Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koley
Koley (q.yun. Κωλαῖος) – samoslu qədim yunan səyyahı və gümüş satışı ilə məşğul olan tacir. Atlantik okeanında olmuş adı bizə məlum olan ilk qədim yunandır. Səyyahların adlarının anonim qaldığı qədim dövrdə Koley və Sostratın səyahətləri Herodot tərəfindən əhəmiyyətli sayılmış və o , onların adlarını qeyd etmişdi. Herodot yazır ki, Koley Tartes şəhərinə gedib çıxmış ilk yunandır (e.ə. VII əsrin ortaları) . O , şəhərin hökmdarı Arganthonios tərəfindən yaxşı qaşılanmış və hədiyyələrlə vətəni Yunanıstana yola salınmışdır. Koleyin Tartes şəhərinə səyahəti təsadüf nəticəsində baş tutmuşdu. Əslində, o, Misirə üzürdü, lakin güclü fırtına onun gəmisini istiqamətdən yayındırmışdı və Koley Cəbəllütariq boğazından keçərək müasir İspaniyanın cənub-qərbində yerləşən Tartes şəhərinə üzüb gəlmişdi. Koley bu səfərdən 30 sentner gümüş gətirmişdi, bu çox böyük uğur idi və buna görə də, Koley gümüşün 6 talant məbləğində onda bir hissəsini mis qab hazırlanmasına xərcləyib onu ilahə Hera məbədinə hədiyyə etmişdi.
Kofe
Qəhvə (ərəb. قهوة‎‎‎ – "ehtiraslandıran içki") — qovrulmuş və üyüdülmüş qəhvə dənəciklərindən hazırlanmış isti içki. Dünyanın bir çox ölkələrində kofe adı ilə məşhurdur. Bu içki tərkibində olan kofein sayəsində stimullaşdırıcı təsirə malikdir. İlk dəfə qəhvə Həbəşistanın cənub qərbində yerləşən Qaffa bölgəsində aşkar olunmuşdur. Sonralar qəhvə Mərkəzi Ərəbistana gətirilir. Yəmənin cənub qərb hissəsində becərilir. Bu günə kimi də Yəmən dünayada ən böyük qəhvə istehsalçısıdır. Hazırda dünayda 50-dən çox ölkədə qəhvə bitkisi növləri becərilir. Qəhvənin hazırlanmasının Həbəşistan üsulu ən qədim üsul sayılır.
Kohey Yoşii
Kohey Yoşii (14 mart 1995) — Yaponiyalı peşəkar kişi BMX velosipedçisi. Kohey Yoşii Yaponiyanı beynəlxalq yarışlarda təmsil edir. Kohey Yoşii 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 34.594 saniyəlik nəticəsi ilə 77-ci yeri tutdu.
Korey Frieşuk
Korey Frieşuk (26 yanvar 1994) — Avstraliyalı peşəkar kişi BMX velosipedçisi. Korey Frieşuk Avstraliyanı beynəlxalq yarışlarda təmsil edir. Korey Frieşuk 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda yarışı sona qədər başa vura bimədi və 89-cu yeri tutdu.
Korey Olliviyerre
Korey Olliviyerre (16 mart 1997) — Qrenadalı üzgüçü. Korey Olliviyerre Qrenadanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Korey Olliviyerre birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:08.68 saniyəlik nəticəsi ilə 46-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Yaponiyada kofe
Yaponiyada qəhvə (日本のコーヒー, Nihon no kohi) populyar içki növlərindən biridir. Ölkədə bir çox kafe fəaliyyət göstərir. Starbucks və Doutor ölkənin əsas kafe şəbəkələridir. Yaponlar artıq XVII əsrdə portuqal və holland tacirlərin qara, şirin, qatı içkini sevdiklərini bilirdilər. Lakin 1910-cu illərə qədər qəhvə Yaponiyada geniş şəkildə istehlak olunan məhsul deyildi. Bu dövrdə Avropadan kafe mədəniyyətinin gəlməsi qəhvə də populyarlaşdırmışdır. Qəhvə hazırlamaq sənəti qəhvə içməkdən daha məşhur idi. İkinci dünya müharibəsindən sonra 1950 və 1960-cı illərdə Yaponiyada qəhvə dükkanlarının sayında böyük partlayış yaşanmış və qəhvə çox populyar içkiyə çevrilmişdir. Qəhvə dənələri Yaponiyada nisbətən çox bahalı olduğu üçün evlərdə hazır qəhvələr daha populyar olmuşdur. 1990-cı illərin ortalarında ilk Starbucks kafelərinin açılması kiçik kafelərə təsir göstərmiş və ölkədə yeni götür-apar mədəniyyəti yaranmışdır.
Kovey sui-qəsdi
Kovey sui-qəsdi (ing. The Conway Cabal) — ABŞ İstiqlal müharibəsi zamanı, 1777-ci ilin sonu və 1778-ci ilin əvvəlində ordunun baş komandanı bir qrup yüksək rütbəli Kontinental Ordu zabiti tərəfindən Corc Vaşinqtona qarşı sui-qesdçilər qrupu. Sui-qəsd öz adını Vaşinqtonu tənqid edən məktubları Kontinental Konqresə briqada generalı Tomas Konveyin adından götürmüşdür. Məktublar məlum olanda Vaşinqton tərəfdarları onun müdafiəsinə qalxmışdılar. Konvey nəhayət ordunu tərk etmiş və baş komandan vəzifəsinə əsas namizəd olan general Horatsio Geyts sui-qəsddə iştirakına görə üzr istəmişdir. Vaşinqton belə bir sui-qəsdin olduğuna əmin olsa da, mütəşəkkil sui-qəsdin sübutu yox idi. İddialara görə, sui-qəsddə ordu zabitlərindən başqa Con Adams, Samuel Adams, Riçard Henri Li və Ceyms Lovell də iştirak edirdilər.
Pin Huan Kofe Muzeyi
Pin Huan Qəhvə Muzeyi (çin. ənən. 品皇咖啡博物館, sadə. Pǐnhuáng Kāfēi Bówùguǎn) — Tayvanın Çiayi Qəzasının Taybao şəhərində yerləşən və kofelər haqqında bəhs edən muzeydir. Qəhvənin tarixi və təkamülü Müxtəlif qəhvə mədəniyyətləri Kolleksiyaçıların əşyaları Muzey ilə Tayvan Yüksəksürətli Dəmiryolunun Çiayi stansiyasının cənub-şərq tərəfində tanış olmaq mümkündür.
Alfey
Alfey — Qədim yunan mifologiyasına görə çay allahı.
Bofen
Bofen (fr. Beaufin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38031. Kommunanın 1999-cı il üçün əhalisi 27 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 744 ilə 2080 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 140 km cənubda, Qrenobldan 50 km cənub-şərqdə yerləşir.
Kibey
Kibey (帰米, hərfi tərcümədə "Amerikaya qayıtmaq") – təhsil üçün Yaponiyaya getmiş və ABŞ-yə qayıtmış yaponəsilli amerikalıları bildirmək üçün istifadə olunan termin. Kibeylər niseylərin altqrupudur, həm Yaponiya, həm ABŞ mədəniyyəti təcrübə etdikləri üçün səciyyəvi şəxsiyyətə malikdirlər. Kibeylər issey valideynləri tərəfindən Yaponiyaya babaları və ya digər qohumları tərəfindən böyüdülmələri üçün göndərilirdilər. Bunun səbəbi ABŞ yaponları arasındakı uşaq qayğısı problemi idi. Belə ki, ABŞ-də yaşayan yapon qadınların iş saatları uzun olduğu üçün uşaqlarına yapon mədəniyyətini aşılamaq, eləcə də, yapon dilində danışmağı öyrətməyə vaxtları qalmırdı. 1930-cu illərin əvvəllərində kibeylər niseylərin 13%-ini təşkil edirdilər və iki qrupa bölünürdülər: təhsilini ABŞ-də almış, lakin 4-5 il Yaponiyada yaşamış kibeylər və Yaponiyada ilkin təhsil almış kibeylər. Bunlardan əlavə, XX əsrin əvvəllərində Yaponiyaya gedən kibeylər ilə 1930-cu illərdə Yaponiyaya gedən kibeylər ayrı altqrupları formalaşdırırdılar. Kibeylər təhsil, dil və mədəniyyət baxımından yaşadıqları unikal təcrübə, eləcə də, həm ABŞ-də, həm də Yaponiyada diskriminasiya ilə üzləşdikləri üçün nisey icması içərisində səciyyəvi kimlik formalaşdırmışdılar. Kibeylər, xüsusilə, Çinlə müharibə zamanı Yaponiya məktəblərinin hərbi dərslər verdiyi 1930-cu illərdə özlərini yapon təhsili və mədəniyyətindən yadlaşmış hiss edirdilər. Onlar ABŞ-yə qayıtdıqdan sonra yenidən adaptasiya olmaqda çətinlik çəkirdilər.
Kofein
Kofein (1,3,7-trimetil-1H-purin-2,6(3H,7H)-dion) — qəhvə ağacı və ya çay və bu kimi digər bitkilərin tərkibində olan alkaloid. Kimyəvi sintez yolu ilə də alınır. Müxtəlif içkilərin tərkibinə sinir sisteminə müsbət təsir göstərilməsi məqsədilə kiçik dozalarda qatılır. Böyük miqdarda qəbulu təhlükəlidir. Eyni vaxtda 10 qramdan çox qəbulu ölümlə nəticələnir. Çay yarpaqlarında və qəhvə dənələrində 1-3% purin törəməsi - kofein alkaloidi vardır. Çayın dəmlənməsi və ya qəhvənin hazırlanması zamanı kofein məhlula keçir. Bitkilərdə kofein purin əsasları - adenin və quanindən mürəkkəb reaksiyalar vasitəsilə əmələ gəlir. Sənayedə onu çay istehsalının tullantılarından və sortsuz kofe dənələrindən ayırmaqla yanaşı, həmçinin sintetik yolla alırlar. Kofein C8H10N4O2 acı dada malik qaynar suda və xloroformda yaxşı həll olan ipəkvari kristallara malik rəngsiz maddədir (tər=235oC).
Kofete
Kofete (isp. Cofete) — İspaniyanın Kanar adaları qrupuna daxil olan Fuerteventura adasında elə də böyük olmayan balıqçı kəndi və çimərlik. Çimərlik Xandiya yarımadasında səhra bölgəsində qərarlaşır. Kənddə Qustav Vinterə mənsub villa mövcuddur. Villanı ona Fransisko Franko hədiyyə etmişdir.
Komet
Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri. Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir.
Konfet
Konfet (Latın dilində: confectum, «hazırlanma») — müxtəlif növ şəkər və ya şokalad məmulatı. Tarixi XVI əsrə təsadüf edir.
Koğes
Koğes (erm. Կողես) — Stepanavan rayonunda kənd adı Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı Koğos kimi qeyd edilir. 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Koğes bələdiyyəsi"ni (erm. Կողես համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011-ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 381 nəfərdir.Qədim türk mənşəli Kol tayfasının adından yunan mənşəli "es" şəkilçisindən ibarətdir.
Köbər
Köbər (əvvəlki adı: Lüksemburq) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Yenikənd kənd Sovetinin Lüksemburq kəndi Qırmızı Samux kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndi Köbər kəndi adlandırılmışdır. Yaşayış məntəqəsi 1918-1920-ci illərdə milli qırğın zamam Ermənistandan didərgin salın­mış azərbaycanlı ailələrin məskunlaşması nəticə­sində yaranmışdır. Sonralar sovet dövründə kəndə beynəl­xalq sosial-demokrat hərəkatının fəalı, polşalı yəhudi inqilabçı sosialist Roza Lüksemburqun (1871-1919) soyadı verilərək, kəndin adı Lüksemburq olaraq təyin edildi (bu adı 1959-1990-cı illər arası həmçinin indiki Ağstafa şəhəri də daşıyırdı). Kənd Ceyrançöldə yerləşir. Əhalisinin sayı 947 nəfərdir. Əhalinin əsası azərbaycanlılardır.
Cosey
Josei və ya Cosey 18 yaş üstü qadın auditoriyası üçün nəzərdə tutulan anime və manqa janrı. Süjet adətən Yaponiyada yaşayan qadınların gündəlik həyatları haqqda bəhz edir. Cizgi şocoya oxşasa da, ondan bir qədər realistik olur. Sevgi münasibətlərinə daha çox diqqət ayrılır ("Paradise Kiss", "Honey and Clover").
Köftə
Küftə — Azərbaycan mətbəxinin önəmli yeməklərindən biridir. Çəkilmiş ətin qarışıq tərkiblə bişirilmiş halıdır və çox növləri vardır. Ən çox məşhur olanları Küftə-bozbaş, Təbriz küftəsi, Rizə küftə və Tava küftəsidir.
Hokey
Hokkey yaxud xokkey (ing. hockey) — buz, tartan, plastik, taxta və ya ot səthində oynanılan komanda oyunu. Oyunda iki komanda iştirak edir. Hokkey top (ot və süni örtük), şayba (buzlu hokkey) ilə çubuqlardan istifadə edilərək oynanılır. Oyun zamanı hər komandada öz komandasının qapısını qoruyan bir qapıçı (bəzən iki qapıçı, ikincisi əvəzedicidir) və bir neçə meydan oyunçusu olur. İki növ hokkey var: buz hokkeyi və otüstü. Dünyanın əksər ölkələrində "hokkey" termini dəqiqləşdirilmədən otüstü hokkeyə aiddir. Halbuki Rusiya, İsveçrə, Kanada, İsveç, ABŞ-da, Şərqi və Şimali Avropanın əksər ölkələrində bu termin adətən buz hokkeyinə aiddir. Azərbaycanda otüstü hokkey daha populyardır. Otüstü hokkey Azərbaycanda 1960-cı illərin sonlarında inkişaf etməyə başlayıb.
Disk jokey
Dicey və ya disk-jokey – öncədən yazılmış musiqiləri qarışdıran şəxs. Diceylərin bir neçə növü var. Radio diceyləri (və ya radioda işləyən şəxslər) AM, FM, rəqəmsal və ya internet radio stansiyalarında yayım musiqisini qoşanlara deyilir. Klub diceyləri bar, gecə klubları, diskoteka, qonaqlıq və hətta stadionlarda musiqi seçib qoşurlar. Hip-hop diceyləri səhnədə reperlərin arxasında dayanaraq dicey mikserindən istifadə edib musiqilər qoşur, zərbəli səslər yaratmaq üçün turntable alətiylə skretçlər atır və yeni mahnılar üçün sempl və törnteyblizmdən istifadə edərək instrumentallar hazırlayır. Diceylər əsl adlarının, qəbul edilmiş təxəllüslərin və ya səhnə adlarının qarşısında "DJ" titulunu qəbul edə bilərlər.
Dofen (kommuna)
Dofen (fr. Dauphin, oks. Daufin) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Forkalkye kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04068. 2008-ci ildə əhalinin sayı 787 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 513 nəfər (15-64 yaş) arasında 349 nəfər iqtisadi cəhətdən fəal, 164 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.0%, 1999-cu ildə 67.6%). Fəal olan 349 nəfərdən 308 nəfəri (174 kişi və 134 qadın), 41 nəfəri işsizdir (15 kişi və 26 qadın).
Fərhad Köçər
Fərhad Köçər (d. 11 may 1970, Birecik, Şanlıurfa) — musiqiçisi, Cərrahpaşa Tibb fakültəsi Xəstaxanasında həkim, cərrah.
Gəz (konfet)
Gəz — İsfahan şəhərində şəkər ya bal, yumurtanın ağı, Badam və püstə içi, hil və gülab ilə hazırlanan nuqanın ənənəvi adı. Orijinal növündə şəkər və bal əvəzinə zaqros dağlarında becərən yulğun ağacından ələ gələn çıxarışdan (əngəbin) istifadə olunur.
Honey & Clover
Honey and clover (ハチミツとクローバー, Haçimitsu to kuro:ba, Bal və yonca) — Çika Umino tərəfindən yaranmış manqa və onun əsasında J.C.Staff tərəfindən istehsal olunmuş anime serial. Anime 14 aprel 2006-cı ildə Fuji TV-də noitaminA blokunun ilk animesi kimi yayımlandı. Kollecdən 10 dəqiqəlik məsafədə hamamsız altıotaqlı ev. 25 il bundan əvvəl tikilib, aylıq ödəmə haqqı - 38 000 yen. Heç bir səs izolyasiyası olmayan uçuq ev. Yaşayanların hamısı tələbədir. Pəncərələr şərqə baxdığından səhərlər işıqlı olur. Bədii kollecin tələbəsi Yuta Takemoto özbaşına tələbə həyatına qədəm qoyur. O, sempayları Şinobu Morita və Takumi Mayama ilə bir evdə otaq tutub və özünə həyatda yer tapmaq ümidləri ilə doludur. Günlərin bir günü kollecin cavan professorlarından biri Şüci Hanamoto onları qardaşıqızı Haqumi ilə tanış edir.
Horst Köler
Horst Köler (alm. Horst Köhler‎, d. 22 fevral 1943 Skierbieszów, Polşa) — Almaniyanın IX prezidenti. Xristian Demokratik Birliyinin üzvü olan Horst Köler 2004-cü ildə prezident seçilib. O, 2009-cu ildə ikinci müddətə bu postu tutub. Prezident seçilənə qədər Keler 2000-2004-cü illərdə Beynəlxalq Valyuta Fondunun direktoru olub. 31 may 2010-cu ildə istefaya getdiyini açıqlayıb.