Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Moz
Moz (Dərələyəz)
Moz (Dərələyəz)
Moz, Mozrov — İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.(133, 76) Moz kəndi Arpa çayının cənub qolu boyu Keşkənddən Əzizbəyova (Soylana, Paşalıya) və İstisuya (Cermuxa) gedən şose yolunun üstündə yerləşir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Mor kimi qeyd edilmişdir. Toponimdə r~z səsdəyişməsi baş vermişdir ki, bu da Azərbaycan dilində qanunauyğun haldır. Erməni mənbələrində Mozrov formasında da qeyd edilir. Toponim qədim türk dilində "ağ, çal, boz, bozumtul" mənasında işələnən moz sözündən əmələ gəlmişdir. Görünür, kəndin yerləşdiyi ərazinin torpağı boz, bozumtul rəngdə olmuşdur. Moz sözü böz sözünün fonetik formasıdır. Türk dillərində b~m səsəvəzlənməsi də qanunauyğundur: bən~mən, buna-muna və s. Ona görə də kəndə relyefə uyğun olaraq Moz adı verilmişdir. Quruluşca sadə toponimdir.
Moz (Kəlbəcər)
Moz, Mozkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Moz kəndi Moz çayının sahilində, dağlıq ərazidədir. XIX əsrə aid sənədlərdə kəndin ərazisi qışlaq yeri kimi qeydə alınmişdir. Yaşayış məntəqəsində sonralar indiki Laçın rayonunun Pircan və keçmiş Muncuqlu kəndlərindən köçmüş ailələr məskunlaşmişdir. Yerli məlumata görə, keçmişdə buraya Xaraba Moz deyilirmiş. Kəndin ərazisindəki maddi-mədəniyyət qalıqları burada qədim yaşayış məskəni olduğunu göstərir. Keçmişdə Şərur-Dərələyəz qəzasında Moz adlı kənd və şəhər xarabalıği qeydə ahnmişdir. Tovuz rayonu ərazisində da Moz kəndi mövcud olmuşdur.
Moz şəhəri
Moz şəhəri — Dərələyəz mahalı. Moz şəhəri 735-ci ildə zəlzələ nəticəsində dağılıb, burada o qədər əhali ölüb ki, sağ qalanların ahnaləsi, vay-şivəni ərşə bülənd olub. O vaxtdan da bu dərənin adı “Vay dərəsi” kimi yaddaşlara yazılıb. (Moz şəhərinin xarabalıqları Məlikşah kəndi ilə Söylan qəsəbəsinin arasında, Arpaçayın sağ sahilində yerləşirdi, İrəvana gedən magistral yol buradan keçirdi).
Möz (departament)
Möz (fr. Meuse) — Fransanın şimal-şərqində yerləşən, Qrand Est regionun departamenlərindən biri. Sıra nömrəsi — 55. İdarə mərkəzi — Bar-lö-Dük. Əhalisi — 200 509 nəfərdir (departamentlər arasında 89-cu yer, 2010-cu ilin məlumatları). Sahəsi — 6211 km². Departamentin ərazisində Möz , Er, Şyer, Orlen, Orj və s. çayları axır. Departament 3 rayon, 31 kanton və 498 kommuna daxildir. Möz çayında Skladina adlı bir mağara var..
Morq küçəsində qətl
Morq küçəsində qətl (ing. The Murders in the Rue Morgue) - Edqar Allan Po tərəfindən Detektiv janrında yazılmış hekayə. Əsər 1841-ci ildə Graham's Magazine nəşriyyatında nəşr edilmişdir. Hekayədə C. Auguste Dupin Parisdə iki qadının qəddarcasına öldürməsinin sirrini tapmağa çalışır. Dupin, ilk real detektiv hekayə olaraq qiymətləndirilən bu hekayədə ilk dəfə Charlemagne, Şerlok Holmes və Hercule Poyrot kimi bir çox xəyali dedektif tərəfindən istifadə ediləcək ədəbi vasitələrdən istifadə edir. Poenin ağıllı detektiv xarakteri növbəti bir çox yazarlar üçün nümunədir. Dupin həmçinin Poenin xarakterinin gizli və oğurlanmış məktubuna Marie Rogêt'in məktubuna daxildir.
Yau Tsim Mong
Yau Tsim Mong — Honkonqun 18 inzibati ərazi dairələrindən biridir. Koulundan cənub-qərbdə yerləşir. Çimsayev, Çimsayev-ist, qərbi Koulun, Monkok, Yaumatey, Cordan və Taykokçey şəhərləri burada yerləşir. İnzibati ərazi dairəsi iki qədim dairənin Ya-Şim və Monq-Kokun birləşdirilməsinindən yaranıb və adı da bu iki dairənin adından götürüb. 2006-cı ilin məlumatına əsasən burada 281 min nəfər əhali yaşayır (hindlilər, nepallılar, pakistanlılar, banqladeşlilər, lankiylər, koreyalılar və nigeriyalılar kimi immiqrantlarda burada məskunlaşmışdır). Burada Tin xau və Şuy Yuet məbədləri həmçinin, ingilis kilsəsi Sent-Endryu, katoliq kilsəsi Rozari, Sent-Frensis kilsəsi, xristianların Monq-Kokdakı dini mərkəzləri, Koulun məscidi var. Burada əsas gəlir gətirən sahələr ticarət, turizm, nəqliyyat, restoran biznesi və maliyyə xidmətləridir. Burada Həyat Ridjen Honkonq, Ritu-Karlton, Peninsula, İnterkontinental, Şeraton, Royal Plaza, Sülh və s. otellər vardır. Həmçinin «Wharf Holdings», «Sino Land», «GCL-Poly Energy Holdings», «Bossini International», «City`super», «Neo-Neon Holdings» şirkətləri, o cümlədən «Golden Harvest» kinostudiyası, HSBC, Bank of China, Morgan Stanley, Credit Suisse, Deutsche Bank ve s.
Morq küçəsində qətl (hekayə)
Morq küçəsində qətl (ing. The Murders in the Rue Morgue) - Edqar Allan Po tərəfindən Detektiv janrında yazılmış hekayə. Əsər 1841-ci ildə Graham's Magazine nəşriyyatında nəşr edilmişdir. Hekayədə C. Auguste Dupin Parisdə iki qadının qəddarcasına öldürməsinin sirrini tapmağa çalışır. Dupin, ilk real detektiv hekayə olaraq qiymətləndirilən bu hekayədə ilk dəfə Charlemagne, Şerlok Holmes və Hercule Poyrot kimi bir çox xəyali dedektif tərəfindən istifadə ediləcək ədəbi vasitələrdən istifadə edir. Poenin ağıllı detektiv xarakteri növbəti bir çox yazarlar üçün nümunədir. Dupin həmçinin Poenin xarakterinin gizli və oğurlanmış məktubuna Marie Rogêt'in məktubuna daxildir.
Moza bint Nasir əl-Misnəd
Şeyxa Moza bint Nasir əl-Misnəd (ərəb. موزا بنت ناصر المسند‎) — Qətərin birinci xanımı. Şeyxa Moza bint Nasir əl-Misnəd 1958/1959-cu ildə Qətərin Əl Khor şəhərində anadan olub. O, 1977-ci ildə Qətər dövlətinin əmiri Hamad bin Xəlifə Al-Sani ilə ailə həyatı qurub. Şeyxa Moza Al Taniyənin üç arvadından ikincisidir. Xanım Şeyxa Moza 1995-ci ildə Qətər elm, təhsil və ictimai inkişaf fondunun sədri olub. 1998-ci ildən isə Ərəb Demokratiya Fondunun rəhbəri və ailə məsələləri üzrə Ali Şuranın prezidenti vəzifələrində çalışıb. 2002-ci ildən Ali Təhsil Şurasının vitse-prezidenti, 2003-cü ildə UNESCO-nun xoşməramlı səfiri olub. Hazırda o Veill Kornel Tibb Kollecinin idarə heyətinin üzvüdür. Forbes jurnalı xanım Mozanı 100 ən güclü qadından biri kimi elan edib.
Honq Konq
Honkonq və ya Honq Konq (çin. 香港, ing. Hong Kong), rəsmi şəkildə Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsi (abreviatur. Honq Konq XİB və ya HKXİB), cənubi Çində Mirvari çayı deltasının şərq hissəsində yerləşən şəhər və xüsusi inzibati rayondur. 1,104 kvadrat kilometr (426 kvadrat mil) ərazidə müxtəlif millətlərdən olan 7.5 milyon insan ilə Honq Konq dünyanın ən sıx məskunlaşıldığı yerlərindən biridir. Honq Konq həm də böyük maliyyə mərkəzi və dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. == Etimologiya == Honq Konq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honq Konq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir.
Hong Kong
Honkonq və ya Honq Konq (çin. 香港, ing. Hong Kong), rəsmi şəkildə Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsi (abreviatur. Honq Konq XİB və ya HKXİB), cənubi Çində Mirvari çayı deltasının şərq hissəsində yerləşən şəhər və xüsusi inzibati rayondur. 1,104 kvadrat kilometr (426 kvadrat mil) ərazidə müxtəlif millətlərdən olan 7.5 milyon insan ilə Honq Konq dünyanın ən sıx məskunlaşıldığı yerlərindən biridir. Honq Konq həm də böyük maliyyə mərkəzi və dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. == Etimologiya == Honq Konq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honq Konq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir.
Kostanay
Qostanay (qaz. Қостанай); 1878 ildən 1905 ilə qədər Nikolayevsk, 17 iyun 1997 ilə qədər Qostanay — Qazaxıstanda şəhər, Qostanay vilayətinin inzibati mərkəzi. == Coğrafiyası == Şəhər çöl zonasında Torğay platosunun şimalında Tobol çayı üzərində, Nur-Sultandan 571 km şimal-qərbə (770 nömrəli trasda) yerləşir. Ən yaxın böyük şəhər, Qostanaydan 260 km (yolla 300 km) şimal-qərbdə yerləşən Çelyabinskdir. == İqlim == Quru isti yayı və söyuq az qarlı qışı ilə sərt kontinentaldır. İyulun orta temperaturu: +20,9 °C (Maksimal +42,5 С), yanvarda: −14,5 °C (Minimal −49,7 С); gün ərzində kəskin temperatur tərəddüdləri səciyəvidir; küləyin orta sürəti — 3,2 m/s, qışda əsasən cənub istiqamətli, və yayda şimala. Orta illik yağıntı: 300–350 mm, yağıntıların maksimumu yay vaxtına düşür. Havanın orta illik rutubətliyi — 71 %. Vegetasiya mərhələsi - 170 sutka.
Koşenil
Honq Konq Universiteti
Honkonq Universiteti (ing. University of Hong Kong) — Asiyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet Çinin Honkonq şəhərindəki Pokfulam ərazisində yerləşir. == Tarixi == Honkonq Universitetinin təməli 16 mart 1910-cu ildə həmin dövrdə Honkonq qubernatoru olan Frederik Luqard tərəfindən qoyulub. Universitetin yaradılmasında məqsəd çinli gənclərin istifadəsinə ən müasir ali təhsil müəssisəsini vermək olub. Universitetin rəsmi açılışı 11 mart 1911-ci ilə təsadüf edir, 1887-ci ildən fəaliyyət göstərən Tibb Kolleci də həmin il universitetə birləşdirilir. Bir il sonra universitetdə mühəndislik və incəsənət fakültələri açılır. 1916-cı ilin dekabrında Honkonq Universiteti 23 tələbə və 5 fəxri məzunla ilk yığıncağını keçirir. Yaradılmasından on il keçdikdən sonra - 1921-ci ildə universitetə ilk qız tələbələr qəbul edilir. 1927-ci ildə burada çin Tədqiqatları Məktəbi yaradılır.
Eharius kostini
Eharius kostini (lat. Eharius kostini) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin eharius cinsinə aid heyvan növü.
Kevin Kostner
Kevin Kostner (18 yanvar 1955[…], Linvud[d], Kaliforniya) — ABŞ aktyoru. == Həyatı == Kevin Maykl Kostner 1955-ci il yanvarın 18-də Kaliforniya ştatında ortabab bir ailədə doğulub. Anası Şaron Kostner səhiyyə işçisi, atası Vilyam isə çilingər idi. Kevin Kostner yeniyetmə illərində xarici görünüşünə görə çox utanırdı: kök, 1,85 metr boyuna görə belini əyib gəzən, böyük burnunu eynəyin altında gizlətməyə çalışan yöndəmsiz oğlan məktəbdə gülüş hədəfi idi. Onun qız dostu da yox idi. Nəhayət ki, dərdini atasına açır. O, isə oğluna güclü bədənə sahib olmaq üçün idmanla məşğul olmağı məsləhət görür. Həmin gündən qonşu qızlar hər səhər pəncərədən tövşüyə-tövşüyə qaçan Kevinə tamaşa edib gülürdülər. Həddən artıq təvazökar və hissiyatlı Kevin pərtliyini gizlədib, bəxtinin üzünə güləcəyi günü gözləyirdi: Yəqin, yaxşı iş tapandan və böyük bir evim olandan sonra məni sevən tapılacaq deyə düşünürdü. == Film karyerası == Məktəbi birtəhər başa vurub biznes kollecinə daxil olanda tarım və qamətli bədəni, geniş çiyinləri və məsum, dumduru mavi gözləri olan Kevini kurs qızları gözaltı edir, amma Kevinin içindəki o qorxaq uşaq hələ də qalırdı.
Kostanay vilayəti
Qostanay vilayəti (qaz. Қостанай облысы) — Şimalı Qazaxıstan regionda vilayət. Qazaxıstanın Aqtöbe, Karağandı, Aqmola və Şimalı Qazaxıstan vilayətləri, Rusiyanın isə Orenburq, Çelyabinsk və Kurqan vilayətləri ilə həmsərhəddir.
Koşenil yastıcası
Koşenil yastıcası (lat. Dactylopius coccus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin yastıcalar fəsiləsinin yastıca cinsinə aid heyvan növü. Xalçaçılıq sənətində istifadə olunan rəngləri almaq üçün müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən cürbəcür həşəratlardan istifadə olunmuşdur. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenil yastıcasıdır. Azərbaycanda xalq arasında ona "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi. Meksikada (Amerikada) bitən, xüsusilə kaktus bitkisilə çoxalan, boyaq maddəsi olan həşəratdır. İlin müəyyən vaxtlarında koşenildə boyağın daha çox olduğu vaxt onlar səbətə yığılır, dərhal buxarla öldürülür və "gümüşü" adlanan, üzəri boz təbəqə ilə örtülü, yaxşı növ hesab olunan koşenil alınır. Həmçinin dişi koşenillər qaynar suda da öldürülə bilər, lakin bu zaman gümüşüyə nisbətən daha aşağı növ hesab olunan "qara" koşenil alınır. Koşenilin boyaq maddəsini yun və ipəyi eynilə bitki boyaqları kimi, xüsusilə yüksək bədii türkmən xalçalarında olduğu kimi istifadə olunan çox parlaq, hərarətli rənglərə boyayırlar. Bu maddə ya sərbəst boyaq kimi, ya da boyaqotu ilə birgə işlədilərək parlaqlığı ilə qədim Şərq xalçaları üçün xarakterik olan özünəməxsus çalarlar verir (bunu heç bir digər boyaqlarla almaq olmaz).
Bora Kostiç
Borivoye "Bora" Kostiç (serb-kiril. Бopивoje Kocтић; 14 iyun 1930, Obrenovaç, Belqrad dairəsi – 10 yanvar 2011, Belqrad) ― keçmiş Serbiya futbolçusu. Adətən sol cinah hücumçusu mövqeyində oynamış və məhsuldarlığı ilə seçilən Kostiç öz nəsil futbolçuları arasında ən yaxşılarından biri hesab olunur. O, daha çox güclü zərbə və cərimə zərbələrinin uğurla yerinə yetirməsi ilə məşhurdur. Peşəkar karyerası ərzində o, "Srvena Zvezda", "Viçentsa" və "Sent-Luis Stars" klublarının şərəfini qorumuşdur. O, Yuqoslaviya milli futbol komandasının heyətində 33 oyuna 26 qol vura bilmişdir və 1960 Yay Olimpiya Oyunlarının qalibi və UEFA Millətlər Kubokunda finalçı olmuşdur. Kostiç klub səviyyəsində də bol qol sayısı ilə seçilirdi, belə ki, o hələ də "Srvena Zvezda"nın tarixi boyunca ən çox qol vuran oyunçusudur.
Kortni Conson
Kortni Conson (d. 7 may 1974) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Kortni Conson, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu.
Kortni Kardaşyan
Kortni Meri Kardaşyan (ing. Kourtney Mary Kardashian; 18 aprel 1979, Los-Anceles, Kaliforniya) — ABŞ şou biznes ulduzu və fotomodeli. 2007-ci ildə ailəsi ilə birlikdə "Kardaşyanlarla ayaqlaşmaq" realiti-teleserialı ilə karyerasına başlamışdır.
Kortni Metyuson
Kortni Metyuson (d. 14 sentyabr 1986) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Kortni Metyuson, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu. Daha sonra Kortni Metyuson, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Ostrıy adası
Ostrıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 1 km aralıda yerləşir. Ostrıy adasının ətrafında Şimal Torpağına daxil iki ada vardır: Cənub adası (700 m) və Nizkiy adası (1,3 km). Ada uzunsov formaya malikdir və 300 metrən artıq məsafədə uzanır. Adada seçilən yüksəklik yoxdur.
Tom Kortni
Thomas Daniel — İngilis aktyor. 1960-cı illərdəki The Loneliness of the Long Distance Runner (1962), Billy Liar (1963) və Dr. Zhivago (1965) kimi filmlər ilə məşhur olmuşdur.
Çin Honq Konq Universiteti
Honkonq Çin Universiteti (çin. 香港中文大學) — Çin Xalq Respublikasının xüsusi statuslu Honkonq bölgəsinin Yeni Sahə adlanan ərazisində, Ma-şuy Lyu, Şa Tin rayonunda yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. 1957-ci ildə Yeni Asiya, Birləşmiş, Çunq Çi kollecləri birgə Honkonq Çin Ali Təhsil Assosiasiyası yaradır və hökumət tərəfindən tanınır. 1959-cu ildən bu üç kollecin dövlət tərəfindən maliyyələşdirilməsinə başlanır. 1963-cü ildə Yeni Asiya, Birləşmiş, Çunq Çi kollecləri Honkonq Çin Universiteti adı altında birləşdirilir. İki il sonra universitetdə Təhsil (Pedaqogika) Məktəbi açılır. 1976-cı ildə qərar qəbul edilir və bu qərara əsasən Honkonq Çin Universiteti kollegial universitet elan edilir, bir il sonra isə Tibb Məktəbi yaradılır. 1986-cı ildə bu ali məktəbdə Şo Kolleci, 1991-ci ildə Mühəndislik Məktəbi, 2005-ci ildə hüquq fakültəsi açılır. 2006-cı ildə universitetdə iki kollec (Morninqsayd və SH Ho), 2007-ci ildə isə daha üç kollec - CW Çu, Vu Yi Sun və Li Vu Sinq istifadəyə verilir. Hər kollecin ayrıca yataqxana, yeməkxana, idman zalı, kitabxana və digər obyektləri mövcuddur.
Honq Konq Mərkəzi Kitabxanası
Honq Konq Mərkəzi Kitabxanası ―Honq Konqda ən böyük kitabxana; Honq Konq İctimai Kitabxanalarının qabaqcıl kitabxanası. Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsinin Milli Kitabxanası kimi fəaliyyət göstərir və Honq Konq İctimai Kitabxanasının baş qərargahı kimi də istifadə edilir. Honq Konq adasındakı Kozuey-Bey adlı rayon və körfəzin ərazisindəki Morton-Terras küçəsi ilə Kozuey-Bey küçələrinin kəsişməsində yerləşir. Viktoriya Limanı ilə üzbəüz yerləşən 12 mərtəbəli hündür binası ümumilikdə (hər mərtəbəsinin sahəsi 33,800 kv. m (364,000 kv fut)) 9,400 kv. m. (101,000 kv fut) ərazini əhatə edir. Mərkəzi Kitabxananın inşa edilməsinə 690 milyon Honq Konq dolları (88 milyon dollar) sərf edilib. Kitabxananın kolleksiyaları Honq Konq İctimai Kitabxanalar Sisteminin 1/5-ni təşkil edir (12,1 milyon adda resursdan 2,3 milyon adda resursu). Kitabxananın 11-ci mərtəbəsində Honq Konq İctimai Kitabxanasının baş ofisi yerləşir.
Kostanay Dövlət Universiteti
Əhməd Baytursınov adına Kostanay Dövlət Universiteti (KDU) (qaz. Ахмет Байтұрсынов атындағы Қостанай Өнірлік университеті (ҚӨУ)) — Qazaxıstanın Kostanay şəhərində yerləşən ali təhsil müəssisəsi. == Universitet təhsili == Əhməd ​​Baytursınov adına Kostanay Dövlət Universiteti 1992-ci ilin avqust ayında Qazaxıstan Respublikası Nazirlər Kabinetinin 662 saylı Fərmanı ilə SSRİ-nin 50 illiyi adına Kostanay Pedaqoji İnstitutunun yarısından çoxu əsasında qurulmuşdur. 1939-cu ilin sentyabrında Kostanay iki illik müəllim institutu qurulduğu zaman bir əsrlik inkişaf tarixi. 2000-ci ilin fevralında Qazaxıstan Respublikası Hökumətinin qərarı ilə Kənd Təsərrüfatı İnstitutu Kostanay Dövlət Universitetinə qoşuldu. 2004-cü ilin martında Kostanay Dövlət Pedaqoji İnstitutu universitetdən ayrıldı. == Strukturu == İndi Əhməd ​​Baitursynov adına Kostanay Regional Universiteti Qazaxıstanın ən böyük universitetlərindən biridir. KRU, Qazaxıstan Respublikasının Şimali bölgəsinin aparıcı təhsil, elmi, metodiki və mədəniyyət mərkəzidir. Universitetin strukturuna yeddi fakültə (humanitar və sosial, informasiya texnologiyaları, mühəndislik, tarix və hüquq, iqtisadi, aqro-bioloji, baytarlıq və heyvandarlıq texnologiyaları daxildir ki, burada 8500 tələbə 55 ixtisas üzrə əyani və qiyabi təhsil alır. təhsilin vaxt formaları, qazax və rus dillərində.
Tobol Kostanay FK
Tobol — Qazaxıstanın futbol klubu. 1967-ci ildə yaradılmışdır.
Ulduz burun köstəyi
Ulduz burun köstəyi — həşəratlarla qidalanan qeyri-adi köstəbək. 22 çəhrayı tentacles olan ətli burun ona orijinallıq verir. Bu heyvanların bəzi qeyri-adi xüsusiyyətləri bunlardır: Onlar yer üzündəki bütün məməlilərdən daha sürətli yeyirlər. Ulduz köstəbəkləri yeməkləri (əsasən həşəratları) saniyənin onda ikisindən az müddətdə müəyyən edib yeyə bilir və ondan əvvəl 8 millisaniyə ərzində bu obyektin yeməli olub-olmadığına qərar verirlər. Qismən, onlar ətraf mühitdən məlumatı neyronların fizioloji həddinə yaxınlaşan sürətlə heyvanın beyninə ötürən sinir sistemlərinin son dərəcə səmərəli işi sayəsində bu uğura nail olurlar. Onların ulduzu məməlilər arasında bilinən ən həssas toxunma orqanıdır. Burundakı bu ulduz orqanında 100.000-dən çox sinir lifi var — insan əlindəki oxşar liflərin sayından beş dəfə çox — hamısı barmağınızın ucundan daha kiçik bir boşluğa yığılmışdır. "Oranın dərisi o qədər həssasdır ki, neyronların aktivləşməsi üçün ən aşağı həddi təyin edə bilmədik" deyən Kataniya ulduzun öyrənilməsinin insanın toxunma hissini daha yaxşı anlamağa kömək edə biləcəyini əlavə etdi. Ulduz burun köstəyi Şimali Amerikanın şərqində yaşayır. Onların diapazonu Kanadadakı Manitoba və Labradordan Şimali Dakota və Ohayoya və okean sahilindəki Corciyaya qədər uzanır.
İoannis Kosti
İoannis Kosti (17 mart 2000, Larnaka) — Kipr Birinci Divizion təmsilçilərindən olan Nea Salamina klubunda müdafiəçi kimi çıxış edən peşəkar Kiprli futbolçudur. Kosti Nea Salamina akademiyası vasitəsilə inkişaf etmişdir. Kosti öz peşəkar karyerasında debütünü 14 may 2016-cı ildə AEK Larnaka klubuna qarşı oyunda etmişdir. O, 93 dəqiqədə Pedritonu əvəz etmişdir. Həmin görüşdə Nea Salamina liqa görüşündə rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir. 19 İyul 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Kipr Superkuboku görüşləri daxildir.