəb tor şəklində olur, nüvənin ətrafında yerləşir. Qolci kompleksi bitki və ibtidai orqanizmlərin hüceyrələrində membranla örtülmüş ayrıca cisimcikdir. Bu da oraqvarı və ya çubuqvarı formalıdır. Bu heyvan hüceyrələrində formaca bir qədər fərqlənir. Lakin onların quruluşu bütün hüceyrələrdə eynidir. Qolci kompleksinin üç quruluş komponenti var: membranlarla hüdudlanan və qruplarla yerləşən boşluqlar boşluqlardan çıxan mürəkkəb borucuqlar borucuqların ucunda yerləşən iri və xırda qovuqcuqlarLakin bunların hər üçü vahid orqanoidi təşkil edir.
Trinitatis kompleksi
Trinitatis kompleksi Danimarkanın paytaxtı olan Danimarkanın mərkəzində yerləşir.
Xatirə kompleksi
Xatirə kompleksi və ya memorial kompleks — vəfat etmiş şəxsin və ya hər hansı hadisənin xatirəsinə ithaf olunan kompleks. Xatirə komplekslərinin ən geniş yayılmış formalarına mühüm obyektlər, eləcə də incəsənət əsərləri, heykəllər, fontanlar və parklar daxildir. == Növləri == Ən çox yayılmış növləri baş daşı və memorial lövhələrdir. Müharibədə ölənlərin xatirəsinə ucaldılan komplekslər də geniş yayılıb. Xristian dövlətlərində xaçşəkilli komplekslərdən istifadə olunur. Təbii məzarlıqların sayının artması ilə baş daşları, eləcə də xatirə lövhələrinə icazə verilmədiyindən onlayn xatirə komplekslərindən istifadə də artmağa başladı.Biri öldükdə, ailəsi ondan bir xatirə qalması üçün xeyriyyə məqsədilə hədiyyə (adətən pul) verilməsini və ya həmin şəxsin xatirəsinə bir ağac əkilməsini xahiş edə bilər.Bəzən yuxarı sinif şagirdi vəfat etdikdə onun adına təhsil təqaüdü yaradılır və növbəti illərdə yüksək nailiyyətlər əldə etmiş şagirdlərə təqdim olunur.
Xəmşivəng kompleksi
Həmşivəng monastırı – Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.Məbədin inşası haqqında Kirakos Qandzaketsi özünün “Tarix” əsərində məlumat verir və onu əlli beşinci Alban Katolikosu VI İohannesin adı ilə əlaqələndirir. Əsas kilsə binası, yarımdairəvi altar apsidasına malik uzadılmış düzbucaqlı formasına malikdir. İkisi müstəqil dayanan ikisi isə divar qarşısında ucaldılmış sütunlar və onlar üzərində ucaldılmış oxvari tağlar kilsənin interyerini üç nefə bölür. Həmşivəng monastırının zəng qülləsində yerləşmiş xaçdaş unikal dizaynı və dekorativ elementləri ilə məşhur olmuşdur. Xaçdaş 1960-cı illərdə monastır ərazisindən Ermənistana aparılmışdır və hazırda Vağarşapat şəhərində Katolikos sarayının qarşısında saxlanılır. == Tarixi == Məbədin inşası haqqında Kirakos Qandzaketsi özünün “Tarix” əsərində məlumat verir və onu əlli beşinci Alban Katolikosu VI İohannesin adı ilə əlaqələndirir: XIII əsrin 20-ci illərindən XIV əsrin əvvəllərinə kimi Həmşivəng monastırı Alban Katolikoslarının iqamətgahı kimi statusunu saxlayır. XIV əsrin əvvəllərində isə iqamətgah Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırına köçürülür. == Memarlıq xüsusiyyətləri == Əsas kilsə binası, yarımdairəvi altar apsidasına malik uzadılmış düzbucaqlı formasına (15.6x9.80 m) malikdir. İkisi müstəqil dayanan ikisi isə divar qarşısında ucaldılmış sütunlar və onlar üzərində ucaldılmış oxvari tağlar kilsənin interyerini üç nefə bölür.
Dil kompleksi
Dil kompleksi — dialekt kontinuumu daxilində dialektlər arasındakı əlaqələrə bənzəyən, lakin daha çox fərqə malik olan dillər qrupu. Başqa sözlə, dil kompleksinin komponentləri dialektlər deyil, dillərdir, buna baxmayaraq, ayrı-ayrı deyimlər arasında sərhədləri çəkmək hələ də çətindir.Gələcəkdə dil kompleksi əsasında bir və ya bir neçə komponentin daşıyıcıları dil kompleksinin əsas ərazisini tərk edərsə, psevdogenetik assosiasiya (linkic; ing. linkage) yarana bilər. Orijinal dialekt kontinuum/dil kompleksinin qalan üzvləri öz-özlüyündə inkişaf edərkən bəzi əlamətlər və yeniliklər mübadiləsini davam etdirirlər ki, zaman keçdikcə müəyyən genetik əlaqə görünüşü yaranır. Bununla belə, onun ümumi xüsusiyyətləri ya irsi arxaizmlər (çox vaxt dil kompleksinin oturaq üzvlərində itirilir) və ya kompleks üzvlərinin yalnız bir hissəsini, adətən ən yaxın qonşuları birləşdirir. Beləliklə, ortaq əcdad dilini yalnız ilkin dil kompleksinin bütün üzvləri üçün yenidən qurmaq mümkündür, lakin onun qalan üzvləri üçün bunu ayrıca mümkün deyil. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ross, Malcolm D. Proto Oceanic and the Austronesian languages of Western Melanesia. Canberra: Pacific Linguistics. 1988. == Əlavə ədəbiyyat == François, Alexandre, Trees, Waves and Linkages: Models of Language Diversification (PDF) // Bowern, Claire; Evans, Bethwyn (redaktorlar), The Routledge Handbook of Historical Linguistics, London: Routledge, 2014, 161–189, ISBN 978-0-41552-789-7.
Natamamlıq kompleksi
Natamamlıq kompleksi — insanın tez-tez başqalarından aşağı olduğunu düşünməsi ilə bağlı yaranan emosional və psixi halların məcmusu. Natamamlıq kompleksi müxtəlif səbəblərdən yarana bilər: ayrı-seçkilik, mənəvi travma, uğursuzluq, şəxsi səhvlər və s. Termini elmə ilk dəfə Alfred Adler daxil etmişdir.
Aqrar-sənaye kompleksi
Aqrar-sənaye kompleksi —Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Sıralarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər iqtisadi sahəni birləşdirir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər. Aqrar-sənaye kompleksi 4 sahəni əhatə edir: Kənd təsərrüfatı — kompleksin əsasını təşkil edir. Bitkiçiliyi, heyvandarlığı, fermer təsərrüfatlarını, şəxsi təsərrüfüatları əhatə edir. Kənd təsərrüfatını maşın və mexanizmlərlə və mareial ehiyatları ilə təmin edən xidmət sahələri: traktor və kənd təsərrüfatı maşınqayırması sənayesi, mineral gübrə və kimyəvi kənd təsərrüfatı dərmanları istehsalı və s. Kənd təsərrüfatı məhsullarını emal edən sahələr: yeyinti sənayesi, yüngül sənaye üçün ilkin xammal hazırlayan sahələr. Xidmət və nəqliyyat sahələri : məhsulun çatdırılması, nəqli, kadr hazırlığı, aqrar-tkinkinti və s.Aqrar-sənaye kompleksinin fasiləsiz şəkildə su və enerji ilə təmin edilməsi də vacib problemlərindən hesab edilir. Aqrar-sənaye kompleksinin aşağıdakı sahələri bir-biri ilə sıx bağlıdır: Gübrə istehsalı. Kimya sənayesi.
Arılıqbinə monastır kompleksi
Arılıqbinə məbəd kompleksi Balakəndən Gürcüstana gedən magistral yolun sağında, dağın ətəyində, son dərəcə mənzərəli bir yerdə, rayon mərkəzindən 5 km qərbdə, yoldan 1 km şimalda yerləşir. Əsas kilsə binası qismən salamatdır və çox keyfiyyətli kərpiclə tikilib. Təxminən 4 hektar sahədə çay daşı və hasar daxilindəki ərazidə çoxsaylı tikili qalıqları, o cümlədən xeyli qəbirlər vardır. Məbəd Qafqaz Albaniyasının maddi-mədəniyyət abidələrindəndir.
Arılıqbinə məbəd kompleksi
Arılıqbinə məbəd kompleksi Balakəndən Gürcüstana gedən magistral yolun sağında, dağın ətəyində, son dərəcə mənzərəli bir yerdə, rayon mərkəzindən 5 km qərbdə, yoldan 1 km şimalda yerləşir. Əsas kilsə binası qismən salamatdır və çox keyfiyyətli kərpiclə tikilib. Təxminən 4 hektar sahədə çay daşı və hasar daxilindəki ərazidə çoxsaylı tikili qalıqları, o cümlədən xeyli qəbirlər vardır. Məbəd Qafqaz Albaniyasının maddi-mədəniyyət abidələrindəndir.
Atabəylər Memarlıq Kompleksi
Atabəylər Memarlıq Kompleksi — Naxçıvan şəhərində yerləşən, şəhər Atabəylərin paytaxtı olan zaman əsas qoyulmuş nəhəng memarlıq kompleksi. Kompleksə Atabəy hökmdarlarının sarayı, Divanxana, Naxçıvan Cümə Məscidi, Mömünə Xatun türbəsi, Mədrəsə, giriş baştağı və digər yardımçı binalar daxil olmuşdur. Dövrümüzə kompleksdən yalnız Mömünə Xatun türbəsi çatmışdır. == Mömünə Xatun türbəsi == Əcəmi Əbubəkr oğlunun dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq səviyyəsinin bir şahidi kimi Naxçıvanın mərkəzində yüksəlir. Memar bu türbəni Yusif Küseyir oğlu Türbəsindən 24 il sonra inşa etmişdir. Ona görə də bu sənət əsərində memarın ustalığının, müdrikliyinin artması ilə yanaşı sifarişçinin gücü, böyüklüyü də əks olunmuşdur. Mömünə Xatun türbəsinin ümumi quruluşu – sərdabə və qüllə, kompozisiyanın inkişaf yolu, memarlıq tutumlarının düzümü öncəki türbədə olan sayaq, dəyişməz qalır. Bununla birgə Memar Əcəmi, yeni, zəngin ifadə vasitələri ilə bu əsərinə bənzərsiz, daha yüksək bədii görkəm vermişdir. Möminə xatun türbəsinin üzərindəki ornament bəzəkləri sənətkarın tükənməz fantaziyaya malik olduğunu göstərir.
Axtala monastır kompleksi
Ağtala (erm. Ախթալայի վանք; gürc. ახტალის ღვთისმშობლის მიძინების ეკლესია), həmçinin Pğindzavəng (erm. Պղնձավանք; mənası – Mis mədəni monastırı) — Ermənistanın Loru mərzində, Allahverdi (19 sentyabr 1969-cu ildən Tumanyan) rayonu ərazisində, Ağtala dəmiryol stansiyasından 2,5–3 km aralıda yerləşən erməni-gürcü monastırı və qalası. Abidə ilkin quruluşunu saxlayaraq indiki dövrə çatmışdır. Ağtala qalası Şəddadilərin və Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə bölgənin müdafiə sistemində mühüm yer tutmuşdur. Kompleksə daxil olan əsas məbəd binası freskaları ilə diqqəti cəlb edir. Məbədin adı türkcə olmaqla "ağ" və "tala" sözlərindən ibarətdir. Məbədin yerləşdiyi Ağtala kəndi tarixən türk tayfalarının yurdu olmuş və XX əsrin ortalarına kimi kənddə yalnız Azərbaycan türkləri, yunanlar və gürcülər yaşamışdır. XX yüzilin əvvəllərində kəndə yunan ailələri köçərək məskunlaşmışdır.
Ağtala monastır kompleksi
Ağtala (erm. Ախթալայի վանք; gürc. ახტალის ღვთისმშობლის მიძინების ეკლესია), həmçinin Pğindzavəng (erm. Պղնձավանք; mənası – Mis mədəni monastırı) — Ermənistanın Loru mərzində, Allahverdi (19 sentyabr 1969-cu ildən Tumanyan) rayonu ərazisində, Ağtala dəmiryol stansiyasından 2,5–3 km aralıda yerləşən erməni-gürcü monastırı və qalası. Abidə ilkin quruluşunu saxlayaraq indiki dövrə çatmışdır. Ağtala qalası Şəddadilərin və Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə bölgənin müdafiə sistemində mühüm yer tutmuşdur. Kompleksə daxil olan əsas məbəd binası freskaları ilə diqqəti cəlb edir. Məbədin adı türkcə olmaqla "ağ" və "tala" sözlərindən ibarətdir. Məbədin yerləşdiyi Ağtala kəndi tarixən türk tayfalarının yurdu olmuş və XX əsrin ortalarına kimi kənddə yalnız Azərbaycan türkləri, yunanlar və gürcülər yaşamışdır. XX yüzilin əvvəllərində kəndə yunan ailələri köçərək məskunlaşmışdır.
Beşkilsə monastır kompleksi
Beşkilsə monastır kopleksi (erm: Խծկոնք Khtzkonk) – Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığının 25 km Cənub-Qərbində, qaya çıxıntısı üzərində inşa edilmiş möhtəşəm monastır kompleksi. == Tarixi == Kompleksə ümumilikdə hamısı qübbəli və incə şəkildə yonulmuş daşlardan inşa edilmiş beş kilsə daxil olmuşdur: Yəhya peyğəmbər kilsəsi (ermənicə Surb Karapet), Müqəddəs Məryəm ana kilsəsi (ermənicə Surb Astvatsatzin), Müqəddəs Stefanos, Müqəddəs Qriqor və Müqəddəs Sarkis kilsələri. Günümüzə onlardan yalnız Müqəddəs Sarkis kilsəsi çatmış, qalanları isə tədricən müxtəlif təbii amillərin təsiri ilə dağılmışdır. Kilsələrin kompleksə daxil olan binalardan hər hansı birinin inşa tarixini müəyyən etməyə kömək edəcək bir kitabəsi olmamışdır. Monastır XIII əsrdə monqol istilasından sonra tərk edilmişdir. 1878-ci ildə Qars bölgəsinin Çar Rusiyasının işğalı altına düşməsi ilə Beşkilsə kompleksi Erməni Qriqoryan Kilsəsinin himayəsinə verilmişdir. Bu dövrdə kompleksdə müəyyən bərpa işləri aparılmış, monastır yenidən istifadə olunmağa başlamışdır. Həmçinin Müqəddəs Sarkis kilsəsi yaxınlığında uzaqdan gələn qonaqların qalması üçün bir neçə otaqdan ibarət qonaq evi də inşa edilmişdir. Ermənilərin Osmanlı imperiyasına xəyanəti nəticəsində Qars və ətraf bölgələrdən köçürülmələri qərarı çıxarılana qədər monastır ermənilər tərəfindən istifadə edilmişdir. Köçürülmədən sonra isə bölgə hər kəs üçün qapalı elan olunmuş, kompleksin yerləşdiyi Diqor vadisinə gediş üçün isə xüsusi icazə tələb edilmişdir.
Bəyəhməd abidələr kompleksi
Bəyəhməd abidələr kompleksi — Naxçıvan MR-in Culfa rayonunun Bəyəhməd kəndi ərazisində yerləşən arxeoloji abidələr. == I Bəyəhməd == I Bəyəhməd Culfa rayonunun Bəyəhməd kəndindən şimal – qərbdə Dərəçayın sol sahilində, ilk dəmir dövrünə aid yaşayış yeridir. Abidə dağ silsiləsinin çaya enən yamacındadır. Sahəsi 1500 m² – dir. 1991 – ci ildə qeydə alınmışdır. Abidənin yerləşdiyi ərazidən uzun müddət əkin sahəsi kimi istifadə edildiyindən yerüstü materiallar və ilkin mədəni təbəqə dağılmışdır. Yerin səthində gil qab qırıqlarına, çəhrayı və boz rəngli tuf daşından hazırlanmış dən daşlarına təsadüf edilmişdir. Bəzi qab qırıqlarının üzərinə qara boya çəkilərək yüngülcə cilalanmışdır. Abidədən əldə edilmiş tapıntılar Culfa Tarix-Diyarşünaslıq muzeyində sərgilənir. Abidənin e.ə.
Dəndərə məbəd kompleksi
Dəndərə məbəd kompleksi (q.misir Iunet və ya Tantere) — Misirin Dəndərə şəhərindən təqribən 2.5 kilometr (1.6 mil) ) məsafədə yerləşir. Misirdə ən yaxşı qorunan məbəd komplekslərindən biridir. Ərazi Abidosun cənubunda, Yuxarı Misirin altıncı nomu kimi istifadə olunurdu. == Hathor məbədi == Kompleksdə üstünlük təşkil edən bina Hathor məbədidir. Məbəd orta padşahlıq dövründən başlayaraq Roma imperatoru Trayanın dövrünə qədər eyni yerdə olmuş, lakin bir qədər dəyişdirilmişdir. Mövcud strukturun tikintisi e.ə. 54-cü ilin iyulunda XII Ptolemey Neos Dionisin dövründə başlamışdır. və hipostil zalı Tiberi dövründə tikilmişdir.Trayan Misirdə binalar tikməkdə və onları bəzəməkdə kifayət qədər fəal idi. O, Domisian ilə birlikdə Hathor məbədinin propilonunda səhnələr təqdim etmişdir. Onun kartuşu İsnadakı Xnum məbədinin sütun şaftlarında da müşahidə olunur.
Gəncəli xan kompleksi
Gəncəli xan kompleksi — Səfəvilər dövrünə aid kompleks. İranın Kirman şəhərinin qədimi mərkəzində yerləşir. Kompleks məktəb, kvadrat, karvansara, hamam, su anbarı, zərbxana, məscid və bazardan ibarətdir.
Həzrə türbələr kompleksi
Həzrə türbələr kompleksi – Qəbələ rayonunun Həzrə kəndində yerləşən XV–XVI əsrlərdə inşa edilmiş tarix-memarlıq abidələri kompleksidir. Kompleksə daha əvvəl yeddi türbə daxil olsa da, onlardan dördü dövrümüzə çatmışdır. Abidələr kompleksi Həzrə kəndi ərazisindəki meşə içərisində yerləşməklə 3.5 hektara yaxın sahəyə malik orta əsr qəbristanlığının mərkəzində inşa edilmişdir. Dövrümüzə çatmış dörd türbə Şeyx Bahəddin, Şeyx Mənsur, Şeyx Məhəmməd və Şeyx Baniyə aiddir. Türbələrdən ikisinin kitabəsində onların I Təhmasibin hakimiyyəti dövründə inşa edildiyi göstərilir. Kompleksə daxil olan türbələr bir-birindən giriş hissələrinin çərçivələri, karnizlərinin variasiyaları və daxili həcminin həlli ilə fərqlənirlər. == Tarixi == Kompleksə daha əvvəl yeddi türbə daxil olsa da, onlardan dördü dövrümüzə çatmışdır. Dövrümüzə çatmış dörd türbədən ikisi qəzalı vəziyyətdədir. == Ümumi təsvir == Abidələr kompleksi Həzrə kəndi ərazisindəki meşə içərisində yerləşməklə 3.5 hektara yaxın sahəyə malik orta əsr qəbristanlığının mərkəzində inşa edilmişdir. Türbələr hamısı Şirvan-Abşeron memarlıq məktəbi ənənələrinə uyğun şəkildə inşa edilmişdir.
Karnak (məbəd kompleksi)
Karnak məbəd kompleksi və ya sadəcə olaraq Karnak (ərəb. خورنق‎ Xurnak sözündən; mənası – "istehkamlı kənd") — indiki Misirdə, Nil çayının sağ sahilində, qədim Teben şəhərinin mərkəzi meydanının şimal-şərq hissəsində bir qrup məbəd kompleksi. == Tarixi == Karnak Teben padşahlığı bütün Misirə genişləndikdən sonra (XI–XII sülalələr) bu ərazi ölkənin mərkəzi ziyarətgahına çevrilmişdir. Teben triadasının tanrıları Amon, Mut və Xonsuya həsr edilmişdir. Tarixin bütün sonrakı dövrlərində burada iz qoyulmuşdur. Hər bir firon öz adını burada əbədiləşdirməyə çalışırdı. Hətta XVI sülalənin nümayəndələri də məbədin şimal iqamətgahında öz izlərini qoymuşdular. Əsas məbədin ziyarətgahının tikintisi III Tutmos tərəfindən tamamlanmışdır. Məbədin şərq yarısının digər hissələrinin tikintisi XVIII sülalənin digər padşahlarının hakimiyyət dövrünə təsadüf edir. Məbədin bir zolaqla ayrılmış qərb yarısı daha yaxşı qorunub saxlanılmışdır.
Keşikçidağ monastır kompleksi
Keşikçidağ məbədi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədi. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Keşikçi məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər. Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089-1125) ziyarət edilməyə başlanmış, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184-1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir. == Məbədə gürcü iddiasının arqumentləri == Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, "David Qareci" həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib.