Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kreslo
Kreslo (rus. кресло) — dirsəklərə dayaq edilməsi üçün qolları olan stul növü. == Çeşidləri == Çarpayı-kreslo — açılıb-yığılan kreslo. Transformer-kreslo — əlavə təchiz olunmuş kreslo (məsələn, bir az genişləndirmək üçün mexanizmlə). Yelləncək-kreslo. Ofis kreslosu — qaldırıb-endirmək mexanizminə malik kreslo. Masaj kreslosu. Siqaret çəkən üçün kreslo — külqabı ilə təchiz olunmuş kreslo.
Krımsk
Krımsk — Rusiya Federasiyasının Krasnodar diyarında şəhər.
Kurilsk
Kurilsk (rus. Курильск) ya da Şanamura (yap. 紗那村) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Kilsə
Kilsə — Xristianlığın ibadətlərinin və digər bəzi dini vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ictimai bina, məbəd.
Benni Kristo
Ben Cristóvão (8 iyun 1987, Plzen) — müğənni. Pop və rap müğənnisi olan Benni Kristo 2020 Avroviziya Mahnı Müsabiqəsində Çexiyanı "Kemama" mahnısı ilə təmsil edəcəkdi.
Ernesto Qrilyo
Ernesto Qrilyo (isp. Ernesto Grillo; 1 oktyabr 1929, Buenos Ayres – 18 iyun 1998, Buenos Ayres) ― yarımmüdafiəçi mövqeyində oynamış Argentina futbolçusu. O, Argentinanın "Boka Xuniors" və "İndependyente" və İtaliyanın "Milan" klubunda çıxış etmişdir. O, həmçinin Argentina milli futbol komandasının üzvü olmuşdur. O, Argentina Futbol Assosiasiyasının Şöhrət Zalına daxil edilmişdir. O, 1953-cü ildə 3–1 hesabı ilə bitən İngiltərəylə oyunda qol vurduqdan sonra əfsanələşdi. == Həyatı == Gənc ikən "River Pleyt" və "İndependyente"də bərkiyəndən sonra, 1949-cu ildə "İndependyente"də peşəkar karyerasına başladı. Qrilyonun karyerasının ən diqqət çəkən məqamı 4 may 1953-cü ildə Argentinanın heyətində İngiltərənin qapısına vurduğu qolu oldu. 1950-ci ildə Braziliyada təşkil olunan FIFA Dünya Kubokundan sonra İngiltərə Cənubi Amerikaya ikinci dəfə səfər etmişdir və komanda River Pleyt stadionunda oyuna qədər məğlubiyyətsiz qalırdı. Bu qolun sayəsində 14 may günü "Argentina futbolçusu günü" olaraq qeyd olundu.
Kirilo Petrov
Krilo Petrov (22 iyun 1990, Kiyev) — Neftçi PFK-da çıxış dən ukraynalı futbolçu
Kreslo (1988)
== Məzmun == Filmdə durğunluq dövrünün ab-havası ilə yaşayan SSRİ Ali Sovetinin deputatı, bir kənd Soveti sədrinin taleyi fonunda yenidənqurmanın, demokratiyanın mahiyyətini başa düşməyən, üzünü işıqlı sabah əvəzinə keçmişə tutan adamların mənəvi faciəsi əks olunmuşdur. Filmin əsas ideyası bundan ibarətdir ki, hər bir adam həyatda öz yerini tapmalıdır. Əks təqdirdə müasir dövrün tələbləri ilə ayaqlaşmaq mümkün deyildir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Aydın Dadaşov Operator: Kənan Məmmədov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 348-349; 377.
Krilon burnu
Krilon burnu (rus. Мыс Крильон) — Saxalin adasının cənubunda yerləşən Krilon yarımadasının cənub qutaracağını təşkil edir. Burun Laperuz tərəfindən fransız hərbiçisi Lui-Balbes de Krilonun şərəfinə adlandırılmışdır. Burun şimaldan ensiz, qayalı bərzəxlə Krilon yarımadası ilə birləşir. Qərbdən Yapon dənizi, şərqdən isə Oxot dənizinin Aniva körfəzi suları ilə yuyulur. Cənubdan Laperuz boğazı ilə Hokkaydo adasından ayrılır. Burunda meteoloji stansiya yerləşir. Burada Sakit okean donanmasına aid mayak vardır. Burundan bir qədər aralıda Kamen Opasnosti adası yerləşir.
Krilon yarımadası
Krilon yarımadası (rus. Полуостров Крильон) — Saxalin adasının cənub-qərbində yerləşən yarımada. Yarımada ərazisi üçbucaq formaya malik olub, mərkəzi hissəsi dağlıqdır. Buradan Cənubi-Kamışovı dağ silsiləsi keçir. Sahilləri sıldırımlıdır. Uzununluğu 100 km təşkil edir. Cənub ucqar nöqtəsini Krilon burnu tutur. Ən hündür dağları Bambukovaya (588 m), Xmelniski (447 m), Sivuxa (502 m), Maquya (323 m), Perelesnaya (472 m), Taranaya (518 m) Yarımadanın səthi tayqa ilə örtülüdür. İsti Susim cərəyanının təsisinə məruz qaldığından Saxalin adasının ən isti bölgəsidir.
Kripto Yəhudilik
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Kripto yəhudilər
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Krissi Moran
Krissi Moran (22 dekabr 1975, Ceksonvill, Florida) — ABŞ pornoaktrisasıdır. == Həyatı == Krissi Moran 22 dekabr 1975-ci ildə ABŞ-nin Florida ştatında anadan olmuşdu. İlk dəfə 18 yaşında hamilə qalmış, lakin sevgilisi bunu istəmədiyi üçün abort etmişdir. Bu zaman dostları onu porno karyeraya həvəsləndirirlər. 1999-cu ildə ilk dəfə olaraq model karyerasına başlayır və bir sıra porqnorafik filmlərə çəkilir. 2006-cı ildə rəsmi olaraq pornoqrafik janrda çəkilən film sənətini tərk edir və normal janrda istehsal olunan filmlərə çəkilir. İsa Məsihin pak həyatını sevən Krissi Moran onun etdiyi səhvləri heç bir qadına arzulamadığını bildirir. Bu andan başlayaraq, Krissi Moran dostlarının pornoqrafik janrda çəkilən filmlərdən imtina etməsi üçün kilsədə dua edir.
Krılov ilankölgəsi
Krılov ilankölgəsi (lat. Ferula krylovii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Krılov öküzboğanı
Krılov öküzboğanı (lat. Bupleurum krylovianum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin öküzboğan cinsinə aid bitki növü.
Marko Karilyo
Marko Karilyo (4 iyul 1988) — Perulu atıcı. Marko Karilyo Perunu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Marko Karilyo birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 566 xal toplayaraq 43-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Severo-Kurilsk
Severo-Kurilsk (rus. Северо-Курильск) və ya köhnə adıyla Kaşivabara (yap.
Veniamin Krılov
Veniamin Petroviç Krılov (29 sentyabr 1921 — 11 sentyabr 1998) — sovet futbolçusu və futbol məşqçisi, SSRİ İdman Ustası, RSFSR-in Əməkdar Məşqçisi. == Bioqrafiya == Böyük Vətən müharibəsində iştirak edib. 1941-ci ildə Qızıl Ordu sıralarına çağırılıb. Moskva uğrunda döyüşün, Smolensk döyüşünün, Bryansk əməliyyatının iştirakçısı olub. Birinci və ikinci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilmişdir. Futbolçu karyerası dövründə 1949-cu ildə "Krılya Sovetov" (Qorkiy) komandasının heyətində SSRİ Birinci Liqasında oynayıb. Həmçinin "Spartak" (Daşkənd) və "Dinamo" (Çelyabinsk) klublarında da çıxış edib. SSRİ İdman Ustası adına sahib olub. 1959-cu ildə SSRİ gənclər komandasında baş məşqçi Vyaçeslav Solovyovun köməkçisi vəzifəsində çalışıb. 1960-cı ildə (başqa mənbəyə görə 1959-cu ildə) "Neftçi" (Bakı) klubuna baş məşqçi təyin edilib.
İrina Krivko
İrina Valerevna Krivko (belar. Ірына Валер’еўна Крыўко; 30 iyul 1991, Senno[d], Vitebsk vilayəti) — Belarus biatlonçusu. 2018 Qış Olimpiya Oyunlarında estafetdə çempion. == Bioqrafiyası == İrina Krivko Vitebsk vilayətinin Senno şəhərində anadan olub. Beşinci sinifdə oxuyunda keçmiş biatlonçu, bədən tərbiyəsi müəllimi Valentina Gordetskanın diqqətini çəkmişdir.İrinanı idman məktəbinin məşqçisi Valeri Mixayloviç Lektorova göstərdilər. Tezliklə kiçik qardaşı Viktor da biatlonçu oldu. 2018-ci ildə Belarusiya millisinin servis işçisi Artyom Leşçenko ilə evləndi. 2009-cu ildə beynəlxalq yarışlarda debüt etdi və Kanadada Kenmor qəsəbəsində keçirilən yeniyetmələrin dünya çempionatında fərdi yarışda dördüncü yeri tutdu. Kanadalı biatlonçu Yolen Odduya təxminən 10 saniyə məğlub oldu. Sprintdə 14-cü, təqibdə isə səkkizinci oldu.
İvan Krılov
İvan Andreyeviç Krılov (rus. Ива́н Андре́евич Крыло́в; 2 (13) fevral 1769[…], Moskva[…] – 9 (21) noyabr 1844[…], Sankt-Peterburq[…]) — rus yazıçısı, təmsilçi, jurnalist. == Həyatı == İvan Andreyeviç Krılov 1768–ci il fevralın 13-də Moskva şəhərində anadan olmuşdur. O, sistemli təhsil almış, müstəqil olaraq ədəbiyyatı, riyaziyyatı, fransız və italyan dillərini öyrənmişdir. 1782-ci ildə 14 yaşında əyalət mülkədarlarının adətlərini təsvir edən "Qəhvədan" adlı komik operasını yazmışdır. Krılov 1844-cü il noyabrın 21-də Peterburqda vəfat etmişdir. == Yaradıcılığı == İvan Andreyeviç Krılov 1786-1788-ci illərdə "Quduz ailə", "Yazıçı dəhlizdə", "Dəcəllər" adlı komediyalarını yazmışdır. Jurnalistlik fəaliyyətinə 1792-ci ildə yazdığı "Qaib" povesti ilə başlamışdır. Krılovun satiraları II Yekaterinanın narazılığına səbəb olduğundan o, bir müddət ədəbi fəaliyyətdən əl çəkmiş və əyalətdə gizlənmişdi. 1799-1800-ci illərdə Krılovun hökumət əleyhinə yazdığı "Trumf" məzhəkə faciəsi əlyazma şəklində geniş yayılmışdır.
Kristo Pimpirev
Kristo Pimpirev (bolq. Христо Цанев Пимпирев; 13 fevral 1953, Sofiya) — Bolqarıstan geoloqu və qütb kəşfiyyatçısı, geologiya-mineralogiya elmləri doktoru, Sofiya Universitetinin geologiya professoru. == Akademik karyera == 1978-ci ildə Sofiya Universitetinin geologiya fakültəsini bitirib və geologiya üzrə magistr dərəcəsi alıb, 1981-ci ildə assistent, 1984-cü ildə baş assistent vəzifəsinə təyin olunub. 1987-ci ildən elmlər doktoru, 1994-2004-cü illərdə dosent, 2005-ci ildən Sofiya Universitetinin geologiya kafedrasının professoru. O, Bolqarıstanın Antarktika tədqiqatının banisidir və 1987/1988 mövsümündə Antarktidaya ilk Bolqarıstan ekspedisiyasının üzvüdür. İllik Bolqarıstan elmi ekspedisiyalarının rəhbəri, Bolqarıstan Antarktika İnstitutunun sədri və təsisçisi. 2007-ci ildən Milli Qütb Tədqiqatları Mərkəzinin direktoru. Pimpirev Himalay dağlarında Ama Dablam zirvəsinə elmi ekspedisiyalarda, Tibetin Çin hissəsində speleoloji ekspedisiyalarda, Vyetnamda, Kolumbiya And dağlarında və Ellesmere adasında (Kanada Arktikası) ekspedisiyalarda iştirak etmişdir. O, tarixi geologiya və paleocoğrafiyadan dərs deyib, ABŞ, Portuqaliya, Uruqvay, Çili, Kolumbiya, Almaniya, İspaniya, Argentina, Kanada, Cənubi Koreya və digər ölkələrin universitetlərində mühazirələr oxuyub. 2013-cü il yanvarın 8-də o, Bolqarıstan bayrağını Cənubi Qütbdə qaldıran ilk bolqar qütb tədqiqatçısı oldu: onun iştirak etdiyi ekspedisiya Roald Amundsen və Robert Skottun yarışının 100-cü ildönümünə təsadüf edirdi.
Frenk Qrillo
Frenk Entoni Qrillo (8 iyun 1965 və ya 8 iyun 1963, Nyu-York, Nyu-York ştatı) amerika'lı aktyordur. O, Marvel Sinematik Kainatında Kapitan Amerika: Qış Əsgəri (2014), Kapitan Amerika: Vətəndaş Müharibəsi (2016), Avengers: Oyunun sonu (2019) adlı filmlərdə rol almışdır. O, ilk baş rolunu "Təmizləmə: Anarxiya" (2014) adlı döyüş-dəhşət filmində, Çavuş Leo Barnsı canlandırmışdır, "Təmizləmə: Seçki ili" (2016) filmində təkrar canlandırmışdır və həmçinin "Döyüşçü" (2011), "The Purge: Anarchy" filmində rol almışdır. Grey (2012), End of Watch (2012), Zero Dark Thirty (2012), Wolf Warrior 2 və Wheelman (hər ikisi 2017) və Boss Level (2021). Grillonun televiziya işinə Kingdom (2014–2017) filmindəki baş rol və Battery Park (2000), For the People (2002–2003), The Shield (2002–2003), Prison Break (2005–2006), Blind filmlərində təkrarlanan rollarda yer almışdır. Ədalət (2005), Öldürmə nöqtəsi (2007) və Milyarlarla (2020) və beləliklə, bu cür film və seriallarda rol almışdır. == Həyatı == Grillo Nyu York'da Kalabriya əsilli İtalyan-Amerika'lı fəhlə ailəsində anadan olmuşdur. Bronksda və Nyu-York'un Rockland County-də böyümüşdür. Grillo səkkiz yaşında güləş'ə başlamışdır və on səkkiz yaşında boks'la məşğul olmuşdur. 1991-ci ildə o, Rickson Gracie-dən təhsil aldığı və qəhvəyi kəmər sahibi olduğu Braziliya jiu-jitsu ilə məşğul olmağa başlamışdır.
Kilo
Kilo- – metrik sistemində 1000-i bildirən önşəkilçi. Hesablama texnikasında hesablamalar 2-nin qüvvətlərinə əsaslanır, buna görə də kilo çox zaman 1024 (210) ədədini işarə etmək üçün istifadə olunur. Konkret mənanı doğru müəyyənləşdirmək üçün, adətən, kiçik “k” hərfindən 1000-i böyük “K” hərfindən isə 1024-ü işarələmək üçün istifadə olunur. Məsələn, “km” 1000 metri, K və ya Kbayt isə 1024 baytı bildirir. Kilobit (eng.kilobit (K, Kbit)) – bir min iyirmi dörd (1024) bitdir. Kilobit/saniyə (eng.kilobits per second (Kbps)) – verilənlərin (şəbəkədə) ötürülməsinin, 1024 bit/san kəmiyyətinin misilləri ilə ölçülən sürəti; məsələn, Apple Talk lokal hesablama şəbəkəsində ən yüksək ötürülmə sürəti təxminən 230 kbit/s və ya 235520 bit/san olur. Kilobayt (Kb) (engkilobyte (KB, K, Kbyte)).– 1024 baytdır. Kilohers (kHs) (eng.kilohertz (kHz)) – rəqs tezliyinin ölçüsü; 1000 Hers’ə və ya bir saniyədə 1000 dövrə’yə ekvivalentdir. Kilovatt-saat (eng.kilowatt-hour) – elektrik enerjisinin vahidi; 1000 vatt-saat’a bərabərdir. Kilobod (eng.kilobaud) – bir min bod; rabitə kanalının buraxılış (daşıma) qabiliyyətinin ölçüsüdür.
Aşağı Kilsə
Aşağı Kilsə — İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km cənub-qərbdə, Hallavarla Güllüdərə kəndləri arasında yerləşir. Quqark rayonunda tarixən Kilsə kəndi olmuşdur. Sonra Kilsə kəndindən ayrılanlar yeni kənd salırlar. Yeni salınan kənd Kilsə kəndindən fərqləndirilmək üçün Aşağı Kilsə kəndi adlandırılmışdır. Toponim «aşağı» fərqləndirici sözü ilə «dini məbəd» mənasında işlənən kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1922-ci ildə 87, 1926-cı ildə 110, 1931-ci ildə 128 nəfər, 1987-ci ildə 120 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin dekabr ayında ermənilər kəndə hücum edərək azərbaycanlıları zor və qırğınlarla öz doğma kəndlərindən qovmuşlar. İndi burada yalnız ermənilər yaşayır.
Kilsə (Kəlbəcər)
Kilsə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Kilsə Kəlbəcər rayonunun Çaykənd inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonunun Alxaslı kəndindən gəlmiş Qasım Məhərrəmoğlu saldığına görə ona Qasımlı da deyilir. Kənd meşənin ortasında, köhnə kənd yerində, qədim alban kilsəsinin ətrafında salındığına görə belə adlandırılmışdır.