Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konuşin burnu
Konuşin burnu (rus. Конушин) — Rusiya, Arxangelsk vilayəti, Nenets Muxtar Dairəsi ərazisinə daxil olan, Kanin yarımadasında yerləşən burun. Burun Volosova çayı mənsəbindən 6,7 mil cənubda yerləşir. Ağ dənizə daxil olan Mezen körfəzi sahillərini yuyur. Öz növbəsində hündürlüyü 50 metrə çatan bir tirənin dənizə aşılan bir çıxıntısıdır. Burundan şimaldakı sahillər Kanin sahili, cənubdakı sahillər isə Konuşin sahili adlanır. Əsasən qumlu-gilli suxurlardan təşkil olunmuşdur. Burundan şimalda dəniz sahili nisbətən hündür və sərtdir. Cənubda doğru isə hündürlük azalır. Burunda Konuşinski mayakı quraşdırılmışdır.
Konfusi
Kon Fu Dzı (daha çox bilinən adı Konfutsi. Çincə: 孔夫子; təq. e.ə. 551 – təq. e.ə. 479) qədim dövr Çin filosofu və mütəfəkkiri. Kun Tsı da adlanır. Çin fəlsəfi sisteminə onun qədər təsir göstərmiş başqa filosof tapmaq çətindir. Bu təsir o qədər güclü olmuşdur ki, Konfutsianizm adlı yeni bir dinin yaranmasına səbəb olmuşdur. Sonradan ona "Yüz min nəslin atası" kimi görkəmli bir adın verilməsi də bunu göstərir.
Konus
Konus — həndəsi elementdir. Konus düzbucaqlı üçbucağın katetlərindən birinin ətrafında 360°Fırlanması ilə alınan fəza fiqurudur. Konusun tili yoxdur, təpəsi və üzü 1 ədəddir. Kəsik Konus. Konusu kəsən və oturacağına paralel olan müstəvi ilə konusun oturacağı arasında qalan hissə kəsik konus adlanır. Həcmi: V = 1 3 π r 2 h {\displaystyle V={\frac {1}{3}}\pi r^{2}h} Yan səthin sahəsi: S y a n = π r ⋅ l {\displaystyle S_{yan}=\pi r\cdot l} Tam səthin sahəsi: S t a m = π r ⋅ ( r + l ) {\displaystyle S_{tam}=\pi r\cdot (r+l)} Konusun diaqonal kəsiyi bərabəryanlı üçbucaqdır. Burada V-Həcm Syan-yan səthin sahəsi Stam-tam səthin sahəsi r-konusun oturacağının radiusu h-konusun hündürlüyü l-konusun doğuranıdır.
Gətirmə konusu
Lava konusu
Lava konusu (rus. конус лавовый, ing. lava cone) — başlıca olaraq massiv lava axınlarından təşkil olunmuş vulkan konusu. Piroklastik layları olmayan l. k. nadir hallarda rast gəlinir.
Ovuntu konusu
Ovuntu konusu (rus. конус осыпи, ing. rock talus cone, talus accumulation, acree, apron) — dik yamacın Ətəyində aşınma materiallarının, zirvəsi yuxarı çevrilmiş yarım konus şəklində toplanması. Konusun yamacının meyilliyi 30–40° olur.
Tim Konuey
Tim Konuey (ing. Tim Conway; 15 dekabr 1933 – 14 may 2019) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Vulkan konusu
Vulkan konusu (rus. вулканический конус, ing. volcanic cone) — vulkanın ağızı ətrafında vulkan materiallarının toplanması nəticəsində əmələ gələn, kəsik konus şəklində vulkan qurğusu. Vulkan konusları ən sadə vulkanik relyef formalarındandır.
Şlak konusu
Şlak konusu (rus. шлаковый конус, ing. schlag cone) — şlak və adətən bazalt və andezit-bazalt tərkibli vulkan materiallarından təşkil olunmuş və vulkanın bir dəfə püskürməsi nəticəsində əmələ gəlmiş konus formalı kiçik, sərbəst monogen vulkan. Konusun daxili hissəsində qırıntı materiallar adətən qırmızı kərpic rəngində və bir-birinə yapışaraq birləşmiş şəkildə olur.
Konişi Masutaro
Konişi Masutaro (小西増太郎, 4 aprel 1862, Okayama – 10 dekabr 1940, Okayama prefekturası) və ya vəftiz adı ilə Daniil Pavloviç (rus. Даниил Павлович) – Yaponiya rusşünası, psixoloqu, tərcüməçisi və tolstoyçusu. O, Lev Tolstoyun əsərlərini yapon dilinə tərcümə etməsinə görə tanınır. Şərq fəlsəfəsinin fraqmentlərini (Lao-tszı və Konfusinin əsərlərini) rus dilinə tərcümə edən ilk şəxslərdən biridir. == Həyatı və karyerası == Konişi Masutaro 4 aprel 1862-ci ildə Yaponiyanın Bizen vilayətinin Okayama şəhərində doğulmuşdur. Onun atası ticarətlə məşğul olurdu və Bizenin feodal hakiminin tədarükçüsü idi. Masutaro təhsilinə Sazan məktəbində başlamış və burada beşillik təhsil almışdır. 1879-cu ildə provaslavlığa keçmiş və vəftiz olunaraq Daniil Pavloviç adını götürmüşdür. O, Yaponiyalı Nikolay tərəfindən Tokioda əsası qoyulmuş ilahiyyat seminariyasında 7 illik təhsil almış və burada rus dilini öyrənmişdir. Məzun olduqdan sonra Yaponiyanı tərk edərək 1886-cı ildə Kiyev Teologiya Seminariyasına daxil olmuşdur.
Konus adası
Konus adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Kiniqa buernundan 3 km şimal-qərbdə, İviniçaman adasından isə 7 km şimal-şərqdə, Podqarenaya çayının mənsəbindən şimal-şərqdə, Oxot dənizinə daxil olan Şelixov körfəzində, Kamçatka yarımadasının qərb sahilinin şimalında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. Uzunluğu 1,3 km, eni 0,7 km-dir. Maksimal hündürlüyü 258 metrdir. Adadan şimal-şərqdə Vtoroy adası yerləşir.
Konuş təpəsi
Konuş təpəsi (bolq. Конушки хълм, ‘Konushki Halm’ \'ko-nush-ki 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimalda yerləşən, 550 m hündürlüklü qaya zirvəsidir. Luis Filipp yaylasından şimadla yerləşmişdir və buzlaqlardan azaddır. Zirvə cənubi Bolqarıstanda yerləşən Konuş şəhərinin adını daşıyır. == Yerləşməsi == Konuş təpəsi 63°29′28″ c. e. 58°11′47″ q. u. koordinatlarında yerləşmişdir. D’Urville dağından 2.03 km şimalda, Tintyava zirvəsindən 3.52 km şimal-şərqdə, Oqled zirvəsindən 5.64 km şimal-şərqdə, Argentina təpəsindən 5.51 km cənubda yerləşmişdir.
Kuşıy (Əbyəlil)
Kuşıy kəndi (başq. Ҡушый) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Dövlət kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Kuşıy kəndinin milli tərkibi: başqırdlar 98%. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 9 km., kənd sovetliyindən (Dövlət): 3 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 38 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.