Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Keila
Keila (est. Keila) — Estoniyanın şimal-qərbində yerləşən şəhər. Əhali sayı 9 811 min nəfərdir. Şəhər Keila çayı üzərində yerləşir. Dəmiryol qovşağıdır. Yüngül və yeyinti sənayesi müəssisələri mövcuddur.
Keila şəlaləsi
Keila (est. Keila juga) − Estoniyanın şimal-qərbində yerləşən şəlalə. Şəlalə Haryumaa vilayətinin Keila rayonu ərazisindədir. Şəlalə Keila çayı üzərində yerləşir və Keila-Yoa qəsəbəsi yaxınlığındadır. Tallin şəhərindən 30 km qərbdə yerləşir. Keila şəlaləsinin hündürlüyü 6 metr, eni isə 70 metrdir. Keila böyüklüyünə görə ancaq Narva və Yaqala şəlalələrindən geri qalır. Şəlalənin suyu il boyu eyni deyil. Əsasən yaz aylarında, qar əridikdən sonra ən yüksək səviyyədə olur. Qış aylarında şəlalə qismən donur.
Kriva Palanka
Kriva Palanka — Şimali Makedoniyanın şərqində, Bolqarıstan sərhəddindən təxminən 5 km uzaqlıqda, Kriva Palanka bələdiyyəsinin mərkəzi olan şəhərdir. Əhalisi 14558 nəfərdir. Kriva Palanka şəhəri 21,000 əhalisi olan Kriva Palanka Bələdiyyəsinin ərazisində yerləşir. Şəhər respublikanın şimal-şərqində, Osogovo dağ silsiləsindən bir qədər uzaqda, Kriva çayının hər iki sahilində yerləşir. Şəhər Kumanovo şəhərindən 60 km, ölkənin paytaxtı Skopye şəhərindən isə 100 km məsafədə yerləşir. Çayın kənarında yerləşən şəhərin adı, Osmanlı İmperiyası dövründə "Eğri-Dərə" (əyri çay), sonralar isə "Eğri-Palanka" adlanıb. == Tarixi == Kriva Palanka ölkənin "ən gənc" şəhərlərindən biridir. Şəhər 1633-cü ildə Bayram Paşanın göstərişi ilə türklər tərəfindən qurulmuşdur. 20-ci əsrin əvvəllərində şəhərin çoxmillətli əhalisi var idi: 1900-cü ildə Vasil Kançevin "Makedoniya. Etnoqrafiya və statistika" kitabında şəhərdə 1,5 min xristian bolqar, 2,5 min türk, 20 Vlax və 320 qaraçı yaşadığı göstərilir.
Rila Fukuşima
Rila Fukuşima (福島 リラ, Fukuşima Rira, 9 yanvar 1980(1980-01-09)) – Yaponiya fotomodeli və aktrisası. Model kimi müxtəlif brendlər üçün çalışmışdır. Aktrisa kimi isə "Şimal porsuğu: Ölməzlik" filmindəki (2013) Yukio, "Zirehdəki xəyalət" (2017) filmindəki Qırmızı libaslı geyşa və "Ox" teleserialındakı Tatsu Yamaşiro rollarına görə tanınır. Rila Fukuşima 9 yanvar 1980-ci ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur və orada böyümüşdür. Əvvəlcə Tokiodakı bir agentlikdə fotomodel agenti kimi işləmək istəmişdir, lakin əvəzində fotomodel olmağa qərar vermişdir. Fotomodel karyerası ərzində bir çox leyblı və brendlə işləyərək şoularda və kampaniyalarda iştirak etmişdir. 2013-cü ildə "Vogue Japan" jurnalı tərəfindən ilin qadınlarından biri seçilmişdir. 2013-cü ildə superqəhrəman filmi olan "Şimal porsuğu" filmində Yukio rolunu canlandırmışdır. 2014-cü ildə "Strategiyaçı Kanbei" teleserialında Omiçi rolunda görünmüşdür. "Ox" teleserialının üçüncü mövsümündə Devon Aokini əvəz edərək Tatasu Yamaşiro rolunu canlandırmışdır.
Krılya Sovetov FK
Krılya Sovetov FK (rus. Профессиональный футбольный клуб «Крылья Советов» Самара) – Rusiyanın Samara şəhərini təmsil edən futbol klubu . Klub hal-hazırda Rusiya Premyer liqasında çıxış edir. 2017/2018 mövsümündə Krılya Sovetov Rusiyanın I divziyonunda 2-ci yeri tutaraq ''Premyer liqada'' iştirak hüququ qazandı. Krılya Sovetov ev oyunlarını 44918 nəfər tutumlu ''Samaya'' Arenada keçirir. Krılya Sovetovun yüksək liqaya yüksəlməsində əsas pay sahibi 10 qol ilə rusiyalı futbolçu Sergey Kornilenko olmuşdur . == Tarixi == Krilya Sovetov Samaya klubu 1942-ci ildə yaranıb. Klub ilk rəsmi matçını 30 iyul 1944-cü ildə SSRİ kubokunda Lokomotiv Moskva FK qarşı keçirdi və 1-5 hesabı ilə məğlub oldu .SSRİ Çempionatında (ikinci qrup) ilk oyunu 4 iyun 1945-ci ildə Kuybyshev stadionunda, Lokomotivdə ''Qorkinin Torpedo'' komandasına qarşı keçirildi. Oyun 1-1 bərabərliklə başa çatdı. Onu da qeyd edək ki klubun ilk baş məşqçisi Viktor Novikov olmuşdur.
Kril və Metodius
Kiril və Mefodi (yun. Κύριλλος και Μεθόδιος) — IX əsrdə Saloniki şəhərində doğulmuş Bizanslı yunan qardaşlar. Moraviya və Panoya ərazilərində Xristianlığın yayılması üçün misyonerlik fəaliyyəti ilə məşğul olmuşdular. Qardaşların misyonerlik fəaliyyəti nəticəsində Slavyan xalqlarının mədəni və dini inanclarında bəzi yeniliklər baş vermiş və bunu nəticəsində Kiril və Mefodi qardaşlarına Slavyanların Öndərləri fərxi adı verilmişdir. Qardaşlar Qlaqolitik əlifbasının daha da genişləndirmiş və həmin əlifbadan Qədim Slav dilinin yazılması üçün istifadə etmişdilər. Bu əlifba Slav dilinin yazılması üçün hazırlanmış ilk əlifba idi. Kiril əlifbası bu əlifbanın əsasında hazırlanmışdır və bu gün də slavyan xalqları arasında geniş şəkildə istifadə edilir. Kiril əlifbası da iki qardaşdan birinin, yəni Kirilin şərəfinə adlandırılmışdır. Kiril və Mefodinin ölümündən sonra, onların dini və elmi fəaliyyətlərini şagirdləri davam etdirmişdilər. Şərq Pravoslav Kilsəsi Kiril və Mefodini On iki həvariyə bərabər tutmuş və onları əbədi müqəddəs adlandırmışdır.
Krılya Sovetov Samara FK
Krılya Sovetov FK (rus. Профессиональный футбольный клуб «Крылья Советов» Самара) – Rusiyanın Samara şəhərini təmsil edən futbol klubu . Klub hal-hazırda Rusiya Premyer liqasında çıxış edir. 2017/2018 mövsümündə Krılya Sovetov Rusiyanın I divziyonunda 2-ci yeri tutaraq ''Premyer liqada'' iştirak hüququ qazandı. Krılya Sovetov ev oyunlarını 44918 nəfər tutumlu ''Samaya'' Arenada keçirir. Krılya Sovetovun yüksək liqaya yüksəlməsində əsas pay sahibi 10 qol ilə rusiyalı futbolçu Sergey Kornilenko olmuşdur . == Tarixi == Krilya Sovetov Samaya klubu 1942-ci ildə yaranıb. Klub ilk rəsmi matçını 30 iyul 1944-cü ildə SSRİ kubokunda Lokomotiv Moskva FK qarşı keçirdi və 1-5 hesabı ilə məğlub oldu .SSRİ Çempionatında (ikinci qrup) ilk oyunu 4 iyun 1945-ci ildə Kuybyshev stadionunda, Lokomotivdə ''Qorkinin Torpedo'' komandasına qarşı keçirildi. Oyun 1-1 bərabərliklə başa çatdı. Onu da qeyd edək ki klubun ilk baş məşqçisi Viktor Novikov olmuşdur.
Hiroşi
Hiroşi — ad. Hiroşi Yoşida — Yaponiya futbolçusu.
This Is Me (Kila Setl mahnısı)
This Is Me (azərb. Bu mənəm‎) — ABŞ müğənni və bəstəkarı Kila Setl tərəfindən ifa edilmiş mahnıdır. Mahnı "Atlantic Records" tərəfindən 26 oktyabr 2017-ci ildə "The Greatest Showman: Original Motion Picture Soundtrack" albomundan sinql kimi çıxarılmışdır.
Lactuca virosa f. virosa
Aconitum virosum
Turpabənzər kəpənəkçiçəyi (lat. Aconitum napellus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü. == Sinonimləri == Aconitum alatum Wender. Aconitum amoenum Rchb. Aconitum ampliflorum Rchb. Aconitum anglicum Stapf Aconitum bavaricum Starm. Aconitum braunii Rchb. Aconitum caeruleum Dulac Aconitum canescens Schleich. ex Rchb. Aconitum clusii Rchb.
Eugenia virotii
Eugenia virotii (lat. Eugenia virotii) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Mircəfər Mirişli
Mir Cəfər Mirişli - Naxçıvan MR Əməkdar müəllimi, ilk Lenin ordenli müəllimlərdən Cəfəri, dayısı şəhərdəki rus-tatar məktəbinə qoymuş və burada ibtidai sinfi bitirməklə onu Təbrizdəki yeddisiniflik məktəbdə oxutdurmuşdur. Təbrizdəki məktəbi bitirən Cəfəri dayısı Naxçıvana gətirərək Mirişli soyadı ilə “Zikr” məktəbinəqəbul etdirmişdir. 1918-ci ildə şəhərdəki mədrəsədə müəllim işləyən Cəfəri 20 yaşında gənc ikən dövlət işinəgətirirlər. Həmin illərdə Naxçıvanda yaradılmış Araz (Türk) Respublikasının Dövlət Baş Nazirliyinin maarif və mənəviyyat şöbəsinin müvəkkili olmuşdur.
Mirhəsən Mirişli
Mirhəsən Miriş oğlu Mirişli — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1955). 1903-cü ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir. İlk təhsilini Naxçıvanda almış burada ilk əczaçılardan olmuşdur. Uzun müddət bu sahədə fəaliyyət göstərmişdir. Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur. Sonradan həyatını teatrla bağlamış və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olmuşdur. Teatrın səhnəsində müxtəlif obrazları ilə yadda qalmışdır. S. Rəhmanın "Toy" əsərində Kərəmov, S. Vurğunun "Vaqif" əsərində Vəzir, Üzeyir Hacıbəyovun "O olmasın bu olsun" əsərində Rüstəm bəy, Ə. Abbasquliyevin "Günəş doğur" əsərində Şahqulu, M. S. Ordubadinin "Beş manatlıq gəlin" əsərində Kərbəlayi Həsənalı obrazlarını yaratmışdır.
Nazim Mirişli
Nazim Ramiz oğlu Mirişli (6 mart 1962, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012). 1962-ci il martın 6-da anadan olub. Əsərləri: Kamera orkestri üçün 4 Pyes (1994); Piano üçün 7 Pyes silsiləsi (1993 – 1997); Kamera orkestri üçün türk xalq mövzuları əsasında Süita (1998); E. Ertemin söz. xor və simfonik orkestr üçün "Epcies" Odası (1999). Kinofilmlərə musiqi: "Qəzəlxan" /həmmüəllif — R. Mirişli/ (1991), "Yarasa" (1995). Bəstəkarlar — Ramiz Mirişlinin oğlu, Yusif Mirişlinin qardaşıdır.
Nisə Mirişli
Nisə xanım Məmməd qızı Mirişli — Nisə xanım Məmməd qızı Mirişli 1932-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdu. Atası Məmməd kişi dəmir yolu mühəndisi, anası tibb işçisi idi. Nisə xanım orta təhsilini Bakı şəhəri 132 nömrəli məktəbdə almışdı. Hələ o kiçik yaşlarında öz çalışqanlığı və ictimai həvəsi ilə fərqlənirdi. Nisə xanım məktəbin son illərində artıq peşəsində müəyyənləşdirmişdi. O, şərəfli peşə olan həkimliyi seçmişdi. 1950-ci ildə N.Nərimanov adına Tibb İnstitutuna daxil olur və 1956-ci ildə müalicə-profilaktika fakultəsini bitirir. O, təyinatla Qazı-Məhəmməd rayonuna Traxoma əleyhinə disspanserin baş həkimi vəzifəsinə göndərilir. Qısa müddət ərzində oftalmoloq peşəsinin sirlərinə yiyələnir və rayonun əhalisi arasında nüfuz qazanır. Elə o illərdə onu infeksion xəstəliklərlə mübarizə daha çox düşündürürdü.
Qırışlı itburnu
Qırışıqmeyvəli itburnu (lat. Rosa rugosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Rusiyanın qərbində, Çində, Yaponiyada və Koreyada yayılmışdır. Hündürlüyü 0,8-6 m-dək olan, düzdayanan, qalın budaqlı, əlverişli şəraitdə sıx, keçilməz budaqlar əmələ gətirən koldur. Qoca budaqları oduncaqlaşmış, qonur və çılpaq, cavan zoğları açıq yaşıl və sıx tükcüklüdür. Yarpaq yerləşməsi növbəli, saplaqdır. Yalançı zoğları enli, saplaqla bitişmiş, ucu biz, üstü çılpaq, alt tərəfi ağ tükcüklüdür. Xırda yarpaqları yeddi, bəzən beş və ya doqquz, yumru ellipsvaridən uzunsov ellipsvariyədək, uzunluğu 2,5-3 sm, eni 1,5-2 sm, üstü qırışlı, parlaq, alt tərəfi tükcüklü, boz keçəli, kənarları dişlidir. İyun-iyulda çiçəkləyir, əlverişli şəraitdə yenidən sentyabr-oktyabrda çiçəkləyə bilər. Çiçəkləri tək və ya iki-üç, iri, diametri 6-7 sm-dən, uzunluğu 1,5-2 sm olan çiçək saplağında, vəziçiçəklərlə örtülmüş, çiçək altlıqları yumurtavari, ucu bizdir.
Ramiz Mirişli
Ramiz Aqil oğlu Mirişli (16 aprel 1934, Naxçıvan – 17 aprel 2015, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti (1990), professor (1993), Azərbaycan SSR (1982) və Naxçıvan MSSR (1974) əməkdar incəsənət xadimi. Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra 1952–1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxumuşdur. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır. Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim işləmişdir. O, 1962–2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışmış, həmçinin 1987–1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutmuşdur. Ramiz Mirişli 1978–1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik etmişdir. Yaradıcılığını uzun illər ərzində pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Ramiz Mirişli 1972-ci ildən indiki Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru olaraq yeni musiqiçilər nəslinin yetişdirilməsi üçün zəngin bilik və bacarığını əsirgəməmiş, peşəkar musiqiçi kadrların formalaşdırılması işinə dəyərli töhfələr vermişdir. Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir. O, ən müxtəlif janrlara müraciət etmiş, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələmişdir.
Voroşil Qukasyan
Voroşil Levon oğlu Qukasyan (9 yanvar 1932, Nic, Qutqaşen rayonu – 11 oktyabr 1986, Bakı) — udiəsilli Azərbaycan dilçisi, türkoloq, qafqazşünas, udi dili və alban əlifbası üzrə mütəxəssis, filologiya elmləri doktoru (1973). Voroşil Qukasyan 1932-ci ildə Qəbələ rayonunun Nic kəndində udi ailəsində anadan olub. Bakı Dövlət Universitetini bitirib. Azərbaycan SSRİ Elmlər Akademiyasında çalışıb. 1965-ci ildə "Udi dilinin Nic dialektinin fonetik və morfoloji özəllikləri" mövzusunda namizədlik işini müdafiə edib. 1973-cü ildə "Azərbaycan və udi dilləri arasında əlaqələr" mövzusunda Dilçilik İnstitutunda doktorluq işini müdafiə edib. 1974-cü ildə dərc etdiyi "Udicə-Azərbaycanca-Rusca lüğət" indiyə kimi çağdaş udi dilinin hər iki dialektinin (Nic və Vartaşen) yeganə və ən böyük toplusu olaraq qalır. Ən son elmi işi V. İ. Aslanovla birgə yazdığı "Исследования по истории азербайджанского языка дописьменного периода" (1986) kitabı olub. Elmi işlərinin çoxunu "Q.Voroşil" kimi imzalayırdı. Nic kəndində torpağa basdırılıb.
Yusif Mirişli
Yusif Ramiz oğlu Mirişli (3 may 1966, Bakı) — Azərbaycan bəstəkarı, pedaqoq, professor (2014), Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1993). Yusif Ramiz oğlı Mirişli 3 may 1966-cı ildə görkəmli Azərbaycan bəstəkarı Ramiz Mirişlinin ailəsində anadan olub. 1973-1984-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində təhsil alıb. 1991-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası(Bakı Musiqi Akademiyası) Bəstəkarlıq sinfini (Prof.Arif Melikov) bitirib. Daha sonra 1991-1993-ci illərdə Bəstəkarlıq fakültəsində aspirantura təhsili alıb. Bəstəkar Ramiz Mirişlinin oğludur. Bəstəkar Nazim Mirişlinin qardaşıdır.
Zirişli (Miyanə)
Zirişli (fars. زرشلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 98 nəfər yaşayır (13 ailə).
Şəhriyar Mirişli
Hiroşi Hamaya
Hiroşi Hamaya — Yaponiya fotoqrafı. == Həyatı == Hiroşi Hamaya 28 mart 1915-ci ildə Tokio şəhərində, Şitayada anadan olub. Hamaya 1960-cı ildə Maqnum Fotoya qoşulmuşdur. O, bu beynəlxalq foto agentliyə qoşulan ilk yapon fotoqrafıdır. 1986-cı ildə Beynəlxalq Fotoqrafiya Mərkəzinin (Nyu-York) Fotoqrafiya Mükafatına layiq görülmüşdür. Hamaya 6 mart 1999-cu ildə vəfat etmişdir.
Hiroşi Hirakava
Hiroşi Hirakava (d. 10 yanvar 1965) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 13 oyun keçirib.
Hiroşi Kanazava
Hiroşi Kanazava — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Hiroşi Katayama
Hiroşi Katayama (d. 28 may 1940) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 38 oyun keçirib.
Hiroşi Kiyotake
Hiroşi Kiyotake (d. 12 noyabr 1989) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 33 oyun keçirib, 1 qol vurub.
Hiroşi Yoşida
Hiroşi Yoşida (d. 11 fevral 1958) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib, 1 qol vurub.
Hiroşi Şibutani
Hiroşi Şibutani (6 aprel 1967) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Hiroşi Şibutani Yaponiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Hiroşi Şibutani Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Hiroşi Şibutani Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Lactuca virosa
Lactuca virosa (lat. Lactuca virosa) — bitkilər aləminin astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Lactuca scariola subsp. virosa (L.) Bonnier & Layens Lactuca scariola subsp. virosa (L.) Maire & Petitm. Lactuca scariola proles virosa (L.) Rouy Wiestia virosa (L.) Sch.Bip. == Yarımnövləri == Lactuca virosa subsp. cornigera (Pau & Font Quer) Emb. & Maire Lactuca virosa subsp.